Ardını oxu...
O boyda Naxçıvanın bir polis general-mayoru var – Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri Səlim Niftəliyev. Vəzifəcə Naxçıvan MR Daxili İşlər naziri, polis polkovniki Rəşad İsmayılovun müavini sayılır. Məntiqlə üz-üzə gələndə Səlim Niftəliyev dərhal Rəşad İsmayılovun qarşısında fərağat dayanıb ona polis salamı verir. Təsəvvür edirsinizmi, general müavin polkovnik nazirin qarşısında fərağat dayanır.

Təqdim etdiyim bu şəkil, sözügedən anormal durumun təsadüfi olmadığını təsdiqləyir. Səlim Niftəliyev hətta qoluna vurduğu şevronu da kəllə-mayallaq yapşdırıb. Bayrağımızın göy rəngi aşağıda, yaşıl rəngi isə yuxarıda. General-mayor Səlim Niftəliyev deyəsən ya bayrağımızdakı rənglərin düzülüşünü bilmir, ya da elə özü tərs-mərs adamdır. Tərs-mərs adama kəllə-mayallaq da vəzifə nəsib olar.
Heydər Oğuz
Teref.az
Ardını oxu...
 
 
 
Ardını oxu...
Reanimasiya şöbəsində qalmaq üçün 550 manat pul ödəməlisən...

Direktorun aylıq maaşı 12 min manatdır, bura bonus, rüşvət və korrupsiya daxil deyildir...

Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ( “OMD” ) ilə bağlı öncə onu qeyd edək ki, bu tibb müəssisəsi Azərbaycanda UŞAQLAR üçün ilk xəstəxanadır. Yəni bu xəstəxana məhz uşaqlar üçün nəzərdə tutulub. 1926-ci ildə əhalidən yığılan iyanə hesabına tikilməyə başlayan, 1986-cı ildə Səhiyyə Nazirliyinin göstərişilə Elmi-Tədqiqat Pediatriya İnstitutu adı verilən, 1992-ci ildən etibarən isə Kübra Fərəcovanın adını daşıyan «OMD» xəstəxanası son illər sanki uşaqların qəniminə çevrilib.
Bircə faktı qeyd etsək, vəziyyət aydın olar. Belə ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Sabirabaddan olan ölmüş qız körpəsinin valideynlərinə, səhvən ölmüş oğlan körpəsinin meyitini veriblər. «OMD» xəstəxanasında qız körpəsinin öldüyünü bildirdikdən sonra uşağın meyitini valideynlərinə təhvil veriblər.
Lakin uşağın dəfn mərasimində körpənin qız yox, oğlan olduğu məlum olub. Valideynlər polisə müraciət ediblər və .... K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bildiriblər ki, texniki səhv üzündən qız körpəsinin meyiti Salyandan olan oğlan körpəsinin meyiti ilə səhv düşüb. Başqa bir uşağın nənəsi deyir ki, həkim uşağımızı öldürüb bizə verdi: “Bizdən icazəsiz uşağı kəsib-doğrayıblar. Ən bahalı dərmanları bizə aldırırdılar. Deyirdilər, özümüz bahalıları yazırıq ki, uşağa yaxşı təsir etsin. Sonra da uşağı bu hala salıb bizə verdilər”.
Başqa bir valideyin yazır ki, uşaq anadan olanda həkimlər uşağın sağlamlığında heç bir problemi olmadığını dedilər, OMD-də də rentgen zamanı da problem olmadığını söylədilər və həkim Gündüz Ağayev hər şeyin yaxşı olacağını deyirdi, amma 3 gündən sonra uşaq öldü və bəlli oldu ki, körpənin anadangəlmə anus dəliyi olmayıb.
Dünyada bundan böyük rüsvayçılıq ola bilməz. Bəs onlarla həkim, cərrah görməyib ki, körpənin anus dəliyi yoxdur..? Bunlar ancaq bahalı dərmanlar, pul haqqında düşünürlər.
Bəli, OMD xəstəxanası əslində göz önündədir. OMD xəstəxanasında olan xəstələr yazır ki, uşaqlar üçün nəzərdə tutulan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun reanimasiya şöbəsində natəmizlik baş alıb gedir.
Bu azmış kimi reanimasiya şöbəsində qalmaq üçün 550 manat pul ödəməlisən. OMD-nin direktoru Allahverdi Musayev müqavilə əsasında xəstəxanaya xeyli sayda həkimləri yarımştat üzrə işə qəbul edib, Ramilə, Anar və s kimi həkimlər OMD-də qeyri-rəsmi MƏSLƏHƏTÇİ kimi işə qəbul olunublar, hansı ki, həmin şöbələrdə kifayət qədər təcrübəsi, savadı olan elmlər namizədi alimlər, professorlar çalışır. Direktor Allahverdi Musayev kənardan OMD-yə guya uzman həkimlər işə qəbul edərək onlara 5000 manat maaş verir, hansı ki, OMD-də də çalışan peşəkar həkimlər, professorlar 500-1000 manat arasında maaş alırlar.
Digər ciddi problem odur ki, OMD-də də ölüm hallarının sayı son vaxtlar xeyli artıb. Amma bu real rəqəmləri gizlədirlər. Və ölümü real olan uşaqları ölümqabağı valideynlərə verib xəstəxanadan çıxarırlar ki, ölümün statistikası aşağı olsun. Bir ayda 40-50 nəfər ölüm halı olur ki, bunlar da gizlədilir. Hətta xəstələrin müayinə göstəriciləri, xəstəlik tarixçələri də it-bata düşür, ya da gizlədilir. OMD-də də hətta 40-50 yaşlı kişilərə də sistem köçürülür. Bir soruşan yoxdur ki, bura uşaq xəstəxanasıdır, yoxsa..?
Direktor həkimlərdən tələb edir ki, lazım gələrsə küçədən xəstə-pasiyent tutub gətirin əməliyyat üçün...
Onu da qeyd edək ki, OMD-nin Oftalmologiya institutu ilə uzun illərin müqaviləsi var. Ki, göz xəstəliklərinin müalicəsi üçün. Amma hazırda OMD həmin müqavilədən imtina edib və o işləri direktor Allahverdi Musayevin qardaşı Samir həkim həyata keçirir. Hansı ki, Samir həkim oftalmoloq olsa da, xüsusi göz əməliyyatlarını bacarmır. Bütün bunlar azmış kimi, direktorun göstərişi ilə vaxtından qabaq doğulmuş körpələr üçün 100-300 manat arasında pul tələb edilir. Ki, onların görmə qabiliyyəti yaxşılaşdırılsın. Direktorun başqa bir qardaşı Seymur həkim isə kardioloq olsa da normal əməliyyat edə bilmir.
Sözün qısası, 3 qardaş bir araya gələrək OMD-ni məhv edirlər, reanimasiya şöbəsini sanki "bazara” döndəriblər.
Yazıya son olaraq onu qeyd edək ki, bu yaxınlarda 20 yaşlı gənc oğlan OMD-də burnundan əməliyyat zamanı dünyasını dəyişib. Soruşan yoxdur ki, uşaq xəstəxanasında 20 yaşlı gənci necə əməliyyata qəbul ediblər..?
Onu da qeyd edək ki, OMD-də bütün müayinə və müalicələr pulla, ödənişlidir. Direktor Allahverdi Musayev üçün icbari sığorta-zad boş şeydir. OMD-yə dövlət kifayət qədər vəsait ayırsa da orada xəstələrdən analiz götürülmür, direktorun göstərişi ilə xəstələr analiz üçün İNCİ-yə göndərilir. Vəziyyət o dərəcədə kritik həddə çatıb ki, hər ay, hər şöbədən pul yığılır. Görəsən, bu pul hara yönləndirilir?
Təsəvvür edirsiniz, direktorun aylıq maaşı 12 min manatdır. Bura bonuslar, alınan rüşvət və s daxil deyil. Bir sözlə, OMD-nin direktoru Allahverdi Musayev dövlətin ayırdığı vəsaiti dağıdır, dələduzluq edir, rüşvət və korrupsiya ilə məşğul olyur. Direktor əməkdaşları məcbur edir ki, tibbi, texniki avadanlıqların sıradan çıxmasına və nəticədə dövlətin pullarının silinməsinə çalışsınlar. Bütün bunların sonunda bir sual açıq qalır: Görəsən, Səhiyyə Nazirliyi, TƏBİB bu rəzaləti görmür..?
P.S. Biz yazırıq, araşdırmaq isə Hüquq Mühafizə Orqanlarının işidir. Özlərini təmizə çıxarmaq üçün məhkəməyə müraciət etmək isə, boğaza qədər korrupsiyanın və rüşvətin içərisində olan dövlətimizi kərpic-kərpic sökən bəzi məmurların hobbisidir. gundelik baki.com/
 
Ardını oxu...
Məlumdur ki, əsası 1999-cu ildə Çin Xalq Respublikasında qoyulan “FOHOW” Beynəlxalq Korporasiyasının nümayəndəliyi 8(səkkiz) ildir ki, Azərbaycanda fəaliyyət göstərir və bu Korporasiya əsas etibarilə insan orqanizminin immun sistemini gücləndirdiyi iddia olunan qida əlavələrinin satışı ilə məşğul olur. Son vaxtlar müəyyən çevrələrdə “FOHOW” Beynəlxalq Korporasiyasının iflasa uğrayıb bağlanacağı barədə müəyyən söz-söhbətlər dolaşır. Bu həm Korporasiyanın Azərbaycandakı şəbəkəsində çalışan vətəndaşları, həm də bütövlükdə istehlakçıları narahat etməkdədir. Bundan əlavə, bəzi media qurumlarında bu şirkətin fəaliyyətində Azərbaycan qanunvericiliyinə zidd addımların atılması barədə də müəyyən məlumatlar tirajlanmaqdadır. Məsələn, yayılan məlumatlarda qeyd olunur ki, “FOHOW” Beynəlxalq Korporasiyasının rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən 14 nümayəndəlikdə çalışan şəxsləri işə götürərkən tərəflər arasında heç bir əmək müqaviləsi sənədi bağlanmır, nümayəndəliklərə satış məqsədilə məhsullar verilir, amma bunun qarşılığında həyata keçirilən nəğd ödənişlərlə bağlı çek verilmir. Hətta, bu şirkətin nəzdindəki ofislər fəaliyyət göstərdikləri ünvanların sahibləri ilə də icarə müqaviləsi bağlamırlar. Məsələn, Korporasiyanın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev-57/59 ünvanında yerləşir və həmin ünvanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı olan Tamerlan müəllimə məxsus olduğu bildirilir. Söylənilənlərə görə, bu iki tərəf arasında heç bir icarə müqaviləsi sənədi imzalanmayıb. Faktdır ki, tərəflər arasında icarə müqaviləsi sənədinin imzalanmaması həm qanundankənar addımdır, həm də bu zaman vergi cinayətlərinə qol qoyulur, əmək intizamının tələbləri pozulur və digər qanunsuzluqlara yol verilir. Media üzərindən apardığımız araşdırmalardan sonra, bu yöndə daxil olan məlumatları əsas tutub 04 oktyabr 2022-ci il tarixdə “FOHOW” Beynəlxalq Korporasiyasının baş ofisində olduq. Məqsədimiz nümayəndəliyin direktoru Nurlan müəllimlə görüşmək və adı çəkilən bu şəxsdən yayılan məlumatlarla bağlı bəzi mətləblərə aydınlıq gətirməsini xahiş etmək idi. Təəssüflər olsun ki, bu şəxsi iş yerində tapa bilmədiyimizdən, biz bu yöndə məqsədimizə nail ola bilmədik. Amma, Korporasiyanın digər əməkdaşı Yaşar müəllimlə görüşümüz baş tutsa da, o, ona ünvanlayacağımız suallara cavab vermək səlahiyyətinə malik olmadığını dilə gətirdi. Yəni, bu şəxs “Mən şirkətdə yalnız ingilis-dili dərsi tədris edirəm” deyib, məhz mətləbdən yayınmağı bacardı. Amma, bir neçə gün bundan öncə Yaşar müəllimin də çalışdığı ofisdən (foto-şəkillər də daxil olmaqla) yayımlanan paylaşımdan, verilən açıqlamadan görünür ki, bu şəxs çalışdığı ofisdə sadəcə olaraq ingilis-dili müəllimi deyil, əsas söz sahibi olan şəxslərdən biridir. Demək, Yaşar müəllimin düşüncəsi və şəxsi yanaşması çalışdığı şirkətdə qol qoyulan qanunsuzluqlara uyğun formalaşıb ki, o, yaşının belə bir çağında yalan danışmağı özünə rəva bilir.

Ardını oxu...
Bütün bunlardan əlavə, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti ilə bağlı, bu gün də bəzi çevrələrdə başqa-başqa məlumatlar yayılmaqda davam edir. Yəni, yayılan məlumatlarda bildirilir ki, xeyli müddət bundan öncə bu şirkətdə çalışan iki nəfər xanım İran İslam Respublikasının (İİR-nin) Qum şəhərinə dini təhsil almağa göndərilir. Hətta, göndərilən xanımlardan birinin həyat yoldaşı da, məhz bu şəhərdə dini təhsil almağa cəlb olunur. Yayılan başqa bir məlumatda isə qeyd olunur ki, bu Korporasiyada çalışan rəhbər şəxslərdən bir neçəsi müəyyən məqsədlərini həyata keçirmək istəyi ilə, İİR-da vəzifə sahibi olan bəzi şəxslərlə razılaşma əldə etsələr də, az sonra onların belə bir planı baş tutmur. O halda İİR tərəfindən bu şirkətə qarşı külli miqdarda kompensasiya ödənilməsi tələbi irəli sürülür. Belə bir addımların atılması “FOHOW” Beynəlxalq Korporasiyası ilə İİR arasında hansısa formada əməkdaşlığın olmasını ehtimal etməyə əsas verir. Qeyd edək ki, bu gün Korporasiyanın Azərbaycandakı şəbəkəsini Quan adlı şəxs idarə edir. Söylənilənlərə görə, bu şəxsin Lyu adlı həyat yoldaşına verilmiş oturumun müddəti ötən il başa çatıb. Buna baxmayaraq, adı çəkilən bu xanımın hələ də Bakı şəhərində olduğu və onun təsadüfi hallarda yaşadığı mənzildən bayıra çıxdığı bildirilir.
Dolaşan başqa bir söz-söhbətlərə görə, bu günlərdə şirkətin əsas rəhbəri Yu Pey Bakı şəhərində olduğundan, Korporasiyasının ölkəmizdəki nümayəndəliklərində çalışan rəhbər şəxslər arasında intensiv görüşlər təşkil olunur. Keçirilən belə bir görüşlərin nəticəsi olaraq 09 noyabr 2022-ci il tarixdə, saat təqribən 13-14 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki hotellərdən (hotel təbliğ olunmasın deyə adını çəkmirik) birinin iclas zalında, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsində çalışanların tədbiri keçirilir. Bu haqda redaksiyamıza məlumat daxil olduqdan sonra, bir neçə media qurumunun əməkdaşı ilə həmin hoteldə olduq. Məqsədimiz bu şəbəkənin ölkəmizə gətirilməsində xüsusi rolunun olduğu söylənilən Yaşar müəllimə əmək müqavilələri və vergi ödənişləri, həmçinin bu Korporasiyanın İİR-da qurmaq istədiyi işlərlə bağlı bir neçə sual verib cavab əldə etmək istəsək də, məhz bu dəfə də istəyimiz elə istək olaraq qaldı. Çünki, Yaşar müəllim “Mən tədbirdəyəm, hələ ki, vaxtım yoxdur” deyib, yenə də mətləbdən yayınmağı bacardı. Onu da bildirək ki, əvvəlcə “Mən bu şirkətdə ingilis-dili tədris edirəm, başqa heç bir səlahiyyətim yoxdur” deyən bu şəxs, məhz sonrakı cavabı ilə özünün səlahiyət sahibi olduğunu sübuta yetirdi. Demək, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsinin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı yayılan məlumatlar getdikcə özünü doğrultmaqdadır.
Diqqəti bir məqama da yönəldək ki, bu Korporasiyada çalışan xanımların tam əksəriyyəti başıörtüklü qadınlardır və müəyyən çevrələrdə “FOHOW” Beynəlxalq Korporasiyasının Azərbaycandakı şəbəkəsinin fəaliyyəti ilə bağlı məlumatlar daha geniş çevrələrdə yayıldıqca, hər kəsin bu şirkətə qarşı olan şübhələri getdikcə artır. Düşünürük ki, yazıda qeyd olunanlar aidiyyatı dövlət orqanlarının diqqətini cəlb edəcək və bu şirkətin fəaliyyəti birbaşa nəzarətə götürüləcək. Yəqin ki, o halda şirkətdaxili ab-hava, həyata keçirilən idarəçilik, göstərilən münasibət və s. kimi bir çox məsələlər öz həllini tapacaq.
Ardını oxu...
Yaxın vaxtlarda bu şirkətlə bağlı bir çox sensasion məlumatları, ələlxüsus vergidən yayınma hallarının necə həyata keçirilməsi yöndə atılan addımları hər kəsin diqqətinə çatdırmağa çalışacağıq.

P.S. Yuxarıda qeyd etdiyimiz və növbəti məqalələrimizdə yayımlayacağımız faktlarla bağlı şirkətin rəhbərliyinə, Korporasiyanın Azərbaycandakı səlahiyyətli şəxslərdən olan, eyni zamanda bu şirkət tərəfindən «yeddi karat» titulu ilə ödüllənən Yaşar İsmayılovun ,,Nizami» metrostansiyasının yaxınlığındakı ofisində olub, qeyd olunan sualları bu şəxsə ünvanlasaq da, təssüflər olsun ki, Yaşar müəllim ünvanladığımız suallardan yayındı və suallarımıza cavab vermək iqtidarında olmadığını bildirdi. Bütün bunlara baxmayaraq, etibarlı mənbədən məlumat əldə etdik ki, “FOHOW” ailəsi 09.10.2022- ci il tarixdə, saat təqribən 14:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Arion» hotelində gizli toplantı keçirəcək. Həmin vaxt bir neçə həmkarlarımızla qeyd olunan ünvanda olub şirkətin rəhbərliyinə bir neçə sualla müraciət etmək istədik.

Ardını oxu...
Təssüflər olsun ki, bu dəfə də şirkətin ,,ailə başçısı» heç bir jurnalisti qəbul edib açıqlama vermək istəmədi. Amma, Yaşar İsmayılov və özünü şirkətin əməkdaşı deyə təqdim edən bir nəfər şəxs bizimlə hotelin foyesində görüşüb iclasın yarım saata qurtaracağını və suallarımıza aydınlıq gətirəcəklərinə söz versələr də, az sonra eşitdik ki, «FOHOW» ailəsi gizli iclaslarını başa vuraraq arxa qapıdan qaçıblar.
Bunlara baxmayaraq, yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir. Odur ki, bizi izləməyi unutmayın.
Deryaz.az
 
 
 
Ardını oxu...
Bugünlərdə yaradılmasının 30 illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarında müxtəlif yollarla varlanmış, hətta oliqarxlaşmış şəxslərin olduğu sirr deyil. “Gununsesi.info” saytı belələrindən birinin – uzun illərdir YAP Suraxanı Təşkilatının sədri vəzifəsini daşıyan Vüqar Seyidovun topdağıtmaz var-dövləti ilə bağlı araşdırma aparıb.

Sayt qeyd edir ki, YAP Siyasi Şurasının üzvü olan V.Seyidov uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun qardaşı Osman Abutalıbovun kürəkənidir. Bu qohumluq YAP-ın rayon təşkilatı sədrinin oliqarxa çevrilməsində mühüm rol oynayıb.

Belə ki, Vüqar Seyidov 14 il Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Şirvan rayonuna başçılıq edən İlqar Abbasovla birlikdə rayonun gəlirli sahələrinə əl qoyub, nəticədə, dəyəri on milyonlarla dollarla ölçülən daşınmaz əmlaka, ayda yüz minlərlə gəlir gətirən biznesə sahib olub.

Sayta məlumat verən mənbə V.Seyidovun milyonluq əmlaklarının bəziləri haqda məlumat verib.

Bildirib ki, məsələn, Nizami rayonu, 8-ci km. yaşayış sahəsi, M.Abbasov küçəsi 2 ünvanında yerləşən, ümumi sahəsi 809.82 kv.m olan 4 mərtəbəli ofis binası ona məxsusdur. Cənab Seyidov bu qiymətli əmlakı həyat yoldaşı Reyhan Seyidovanın adına sənədləşdirib.

Bundan başqa Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 70 f ünvanında yerləşən, ümumi sahəsi 506 kv.m olan kafe-çayxana, “Yaşıl Ada Uşaq Bağçası MMC” də V.Seyidovun həyat yoldaşı Reyhan Seyidovanın adına olan əmlaklardır.

Mənbə bildirib ki, Qaraçuxur qəsəbəsində yerləşən “Qədim Qarabağ” restoranı da YAP təşkilat sədrinin biznes imperiyasına daxildir.

Məlumata görə, Vüqar Seyidov tikinti sektoruna da baş vurub, mənbə bildirib ki, hazırda 21 yaşayış binasının tikintisi üçün hazırlıqlar gedir. YAP-ın yerli sədri eyni zamanda Nərimanov və Nəsimi rayonları ərazisində hündürmərtəbəli binalar tikdirib.

Cənab Seyidovun bahalı maşın həvəskarı olduğu da verilən məlumatlar sırasındadır. Mənbə bildirib ki, onun avtomobil kolleksiyasına “Range Rover”, 77-ZZ-776 nömrəli son model “Toyota Land Cruiser”, “Mercedes Benz Maybach” və s. lüks modellər daxildir.

Vüqar Seyidovun qayınatası Osman Abutalıbov da böyük biznes sahibidir. Belə ki, o 2009-cu ildə Türkiyədə “Baytaş Su və Meşrubay Pazarlama Sanayi Ticarət Limited” şirkətində 16,7 faiz pay alıb. 2010-cu ilin mayında əvvəlcə şirkətin adı (Nida Su və Meşrubat Pazarlama Sanayi Ticaret Limited), oktyabrda isə payçıları dəyişib. Abutalıbov onu tamamilə Azərbaycan kapitallı şirkətə çevirərək sahiblənib. Dekabrda şirkət İstanbuldan Sakarya bölgəsinə – Sapancaya köçürülüb.

Mənbə bildirir ki, burada Osman Abutalıbovun və ortaqlarının 14 min kv.metrdən çox daşınmaz əmlakı olub. Amma 5 il sonra – 2015-ci ilin sonunda ortaqlar qəflətən şirkətin ləğv edilməsi haqda qərar qəbul ediblər.

“AzPolitika”
 

Haqqında bəhs edəcəyimiz “Azərsığorta” şirkəti haqqında qısa məlumat verək. Azərsığorta Dövlət Sığorta Şirkəti ilk dəfə 1921-ci ilin oktyabrın 21-də Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini davam etdirən Dövlət Sığorta Şirkəti respublika üzrə geniş filial şəbəkəsinə malikdir. 9 milyon manat nizamnamə kapitalına malikdir. İcbari Sığorta Bürosunun və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvü və aktiv iştirakçısıdır. Şirkətin saytında yazılanlardan bəlli olur ki, qurumun 15 departamenti, sədri, müşavirləri, rayonlarda filialları və s var.
Biz bir mətbu orqan olaraq həmişə qeyd edirik ki, idarəetmə optimal, mobil olmalıdır ki, qurumun xərci minimallaşsın. Çünki xərc çox olanda xidmət haqqı artır, bu da müştərilər üçün ziyandır. Amma biz deyirik, yazırıq, ancaq əməl edən yoxdur.
Uzun illər şirkətin rəhbəri Məmməd Əhməd oğlu Məmmədov olub və 2020-ci ilin mart ayında vəzifəsindən uzaqlaşdırılıb. Və Fərhad Adıgözəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə Sədr təyin edilib. Və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Dövlət Sığorta Kommersiya Şirkətinin yeni təyin olunmuş sədri Fərhad Adıgözəlovu təntənəli şəkildə şirkətin kollektivinə təqdim edib.
İclasda Natiq Əmirov bildirib ki, Dövlət Sığorta Kommersiya Şirkəti bütün respublika ərazisində fəaliyyət göstərir və 80 sığorta agentliyinə malikdir. Dövlət Sığorta Kommersiya Şirkətinin yeni təyin olunmuş sədri Fərhad Adıgözəlov isə Azərbaycan Respublikası Prezidentinin etimadını doğruldacağını bildirib. İndi görək, Fərhad Adıgözəlov Prezidentin etimadını doğrulda bilirmi..?
Onu da qeyd edək ki, Fərhad Adıgözəlov gözünü “Azərsığorta”da açıb, yəni əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. Sonra maliyyə nazirinin köməkçisi olub və s. Bəli, mediada yazılanlardan, vətəndaşların şikayətlərindən bəlli olur ki, sığorta şirkəti bir qrup işbilməzlərin əlində korrupsiya şəbəkəsinə çevrilib.
Bunu biz demirik ee, vətəndaşlar deyir, ay Adıgözəlov. Vətəndaşlar yazır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti bizi süründürmçiliyə məruz qoyaraq sığorta pulumuzu vermək istəmir, sanki bu sığorta şirkəti bir qrup cinayətkarın əlində korrupsiya şəbəkəsinə çevrilib. Şikayətçilər yazır: “Bu şikayəti imza edən şəxslər bir neçə aydır avtomobil qəzası nəticəsində bizə dəymiş zərərin əvəzi olaraq sığorta pulumuzu Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ala bilmirik. Hər dəfə bir bəhanə gətirib vaxt uzadırlar. Baxmayaraq ki, tələb olunan bütün sənədləri təqdim etmişik. Bizə dəymiş ziyanı qanunsuz olaraq bir neçə dəfə azaldıblar. Bu sığorta şirkətinin özbaşınalığından insanlar cana doyublar”. Şirkətdə nəinki süründürməçilik, hətta cinayət halları da baş verir. Belə ki, xeyli sayda vətəndaş yazır ki, qəza nəticəsində avtomobilimə 4500 ziyan dəyib, şirkət 2000 təklif edir, başqa birisi yazır ki, qəza nəticəsində 1200 ziyana düşmüşəm, sığorta şirkəti 400 manat təklif edir...və s.
Vətəndaşlar yazır ki, dəfələrlə sədr Fərhad Adıgözəlova müraciət etmişik, ancaq şikayətə baxan yoxdur.
Biz bir media olaraq şirkətlə bağlı ən təzə şikayəti də təqdim edirik. Qarabağ müharibəsi veteranı, qazi olan avtomobil sahibi deyir ki, Yasamalda qəzaya məruz qalan avtomobilim üçün təkcə bir detala 2500 manat pul vermişəm, şirkət isə mənə 90 manat təklif edir. Belə haqsızlıq olmaz. Belə olan halda sabah hansı bir vətəndaş bu şirkətə müraciət edər..?
Bəli, daxil olan məlumata görə, son illər şirkətdə ciddi neqativ hallar baş verir. Belə ki, şirkətin 90-dan artıq şöbələri birləşdirilir və boşalmış sahələr kimlərəsə satılır. Hələ bu harasıdır..?
Son bir ildə sığorta şirkətinə məxsus maşınlar özəlləşdirilir və kimlərəsə satılır.
Sözün qısası, “Azərsığorta” şirkəti sanki kolxoz bazarına çevrilib. Qarabağ veteranı olan şikayətçi Fərhad Adıgözəlovdan onu şəxsən qəbul etməsini və problemin həll olunmasını tələb edir.
Mövzunu gündəmdə saxlayacağıq. Bizi izləyin. gundelik baki.com/
 
 
 
Ardını oxu...
“Qlobus” uşaq bağçasında yaşanan biabırçılıqlar haqda vətəndaş Samir Məmmədov yazıb.
Tribuna.Az məlumat verir ki, bu ilin sentyabrının 6-sı Yasamal rayonundakı “Qlobus” uşaq bağçasına müraciət edib. Onun əsasında 5 yaşlı övladı bağçaya qəbul olunub: “Bir ayın qiyməti 450 azn idi. Məbləğ yüksəkdi, səbəbini bağça rəhbərliyi keyfiyyətli xidmətlə izah etdi. Razılaşdım. Bağçaya gedişin 24-cü günü ( Sentyabr ayının 30-u) uşaq bağçada xəstələndi. Xəstəlik vərəqəsi açıldı. Oktyabr ayının 1-i bağçadan oktyabr ayının ödənişini tələb etdilər. “Uşaq xəstədir, hələ billmirik nə zaman sağalar.
Ardını oxu...
Sağalandan sonra qalan günlərdən etibarən ödəniş edərəm”- bildirdim. İsrarla “gəlməyən günləri növbəti aydan nəzərə alacağıq” deyərək ödənişi istədilər. Razılaşdım və 450 azn ödədim. Uşağa baxan Aytən həkim, uşağın vəziyyətinin çox ciddi, sətəlcəm olduğunu bildirdi. Qızdırma 40c-yədək qalxırdı. Həkim bağçada infeksiyanın yayılma ehtimalını nəzərə alaraq uşağa ev şəraitində baxmağı qəti şəkildə məsləhət gördü. 2 həftə keçməsinə və müalicə olunmasına baxmayaraq övladımın xəstəliyi keçmirdi. Vəziyyəti “Qlobus” bağçasının icraçı direktoru Sona xanıma ərz edərək uşağı bağçadan çıxarmalı olduğumu bildirdim və oktyabr ayı üçün ödədiyim 450 azn məbləği geri qaytarmasını istədim. Sona xanımın cavabı şok effekti yaratdı. “Uşaq gəlməsə də, məbləğ batır” -dedi.

Ardını oxu...
“Necə yəni batır? Uşaq üçün heç bir xərc çəkməmisiz, yedizdirməmisiz, yatızdırmamısız, təlimçi cəlb etməmisiz, nəyə görə o məbləği geri qaytarmırsız? Xidmət verməmisiniz, uşağa baxmamısınız – nəyin haqqıdır bu? Bəlkə, o pulu, buradakı havalandırma və ya temperatur nizamsızlığına görə uşağı xəstələndirdiyiniz üçün alırsız? Mən özüm şikayətçiyəm ki, sağlam uşaq verdim, xəstə edib evə göndərdiniz . Buna görə ödədiyim 450 azn məbləği belə hallar üçün düşünülmüş “tələ” müqaviləyə imza atdığıma görə mənimsəmək istəyirsiniz?” -deyə etirazımı bildirdim.
Buna cavab olaraq Sona xanım : “hara şikayət edirsiniz edin. Müqavilə var, şərtlərdə qeyd olunur ki, pul qaytarılmır” dedi. Sona xanım müqavilədə qeyd olunan “tərəflər arasındakı fikir ayrılığı danışıqlar yolu ilə nizamlanır” prinsipinə ümumiyyətlə yaxın durmadı. Onun cavabı bütün dəyər və normalara qarşı gələn cavab idi.
“Qlobus” bağçası özəl olduğuna görə kimə aid olduğunu araşdırdım.
Məlum oldu ki, bağça Abel Məhərrəmovun qızı Nərminə Sadıqovaya məxsusdur.
Ardını oxu...
Nərminə Sadıqova

Məsələyə köməklik göstərməsi üçün ona müraciət etdim. O da “müqavilə var, heç nə edə bilmərik” dedi.
Nərminə Sadıqova başda olmaqla mülkiyyətçisi olduğu “Qlobus” bağçasının bütün rəhbər heyəti yalnız “məbləği müqavilə şərtlərinə görə qaytarmamalıyq” deməklə insani etik dəyərləri heçə saydılar. Biznes etikasını tapdaladılar. 450 azn məbləğində haqsız qazanc əldə etmək uğrunda hər formaya girdilər. Axı necə bir insanı öz pul iştahı bu hala sala bilər? bilər? Axı siz ali təhsil müəssisəsində gənclərə yüksək dəyərləri öyrədən müəllimsiniz. Axı siz gələcək nəsillərə ədalət və həqiqət anlayışlarını ötürən pedaqoqsunuz. Axı siz “Qlobus” uşaq bağçanızdan şəxsi büdcənizə haqsız daxil olan 450 manata ehtiyacı olmayan ziyalısınız. Axı siz intellekt xəzinəsinin arxasınca gedən elm adamısınız. Yoxsa, yanılıram? Bəlkə siz gənclərə maddiyyatdan başqa heç nə izah etməyən, haqsız qazanc əldə etməyin yollarını göstərən, elmi maddiyyatdan üstün görən, yalnız pulun arxasınca gedən bir insansınız? Siz, Nərminə xanım…siz kimsiniz?
Siz cavab verməsəniz də, inanıram ki, xalq kim olduğunuzun qərarını verəcək”

Tribuna.Az
 
Ardını oxu...
Teref.az Naxşıvanda ehtiyata buraxılmasının qanunsuz olduğunu iddia edən zabit jurnalist Heydər Oğuza şikayət məktubu ünvanlayıb. Zabitin şikayətini təqdim edirik:
Naxçıvandan qanunsuz olaraq ehtiyata buraxılmış bir hərbçi yazır:
Salam, Heydər müəllim. Mən ehtiyatda olan hərbçiyəm, Şahbuz rayon sakiniyəm. 18 il 6 ay Az. Res. Silahlı qüvvələrində gizir kimi xidmət etmişəm. Naxçıvanda şəxsi avtomobil idarə etdiyimə görə 2015-ci ildə Culfa N saylı hərbi hissəyə göndərdilər, bir ay sonra məni xidmətə uyğunsuzluq maddəsilə ehtiyata buraxdılar, xidməti dövrümdə bir çox medallarla, hətta qüsursuz xidmətlərə görə medalla, müxtəlif fəxri fərmanlar və qiymətli hədiyələrlə təltif olunmuşam. Ehtiyata buraxıldıqdan sonra hara müraciət etdimsə xeyri olmadı, Müdafiə nazirinin elə bir əmr və sərəncamı yoxdur ki, hərbi qulluqçu şəxsi avtomobil idarə edə bilməz, bu, yalnız Naxçıvanda Kərəm Mustafayev tərəfindən verilmiş bir əmirdir. Bu barədə Naxçıvan MR-sı İnzibati İqtisadi məhkəməyə müraciət etdim, hakim işlə tanış olduqdan sonra mənə bildirdi ki sənin elə bir səhvin yoxdu və söz verdi ki, bərpa olunacaqsan hərbi xidmətə. 6 ay məhkəmə prosesi davam etdi, axırıncı prosesdə Kərəm Mustafayevin müavini hakimin yanına getdi, nəsə danışdılar, bir az sonra hakim məni çağırıb bildirdi ki, səni işinə bərpa eləsəm məni işdən çıxararlar.
Hakimin adı Faiqdir, soyadını unutmuşam. Sizdən xahiş edirəm Kanal 13-də çıxınış zamanı bu məsələni də işıqlandırasınız.
Teref.az olaraq şikayətdə toxunulan iddialarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 
 
Ardını oxu...
..."Təzadlar" qəzeti və "Tezadlar TV" redaksiyasına daxil olmuş bir məlumat bizi nəinki şoka saldı, həm də ciddi araşdırma apararaq inanılmaz faktların üzə çıxarılmasına sövq etdi. Söhbət hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru olan və 2011-ci ildən Bakı Dövlət Universitetinin Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiri ola-ola, həm də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının tam ştatlı prorektoru və rektor əvəzi vəzifəsini tutmuş Elçin Abuzər oğlu Xələfovun qanunsuz hərəkətindən, Azərbaycanın mövcud qanunvericiliyinə hörmətsizliyindən gedir.

Beləliklə, redaksiyaya daxil olmuş məlumatın izi ilə araşdırmalara başladıq. Məlumatda qeyd edilirdi ki, Elçin Xələfov 2011-ci ildən BDU-nun Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiridir. Amma o kimlərinsə sayəsində həm də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının tam ştatlı prorektoru və rektor əvəzi vəzifəsini tutur. Faktın dəqiqliyini və mötəbər sübutlara söykəndiyini öyrənmək üçün əvvəlcə BDU-nun rəsmi saytına daxil olduq. Bəli, Elçin Xələfov yuxarıda qeyd edilən kafedranın müdiridir. O, eyni zamanda Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının 10 ildən çoxdur prorektoru və rektor əvəzi vəzifəsini tutub (Bir müddət əvvəl akademiyaya Şahin Əliyev təyin edilib, Elçin Xələfov yenə də prorektordur). Bəs bu necə mümkün ola bilər??? Axı Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi eyni vaxtda tam ştatlı bir neçə vəzifəni tutmağı qadağan edir. Üstəlik, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru və rektor əvəzi vəzifəsi Dövlət qulluğudur. Elə isə, Prezident yanında Dövlət Qulluğu Komissiyası bu fakta, daha doğrusu, bu inanılmaz qanunsuzluğa necə göz yumub?

Axı iki müxtəlif yüksək statuslu və tam ştatlı vəzifəni tutmaq nəinki qanunveticilikdə qadağandır, həm də fiziki cəhətdən mümkünsüzdür. 8 saatlıq iş saatını BDU-da yerinə yetirən Elçin Xələfov daha 8 saatlıq iş saatını Ədliyyə Nazirliyinin Akademiyasındakı iki məsul vəzifəsində necə icra edib? Bu vəzifələrin biri, məsələn, hansısa mal fermasında gözətçi işləmək olsaydı, bəlkə də bunu bir təhər başa düşmək olardı. Amma iş saatı səhər saat 09-dan axşam saat 18:00-da tamamlanan iki yüksək statuslu iş yerində bu necə baş tuta bilib?

Araşdırmalarımız bir sensasion faktı da üzə çıxardı: Ədliyyə Nazirliyinin Akademiyasının həm prorektoru vəzifəsini tutub, həm də Akademiyanın rektoru vəzifəsini icra edən yazımızın baş qəhrəmanının vəzifə maaşı təxminən 3 min manatdır. Biz hələ bu vəzifəyə görə ayrılan xidməti avtomobilə çəkilən büdcə məsrəflərini, digər imtiyazlardan istifadəni demirik. Beləliklə, Elçin Xələfovun 10 il ərzində Ermənistanla müharibə vəziyyətində olan, 1 milyondan çox qaçqın və məcburi köçkünün problemlərinə çiyin verən Azərbaycanın Dövlət büdcəsindən nə az, nə çox, düz 360 min manat vəzifə maaşını qanunsuz olaraq alması narahatlıq doğurmaya bilməz. Digər məsrəfləri, imtiyazları və s. də üstünə gəlsək, Dövlət büdcəsinə yarım milyondan çox ziyan vurulduğu şübhə doğurmur. Bu həm də büdcə vəsaitini talamadır.


Bu hələ harasıdır, Elçin Xələfov eyni müddətdə BDU-nun kafedra müdiri vəzifəsini tutmaqdan əlavə, öz kafedrasında 0,5 ştat əvəzçiliyi ilə dərs də deyib, həm də dosent kimi çalışıb. Bəs bu iki vəzifə necə icra edilib???

XXX

İndi bu suallarımıza cavab istərdik:

1. Çox hörmətli ədliyyə naziri Fikrət Məmmədov 10 il ərzində Azərbaycanın Dövlət büdcə vəsaitinin bu talama cinayətinə necə icazə verib??? Doörudanmı nazirə bu barədə məlumat verən olmayıb??.

2. Bəs Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev BDU kimi nüfuzlu elm və təhsil ocağında baş verən bu ciddi qanunsuzluğa nə deyərdi?

3. Bəs hər il büdcədən maliyyələşən dövlət qurumlarında audit aparan Auditorlar Palatasında bu maliyyə dolaşıqlığını doğrudanmı görüb bilən olmayıb? Amma redaksiyamıza bu sualla bağlı maraqlı açıqlamalar verilib...

4. Bəs BDU-nun hüquq fakültəsinin dekanı vəzifəsinə təzə təyin edilmiş Zaur Əliyev bu qanunsuz əməldən həqiqətənmi xəbərsizdir??? BDU-dan şifahi sorğumuzu cavablandıran etibarlı mənbəmiz qeyd etdi ki, Zaur Əliyev gözlənilən ümidləri doğrulda bilmir, o, bu qanunsuzluqdan məlumatlı olmaya bilməz. Çünki dekanın vəzifəsi həm də professor və müəllimlərin işdə iştirakına nəzarət etmək, qeyd jurnalında imzalarını yoxlamaq, kafedralardakı davamiyyətə nəzarət etməkdir. Zaur Əliyev kafedra müdiri Elçin Xələfovun hansı auditoriyada dərs dediyindən xəbərdar deyil ki?! Guya Zaur Əliyev bilmir ki, Elçin Xələfovun dərslərini onun əvəzindən kim deyir?! Bilmirsə, biz apardığımız müşahidələrin nəticəsini açıqlaya bilərik(Əlimizdə fakt var ki, Elçin Xələfov fərqli məkanda tədbirlərdə olub, amma həmin vaxtlarda onun auditoriyada dərs saatı var idi).

5. Yaxşı, ədliyyə naziri Fikrət Məmmədov kimlərəsə görə Elçin Xələfovun qanunsuz əməllərinə və büdcə vəsaitlərini talama cinayətlinə susub, bəs təhsil Naziri Emin Əmrullayev doğrudanmı bu qanunsuzluqlardan, təhsilimizə baş ucalığı gətirməyən əməllərdən xəbərsizdir? Xəbərsizdirsə, artıq biz xəbərdar etdik.

6. Sonda: bəs Prezident yanında Dövlət Qulluğu Komissiyasının üzvləri necə, onlar da Elçin Xələfovun Büdcə vəsaitini talama əməllərindən xəbərdar deyillər? Niyə belə bir vəzifə qanunsuzluğuna göz yumublar???

XXX

...Biz daxil olan şikayətləri araşdırdıq, "Media haqqında" Qanunun tələblərinə uyğun olaraq şikayətin əsaslılığını yoxladıq. Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq. Əslində, Elçin Xələfovun elektron poçtuna sorğu da göndərdik. Hələki cavab yoxdur. Bir tərəfdən də, burada nə mövqe ola bilər ki?! Elçin Xələfov BDU-dakı, Ədliyyə Nazirliyindəki vəzifələrini danacaq ki?! Bəlkə dərs deməli olduğu auditoriyalarda tələbələr qarşısına çıxardığı əvəzçisini də danacaq? Əlimizdə kifayət qədər sübutlar var, növbəti yazılarda təqdim olunacaq.

Lap sonda isə sözümüz Auditorlar Palatasının və Baş Prokurorluğun rəhbərliyinədir. İnanırıq ki, rəsmi qaydada təqdim göndərəcəyimiz sübutlar dəqiqliklə araşdırılacaq və redaksiyaya qanunvericiliyin tələbləri səviyyəsində rəsmi cavabın verilməsi təmin ediləcək. Məsələ isə ciddidir. 10 il ərzində talanan yarım milyonluq vəsaitə indi bərpa edilən Şuşada, Ağdamda, Füzulidə... böyük ehtiyac var...

Mövzuya qayıdılacaq.

"Təzadlar"ın Araşdırma Qrupu

Dünyapress TV

Xəbər lenti