Ardını oxu...
PİA.az-ın elektron poçtuna Siyəzən və Nizami rayonlarının sabiq icra başçısı Arif Qasımovun işlədiyi müddətdə yol verdiyi korrupsiya və qanunsuzluqlarla bağlı məlumat daxil olub. Məlmatda bildirilir ki, Arif Qasımovun icra başçısı işlədiyi rayonu dövlətin müəyyən etdiyi qaydalarla deyil, özünün şəxsi biznes maraqlarına uyğun şəkildə idarə edib ki, bunun da nəticəsində topdağıtmaz səltənətə sahiblənməyə müvəffəq olub.

Arif Qasımov olduqca “unikal” adamdır. Məsələn, sabiq icra başçısı olmasına baxmayaraq vəzifədə olduğu dövrdə mənimsədiyi vərdişləri bu gün də davam etdirir. Həbsxanada olmadığına görə Tanrıya şükr etmək əvəzinə, özünü nümyişkəranə şəkildə “toxunulmaz adam” kimi göstərən Qasımov Nizami rayonunu indi də özünün şəxsi ofisindən “idarə” etməyə çalışır. Qısası, Qasımovun “Qara Mühasibatliği” bu gün də Nizami rayonundan əl çəkmir. Elə əməllərə imza atılır ki, bütün bunlar barədə daha geniş və detallı şəkildə danışmaq zərurəti var. Hələlik başlayaq Arif Qasımovun icra başçısı olduğu dönəmlərə təsadüf edən qanunsuz əməllərindən.

Əldə etdiyimiz dəqiq məlumatlara görə, Arif Qasımov Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı dövrlərdə özünə topdağıtmaz səltənət qura bilib. Bu yazıda Qasımovun səltənətinə daxil olan bir neçə obyektdən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər hazırlamasından, eləcə də iş adamlarından aldığı külli miqdarda rüşvətin müqabilində sərəncam verəcəyi vədini yerinə yetirməməsindən bəhs edəcəyik.

Arif Qasımovun biznes imperiyasına daxil olan obyeklərin bir çoxu başqa-başqa adamların adına rəsmiləşdirilib. Əvvəllər obyektlərini, ələ keçirdiyi əraziləri qaynanası Cəfərova Fizzə Mirhəmid qızının adına qeydiyyata aldırsa da, sonradan iz itirmək məqsədilə həmin obyektlər başqa adamların adına keçirilib. Məsələn, bu sırada Qara Qarayev prospektində - “Rahat” marketin qarşısında yerləşən və “Konkakt Home” mağazalar şəbəkəsi tərəfindən icarəyə götürülmüş ikimərtəbəli tikilini göstərmək olar. Bu obyek Arif Qasımovla müştərək bir neçə tikinti layihəsində iştirak etmiş iş adamı Elsevərin əməkdaşlarından birinin adına sənədləşdirilib. Qasımov Elsevər adlı iş adamı ilə birgə çoxmərtəbəli bina da inşa etdirib. Bu bina Rüstəm Rüstəmov küçəsində yerləşir.

Sabiq icra başçısının Anar adlı iş adamı ilə də bir neçə müştərək işi olub. Burada bir məqamı qeyd edək ki, Qasımov həm də o icra başçılarından olub ki, təzyiq yolu ilə özünü müxtəlif obyektlərə şərik kimi qəbul elətdirib. Onun Anar adlı iş adamı ilə birgə sahiblik etdiyi restoran sonradan Qasımova Maştağa qəsəbəsində böyük bir “parnik” qazandırıb. Belə ki, Anar öz “parnikindən” Arif Qasımovun xeyrinə imtina etməklə şərikli restoran işlətmək əzabından qurtula bilib.

Qara Qarayev prospektindəki “Ağ Çiçəyim” mağazasının yanındakı paltar mağazası da sabiq icra başçısına məxsusdur. Nədənsə bu obyek hələ də Qasımovun qaynanasının adına qeydiyyatdadır. Görünür obyektlərin sayının çox olması səbəbindən Qasımov bu mağazanın addan-ada keçirilməsi əməliyyatını hələlik yekunlaşdıra bilməyib.

Sabiq icra başçısı Nizami rayonundakı biznesini özünün məşhur qalasından - “Ofis” kimi tanınan binadan idarə edir. Bu binanın tikintisinin isə ürək üzən tarixçəsi var. Belə ki, Məmmədəli Şərifli küçəsi ilə kəsişmədə yerləşən sözügedən binanı tikmək üçün əvvəlcə torpağın və oradakı evin sahibi olan şəhid anasını razı salmaq ehtiyacı yaranıb. Lakin şəhid anası təkliflərlə razılaşmayıb və bu da Qasımovu bərk qəzəbləndirib. Günlərin birində isə şəhid anasına məxsus olan evdə qeyri-müəyyən səbəblərdən yanğın baş verib. Bu müəmmalı hadisəni ərazidə yaşayan sakinlər hələ də xatırlayırlar. Yağından dərhal sonra Arif Qasımov həmin ərazidə özünə ofis inşa etdirib və bu gün də oranı özünün iş yeri kimi istifadə edir.

İndi gələk məşhur “Neolit” restoranına. Bu obyek əvvəllər Arif Qasımovun qaynanasının adına olub. Sonradan Elsevər adlı iş adamının adına sənədləşdirilib. Maraqlıdır ki, “Neolit”ə görə Arif Qasımov hələ də Yaşar adlı iş adamı ilə mübahisə yaşayır və bu mübahisə zaman-zaman qalmaqal səviyyəsinə də çatır.
Teref.az olaraq qeyd etmək istəyirik ki, saytımızın poçtuna Arif Qasımovla bağlı daha ilginc məlumatlar daxil olub. Gələn sayımızda o faktlarla oxucuları tanış edəcəyik...
Teref.az
 
 
 
Ardını oxu...
Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik:
Göyçay rayonu Qaraman kənd sakini bloger Mustafayev Rəvan Aydın oğlu tərəfindən

ŞİKAYƏT

Yevlax şəhərində yerləşən Mərkəzi Aran Regional Təhsil İdarəsində korrupsiya hallarının araşdırılması ilə məşğul oluram.İlk olaraq məktəb yeməkxanalarından haqq toplanılması barədə apardığım araşdırmanı təqdim edirəm.

Məkəzi Aran Regional Təhsil İdarəsinin Nüsrət adlı işçisi şəhər və kənd məktəblərinin yeməkxanalarını işlədən şəxsləri Göyçay şəhəri 3 saylı tam orta məktəbdə, həmçinin də idarənin strukturuna daxil olan digər rayonlarda başqa-başqa məktəblərdə toplayaraq bu ilin sentyabr ayının əvvəlində iclas keçirmişdir.İdarənin Nüsrət adlı işçisi Məkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən göndərildiyini, Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayevin tapşırığına əsasən 2022-2023-cü təhsil ilindən etibarən şəhər məktəblərində hər şagird üçün 0.30 qəpik, kənd məktəbləri üçün isə 0.25 qəpik aylıq ödəniş etməli olduqlarını və həmin ödənişlərin təqdim ediləcək kart hesabına vurulmalı olduqlarını bildirmişdir. İclas iştirakçıları tərəfindən mənə verilən video görüntülərdən açıq aşkar görünür ki, regional idarənin müdiri Təhsil nazir Emin Əmrullayevin adından istifadə edərək öz korrupsiya əməllərini həyata keçirmək istəyir.
Bununla yanaşı əlavə olaraq vergi ve digər məcburi dövlət ödənişlərini də işçilərin özləri ödəməli olduqları diqqətlərinə çatdırmışdır.Etiraz edən işçilər Yevlax şəhərində yerləşən Məkəzi Aran Regional Təhsil idarəsinə gedərək, idarənin müdiri Elçin Kərimovla görüşərək qərarla razı olmadıqlarını, vergi, Dövlət sosial müdafiə fonduna ödənişləri etdiklərini, hər məhsulun üzərinə 3-4 qəpik qoyub satdıqlarını, həmçinin valideynlər övlandlarına məktəbə gələndə qida məhsulları alıb çantaya qoyduqlarından məktəb yeməkxanalarına məktəblilərin kiçik bir hissəsinin gəldiyini bildirmişdirlər. Məkəzi Aran Regional Təhsil İdarəsinin direktoru Elçin Kərimov idarənin strukturuna daxil olan məktəblərin yeməkxanalarının işçilərini dinlədikdən sonra sentyabr ayının 15 günün, həmçinin bayram günlərinin çox olduğu aylarda güzəşt olunacağı bildirmişdir.Bununla da razılaşmayan işçilərə kim nə ödəyə bilər deyərək Elçin Kərimov İdarədə bazar açmış, 400 manat ödəməli olan məktəblər aylıq 300 manat ödəyəcəyini, 100 manat ödəməli olanlara isə 60 manat ödəməyə razı salmağa çalışmışdır.Bundan artıq güzəşt edə bilməyəcəyini Azərbaycan Respublikasının Təhsil Nazirli Emin Əmrullayevin birbaşa göstəriş verdiyini dəfələrlə qeyd etmişdir. Bununla yanaşı Məkəzi Aran Regional Təhsil idarənin müdiri Elçin Kərimov əlində olan səlahiyyətdən istifadə edərək, məktəb direktorlarının vasitəsi ilə yeməkxana işçilərinin tələb olunan məbləğin alınmasına çalışır.Məktəb direktorları regional idarənin müdiri Elçin Kərimovun tapşırığına əsasən tələb olunan məbləği ödəməyən yeməkxana işçilərini məktəb ərazisinə buraxmır.Bu vasitə ilə Elçin Kərimovun korrupsiya üzərində qurulmuş biznesinin çiçəklənməsinə şərait yaradır. Qeyd edək ki, Məkəzi Aran Regional Təhsil idarəsi bu ilin may ayında, Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılıb. Təxmini hesablamalarımıza görə Regional idarənin rəhbəri Elçin Kərimov tabeliyində olan məktəblərin 50000 manata yaxın vəsaiti vəzifə səlahiyyətlərindən sui istifadə və hədə qorxu gəlməklə əldə etməyi planlaşdırir.İdarənin rayon məktəblərinə göndərilmiş Nüsrət adlı işçisi, həmçinin də Yevlax şəhərində narazı işçiləri qəbul edən Elçin Kərimov Elm və təhsil Naziri Emin Əmrullayevin göstərişinə əsasən yığıldığını və həmin vəsaitlər hesabınabu vəsaitin məktəbin təmir və müəllimlər üçün mükafatlandırmaya xərclənməsinin nəzərdə tutulduğunu bildirmişdir.Lakin Məkəzi Aran Regional Təhsil idarənin müdiri Elçin Kərimovla görüş zamanı bu vəsaiti şəxsi istifadəsi və Təhsil Nazirliyinə rüşvət vermək üçün toplandığı açıq aşkar şəkildə görünür.
Gəlin bu korrupsiya faktını Məkəzi Aran Regional Təhsil İdarəsinin işçilərinin dilindən dinləyək.

Bloger Rəvan Mustafayev
Teref.az olaraq şikayətdə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 

Ardını oxu...
DİA.AZ: - Göyçay rayonu Qaraman kənd sakini bloger Mustafayev Rəvan Aydın oğlu tərəfindən DİA.AZ-a olduqca ilginc araşdırma materialı təqdim olunub.

"Yevlax şəhərində yerləşən Mərkəzi Aran Regional Təhsil İdarəsində korrupsiya hallarının araşdırılması ilə məşğul oluram.İlk olaraq məktəb yeməkxanalarından haqq toplanılması barədə apardığım araşdırmanı təqdim edirəm" deyən bloger bildirir:

"Məkəzi Aran Regional Təhsil İdarəsinin Nüsrət adlı işçisi şəhər və kənd məktəblərinin yeməkxanalarını işlədən şəxsləri Göyçay şəhəri 3 saylı tam orta məktəbdə, həmçinin də idarənin strukturuna daxil olan digər rayonlarda başqa-başqa məktəblərdə toplayaraq bu ilin sentyabr ayının əvvəlində iclas keçirmişdir.İdarənin Nüsrət adlı işçisi Məkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən göndərildiyini, Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayevin tapşırığına əsasən 2022-2023-cü təhsil ilindən etibarən şəhər məktəblərində hər şagird üçün 0.30 qəpik, kənd məktəbləri üçün isə 0.25 qəpik aylıq ödəniş etməli olduqlarını və həmin ödənişlərin təqdim ediləcək kart hesabına vurulmalı olduqlarını bildirmişdir. İclas iştirakçıları tərəfindən mənə verilən video görüntülərdən açıq aşkar görünür ki, regional idarənin müdiri Təhsil nazir Emin Əmrullayevin adından istifadə edərək öz korrupsiya əməllərini həyata keçirmək istəyir.
Bununla yanaşı əlavə olaraq vergi ve digər məcburi dövlət ödənişlərini də işçilərin özləri ödəməli olduqları diqqətlərinə çatdırmışdır.Etiraz edən işçilər Yevlax şəhərində yerləşən Məkəzi Aran Regional Təhsil idarəsinə gedərək, idarənin müdiri Elçin Kərimovla görüşərək qərarla razı olmadıqlarını, vergi, Dövlət sosial müdafiə fonduna ödənişləri etdiklərini, hər məhsulun üzərinə 3-4 qəpik qoyub satdıqlarını, həmçinin valideynlər övlandlarına məktəbə gələndə qida məhsulları alıb çantaya qoyduqlarından məktəb yeməkxanalarına məktəblilərin kiçik bir hissəsinin gəldiyini bildirmişdirlər. Məkəzi Aran Regional Təhsil İdarəsinin direktoru Elçin Kərimov idarənin strukturuna daxil olan məktəblərin yeməkxanalarının işçilərini dinlədikdən sonra sentyabr ayının 15 günün, həmçinin bayram günlərinin çox olduğu aylarda güzəşt olunacağı bildirmişdir.Bununla da razılaşmayan işçilərə kim nə ödəyə bilər deyərək Elçin Kərimov İdarədə bazar açmış, 400 manat ödəməli olan məktəblər aylıq 300 manat ödəyəcəyini, 100 manat ödəməli olanlara isə 60 manat ödəməyə razı salmağa çalışmışdır.Bundan artıq güzəşt edə bilməyəcəyini Azərbaycan Respublikasının Təhsil Nazirli Emin Əmrullayevin birbaşa göstəriş verdiyini dəfələrlə qeyd etmişdir. Bununla yanaşı Məkəzi Aran Regional Təhsil idarənin müdiri Elçin Kərimov əlində olan səlahiyyətdən istifadə edərək, məktəb direktorlarının vasitəsi ilə yeməkxana işçilərinin tələb olunan məbləğin alınmasına çalışır.Məktəb direktorları regional idarənin müdiri Elçin Kərimovun tapşırığına əsasən tələb olunan məbləği ödəməyən yeməkxana işçilərini məktəb ərazisinə buraxmır.Bu vasitə ilə Elçin Kərimovun korrupsiya üzərində qurulmuş biznesinin çiçəklənməsinə şərait yaradır. Qeyd edək ki, Məkəzi Aran Regional Təhsil idarəsi bu ilin may ayında, Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılıb. Təxmini hesablamalarımıza görə Regional idarənin rəhbəri Elçin Kərimov tabeliyində olan məktəblərin 50000 manata yaxın vəsaiti vəzifə səlahiyyətlərindən sui istifadə və hədə qorxu gəlməklə əldə etməyi planlaşdırir.İdarənin rayon məktəblərinə göndərilmiş Nüsrət adlı işçisi, həmçinin də Yevlax şəhərində narazı işçiləri qəbul edən Elçin Kərimov Elm və təhsil Naziri Emin Əmrullayevin göstərişinə əsasən yığıldığını və həmin vəsaitlər hesabınabu vəsaitin məktəbin təmir və müəllimlər üçün mükafatlandırmaya xərclənməsinin nəzərdə tutulduğunu bildirmişdir.Lakin Məkəzi Aran Regional Təhsil idarənin müdiri Elçin Kərimovla görüş zamanı bu vəsaiti şəxsi istifadəsi və Təhsil Nazirliyinə rüşvət vermək üçün toplandığı açıq aşkar şəkildə görünür".

Materialın davamı var...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Xatırladaq ki, “RealMedia.az” saytı xeyli vaxtdır ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin rəvac verdiyi korrupsiya və qanunsuzluqlarla bağlı tənqidi məqalələrlə çıxış edir. Mövcud neqativ hallarla bağlı tərəfimizdən davamlı müraciətlər edilərək Baş Prokurorluq qarşısında məsələ qaldırılıb və Beyləqan RİH başçısı və ayrı-ayrı vəzifəli şəxslər barəsində cinayət işləri başlanılıb. Bu barədə geniş ictimaiyyətə müfəssəl açıqlamalar vermişik.
Davam edən araşdırmalarımız nəticəsində aşkar etmişik ki, Beyləqan şəhərinin inzibati ərazisində küçələrin asfaltlaşdırılması prosesi birbaşa Beyləqan RİH başçısının Beyləqan şəhər İƏD üzrə nümayəndəsinin səlahiyyətindədir. Məhz RİH başçısının şəhər nümayəndəsi həm keçirilən tenderlərin sifarişçisi qismində çıxış edir, həm də hansısa şirkətin qalib elan olunmasında, “forma-2” sənədlərinin təsdiqlənməsi və təyinat üzrə ayrılan vəsaitin “yerbəyer” edilməsində söz sahibidir. İki ildir ki, Beyləqan şəhər İƏD nümayəndəliyinə rəhbər vəzifəsiyə təyin olunan Rəşad Mayılovun rəhbərliyi dövründə daha çox qanunsuzluqlara, korrupsiya faktlarına rəvac verilib. Elə hazırda Baş Prokurorluq tərəfindən barələrində açılan cinayət işlərinin istintaq edildiyi ayrı-ayrı vəzifəli şəxslərdən biri də Rəşad Mayılovdur. Şəhərin daxili küçələrinin salınmasında, tamet səkilərin qoyulmasında, ağacların əkilməsində rəvac verilən yeyintilərə, hesabat göstəricilərilkə faktiki yerinə yetirilən işlər arasındakı kəskin fərqlərə, eləcə də son vaxtlara qədər icra hakimiyyətlərinin tabeliyində olmuş uşaq bağçalarındakı təchizat maxinasiyalarına görə məhz o cavabdehlik daşıyır.
Söz yox ki, R.Mayılov qeyri-rəsmi, səmimi etiraflarında, dostları ilə birgə əyləşdiyi məhrəm məclislərdə, çox vaxt da spirtli içkinin təsiri altında bütün bu qanunsuzluqlara RİH başçısı A.Ağayev tərəfindən sövq edildiyini deyir və onu “zibilə saldığına” görə başçının ünvanına nalayiq ifadələr, söyüşlər işlətməkdən də çəkinmir. Sonra isə başçının qəbuluna gələndə “ləbbeyk” deyərək alçaq itaətə boyun əyib yarınmaq istəyir, elə bir qədər əvvəl dərdini bölüşdüyü dostlarından “donoslar” verir.
Əldə etdiyimiz son məlumatlara görə, R.Mayılov artıq şəhərdə qanunsuz tikinti məsələlərinə də girişib və A.Ağayevin sələflərinin hakimiyyətləri dövründə vətəndaşlar, sahibkarlar tərəfindən alınan torpaq sahələrini, üstündə tikilməkdə olan evləri mübahisələndirir, özünün güddüyü marağı təmin olunmadıqda hansısa torpaqayırma sənədinin çatışmadığını, yaxud, qanunsuz tərtib olunduğunu bəhanə edərək və başçının adından çıxış edərək, hüquq-mühafizə orqanlarına şikayət məktubları göndərir. Halbuki, R.Mayılovun bu əməllərinin bir çoxundan rayon rəhbərinin xəbəri yoxdur və Mayılovun tələblərini yerinə yetirən şəxslərin tikintiləri davam etdirmələri yolunda “yaşıl işıq” yanır. Hətta o da məlumdur ki, A.Ağayev əvvəllər məhz qanunsuz tikililərlə bağlı vəziyyətə görə R.Mayılova töhmət də verib. Bir sözlə, hansı dona, hansı ilan qabığına girirsə-girsin, R.Mayılov artıq A.Ağayevin də yanında nüfuzunu itirib və ehtimal böyükdür ki, su RİH başçısının boğazına çıxanda tez boğulmamaq üçün şəhər merini ayaqları altına alacaq.
P.S. Rəşad Mayılovun harda və hansı məkanda qurulan eyiş-işrət məclisində Asif Ağayevin hansı əxlaqsız hərəkətlərindən qeybət edərək, hara və kimə “donons” ötürüb?
Rəşad Mayılov Asif Ağayevə hansı ayamanı qoşub? Və yaxud o,“danqa baş” deyərkən kimi nəzərdə tutur?
Rəşad Mayılov rayonda aparılan qanunsuz tikililərdə yerli hüquq mühafizə orqanarının rəhbərlərini nədə ittiham edir?
Təyinatlı həyətyanı torpaq sahələrində kommersiya məqsədli tikilən qanunsuz obyektlərə (hansı ki, torpaqlar təyinatı üzrə məqsədli istifadə olunmalıdır) kimlər və niyə göz yumur?
Mövzuya daha geniş şəkildə qayıdacağıq.
RealMedia.az
Ardını oxu...
Azərbaycan xalqı, dünya azərbaycanlıları 8 noyabr – Zəfər Gününü qeyd etdilər. Müharibədən isə bizim cəmiyyətə yalnız qələbə və geri alınmış torpaqlar qalmadı. Doğrudur, həm Birinci, həm İkinci Qarabağa müharibəsi şəhidlərimizin də qanı yerdə qalmadı, düşmənin hay-küylə yaratdığı “yenilməz erməni ordusu” mifi dağıldı, dünya haqq savaşı aparan Azərbaycan əsgərinin gücünü gördü.

Amma müharibədən həm də “canlı şəhidlər” dediyimiz qazilərin səhhət problemi də miras qaldı. Çoxlu sayda əsgər və zabit sağlamlığını itirdi, əlil, şikəst oldu, əmək qabiliyyətini tam və ya qismən itirdi. Azərbaycan hökuməti həmin şəxslərin reabilitasiyası və sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Bu müstəvidə görülən işlər sırasında mühüm biri də əlillik dərəcələrinin təyini və nəticə etibarilə həmin dərəcələrə görə pensiyaların təyin olunması məsələsidir. Etiraf etmək lazımdır ki, bu məsələdə həmişə məmurların korrupsiya hüquqpozmalarına rast gəlinib və əvvəllər tibbi sosial ekspert komissiyaları sədrlərinin və üzvlərinin məsuliyyətə cəlb olunmalarının şahidi olmuşuq. İndi qazilər məhz qalib əsgərlər kimi cəmiyyətdə onlara bəslənən hörmət və ehtiramın hesabına məmurların qurduqları (qurmaq istədikləri) süni maneələri aşa bilirlər. Ən azından qazilərin yaxasındakı, Prezidentin sərəncamı ilə təltif olunduqları orden və medallar məmurların gözünü qamaşdırır. Amma digər əlil vətəndaşlar (müharibə iştirakçısı olmayanlar) öz halal haqlarını tələb edəndə qarşılaşdıqları bürokratik əngəlləri dəf edə bilmirlər.

Belə haqsızlıqla üzləşən gənc əlil Asif Cənnətovun məruz qaldığı hüquqpozma barədə “Tibbi-Sosial Ekspertiza Agentliyində dırnaq əvəzinə barmaq kəsən “Möminə Xatun” kimdir” başlıqlı məqalədə yazmışdıq. Xatırladaq ki, Asifin anası Rəqsanə Cənnətova redaksiyamıza müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində komissiya üzvü, özü barədə mömün qadın imici formalaşdıran, işə hicabda gələn nevropatoloq İradə xanımdan şikayətlənmişdi. Ötən məqalədən sitat: “Rəqsanə Cənnətova bildirir ki, övladı Cənnətov Asif Cənnət oğlunun 18 yaşı tamam olan kimi əlillik pensiyası kəsilib. Yenidən təyinat almaq üçün onlayn müraciət əsasında Asif Cənnətov Agentlikdə müayinəyə dəvət olunub. Lakin doktor İradə xanım anadangəlmə Parkinson xəstəliyindən, eləcə də nitq qüsurundan əziyyət çəkən Asif Cənnətovun əlilliyini qəsdən tanımaq istəmir. Sərbəst gəzib-dolaşa bilməyən Asif valideynlərinin müşayiəti ilə dəfələrlə İradə həkimin yanında olub. Hər dəfə də İradə xanım fərqli sözlər deyərək, onları get-gələ salıb. Hər dəfə bir başqa sənəd tələb edib, deyib ki, əvvəllər bu cür xəstələrə əlillik dərəcəsi düşürdü, indi qaydalar dəyişib, daha düşmür. Cənnətovlar həmin təsdiq sənədini (o sıradan axırıncısını Mirqasımov ad. 1 saylı Respublika Xəstəxanasından) gətirib təhvil verəndən sonra yeni bir “əmma” çıxarıb: Valideynlərə deyib ki, getsinlər evə, xəstə övladlarının qıcolması tutanda videoya çəkib gətirsinlər. Ən nəhayət, İradə həkim etiraf edib ki, “yuxarıdan” (bizim misalda Səhiyyə Naziri Teymur Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, DTSER Agentlyinin sədri Anar Bayramov) imperativ göstəriş var, heç kəsə humanist münasibət göstərilməsin, əks halda o, işini itirə bilər, evinə apardığı məvacibindən, çörək pulundan məhrum olar. Əlilliyin təyin olunması üçün mütləq gərək “yuxarı”dan göstəriş verilsin”.

Məqalədə haqlı olaraq sual da qoyulmuşdu: Bəs o İradə xanımın “quru maaş” dediyi çörək pulu gerçək əlili pensiyadan məhrum edirsə, haram deyilmi? Və bu haramxorluq İradənin başına örtdüyü hicabla, qıldığı namazla, etdiyi ibadətlə necə uzlaşır?

Bu dəfə redaksiyamıza Asifin atası Cənnət Cənnətov müraciət edib: “İradə xanım yəqin özü də “yuxarıdan” təltifnamə qazanmaq istəyir ki, nəinki sadə vətəndaşlara, hətta müharibə əlilləri ilə söz güləşdirəndə də imtiyaz sarıdan geri qalmasın. Təltif isə yəqin ki, o həkim-ekspertlərə verilir ki, heç kəsə əlillik dərəcəsi təyin etməsinlər, əlillik statusu dayandırılmış olanların statusunu bərpa etməsinlər. Hər halda İradə xanımın sözlərindən belə çıxır. Oğlum Asif sonradan mənə dedi ki, İradə xanım onu humanistliyə dəvət edən həkim ekspert həmkarına belə cavab verib: “Bu uşaq ağıllı-başlı gəncdir, kollec tələbəsidir, özü də yüksək keçid balı toplayıb dövlət hesabına oxuyub, buna necə əlillik verək?” Maraqlıdır, məgər mənim oğlum əlil sayılmaq üçün oxuya bilməməli, Allah eləməmişkən, gerizəkalı olmalı, evdə, məktəbdə aldığı tərbiyəni bilərkdən gizlədib müayinə zamanı hoqqa çıxarmalıydı? Yaxud, özünü yalandan qıc olmuş kimi göstərməliydi? Oğlumun gözünün zəifliyini, nitqinin qüsurunu, bir sıra başqa aydın görünən, üzdə olan nöqsanlarını nəzərə almayan, sanki görməyən nevropatoloq İradə xanım bizə təklif edir ki, oğlumun evdə qıcolması baş tutan anda video-görünrüsünü qeydə alaq və çəkdiyimiz ona göstərək. Başa düşmürəm, biz valideyn olaraq övladımızın qıcolma anında onu özünə gətirməklə qayğılanmalıyıq, yoxsa, ürəyimizə daş bağlayıb video çəkməklə məşğul olmalıyıq? İradə xanımın istədiyi tibb müəssisələrindən aryışları, analiz, müayinə nəticələrini gətirib ona təqdim edəndən sonra axırda sözü bu oldu ki, bizim özümüzün daha bir ixtisaslı ekspert-həkimimiz var, amma xaricdədir, o gəlib çıxmayınca, rəy verməyincə iş alınmayacaq. Yenə də qəribədir, bu boyda ölkədə xaricə ezam olunmuş, yaxud, səyahətə çıxmış bir həkimi əvəzləyəcək başqa həmkarı yoxdurmu? Özünü “Allah adamı” kimi təqdim edib haqqı tanımayan (Allahın mübarək adlarından biri də Haqqdır), öz iradəsizliyini, qərar vermək məsələsində acizliyini Nazirliyin, guya dəyişən qaydaların, çatışmayan hansısa rəyin, xaricdə olan həkim ekspertin üstünə yıxmağa çalışan İradə xanım elə mövqe sərgiləyir ki, sanki təmsil etdiyi Nazirliyin vəzifəsi əhalinin, o cümlədən, əlillərin sosial müdafiəsi deyil, dövlət büdcəsinin əhalidən, eləcə də əlillərdən müdafiəsidir. Ən adi bir həqiqət unudulmamalıdır: Bu gün başqa əlamətlər bir yana, qıcolmasının müayinə günlərinə təsadüf etmədiyinə görə əlillik statusundan məhrum olan şəxs sabah tutaq ki, işlədiyi yerdə qəfil tutan qıcolma səbəbindən özü istehsalat xəsarəti ala, yaxud, hərəkəti və ya hərəkətsizliyi ucbatından kimlərinsə xəsarət almasına, istehsal vasitələrinin, əmlakın ziyan görməsinə səbəbkar ola bilər. Necə deyərlər, iş bir dəfə olur. Müayinənin aparıldığı 1-ci mərtəbədə hətta müayinəyə gətirilmiş başqa xəstələr və onları müşayiət edən yaxın adamları oğluma imtina cavabı verilməsini öyrənəndən sonra öz ümidlərinin də qırıldığını etiraf etdilər: “Əgər belə xəstəyə əlillik vermirlərsə, daha bizim burda vaxt itirməyimizin yeri yoxdur, dağılışıb gedək evimizə””.

Cənnət Cənnətov hətta İradə xanımın ünvanına dediyi tənqidi sözlərə görə, onun tərəfindən məhkəməyə də verilməsinə hazır olduğunu bildirmişdir: “Qoy həmin məhkəmə də ən yüksək reytinqli hakimlərin, lap elə tələb etdiyimiz təkrar müayinə də açıq formada sahənin ən ixtisaslı həkim ekspertlərinin iştirakı ilə, kütləvi informasiya vasitələrinin çəkilişlərinin müşayiəti ilə keçirilsin, efirdə, sosial şəbəkələrdə canlı olaraq yayımlansın. O halda hətta bizim üçün mənfi olacaq nəticə ilə barışmağa, İradə xanımın tələb edəcəyi üzrxahlığı etməyə hazırıq”.

Deryaz.az
 
 


 
Ardını oxu...
"Tezadlar.az"-a təmir-tikinti işləri ilə məşğul olan Bakı şəhər sakini Mübariz Quluzadənin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə ünvanlı şikayəti daxil olub.

M.Quluzadə yazır ki, Bakıda və bölgələrdə briqada şəklində təmir və tikinti işləri ilə məğul olurlar. Redaksiyamızda olan şikayətçinin sözlərinə görə, bu ilin avqust ayında özünü "Biləsuvar-Quşçuluq" ASC-nin rəhbəri kimi təqdim edən, Bakı şəhərində yaşayan Seyran adlı şəxs onunla görüşərək, Biləsuvar rayonunun Səmədabad kəndində yerləşən quşçuluq fermasının təmirə ehtiyacı olduğunu bildirib: "Seyran müəllim görəcəyimiz işlər barədə ətraflı məlumat verdi və hər həftənin sonunda görülən işin müqabilində müəyyən edilmiş əmək haqqını nağd şəkildə ödəyəcəyini dedi. Biz Biləsuvar rayonunun Səmədabad kəndində gedib görəcəyimiz işlə ətdaflı tanış olduqdan sonra Seyran müəllimlə həmin işləri görmək üçün müvafiq qiymətə şifahi razılaşdıq. 2022-ci ilin avqust ayının 8-dən fermada təmir işlərinə başladıq. Belə ki, bir neçə briqada birlikdə eyni vaxtda fermanın döşəməsində, divarlarında və tavanında təmir işləri görürdük. Mənim rəhbərlik etdiyim briqadanın əsas işi fermanın döşəməsində dolğu işləri aparmaqla torpağı kipləşdirmək və beton işləri görmək idi. 10 gün ərzində dolğu işləri görüldü. Dolğu işlərindən sonra 4 gün gecə-gündüz çalışaraq beton işlərini də yerinə yetirdik. Hər gün icarəyə götürdüyümüz texnikaların sayəsində 1000 kvadratmetr beton işləri aparırdıq. Ümumilikdə, 4000 kvadratmetrlik beton işləri gördük. Bütün material və texnika isə öz hesabımıza təmin edilmişdir".

M.Quluzadə daha sonra bildirir ki, beton işləri başa çatdıqdan sonra Seyran adlı şəxs görülən işi bəyənmədiyini deyərək, əmək haqqını (49 min manat) verməkdən imtina edib: "Bəhanəsi də bu oldu ki, guya o, beton döşəmənin üzünün parlaq olmasını istəyib, biz "matıvıy" etmişik. Ona görə də əmək haqqımız olan 49 min manatı vermədi. Mən yenidən öz cibimdən 6 min manat xərc çəkərək aparat gətirib betonun üzünü Seyran müəllimin istədiyi kimi parlaq etdim. Sonra dedi ki, beton döşəmənin içində kanallar çəkilməlidir. Biz onu da həll etdik. Halbuki bu işləri əvvəldən sifariş veriləndə deməli idi. Başa düşürdük ki, bunların hamısı bəhanələrdir. Demək olar ki, o, pulumuzu verməmək üçün işimizdə nə bəhanə gətirirdisə, onu kəsirsiz yerinə yetirdik. Təki bəhanəsi kəsilsin. Beləcə, bizə əziyyətlər verir, bezdirirdi. Bundan sonra Seyran müəllimə dedim ki, gəlin, işi təhvil alın, pulumuzu verin gedək. Bu dəfə isə dedi ki, betonun markası aşağıdır, ona görə bizə pul verməyəcək. Mən məcbur olub S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutundan aparat gətirib yoxlatdıq. Mütəxəssislər bildirdilər ki, betonun markası "M-250"dir. Seyran müəllim yenə də müxtəlif bəhanələrlə bizim əmək haqqımızı vermək istəmir.

Hörmətli Kamran müəllim!

Ona görə də biz aldadılmış insanlar mətbuat vasitəsi ilə Sizə- Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə müraciət edərək, bildiririk ki, özünü "Biləsuvar-Quşçuluq" ASC-nin rəhbəri kimi təqdim edən, Bakı şəhərində yaşayan Seyran adlı şəxs (əlaqə nömrəsini təqdim edirik) bizi əmək müqaviləsiz qul kimi işlədərək halal əmək haqqımızı vermir.

Hörmətli Baş prokuror, xahiş edirik, bizim əmək haqımızı mənimsəyən, özünü "Biləsuvar-Quşçuluq" ASC-nin rəhbəri kimi təqdim edən Seyran adlı şəxsin barəsində qanunu tədbirlər görəsiniz”.

REDAKSİYADAN: Şikayəti araşdırarkən əldə etdiyimiz "BİLƏSUVAR QUŞÇULUQ" ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri Nihad Ağayevin imzası ilə olan bir Etibatnamədə göstərilən (050)-207-44-05 telefon nömrəsinə zəng etdik. Ancaq zəngimizə cavab verən şəxs Nihad Ağayev deyil, adı şikayətdə hallanan Seymur adlı şəxs olduğunu dedi. Belə olan halda, barəsində yazılan sözügedən şikayət barədə onu məlumatlandırdıq. O, isə sahibkara yaraşmayan bir tərzdə dedi ki, danışmağa vaxtı yoxdur və guya şikayətçi Mübariz Quluzadəni tanımır və s. Halbuki şikayətçi M.Quluzadə onunla dəfələrlə danışdığını, bir yerdə görüşdüklərini, iş yerində dəfələrlə ünsiyyətdə olduğunu və s. bildirir.

Eyni zamanda, məsələ ilə bağlı heç bir açıqlama vermək istəmədiyini söylədi: "Mən elə bir adamı işlətməmişəm, tanımıram da. Yaxşı, respublikada 50 min adam məndən şikayət edəcək, siz də mənə zəng edəcəksiniz? Çox danışmağa vaxtım yoxdu. Kim hara şikayət edib, özü bilər. Getsin şikayət eləsin".

Beləliklə, "BİLƏSUVAR QUŞÇULUQ" ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri kimi adı sənədlərdə qeyd olunan Nihad Ağayevin diqqətinə çatdırırıq ki, onun adı çəkilən fermasında işlədilənlər əmək müqaviləsiz çalışıblar.

30-a yaxın şikayətçi fəhlənin imzası ilə həm də Əmək və Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Vəli Quliyevə də müraciət edilib. İnanmaq istərdik ki, "BİLƏSUVAR QUŞÇULUQ" ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri Nihad Ağayev və faktiki olaraq bu şirkəti idarə edən Seyran adlı şəxs başa düşəcək ki, indi alıb-aldatma, eləcə də işlədib get-gələ salma zamanı deyil. Azərbaycanda qanunlar lazımi səviyyədə işləyir, ona görə fəhləni də işlədib aldatmaq istəyənlər bu fəlsəfəni qiymətləndirməlidirlər.

İnanırıq ki, Baş Prokurorluğun, eləcə də Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi məsələyə həssas yanaşacaq, aldadılmış fəhlələrin Bakıya Prezident Administrasiyasına şikayətə gəlməsinə imkan verilməyəcək. Həmçinin insanların əmək müqaviləsiz işlədilməsinə və "BİLƏSUVAR QUŞÇULUQ" Açıq Səhmdar Cəmiyyətinin digər gizlinlərinə aydınlıq gətiriləcək...

"Təzadlar"ın Araşdırma Qrupu

Ardını oxu...
Fəxrəddin Hümbətov İbrahimhacılı kənd orta məktəbində 47 il ibtidai sinif müəllimi işləyib, indi pensiyaçıdır. Amma kənddəki suvarma probleminə görə tarlasını əkin-becərəmməyən və buna görə də dolanışığı pisləşən övladları da, onun təbirincə desək, qəpik-quruş olan pensiyasının ümidinə qalıb.

Müsahibim deyir əgər kəndə su verilsəydi, tarlalarını əkib-becərib özlərini dolandırardılar.

Tovuz rayon icra hakimiyyətinin İbrahimhacılı kəndi üzrə nümayəndəsi Fəzail Məmmədhəsənov kəndlilərin artezian quyularının qəsdən qazılmaması ilə bağlı iddialarını əsassız adlandırıb.
 //BBC//


Ardını oxu...
DİA.AZ: - "Şikayətim "International Medical center 1"dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Afət Rəsullu adlı istifadəçi giley edir.

Ardını oxu...

DİA.AZ bildirir ki, narazı vətəndaş sözügedən tibb ocağına olan iradlarını aşağıdakı kimi qruplaşdırıb:

1) 3 gün qalacaq dedikləri əməliyyatlı xəstəni əvvəldən xəbərdarlıq etmədən 2 gündən çıxardıblar. Xəstə onu götürəsilərin uzaq yol gəldiyini, axşama çatacaqlarını desə də kobud şəkildə razılaşmayıblar. Üstəlik qolunda sistem, 39 dərəcə qızdırmalı. Yavaş yeridilməli sistemi son sürətlə açıblar, həyatı üçün təhlükə yaradıblar.
2) Ağır əməliyyata girəsi xəstənin qolunu *təbrübəçi* deşik-deşik edib. Xəstə etiraz etsə də saymayıblar.
3) Əməliyyatın ikinci günü saat 2-ə kimi vurulası iynələri vurmayıblar, xəstənin 39 qızdırması var, termometr verməyiblər.
4) Natəmizlik baş alıb gedib. Qaldıqları otağa tökülən qanı 2 gün silən olmayıb, tapdalayıb keçib gediblər.
5) Xəzinənin qabağında işçilər nə qədər vaxt gözlədiblər. 2-i bir tərəfdə, 3-ü bir tərəfdə söhbət edirmiş. Elə bilmişik, növbə var. Tibb bacıları çox kobud davranıblar.

DİA.AZ qeyd edir ki, sonrqa narazı vətəndaş digər xəstə yaxınlarını da bu tibb ocağı ilə bağlı uyarır: "Əgər buralara yolunuz düşsə, bir daha fikirləşin..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti