Ötən həftə "Kanal14"ün efirində canlı bağlantı yaradaraq, ilginc məlumatlar bölüşən vətəndaşlardan biri də Qazax rayon sakini Məzahir Əliyev oldu.
Onun sözlərinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Mərkəzi parkın, həmçinin şəhidlər xiyabanının bir hissəsini satıb, üstəlik satdığı ərazidə olan bir neçə şam ağaclarını da kökündən çıxartdırıb.
Qeyd edək ki, Məzahir Əliyev İcra başçısı Rəcəb Babaşovdan narazı olan yeganə Qazax sakini deyil. Çox qısa zaman əvvəllər də bir neçə dəfə "DogruXeber.az"a dərdini danışan vətəndaşlar da oldu.
DogruXeber.az: - Beyləqan İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə bağlı ilginc informasiya yayılıb. DİA.AZ bildirir ki, bu barədə RealMedia.az portalı paylaşım edib. Posrtalın iddialarına görə, bu ilin yazında icra başçısı sabiq SOCAR prezidentinin qudasına məxsus “Azəraqro” MMC-yə Şərq qəsəbəsinin “Sarısu” ərazisindəki 2500 hektar torpaq sahəsini özünün imzaladığı 05.05.2022-ci il tarixli, 62 saylı sərəncamı və 7 saylı müqaviləsi ilə icarəyə verib. İllərdir həmin ərazidə fərdi təsərrüfat qurub dolanışılqlarını təmin edən vətəndaşların məcburi qaydada çıxarılmasına səy göstərilir. Tərəflər arasında qarşıdurma yarandığı deyilir. Hətta məlumatlarda qeyd olunur ki, Asif Ağayev həmin 2500 torpaq sahəsinin 200 hektarını özü üçün əkəcəyi barədə sövdələşib. Sözügedən torpaq sahəsi keçmiş “Dostluq” Damazlıq Birliyi Sovxozunun balansında olub. Sovet təsərrüfat sistemi dağılandan sonra əslində həmin torpaqlar islahata getməli və sovxoz üzvü olan zəhmətkeşlər arasında paylanılmalı idi. Görünür, torpaqların konsolidasiyası məsələsinə görə bu, məqsədəuyğun hesab edilməyib, yaxud, sovxozçular öz hüquqları uğrunda yetərli mübarizə aparmayıblar. Daha məntiqli həll bu olardı ki, o torpaqlar hərrac yolu ilə satılsın. Amma bütün hallarda ayı və şirin bölə bilmədiyinə Asif Ağayev təkbaşına sərəncam verməli, həmin geniş, münbit, əkin sahələrini özünün mənsub olduğu klanın korporativ maraqlarına tabe etdirməməliydi. Redaksiya olaraq, bu işə ictimaiyyəti, hüquqşünasları cəlb edib Beyləqanın şahənşahının 62 saylı fəramayişinin nə dərəcədə əsaslı olub-olmadığını incələməyə çalışacağıq. Əlbəttə ki, suallarımızın biri və birincisi hörmətli Kənd Təsərrüfatı naziri cənab İnam Kərimova ünvanlanacaq. Mövzuya qayıdacağıq! Xatırladaq ki, Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfinədən Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin və ayrı-ayrı vəzifəli şəxslər barədə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi acımış və hazırda da cinayət işi Baş İdarənin İstintaq idarəsinə araşdırılır. //RealMedia.az//
Goranboyda iş adamı kimi tanınan Xaliq Mustafayevin oğlu vətəndaşı ölümlə təhdid edir.
Xalqxeber.az bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayon Həmənli kənd sakini Abdıyev Emin Hüseyn oğlu tərəfindən video-şikayət daxil olub. Şikayətçi qeyd edir ki,Goranboy şəhərində, yerli sahibkar Xaliq Mustafayevin şəxsi maliyyə vəsaiti ilə, yeni inşa edilmiş klinikanın tikintisində briqdir kimi çalışıb.Tikintiyə Sabirabad ,Cəlilləbad,Saatlı və ətraf rayonlardan usta fəhlələri dəvət edərək işlətdirib. Sözügedən klinikanın tikintisin demək olar ki, 85 faizi yekunlaşsada iş adamının oğlu Nicat Mustafayev fəhlələrin pulunu verməyib.Məhz buna görədə məcburiyyət qarşsında qalan şikayətçi özünə məxsus olan VAZ 2107 markalı avtomobilini sataraq fəhlələrin əməkhaqlarının bir qismini ödəyə bilib. Alın təri ilə ailə uşağı üçün çörəkpulu qazanan Abdıyev Emin bildirir ki, iş adamının oğlu Nicat Mustafayev ona dəfələrlə hədə-qorxu gəlib.”Bildirb ki, kimə və hara şikayət edirsən et.Sənə bir mant da olsun pul vermiyəcəm”. Hətta bu yaxın günlərdə 22 noyabr 2022-ci il tarixdə iş adamının oğlu Gəncənin Bayraq Meydanında şikayətçinin üzərinə 5-6 nəfər “razborşik”də gətirib.Gəncədə söz-söhbətə baxan kriminal dəstənin üzvüləri şikayətçiyə deyiblər ki, birdə pul tələb etsən bu sənə çox baha başa gələcəkdir.Bu haqda şikayətçini təhdid edən Goranboylu iş adamının oğlunun səsli mesajlarıda var. Goranboy sakini mətbuat vasitəsi ilə Daxili işlər Nazirliyin rəhbərliyindən xahiş edir ki, onu kriminal dəstə tərəfindən təhdid etdirən iş adamının oğlu barəsində qanunamüvafiq formada ölçü götürülməsinə göstəriş versin. Qeyd edək ki, iş adamı Xaliq Mustafayev xaricdən Azərbaycana elektronika malları gətizdirir. Şikayətlə bağlı iş adamı ilə əlaqə saxlamağa çalışdıq. Oğlu Nicat Mustafayevə məxsus olan mobil telfonla bağlantı qurmaq cəhdlərimiz alınmadı. Goranboylu sakinin DİN rəhbərliyinə ünvanlanış video-şikayətini təqdim edirik:
Azərbaycanda tutulan məmurların, varlıların həbsxanalarda pul gücünə, müalicə müəssisələrində rüşvət hesabına lüks şəraitdə qalması təəccüb doğuran hal deyil. Ölkədən beşikdən qəbirə qədər rüşvət varsa, deməli, türmələrə də ayaq açması məntiqlidir. Misal üçün keçmiş MTN generalı Akif Çovdarovdan tutmuş sabiq səhiyyə naziri Əli İnsanova qədər, eləcə də digər həbs görmüş məmurların, icra başçılarının komfort şəraitdə, kurorta bənzər hücrələrdə həbs çəkdiyini eşitmişik. Bura daxildir: telefondan istifadə, televizor, müasir hamam şəraiti, hətta trenajor zalı, hovuz, bir sözlə, kefin istəyən xidmət…Sanki həbsdə yox, Antalyadasan və qətiyyən səni darıxmağa, özünü dustaq kimi hiss etməyə qoymurlar. Lakin demə, bu lüksü pulu olan hər kəsə tanıyırlar, təkcə korruspioner məmurlara yox! Cumhuriyyet.az-a verilən məlumata görə, bir mənzili bir neçə adama satdığı üçün dələduzluq əməli ilə həbs edilmiş “Sahil – s İnşaat” MTK-nın vəzifəli şəxslərindən biri olan Pənah Kərimov da yenidən həbsə qaytarıldıqdan sonra bu imkanlardan yararlanır. Məlumata görə, 165 ailəni evsiz-eşiksiz qoymuş, pullarını mənisəmiş, hətta bir dəfə rüşvətlə ev dustaqlığına buraxılmasına nail olmuş, lakin Baş Prokurorluğun əsaslı protesti nəticəsində təzədən dörd divar arasında göndərilmiş Pənah Kərimov indi də özünə rahatlıq qurmağa başlayıb. Onun pul hesabına guya səhhətində problem olması adı ilə müalicə müəssisəsinə köçürüldüyü xəbərləri gəlməkdədir. Şirkətin fırıldağının qurbanı olmuş sakinlərin əldə etdiyi xəbərə görə, Pənah Kərimov müalicə müəssisəsində özü üçün Bodrum kurortu qurub və kral kimi yaşamağa davam etməkdədir. Təbii ki, bütün bunlar rüşvət sayəsində mümkündür və ölkədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin hansı vəziyyətdə olduğunu gözlər önünə sərir. Yəni sən cinayət elə, vətəndaşların haqqını ye, 165 ailəni, onların övladlarının mənzil sahibi olmaq sevincini ürəyində qoy, sonra xəstəlik adı ilə müalicə müəssisəsində kef çək… Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan bilgilərə görə, Pənah Kərimov orada özünə əməlli-başlı oliqarx həyatı qurub: istədiyi vaxt mobil telefondan istifadə edir, isti suyu, çay-kofesi, yeyib-içməyi, lüks hamam-tualet şəraiti, hər cür qulluq, hər bir müalicə… Hərçənd səhhətində hər hansı problem olmadığı deyilir. Görəsən, dələduz tikinti şirkətinin rəhbər şəxsi nə qədər rüşvət verib ki, ona belə şərait yaradılıb? Adətən Norveç, Danimarka kimi ölkələrdə, yəni az cinayətlər olan dövlətlərdə məhkumlara lüks şəraitli həbsxana şəraiti ilə təmin edirlər. Pənah Kərimov isə cənnəti burada tapıb. Bununla bağlı MTK-dan mənzil almış sakinlər Ədliyyə naziri Fikrət Məmmədova müraciət ediblər. Onlar nazirdən xahiş edirlər ki, Pentensiar Xidmətə və aidiyyatı müalicə müəssisəsinə araşdırma aparılması üçün tapşırıq verilsin. Sakinlər qeyd edirlər ki, Pənah Kərimov Bakı İstintaq Tərcridxanasında saxlanılmalı, məhkəmənin hökmündən sonra ağır rejimli cəzaçəkmə müəssisələrindən birinə köçürülməlidir. Sakinlər deyirlər ki, Baş Prokurorluq protest verərək onu həbsə göndərdikdə bir daha Pənah Kərimovun dələduzluğa yol verildiyi təsdiqlənib. Eyni zamanda, onu maraq müqabilində ev dustaqlığına buraxmış hakim barəsində də təftiş aparılır. Belə olan halda Pənah Kərimov kimi fırıldaqçı, saxtakar və dələduzluq etmiş şəxsin rüşvət qarşılığında yalandan özünü müalicə müəssisəsinə yerləşdirməsi mütləq araşdırma tələb edir. Sakinlər nazir Fikrət Məmmədovdan, o cümlədən Pentensiar Xidmət rəhbərliyindən xahiş edirlər ki, təcili surətdə məsələ dəqiqləşdirilməlidir. Çünki Pənah Kərimovun kef içində olmağa mənəvi baxımdan heç bir haqqı çatmır. Əks təqdirdə, bu fakt Ədliyyə Nazirliyinin, onun nəzarətindəki Pentensiar Xidmətin, müalicə müəssisələrinin hansı gündə olduğunu, rüşvətə bulaşdığını ortaya qoymuş olacaq. Bu ləkədən xilas olmaq üçün sözügedən şəxslə bağlı məsələ yoxlanılmalıdır. Sakinlər inanırlar ki, nazir Fikrət Məmmədov onların müraciətinə müsbət reaksiya verəcək. Müraciətdə deyilir: “Cənab nazir, Pənah Kərimovla Tale Alaverdiyev Yeni Günəşlidə tikilən binada bir mənzili 4-5 adama satmaqla dələduzluq etmiş şəxslərdir. Hər ikisi həbs edilib və istintaq gedir. Onlar böyük pullar mənimsəyib, insanları aldadıblar. Hazırda biz sakinlər öz gücümüz sayəsində problemlərimizi həll edirik. Həmçinin, Baş Prokurorluq və Prezident Administrasiyası da bizim müraciətlərə biganə qalmadı, üzləşdiyimiz qanunsuzluqlarla bağlı müvafiq addımlar atdılar. İndisə Ədliyyə Nazirliyindən oxşar addımı gözləyirik və ümid edirik ki, söylədiklərimiz əsasında Pənah Kərimovla bağlı araşdırma başlanacaq. Bu adam sanki həbsdə yox, evindədir. İstədiyi komfortla təmin edilib. Görəsən, onun “ala qaşına, gözünə aşiq olublar”? Hansı maraq qarşılığında onun telefondan istifadədən tutmuş digər xidmətlərə qədər istifadə etməsinə şərait yaradılıb? Sanki istirahətə yollanıb. Biz xahiş edirik ki, bu detal yoxlanılsın və dərhal istintaq təcridxanasına qaytarılması təmin edilsin”.

Deputat Fəzail Ağamalının qızının rəhbərlik etdiyi uşaq bağçası ilə bağlı ittihamlar var. “Reportyor.info” xəbər verir ki, Mehriban Fərruxlu bu haqda sosial mediada paylaşım edib. Onun sözlərinə görə, 4 yaşlı qızı Firəngizi yüz ölçüb bir biçdikdən sonra özəl bağçaların birinə getməsinə qərar verib: “Buta’ bağçasını tapdım. Allah mənim canımı alaydı körpəmi o məsuliyyətsizlərə əmanət etdiyim yerdə. 18 noyabr 2022 qızımı Fəzail Ağamalının qızı Günay Agamalının rəhbərlik etdiyi Buta bağçalarının Gənclik filialına apardım. Nəhayət 23 noyabr 2022 saat 15.21 də nəzarətsizlik ucbatından qızım ikinci mərtəbədə yerləşən yataqdan yerə yıxılıb ayağı sınıb və başı travma alıb. Günlərdir ki, susdum, dözdüm və məqsədim vardı Günay Agamalıdan məlum videonu əldə etmək üçün səbr etdim.Balam günlərdi zülm çəkir.Üç həftə gipsdə qalacaq ayağı. Bu məsuliyyətsizlər qanun qarşısında cavab versinlər”. Videonu təqdim edirik:
"İdarə etmək çox çətindir, əgər bunu təmiz vicdanla edirsənsə." (Napaleon)
DogruXeber.az:- O zaman, rəhbər işini asan bilib, rəhbər vəzifəyə gəlmək üçün varını-yoxunu satıb, filan qədər rüşvət verənlər üçün vəzifənin bu qədər önəmli olma səbəbi bəllidir.
Yox, biz kimisə "vicdansız" adlandırmırıq, sonucda hər kəsin özünün özündə gördüyü "bir miqdar vicdan"ı vardır. Amma, bu sözümüzlə siz də razılaşarsınız ki, hər kəs işini dürüstcəsinə icra edərsə, bu qədər şikayətçi vətəndaşlar olmaz.
"Şikayət" demişkən, ötən həftə "Kanal14" YouTube kanalımızda "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Mingəçevir şəhər sakini Kifayət xanım Əliyeva Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdan gileyləndi.
Xanım bildirir ki, Mingəçevir şəhər Yaşıllaşdırma və Təmizlik İdarəsində 2 saylı Ərazi Xidmət sahəsində dalandar işləyir. O işlərini görmələri üçün lazım olan təmizlik və yuyucu vasitələrinin vaxtında və lazımi qədər verilmədiyindən, həmçinin əmək haqqının azlığından şikayətlənib.
Xanımın söylədiklərini aşağıdakı linkdə sizə təqdim edirik:
Xanımın söylədikləri arasında diqqətimizi ən çox çəkən İcra başçısının işçilərin şikayətinə aidiyyatı şəxslərə lazımi tapşırıqlar vermək yerinə, "Vaxtında vermirlər, siz də işləməyin" deyə alay edirmişcəsinə verdiyi reaksiyası oldu.
Qeyd edək ki, sakinlərinin icra başçısından narazı olduğu və bu barədə "DogruXeber.az"a üz tutanlar arasında Mingəçevir şəhəri də ön sıralarda yer alır.
Teref.az-ın poçtuna daxil olan şikayət məktubunu təqdim edirik: Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Beyput Abbas oğlu tərəfindən
ŞİKAYƏT
Ucarın icra başçısı Mənsur Məmmədovun qardaşı olan Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun korrupsiya əməllərinə görə biz kəndlilər əziyyət çəkirik əkinlərimiz tərg olur. Belə ki, mən Yuxarı Şilyan kəndində bələdiyyəyə məxsus 18 hektar torpaq sahəsini uzun müddətli müqavilə əsasında icarəyə götürmüşəm.Hər il orada taxıl əkirəm. Bu il əkin işlərindən əvvəl Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun qəbulunda olub əkindən sonra su ilə təmin oluna biləcəyimi soruşdum.Müşfiq Məmmədov mənə bildirdi ki, su ilə bağlı heç bir problem yoxdur get arxayın əkin işlərini apar.Mən buna inanıb 3000 manatdan sox pul xərcləyib 18 hektar torpaq sahəmi şumlayıb taxıl əkdim.Suvarma vaxtı gələndə Müşfiq Məmmədov istədiyi artıq pulu verə bilmədiyim üçün mənə bildirdi ki, əkin suyu ilə təmin olunmaq üçün səninlə müqavilə bağlanılmalırı.Buna görə snədlərimi hazırlayıb Müşfiq Məmmədova təqdim etdikdə müqavilə bağlamaqdan qanunsuz imtina etdi.Səbəb kimi qeyd etdi ki, həmin əraziyə su getmir ona görə müqavilə bağlaya bilmərik. Ancaq bu tam yalan və qanunsuzluqdur ki, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov mənə qarşı edir.Mənim qonşu torpaq sahələrinə su bola-bol verilir.Hətda mən buna dair video çəklişdə etmişəm. Ucar rayon Suvarma Sistemləri İdarəsinin Xeybər adlı Yuxarı Şilyan kəndində olan əməkdaşı suvarma arxının qarşısını bəndləyib əlbə-əl pul verənlərin torpaq sahələrinə su verir.Mən 1 ay 18 gündür torpağımı əkmişəm hələ mənə su verilməyib ancaq 4 gün əvvəl əkin işi aparanlara su verilib.Qeyd edim ki, müqavilə əsasında suya görə vrilən pul dövlət büdcəsinə keçirilir ancaq əlbə əl verilən pul Müşfiq Məmmədovun cibinə su kimi axır. Mən buna görə Ucar rayon İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Mehdiyevin və Dövlət Aqrar İnkişaf Mərkəzinin rhbəri Rəhman Səfərovun dəfələrlə qəbulunda olsamda heç bir tədbir görə bilməyiblər. Çünki rayonda icra başçısı olan qardaşına güvənən Müşfiq Məmmədov Ucar rayon Suvarma Sistemləri İdarəsini öz şəxsi ofisi kimi idarə edir.Həftənin 6 gününü Bakıdakı evində olur bir gün isə yığılan pulları aparmaq üçün idarəyə gəlir. 09 dekabr 2022-ci il tarixdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Ucar rayonunda vətəndaşların qəbulunu keçirməsi xəbərinə Ucar sakinləri çox sevinirlər.Məndə həmin qəbula yazılmışam və inanıram ki, Zaur Mikayılov işinin öhdəsindən gələ bilməyən korrupsiyaya qurşanmış Müşfiq Məmmədovun barəsində qanunu tədbirlər görəcək. Mənim oğlum Rafiq vətən müharibəsi veteranıdır. Səfərbərliklə müharibəyə aparılan zaman icra başçısı Mənsur Məmmədovun qardaşı oğluda həmin avtobusda olub ancaq tapşırıq əsasında Yevlaxda yerə düşürdülərək evinə qaytarılıb. Adı işdə özləri Bakı şəhərində olan çoxlu sayda işçilər var ki, aylıq müdir Müfiq Məmmədova haqq verirlər.Həttda staj xatirinə adı işdə maaş kartları Müşfiq Məmmədovun cibində olan işçilərdə çoxdur. Teref.az olaraq məktubda adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq! Teref.az
Məlum olduğu kimi, Naxçıvanlı iş adam Razi Orucovun atası İlyas bəy redaksiyamıza verdiyi açıqlamasında oğlunun 22 gün istintaq tədricxanasında saxlanılaraq Seymur Talıbovun sürücüsü Həsən Əhmədov və Mahir adlı təcridxana rəisi tərəfindən vəşhicəsinə döyüldüyünü iddia etmişdi. Həsən Əhmədovu az-çox tanıyırsınız. Sürücülükdən əlavə Seymurun şilləvuranı olan bu şəxs həm də Ordubad rayon Polis Şöbəsinin Biləv kəndi üzrə sahə inspektorudur. Həyatında bir dəfə polis paltarı geyməməsinə və yəqin ki, Biləv kəndini düz-əməlli tanımamasına baxmayaraq, Ordubad polisləri arasında ən yaxşı maaş alması ilə tanınır. Farslar demiş, xeyli xub. Bəs Mahir adlı təcridxana rəisi kimdir? "Qara pişiy"in dediyinə görə, Mahir adlı bu şəxsin familiyası Hümbətovdur. O, Naxçıvanın İstintaq Təcridxanasının rəisi vəzifəsində çalışır. Mahir Hümbətovu o vəzifəyə Cahan Holdinqin rəhbəri, el arasında "Siqaret" Vüqar kimi tanınan Vüqar Abbasovun qayni, Ədliyyə naziri Daşqın Rəhimov təyin edib. "Həftəbecər general" ləqəbi ilə məşhur olan Daşqın Rəhimovun qohumu və dostudur. Naxçıvan Gestaposunun gilyotini sayılan Mahir Humbətov təsridxanaya salınan qurbanları döymək, söymək, ən müxtəlif işgəncələrə məruz qoymaq bacarığı ilə ad çıxarıb. Heyder Oguz Teref.az
Ölkəmizdə bəzi vəzifəli şəxslərin özlərinin və övladlarının dəbdəbəli həyat tərzi sürməsi adi hala çevrilib.
Azərbaycanda yüksək rütbəli məmurun oğlu Elmar İsmayılov sevgilisi ilə Türkiyədə əylənərək oliqarx həyat tərzi yaşayır.
Xatırladaq ki, sözü gedən oliqarx Elmar İsmayılov Ədliyyə Nazirliyinin 4 saylı Qadın Cəzaçəkmə müəssisəsinin rəisi İsmayılov Elgizin oğludur. /xeberfakt.az/