Ardını oxu...
Bu gün Taleh Sahsuvarovun səhifəsində maraqlı statusa rast gəldim. Mədəniyyət nazirimiz Azərbaycanın görkəmli Bəstəkarı Rauf Hacıyevi caz sənətinin əfsanəsi (Taleh bəy nazirin işlətdiyi söz birləşməsiylə "cazmen" arasında bərabərlik işarəsi qoyub) kimi xarakterizə edib. Doğrusu, mən Anar Kərimovu tanımadığım kimi, o da Rauf Hacıyevi tanımaya bilərdi, hərgah onun Azərbaycan mədəniyyəti ilə az-çox tanışlığı olsaydı, tanımalıydı. Məncə, problem təkcə Anar Kərimovluq deyil. Yaşına baxdım, xeyli gəncdir, təhsilinin, peşəsinin musiqi ilə bağlılığı olmayıb. Son illər efirləri "şöşü-möşü"lər , meyxana deyənlər və.s. bu tipli proqrammlar zəbt edib.
Yuxrıda qeyd etdiyim kimi, mən Anar Kərimovun adına Taleh bəyin statusunda rast gəlməsəydim, mədəniyyət nazirimizin kim olduğunu bilmirdim. Google sağ olsun, tabışlıq verdi. Tanımayanlar buyursun, tanış olsun:
"Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir.[1]
Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var.
Fəaliyyəti
Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir.[1]
23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmiş və o, Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi təyin edilmişdir.[2][3]
Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.[4] 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunmuş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir.[5][6] Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdir.[7]"
Bu şəxsi hansı prinsipləri əsas tutaraq mədəniyyət naziri təyin ediblər, anlaşılan deyil!
Bəlkə də Anar Kərimov aldığı təhsil (bir neçə), diplomatiya sahəsindəki çalışdığı illər ərzində topladığı təcrübə ilə elə öz profilinə uyğun irəli çəkilsəydi ölkə üçün daha faydalı olardı və vaxtından əvvəl buraxdığı ilk baxışdan sadə görünsə də, Taleh bəy kimi diqqətli oxucu və tənqidçi baxışlara malik bir peşəkarın gözündən yayınmayacaq səhvə görə hədəfə gəlməzdi.
Elçin Paşayev.
Teref.az olaraq qeyd etmək istəyirik ki, mərhum Rauf Hacıyev böyük bəstəkar olub və dövlət xadimi olub. Onun Azərbaycan cazına verdiyi ən böyük hədiyyə , mədəniyyət naziri olduğu vaxt, Azərbaycandan küsüb Gürcüstana köçmüş Faqif Mustafazadəni , razı salıb vətənə gətirməyi olub .
Teref.az
Ardını oxu...
 
 
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik Mirzə Cəlilov Muxtar Respublikanın ən çox tənqid olunan məmurlarındandır. İndiyədək redaksiyamıza göndərilən çox saylı məktublarda Mirzə Cəlilovun hərbi xidmətə çağırılmış gənclərdən külli miqdarda rüşvət yığdığı iddia olunur. İddialara görə, M.Cəlilovun komandası həqiqi xəstə çağırışçılardan 3-4 min, sağlamlardan isə 8-10 min manat rüşvət alırmış. Əsgərlərin yaxşı yerə salınması, xidmət yerlərinin dəyişdirilməsi və s. kimi məsələlər də Mirzə Cəlilovun əsas gəlir qaynaqlarındandır.

İndiyədək Ovqat.com-a göndərilən məktublar konkret dəlillərə, sənədlərə əsaslanmadığından və anonim xarakter daşıdığından onları yayınlamağı uyğun hesab etmirdik. Bu gün isə redaksiyamıza göndərilən bir məktubda iddia sahibinin kimliyi məlumdur. Hərbi strukturlarda rüşvətxorluğun baş alıb-getməsinin müdafiə gücümüzü zəiflətdiyini, bu qanunsuzluğa qarşı mübarizənin vacibliyini nəzərə alaraq məktubu olduğu kimi dərc edirik.

“Mən, Nəsirov Ramil Qürbət oğlu 12.09.2014-cü ildən 08.10.2021-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində zabit hərbi qulluqçu kimi həqiqi hərbi xidmətdə olmuşam. 2021-ci ildə şəxsi ailə zəminində yaranan problemlərlə bağlı Xidmətin Babək rayon idarəsinin rəisi mayor Hafis Nəcəfov mənim Xidmətdən “xidməti uyğunsuzluğa görə” tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmağım barədə Xidmətin rəisi polkovnik Mirzə Cəlilova TƏQDİMAT göndərdi. Polkovnik Mirzə Cəlilov 08.10.2021-ci ildə həmin Təqdimata əsasən mənim Silahlı Qüvvələrin ehtiyatına buraxılmağım barədə Əmr imzaladı.

Mən, həmin ilin avqust ayında növbəti məzuniyyətdə Bakı şəhərində olduğum dövrdə mayor Hafis Nəcəfov məni xidməti yerimə çağıraraq qeyri-qanuni şəkildə izahat aldı və “Şiddətli Töhmət” intizam tənbehi verdi. 45 günlük məzuniyyətimin geridə qalan 25 gününü məzuniyyətdə ola-ola qeyri-qanuni olaraq xidməti yerimdə keçirdim və elə həmin vaxt “Vəzifələrinə tam uyğun olmadığı” barədə intizam tənbehi verildi və mənimlə 3 (üç) dəfə fərdi söhbət aparıldı. Halbuki, hərbi qulluqçuya məzuniyyət dövründə intizam tənbehi verilməsi və fərdi söhbət aparılması qanunla qadağandır. Məzuniyyətdə olduğu dövrdə hərbi qulluqçuya intizam tənbehini yalnız Qarnizon rəisi verə bilər. Hərbi qulluqçuya intizam tənbehi vermək və fərdi söhbət aparmaq üçün ya məzuniyyətinin bitməsini gözləməli, ya da Əmrlə geri qaytarılmalıdır. Bir müddət sonra, 02.09.2021-ci ildə indiki həyat yoldaşımın anası mənə şər ataraq şikayət etdi. Naxçıvan MR Hərbi Prokurorluğu uzun araşdırmadan sonra edilən şikayətin əsassız olduğu, şər-böhtan olduğu haqqında qərar qəbul etdi. Ən əsası budur ki, həmin qərarda açıq-aydın şəkildə günahsız olduğum yazılmasına baxmayaraq mayor Hafis Nəcəfov bu dəfə də ona 5000 manat verəcəyim təqdirdə mənim xidmətdə qalmağım və xidməti yerimin dəyişdirilməsi üçün köməklik edəcəyini açıq şəkildə vurğuladı. Mən o qədər pulumun olmadığını bildirdikdə, “onda heç bu söhbəti mən sənə deməmişəm, adamın varsa xidmət rəisinin qəbuluna göndər, xahişini etsin”, – dedi. Bundan sonra mayor Hafis Nəcəfov bu dəfə də Xidmətin rəisi polkovnik Mirzə Cəlilova “xidməti uyğunsuzluğa görə” tərxis edilməyim barədə “Təqdimat” göndərdi. Polkovnik Mirzə Cəlilov 08.10.2021-ci ildə mayor Hafis Nəcəfovun göndərdiyi Təqdimata əsasən, mənim (kapitan hərbi rütbəsi ilə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmağım barədə Əmr imzaladı. Ehtiyata buraxıldıqdan sonra verilən qərarla razı olmayaraq, hərbi biletimdə qeyd edilən maddənin aradan qaldırılması və yenidən xidmətə qayıtmağım üçün dəfələrlə mayor Hafis Nəcəfova və polkovnik Mirzə Cəlilova məktublar ünvanlasam da heç bir nəticə əldə edə bilmədim. Hətta Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət etdim, amma yenə də Naxçıvandan gələn cavab ürəkaçan olmadı.

Nəzərinizə çatdırmaq istəyirəm ki, mayor Hafis Nəcəfovun mənim barəmdə verdiyi intizam tənbehləri məzuniyyətdə olduğum müddətdə verilib və verilən qərarların hamısı qanunsuzdur.

Əgər mayor Hafis Nəcəfov haqqında araşdırılma aparılsa onun bundan əvvəl hansı dövlət orqanında işlədiyi və hansı səbəbdən işdən azad olunduğu məlum olacaq.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, aidiyyatı orqanlardan araşdırılma aparılması və yenidən həqiqi hərbi xidmətə qaytarılmağım üçün köməklik göstərilməsini xahiş edirəm.

İmza: Ramil Nəsirov”

Ovqat.com
 
 
 

Ardını oxu...
Bir Məmməd Abbasbəyli var. 23 dekabr 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilib. Ona qədər isə sözügedən qurumda rəis müavini vəzifəsində çalışıb. Ötən il rəis vəzifəsinə keçdikdən sonra ölkəmizdə dövlət satınalmaları sahəsində aparılan islahatlar, səmərəlilik və şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirilən sistemli tədbirlər barədə məlumat vermişdi. Keçirdiyi mətbuat konfranslarının birində yeni yaradılan, təcrübəsi olmayan şirkətlərin satınalmalarda iştirakı ilə bağlı suala təxminən belə bir cavabı olmuşdu. “Şirkət yeni yaradıla bilər, onu yaradanın əvvəl çalışdığı sahədə təcrübəsi olub ki, yaradıb. Biz onlara da şərait yaratmalıyıq.” Məmməd Abbasbəyli bunu güya satınalmalarda şəffaflığın təmin olunması, azad rəqabətin formalaşması, inhisarçılığın qarşısının alnması ilə əlaqələndirib.

Bir də Sultanova Vüsalə Vaqif qızı var. Dövlət Vergi Xidmətinin məlumatlarına görə 22.06.2022-ci il tarixdə bir ünvanda adına 3 MMC dövlət qeydiyyatına alınıb. Açıq mənbələrdə MMC-lərin fəaliyyət sferası, təcrübəsi, maddi-texniki bazası barədə heç bir məlumat yoxdu. Amma eyni ünvanda yaradılmış bu 3 MMC oktyabr-noyabr aylarında 17 satınalma prosedurunun qalibi olub. Lakin bizdə məlumatlar var. Maddi -texniki bazası, təcrübəsi, peşəkarlığı olan şirkətlər var ki, müxtəlif xidmətlərin satın alınması üzrə elan olunmuş tenderlərdə iddiaçı qismində müraciət etmələrinə baxmayaraq il ərzində bir satınalmanın belə qalibi ola bilmirlər. Nədir bunun səbəbi? Öncə Sultanova Vüsalə Vaqif qızına məxsus MMC-lərin iki ay ərzində qalibi olduğu kotirovka sorğularına nəzər salaq.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SL 99 CORP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 22.06.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, KEÇİD 1594 (LÖKBATAN), ev 30, m. 8, qanuni təmsilçisinin isə Sultanova Vüsalə Vaqif qızı olduğu göstərilir.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “SL 99 CORP” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alındıqdan 4 ay ay sonra təhsil və səhiyyə sisteminə tabeli qurumların keçirdikləri 3 kotirovka sorğusunun qalibi ola bilib.

“Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec” publik hüquqi şəxsi tərəfindən cari təmir işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 29.11.2022-ci ildə 46 500.39 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 29.11.2022-ci ildə 12000.05 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən tikili və avadanlıqların cari təmir işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 21.11.2022-ci ildə 39 800.6 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Göründüyü kimi MMC soon 8 gün ərzində səhiyyə sisteminə və TƏBİB-ə tabeli qurumların keçirdikləri 3 kotirovka sorğusunun qalibi olub və ümumi olaraq 98 301 manat məbləğində sifariş alıb. Əsaslı təmir, cari təmir, tikili və avadanlıqların cari təmir işləri üzrə.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SMART 86 CORP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 22.06.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, KEÇİD 1594 (LÖKBATAN), ev 30, m. 8, qanuni təmsilçisinin isə Sultanova Vüsalə Vaqif qızı olduğu göstərilir.

Bu MMC isə Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutu tərəfindən NQGP və ETİ tərəfindən maşın və avadanlıqların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 29.11.2022-ci ildə 11 200 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“Sabirabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən elektrik malları, elektrik quraşdırılma materialları, dəftərxana ləvazimatları və təsərrüfat malları üzrə keçirilmiş kotirovka sorğusunda 26 400 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 28.11.2022-ci il tarixində açıqlanmışdır.

Oğuz rayon Mərkəzi Xəstəxanası tərəfindən nəqliyyat vasitələrinin əsaslı təmiri üzrə keçirilmiş kotirovka sorğusunda 43 915 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 22.11.2022-ci il tarixində açıqlanmışdır.

“Nərimanov Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən qazanxananın cari təmiri xidmətlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 10 470 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 18.11.2022-ci il tarixində açıqlanmışdır.

Ağdaş Dövlət Humanitar Kolleci tərəfindən digər malların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 3300 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 02.11.2022-ci il tarixində açıqlanmışdır.

Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən abadlaşdırma xidməti üzrə keçirilmiş kotirovka sorğusunda 46 067.2 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 12.10.2022-ci il tarixində açıqlanmışdır.

“Nərimanov Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən qazanxananın cari təmiri xidmətlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 10 910 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 12.10.2022-ci il tarixində açıqlanmışdır.

Göründüyü kimi “SMART 86 CORP” MMC oktyabr ayında bir günə 2, noyabr ayında isə 25 gün ərzində təhsil sisteminə və TƏBİB-ə tabeli qurumların keçirdikləri 5 kotirovka sorğusunun qalibi olub və ümumi olaraq 152 262 manat məbləğində sifariş alıb. Ayrı ayrı sahələr üzrə. qazanxananın cari təmiri, abadlaşdırma xidməti, nəqliyyat vasitələrinin əsaslı təmiri, elektrik malları, dəftərxana ləvazimatları,maşın və avadanlıqlar üzrə.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DELTA 10 LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 22.06.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, KEÇİD 1594 (LÖKBATAN), ev 30, m. 8, qanuni təmsilçisinin isə Sultanova Vüsalə Vaqif qızı olduğu göstərilir.

“DELTA 10 LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən sair torpaq, tikili və avadanlıqların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 27 505 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 29.11.2022-ci il tarixində açıqlanmışdır.

“Respublika Sanitariya və Karantin Mərkəzi” publik hüquqi şəxsi tərəfindən digər kommunal xidmətlərin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 48 798 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 10.11.2022-ci il tarixində açıqlanmışdır.

“Respublika Sanitariya və Karantin Mərkəzi” publik hüquqi şəxsi tərəfindən mətbəə məhsullarının satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 45 467.2 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 10.11.2022-ci il tarixində açıqlanmışdır.

Elmi Tədqiqat Kardiologiya İnstitutu tərəfindən mətbəə məhsullarının satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 23 179.54 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 05.11.2022-ci il tarixində açıqlanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu tərəfindən abadlaşdırma xidmətinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda 9897 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 02.11.2022-ci il tarixində açıqlanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən maşın və avadanlıqların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 29 685 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 25.10.2022-ci il tarixində açıqlanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən sair torpaq, tikili və avadanlıqların alınması üzrə keçirilmiş kotirovka sorğusunda 16 584 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.09.2022-ci il tarixində açıqlanmışdır.

Göründüyü kimi “DELTA 10 LT” MMC oktyabr ayında 2, noyabr ayında isə 25 gün ərzində Milli Elmlər Akademiyasına tabeli qurumların keçirdikləri 5 kotirovka sorğusunun qalibi olub və ümumi olaraq 201 115 manat məbləğində sifariş alıb. Ayrı ayrı sahələr üzrə. qazanxananın cari təmiri, abadlaşdırma xidməti, nəqliyyat vasitələrinin əsaslı təmiri, elektrik malları, dəftərxana ləvazimatları,maşın və avadanlıqlar üzrə.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Sultanova Vüsalə Vaqif qızının adına bir gündə yaradılmış 3 MMC oktyabr-noyabr aylarında 17 kotirovka sorğusunda qalib gəlib və ümumi olaraq 451 678 manat məbləğində dövlət sifarişi alıb. Diqqət yetirdikdə bu sifarişlərin çoxunun ayrı ayrı sahələr üzrə olduğu açıq-aydın görsənir. İndi buradan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə sual ünvanlayırıq. Vüsalə Sultanovanın adına bir gün ərzində yaradılmış 3 MMC-nin 2 ay ərzində 17 koturovka sorğusunun qalibi olması şəffaflıqdı, yoxsa inhisarçılıq?

Burada şəffalıqdan əsər-əlamət belə yoxdu. Bu inhisarçılıqdı. Bu azad rəqabətin açıq şəkildə pozulmasıdı. Bir nəfərin qanunu təmsilçisi olduğu MMC-lərin iki ay ərzində ayrı-ayrı xidmətlər üzrə 17 kotirovka sorğusunda qalib olması satınalmalarda saxtakarlıqdan başqa bir şey deyil.

Aktualinfo.org

Ardını oxu...
7 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən, ikinci Qarabağ müharibəsi iştirakçısı, 3-cü qrup əlil Xəyal Abbasov Goranboy rayonunun Nadirkənd kəndində yaşayır.

Qazi müharibədən qayıtdıqdan sonra bir sıra problemlər, məmur süründürməçiliyi ilə qarşılaşdığını deyir. İki illik mübarizədən sonra son çarəni Toplum TV-nin qaynar xəttinə müraciət etməkdə görən qazinin əsas problemi torpaqla bağlıdır.

X. Abbasov müharibədən qayıtdıqdan sonra əkin-biçinlə məşğul olmaq istəyib və torpaq ala bilmək üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti də bu işə onların yox, bələdiyyənin baxdığını deyib, ora getməsini tövsiyə edib. Şikayətçi özü kənddə yaşasa da, istədiyi torpaq Goranboy rayonundan olduğu üçün o, Goranboy rayon bələdiyyəsinin sədri Şəmsi Əliyevin qəbuluna gedib. Bələdiyyə sədri ona 4 hektar torpaq sahəsi verib.

Saatlı rayonu, Dədəqorqud kənd sakini Cavanşir Abbasov deyir, onun adına 20-ə yaxın bank kartı açılıb....

Torpağın verilməsi ilə probleminin həll olunduğunu düşünən X. Abbasov yenə də məyus olub. Buna isə səbəb məcburi köçkünlərin həmin torpaqdan örüş yeri kimi istifadə etməsi olub: “Bələdiyyə sədri torpağı göstərib dedi ki, sezondur, get, yeri ək, sənədi də gələndə verərik. Gedib 3 dəfə texnika saldım, ancaq məcburi köçkünlər imkan vermədi. Deyirlər, icra hakimiyyətindən, torpaq şöbəsindən nümayəndə gəlsin, sənədi göstərsin, ondan sonra əkin-biçin et”.

Ona verilən torpağın örüş sahəsi olduğunu öyrənən X. Abbasov təkrar bələdiyyə sədrinin qəbuluna gedib. Onun sözlərinə görə, bələdiyyə sədri gəlib məcburi köçkünlərlə danışacağını desə də, vədinə əməl etməyib.

Bələdiyyə sədrindən ümidini kəsən şikayətçi məcburi köçkünlərlə bağlı tədbir görülməsi üçün polisə müraciət edib. Ancaq polis də torpağın sənədi olmadığı üçün bu işə bir əncam çəkə bilməyəcəyini bildirib.

Qazinin qaynar xəttə müraciətindən sonra Toplum TV Goranboy rayon bələdiyyə sədri Şəmsi Əliyevlə əlaqə saxlayıb. Bələdiyyə sədri isə açıqlamasında deyib ki, məcburi kökünlərlə bir dəfə danışıq aparıb, yenə də aparacaq: “Ora xəritədə örüş ərazisi kimi göstərilir. Mən məcburi köçkünə necə deyim ki, sən mal-qaranı bura salma. Biz bir dəfə məcburi köçkünlərlə danışdıq, amma X. Abbasov ərazinin 4 hektarı ona verildiyi halda 7 hektarına taxıl əkdi”.

X. Abbasov da bələdiyyə sədrinin dediyini təsdiqləyir, 7 hektar torpaqda taxıl əkdiyini etiraf edir. Buna səbəb kimi isə onun 10 hektar torpaq sahəsi istədiyi halda 4 hektar verilməsini göstərir.

Qeyd edək ki, bu məsələdə hər iki tərəf qanun pozuntusuna yol verdiyini özləri də etiraf edir. Bələdiyyə sədri xəritədə örüş sahəsi kimi göstərilən ərazini qaziyə verməklə məcburi köçkünlərin hüququnu pozmuş olub. Əgər həmin ərazi X. Abbasova verilərsə, o zaman məcburi köçkünlər mal-qarasını harada otaracaq? Qaziyə rayonun başqa yerlərindən torpaq sahəsi verilə bilməzdimi?

Digər bir qanun pozuntusu isə qazinin kənddə qeydiyyatda olduğu, yaşadığı halda rayonun mərkəzindən torpaq istəməsi, ona verilən torpaq sahəsi 4 hektar olduğu halda 7 hektardan istifadə etməsidir.

Torpağın sənəd məsələsinə gəlincə isə, bələdiyyə sədri bununla bağlı müvafiq quruma müraciət etdiyini və cavab gözlədiyini deyir: “Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və idarə hüquqları yalnız torpaq hərracları və auksionları vasitəsilə əldə oluna bilər. Sənədin verilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etmişəm. Müvafiq protokol təyin edilib. Mənə həmin orqan mülkiyyət hüququnu tanıdacaq çıxarışı verəndən sonra hərraca verəcəm, həmin vətəndaş da torpağı hərracda udacaq”.

Bələdiyyə torpaqlarının hərracında bir çox şəxslər iştirak edə bilər. Ancaq bələdiyyə sədri bu hərracın qazinin “udacağına” əmindir. Çünki, əslində torpağı qazi udmayacaq, torpaq qaziyə veriləcək.

Şikayətçi maldarlıq üçün rayon məşğulluq mərkəzinə də müraciət edib, ancaq buradan da adekvat cavab ala bilməyib.

Məsələylə əlaqədar Toplum TV- Goranboy rayon Məşğulluq Mərkəzinə sorğu ünvanlayıb. Bir neçə gün öncə oradan bizə vətəndaşla əlaqə saxlayıb problemi ilə maraqlanacaqlarını desələr də, hələlik bu baş verməyib.

X. Abbasov deyir ki, müharibədə yaralanıb hospitalda yatan zaman Prezident İlham Əliyev şəxsən onlara baş çəkib vədlər vermişdi :“Prezident şəxsən bizə baş çəkib gələcək həyatımızda bizlər üçün imtiyazların öncəlik təşkil edəcəyini, bu ölkədə bizim haqqımız və payımız olduğunu demişdi. Ancaq məmurlar, yerli icra orqanları bu sözə əməl etmədi”.

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Toplum TV-ə qazilərin problemlərinin həlli üçün vahid bir komitənin yaradılmasının vacibliyini vurğulayıb: “Pay torpağının qazilərə iki dəfə, yəni iki pay verilməsi haqqında Heydər Əliyevin sərəncamı var. Bununla məşğul olacaq, bu kimi problemləri nizama salacaq bir dövlət qurumuna ehtiyac var. Ancaq bu yoxdur. Biz arzu edirik ki şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının bütün problemləri ilə bir qurum məşğul olsun. ASAN xidmət, Qaçqınkom kimi bir qurum da qazilərin problemlərinin həlli üçün yaradılmalıdır. Qazi də bütün problemləri ilə bağlı müxtəlif qurumlara yox, vahid bir quruma müraciət etməli və problemi həll edilməlidir.”.

X. Abbasov nə bələdiyyə sədrinin sözünü tutacağına, nə də Məşğulluq Mərkəzindən ona zəng gələcəyinə inanmır. O deyir ki, hazırda müharibənin və məmur özbaşınalıqlarının onda yaratdığı travmaları aradan qaldıra bilmək üçünsə psixi dispanserdə müalicə alır.

Məsələni diqqətdə saxlayacağıq.
 //Toplum TV//

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
DİA.AZ: - Saatlının Şirinbəyli kəndinin sakinləri əkin sahələrini suvarmağa su tapmırlar. DİA.AZ bildirir ki, Şirinbəylinin 5000 nəfərə yaxın sakini olmasına baxmayaraq kəndin içməli suyu yoxdur.

Sakinlər deyirlər ki, 2-3 ildir kəndimiz su görmür. Kəndlilər ilin 4-5 ayı su üzünə həsrət qalır. Əkin sahələri susuzluqdan yanır, içməli suyu isə pulla alırlar.

Şirinbəylinin bir hissəsinə hərdənbir su verilsə də, Qarabağlılar məhəlləsinə ümumiyyətlə verilmir.

Saatlı Suvarma Sistemləri İdarəsindən bildirilib ki, Şirinbəyliyə gələn 26-lar suvarma kanalı bir neçə kəndin ərazisindən keçir deyə su yoxdur. Rəsmi qurum suyun azlığını təbii amilə bağlayıb.

P.S. Görünəni odur ki, Əhməd Əhmədzadədən sonra Zaur Mikayılov da suvarma işini qazanc yerinə çevirdi... XALQA XİDMƏT YERİNƏ YOX...

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
 
 

 Rəhmətlik Sabir şerlərindən birində deyir: “Camaat aeroplanla göydə uçur, biz hələ avtomobil minməmişik”. Bu günkü Azərbaycan reallığıdır. Heç nə dəyişməyib, Sabirdən üzübəri.

 
Azərbaycan neft-qaz, qızıl və digər sərvətlər ölkəsidir. Amma vətəndaşı nə Küveytli kimi, nə Anddoralı kimi, heç olmasa qonşumuz qazaxlar kimi də yaşamır. Bu azmış kimi, qalaq-qalaq sosial problemlə içində boğulur. Məmur məsuliyyətsizliyi, büdcə pullarına hərislik işi o yerə çatdırıb ki, ölkənin ən mərkəzindən ən ucqarına qədər yolumuzun olmadığı yerlər var.
Söhbət açacağımız yer isə Masallı rayonunun Yolağac kəndidir. Təxminən 500 nəfərə yaxın sakini olan və Burovar dağ silsiləsinin, Dəmbəlov yüksəkliyinin ətəyində yerləşən bu kənd möhtəşəm təbiətə, bərəkətli torpağa və zəhmətkeç insanlara malikdir. Bu səmimi və mehriban camaat dolanışığını heyvandarlıq və əkinçiliklə təmin edir. Amma yolsuzdurlar.
Bu kadrlardan da görürsüz ki, azca yağış yağdıqdan sonra Yolağac kəndinə getmək min bir müsibətdir. Kənd sakinləri deyirlər ki, rayon mərkəzinə gedb-qayıtmaq onlar üçün məşəqqətə çevrilib. Çünki heç kim avtomobili ilə həmin yolu getmək istəmir. Ona görə ki, bir dəfə gediş-gəlişdən sonra ya maşının amartizatorları sıradan çıxır, ya da başqa bir problem yaranır.
Yayda havaların xoş keçməsi üzündən yolla hərəkət etmək çətinlik yaratmır. Di gəl, payız, qış və yaz aylarında xəstələrini belə Masallının mərkəzi xəstəxanasına apara bilmirlər. Kənd sakinləri bildirir ki, çox vat Təcili Tibbi Yardım çağırsalar da, Yolağacın adını eşidən kimi imtina edirlər. “Onları qınamırıq. Bir dəfə gəlsələr, maşınları sıradan çıxacaq”.
Camaat deyir ki, xeyir-şər işlərini də keçirə bilmirlər. “Göydən bir damcı yağış düşdükdən sonra yollarımız keçilməz olur. Kəndin xeyri var, şəri var. Elə olur ki, nə edəcəyimizi, necə edəcəyimizi bilmirik. Hələ qışda qonşu kənddəki qohum-əqrabada Allah eləməmiş hüzür düşsə, lap çarəsiz qalırıq. Necə gedək, necə edək? Evimizə bazarlıq etmək, un, çay, qənd almaq üçün rayona getməli oluruq. Di gəl, yolun olmaması səbəbindən çaşın məsələsi problemə çevrilir. Kimsəni qınamırıq. Heç kim, o naköndəm yolda maşın sürməz. Aidiyyatı qurumlara etmədiyimiz müraciət qalmayıb. Nə bir xəbər var, nə də sözümüzü eşidirlər”.
Amma Yolağac kəndinin dərdi təkcə, yoldurmu? Kəndə çəkilmiş elektrik xəttinin dirəkləri ağacdan olduğundan çürüyərək, sıradan çıxıb. Qış aylarında bu dirəklərin sınması hallarına da tez-tez təsadüf olunur. Hər dəfəsində dirəkləri dəyişəcəklərinə söz verilsə də, heç bir tədbir görülmür. Kəndin günlərlə işıqsız qalması isə aidiyyatı qurumları qətiyyən maraqlandırmır.
Aazərbaycan qaz ölkəsidir, dünyanın çeşid-çeşid ölkələrinə qaz satır. Bu satışdan külli miqdarda gərli də götürür. Hələ bunu bəh-bəhlə efirlərdə də elan edirlər. Amma bu ölkənin heç də ucqar məntəqəsi olmayan Yolağac kəndində hələ də qaz yoxdur. Olması ehtimalı da inandırıcı görünmür. Çünki məmurlarımızın başı neftin, qazın pulunu yeməyə qarışıb. Onları bir dağ kəndində sakinlərin evlərini necə qızdırması, yeməyi necə bişirəcəyi maraqlandırmır.
Qeyd edək ki, Yolağac kəndi öz füsunkar təbiətinə görə, turizm üçün olduqca əlverişli yerdir. Hətta bir neçə il əvvəl Turizm Agentliyinin nümayəndələri belə həmin ərazilərdə olub. Yolağacdan bir qədər yuxarıda, dağların arasında yerləşən Köhnə Zuvand kəndinin yaxınlığında aşkarlanan şəlalə isə agentliyin əməkdaşlarının diqqətini çəkib. Həmin vaxt bölgədə yeni turizm mərkəzlərinin yaradılması üçün Bakıya təklif verəcəklərini deyən sözügedən qurumun əməkdaşları ogedən gediblər. Hələ də onlardan heç bir xəbər yoxdur.

P.S. Sakinləri saymırsız, anladıq. Hörmət etmirsiz, ona da adət etmişik. Barı, Yolağacın Şəhidindən utanın. //jamaz.info//

 

XalqXeber.Az
Ardını oxu...
Tovuz rayonunun 5000 nəfər əhalisi olan Dondar Quşçu kənd sakinlərinin neçə illərdi suvarma suyuna həsrət qalması heç bir aidiyyəti orqanların vecinə də deyil. Kənd sakinlərinin dediyinə görə, onlara bu qarğışı 3 ildən artıq vaxtdır rayonda icra başçısı vəzifısində işləyən Məmməd Məmmədov (zəhər Mamed) yaradıb. Bir qrup kənd sakinləri, o cümlədən Qarabağ əlilləri və şəhid ailələri təsərrüfatlarının suya həsrət qalması barədə icra başçısının qəbulunda olsalar da, susuzluq dərdlərinə reaksiya verən yoxdur. Başlıca səbəbi isə, rayonun əkin sahələrinin 50 faizindən çoxuna sahib çıxan icra başçısının torpaq sahələrinə suvarma suyunun zorla çatmasıdır.
Tovuzun Dondar Quşçu kənd sakinləri, 44 günlük Vətən müharibəsində övladlarını itirmiş şəhid ailələri, o cümlədən Quliyev Şəxsəddin Həsən oğlu, Göycəyev Həbib İslam oğlu, Əliyev Ürufət Hümmət oğlu, 2-ci Qarabağ qazisi 3-cü qrup əlil Quliyev Rəhim Maarif oğlu və digərlərinin əkin sahələri məhv olmaq üzrədir. Taxılın suya olan ehtiyacı dözülməz həddə çatıb. Toyuq-cücələrinin satışından əldə etdikləri vəsait hesabına taxıl və digər adda əkdikləri məhsul gözgörəsi məhv olmaqdadır.
Kənd əhalisi ilə sorğu zamanı onu da dilə gətirdilər ki, “ Prezidentin bir neçə il bundan əvvəl suvarma üçün susuzluqdan əziyyət çəkən kəndlərdə artezian quyularının qazılmasına ayrılmış vəsait də icra başçısı Məmməd Məmmədova düşərli oldu. Beləki, icra başçısı artezian quyularını kəndlilərə münasib yerdə deyil, yalnız özünəməxsus əkin sahələrinə yaxın yerlərdə saldıra bildi.
Kənd sakini, 62 yaşlı ağsaqqal, ömrünü-gününü həmişə təsərrüfata, əkinə-biçinə həst etmiş Qasımov Vidadi Novruz oğlu da şəhid ailələri və qazilər kimi o da icra başçısı Məmməd Məmmədovun “çürük” siyasətindən təngə gəlib. Hələ bu rayona belə icra başçısının gəlmədiyini qeyd etdi. Onun sözlərinə görə, Tovuzun əkin sahələri əksərən bir hissəsi ermənilərdə, bir hissəsi bizdə olan Ağdam gölünün suyu ilə sulanır. Ermənilər göldən biz tərəfə suyun verilməsinə əngəl yaratsalar da, gölün üstündən daşan su bizim inşa etdiyimiz 2-ci gölə tökülür. Məmməd Məmmədov həmin suya da sahib çıxıb. Bizə 1 vedrə su da qəhət olub. Söhbət əsnasında ağsaqqal Vidadi Qasımov onu da vurğuladı ki, elə bil qəsdən hazırda 2-ci gölün qabağında betonlama işləri aparılır. Nə məqsədlə edildiyi icra başçısından və Tovuz suvarma Sistemləri İdarəsinin rəisindən savayı heç kimə məlum deyil. Bizə təsir edən də odur ki, beton işi başa çatana kimi göldən müvəqqəti olaraq suvarma suyunun axması üçün alternativ yol düşünülməliydi.
Təəssüflər ki, “başbilənlər” bunu yaddan çıxarıblar...
Haqqlarını tələb edən kənd sakinləri onu da deməyi vacib hesab etdilər ki, suvarma suyu barədə icra başçısının qəbulunda olarkən, o, bizi hədə-qorxu ilə qarşılayır. Hətta, üzlərinə adam qoyub tutdurmaqla hədələyir. Onlar isə, vaxtı keçmiş icra başçısının əsassız hədələrindən qorxmadıqlarını, çəkinmədiklərini bildirir, ancaq yanan əkin sahələrinin tezliklə suvarmaqlarını tələb edirlər.
Necə deyərlər, Tovuzun əsas etibarı ilə Dondar Quşçu kəndində bıçaq sümüyə dirənib. İcra başçısının qətrəhimliyi kənd əhalisinin yuxusunu ərşə çəkdirib. Onlar Prezident İlham Əliyevin bu cür kadrının təsadüfi olmasını tez-tez dilə gətirirlər.
İcra başçısının yarıtmaz əməlləri ilə bağlı kənd sakinləri və şəhid ailələri Prezident İlham Əliyevə, Vitse Prezident Mehruiban xanım Əliyevaya və baş nazir Əli Əsədova ərizə ilə də müraciət ünvanlayıblar.
Yəqinki rayonda ictimai qınaq kompaniyası icra başçısı Məmməd Məmmədovun qətrəhim hərəkətlərinin üzərindən su axıdaraq onu insafa gətirə biləcək.
İlham Hacalı
Teref.az

Ardını oxu...
Naxçıvanın Culfa gömrüyünün “xan” rejimindən qalma kadrları yenə “köhnə hamam, köhnə tas” siyasətini davam etdirməyə çalışırlar. Onlar müxtəlif vasitələrlə Naxçıvanda aparılan islahatları sabotaj etmək istəyirlər.
TEREF.AZ yazır ki, Ovqat.com-a daxil olan şikayət məktubundan belə anlaşılır.
Məktubu qələmə alan Culfa gömrüyünün bir işçisidir.
Şikayətçi yazır:
“Salam Heydar müəllim, axşamınız xeyir. Sizi narahat edən Culfa gömrüyünün bir işçisidir. Adımın anonym qalması şərtilə sizi və sizing vasitənizlə dövlət yetkililərini bir məsələdən hali etmək istəyirəm.
Məsələ bundan ibarətdir ki, yoxlamalar başlayandan təcili olaraq gömrüklərdə poçt filialları faliyyətə keçdi. Gömrüyə ödənən rüsumları poçta köçürdürlər. Son 10 gün içində poçt filiallaı risumları dollar və başqa valyutalarınan qəbul edirdilər.
Bu gündən isə Naxçıvanın Baş naziri Səbuhi Məmmədov Poçtun direktoru Saxavət müəllimə göstəriş verib ki qəbulu ancaq manatla edin, çünki poçtun qəbul etdiyi dollarları Kapital Banka köçürdürdülər, yəni Dövlətimiz qazanırdı. Gələn TIR sürücüləri olsun, xarici vətandaşlar olsun, hamısında Dollar yada Euro olur. Poçt isə xarici valyuta qəbul etmədiyi üçün vətandaşlar üz tututrlar Səbuhi müəllimin gömrüyün qarşısında gözləyən “qara kassa”ların üstünə onlardan manat alıb gəlib ödənişlərini edirlər. “Qara kassa”lar da dolların kursunu çox aşağıdan vurub soyğunçuluq edirlər, həm Səbuhi qazanır, həm də özləri.
Bir sözlə, istər xarici sürücülər, istərsə də əcnəbi vətandaşlara həm maddi, həm də mənəvi əziyyət verirlər.
Yoxlamalardan əvvəl də Səbuhi müəllimin hər gömrükdə “qara kassa”ları vardı, onlar gömrüyün içində oturub dollar alırdılar. Sərhəd Qoşunlarını Bakıya birləşdirəndən sonra onlar həmin “qara kassa”ları içəri buraxmadılar. Səbuhi isə Saxavətin əliylə dollar biznesini əvvəlki kimi davam etdirməyin yolunu tapdı”.
Məktub müəllifi ilə əlaqə saxlayıb, irəli sürdüyü bəzi məqamlara aydınlıq gətirməyə çalışdıq. Həmsöhbətimizin bildirdiyinə görə, gömrük məntəqələrində yaradılan bürokratik əngəllərdən ən çox Türk sürücülər əziyyət çəkirlər. Onları elə gözümçıxdığa salırlar ki, adamlar Naxçıvana gəlməyə peşman olurlar.
Teref.az
 
 
 
Ardını oxu...
Göyçay Rayon İcra Hakimiyyəti « 2022-ci ildə Göyçay şəhərində küçələrin,
dalanların, səkilərin və yolların əsaslı təmiri işlərinin satın alınması» tenderinin
nəticələrini açıqlayıb.
Tenderin qalibi "ATF" MMC olub. Şirkətlə 673 min 320 manat məbləğində müqavilə imzalanıb.
Mətbuatda yayılan məlumatlarda qeyd edilir ki, "ATF" MMC əsasən Göyçayda asfalt yollların salınması ilə məşğul olur.
Bu şirkəti Azad, Təbriz və Faxrəddin Muradov qardaşları yaradıblar.
Şirkətin adı da onların adlarının baş hərflərinin birləşməsindən ibarətdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun sevimli şirkəti olan “ATF” MMC nəinki
Göyçayda, Azərbaycanın müxtəlif yerlərində – İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman
kəndlərində, Goranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görür.
İndi isə adıçəkilən şirkətin tenderlər vasitəsilə neçə milyonluq dövriyyəyə malik olduğunun statistikasına nəzər salaq.
ATF şirkəti 2010-cu ildə 3,4 milyon manat, 2011-ci ildə 5,23 milyon manat, 2012-ci ildə
12,22 milyon manat, 2013-cü ildə 17,72 milyon manat, 2014-cü ildə 9,13 milyon
manat, 2015-ci ildə 13,5 milyon manat, 2016-cı ildə 2,43 milyon manat, 2017-ci ildə
3,75 milyon manat, 2018-ci ildə 3,15 milyon manat, 2020-ci ildə 4 milyon manat
dəyərində tenderlər “qazanıb”. Tenderlərin ümumi dəyəri 75 milyon manat olub.
Şirkəti Saleh Məmmədova nə bağlayır?
Qeyd edək ki, şirkət bundan əvvəl də Qəbələ Rayon İcra Hakimiyyətinin 485 min 134
manat dəyərindəki “Qəbələ şəhərinin küçə və yollarında əsaslı təmir işləri”
(11.11.2022) tenderini qazanıb.
AAYDA bahalı layihələrin icrasını adətən özü həyata keçirir. Amma AAYDA sədri
Saleh Məmmədov bəzən istisnalara yol verir və bu vaxt onun köməyinə öz
himayədarlığı ilə yaranan “ATF” MMC şirkəti gəlir.
Bahalı layihələr həyata keçirən AAYDA işlərin bəzilərini digər podratçılara həvalə
etməsini bəyan etsə, məsələn, 2019-cu ildə bu podratçılara 153 milyon manat ödəniş
həyata keçirsə də həmin şirkətlərin adları açıqlanmayıb. Belə ki, hər il çoxlu sayda və
bahalı tenderlərin keçirilməsinə baxmayaraq, bu tenderlərin nəticələri ilə bağlı
məlumatlara rast gəlmək olmur. Əgər belə olmasa idi tenderin nəticələrini etender.gov.az
vahid portalında görmək olardı.

Amma kimsəyə sirr deyil ki, regionlarda bu cür işlərin böyük əksəriyyəti AAYDA-nın
“tövsiyəsi” ilə “ATF” MMC şirkətinə həvalə edilir. Niyə məhz “ATF” MMC-nin seçilməsi
isə tərəflərin korrupsiya əməllərində axtarılmalıdır.
Saleh Məmmədovun “ATF” MMC ilə “iş birliyi” yalnız tenderlərlə yekunlaşmır. Hətta iş
o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad
Kərimovu işdən çıxarıb, yerinə “ATF” MMC-nin təsisçilərindən olan Təbriz Muradovun
oğlu Tehranı müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol
İstismarı İdarəsinin bütün texnikaları qanunsuz olaraq “ATF” MMC-nin tenderdə
“udduğu” yol tikintisi işlərinə cəlb edilib. Bu isə korrupsiya cinayətidir.
“ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin
müxtəlif maddələri ilə təqsirləndirilərək məhkəmə qərarı ilə həbs olunub. Rəhbərlikdə
isə onu qardaşları Azad və Təbriz Muradovlar əvəzləyib. Buna baxmayaraq, Saleh
Məmmədovun agentliyi şirkətlə “işləməyə”, “ATF” də qurumun tenderlərinin rəqibsiz
qalibi olmaqda davam edir.
“Asfaltyeyənlər” haqda statistika – milyonlarla manat…
“ATF” MMC uzun müddətdir ki, paytaxtdan kənar rayonlarında şəhər, qəsəbədaxili
avtomobil yollarının təmir-tikintisi, müxtəlif sosial infrasturktur obyektlərinin tikintisi,
həmçinin abadlıq işlərinin həyata keçirilməsi ilə məşğuldur.
AAYDA kimi dayağı olan “ATF” MMC son bir neçə ildə çoxlu sayda tenderin “qalibi”
olmaqla milyonlarla manat dəyərində layihə icra edib.
2020-ci ilin məlumatına əsasən, şirkət Ağsu, Balakən, Kürdəmir və Mingəçevir
şəhərlərində 5 layihəni icra edib. Bu layihələrin ümumi dəyəri 4 milyon manatı ötür.
Ümumilikdə, “ATF” MMC 2010-cu ildən bəri yerli icra qurumlarının elan etdiyi 65
tenderin “qalib”i olub. Tenderlərın çoxu Göyçay, Ağdaş, Ağsu, Ucar, Balakən rayonları
və Mingəçevir şəhərinin icra hakimiyyətləri tərəfindən elan edilib.
Rəsmi məlumatların təhlili göstərir ki, tenderlərin 26-sı Göyçay rayonu ilə bağlı olub və
bu tenderlərin ümumi dəyəri 32 milyon manat təşkil edib. “ATF” MMC Göyçayda
“Azərsu” ASC-dəki partnyor – Etibar Məmmədov
Amma “ATF” MMC digər dövlət qurumlarının həyata keçirdiyi tenderlərin də qalibidir
və bu baxımdan şirkətin “Azərsu” ASC ilə də “əl əli yuyar, əl də üzü” prinsipi ilə işbirliyi
mövcuddur.
Əldə etdiyimiz məlumatda bildirilir ki, Qorxmaz Hüseynovun vaxtında “Azərsu”da
tenderlərin və digər iri layihələrin reallaşdırılmasına qurumun sədr müavini Etibar
Məmmədov nəzarət edib. Onun “ATF” MMC və onun rəhbəri Azad Muradovla tanışlığı
da həmin tenderlərdə pulun silinməsi prosesi ilə başlayıb.
“ATF” MMC “Azərsu”nun sifarişi ilə ölkənin müxtəlif rayon və şəhərlərində
müəmmalı tender layihələrini icra edib və məhz bu şirkətin qalib elan
olunmasında Etibar Məmmədovun müstəsna əməyi olub.
Ümumiyyətlə isə “ATF” MMC-nin adının şəffaflığı şübhə doğuran bir çox tenderlərdə
hallanması qurumla bağlı ciddi araşdırma aparılması zərurətini ortaya çıxarır. Ümid
edirik ki, müvafiq qurumlar yazıda göstərilən faktları və hələ ictimaiyyətə bəlli olmayan
digər nüansları araşdıraraq gərəkən addımları atacaq.
milletinsesi.info
 

Dünyapress TV

Xəbər lenti