Ardını oxu...
Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu?
Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973) Zülfüqar Əli Bhutto hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və edam olunub. Buna baxmayaraq o, pakistanın ən məşhur dövlət xadimləri sırasında yer alır. 1969-cu ildə onun “The Myth of Independence” (Müstəqilliklə bağlı mif) adlı kitabında belə bir hissə var: "Pakistan vuruşacaq, min il vuruşacaq. Hindistan (atom) bombası düzəltsə, Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq, amma biz (Pakistan) öz (atom bombasına) sahib olacaq... Bizim (Pakistan) başqa seçimimiz yoxdur!"

Başqa bir çıxışında isə o bu məsələyə belə bir yanaşma sərgiləmişdi: “Atom bombası xristianlarda, yəhudilərdə var idi, indi isə induistlərdə var. Niyə müsəlmanlarda olmasın?”

Bunu niyə xatırlatdım? 1991-ci ildə SSRİ dağılanda Ukraynada 1.900 nüvə başlığı vardı. 1994-cüü ildə Qərbin təkidi ilə Ukrayna, Belarus və Qazaxıstanda olan nüvə silahı Rusiyaya daşındı. Proses 1996-cı ildə yekunlaşdı. O vaxt ABŞ prezidenti olan respublikaçı George H. W. Bush (ata) təkid edirdi ki, nüvə silahı Rusiyaya daşınsın. Niyə? Amerika hesab edirdi ki, 4 ölkədə nüvə silahının olması gələcəkdə problem yarada bilər. Demokrat prezident Bill Klinton da bu xətti davam etdirdi...

Rəhmətlik Zülfüqar Əli Bhutto “Pakistan ot və ya yarpaq yeyəcək, hətta ac qalacaq,amma atom bombasına sahib olacaq” deyəndə nə qədər haqlı idi. İndi mən soruşuram: Ukraynada 1.900 nüvə başlığı olsaydı Rusiya ora hücum edərdimi? Əlbəttə ki, yox. Rusiya Ukraynanı işğal etməyi xəyal belə etməzdi...

Eləcə də Qazaxıstan. Bəllidir ki, Rusiya Qazaxıstanın da böyük bir hissəsini işğal etmək arzusundadır. Nüvə silahı olmayan Qazaxıstan Rusiyanın qarşısında duruş gətirə bilərmi? Çətin məsələdir...

Faktiki olaraq Amerikanın yeritdiyi sərsəm siyasət Ukraynanı tərk-silah edib. Bu isə Rusiyanın iştahanı artırdı. Ona görə də Amerika Ukrayna probleminə görə daha çox məsuliyyət daşıyır. Eləcə də digər Qərb ölkələri. Çünki bu məsələdə onlar da ABŞ ilə həmfikir idi...

Ukraynanın o vaxtı rəhbərliyi Leonid Kravchuk (1991-1994) bu proses zamanı uzaqgörənlik nümayiş etdirə bilmədi. 1.900 nüvə balığının müqabilində Rusiyadan müəyyən qədər pul qopartmağa çalışdılar. Rusiya da elə bilin ki, 100 manatlıq şeyi 5 qəpiyə aldı.

Ancaq Leonid Kravchuk sonda səhv etdiyini anladı. Və Rusiyaya verilən nüvə başlıqları müqabilində beynəlxalq qarantiya almaq üçün hərəkətə keçdi. Nəticədə Budapeşt memorandumu - 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın Nüvə silahının yayılmaması müqaviləsinə qoşulması ilə bağlı təhlükəsizlik təminatlarını təmin etmək üçün sənədlər imzalandı. Üç nüvə dövləti-Rusiya, ABŞ və Böyük Britaniya bu sənədə imza atdı. Digər nüvə gücləri sayılan Çin və Fransa isə bu sənədin nisbətən yumuşaq variantına qol qoydu.

Memorandumda həmçinin Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı da təhlükəsizlik təminatları öz əksini tapıb. Bu memorandum nəticəsində Belarus, Qazaxıstan və Ukrayna nüvə silahlarından imtina etməli oldu.

Ancaq bəzi analitiklər deyir ki, Budapeşt memorandumu rəsmi sənəd deyil. Ona görə də elə bir gücü yoxdur.

Ukraynada daha sonra iqtidara gələn Leonid Kuchma (1994-2005) da bu prosesi durdura bilmədi.

Siyasət elə bir şeydir ki, dövlətin başında duran adam ayıq-sayıq olmalıdır. Leonid Kravchukun o vaxt buraxdığı ölümcül səhv indi Ukraynanı yaman günə qoyub. Ölkənin 20 faizi işğal altındadır. 10 milyondan çox insan Ukraynanı tərk edib. Ölkə xarabalığa çevrilib...
Elbəyi Həsənli. Sürix

Ardını oxu...
  

Sağlam həyat tərzi və düzgün qidalanma bədənimizin yaxşı vəziyyətdə olmasında böyük rol oynayır. Lakin tez-tez təbiətin bizə verdiyi sadə və əlçatan hədiyyələri göz ardı edirik və daha mürəkkəb, möcüzəvi müalicələr axtarırıq.

Təbiət bir çox qiymətli maddə ilə bizə kömək edir. Bu maddələrdən biri də nar meyvəsidir. Narın inanılmaz faydaları, xüsusilə qan damarlarının sağlamlığını qorumağa yönələn xüsusiyyətləri ilə tanınır. Antioksidantlarla zəngin olan bu meyvə qan dövranını yaxşılaşdırmaqla yanaşı ürək-damar xəstəlikləri riskini də əhəmiyyətli dərəcədə azaldır.

Bundan əlavə, qan damarlarının divarlarını gücləndirərək onları daha elastik və zədələrə qarşı davamlı edir. Ekspertlər bu möcüzə meyvəsinə laqeyd yanaşmamağı məsləhət görürlər. Çünki nar damarlarınızın sağlamlığını dəstəkləmək və ciddi xəstəliklərin qarşısını almaq üçün dadlı və sərfəli üsuldur./Milli.Az

 
 
 
Ardını oxu...
Portağal suyu tərkibindəki C vitamini, antioksidantlar və təbii turşular sayəsində saçların sağlam uzanmasına kömək edir. Foodinfo.az portağal suyunun faydalarını təqdim edir:
1. Saç follikullarını gücləndirir. C vitamini kollagen istehsalını artıraraq saç köklərini möhkəmləndirir.
2. Baş dərisini təmizləyir.Təbii turşular ölü dərini və artıq yağı təmizləyərək saç köklərinin nəfəs almasını təmin edir.
3. Qan dövranını yaxşılaşdırır. Portağal suyu baş dərisinə tətbiq edildikdə qan axınını artırır, bu da saçın daha tez uzanmasına kömək edir.
4. Saça təbii parıltı verir. Antioksidantlar və flavonoidlər saçları canlandırır və parlaqlıq qazandırır.
Necə istifadə etmək olar?
1. Portağal suyu ilə saç maskası Tərkibi:
- 1 stəkan təzə sıxılmış portağal suyu
- 1 yemək qaşığı bal
- 1 çay qaşığı kokos və ya zeytun yağı
İstifadə qaydası:
1. Bütün inqrediyentləri qarışdırın.
2. Saç dərinizə və saç uclarınıza çəkin.
3. 20-30 dəqiqə gözləyin.
4. İlıq su ilə yuyun. Portağal suyu turşu tərkibli olduğu üçün həftədə 1-2 dəfə istifadə edin. Həmçinin quru saç tipiniz varsa, yağlarla birlikdə tətbiq edin.
 
 
 
Ardını oxu...
Sarımsaq təbii antibiotik və immun gücləndirici kimi tanınır. Foodinfo.az xəbər verir ki, tərkibində allisin adlı güclü antibakterial və antiviral maddə var ki, bu da soyuqdəymə və qripin qarşısını almağa kömək edir. Bu tərəvəz ağ qan hüceyrələrinin fəaliyyətini artıraraq bədənin infeksiya ilə mübarizəsinə yardımçı olur.Sarımsağın tərkibindəki allisin və digər kükürdlü birləşmələr mikrobların çoxalmasını azaldır. Həmçinin təbii iltihabəleyhinə təsiri ilə nəfəs yollarını açır. Öskürək və boğaz ağrısını yüngülləşdirir. Seliki durulaşdıraraq bəlğəmgətirici təsir göstərir. Eyni zamanda, bədəni istilədərək tərləməyə kömək edir. Bu da toksinlərin daha tez çıxmasını təmin edir. Çiy sarımsaq çeynəmək ən təsirli üsullardan biridir, lakin iy və dadı güclü ola bilər. 1 diş əzilmiş sarımsağı 1 çay qaşığı balla qarışdırıb yemək immuniteti gücləndirir. 2 diş əzilmiş sarımsağı isti suya əlavə edib 5-10 dəqiqə dəmləyin. İçinə limon və bal da qata bilərsiniz. Sarımsaq zəncəfillə birgə istifadə edildikdə antiviral təsiri daha da artır. Mədə problemi olanlar çiy sarımsağı çox istehlak etməməlidir. Qan durulducu dərmanlar qəbul edənlər isə həkimlə məsləhətləşməlidir. Soyuqdəymə zamanı sarımsağı müntəzəm istehlak etməklə bərpa prosesini sürətləndirə və infeksiyadan qoruna bilərsiniz.
Ardını oxu...
Bəzi dondurulmuş qidalar birbaşa bişirildikdə həm dadlı, həm də təhlükəsiz olur. Onları əritmədən bişirmək vaxtınıza qənaət edir və bəzi hallarda daha yaxşı tekstura əldə etməyə kömək edir.
1. Ət və toyuq məhsulları
- Kotlet və burgerlər donu açılmadan tavada və ya sobada bişirilə bilər.
- Toyuq qanadları və budlarını sobada və ya air fryerdə birbaşa bişirə bilərsiniz.
2. Dəniz məhsulları - Karidesi birbaşa qızardıb və ya qaynadaraq bişirmək olar.
- Balıq filesini sobada və ya tavada donunu açmadan bişirmək mümkündür.
3. Tərəvəzlər - Dondurulmuş brokoli, gül kələm, ispanağı birbaşa şorbaya, qızartmaya və ya buxarda bişirməyə əlavə etmək olar.
- Dondurulmuş qarğıdalı, noxud, lobyaları əritməyə ehtiyac yoxdur, birbaşa bişirilə bilər.
4. Xəmir məhsulları
- Pizza və un məmulatlarını sobaya birbaşa qoyub bişirmək olar.
- Dondurulmuş blinçik və börəkləri tvada və ya sobada donu açılmadan qızarda bilərsiniz.
5. Şorbalar və yeməklər
- Hazır dondurulmuş yeməklər (düyü, makaron qarışıqları və s.) birbaşa tavada və ya mikrodalğalı sobada qızdırıla bilər. Bəzi qidalar donu açıldıqda çox su buraxa bilər və ya teksturası dəyişə bilər, buna görə birbaşa bişirmək daha yaxşıdır. Ancaq iri ət parçaları və ya bütöv toyuq kimi məhsullar əvvəlcə donu açıldıqdan sonra bişirilməlidir ki, içi tam bişsin.
 
Ardını oxu...
Ağciyərlərin sağlamlığını qorumaq üçün düzgün qidalanma böyük əhəmiyyət daşıyır. Foodinfo.az xəbər verir ki, tərkibində antioksidantlar, vitaminlər və faydalı yağlar olan qidalar tənəffüs yollarını dəstəkləyir, ağciyərlərin funksiyasını yaxşılaşdırır və xəstəliklərin qarşısını alır.
Ağciyərlər üçün faydalı qidalar:
1. Tərəvəz və meyvələr: C vitamini ilə zəngin olan portağal, limon, naringi və brokoli ağciyərləri toksinlərdən təmizləyir. Tünd yaşıl tərəvəzlər isə iltihabı azaldır.
2. Antioksidantlar: Qarağat, böyürtkən və nar antioksidantlarla zəngindir. Bu maddələr sərbəst radikalları zərərsizləşdirərək ağciyərləri qoruyur.
3. Omega-3 yağ turşuları: Somon balığı, qoz və kətan toxumu ağciyərlərdə iltihabı azaldır və toxuma sağlamlığını dəstəkləyir.
4. Zəncəfil və sarıkök: Bu ədviyyatlar iltihabəleyhinə təsir göstərərək tənəffüs yollarını rahatlaşdırır və ağciyər funksiyasını yaxşılaşdırır.
5. Sarımsaq: Güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə sarımsaq tənəffüs yollarını təmizləyir və infeksiyalara qarşı müdafiəni artırır. Ağciyərlərə zərərli qidalar:
- Emal olunmuş qidalar:
Çoxlu duz və qatqı maddələri tənəffüs yollarına mənfi təsir göstərir.
- Şəkərli qidalar: Ağciyərlərdə iltihabı artıraraq funksiyanı zəiflədir.
- Trans yağlar: Fast food və hazır qəlyanaltılardan uzaq durmaq lazımdır, çünki bunlar ağciyərlərə zərər verə bilər.
Əlavə tövsiyələr:
- Bol su içmək ağciyərləri toksinlərdən təmizləyir.
- Siqaretdən uzaq durmaq və passiv tüstüdən çəkinmək vacibdir.
- Hərəkətli həyat tərzi ilə ağciyər funksiyasını gücləndirmək olar.
Düzgün qidalanma ilə birlikdə sağlam həyat tərzi ağciyərlərin funksiyasını uzun müddət qorumağa kömək edir. Antioksidant və iltihabəleyhinə təsiri olan qidaları mütəmadi olaraq menyunuza daxil edin.
 
Ardını oxu...
LabQuest tibb şirkətinin tibbi eksperti Vera Serejin gecə istirahətinin keyfiyyətində düzgün qidalanmanın rolundan danışıb.
Ekspert RİA Novosti- yə müsahibəsində deyib ki, gecələr çox yeməyin və kofein, alkoqol və nikotindən qaçın - onlar melatonin istehsalına mane olurlar.Mütəxəssisin fikrincə, melatonin çatışmazlığı təkcə yorğunluq deyil, həm də ciddi sağlamlıq problemləri yarada bilər.Serejin qeyd edib ki, müntəzəm fiziki fəaliyyət də stress səviyyəsini azaltmağa və yuxunu yaxşılaşdırmağa kömək edəcək."Ancaq diqqətli olun: həddindən artıq stimullaşdırmadan qaçmaq üçün günün birinci yarısında məşq etmək daha yaxşıdır" - deyə ekspert əlavə edib.
 
Ardını oxu...
Qastroenteroloq və terapevt Svetlana Ermakova omeqa-3 normasını təkcə qida ilə əldə etməyin mümkün olmadığı fikrini bildirib. TEREF xəbər verir ki, o, Gazeta.Ru -ya müsahibəsində bildirib ki, qaynadılmış və qızardılmış dəniz məhsullarında demək olar ki, omeqa-3 yoxdur. Duzladıqda, hisə verdikdə, dondurduqda və konservləşdirildə onun konsentrasiyasının 40%-ə qədər azalmasına səbəb olur.“Ona görə də omeqa-3 bədənə kömək etmək üçün əlavə olaraq pəhriz əlavələri şəklində qəbul edilməlidir. Halbuki omeqa-6 və omeqa-9 adi qidalarda böyük miqdarda olur”, - deyə Ermakova izah edib.O əlavə edib ki, fərdi dozanı təyin etmək üçün omeqa-3 indeksi testindən keçə bilərsiniz.
 
Ardını oxu...
Mançester Metropolitan Universitetinin alimləri müəyyən ediblər ki, adi siqaret əvəzinə elektron siqaretdən istifadə edən insanlar daha çox nikotini qəbul edirlər. Bu, onları demans, çoxlu orqan çatışmazlığı və ürək-damar xəstəliklərinin inkişaf riski ilə üz-üzə qoyur.

Araşdırmanın nəticələri BMJ (British Medical Journal) jurnalında dərc olunub.

Baş müəllif Maksim Boydenin fikrincə, vapinqin əsas təhlükəsi insanların siqaret çəkmə prosesinə həddindən artıq aludə olmasıdır. Alim qeyd edib ki, ənənəvi siqaret çəkmək prosesin tamamlanma hissini geridə qoyur, vaplardan istifadə isə prosesi istənilən mühitdə davam etdirməyə imkan verir, insanları daim nikotindən istifadə etməyə məcbur edir.

Tədqiqat, siqaret çəkənlərin damar sağlamlığında siqaret çəkənlərdə olduğu kimi əhəmiyyətli dəyişikliklər yaşadığını göstərib. Bu pozğunluqlar beyinə qan tədarükünün azalmasına və demans da daxil olmaqla idrak pozğunluqlarının inkişafına səbəb ola bilər.

Vaperlərin sağlamlığına əsas zərər vaping mayelərinin tərkibində olan kimyəvi birləşmələrdir. Bunlara nikotin, metallar və propilen qlikol daxildir. Onlar iltihabı və oksidləşdirici stressi tetikler, orqan çatışmazlığına, arterial divarın məhvinə və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb olur.
 
Ardını oxu...
Su, orqanizmin bütün funksiyaları üçün zəruridir. Foodinfo.az bildirir ki, su, həzm sistemini yaxşılaşdırır və toksinləri təmizləyir. Gündə 8-10 stəkan su içmək tövsiyə olunur. Su, dərinin elastikliyini qoruyur və qırışların qarşısını alır.Su qəbulu çəki idarəetməsində də kömək edir. İdman zamanı su itkilərini əvəz etmək vacibdir. Su, həmçinin beyin fəaliyyətini yaxşılaşdırır. Çay və qəhvə su əvəzedicisi deyil.Təmiz su qəbulu ümumi sağlamlıq üçün əsas şərtdir. Su, hər bir hüceyrənin düzgün işləməsi üçün vacibdir.
 

Dünyapress TV

Xəbər lenti