Ardını oxu...
Balakən rayonunun Meşəşambul kəndinin pay torpaqlarına Balakən Kərpic İstehsalı Müəssisəsi qənim kəsilib. Fevral ayında rayonun qum-çınqıl yataqlarından istifadə qaydasını pozduğuna görə 1 milyon manatdan çox cərimə edilən MMC rəhbəri Əsgər Əsgərov qanunları pozmağa davam edir.

Bu barədə Tribuna.az-a kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, BKİM rəhbəri kəndlilərə əkin üçün verilməsi nəzərdə tutulan pay torpaqlarını pulla alaraq zavoda daşıyır. Olduqca məhsuldar torpaq olan sarı torpaqdan kərpic bişirilməsində istifadə edilir.

Sakinlər bildirir ki, zavodun ağır texnikası və yük maşınları gecə saat 2-3 radələrində qazıntı işləri aparır və torpaq daşıyır:

“Yük maşınlarının səsindən yatmaq olmur. Evlərimiz silkələnir”.

Qazıntı işləri səbəbindən ərazidə dərin və böyük çökəklik, dərə əmələ gəlib. Kənd camaatı heyvanını otarmağa yer tapmır. Mal-qaranı örüşə buraxmağa da ehtiyat edirlər. İşlərinə mane olmaq üçün bir neçə dəfə kənd camaatı yolu kəsib. Lakin müəssisə rəhbərliyi əraziyə polis göndərərək kənd sakinlərini ərazidən uzaqlaşdırıb. Camaata bildirilib ki, ərazidə qazıntı aparmaq və torpaq daşımaq üçün əllərində rəsmi sənəd var. Kənd sakinləri bildirir ki, qış aylarında bu ərazilərə yağıntı çox düşür. Belə olduğu təqdirdə ərazidə sürüşmə olma ehtimalı yüksəkdir. Qazılmış dərəyə dəfələrlə kənd camaatının heyvanı düşərək tələf olub. Yaralanmış heyvanı isə oradan çıxarmaq mümkün olmur.

Xatırladaq ki, bu ilin fevral ayında Balakən rayonu ərazisində yerləşən qum-çınqıl yataqlarında yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması səbəbindən “Balakən Kərpic İstehsalı Müəssisəsi” MMC rəhbəri əsgər Əsgərov 1 milyon 137 min manat cərimə edilib.
 
Ardını oxu...
Abşeron rayonu İradə Gülməmmədovanın icra başçısı vəzifəsindən gedişindən sonra ağ günə çıxacağını gözləyirdi. Amma sən saydığını say, gör yeni təyin olunan icra başçısı Abdin Fərzəliyev nə sayır

Əslində ona yeni İH başçısı söyləmək də olmaz, çünki uzun illər Bakının Nərimanov rayonuna rəhbərlik edib, elə oradakı fəaliyyəti də Abşerondan fərqlənməyib: səkilərə qədər satmaq, tikintilərə ağacları qurban vermək, obyekt satmaq, hətta “moyka” biznesi qurmaq… İndisə eynilə Abşeron rayonunda Fərzəliyev bir kabusa çevrilməkdədir.

AMİA.AZ xəbər verir ki,onun Abşerona təyinatı ilə rayonda özbaşınalıq, kimin harda istəsə qanunsuz tikinti aparması daha da geniş vüsət alıb. Çünki Nərimanovu qarış-qarış satan bir məmurdan Abşeronda qanuni fəaliyyət gözləməyə də dəyməzdi. Nəticədə Xırdalan, Masazır və digər ərazilərdə Abşeron İH rəhbərinin əl işini görmək mümkündür. Bu iş isə qanunsuz tikintilərə şərait yaratmaqdan tutmuş fərdi ev tikinti üçün rüşvət tələb olunmasına qədər əhatə edir.

Sonuncu belə “nümunə” Xırdalana aiddir. Şəhərin tən ortasında qanunsuz olaraq tikintilər səkiyə çıxarılır, artırmalara yol verilir. Bu da bütün normativləri pozmaq, piyadaların yolunu kəsmək deməkdir. Amma nə Abşeron İH, nə FHN məsələyə müdaxilə edir. Bu faktı lentə alaraq sosial mediada paylaşımasına baxmayaraq, heç bir münasibət bildirilmir

Belə ki, “Alyans” MTK səkini zəbt edərək tikinti aparır. Amma şirkətin qanunsuz əməlinə Abşeron İH qarışmır. Burada iki nəticə çıxır: ya Fərzəliyev şirkətə bata bilmir, ya da tərəflər anlaşıblar. Çünki heç kəs icazəsiz piyadanın yolunu işğal edib tikinti apara bilməz, dərhal başının üstünə icra nümayəndələri alacaqlar. Görünür ki, icra başçısı Fərzəliyev “xeyir-dua” verib və ona görə bu qanunsuz tikintiyə göz yumulur. Ümumiyyətlə, Xırdalanı başdan-başa satmaqda olan icra başçısı Abdin Fərzəliyev əhalini ciddi şəkildə narazı salmaqla yanaşı, onların etimadını itirib. İnsanlar ümid edirdi ki, keçmiş başçının və memarın səhvləri düzəldiləcək, təkrar olunmayacaq, amma tam məyus oldular. İndikilər daha vandal şəkildə Abşeronu tar-mar edirlər. Bu videonu sizə təqdim edirik, özünüz şahid olun:

Tribuna. Az
 
 
 

Ardını oxu...
Qaynana adına saxta sənədlər, vəd olunan sərəncamlar, “pay” verilmiş mənzillər və milyonlarla borc – Nizami rayonunda görünməmiş rüşvət və korrupsiya əməlləri Nizami rayonun sabiq icra başçısı Arif Qasımovun vəzifədə olduğu dövrlərdə sayagəlməyəsi qədər qanunsuzluqlara yol verməsi barədə mətbuatda çox yazılıb.

Bu adam özünü məmurdan daha çox torpaq dəllalı və saxta sənədlər hazırlamaq üzrə yüksək səviyyəli “mütəxəssis” kimi tanıdıb. O, icra başçısı işlədiyi rayonu dövlətin müəyyən etdiyi qaydalarla deyil, özünün şəxsi biznes maraqlarına uyğun şəkildə idarə edib ki, bunun da nəticəsində topdağıtmaz səltənətə sahiblənməyə müvəffəq olub. Əlbəttə, bu, Arif Qasımovun Nizami rayonundakı “yaradıcılığının” görünən tərəfidir. Görünməyən tərəflərdə daha ağır əməllər dayanır və onlar barədə toplu məlumatların əks olunduğu kitab da var. Təəccüblənməyin, bu kitabın adı Cinayət Məcəlləsidir və məhz orada Qasımovun Nizami rayonundakı korrupsiya və rüşvət “performansı”, saxta sənəd hazırlamaq “istedadı”, vəzifədən sui-istifadə etmək “qabiliyyəti”, əvvəlcədən əlbir olan mütəşəkkil cinayətkar dəstə yaratmaq “bacarığı”, dövlət əmlkanı və vəsaitlərini talamaq “cəsarəti”, başqalarının əmlakını mənimsəmək “qətiyyəti” və sair “özəllikləri” barədə məlumatlara MADDƏ-MADDƏ rast gələ bilərik.

Ümumiyyətlə, Cinayət Məcəlləsi Arif Qasımovun avtoportretini yaratmaq üçün unikal vasitə hesab oluna bilər. Hətta orada elə maddələr var ki, birbaşa Arif Qasımovun ƏYNİNƏ BİÇİLİB. Oxuduqca sabiq icra başçısını əvvəlcə Kürdəxanıda, sonra da müxtəlif MÜƏSSİSƏLƏRDƏ təsəvvür edirsən.
Arif Qasımov olduqca “unikal” adamdır. Məsələn, sabiq icra başçısı olmasına baxmayaraq, vəzifədə olduğu dövrdə mənimsədiyi vərdişləri bu gün də davam etdirir. Həbsxanada olmadığına görə Tanrıya şükr etmək əvəzinə, özünü nümyişkəranə şəkildə “toxunulmaz adam” kimi göstərən Qasımov Nizami rayonunu indi də özünün şəxsi ofisindən “idarə” etməyə çalışır. Qısası, Qasımovun QARA MÜHASİBATLIĞI bu gün də Nizami rayonundan əl çəkmir. Elə əməllərə imza atılır ki, bütün bunlar barədə daha geniş və detallı şəkildə danışmaq zərurəti var. Hələlik başlayaq Arif Qasımovun icra başçısı olduğu dönəmlərə təsadüf edən qanunsuz əməllərindən.

Əldə etdiyimiz dəqiq məlumatlara görə, Arif Qasımov Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı dövrlərdə özünə topdağıtmaz səltənət qura bilib. Bu yazıda Qasımovun səltənətinə daxil olan bir neçə obyektdən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər hazırlamasından, eləcə də iş adamlarından aldığı külli miqdarda rüşvətin müqabilində sərəncam verəcəyi vədini yerinə yetirməməsindən bəhs edəcəyik.

Arif Qasımovun biznes imperiyasına daxil olan obyeklərin bir çoxu başqa-başqa adamların adına rəsmiləşdirilib. Əvvəllər obyektlərini, ələ keçirdiyi əraziləri qaynanası Cəfərova Fizzə Mirhəmid qızının adına qeydiyyata aldırsa da, sonradan iz itirmək məqsədilə həmin obyektlər başqa adamların adına keçirilib. Məsələn, bu sırada Qara Qarayev prospektində “Rahat” marketin qarşısında yerləşən və “Konkakt Home” mağazalar şəbəkəsi tərəfindən icarəyə götürülmüş iki mərtəbəli tikilini göstərmək olar. Bu obyek Arif Qasımovla müştərək bir neçə tikinti layihəsində iştirak etmiş iş adamı Elsevərin əməkdaşlarından birinin adına sənədləşdirilib. Qasımov Elsevər adlı iş adamı ilə birgə çoxmərtəbəli bina da inşa etdirib. Bu bina Rüstəm Rüstəmov küçəsində yerləşir.
Sabiq icra başçısının Anar adlı iş adamı ilə də bir neçə müştərək işi olub. Burada bir məqamı qeyd edək ki, Qasımov həm də o icra başçılarından olub ki, təzyiq yolu ilə özünü müxtəlif obyektlərə şərik kimi qəbul elətdirib. Onun Anar adlı iş adamı ilə birgə sahiblik etdiyi restoran sonradan Qasımova Maştağa qəsəbəsində böyük bir “parnik” qazandırıb. Belə ki, Anar öz “parnikindən” Arif Qasımovun xeyrinə imtina etməklə şərikli restoran işlətmək əzabından qurtula bilib.

Qara Qarayev prospektindəki “Ağ Çiçəyim” mağazasının yanındakı paltar mağazası da sabiq icra başçısına məxsusdur. Nədənsə bu obyekt hələ də Qasımovun qaynanasının adına qeydiyyatdadır. Görünür obyektlərin sayının çox olması səbəbindən Qasımov bu mağazanın addan-ada keçirilməsi əməliyyatını hələlik yekunlaşdıra bilməyib.
Sabiq icra başçısı Nizami rayonundakı biznesini özünün məşhur qalasından - “Ofis” kimi tanınan binadan idarə edir. Bu binanın tikintisinin isə ürək üzən tarixçəsi var. Belə ki, Məmmədəli Şərifli küçəsi ilə kəsişmədə yerləşən sözügedən binanı tikmək üçün əvvəlcə torpağın və oradakı evin sahibi olan şəhid anasını razı salmaq ehtiyacı yaranıb. Lakin şəhid anası təkliflərlə razılaşmayıb və bu da Qasımovu bərk qəzəbləndirib. Günlərin birində isə şəhid anasına məxsus olan evdə qeyri-müəyyən səbəblərdən yanğın baş verib. Bu müəmmalı hadisəni ərazidə yaşayan sakinlər hələ də xatırlayırlar. Yağından dərhal sonra Arif Qasımov həmin ərazidə özünə ofis inşa etdirib və bu gün də oranı özünün iş yeri kimi istifadə edir.

İndi gələk məşhur “Neolit” restoranına. Bu obyek əvvəllər Arif Qasımovun qaynanasının adına olub. Sonradan Elsevər adlı iş adamının adına sənədləşdirilib. Maraqlıdır ki, “Neolit”ə görə Arif Qasımov hələ də Yaşar adlı iş adamı ilə mübahisə yaşayır və bu mübahisə zaman-zaman qalmaqal səviyyəsinə də çatır. Nizami rayonunda Arif Qasımova məxsus şadlıq sarayları da var. Onlar haqqında növbəti yazımızda ətraflı şəkildə bəhs edəcəyik.
Hələlik keçək saxta sənəd məsələsinə. Məsələ burasındadır ki, Arif Qasımov Nizami rayonuna rəhbərlik etdiyi dövrlərdə özü üçün ərsəyə gətirdiyi və ya zor gücü ilə sahibləndiyi tikililərin çoxunu, yuxarıda da qeyd etdiyimiz kimi, qaynanası Cəfərova Fizzə Mirhəmid qızının adına sənədləşdirib. Bu sənədlər isə saxta yolla hazırlanıb. Araşdırma aparılarsa, dediklərimizin həqiqət olduğu hüquqi müstəvidə də öz təsdiqini tapar. Hər halda Nizami rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov təsadüfən insult keçirməyib. Məsələ burasındadır ki, həmin saxta sənədlərin əksəriyyətində məhz Qərib Məmmədovun imzası var.

Arif Qasımov icra başçısı olduğu dövrlərdə Nizami rayonunda bina tikintisi ilə məşğul olan iş admlarından da külli miqdarda pul toplamağa müvəffəq olub. O, hər yeni tikilən binaya görə rüşvət almaqla yanaşı, həmin binalardan “pay” mənzillərə də sahib olub. Lakin bunun müqabilində vəd etdiyi müvafiq sənədləri iş adamlarına təqdim etməyib. Elə bu səbəbdəndir ki, hazırda Arif Qasımovla bina tikintisi ilə məşğul olan iş adamları arasında ciddi qalmaqal yaşanır. Məsələn, keçmiş “Sevinc” kinoteatrının yaxınlığında İNTEX şirkəti tərəfindən tikilmiş binaya görə Qasımova 500 min manat çatsa da, o hələ də binaya görə tələb olunan sənədləri şirkətə təqdim etməyib. Onun hazırda belə bir səlahiyyətinin olmadığına əsaslanan şirkət, pulunu geri tələb etsə də Qasımov müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. İNTEX Arif Qasımovun borclu olduğu yeganə şirkət deyil. Nizami rayonunda bina tikintisi ilə məşğul olmuş şirkətlərin bir çoxunun Qasımovdan alacağı var və bu məbləğ üst-üstə milyonu ötür.

Arif Qasımov iş adamlarından həm də rayonda aparılmış abadlaşdırma işlərində yararlanıb. O, yaşılllaşdırma, küçələrin işıqlandırılması, parklarda abadlıq işlərinin aparılması, yolların təmiri və s. iş adamlarının vəsaiti hesabına həyata keçirsə də sonradan bu layihələri İcra Hakimiyyətinin adına yazaraq külli miqdarda dövlət vəsaitini mənimsəyib. Bu kimi maxinasiyaları Arif Qasımov həmin dönəmlərdə İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışmış Tariyel Tahirov və Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş Rasim Abdullayevin əli ilə reallaşdırıb. Adıçəkilən şəxslərin və hazırda da Nizami Rayonu İcra Hakimiyyətinin birinci müavini vəzifəsini tutan Qərib Məmmədovun vasitəsilə Arif Qasımov köhnə tarixli sənədlərin hazırlanmasını da həyata keçirib. Bununla da Arif Qasımov bilavasitə Prezident İlham Əliyevin Fərmanına qarşı çıxmış olub. Belə ki, Prezident İlham Əliyevin 17 sentyabr 2018-ci il tarixli “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı Arif Qasımovun planlarını pozub. Tikililərə sənəd vermək səlahiyyətini itirən Arif Qasımov rüşvət aldığı iş adamlarını razı salmaq üçün adıçəkilən Fərmandan əvvəlki tarixlər göstərilmiş saxta sənədlər hazırlatdırıb.
Xatırladaq ki, “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident Fərmanına əsasən yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq rəyi olmadan tikintiyə icazə verə bilməzlər.
Arif Qasımov Bakı şəhərinin digər rayonlarında da müxtəlif obyektlərə və torpaq sahələrinə sahibdir. Bütün bunlar barədə gundemxeber.az-ın növbəti yazısında geniş şəkildə söhbət açılacaq. Eyni zamanda Qasımovun “vəzifəyə” gedəcəm kimi uydurma söhbətlərindən də bəhs ediləcək. Təsəvvür edin, bu qədər qaramat içində olan bir adam, rayonda öz təsir imkanlarını artırmaq üçün hətta Eldar Əzizizovun yerinə - Bakı meri təyin olunacağına dair şaiyələr yaydırır. Əlbəttə ağlı başında olanlar Qasımovun hansı səbəblərdən işdən qovulduğuna əsaslanaraq onun nağıllarını ciddi qəbul etmirlər. “ÇP”si başından aşan VURULMUŞ kadra bundan sonra kim iş tapşırar? Kim onu himayə edər?..
GundemXeber.Az-ın əldə etdiyi məlumatlarda Arif Qasımovun Nizami Rayonu İcra Hakimiyyətinin hazırkı başçısı Coşqun Cəbrayılova müxtəlif yollarla təzyiq göstəməyə şalışdığına dair məqamlara da rast gəlinir. Qasımov ciddi cəhdlə çalışır ki, Coşqun Cəbrayılov köhnə sərəncamların, eləcə də tikililərə görə digər müvafiq sənədlərin araşdırılmasına maraq göstərməsin. Qasımov yaxşı bilir ki, hazırkı başçı ARXİVİ qaldırarsa, ortaya dəhşət saçan saxtakarlıq faktları çıxacaq. Bu isə Cinayət Məcəlləsindəki uyğun maddələrin Qasımovun əməlləri xüsusunda aktuallıq qazanacağı deməkdir. Maraqlıdır, Coşqun Cəbrayılov sabiq başçının qanunsuz əməllərini ört-basdır edəcəkmi? Yaxud, yeni başçı hansı hallarda Arif Qasımovu qorumağa razı olar? Bax, maraqlı olan həm də budur. Gözləyək.
Növbəti yazılarımız da olacaq.

GundemXeber.Az

Ardını oxu...
DogruXeber.az: - Naxçıvanda üç il öncə bağlanılmış şəxsi avtomobil təmiri sexlərinin sahiblərinin hər birindən 30 min manat rüşvət tələb olunur. Bu pulun qarşılığında onlar sexlərini yenidən aça bilərlər. Lakin, sahibkarlara seçim imkanı verilmir. Yəni, onlar sexi açsalar da, açmasalar da həmin məbləği ödəməlidirlər.
Bu haqda „Gündəlik Naxçıvan“ a bir qrup sahibkar məlumat verib. Onlar deyir ki, yerli hakimiyyət Bakıdan gələn yoxlamalar zamanı üzə çıxan büdcə yeyintilərini bağlamaq üçün bu addımı atırlar. Şərur rayon sakini B. Şükürov deyir ki, bu tələbi yerinə yetirməmək üçün, evini də satıb, Naxçıvandan qaçmaq istəyir:

„Bir neçə gün öncə Şərur Rayon İcra Hakimiyyətinə çağırdılar. Deyəndə ki, sexinizi açıb işlədə bilərsiz, çox sevindik. Sonra başçının müavini İmran Həsənov dedi ki, iki həftə ərzində hərəniz 30 min manat gətirməlisiz, bizə dəxli yoxdur sexi işlədəcəksiz ya yox. Sonra bildirdi ki, bu tapşırıq yuxarıdan, Naxçıvanın baş naziri Səbuhi Məmmədovdan gəlir. Bakıdan gələn yoxlamanı yola salmaq üçün külli miqdarda pul lazım imiş. Guya büdcə kəsirlərini bağlayacaqlar. Dedi ki, pulu tapıb gətirməsəz, həbs olunacaqsız. O həm də dedi ki, Naxçıvanbankdan kreditlə borc götürməkdə də bizə kömək edər. Mən o sexdə dolanışığımı güclə təmin edirdim. Oranı işləsəm belə, nə qazanacaq ki, hələ bir krediti də qaytarım? Həbs olunmamaq üçün məcburam ki, Naxçıvandan köçəm“.

Babək rayon sakini D. Quliyev bildirir ki, bağlanmış sexini açmaq üçün ondan da 30 min manat tələb olunub:
„Deyirlər ki, işlətsə də, işlətməsən də 30 mini verməlisən. Neçə ildir işsizəm, hardan alım o qədər pulu. Tapıb versəm belə, hardan qazanıb o borcu qaytaracam. Gündə 1-2 müştəri ola, ya olmaya. O vaxt acından ölməmək üçün işlədirdik. Nə edəcəyimi bilmirəm“.

Naxçıvanda 3 ildən artıqdır ki, şəxsi avtomobil təmiri sexləri bağlanılıb. Elə həmin vaxtdan burada avtomobil təmiri üçün yalnız Naz-Lifan Service texniki xidmətlərindən istifadə etmək mümkün idi. Naz-Lifan servisinin yerli hakim ailə Talıbovların nəzarətində olduğu bildirilir.
Ardını oxu...
Gəncənin Nəriman Nərimanov küçəsində yerləşən ikinci binanın sakinləri şikayət edir.

Sakinlər binanın qarşısında istirahət məqsədi ilə yaradılan parkın naməlum şəxslər tərəfindən qazıldığını deyirlər. Əvvəllər istirahət parkı olan ərazi sonradan dağıdılıb. Yerində İnşaat işləri məqsədi ilə qazıntı aparılıb. Sakinlər etimal edirlər ki, ərazidə hər hansı obyektin tikintisi nəzərdə tutulub. Sonra tikinti işləri də aparılmayıb, sakinlər də istirahət parkından məhrum olublar. Maraqlısı odur ki, bu problem nə bu günün, nə də dünənin problemidir.

Park ərazisi 12-il bundan öncə qazılıb. Lakin yarımçıq saxlanılıb. İndi sakinlərin istirahəti üçün nə park var, nə də uşaqların oynaması üçün ərazi. Bina sakinləri dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, problem aradan qaldırılmır.

Bina sakini Qiyafət Diləxşani: İllərdir bura qazılıb. Uşaqların oyun meydançası vardı, dağıtdılar. Biz yaşlılar oturub istirahət edirdik. İndi it, pişik leşlərini gətirib atırlar bura, iylənib qalır. Ərazi zibilxanaya çevrilib. Hələ JEK buranı təmizlətdirib. Pəncərəni açıb hava ala bilmirik. Üfunət qoxuyur.

Sakin Yasin Əlirzayev deyir ki, yayda üfunət iyinə görə 45 dərəcə tempraturda pəncərələri açmaq olmur. “İndi çəkirsiniz, qışdır. Yayda üfunət qoxusundan buradan keçmək olmur”, sakin belə narazılıq edir.

Belediyye.net-in məlumatına görə, qazıntı işləri keçmiş icra hakimiyyəti başçısının zamanında həyata keçirilib. Hazırda problemi həll edən qurum tapılmır.

Məsələ ilə bağlı yerli İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Lakin rəsmi qurum məsələyə münasibət bildirməkdən boyun qaçırdı.

DİA.AZ mövzu ilə bağlı Belediyye.net-in sujetini təqdim edir:



Məsələ ilə bağlı dia.az olaraq bütüb əlaqədar qurum və təşkilatları dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Qapılarını az qala hər gün hüquq-mühafizə orqanlarının yağır etdiyi Mədəniyyət Nazirliyi yenə də özünə yığışmaq bilmir ki bilmir. Hər halda görünəni budur və ortalıqda olan faktlar belə deməyə əsas yaradır ki, Mədəniyyət Nazirimiz Anar Kərimov da özündən əvvəlki nazir Əbülfəs Qarayevin yolu ilə "inamla" irəliləməkdədir...

DİA.AZ bildirir ki, Mədəniyyət Nazirliyindən daha bir şikayət var və bu şikayətə görə, nazirlik keçirilən müsabiqənin qaliblərinə vəd etdiyi 300 min manatı ödəməyib.

DİA.AZ-ın məlumatına görə, 2022-ci ilin martında Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək" müsabiqəsinin qalibləri açıqlansa da, onlara ümumilikdə ayrılan 300 min manat sahiblərinə çatdırılmayıb.

“Hər halda hansısa işləri yolunda getmir. Bunu da bu layihənin maliyyəsi ilə ört-basdır edirlər”. Bunu isə şikayətçilərdən biri - rejissor Azər Allahverdiyev deyir.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Sumqayıt şəhəri Corat qəsəbəsinin Liman və Nərimanov küçələrində zibil qalmaqalı davam edir.
Həmin ərazidə yaşayan sakinlər Qaynarinfo-ya bildirib ki, artıq əlləri yerli rəhbərlikdən üzüldüyünə görə ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalıblar.
“İki ildən çoxdur ki, bu problem mövcuddur. Evimizin qarşısına zibil qutuları qoyublar. Üfunət iyindən evdə oturmaq olmur. Yayda vəziyyət daha dözülməz olur. Evdə xəstəsi olan var, iydən bayıra çıxa bilmir. Təsəvvür edin, qonşulardan birinin 8 yaşlı qızının səhhətində problem var. Uşaq kəskin iylərə qarşı həssasdır. Bayıra çıxan kimi vəziyyəti ağırlaşır, həkim müdaxiləsi olmadan onu özünə gətirmək mümkün olmur. Həmin uşağın valideynləri artıq məcbur qalıb ölkə rəhbərliyinə müraciət edir. Təsəvvür edin, xırda bir problemin əlində gicələk qalmışıq”, deyə sakinlər bildirib.
Onların sözlərinə görə, yerli rəhbərlik müxtəlif bəhanələrlə problemi həll etmək istəmir:
“İcra nümayəndəliyi gah deyir qutuların yerini dəyişəcəm, gah deyir dəyişə bilmərəm, gah da deyir ki, bu Təmizlik Departamentinin səlahiyyətindədir. Təmizlik Departamentindən isə bildirirlər ki, bu barədə bizə rəsmi tapşırıq gəlməsə, qutuları götürə bilmərik. Məsələnin ən gülməli tərəfi isə budur ki, həmin zibil qutuları bizim ərazidə deyil, “Bağlar” massivində yaşayan sakinlər üçün qoyulub. Biz hələ də başa düşə bilmirik ki, başqa ərazidə yaşayan sakinlər üçün nəzərdə tutulan zibil qutuları niyə bizim evimizin qarşısına qoyulmalıdır”.
Sakinlər deyir ki, problemlə əlaqədar Sumqayıtın icra başçısı Zakir Fərəcovla görüşmək istəsələr də, cəhdləri baş tutmayıb:
“3 saylı İcra Nümayəndəliyinə müraciət etdik ki, icra başçısı görüşmək istəyirik. Lakin icra nümayəndəsi Elvaris Əliyev və qurumun əməkdaşları buna mane oldular. Ona görə də məcbur olub Zakir Fərəcova teleqram vurmuşuq. Ümid edirik ki, nəhayət bu problem aradan qalxacaq.
Qeyd edək ki, zibil qutuları üçün yer də var. Həmin qutular qəbirstanlığın aşağı hissəsindəki boş əraziyə qoyub ətrafını çəpərləmək olar ki, əraziyə zibil dağılmasın.
Xatırladaq ki, Qaynarinfo-nun bu məsələ barədə ilk yazısına Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən cavabda problemin yerində araşdırılacağı və müvafiq tədbir görüləcəyi bildirilmişdi.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Mənə deyirlər ki, ora daş töksən, cərimələnəcəksən. Başçının sərəncamı olmadan mənim ora daş tökmək fikrim də yoxdur. Ancaq torpağın Çıxarışı, tikintinin layihəsi – hər bir sənədim qaydasında ola-ola başçı sərəncam vermir və səbəbini də əsaslandıran yoxdur. Torpağım elə bir yerdədir ki, sağımda da, solumda da obyektlər var. Məndən sonra torpaq alanlar çoxdan hansısa yolla sərəncam alıb obyektlərini tikib, işlədirlər. Mən rüşvət vermədiyim üçün torpağım ortalıqda qalıb”.

Neftçala sakini Vasif Məcidzadə 2007-ci ildə obyekt inşa etdirmək üçün rayonun Heydər Əliyev prospekti 19C ünvanında torpaq sahəsi alıb. Uzun illər ərzində həmin sahədə tikinti aparmaq üçün bütün sənədləri hazırlayıb. Ancaq növbə icra başçısının sərəncam verməsinə çatanda, necə deyərlər, iş dalana dirənib. Nə əvvəlki, nə də indiki icra başçısı həm torpağa, həm də fərdi tikinti işləri aparmağa bütün sənədləri olan vətəndaşın bu işi görməsi üçün sərəncam vermir. Vasif Məcidzadə 2021-ci ildə icra başçısı Mirhəsən Seyidovun qəbulunda da olub:

“Soruşdu ki, bu yeri nə vaxt almısan? Dedim, 2007-ci ildə. Dedi, o vaxt sənin neçə yaşın olub? Pulu hardan əldə edib torpaq almısan? Dedim, heyvanlarımızı satmışıq, atam köməklik edib, almışam. Halbuki, başçıdan sənədli yerimə obyekt tikintisi üçün sərəncam verməsini istəyirdim, onun vəzifəsinə düşən də onu etmək idi, belə suallar vermək deyildi. Sonra da soruşdu ki, orda nə tikəcəksən? Dedim, hələ bilmirəm. Dedi, birdən mağaza tikərsən ha, rayonda mağaza çoxdur. Beləcə, özünə aidiyyəti olmayan məsələlərdən dırnaqarası öyüd-nəsihətini verdi, dedi, get, sənədlərini yoxlatdıracam, qanunsuz olsa, prokurorluğa verəcəm, çünki əvvəllər rayonda çox qanunsuzluqlar olub, saxta sənədlər verilib”.

İcra başçısının qəbulundan bir həftə sonra Vasif Məcidzadəyə məktub gəlib ki, torpaq sahəsinə görə dövlətə 15 il ərzində üst-üstə yığılmış 650 manat 58 qəpik torpaqpulu borcu var. Borcu ödəyib, üstündən 1 il keçib, ancaq yenə də sərəncam verilməyib. Yenə icra başçısının qəbuluna düşmək istəsə də, düşə bilmir. Əvəzində başına başqa iş gəlib:

“4 aydan çoxdur ki, qəbula düşüb sözümü deyə bilmirəm ki, ay müəllim, dedin, sənədlərini yoxladacam, yoxlatdın, 650 manat 58 qəpik borcumdan başqa heç nə tapa bilmədin. Onu da dedin ödə, ödədim. İndi niyə sərəncam vermirsən? Gedirdim, adımı-soyadımı yazırdılar, deyirdilər, get, filan gün qəbuldur, gələrsən. Dedikləri tarixdə gedirdim, məlum olurdu ki, adımı siyahıya salmayıblar, yalandan deyirdilər, yazılmamısan”.

Nəhayət, Vasif Məcidzadə icra hakimiyyətinin “Facebook”dakı rəsmi səhifəsindən müraciət edərək icra başçısının qəbuluna yazılıb ki, sonra qəbul üçün müraciət etdiyini dana bilməsinlər:

“Qəbul günü getdim, həmişəki kimi yenə müavinləri qəbul edirdi, özü yox… Qəbula gəlmiş vətəndaşların siyahısını tutan bir əməkdaş nə üçün gəldiyimi soruşdu. Sənədlərimə baxdı, dedi, sənin bütün sənədlərin qaydasındadır, sərəncam almağın da iki vur ikidir. Mən sənə kömək edəcəm. Əlaqə nömrəmi götürdü”.

Vətəndaşın iddiasına görə, bir neçə gün sonra icra hakimiyyətinin həmin əməkdaşı ona zəng vurub, görüşüblər. Qurumun əməkdaşı sərəncam məsələsini həll etmək üçün 6 min manat istəyib:

“Dedim, məndən sonra torpaq alanlar obyekt tikiblər, sağımda, solumda obyektlər var, bircə mənim işim daşdan çıxır. Dedi, bu məsələlər belə həll olunur. 6 min manat ver, qısa müddətdə sərəncam səndədir. Bir az da söhbət edib, məbləği 5 min manata saldı. Mən də 1000 manat verdim, dedim, iş düzəlsin, qalanını da verərəm. Bir müddət sonra baxdım ki, heç bir təzə xəbər yoxdur, heç nə etmir, pulumu geri istədim. O pulu ondan almaq üçün iki ay arxasınca düşdüm. O pulu ondan zülmlə geri ala bildim. Deməyim odur ki, vətəndaş başçının qəbuluna gedir, qapısında belələrinin toruna düşür. Başçı vətəndaşı qəbul edib dinləsə, vətəndaşın haqqı olan sərəncamı versə, vətəndaş da belələrinin toruna düşməz”.

Vasif Məcidzadə indiki icra başçısı ilə əvvəlkini müqayisə edir. Deyir, rayona təzə icra başçısı təyin olunanda düşünüblər ki, gəncdir, köhnədən canları qurtarıb, bu, savadlıdır. Ancaq indi Vasif Məcidzadə düşünür ki, yeni rəhbər görüntü üçün işləyir:

“Şəhid, qazi ailələrinə gedir, orda şəkil, burda şəkil… Şəhid ailələriylə fotosessiyalar filan, hər şey görüntü üçün… İşə gələndə, mənim kimi vətəndaşları qapısında süründürür”.

Neftçala Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, hər həftənin cümə günləri icra hakimiyyətinin başçısı Mirhəsən Seyidovun qəbul günləridir. Başçı hər bir vətəndaşı qəbul edir, dinləyir. Vasif Məcidzadə də qəbula yazıla, icra başçısıyla görüşə, problemini deyə bilər. Əgər vətəndaşın hər bir sənədi qaydasındadırsa, uyğun tədbir də görülər.

Neftçalanın bundan əvvəlki icra başçısı, DTX tərəfindən saxlanılmış İsmayıl Vəliyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma cinayətlərinə görə ötən il Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 10 il, qurumun daha bir neçə şöbə müdiri isə müxtəlif illərə azadlıqdan məhrum ediliblər. Bu ilin mayında Şirvan Apelyasiya Məhkəməsi keçmiş icra başçısının cəzası 9 il 6 ayadək azaldılıb.

Meydan TV
 
Ardını oxu...
FHN nin “N” saylı hərbi hissəsinin Mingəçevirdəki mühafizə taborunda özbaşınalıq, rüşvət, oğurluq və səbəbsiz yerə şəxsi heyyəti incidilməsi kimi hallarla bağlı Dünyanınsəsi.Az saytına şok məlumatlar daxil olub.
Mənbə qeyd edir ki, sözügedən hərbi hissənin mühafizə taborunu bir qrup zabitlər özlərinin şəxsi biznes mənbəyinə çeviriblər.
Belə ki, işə rüşvət müqabilində işə gəlməyənlərin yerinə digər şəxsi heyyətin əməkdaşları cəlb edilir. Halbuki hərbi qulluqçular sülh şəraitində bir gün işə gəlib iki gün də evlərinə buraxılmalıdır.Burada aylığa buraxılanların yerinə hər gün xidmətə çıxanlara əlavə maaşda verilmir. Məhz buna görə də hərbi hissədəki özbaşınalıqlar səbəbindən hərbçilər öz ailə problemlərini də həll edə bilmirlər. Bu haqda dəfələrlə yuxarı komandanlığa dəfələrələ şikayət edilsədə heç bir tədbir görülmədiyi bildirilir.Bu cür dözülməz vəziyyətlə barışmayan hərbi qulluqçular isə işdən qovulur.Əvəzin yeni qulluqçular işə qəbul edirlər.Məlumat verən mənbə onu da qeyd edir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinə sıravi şəxslərin qəbulu 15-17 min manata başa gəlir.
Həm də bəhs etdiyimiz taboru zabitlər öz şəxsi biznes mənbəyinə çevirməklə sıravi qulluqçulara isə fəhlə kimi davranıldığı qeyd edilir.Mənbə qeyd edir ki, butun bunlarin başında qərargah rəisi Baş leytenant Faiq Muradxanovun durduğu da bildirilir. Gəncədəki hərbi hissədən tabora yeni gələn və adını “Qazi” qoyan Baş leytenant Fərid Ağayev də hərbi hissədə açıq şəkildə qoçuluq etməkdədir.

Tabordakı texnikalar və yanacaqla da bağlı vəziyyət ürəkaçan deyil

Məlumatda qeyd edilir ki, texnikalar yarasız olsada təmir və ehtiyyat hissələri şəxsi vəsaitlə alınmaqla hər ay yanacaqla bagli yeyintiler olub.Bu yanacaq kartindan silinmələrlə bağlı dəfələrlə yuxarı komandanlığın xəbəri olsada hər dəfə də ört-basdır edilib.

Mingəçevir Su hövzəsində balıq oğurluğuna görə kimlər həbs edilib?

Saytımız məlumat verən mənbə qeyd edir ki, iki, üc ay əvvəl “Caspian Fish” və “Caspian Farm” şirkətlərində külli miqdar balıq oğurlanıb.Hər iki şirkətə məxsus olan vətəkələri FHN nin XRXX- nin N sayli hərbi hissəsi qoruyur.Şirkətlərə məxsus olan vətəkələrin ərazisində sözügedən hərbi hissənin iki postu olduğu da bildirilir.Baş vermiş balıq oğurluğunun başında tabor komandiri mayor Səbuhi Məsimzadənin və kapitan Baxşəli Məmmədovun daynadığı iddia edilsədə onlarda məsuliyyətə cəlb edilməyib.Halbuki sözügedən oğurluqda Baxşəli Məmmədovun qardaşının əli olduğundan onun da həbs edilidiyi qeyd edilir.
Ağ balıq oğurluğunda adları keçən zabitlər azadlıqda qalmağı bacarsa digər iki nəfər şirkətin mühavizəçiləri həbs edilib.
Ümumilkidə bu hərbi hissə komandirlərinin iş birliyi nəticəsində “Caspian Firsh” və “Caspian Farm” şirkətlərinə ümumilikdə 200-300min manata yaxin ziyan dəydiyi iddia edilir.Mühavizə taborunun komandiri su hövzəsində iki nəfər müli şəxsi cəlb etdirməklə mühavizə olunan ərazilərdə katerlərlə balıq ovu etdirdiyi də bu ittihamların sırasındadır.

Səsləndirilən ittihamla bağlı qarşı tərəfində mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az
 

Dünyapress TV

Xəbər lenti