Biri MİDA-da, biri AQTA-da: YE Kİ YE...
Azərbaycanda mühüm dövlət vəzifələrində çalışan və dövlətin milyonlarını mənimsəyən 3 qardaş haqqında yazıya bir az uzaqdan başlayaq.
Söhbət 2017-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsində çalışan Qoşqar Təhməzlidən, Mənzil İnşaatı Dövlət Agentliyi MİDA MMC-nin direktoru Fərhad Təhməzovdan və vaxtilə PA-da Akif Muradverdiyevlə birgə çalışan, Əli İnsanovla birgə dövlət çevrilişində ittiham edilən və işdən qovulan Ataş Təhməzovdan gedir. Qardaşların biri Qoşqar Təhməzli öz tərcümeyi-halında guya 1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etməsini, hətta “Müharibə veteranı” statusuna layiq görülməsini qeyd edir.
Ümumiyyətlə, Qoşqar Təhməzlini tanıyanlar bilir ki, bu adamın bütün həyatı nə ilə bağlıdır. Bu adamdan sopruşan lazımdır ki, sən nə vaxt və hansı cəbhədə döyüşmüsən..? Bəlkə Ayaz Mütəllibovun cəbhəsində, bəlkə Novxanıdakı evində yeməklərinizi bişirən Leylanın qayınatası Hilal kişinin evində. Nə isə, bu başqa bir yazının mövzusudur.
İndi keçək daha vacib məsələyə. ATU-nu bitirəndən sonra Qoşqar Təhməzli uzun müddət el arasında “Siçan-pişik” ( Sannitar Epidemologiya ) idarəsində çalışıb və obyekt sahiblərindən şirinlik alaraq vaxtını keçirib. Onda ortaya sual çıxır. Bu cür şirinliklərlə Qoşqar Təhməzli necə milyonlara sahib ola bilərdi, necə böyük bir tibbi mərkəzin, yəni “Nəbz” Tibb mərkəzinin baş direktoru, sonra “Medeks” MMC-də baş direktor ola bilərdi..?
Axı, əlahəzrət məntiq deyir ki, balaca şirinliklə nəinki milyonçu olmaq, klinika sahibi olmaq, heç adi avtomobil də almaq mümkün deyil. Bəli, birazca qurdalasaq xoruzun quyruğu görünəcək. Belə ki, Qoşqar Təhməzlinin qardaşı, yəni Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna uzun illər rəhbərlik etmiş Fərhad Təhməzov dövlətdən götürdüyü milyonları qardaşları vasitəsilə biznesə yönəltmişdi. Belə ki, qaçqın və məcburli köçkünlər üçün tikilən binalar, şəhərciklər hamısı Fərhad Təhməzovun nəzarətində idi. Fərhad Təhməzov dövlətin ayırdığı 100 milyonları mənimsəmişdi. Bu pulları harasa yönəltmək lazım idi.
Bax, onda həmin pullar Qoşqar Təhməzlinin vasitəsilə tibbi klinikaların açılmasına, xaricdən bahalı tibbi avadanlıqların ölkəyə gətirilməsinə yönəldi. Qoşqar Təhməzli hətta başqa iri məmurlar üçün də klinikaların açılmasına kömək edirdi.
Beləcə ölkəni özəl klinikalar bürüdü. Yəni bu qardaşların yüz milyonluq biznesinin kökündə qaçqın və məcburi köçkünlərə ayırlan dövlət vəsaiti dayanır. Azərbaycanın son 30 ilində ən böyük korrupsiya əməlləri məhz Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunda olub, onu da Fərhad Təhməzov mənimsəyib. İndi bildinizmi, adına el arasında “siçan-pişik” idarəsi deyilən bir idarədə çalışan Qoşqar Təhməzlinin biznesinin kökündə nə dayanır.
Məsələ təkcə Qoşqar Təhməzli ilə bitmir. Fərhad Təhməzovun dövlətdən götürdüyü milyonların bir hissəsini isə digər qardaşı Ataş Təhməzov tikinti biznesinə yönəltdi. Bu gün 28 may metrosuna, köhnə Çay fabrikinə yaxın ərazidə Ataş Təhməzovun böyük bir ofisi fəaliyyət göstərir və milyonluq layihələrə imza atır. Bəli, bu qardaşların milyonluq bizneslərinin kökündə dövlətdən mənimsənilən milyonlar dayanır. İndi isə Qoşqar Təhməzlinin digər əməllərindən bəhs edək.
Məlumdur ki, uzun illər ölkədə LEŞ MAFİYASI var idi. Vətəndaşlara ölmüş heyvan cəmdəyi, leş satırdılar. Digər tərəfdən, ticarət obyektlərində, kafelərdə, ictimai-iaşə obyeklərində keyfiyyətsiz, vaxtı keçmiş qida məhsulları satılırdı. Bu isə millətin sağlamlığını, hətta genefondunu məhv etməkdən başqa bir iş deyildir. Bu məsələdə isə Baytarlıq Dövlət Xidməti, Fitosanitariya Xidməti və digər qurumlar lazımi tədbir görə bilmirdilər.
Buna görə də cənab Prezident yeni bir qurumun, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı qərar verdi. Və qurumun sədri də Qoşqar Təhməzli oldu. Bəs ötən 7 ildə Qoşqar Təhməzli nə iş görə bildi..?
Onu qeyd edə bilərik ki, Qoşqar Təhməzli illər uzunu toplanmış avadanlıqları, laboratoriyaları demək olar ki, məhv elədi. İnanmayanlar buyursunlar böyük bazarlara baş çəksinlər və görsünlər ki, həmin laboratoriyalardan əsər-əlamət qalıbmı..?
Yəni ət məhsulları bazarlarda yoxlanılmadan satılır və pullar Qoşqar Təhməzlinin adamlarının ciblərinə gedir.
Siz təsəvvür edirsinizmi, laboratoriyadan keçməyən ət, süd, pendir və digər heyvandarlıq məhsulları insanlar üçün karonavirusdan da təhlükəlidir. Amma bu təhlükə əhalimiz üçündür, Qoşqar Təhməzli üçün heç bir təhlükə yoxdur. Çünki Qoşqar Təhməzlinin Novxanıdakı və şəhərdəki milyonluq mülklərində onlarla mühafizəçi, aşpazlar çalışır. Onlar Qoşqar Təhməzlinin həm canının, həm də sağlamlığının qeydinə qalırlar, millət isə vaxtı keçmiş qidalardan zəhərlənir.
İndi gördünüzmü, Qoşqar müəllim QİDA agentliyini nəyə döndərib..?
Bu adamdan soruşan yoxdur ki, 10-dan artıq aşbazı, “telexranitel”ləri hansı pulla saxlayırsan..?
İndi isə qayıdaq vaxtilə Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna rəhbərlik edərkən dövlətin 100 milyonlarını mənimsəyən Fərhad Təhməzovun MİDA-da elədiyi maxinasiyalara. Hamıya məlumdur ki, MİDA-nın aztəminatlı ailələr üçün dövlətin hesabına tikdiyi evlər hərracda foks-mokus qaydasında satılır. Bu hələ harasıdır..?
Niyə Fərhad Təhməzovdan soruşan yoxdur ki, Litva vətəndaşı Povilas Pociusanın milyonlarını MİDA adı altında necə mənimsədiniz..?
İndi bu 3 qardaşın törətdikləri ilə tanış olursunuzmu...
Bu qardaşların keçmişi barədə danışmağı adam ayıb hesab edir. Amma... Təhməzovların qohumlarından olan Bəxtiyar zamanında cənab Prezidentimizi aldadaraq, Binəqədidə təmir zamanı 5 milyonu necə mənimsədiyini biz bilirik...
Biz əbəs yerə qardaşların keçmişini yada salmadıq... Biz hər şeyi bilirik. Allah ölənlərə rəhmət eləsin. Biz demirik ki, Sudavər xalanın qızı kiminsə şəhərdəki evində 5 nəfərlik aşbaz korpusuna rəhbərlik edir. Biz demirik ki, rəhmətlik Hilal kişinin gəlini Leyla xanım Novxanıdakı bağ evinizdə 11 nəfərlik aşbaz korpusuna rəhbərlik edir. Biz demirik ki, öz qohumlarınızı yataqxanadan götürüb apardınız ev verdiniz, başqaları qaldı orada. Biz istər Aftandil kişini, istər Spartak kişini, istər İlahi kişini çox yaxşı tanıyırdıq. Keçmiş bizim gözümüzün qarşısında lent kimi keçir. Amma cənab Prezidentimizin göstərdiyi etimaddan sui istifadə edən şəxslərə qarşı həmişə barışmaz olmuşuq. Allah Şəfayət Mehdiyevə rəhmət eləsin. Tofiq Mehdiyev də Zəngilanın katibi olmuşdur.
P.S. Növbəti sayımızda 30 min qoyun sürüsü və İslam yazısı dərc olunacaq. 
//gundelik-baku.com//

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti