Soyuqdəymə zamanı sarımsağın rolu
Sarımsaq təbii antibiotik və immun gücləndirici kimi tanınır. Foodinfo.az xəbər verir ki, tərkibində allisin adlı güclü antibakterial və antiviral maddə var ki, bu da soyuqdəymə və qripin qarşısını almağa kömək edir. Bu tərəvəz ağ qan hüceyrələrinin fəaliyyətini artıraraq bədənin infeksiya ilə mübarizəsinə yardımçı olur.Sarımsağın tərkibindəki allisin və digər kükürdlü birləşmələr mikrobların çoxalmasını azaldır. Həmçinin təbii iltihabəleyhinə təsiri ilə nəfəs yollarını açır. Öskürək və boğaz ağrısını yüngülləşdirir. Seliki durulaşdıraraq bəlğəmgətirici təsir göstərir. Eyni zamanda, bədəni istilədərək tərləməyə kömək edir. Bu da toksinlərin daha tez çıxmasını təmin edir. Çiy sarımsaq çeynəmək ən təsirli üsullardan biridir, lakin iy və dadı güclü ola bilər. 1 diş əzilmiş sarımsağı 1 çay qaşığı balla qarışdırıb yemək immuniteti gücləndirir. 2 diş əzilmiş sarımsağı isti suya əlavə edib 5-10 dəqiqə dəmləyin. İçinə limon və bal da qata bilərsiniz. Sarımsaq zəncəfillə birgə istifadə edildikdə antiviral təsiri daha da artır. Mədə problemi olanlar çiy sarımsağı çox istehlak etməməlidir. Qan durulducu dərmanlar qəbul edənlər isə həkimlə məsləhətləşməlidir. Soyuqdəymə zamanı sarımsağı müntəzəm istehlak etməklə bərpa prosesini sürətləndirə və infeksiyadan qoruna bilərsiniz.

Dünyapress TV

Xəbər lenti