DİA.AZ: - "Şikayətim Bakıxanov qəsəbəsində olan "Tatlı" un məmulatlari maqazasındandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Həbib Əzimli adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş bildirir: "Nə vaxt nə alırsan, kartla ödəniş etmək istəyəndə bildirirlər ki, kartla ödəniş etməkdə problem var. Ödəniş etmək olmur. Bəzən "ödənişi kartla edəcəm" deyə təkid edəndə guya posterminalı qurdalayırlar... deyirlər "düzəldi, indi ödəniş etmək olar". Bəzən də qurdalayırlar sonra deyirlər, "ödəniş etmək alınmır... posterminal işləmir..."
Bu hal necə illərdir belə davam edir. Eşitdiyimə gorə, bunların digər maqazalarında da eyni hal təkrarlanır.
Dövlət tərəfindən nağdsız ödənişlər stimullaşdırılır. Banklar nağdsız ödənişlər üçün müəyyən kampaniyalar tətbiq edir, amma bu cür mağazalar nağdsız ödənişlərdən yayınır..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...