Zakir Fərəcovdan Mehriban Əliyevaya şikayət edildi:
Son günlər Sumqayıtın icra başçısı Zakir Fərəcovun yarıtmaz idarəçiliyi, bir sıra qanunsuz hərəkətləri barədə çesidli yazılara dərc edilir. Təbii ki, bu yazılardan sonra redaksiyaya yeni şikayət dolu informasiyalar və bununla yanaşı, cənab başçının “adamlarının” xahişləri də daxil olur. Ortada isə iş adamlarının konkret ittihamı var: “Zakir Fərəcov 16 nəfər iş adamının 2 milyon 100 min manat pulunu da qaytarmır. Həmin iş adamlarının bəziləri bu borc üzündən işlərini və evlərini, mülklərini itiriblər, dost-tanış arasına çıxa bilmirlər. Əlləri hər yerdən üzülən bəzi iş adamları isə tələblərinin yerinə yetirilməsi üçün canlarına qəsd edərək aclıq aksiyası keçirirlər. Dövlət büdcəsindən və prezidentin Ehtiyat Fondundan Sumqayıt şəhərinin abadlaşması üçün ayrılan pullar isə naməlum istiqamətə xərclənir, mənimsənilir. Zakir Fərəcovun ailə üzvlərinin evlərinin, mülklərinin tikilməsinə və təmir olunmasına xərclənir. Bu mənimsəmələrin bədəli isə Sumqayıtın abadlaşdırılmasını həyata keçirən bizim – iş adamlarının hesabına ödənilir”. bütün problemlər Zakir Fərəcovun birbaşa rəhbərliyi altında Adil Xudadatov-Hümbət Məmmədov cütlüyünün iştirakı ilə aparılıb. Məsələn Sumqayıt şəhərinin girişində, Yeni Bulvar kompleksinin tikintisində, Şəhidlər Xiyabanının abadlaşdırılmasında iştirak etmiş və üzərinə götürdüyü öhdəlikləri vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirǝrǝk təhvil vermiş MMC-yə 2022-ci ilin avqust ayında fiziki şəxs kimi fəaliyyət göstərən “iş adamı” Məmmədov Hümbət Əlcavan oğlu Sumqayıt şəhərində yenidənqurma və abadlıq işləri ilə əlaqədar tenderi qazandığını bildirərək subpodrat müqaviləsi əsasənda işlərin böyük əksəriyyətini cəmiyyətə həvalə etməyi təklif edir. Ancaq müqavilə əsasında verilməli olan vəsait də artıq H.Məmmədovun hesabında yoxdur. Həmin vəsaiti hara, kimə, nə üçün ödənilməsi məlum deyildir. Digər bir halda isə Yeni Bulvar kompleksinin tikintisində baş verən qanunsuzluq yer alır. Belə ki, iş adamı Z.Fərəcovun sözlərinə inanaraq təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını tanıdığı iş adamlarına sifariş edir. Onların dəstəyi ilə bütün məhsulları alaraq tapşırılan işləri yüksək səviyyədə yerinə yetirir. Bu dəfə dövriyyəyə o vaxtkı şəhərin memarı Adil Xudadatov salınır və yenə də sahibkarların pulu verilmir.
Sahibkarlar problemlə bağlı dövlət qurumlarına şikayət ünlanlayanda Sumqayıtın icra başçısı sahibkarları hədələyərək, onları tutduracağını bildirirdi. Bu o zamanlar idi ki, Fərəcovun qılıncının dalı da, qabağı da kəsirdi. Lakin indi vəziyyət dəyişib.. Siyasi mövqeyinin zəifləməsi Fərəcovu narahat edir və bu səbəbdən Sumqayıtın icra başçısı mümkün qədər sahibkarların könlünü almağa çalışır. Hazırda 46 milyon manatlıq borcu qaytarmaq istəməyə Fərəcov, iş adamlarına daha bir “yumaq” verməyə başlayıb. Bir qədər əvvəl o, iddia etmişdi ki, guya, Sumqayıtda görülən işlər üçün dövlət büdcəsindən pul ayrılmayıb, həmin işlərin də xərcini özü çəkib. Daha sonra isə Fərəcovə “Qarabağda tikinti gedir, bütün pulları örə göndərmişik” bəhanəsini ortaya atıb. Amma Fərəcovun bəhanə və yalanları bununla dfa bitmir. Məsələn, yayılan məlumatlara görə, “Fərəcov borclu olduğu sahibkarlara şərt qoyub ki, “sizin pullarınız bir şərtlə verilə bilər 30% mənə qalmaqla pulunuz geri veriləcək. Amma notarial qayda pulunuzun tam aldığınız haqqında sənəd imzalayacaqsınız”. Burda deyiblər :”həm suçlu,həmdə güclü!” Təbii ki,hər şeydən əli üzülən bəziləri pullarını almaq üçün buna razı olublar. Amma haqqını tələb edənlər,öz haqqlarını hələ də tələb edirlər”. İndi isə iş adamlarının və bu layihədə çalışanların ailə üzvləri problemlərinin həlli ilə bağlı Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət edib. Müraciətdə problemdən bəhs olunaraq sonda deyilir: ” Biz icra başçısının yalan vədləri üzündən aylardır ailə olaraq böyük sıxıntılar içindəyik. Tək ümidimiz Sizədir. Bu dəfə Dövlət Təhlükəsizlik Xidmətini Sumqayıta göndərin. Onlar araşdırsınlar. Sumqayıtda baş verənləri görsəniz inanmayacaqsınız ki, sizin idarəçiliyinizdə belə bir şəhər və onu idarə edən şəxslər var.
Dərin Hörmətlə Zakir Fərəcovun əlindən zara gəlmiş bir qrup sahibkarın ailə üzvləri.”
cumhuriyyet.net
 

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti