Ardını oxu...
“Naxçıvanın təndiri, pendiri, tenderi”.

Tez qaçıb “Atalar sözü” kitabını vərəqləməyin. Bu atalar sözünü “Qara Pişik” kəşf edib. Dediyinə görə, Naxçıvanın pendiri qədər ləziz təama heç Hollandiyada da rast gəlməyib. “Xan” həzrətlərinin qəzəbinə tuş gəlib artıq tarixə qovuşan Naxçıvan təndirində bişən lavaşdan da dünyanın heç bir yerində yoxdur. Baxmayaraq ki, indi ermənilər Naxçıvan lavaşını öz adlarına çıxırlar və Vasif “xan” da Muxtar Respublikada bütün təndirləri məhv edərək əslində erməni dəyirmanına su töküb. Amma yenə də Bakıda İrandan alınan çörəkbişirən sobalarda Naxçıvan lavaşı bişirilir və özünə yaxşı da müştəri cəlb edir. Bakı lavaşçıları, təbii ki, yaxşı qazanma imkanlarını qibleyi-aləmin məhv etdiyi Naxçıvan təndirinə borcludur.

Bəs, Naxçıvan tenderi hardan çıxdı?
Hə, indi gəldik çıxdıq əsl mətləbə.

Xatırlayırsınızsa ötən gün xəbər vermişdik ki, bizim “Qara Pişik” gecəni xəlvət bilib Naxçıvanın “Boz kardinalı” Azər Zeynalovun kabinetinə girib. Hardansa onun kabinetindəki seyfinin açarını tapıb və qapısını açaraq bəzi sənədləri çırpışdırıb. Həmin sənədlərdən biri də məhz Naxçıvan tenderi barəsindədir. Daha doğrusu tender dəryasının kiçik bir damlasını əks etdirir.
Ardını oxu...
Ardını oxu...
“Qara Pişiy”in bildirdiyinə görə, indi sizə təqdim olunan bu sənəd Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq bağçalarında olan nasazlıqlar haqqında MR Nazirlər Kabinetinin hazırlayıb təsdiqləmək üçün Vasif “xan”a göndərdiyi maliyyə hesabatıdır. Hesabatda uşaq bağçaları üçün alınacaq çaydandan tutmuş əl-üz dəsmalına qədər bir çox məişət əşyalarının adı və qiyməti sıralanır. Yekun qiymət olaraq da 42 min 545 manat 89 qəpik göstərilib.

“Qara Pişiy”in iddiasına görə, bu məişət əşyalarının qiyməti bazar qiymətindən xeyli bahadır. Bu da təəccüblü deyil. Çünki Naxçıvan tenderlərində adətən belə olur: tenderə əsasən iki şirkət qatılır. Bunlardan biri Vasif “xan”ın “Gəmiqaya”, digəri isə yenə Vasif “xan”ın Cahan holdinqləridir. Bir sözlə, Vasif “xan” tenderlərdə özü-özü ilə rəqabət aparır.
Ardını oxu...
İndi aydındırmı, Naxçıvan tenderləri niyə Naxçıvan pendiri kimi unikallığı ilə dünya tarixinə düşməyə haqq qazanıb?
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindəki mənbələrdən redaksiyamıza sızdırılan digər sənədlər təsdiq edir ki, Azərbaycan hər il bu bölgəyə ayırdığı dotasiyaların həcmini artırdıqca, “xanlıq” rejimi də dövlət sifarişlərinin qiymətini artırıb. Dolayısıyıla hər il artan dotasiyalar əhalinin rifahının yüksəldilməsinə deyil, Talıbovlar ailəsinin biznesinin çiçəklənməsinə sərf olunub.

Ardını oxu...
Təqdim etdiyimiz sənəddən aydın olur ki, Naxçıvan Maliyyə Nazirliyi “xan” ailəsinə məxsus “Əcəmi” nəşriyyatında qiymətlərin 20 faiz artırılması barədə əmr verib və yeni qiymətləri təqdim edib. Mənbəmiz bildirir: “Qeyd etmək istərdim “Əcəmi” nəşriyyatı “xan”ındır və oranin gəliri tamamilə “xan”a çatır. Nəşriyyat Ali Məclisin aparat rəhbəri Ülvi Hüseynli tərəfindən idarə olunur”.

Ovqat.com
 
Ardını oxu...
Fizuli Babayev Kimdir?

Məşhur rus yazıçısı Qoqolun “Ölü canlar” əsərində bir fraza nədənsə həmişəlik yadımda qalıb. Qoqol yazırdı ki, Rusiyanın iki dərdi var, axmaqlar və yollar (duraki i doroqi)! əvvəllər fikirləşirdim ki, o boyda əsərdən niyə məhz bu söz yadımda qalıb?! Sonra belə nəticəyə gəldim ki, yaşadığım Neftçala rayonunda ən böyük problemlərdən birinin məhz yollar olması səbəbindən bu fraza yaddaşıma həkk olub, amma başqa formada: Neftçalanın iki dərdi var,yollar və Fizuli Babayev!
Fizuli Babayev kimdir?

Fizuli Babayev 30 ilə yaxındır ki, Neftçalanın asfalt yollarını sağmal mal kimi sağıb, özünə milyon manatlarla “gün ağlayan” korrupsioner məmur!
İşlədiyi müddət ərzində 4-5 icra başçısı dəyişən Fizuli Babayev hər gələn başçı ilə necə “dil tapırsa” heç kim ona gözün üstündə qaşa oxşar nəsə var demir? Mən, hələ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyini demirəm! Burada Fizuli Babayev hansı hörmətə malikdirsə onun barəsində edilən bütün şikayətlər, güllə polad zirehə dəyib geri qayıtdığı kimi şikayətçinin üzərinə qayıdır! Belə baxanda onları da qınamıram, kim öz pul qabını itirmək istəyər?! Deyəcəksiniz ki, nə fərqi var ki, Fizuli olmasın, olsun oğlu Ruslan! Razıyam! Lakin burda bir amma var! Buda odur ki, Fizuli artıq sinaqdan çıxmış köhnə kadrdır. Yəqin ki, 30 il ərzində yetişdirilmiş belə “kadrı” AAYDA də itirmək istəmirlər və bu səbəbdən onun bütün şıltaqlıqlarına göz yumurlar! Yox əgər fikirləşsəniz ki, mən, Fizuli Babayevə böhtan atıb, onun şərəf və ləyaqətini təhqir edirəm, yaxud işgüzar nüfuzuna ləkə vururam, onda xahiş edirəm bir gün Neftçalaya gəlib qonağım olun! Onda mən Sizə rayonumuza yeganə giriş-çıxış yolu olan Neftçala-Salyan avtomobil yolundan başlamış, Neftçala şəhərinin daxili küçələrinədək bir çox yollarla yanaşı, Fizuli Babayevin fermasına gedən yolu göstərərəm. Sonra özünüz nəticə çıxararsınız!
Onu da nəzərinizə çatdırım ki, Fizuli Babayevin müəssisəyə məxsus maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin və işçi kontinqentinin kənar işlərə cəlb etməsini rəhbərlik bilib və yəqin bu gündə bilir! Buna sübut olaraq, hələ 2012-ci ildə bu idarə “319 saylı Yol İstismar İdarəsi” olarkən, “Azəryolservis” ASC-nin sədr müavini cənab Vaqif Hacıyevin imzası ilə Fizuli Babayevə ünvanlanmış məktubu göstərmək olar. Bu məktubda müəssisəyə məxsus maşın-mexanizlərin, nəqliyyat vasitələrinin və işçi kontinqentinin kənar işlərə cəlb edilməsinin qarşısının alınması, texnika vasitələrin yalnız təyinatı üzrə istifadəsinin təmin edilməsi Fizuli Babayevə tapşırılsada, Fizuli Babayev dünəndə, bu gündə bu texnikalardan öz bildiyi kimi istifadə edir. İşçi kontingentinə gəlincə isə bu idarədə çoxlu sayda “ölü can” var! Bu barədə isə bizə “50 saylı Yol İstismarı” MMC-də avto-qreyderçi işləyən Azad Novruzov məlumat verib. Azad Novruzovun bildirdiyinə görə Fizuli Babayevin fermasında çoban olan şəxsdən tutmuş, çayxanasında işləyən çayxanaçıyadək bir çox şəxsin adı bu idarəyə müxtəlif vəzifələrdə gedir. İdarə isə demək olar ki, Fizuli Babayevə məxsusdur. Hətta bu idarəyə hal-hazırda Fizuli Babayevin oğluRuslan Babayev rəhbərlik etsədə, faktiki olaraq rəhbərlik Fizuli Babayevə məxsusdur?! Bu fakt isə onu sübut edir ki, Fizuli Babayev cəzasızlığına əmin olduğu üçün bir-belə korrupsiya faktı ilə dolu olan idarəyə oğlunu rəhbər təyin etdirib! “Təyin etdirib deyəndə” Fizuli Babayev kiməsə əmr, göstəriş verməyib, lazım olan şəxslərə 70.000 (?!) manat verib və oğlu Ruslan Babayev həyatda atasının sələfi olduğu kimi, idarədə də onun sələfi olub-bu faktı da Azad Novruzov deyir!
Deyəcəksiniz ki, bu yol idarəsi nə idarədir ki, onun rəhbərliyinə təyinat üçün 70.000 manat tələb edilsin?! Onda mən, Sizə apardığımız araşdırma nəticəsində əldə etdiyimiz və on il bundan əvvələ aid olan bir sıra faktları təqdim etmək istəyirəm:
-2011-ci ildə Neftçala şəhərinin nə üç qəsəbəsinin daxili yollarının təmiri üçün dövlət büdcəsindən 515.299,84 (beş yüz on beş min iki yüz doxsan doqquz manat 84 qəpik) manat vəsait ayrılıb;
-Bankə qəsəbəsi üzrə: 69.904,62 manat
-Xıllı qəsəbəsi üzrə: 91.874,16 manat
-Həsənabad qəsəbəsi üzrə: 59.918,11 manat
-Neftçala şəhər İƏN-i üzrə: 293.602,95 manat
Ötən on il ərzində bu vəsaitdən ən azı üç-dörd dəfə dövlət tərəfindən “50 saylı Yİ” MMC-nin hesabına köçrüldüyünü var hesab etsək, onda bu rəqəmlərin yanında 70.000-nin necə cılız göründüyünü başa düşmək çətin olmaz!
Azad Novruzov onu da qeyd etdi ki, Fizuli Babayevin həm rayon rəhbərliyi səviyyəsində, həm də AAYDA-nin rəhbərliyində himayədarları var. AAYDA-nə şikayətlə müraciət edən Azad Novruzovu pandemiya səbəbindən əvvəl qəbul etməyiblər, sonra qəbul etsələrdə sadəcə yola salıblar. Bütün bundan ürəklənən Fizuli Babayev isə AAYDA-nin əli ilə onun avto-qreyderini əlindən alıb, adınıda qoyub ki, guya azad olunmuş ərazilərdə istifadə edilir. Azad Novruzovun bildirdiklərinə görə o, bu avto-qreyderin təkcə sürücü yox, həm də mexaniki olub. Çünki adı idarədə çilingər gedən işçi Fizuli Babayevin fermasında işləyir. Bu səbəbdən çilingər –mexanik işini sürücülər özləri yerinə yetirirlər, üstəlik ehtiyat hissələrini də özləri tapıb alırlar. Azadın dediklərinə inansaq Fizuli Babayev onun texnikasını sadəcə ondan heyif almaq üçün rayondan uzaqlaşdırıb. Çünki faktiki olaraq əyləc sistemi olmayan bu texnikanın azad edilmiş ərazilərdə işləyən ən yeni, müasir texnikalar arasında nə işi var?! Bu fakt isə Fizuli Babayevin hətta Vətən sevgisi ilə necə manipulyasiya etməsinin bariz sübutudur!
Sonra isə ümid edək ki, əlaqədar strukturlar Azad Novruzovun şikayət ərizəsində göstərdiyi faktları araşdıracaq və Neftçalanın ən azından dərdlərindən biri azalacaq!

Deryaz.az
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Naxçıvan MR DİN-in Kadrlar Aparatındakı etibarlı mənbə bu gün bizə Rza Talıbovun bir qoruması barədə məlumat sızdırmışdı. Mənbənin bildirdiyinə görə, Mirsamil Seyidov adlı bu adam Naxçıvan MR Daxili İşlər Nazirliyində polis zabiti kimi görünür: “Amma indiyədək onun nazirliyin qapısından içəri girdiyini görən olmayıb. Adam işə götürüldüyü gündən Rza Talıbovun yanında fırlanır. Maaşını isə Naxçıvan MR Daxili İşlər Nazirliyindən alır”.

Mənbəmiz həmçinin onu da vurğulamışdı ki, bu məsələ öz həllini tapmasa növbəti yazılarda adı Naxçıvan DİN-də olan, lakin özü olmayan digər əməkdaşlar haqqında məlumat veriləcək.

Görünən budur ki, mənbəmiz 6 aylıqdır (Satqınçılıq kimi çıxmasın, Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılov işçilərinin doğum şəhadətnaməsini incələyib “Qara Pişiyi”mizin kimliyini müəyyənləşdirə bilər). Zira xəbəri paylaşmağımızın üstündən 12 saat keçməmiş mənbəmiz tələbləri yerinə yetirilmədiyini iddia edərək bizə ikinci məlumatı sızdırdı. Maraqlıdır ki, onun bu dəfəki qəhrəmanı da başqası deyil. O da Mirsamil Seyidov kimi, Rza Talıbovun cangüdənliyi ilə çörək pulu qazanırmış. Yenə də Naxçıvan polislərinə ayrılan vəsait hesabına.

Üstəlik Elnur Həsənov adlı bu cangüdən digər həmkarından daha çoxbilmişdir. Mirsamildən fərqli olaraq Elnur müəllim Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili kimi qeydiyyata düşməyib, İstintaq və təhqiqat söbəsinin bas təhqiqatçısı “işləyib” və bu adla da təqaüdə çıxıb.

Məsələ burasındadır ki, İstintaq və təhqiqat söbəsində işləyənlər Nazirlər Kabinetinin qərarı ilə maaşlarının 150% mislində əlavə ödənək də alırlar. Beləcə, ən yaxşı dolanan polis zabitləri hesab olunurlar.

Maraqlıdır ki, adi polislərdən 150% çox maaş alan Elnur Həsənov Naxçıvan MR DİN-də “çalışdığı” 20 il ərzində bir dəfə də işə gəlməyib. Hətta xidmət illərinin əksər hissəsi dövründə Naxçıvanda belə olmayıb. Vəliəhd xanzadə Rza Talıbovla birlikdə Bakıda olub və onun yanında fırlanıb.

Elnur Həsənov bəxti gətirən qorumalardandır. Bəlkə də qulağına müəyyən söz-söhbətlər çatdığından Naxçıvanda yoxlamalar başlamamış o, 20 illik “xidmət”indən sonra təqaüdə çıxmağa üstünlük verib.

Rza Talıbovun cangüdənliyi şərəfinə çatmaq səadətindən təkcə Elnur Həsənov deyil, qardaşları da yetərincə yaralanıb. Bildirildiyinə görə, məhz cangüdənlik şərəfinin sayəsində Elnurun digər qardaşları da Naxçıvan MR DİN-dən 150%-lik maaşla təqaüdə çıxıblar:

Qəhrəmanımız Elnur Həsənov – DİN-in İstintaq təhqiqat şöbəsinin baş təhqiqatçısı kimi;

Emin Həsənov - hava limanı polis şöbəsnin mustəntiqi kimi;

Elçin Həsənov- Şahbuz polis şöbəsinin təhqiqatçısı kimi.

Mənbəmiz yenə qaldırdığı məsələlər öz həllini tapmasa, növbəti müftəyeyənlərin adını açıqlayacağı tələbini yenilədi.
Ovqat.com
 
Ardını oxu...
“Sənədimi Lənkəran Hərbi Komissarlığına verib gedəndə 18 yaşım vardı. İndi 47 yaşım var, ancaq hələ də hərbi biletim, şəxsiyyət vəsiqəm yoxdur. Dəfələrlə hərbi komissarlığa getdim, dedilər, bizdə olan məlumata görə, sən şəhid olmusan”.
TEREF.AZ xəbər verir ki, bunu hərbi biletinin verilməməsindən şikayətçi olan Lənkəran sakini Əfqan Kərimov Meydan TV-yə müraciətində deyib.
O bildirib ki ki, 1993-cü ildə hərbi xidmətə gedib. Lənkəran Rayon Hərbi Komissarlığından əvvəl Pirəkəşküldəki, sonra Gəncədəki N saylı hərbi hissədə, daha sonra Kəlbəcərdə, Murovdağda xidmət edib. Sonra yenə Gəncədəki N saylı hərbi hissəyə qaytarılıb.
Əfqan Kərimovun deməsinə görə, hərbi hissənin həyətində yaralanıb:
“Surətin batalyonunda olmuşam. Kəlbəcərə, Murovdağa həmin batalyonun tərkibində gedib, döyüşüb Gəncəyə qayıtmışam. Hərbi hissənin ərazisində mina basdırılmışdı, mən də həmin minaya düşmüşdüm. Başımdan, ayağımdan yaralandım. Uzun müddət Gəncədəki hərbi hospitalda müalicə olundum, hospitaldan evə buraxıldım. Mənə bildirilmişdi ki, Lənkəranın Hərbi Komissarlığına gedib, hərbi biletimi götürüm. Səhhətimlə əlaqədar hərbi biletin dalınca bir müddət gedə bilmədim. Sonralar gedəndə isə bildirdilər ki, sənin hərbi biletin hərbi hissədən bizə gəlməyib”.
Əfqan Kərimov iddia edib ki, uzun müddət hərbi hissəylə hərbi komissarlıq arasında qalsa da, nəticəsi olmayıb:
“Mən hərbi xidmətə çağırılanda qırmızı pasportumu almağa gecikmişdim deyə, hərbi komissarlığa doğum haqqında şəhadətnamə vermişdim. Sonralar mənə problem yaradan səbəblərdən biri də bu oldu. Bir dəfə hərbi komissarlığa gedəndə isə üzümə dedilər ki, bizdə olan məlumata görə, sən şəhid olmusan. Uzun müddət hərbi bilet üçün gedib-gəldim. 47 yaşım var, 18 yaşında çəkdiyim hərbi xidmətin hərbi biletini hələ də ala bilməmişəm. Nəticədə şəxsiyyət vəsiqəsi də ala bilməmişəm. Gedirəm şəxsiyyət vəsiqəsi almağa, deyirlər, hərbi bileti təqdim et, gedirəm hərbi bileti almağa, deyirlər, şəxsiyyət vəsiqən yoxdur, verə bilmərik. Beləcə, ömrümün yarısından çoxunu sənədsiz-sübutsuz başa vurmuşam”.
Əfqan Kərimov deyib, əlində bircə hospitaldan buraxılması ilə bağlı sənəd olub, onu da bir neçə il əvvəl elə sənədlərini düzəltmək üçün gedib-gəldiyi dövlət idarələrində götürüblər, sonradan o da geri qaytarılmayıb.
Lənkəran Rayon Hərbi Xidmətə Çağırış və Səfərbərlik İdarəsindən məsələyə müasibət öyrənmək mümkün olmayıb.
 
Ardını oxu...
Rüşvətə görə işdən çıxarılan direktora vəzifə verilməsi doğrudur?
Bir müddət öncə rüşvətə görə töhmət verilən məktəb direktoru Nəcibə Əhmədovaya yeni vəzifə verilib.

Belə ki, Nəcibə Əhmədovanın məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı. Həmçinin Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyib. Direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir. Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.

Bəs, rüşvət alan bir direktorun başqa bir təhsil ocağına direktor kimi təyin edilməsi nə dərəcədə düzgündür?

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Lent.az-a açıqlamasında bildirib ki, bu təəssüfləndirici məqamdır.

Onun sözlərinə görə, istənilən halda korrupsiyaya bulaşmış və ya haqqında inzibati bir qaydada tədbir alınmış hər hansı bir məktəb rəhbəri, məmur, dövlət qulluqçusunun yenidən vəzifəyə təyin olunması doğru yanaşma deyil:

“Bundan öncə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktoru olub. Onun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı. Həmçinin Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyib. Bunun nəticəsində Bakı Şəhər Təhsil İdarəsi ona Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət verilmişdi və vəzifəsindən azad olunmuşdu. Buna baxmayaraq həmin şəxs 35 nömrəli məktəbə direktor təyin olunursa, bu o deməkdir ki, bəziləri Azərbaycan qanunlarını heçə sayırlar”.

Elçin Əfəndinin sözlərinə görə, bu barədə Elm və Təhsil Nazirliyi ciddi addım atmalıdır:

“Məlumatlara görə, Nəcibə Əhmədova şəhid yoldaşıdır. Çox güman ki, bu status nəzərə alındığına görə, onu yenidən vəzifəyə təyin ediblər. Amma heç kim qanunvericiliyi çeynədiyi halda ona hər hansı bir status vermək olmaz. Bu gün korrupsiyaya yol verilirsə, vəzifə səlahiyyətlərindən sui-istifadə edilirsə, həmin şəxsə heç bir status verilməməlidir”.
 
Ardını oxu...
Azərbaycan Texnologiya Universiteti barədə ilginc iddialar ortaya atılıb.

"Hürriyyət"in redasiyasına daxil olan şikayətdə iddia edilir ki, sözügedən Universitetin İnsan resursları şöbəsinin mütəxəssisi vəzifəsində çalışan Nəvalə Məlikova, sənaye mühəndisliyi və Dizayn kafedrasında qeyri-ixtisasçı 0,5 ştat vahidi ilə dərsə daxil olur. N.Məlikova Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Yusifov Fuad Yusif oğlunun həyat yoldaşıdır.

Daxil olan digər məlumatlara görə, Universitetin kafedra müdiri Fuad Yusifovun qızı Əsli Yusifova, Texnologiya Universitetinin Magistratura və doktorantura şöbəsinin iki ildir ki, tələbəsi olmağına baxmayaraq, bir dəfədə olsun dərsərdə iştirak etməyib. Buna baxmayaraq ona yüksək qiymətlər yazılır.

Hətta Universitetin Magistratura və doktorantura şöbəsinin, bir çox tələbələri ölkənin müxtəlif şəhər və rayonlarında işləməsi, o cümlədən müəyyən yolla dərslərdə iştirak etməməsi qeyd olunur.

Verilən digər məlumatlara görə, Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin iki Dossenti 2023 cü ilin Magistratura məzunlarından 500 manat məbləğində diplom işinə "rüşvət" tələb edib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Paytaxtın rayonlarında yenidən kənd təsərrüfatı yarmarkaları keçiriləcək, bu da qiymətlərin pik həddə çatmasının qarşısını almaq üçün nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən məlumata görə, 19-20 noyabr tarixlərindən etibarən profilli struktur tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

KTN rəsmiləri əmindirlər ki, bu, kənd təsərrüfatı istehsalçılarımıza zəhmətlərinin bəhrəsini satmaq, paytaxt sakinlərinin isə bol tərəvəz, meyvə və digər məhsullar ala bilmək üçün alternativ kanaldır. Bunun üçün ölkənin 50 rayonundan 80 fermer şəhərə gələcək. Onlara pulsuz olaraq piştaxta, tərəzi, soyuducu və digər avadanlıq veriləcək, hətta maddi-texniki dəstək də göstəriləcək.

Bildirilir ki, yarmarkalarda məhsulların keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət olunacaq. Burada qida keyfiyyətinə nəzarət laboratoriyası fəaliyyət göstərəcək. Yarmarkalar özləri Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 5 (“Gənclik” metrostansiyasının çıxışı) ünvanında açılacaq.

TEREF.AZ-ın məlumatına görə, alıcıların sözlərinə görə, bu yarmarkalarda qiymətlər paytaxt bazarlarındakı orta qiymətlərdən az fərqlənir. Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyub Hüseynov AYNA-ya açıqlamasında illərdir ki, burada belə yarmarkaların keçirildiyini deyib: “Bəli, rayonlardan kənd təsərrüfatı istehsalçıları öz məhsullarını ora gətirirlər, lakin qiymətlər, bir qayda olaraq, orta bazar qiymətləri ilə eynidir. Hər zaman bu haqda danışırıq, amma mənası yoxdur”.

“Adi bazarlardan mal almaq daha sərfəlidir, çünki orada daha ucuz olur. Amma nəzəri cəhətdən kənd təsərrüfatı yarmarkaları təkcə yerli kənd təsərrüfatı məhsullarının satışını təmin etmək üçün deyil, həm də qiymətləri aşağı salmaq üçün nəzərdə tutulub. Amma nədənsə bu, baş vermir”, - deyə həmsöhbətimiz bildirib.

Hüseynovun sözlərinə görə, bütün dünyada keçirilən yarmarkalar regionlarda istehsal olunan məhsul və malları tez bir zamanda ticarətə cəlb etməyə imkan verir: “Beləliklə, birincisi, yerli istehsalın artımına təkan verir, ikincisi, istehlakçılar mütəmadi olaraq uyğun qiymətə təzə təbii məhsullar ala bilirlər. Bir sözlə, qiymətlər aşağı düşür, təklif artır”.

Lakin Bakıya gələn fermerlər qiymət etiketlərinin aşağı salınmasında maraqlı deyillər. Həmsphbət olduğumuz satıcıların sözlərinə görə, hətta indiki qiymətlərlə satmaq onlar üçün o qədər də sərfəli deyil, çünki rayondan şəhərə gəlmək əlavə xərcdir.

Doğrudan da, Bakıda onlar mənzil kirayələməlidirlər və daha yaxşı olar ki, bazara yaxın olsun. Amma bu ərazidə kirayə haqqı paytaxtda ən yüksək qiymətlərdən biridir. Bakı yarmarkalarına gələn digər kənd sakinləri bunu yerli icra hakimiyyətlərinin göstərişi ilə məcburi etdiklərini deyirlər. Mövcud qiymətlərlə məhsullarını öz rayonlarında da sata bilərlər.

Öz növbəsində, ekspertlər epizodik tədbirlərin aşağı effektivliyini vurğulayırlar. Süni şərait və direktiv qiymət təzyiqi isə onların fikrincə, bu təşəbbüsün kök salmasına və gələcək artım üçün təbii stimul almasına açıq şəkildə kömək etmir.

“Əvvəlcədən məlum idi ki, bu tədbirlər bahalaşma problemini həll etməyəcək. Üstəlik, epizodik xarakterinə və sistemli yanaşmanın olmamasına görə satış bazarlarının genişlənməsinə töhfə verə bilmirlər. Həqiqətən də, nəzərəçarpacaq səmərəlilik amilinə nail olmaq üçün belə təşəbbüslərin fermerin vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması üçün kompleks sistemli yanaşma sisteminə uyğunlaşdırılması arzuolunandır. Başqa sözlə, Kənd Təsərrüfatı Nazirliyinin özəl tədbirləri təsərrüfatların və istehlakçıların maraqlarını nəzərə alan ardıcıl sistemin və səlahiyyətli dövlət siyasətinin tərkib hissəsi olmalıdır”, - deyə kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli AYNA-ya şərhində söyləyib.

Mütəxəssislərin fikrincə, kənd təsərrüfatı məhsullarının qiymətini aşağı salmaq üçün paytaxtın periferiyasında topdansatış bazarlarının sayını artırmaq lazımdır. Eyni zamanda, anlamaq lazımdır ki, fermer özü istehsalçısı kimi öz rolu ilə məhdudlaşır, o, zəhmətə bağlıdır və kommersiya bazarının reallıqlarına uyğunlaşdırılmayıb. Kənd təsərrüfatı məhsullarının treyderlər vasitəsilə dolayı satışı təcrübəsi bütün dünyada mövcuddur və bu seqment topdansatış bazarlarının genişlənməsi və vasitəçilər üçün əlçatan olması baxımından ciddi diqqət tələb edir.
 
Ardını oxu...
Naxçıvan MR DİN-in Kadrlar Aparatındakı etibarlı mənbələrdən redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda adı Naxçıvan DİN-in əməkdaşları sırasında olan, lakin özü bir gündə olsun işə gəlməyən polis zabitindən bəhs olunur.

TEREF.AZ yazır ki, Ovqat.com-a daxil olan məlumatda bildirilir ki, Vasif Talıbovun oğlu “xanzadə-vəliəhd” Rza Talıbovun cangüdəni Mirsamil Seyidov Naxçıvan MR Daxili İşlər Nazirliyində polis zabiti kimi görünür. Amma indiyədək onun nazirliyin qapısından içəri girdiyini görən olmayıb. Adam işə götürüldüyü gündən Rza Talıbovun yanında fırlanır. Maaşını isə Naxçıvan MR Daxili İşlər Nazirliyindən alır.

Məktub müəllifi yazır: “Necə ola bilər ki, bir polis zabiti xidmətə qəbul edilən ilk gündən işə çıxmasın. Dövlət büdcəsi kiminsə şəxsi pulu, Naxçıvan MR DİN isə onun atasının şəxsi ferması deyil. Azərbaycan vergi ödəyiciləri hər il öz boğazından kəsib vergi verir ki, onun bir hissəsi Naxçıvana dotasiya kimi ayrılsın və “xanzadə” həzrətləri bu pulu öz şəxsi sürücülərinə, cangüdənlərinə yedirsin?”.

Məlumatda Seyidov Mirsamil Yasin oğlunun Naxçıvan MR DİN-ə necə ayaq açmasının qısa tarixçəsinə də yer verilir. İddia olunur ki, “vəliəhd-xanzadə”nin qoruması təxminən 2021-ci ilin iyul ayında Naxçıvan DİN-də xidmətə qəbul edilib: “Həmin vaxt Naxçıvanın indiki Daxili İşlər naziri Rəşad İsmayılovun səlahiyyətləri ələ keçirdiyi zaman idi. Mirsamil Seyidov da məhz Rəşad Seyidovun bir başa xeyir-duası ilə xidmətə qəbul olunub. “Xidmət”ə Naxçıvan DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsində başlayan cangüdənin ayağı bu şöbəyə düşməyib. İşə gptürüldükdən cəmi 4 aydan sonra, yəni 2021-ci ilin noyabr ayında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi ləğv olunub. Şöbənin bir sıra işçiləri hələ də özlərinə iş yeri tapa bilməyiblər. Halbuki onların arasında peşəkar polislər də var. Mirsamil Seyidov isə şöbə ləğv olunduqdan dərhal sonra Naxçıvan DİN-in Cinayət Axtarışı İdarəsinə əməliyyat müvəkkili vəzifəsinə gətirilib. Hal-hazırda adı rəsmi sənədlərdə həmin idarənin əməkdaşı kimi görünür”.

Məktub müəllifi saytımız vastəsilə Azərbaycan Respublikası DİN-ə müraciət edərək bu məsələni araşdırmağı xahiş edir: “Mirsamil Seyidov ya xidmətdən xaric olunsun, yada ki, hamı kimi gəlib işə çıxsın. O, xidmətdən xaric olunacaqsa, 2021-ci ilin iyul ayından etibarən aldığı əmək haqqını dövlət büdcəsinə qaytarılsın və bu qanunsuzluğa yol verən Rəşad İsmayılov cəzalandırılsın”.

Məktubda həmçinin bildirilir ki, bu məsələ öz həllini tapmasa növbəti yazılarda adı Naxçıvan DİN-də olan, lakin özü olmayan digər əməkdaşlar haqqında məlumat veriləcək.

Bir sözlə, “Qara Pişik” demişkən, görünən budur ki, Rəşad İsmayılovun işi fırıqdır.
 
Ardını oxu...
Son günlər Cəlilabad rayonunda aparılan”kadr” islahatları əməlli-başlı gündəmə çevrilmək üzrədir. Belə ki, redaksiyamıza etibarlı mənbələrdən sızan məlumat, sözün həqiqi mənasında bizləri şoka saldı.
Cəlilabad RİH başçısı Rafiq Cəlilov 7 icra mümayəndəsini işdən azad edib. Güya, icra nümayəndələri işlərində ciddi nöqsanlara yol vermiş, əhali arasında narazılıqlar yaradıb.
Məsələ ilə bağlı rayonda araşdırma aparan əməkdaşımızın əldə etdiyi məlumat hər birinizi şoka salacaq. Bir sözlə, icra başçısı 7 icra nümayəndəsini işdən çıxartmaqla 100 min manat qazanacağı bildirilir. Rayonun S.S.İ rəisi vəzifəsindən azad edilən Mirhəsən Nəsirovun qaynını Üzün Təpə kəndinə icra nümayəndəsi təyin etmək üçün ondan 15.000 manat aldığı iddia edilir. Məlumatın nə qədər real olub-olmadığı isə hüquq mühafizə orqanları üçün maraqlı olmalıdır. Bunlardan əlavə icra başçısı öz üslübü ilə hərəkətə keçdiyi məlumatlar sırasındadır.
Növbəti yazılarımızda daha geniş bilgilər əldə edəcəksiz. Bizi izləməyi unutmayın…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: AMİA.AZ
Ardını oxu...
Komitə rəsmi sorğulara cavab verməkdən yayınır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi II Qarabağ müharibəsindən sonra Qarabağda dağıdılmış və işğaldan azad edilmiş ərazilərin bərpası üçün çoxsaylı dövlət satınalmaları üzrə tenderlər həyata keçirib.

Bu satınalmaların şəffaf keçirilməməsi ilə bağlı xeyli iddialar var, çünki bərpa işlərinə nə qədər vəsaitin ayrılıb-ayrılmaması barədə ictimaiyyətə detallı məlumatlar verilməyib.

“Arqument.az”a daxil olan məlumata görə, qurumun sifarişçi olduğu tenderlərdə qalib elan edilən şirkətlərin böyük əksəriyyəti qurumun rəhbər şəxslərinə məxsusdur.

Məsələn, 2022-ci ilin əvvəllərində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 304 min manatlıq tenderə yekun vurub.

Bu tenderin qalibi “Bureau Mühit” MMC olub.

Sədr müavininin oğlu və ictimai şura üzvü tender qalibi olur…

“Bureau Mühit” MMC-nin rəhbəri Bayramov Toğrul Şahin oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin digər bir tenderində (Daşaltı kəndinin layihələndirilməsi işi üzrə sifarişçi olduğu 250 min manatlıq tenderdə) isə “Feniks-AA” MMC qalib elan edilib.

Bu şirkətin Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatovun oğlu Aydın Aydınlıya məxsus olduğu bildirilir. Hətta bununla bağlı mediada da bir sıra məlumatlara rast gəlinir.

Bildirilir ki, Arxitektura Komitəsi bu kimi satınalmaları əsasən tabeliyində faliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin sifarişləri ilə reallaşdırır.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tabeliyində olduğu Arxitektura Komitəsindən gələn tapşırıqlarla satınalmalardakı qalibləri müəyyənləşdirir.

Məlumatda isə bildirilir ki, bu proseslərin arxasında Arxitektura Komitəsinin sədri Anar Quliyevin müşaviri Rüfət Mahmud dayanır və Rüfət Mahmud Komitənin “qara kassa”sı hesab edilir.

Memarlıq sahəsinə bələd olmayan, bu sahədə çalışmayan Rüfət Mahmudun qurumda baş verən bütün maliyyə proseslərinə nəzarət etmək üçün müşavir təyin edilməsi də prosesin şəffaf olmadığından xəbər verir.

Rüfət Mahmudun törəmə şirkətləri…

Bildirilir ki, Rüfət Mahmud eyni zamanda, birbaşa adına olmasa da, himayə və nəzarət etdiyi MMC-ləri də satınalmalara cəlb edir. İndiyədək onun nəzarətində olan bir sıra MMC-lər dövlət satınalmalarında iştirak edib. Bu şirkətlər, əsasən də tikinti və konsultasiya sahələrində sifariş verilən dövlət satınalmalarında qalib elan edilib.

R. Mahmuda yaxın MMC-lər əsasən iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinin tabeliyində fəaliyyət göstərən qurumlara konsultasiya xidməti göstəriblər.

Sayt Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin sədri Anar Quliyevə mövzu ilə bağlı rəsmi sorğu göndərsə də, bir neçə ay keçməsinə baxmayaraq, sorğuya heç bir cavab verilməyib.

Qeyd edək ki, Rüfət Mahmuda yaxın şirkətlərin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) satınalmalarında da qalib olub.

Dünyapress TV

Xəbər lenti