Ardını oxu...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba rayon idarəsində rəsmən özbaşınalıq hökm sürür. DİA.AZ bildirir ki, bu barədə Pünhan adlı Quba sakininin şikayətindən də anlaşılır.

Narazı vətəndaş yazır: "Qardaşım ayaqlarından əziyyət çəkirdi.əsgərliyə görə komissarlığa çağırdılar. Yoxlanması üçün xəstəxanaya göndərildi.xəstəxana yastıpəncəliliyin 3-cü dərəcəsini təyin etdi. Lakin sonra yenidən komissarlıq işçisi "mən öz cibimdən pul verib səni yenidən yoxladacam" dedi.

Orada 2-ci dərəcə yazdılar və hərbiyə göndərdilər.qardaşım iki ay olacaq gedib. Lakin 2-3 gün hərbi ayaqqabı geyinib.

Qalan vaxtı ancaq şəp-şəp geyinib. Hərbi hissə də yoxlanışa göndərmir. Biz nə edək, kimə müraciət edək?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Teref.az olaraq Ucar rayonun bir qrup vətəndaşı tərəfindən yazılmış şikayət məktubunu təqdim edirik:
Ucar rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlının yaratdığı korrupsiya şəbəkəsinin qanunsuz əməllərindən rayon sakinləri çox əziyyət çəkirlər.
Zeynal Bayramlı kimdir ? Əslən Ağsu rayonundan olan Zeynal Bayramlı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkəninin qardaşıdır.Məhz bu səbəbdən Zeynal Bayramlı 2007-ci il tarixdən Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirilib.Bundan sonra Ucar xəstəxanasının qara günləri başlayıb.
Ardını oxu...
Zaman-zaman savadlı həkimlər bezdirilərək öz ərizələri ilə işdən çıxarılıblar.Bu səbəbdən Ucar sakinlərinin əksər hissəsi müayinə və müalicələr üçün qonşu rayon xəstəxanalarına üz tutmalı olublar.
İcbari tibbi sığorta Ucar xəstəxanasında işləmir müayinə və müalicələr pulludur. Bir oraqnın üçün Ulturasəs müayinə 30 manatdır, qan analizi 30 manat, rentgen müayinəsi 30 manat və digər müayinələr 30 manat təşkil edir.Buna görə imkansız insanlar çox əziyyət zülm çəkirlər.
Qanunsuz bülletenlər 200 manat.İstənilən sağlam şəxs iş yerinə təqdim etmək üçün Ucar xəstəxanasndan 10 gün üçün bülleten almağa 200 manat pul verir.Bunu subut etmək üçün xəstəxanada olan müşahidə kameralarına baxmaq kfayətdir ki, bülletein yazılmış şəxslər həmin günləri xəstəxanaya gəlməyiblər, nədəki onlar müalicə olunmayıblar.
Stasionar müalicə olunan xəstələrə verilən yeməklər yararsız olduğu üçün evdən gətirilən yeməklərlə qidalanırlar.Ərzaq məhsulları isə baş həkim Zeynal Bayramlı tərəfindən satdırılır.
Tibb bacısı, mühafizəçi, xadimə və digər işlərə qəbul olunmaq üçün Zeynal Bayramlıya verilən rüşvətin aşağı qiyməti 5000 manatdan başlayır.
Həyat yoldaşı Sona Bayramlının Bakı şəhərində açdığı “Kadr Kursları” Tədris Mərkəzinin satdığı 1 aylıq tibb kursları sertifikatı ilə Zeynal Bayramlı çoxlu sayda savadsız, təcrübəsiz insanları 5000 manat rüşvət alıb işə qəbul edib. Hansı ki, həmin şəxslər bir gündə olsun tibb kurslarında iştirak etməyiblər.Dələduz ər-arvadın bu hərəkətləri cinayət əməlidir.
Çoxlu sayda əlil insanlar var ki, dövlətin ayırdığı dərman pereparatları və tibb ləvazimatları ilə təhciz olunmurlar.
Zeynal Bayramlının talaçılıq yolu ilə əldə etdiyi varidat göz qamaşdırır.
Təkcə Bakı şəhərində 12 yerdə bahalı mənzilləri var.Bakıda ağ şəhərdəki evi 550 000 (beş yüz əlli min) manata alıb.Novxanıdakı möhtəşəm bağ evinə 600.000 (altı yüz min) manat verib.Şamaxı, Quba, Göyçay və İsmayıllı rayonlarında möhtəşəm villalar inşa etdirib.Qohumu Ziya Məmmədovun ana vətənində Ucarın Qazıqumlaq kəndində böyük bir ev inşa etdirib.Ancaq hazırda Göyçay şəhərindəki evində yaşayır.Bakı şəhərində 18 yerdə ticarət obyektinə sahiblənən Zeynal Bayramlı ata yurdu olan Ağsuda özünə xüsusi klinika açmışdır.Ucar rayon xəstəxanasına aid bir çox bahalı tibb avadanlıqları və digə əşyalar ora aparılmışdır.
Zeynal Bayramlı bahalı avtomobil xəstəsidir.Onun kolleksiyasında aşağı qiyməti 100.000 manat olan 12 ədəd maşını var.
Zeynal Bayramlı 15 il ərzində talançılıq yolu ilə böyük kapitala, daşınmaz əmlaka sahib olduğu kimi həmdə böyük nifrət qazanmışdır.Elə buna görədir ki, adamı 5 nəfər cangüdən mühafizə edir.Respublikanın heç bir yerində belə özbaşınalıq yoxdur.
Zeynal Bayramlı əhali arasında özü barədə belə bir rəy yaradıb ki, böyük vəzifədə adamları olduğu üçün ondan edilən şikayətlərə baxılmır.
Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevdən xahiş edirik Ucar xəstəxanasına diqqət edib obyektiv yoxlamalar aparıb korrupsiya xəstəliynə tutulmuş Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlının barəsində ciddi tədbirlər görəsiniz.

Ucar rayon sakinləri
Seyidov Sadiq Əhməd oğlu Əlaqə tel; 051 544-98-86
Əliyev Famil Mahmud oğlu
Hüseynov Səməd Şakir oğlu
Kərimova Aytən Nüsrət qızı
Rəhumov Bahadur Yasin oğlu
Məmmədova Firuzə Vəli qızı
Cavadova Məsimə Kamil qızı
Eminova Aygün Faiq qızı
 
Ardını oxu...
“Bərdənin icra hakimiyyətinin başçısı Vidadi İsayevdən həm Dövlət Təhlükəsizlik Xidmətinə, həm də Baş Prokurluğun Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Həmin şikayətlər arasında icra başçısının cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə biləcək faktlar var”.

TEREF.AZ xəbər verir ki, bu barədə Gununsesi.info-ya bir qrup Bərdə sakinlərinin yazdığı müraciətdə bildirilir.

Sakinlər adından yazılan məktubda deyilir ki, Vidadi İsayev şəhid ailələri və qazilərin problemlərini təşkil olunan tədbirlərlə ört-basdır edir: “Bütün işləri də işçilərinə tapşırır. Fərdi şəkildə nə şəhid ailələrinin, nə də qazilərin qayğıları ilə maraqlanmır. Onun rayona məxsus örüş-otlaq sahələrini satması , Mənzil Kommunal Birliyinin yanacağına göz dikməsi faktları var”.

Sakinlər iddia edir ki, Vidadi İsayevdən hüquq-mühafizə orqanlarına edilən şikayətlər arasında onun cinayət məsuliyyətinə cəlb olunmasına əsas verən faktlar da var.
Ardını oxu...
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində son dönəmlər danışılan neqativlik, özbaşınalıqlar haqqında bəlkə də gələcəkdə kitablar, dastanlar yazmaq olar. Cavid Qurbanovun bu quruma sədrlik etdiyi dönəmdə narazılıqlar o həddə çatıb ki, artıq yazmaqla bitib tükənmək bilmir.

Cavid Qurbanov Ziya Məmmədovu qapı arasında qoyub bu quruma sədr təyin olunduqdan sonra qurumda maraqlı kadr islahatları aparıb.

Belə ki, həmin dönəmdə eks spiker Oqtay Əsədovun qohumu Zaman Novruzovu özünə müavin təyin edən Cavid Qurbanov qurumda qara işləri ona həvalə edərək özünün qara kassasına çevirir.

Vaxtilə "Azərsu" ASC-də Satış Departamentinin rəhbəri olan Zaman Novruzov demək olar ki, bu qurumda da haqqında heç də müsbət sözlər danışılmayıb. Bir sozlə hansı qurumda vəzifədə olubsa adı qalmaqallarda, korrupsiya, rüşvətdə hallanıb. Qısacası Zaman Novruzov Dəmir Yollarının sədr müavini olmamışdan əvvəl də “Azərsu"yun talan edilməsində əvəzsiz rol oynayıb.

"Azərbaycan Reallığı"na məlumatlı mənbə bildirir ki, Prezidentin muxalif sərəncamı ilə Dəmir Yolunda postunu itirən Qurbanov onu isə bir neçə ay vəzifəsini icra edən Hicran Valehov dönəmində də Zaman Novruzova gözün üstündə qaşın var deyən olmayıb.

Mənbə bildirir ki, Zaman Novruzov bir vaxtlar Oqtay Əsədov, Ağalar Vəliyev kimi dırnaqarası oliqarxların qara işinin başında dayanıb elə məhz bu bacarığına görə də Qurbanov onu özünə müavin təyin edərək bir çox qara işlərini ona həvalə etmişdir.

Qeyd edək ki, dəmiryolunda keçirilən tenderlər, eləcə də təmir tikinti, təsərrüfat işləri, həkim-sanitar xidməti Zaman Novruzovun kurasiyasına daxil idi. Mənbə bildirir ki, Zaman Novruzov olduqca böyük biznesə imkanlara malikdir hətta onun xaricidə də dəyərli mlyonlarla ölçülən muxtəlif biznes şəbəkəsi var.

Bir neçə gün bundan öncə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar cəmiyyətinin sədri vəzifəsinə yeni təyin olunan Rövşən Rüstəmov bu qurumda artıq köklü islahatlara start verməsi haqqında məlumatlar yerli KİV-ə azda olsa sızdırılır. Mənbə bildirir ki, bundan təşvişə düşən Zaman Novruzov yeni sədrə yaxınlaşmaq üçun bir çox qapıları döysədə hələ müsbət cavab ala bilməyib.

Bəs görəsən Rövşən Rüstəmov Cavid Qurbanovun qara kassalarından biri olan adı müxtəlif korrupsiya, rüşvətxorluqda hallanan bir sözlə Dəmir Yolundakı maxinasiyaların bir çoxuna şərik olan Zaman Novruzovu yenidən özünə müavin kimi vəzifəsində saxlayacaqmı? Bu suala cavab yeni sədrin yaxın zamanlardakı faliyyəti cavab verəcək.

Mənbə onu da iddia edir ki, yaxın zamanlarda sözü gedən Dəmir Yollarında ciddi yoxlamalar və araşdırmalar aparılacaq həmin araşdırmalara Cavid Qurbanovun bir çox müavinləri Qurbanov dönəmində vəzifə verdiyi bir çox şəxslər eləcə də Zaman Novruzov araşdırlamalara cəlb olunacağı deyilir.

"Azərbaycan Reallığı" qarşı tərəfin də mövqeyini tanıyır.

AZƏRBAYCANREALLIĞI.COM
 
Ardını oxu...
Məlum olduğu kimi son illər Sumqayıt şəhərində tikinti, quraşdırmadan başqa, ərazilərin yaşıllaşdırılması işlərinin aparılması üçün də dövlət tərəfindən milyonlarla manat vəsait ayrılıb. Bu məqsədlərlə dövlət büdcəsindən ayrıılan vəsaitlərin təyinatı üzrə xərclənib, xərclənməməsi ətrafında çoxlu mübahisəli məlumatlar da yayılıb. Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bir çox sahibkara müxtəlif vədlər verərək onlardan topladığı pullar hesabına Sumqayıtda abadlıq və yenidənqurma işlərinin görməsi də belə məlumatlardandır. Əgər bu həqiqətən də belədirsə, onda Sumqayıtda sözügedən işlərin görülməsinə ayrılan dövlət vəsaitləri haralara sərf olunur?

Mövzu ətrafında apardığımız kiçik bir araşdırmada ortaya böyük məsələlər çıxdı. Belə ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən satınalmalar yolu ilə həyata keçirilmiş bəzi işlərdə bu özünü açıq şəkildə biruzə verir. Elə bir neçə gün əvvəl idarənin nəticələrini açıqladığı bir tenderdə olduğu kimi.

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu tenderə yekun vuraraq "VAHİD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 284 793 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 18.11.2022-ci il tarixdə elan edib.
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi "VAHİD” MMC ilə yaşıllıqların salınması işlərinin satın alınması üzrə daha bir satınalma müqaviləsini isə 22 gün əvvəl, yəni 27.10.2022-ci il tarixdə bağladığını açıqlayıb. Bu müqavilənin qiyməti isə 296 475 manat təşkil edib.

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin 22 gün ərzində 581 268 manat məbləğində satınalma müqaviləsi bağladığı bu MMC kimə məxsusdur?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "VAHİD” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.01.2003-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏHMƏDBƏYLİ, ƏHMƏDBƏYLİ, qanuni təmsilçisi kimi isə Həsənova Həqiqət Həsən qızı qeyd olunub.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının seçicilərin 2020-ci ilə olan siyahısında Saatlı rayonunun Əhmədbəyli kəndində Həsənova Həqiqət Həsən qızı adında seçici yoxdu. Seçici siyahısında yoxdursa deməli bu şəxs sözügedən kənddə pasport qeydiyyatında deyil. Pasport qeydiyyatında deyilsə deməli hər hansı bir seçkidə səs verə bilməz. Bəs Sumqayıtın Yaşıllaşdırma İdarəsi Azərbaycanda səs vermək hüququ olmayan, yəni dövlət hakimiyyətinə səs verməyən bir şəxslə belə yüksək məbləğli bir satınalma müqaviləsini hansı əsaslarla bağlayıb, dövlət sifarişi verib?

Saatlı rayon İcra Hakimiyyəti başçısının Əhmədbəyli kəndi üzrə İcra Nümayəndəliyindən son anda aldığımız məlumata görə orada Həsənova Həqiqət Həsən qızı adlı şəxs ümumiyyətlə olmayıb. Bu məlumatın özü MMC-nin saxta sənədlərlə yaradıldığını sübut etmirmi? Saxta sənədlərlə yaradılmış bir MMC-nin satınalmalarda iştirakı da elə tenderin də saxtalaşdırılması demək deyilmi?
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin satınalmalarda yol verdiyi qanunsuzluqlar bununla bitmir. Aktualinfo.org bir neçə ay öncə, daha dəqiqi iyun ayında qurumun satınalmalarda saxta MMC-lərlə işbirliyində olduğunu açıqlamışdı. Bir daha xatırlatmaq istərdik ki, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin rəhbərliyi hələ 2020-2022-ci illərdə yaşıllıqların salınması işlərinin satın alınmasına yaxın adamlarının adına yaradılmış MMC-lərə yüz minlərlə dövlət vəsaiti köçürüb.

Onlardan bəzilərini bir daha diqqətinizə çatdırırq.

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 2022-ci ilin avqust ayında yaşıllıqların salınması işlərinin satın alınması üzrə iki tenderin qalibini elan edib ki, bu da "ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yaşıllaşdırma idarəsi sözügedən MMC ilə ümumi olaraq 390 580 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu MMC-nin dövlət qeydiyyatına alındığı tarix uzaq olsa da, maraqlı məqamları çoxdu.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Cəbrayıl Rayon Vergilər Şöbəsində 06.03.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏLİSULTANLI, , ev 170 (Qaçqın və köçkün şəhərciyi), qanuni təmsilçisinin isə Hüseynov Sehran İmran oğlu olduğu göstərilir.

Mərkəzi Seçki Komissiyasının seçicilərin 2020-ci ilə olan siyahısında Saatlı rayonunun Əlisoltanlı kəndində məcburi köçkün qəsəbəsi ev 170-də deyil, 210 ünvanında pasport qeydiyyatında olan Hüseynov Sehran İmran oğlunun 1950-ci ildə anadan olduğu göstərilir. Hazırda 72 yaşı olan Sehran Hüseynovun Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin sifarişlərini həyata keçirə bilmək iqtidarında olub, olmaması da artıq sual altındadır.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi 2020-ci ilin may ayından 2021-ci ilin noyabr ayına qədər yaşıllıqların salınması işlərinin və əkin materiallarının satın alınması üzrə "ARSENAL-M” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə də 9 satınalma müqaviləsi bağlayıb. Bu müqavilələrə isə ümumi olaraq 2 524 928 manat dövlət vəsaiti atrılıb. İndi gəlin görək "ARSENAL-M” MMC kimə məxsusdur? Yuxarıda adını çəkdiyimiz "ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Hüseynov Sehran İmran oğlunun qızına.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "ARSENAL-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Cəbrayıl Rayon Vergilər Şöbəsində 03.10.2012-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BİLƏSUVAR RAYONU, BİLƏSUVAR, 10-CU QƏSƏBƏ, ev 336, qanuni təmsilçisinin isə Hüseynova Yusalə Sehran qızı olduğu göstərilir.

Mərkəzi Seçki Komissiyasının seçicilərin 2020-ci ilə olan siyahısı üzərindən apardığımız araşdırmalarda "ARSENAL-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi göstərilmiş BİLƏSUVAR RAYONU, BİLƏSUVAR, 10-CU QƏSƏBƏ, ev 336-da 1976-cı il təvəllüdlü Hüseynova Elvira Sehran qızının pasport qeydiyyatında olduğu göstərilir. Bu isə Hüseynova Yusalə Sehran qızının bacısı olduğu deməkdir. Hüseynova Yusalə Sehran qızı isə 1973-ci il təvəllüdlüdür və Saatlı rayonunun Əlisoltanlı kəndindəki məcburi köçkün qəsəbəsi 174 ünvanında daimi pasport qeydiyyatındadır.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında "ARSENAL-M” MMC-nin başqa hansısa bir tenderin qalibi olması barədə məlumat yoxdu. Burada MMC-nin dövlət sifarişini hansı səviyyədə yerinə yetirməsi artıq maraqlı deyil. Çünki işin çoxu kağız üzərində görülüb. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi ilə bağladığı müqavilələrdən MMC-nin hazırki günə 66 740.05 manat vergi borcu var. Elə buna görə də MMC-nin qanuni təmsilçisi Yusalə Hüseynova 2022-ci ildə estafeti atasına məxsus "ASTROİT” MMC-yə verməli olub. Hazırki günə 1784.43 manat da "ASTROİT” MMC-nin vergi borcu var və güman ki, 40-50 min vergi borcu yarandıqdan sonra bu MMC də aradan çıxarılacaq.

O ki, qaldı son iki ildə Sumqayıtda yaşıllıqların salınması işlərinin satın alınmasının qalibi olan MMC-lərin qanuni təmsilçilərinə. Həsənova Həqiqət Həsən qızına, ata-bala Hüseynov Sehran İmran oğlu və Hüseynova Yusalə Sehran qızına. Ola bilsin ki, bu şəxslərin adlarına yaradılmış MMC-lərdən heç xəbərləri belə yoxdu. Yaxud da, kasıb məcburi köçkün ailəsinə müəyyən miqdarda pul verib bu işləri Yaşıllaşdırma İdarəsinin rəisi öz adamlarının əli ilə gördürür. Dövlət Vergi Xidmətinin və Mərkəzi Seçki Komissiyasının məlumatlarından da görsəndiyi kimi bu şəxslər məcburi köçkün qəsəbələrində pasport qeydiyyatındadırlar. Cəbrayıl rayon sakinləridir. Bəs Cəbrayıl rayonundan məcburi köçkün olmuş bu şəxslərin Sumqayıtın yaşıllaşdırma İdarəsi ilə nə kimi əlaqəsi, bağlılığı var?

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin rəisi də Cəbrayıl rayonundandır. O, uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşı, ixtisasca ingilis dili müəllimi olan İlyas Həsənovdur. O, İlyas Həsənov ki, yaşı artıq 75 keçib, amma Yaşıllaşdırma İdarəsinin rəisi kreslosunu buraxmır ki, buraxmır. Amma xüsusilə vurğulamaq istərdik ki, iş təkcə İlyas Həsənovluq deyil. Burada Zakir Fərəcov faktorunun olduğunu da unutmamaq lazımdır. Qlobal.az
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 
 
Ardını oxu...
Lerikdən söz düşəndə öncə xəyalə gələn füsünkar gözəlliklər və miqyasına görə anoloqu olmayan saxtakarlıqlar olub.

Lerik son 15 ildə əsasən 3 nəfərin nəzarəti altında olub.

1. Lerikli deputat İqbal Məmmədov - 15 ildir bu rayonun deputatıdır

2. Rövşən Bağırov - 13 il bu rayonun icra başçısı olub. Hazırda 2 ilə yaxındır Ağsu rayonunda icra başçısıdır.

3 Cəlill Baxşiyev – 15 il ki, Lerikdə icra başçısının müavini işləyib (Onun 1 il 4 ayında icra başçısını əvəz edib). 2-3 günİSƏ öncə daşıdığı vəzifədən azad edilib.

Bu il iyulun 25-də isə Lerik Rayonuna 34 yaşlı Əkbər Abbasov rəhbərlik edir.

Birinci 3-lüyün ilk ikisi – İqbal Məmmədov və Rövşən Bağırov haqqında çox yazılıb.

Bu yazıda isə əsasən Cəlil Baxşıyev və burada nüfuzlu tayfa İmanovlar barəsndə daha çox söz açmağa çalışacağıq.

15 il Lerik kimi çətin rayonda İcra Başçısının 1-ci müavini işləmək hər kişinin gücü daxilində deyil. Bəzi hallarda O, Lerikdə icra başçısından da artıq söz sahibi idi.

(Onu da xatırladq ki, bu yazıya səbəb Leriklə bağlı elektron poçtumuza daxil olan məktub oldu. Müəllifi dəqiqləşdirə bilməsək də, əksər mənbələr yazılanların çoxunun həqiqət olduğunu bildirdilər)

Həmin imzasız yazıdan parçalar

“15 ildən artıqdır bu rayon Neft şirkətinin keçmiş prezidenti Rövnəq Abdullayevin kurasiyası altında, Abdullayevin biznesmen tələbə yoldaşı, Milli Məclisin deputatı İqbal Məmmədov Rövşən Bağırov vasitəsilə idarə edilirdi. Obrazlı şəkildə desək, Lerikdə bu "üç muşketyorun" icazəsi olmadan quş quşluğu ilə uça bilmirdi.

• Lakin Prezident İlham Əliyevin idarəetmə sahəsində başladığı köklü islahatlar bu rayondan da yan keçmədi.

• 29 aprel 2021-ci il tarixdə Lerik rayonundan uzaqlaşdırılan Rövşən Bağırov Ağsu rayonuna icra hakimiyyəti başçısı təyin edildi.


• Buna baxmayaraq sonrakı 1 il 4 ay ərzində də idarəçilik distant qaydada əvvəlki zəncirvari üsullarla həyata keçirilirdi.


• Bu müddət ərzində rayonun 1-ci şəxsinin səlahiyyətləri Məmmədov və Bağırovun sadiq silahdaşlarından olan, hər zaman adı qalmaqallarda hallandırılan icra hakimiyyətinin birinci müavini Cəlil Baxşıyevə həvalə edilmişdi.


• Dərə xəlvət, tülkü bəy strategiyası çox keçmədi süquta uğradıldı. Bu ilin 25 iyulunda 34 yaşlı Əkbər Abbasov Lerikə icra başçısı təyin edildi.


• Postu təhvil alan Abbasovdan ciddi islahatların aparılacağı gözlənilən idi.


• Elə ilk gündən ulduzu 1-ci müavinilə barışmayan gənc icra başçısı onu məsafədə saxladı. Rəsmiyyətdə 1-ci müavin olsa da, faktiki həmin səlahiyyətdə olmadı.

. Cəlil Baxşiyevi vəzifəsində vizual olaraq saxlamaqla səlahiyyətlərini illərdir rayonda hökümranlıq edən rejimə baş əyməyən, məşhur üçlüklə mübarizəsini gizli şəkildə aparan digər müavini, eyni zamanda iqtisadi məsələlər üzrə şöbəsinin müdiri Habil Məlikova həvalə etməklə başladı.


• Başçının onu təyin edilməsi münasibətilə təbrik etməyə gələn Milli Məclisin lal-dinməz deputatı İqbal Məmmədovla olan qısa dialoqunun səs-sədası insanları heyrətləndirməyə bilməz. Yeni icra başçısı Abbasovun 1 saata yaxın qapısında gözlətdirdiyi, sonra təbrik nitqinə başlar-başlamaz deputata - “Təşəkkür edirəm, amma uğurlar arzulamağınıza o dərəcə ehtiyac yoxdur. Hər halda qardaşınız Asif Məmmədovun illər öncə Şamaxıda başçı olduğu zamanlar eşşək heykəli ucaltmaq kimi “xariqələr” yarada bilməsəm də, Lerikdə yalnız Cənab Prezidentin mənə verdiyi tapşırıqları icra edəcəyəm” deyərək verdiyi cavabı dillər əzbəri olmuşdur.


• (Bu barədə bir qədər sonra ətraflı)

Deputatı qapısından kübarca qovan, əvəzində hər gün yüzlərlə sakini gecə saatlarınadək qəbul edən, kəndləri qarış-qarış gəzməyə başlayan Əkbər Abbasovun indiyədək rayonda heç bir kadr dəyişikliyi etməməsi müəyyən qədər narazılığa səbəb olmuşdu. Bu mənada yerli sakinlərin çoxsaylı çağırışlarına sosial mediada tez-tez rast gəlinirdi.

Artıq bu rayona da gözlənilən sevindirici xəbər gəldi.

Belə ki, İqbal Məmmədov və Cəlil Baxşiyevə bağlı olan vəzifəli şəxslərin işdən uzaqlaşdırılması prosesinə start verildi.

Lerik şəhər Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri və müavini, keçmiş başçının köməkçisi və sürücüsü,

Qosmalian kənd ərazi icra nümayəndəsi və müavini işdən uzaqlaşdırılmış,

10-dan çox Ərazi Dairəsi üzrə İcra nümayəndəsinə şiddətli töhmət elan edilmişdir.

Kənd təsərrüfatı mütəxəssisi olan Əkbər Abbasov görünür bar verməyən, digər ağaclara da təhlükə mənbəyinə çevrilən xəstə ağacların sanitar təmizləmə üsulunu idarəçiliyinə də tətbiq edərək əvvəlcə müavini Cəlil Baxşıyev və deputat İqbal Məmmədovun qol-budaqlarını kəsib uzaqlaşdırır.

Bütün icra nümayəndəliklərində, o cümlədən rayon icra hakimiyyətinə tabe olan digər struktur bölmələrdə aparılan yoxlama və ələmə prosesi ən qısa müddətdə yekunlaşdırılıb, daha sonra birinci müavin Cəlil Baxşiyevin işdən azad edilməsi ilə bağlı ərizə alınıb və o artıq işdən azad edilib.

Korrupsiya və digər neqativ əməllərdə adları hallandırılmayan başçının digər müavinləri Habil Məlikov və Arzu Vəliməmmədovanın vəzifələrində saxlanılacağı gözlənilir.

R.Bağırov, İ.Məmmədov və C.Baxşiyev tərəfindən illərlə rayonun abadlığına ayrılan dövlət vəsaitləri memarlıq - tikinti şöbəsi vasitəsilə mənimsənildiyindən həmin şöbənin müdiri Əflatun İbrahimov və işçisi Kənan Baxşiyevin, eləcə də qayınatası Neft şirkətində “yağlı” vəzifə tutan, özü isə Vətən müharibəsində hər iki oğlunu itirən şəhid atasının üzr videosunu çəkib, yaymaqla “məşhurlaşan” ümumi şöbənin müdiri Zamiq Əhədovun, rayonda torpaq biznesini idarə edən, şöbə müdirini belə saymayan iqtisadi məsələlər şöbəsinin müdir müavini Vüqar Mirzəyevin, işsizliyin aradan qaldırılması məqsədi ilə sosial işçilərə cəlb edilmiş vətəndaşların əmək haqqı kartlarını özündə saxlayan, hər ay yığılan vəsaiti məşhur üçlüyə çatdıran baş mühasib Asiman Tağızadənin də vəzifələrindən xaric edilməsi çox güman yaxın vaxtlarda reallaşacaq.

1-ci müavinliyə əsas namizəd İmanovlar kimdi?

Yeni ildən isə Lerik ən böyük dəyişikliklər və inkişaf dövrünə qədəm qoyması gözlənilir. Rayon icra hakimiyyətinin birinci müavin postuna maliyyə idarəsinin müdiri Hafiz İmanovun gətirilməsi gözlənilir.

O, Lerikin sayılıb-seçilən, böyük nüfuza malik olan yerli tayfalarından olan İmanovlar nəslindəndir və illərlə köhnə rejimə qarşı mübarizə aparmışdır.

Qardaşı Heybət İmanov nəslin ən parlaq nümayəndəsi olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin müdiri vəzifəsində işləyir.

Bu da başçının İmanovlara etimadını daha da gücləndirən başlıca səbəblərdən biridir. Hələ rayona rəhbər təyin edilməyə hazırlaşan Abbasovun qabaqcadan rayonda fəaliyyət göstərən xırda işçilərdən tutmuş daha yüksək vəzifələrdə çalışanlar barəsində onları illərlə tanıyırmış kimi müfəssəl məlumatlı, hər şeyə hazırlıqlı olmasında da İmanovların xüsusi rolunun olması inkar edilə bilməz.

Bu böyük nüfuzlu ailəyə yaxın mənbələr hazırda idarəetmənin Əkbər Abbasovla yanaşı İmanovların əllərində birləşdirildiyini gizlətmirlər...”.

Bunlar readsiyaya imzasiz ilə daxil olan məktubun bir hissəsidir.

Məktubun qalan hissəsi və digər məlumatları yaxın günlərdə sizə təqdim edəcəyik.

Sizin də olanlara və olacaqlara münasibətini bilmək maraqlı olardı.

Zahir Əmənov //cenub.az//

Ardı var...
 

Ardını oxu...
Zaqatalanın füsunkar təbiəti, flora və faunası haqda hər zaman xoş sözlər eşitmişik. Şəhərin abadlığı və səliqə-səhman elə bu gün də yerindədir. Lakin şəhərin yeni yaşayış massivinin sakinləri bir neçə müddətdir ki, ciddi problem yaşayır. Demək olar ki, sakinlərin yazmadığı, müraciət eləmədiyi ünvan qalmayıb.

Təəssüf ki, onların bu çağrışına, müraciətinə hələ də nə baxan var, nə də qarşısını alan. Söhbət yaşayış məntəqəsinin lap yaxınlığında yerləşən zibil poliqonundan, sakinlərin dili ilə desək “zibilxanadan” gedir. Əsasən də küləkli və isti havalarda ərazidə həyat CƏHƏNNƏMƏ çevrilir.

DİA.AZ bildirir ki, məsələ ilə bağlı sakinlər Bizim.Media-ya danışıblar.

Üfunət iyindən əziyyət çəkirlər...

Ərazidə yaşayanlardan biri, 75 yaşlı Yaqub Arazov deyir ki, istər yaz, istərsə payız olsun üfunət iyindən əziyyət çəkirik:

“Gördüyünüz bu zibilliyi yandırmayanda iyi el-aləmi götürür, iydən dayanmaq olmur. Yanan vaxtı da gördüyünüz bu qəsəbə bütün tüstünün içində boğulur, göz gözü görmür. Yəni, kənardan gələnin kimliyini müəyyən edə bilmərsən. Hələ bir az sakitçilikdi. Ora yanıb külək əsəndə bütün massiv tüstünün içində olur, zibil qalıqları da ətrafa yayılır. Yandırmayanda da iyindən boğuluruq. Yandılrsaq bir dərd, yandırmasaq iki dərd”.

Sakinlərdən digəri isə əlavə edir ki, rayonda elə qurum olmasın o qapını döyməsinlər. Lakin bir nəticəsi yoxdur.

Hadisə yerinə yaxınlaşdıqca üfunət iyi nəfəs kəsir. Üç hektar ərazini əhatə edən bu zibilxananı yaşayış evlərindən cəmisi yüz metr məsafə ayırır. Burada yanğınlar baş verərkən tüstü yaşayış evləri istiqamətinə yönəlir və orada nəfəs almaq, hərəkət etmək olduqca çətinləşir. Bu da sakinlərin haqlı narazılığına səbəb olur.

Keçmiş hərbçi Valeh Rəfiyev təqaüdə çıxandan sonra Zaqatalada məskunlaşıb, ərazidən torpaq sahəsi alaraq ev tikib. Lakin sonradan ətrafdakı vəziyyəti görüb peşmanlıq içindədir.

Deyir ki, zibilxananın gətirdiyi problemlər şəkər xəstəliyini daha da artırıb:

“Burda zibillik yaradıblar, bura mal-heyvan gəlir. Gətirib zibili atırlar. Sonra da yandırırlar. Burada yeni qəsəbə salınıb. Bu vəziyyətin yerinə, buranı bağ-bağat eləmək, ətrafı yaşıllığa çevirmək olar”.

Söhbətin bu məqamında daha bir sakin yaxınlaşır. Anar Əsədovun sözlərinə görə, Zaqatala-Danaçı yolu üzərindən də zibilxanaya yol gedir.

Lakin rayon kommunal müəssisəsi kombinatının, eləcə də restoran və şadlıq evlərinin zibilləri yola tərəf töküldüyündən olduqca acınacaqlı vəziyyət yaranıb:

“Min nəfər sakindən biri mənəm və burada yaşayıram. Gördüyünüz kimi, burada olduqca acınacaqlı vəziyyət var. Artıq zibili, poliqon ərazisini görürsünüz harda qalıbdı. Poliqon ərazisindən ətrafa gətirib tökürlər. Üfunətdən oturmaq, gecə pəncərəni açmaq olmur. Münkün deyil. Yandırırlar buraları. Hətta evimizin içinə kimi ilan, əqrəb girir. Belə yaşaya bilmirik”.

Məsələ ilə əlaqədar rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasına, şəhər Bələdiyyəsi və Nümayəndəliyinə, eləcə də kommunal müəssisə rəhbərliyinə müraciət etdik.

Sözügedən bu sturukturların əməkdaşları onlara aid olmayan bir iş kimi yanaşdı. Nəhayətdə, Zaqatala kommunal müəssisəsi kombinatının baş mühəndisi Arif Kərimovla əlaqə saxladıq. O, hazırda orada vəziyyətin heç də ürəkaçan olmadığı etiraf edib:

“Burada vəziyyət gərgindir. Çünki tullantıların daşınması üçün başqa yerimiz yoxdur. Bura daşımalıyıq. Bacardığımız qədər biz zibilləri basıdırırıq. İndi sabah səhərə biz danışmışıq yenə traktor gəlməlidir. Traktorla bu sahəni təmizləyib orada basdıracağıq”.

Məsələyə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsi ilə də əlaqə saxladıq. Bildirildi ki, məsələ ilə bağlı müvafiq kombinat üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə ildə bir neçə dəfə cərimələnib.

Regional ekologiya idarəsindən onu da əlavə ediblər ki, problem müvafiq dövlət qurumlarının diqqətindədir və yaxın vaxtlarda həllini tapacaq. Faktı Zaqatala kommunal müəssisəsi kombinatının baş mühəndisi Arif Kərimov da təsdiqləyib.
Məsələnin həllini diqqətdə saxlayacağıq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti