Gədəbəydə icra başçısının idarəçiliyi “çat verir”- İLGİNC FAKTLAR

b_337_209_16777215_00_http___deryaz.az_wp-content_uploads_2023_03_orxan_murselov.jpgb_382_541_16777215_00_http___deryaz.az_wp-content_uploads_2023_03_WhatsApp-Image-2023-03-28-at-10.30.46-722x1024.jpeg

İcra başçısı bu evin sökülməsinə görə də, pul istəyir.

b_468_351_16777215_00_http___deryaz.az_wp-content_uploads_2023_03_WhatsApp-Image-2023-01-06-at-22.52.54-1024x768.jpeg

     Elə ki, bu məsələ ilə bağlı müəyyən dəqiqləşdirmələr aparmaq qərarına gəldik və qarşı tərəfdən mövqe öyrənmək istədik, o halda Əkbər Kazımov “Bəli, “kamxoz”un müdiri vəzifəsində qalmağım üçün məndən 30 min manat rüşvət istədilər”cavabını verdi

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 11 avqust 2022-ci il tarixdə imzaladığı Sərəncam əsasında Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olundu və bu şəxs daşıdığı vəzifəsini yerinə yetirməyə başladıqdan təqribən üç-dörd gün sonra, rayonun Çobankənd, Novoivanovka, Şahdağ və Novosaratovka kəndlərindən olan şəhid ailələri, ağsaqqallar və s. ilə görüşlər keçirir, DQ müharibəsində qəhrəmancasına həlak olan şəxslərin məzarlarını ziyarət edir. Hətta o, Çobankənd və Novosaratovka kəndlərində şəhidlərin xatirə bulaqlarında aparılan tikinti işləri ilə də tanış olur. Bir sözlə, bu şəxs ilk gündən başlayaraq özünü geniş ictimaiyyətə işgüzar vəzifə sahibi deyə təqdim etməyə çalışdı. Amma, həftələr, aylar, bir sözlə müəyyən vaxt keçdikdən sonra Orxan Mürsəlovun hansı idarəçilik qabiliyyətinə, hansı yanaşma tərzinə malik olması əksəriyyətə bəlli oldu. Baxmayaraq ki, o, 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. Qeyd edək ki, Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olunduqdan bir müddət sonra, rayonun “prestijnı” sahələrində müəyyən kadr dəyişiklikləri həyata keçirildi. Çox keçmədi ki, bu yöndə həyata keçirilən dəyişikliklər dalğası Kommunal Müsəssisələri Kombinatına da çatdı. Unutmaq olmaz ki, ötən bir neçə il ərzində bu dövlət qurumuna rəhbərlik edən Əkbər Kazımov çalışdığı işində məsuliyyətli şəxs olaraq tanınsa da, Orxan Mürsəlovun vəzifə sahiblərinin başı üzərində dolaşan “qara kabusu” bu şəxsdən də yan keçmədi. Belə bir səbəbdən də, Kommunal Müsəssisələri Kombinatına rəhbərlik edən Əkbər Kazımov daşıdığı vəzifəsinə “əlvida” deməli oldu. Yəni, bu vəzifə sahibi də RİH başçısının gücverən qəzəbinə “tuş gəldi”. Elə ki, bu məsələ ilə bağlı müəyyən dəqiqləşdirmələr aparmaq qərarına gəldik və qarşı tərəfin mövqeyini öyrənmək istədik. O halda Əkbər Kazımov “Bəli, “kamxoz”un müdiri vəzifəsində qalmağım üçün məndən 30 min manat rüşvət istədilər. Qeyd olunan məbləği düzüb-qoşa bilmədiyimdən məni işdən çıxartdılar ” cavabını verdi. ( Əkbər Kazımovun dedikləri barədə redaksiyamızda səs yazısı da var) Rayon ərazisində yayılan bəzi söz-söhbətlərə görə, hal-hazırda rəhbərlik  səviyyəsində həmin vəzifəyə iki nəfər namizəd var.

                 Gədəbəydə söz sahibi olan vəzifə sahibləri kimlərdir?

    Diqqəti cəlbedən hallardan biri də odur ki, Orxan Mürsəlov RİH-nin başçısı vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlarda özü üçün 190 min manata son model, qara rəngli, dövlət nömrə nişanı 99- AA- 982 “Land Cruiser” markalı maşın alır. Elə ki, maşın söhbəti ilə bağlı Deryaz.az saytında tənqidi məqalə yayımlanır, o halda o, həmin maşını Şəmkir rayonu ərazisində gizlətdirir. Dolaşan başqa bir söz-söhbətlərdə o da bildirilir ki, Gədəbəy RİH Aparatında vəzifə sahibi olan bir neçə nəfər şəxs, yəni Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Musayev Vüsal Kərim oğlu, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qılıcov Nizaməddin İmran oğlu əsas söz sahibi olan şəxslər hesab olunurlar. Yəni, hal-hazırda kimi vəzifədən çıxartmaq, kimi vəzifədə saxlamaq, kimi hansı vəzifəyə təyin etmək, hətta hansı şəxsə qarşı yanaşmanı necə tənzimləmək və s. kimi addımları atmaq, məhz bu iki nəfər şəxsin məsləhəti ilə həyata keçirildiyi söylənilir. Bir sözlə, iddia olunur ki, bu şəxslər rayona aid kəşfiyyat məlumatlarını, lazımi informasiyaları, əhəmiyyətli, yaxud da əhəmiyyətsiz xəbərləri Orxan Mürsəlova çatdırırlar və daim özlərini RİH başçısının yanında “şirin” edirlər.         

                                     İcra başçısı sahibkara “dirsək göstərir”

     Bir müddət bundan öncə Gədəbəy RİH-nin başçısı Orxan Mürsəlov rayonun Saratovka kəndinin girişində, hansı ki, DQ müharibəsi veteranı və uzun illər ərzində sahiblkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevin mərkəzi yoldan bir qədər aralı məsafədə üstüstə yığdığı beton piltələr olan yerə gedir və ondan piltələrin yol kənarından götürülməsini tələb edir. Az sonra RİH-nin başçısı, hansı ki, onunla görüşdə iştirak edən şəxslərin yanında Nazim Əliyevə “Beton piltələrini yol kənarından yığışdır, bu torpaq mənimdir” deməyi də unutmur. O halda Nazim Əliyev “cənab Başçı, beton piltələr mənimdir və mən sahibkaram. Bu torpaq sizin necə ola bilər? Axı, vaxtilə bu torpaq uğrunda vuruşan, odun-alovun içindən keçən, DQ müharibəsi veteranı adını daşıyan mənəm” desə də, son anda o, nəyəsə nail ola bilmir. Bəli, həmin vaxt Nazim Əliyev dərk edir ki, RİH-nin başçısı Orxan Mürsəlov beton piltələrin yol kənarından götürülməsində israrlıdır. Belə bir səbəbdən də o, beton piltələri yol kənarından götürməyə məcbur olur. Baş verən bu cür olayların fonunda Gədəbəy RİH-nin başçısı, hansı ki, müharibə veteranı adını daşıyan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevə “Bəlkə də, sən öz-özlüyündə fikirləşirsən ki, Başçı təzədir və “qazlı gəlib”. Yox, heç də elə fikirləşmə” deyir. Belə bir yanaşmadan sonra Nazim Əliyev RİH-nin başçısına “Siz mənimlə prinsipallıq aparırsınız. Əgər beton piltələr ərazinin gözəlliyinə xələl gətirirsə, o halda sual oluna bilər ki, nəyə görə Heydər Əliyev adına Parkın qarşısındakı “butka”nın götürülməsi ilə bağlı lazımi tapşırığınızı vermirsiniz? Axı, həmin “butka” siz icra başçısı təyin olunduqdan sonra qoyulub” deyir. Hələ bunlar harasıdır? Rayon rəhbərliyinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevə qarşı bəslədiyi “xor münasibət”, bu gün də özünü göstərməkdədir. Məsələn, hal-hazırda Gədəbəyin müxtəlif ərazilərində neçə-neçə balıq gölləri var və həmin göllərlə bağlı bir kimsədən heç bir hüquqi sənəd tələb olunmur. Amma, Saratovka kəndinin girişində, hansı ki, bir kimsəyə heç bir maneçiliyi olmayan ərazidə Nazim Əliyevin yaratmaq istədiyi balıq gölünə, bu gün də rayonun rəhbərliyi sərəncam vermir. Bu da onu göstərir ki, Orxan Mürsəlov rayon ərazisində sahibkarlığın inkişaf etdirilməsinin qarşısını alır və o, ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqları saya salmır. Gədəbəy RİH başçısının bu cür yanaşmasına baxmayaraq, son illər möhtərəm Prezident İlham Əliyev cənabları sahibkarlarla keçirdiyi görüşlər zamanı, sahibkarlığın inkişaf etdirilməsini ölkə üçün prioritet məsələlərdən biri olduğunu vurğulayır və hər zaman bəyan edir ki, sahibkarlığın inkişafı üçün lazımi səviyyədə dəstək göstərilməlidir.  O halda sual oluna bilər ki, görəsən hansı əsasla ölkə rəhbərinin bu cür yanaşmasına qarşı Gədəbəy RİH başçısı səviyyəsində zidd mövqe ortaya qoyulur? Bəlkə, Orxan Mürsəlov özünü ölkə rəhbərinin daşıdığı vəzifədən üstün vəzifə sahibi hesab etdiyindən o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevi “gözümçıxdıya” salmaqdan ləzzət alır? Ola bilər?

Rayon rəhbərliyi icra nümayəndəsinə və bələdiyyə

sədrinə “əxlaq dərsi” keçib

   Diqqəti bir məqama da yönəldək ki, bir müddət bundan öncə Gədəbəy RİH-nin başçısı sakinlərlə keçirilən görüşdə Saratovka kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə “Siz mənim səviyyəmə qalxa bilməzsiniz, mən də sizin səviyyənizə düşə bilmərəm” deyib hər iki vəzifə sahibinə qarşı, məhz belə bir yanaşmasını sərgiləyir. Amma, onu da unutmaq olmaz ki, Orxan Mürsəlov 1986-cı il təvəllüdlüdür və söylənilənlərə görə o, indiyə kimi bir neçə dəfə ailə həyatı qursa da, bu gün subaydır. Baxmayaraq ki, hal-hazırda bu şəxs yüz min nəfərdən çox insanın yaşadığı bir rayona rəhbərlik edir və keçirilən görüş zamanı o, Saratovka kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə həm əxlaqdan, həm də mənəviyyatdan “dərs keçir”. Bax budur faciə, budur hər kəsi düşündürən məqam!

      Orxan Mürsəlovun tapşırığı kənd icra nümayəndəsini çıxılmaz duruma salıb

     Onu da qeyd edək ki, DQ müharibəsi veteranı, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev, rayonun Saratovka kəndində, hansı ki, Məmmədhüseyn Quludan aldığı fərdi yaşayış evinə, bu gün də mavi qaz boru xətti çəkdirə bilmir. Baxmayaraq ki, bu şəxs ötən 30 il ərzində həmin evdə yaşamış və yaxın bir-iki ildə o, həmin evi Nazim Əliyevə satmışdır. Elə ki, Nazim Əliyev həmin evə mavi qaz boru xətti çəkdirmək istəyir, o halda ondan kənd icra nümayəndəliyindən və bələdiyyədən alınmalı olan arayışı tələb edirlər. Qeyd olunan arayışın verilməməsi üçün isə, RİH-nin başçısı Saratovka kənd icra nümayəndəsinə və bələdiyyəyə lazımi tapşırığını verib. Belə bir səbəbdəndir ki, Nazim Əliyev evinə qaz çəkdirə bilmir

           Gədəbəydə ağacəkmə kompaniyası 500 manata “qurban verildi”

b_389_208_16777215_00_http___deryaz.az_wp-content_uploads_2023_03_WhatsApp-Image-2023-03-28-at-16.46.14.jpegb_400_300_16777215_00_http___deryaz.az_wp-content_uploads_2023_03_WhatsApp-Image-2023-03-28-at-16.47.26.jpeg

    Bir neçə gün bundan öncə iş adamı Nazim Əliyevin şəxsi vəsaiti hesabına Saratovka kəndinə gedən yolun kənarında həyata keçirilən ağacəkmə kompaniyasına, səndemə kənd icra nümayəndəsi Elvin Məmmədovda “xüsusi allergiya” baş qaldırır. Yəni, bu şəxs iş adamının həyata keçirdiyi xeyirxahlıq missiyasına qısqanclıq hissi ilə yanaşdığından, ehtimal etmək olar ki, icra nümayəndəsi Gədəbəyin bugünkü “şahənşahı”ndan rəsmən icazə aldıqdan sonra əməli addımını atır. Belə ki, Elvin Məmmədov əkilmiş ağacların hamısını kökündən çıxartdırır və onları birnöv sahibkara gözdağı edir. Səndemə vəzifə baxımından “kiçik şahənşah” adına sahib olan bu şəxsin belə bir addımını atmasına səbəb, istədiyi 500 manat pulun ona çatmaması olur. Yəni, Elvin Məmmədov ağacəkmə kompaniyasına başlayan Nazim Əliyevdən ilk əvvəl 500 manat rüşvət istəyir. O halda iş adamı icra nümayəndəsinə “Axı, balıq gölü yaradılarkən xeyir-dua verib sən məndən 500 manat bir, daha sonra 500-də bir pul aldın. İndi nə istəyirsən?” deyir. Belə bir cavabdan sonra Elvin Məmmədov iş adamına “İndi idarəçilikdə vəziyyət dəyişib. Sən rayonun bəzi vəzifə sahiblərini də razı salmalısan.

Əgər aranızda razılıq əldə olunmazsa, o halda ağaclar kökündən çıxarılacaq”. Bəli, əslində bu belə də olur və əkilmiş bütün ağaclar, bu ilin 23 martında günün ikinci hissəsində kökündən çıxarılır. Unutmaq olmaz ki, bu gün də ölkə rəhbəri yaşıllıqların əkilməsi və qorunması yöndə lazımi tapşırıqlarını verir, Saratovka kənd icra nümayəndəsi və rayonun rəhbərliyində olan digər vəzifə sahibləri isə, verilmiş tapşırıqlardan irəli gələn addımları atmaq əvəzinə, məhz düşünüb-daşındıqları addımlarını atmaqda davam edirlər. Diqqəti o məqama da yönəldək ki, indiyə kimi möhtərəm Prezident İlham Əliyevlə bərabər, Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva və ailə üzvləri müəyyən vaxtlarda “hərəyə bir ağac əkək” adı altında marafon tədbirləri həyata keçiriblər. Atılan addımların nəticəsi olaraq onminlərlə ağaclar əkilib, yeni-yeni yaşıllıqlar salınıb. Belə olan halda sual oluna bilər ki, görəsən Orxan Mürsəlovun rəhbərlik etdiyi Gədəbəy rayonunda ağacəkmə kompaniyasına “qənim kəsilmə”nin kökündə hansı amillər durur? Odur ki, həm düşünməyə, həm də bir qədər götür-qoy etməyə ehtiyac var.

 Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Bu yöndə araşdırmamız davam edəcək.

   Mövzuya qayıdacağıq.

Deryaz.az

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti