Ardını oxu...
DİA.AZ: - Ucar rayonu Alpout kənd sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bu şikayətimizdə yazıb Sizə bildiririk ki, Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədov ümumi istifadədə olan örüş yerini qanunsuz olaraq əkdirməklə kənd sakinlərinə ciddi ziyanlar vurmuşdur.
Belə ki, biz Ucar rayonu Alpout kənd sakinləriyik.Əsas məşğuliyətimiz əkinçilik və heyvandarlıqdır.Ancaq ümumi istifadədə olan örüş yerlərimizdə qanunsuz olaraq əkin işləri aparılmışdır.Alpout kəndində bəy yeri deyilən ərazidə 24 hektar örüş yerində icra başçısı Mənsur Məmmədov qanunsuz olaraq əkin işləri aparmışdır.Hansı ki, həmin 24 hektar torpaq sahəsinin təyinatı örüşdür. Kənd sakinləri həmişə orada iri və xırdabuynuzlu heyvanlarını otarıblar. Talançılıq yolu ilə milyonlara sahib olmuş Mənsur Məmmədovun gözü doymaq bilmir.Ucar və Göyçay rayonlarında yüzlərlə hektar torpaq sahələrini qanunsuz ələ keçirən icra başçısı kənd sakinlərinə qənim kəsilib.İndi biz kənd sakinləri heyvanlarımızı otarmağa yer tapmırıq.Həttda məlumat almışıq ki, Mənsur Məmmədov Göyçay rayonunda icra başçısı vəzifəsində işləyən zaman həmin rayonun Çərəkə kəndində 60 hektar örüş torpaqğını qanunsuz qazdırraraq balıq yetişdirmə gölü yaratmışdır.İcra başçısı Mənsur Məmmədova məxsus olan balıq gölünün biri isə Göyçay rayonunun Müskürlü kəndində yerləşir.

İcra başçısı Mənsur Məmmədovun bütün kənd təsərrüfatı işlərini Ucar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəhman Səfərov aparır.Rəhman Səfərov və icra hakimiyyətinin Araz adlı əməkdaşı hər səhər işə gəlmək əvəzinə icra başçısına məxsus fermalara, əkin sahəlirənə gedirlər.
Örüş torpağının əkin təyinatlı edilməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdır.Belə bir qərar olmadan bələdiyə və ya mülkiyyətçi ilə müqavilə bağlanılmadan torpaqdan qanunsuz istifadə etmə cinayət əməli hesab edilir.Belə bir qanunsuz işi vəzifəli şəxs görərsə həmdə vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti hesab olunur.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb çox-çox xahiş edirik şikayətimiz yerində obyektiv yoxlama aparılmaqla araşdırılıb cinayət törətmiş icra başçısı Mənsur Məmmədov barədə qanunu tədbirlər görülsün".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Ədliyyə Nazirinin müavini Azər Cəfərov milyonlarla vəsaiti mənimsəyir. O, məhkəmələrin inzibati binasının tikintisi, təmiri üçün Dünya bankının verdiyi kreditləri və Azərbaycan hökumətinin ayırdığı vəsaitləri istədiyi kimi xərcləyir. A.Cəfərov Nazirlikdə məhkəmələrin kuratoru hesab olunur.

Məhkəmələrin inzibati binaları üçün ayrılan kreditlərin məbləği bəzən 100 milyon manata qədər olur. Bütün bu pullar A.Cəfərovun rəhbərliyi altında dağıdılır.
Ardını oxu...
Məsələn, A.Cəfərov Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımova məhkəmənin binasının tikintisini başa çatdırmağı tapşırır. Məhkəmə sədri inzibati bina üçün 300 min manat ödəyir. Sonra nazir müavini A.Cəfərov ona “atır” və pulu qaytarmır. Deyir ki, “səni o boyda məhkəməyə təyin etmişik, get ordan pulunu çıxart…”.

Bax, bu üsullarla bina tikib içini də rüşvət -korrupsiya yuvasına çevirirlər. Məhkəmədə bütün işlərin pulla həll olunması da məhz buna görədir.

Qeyd edim ki, məhkəmə sədri A.Kazımov bütün ailə üzvlərini vəzifələrə təyin etdirib. Belə ki, onun həyat yoldaşı İradə Kazımova Suraxanı “ZAQS”-ın müdiridir, oğlu Ayxan Kazımov isə prokurorluq orqanlarında müstəntiq vəzifəsində çalışır.

Samir Feyruzov //realmedia.az//
Ardını oxu...
 
 

 
"Naxçıvanda hər obyektdən iriliyindən-xırdalığından asılı olmayaraq vergidən əlavə ayda 300 manat "töycü" yığılır". DİA.AZ bildirir ki, bu iddia ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.

 

Jurnalist daha sonra yazır: "Pulyığanın Naxçıvan MR Vergilər nazirinin müavini Fərrux Əkbərov olduğunu bildirilir.

İddiaya görə, Fərrux Əkbərov töycü yığıma təzə başlayanda özü bir-bir obyektlərə baş çəkirdi. İndi isə o, işini xeyli asanlaşdırıb. Özü kabinetdə oturur, sahibkarlar onun hüzuruna təşrif buyururlar. Vergi ilə yanaşı töycünü də onun masasının üzərinə qoyub təzim edə-edə arxalarına belə baxmadan kabinetdən çıxıb işə yollanırlar.

Bildirilir ki, əvvəl bu töycü yığımına bir neçə nəfər etiraz etmişdi. "Başlarına elə oyun gətirildi ki, həm özlərinə, həm də həmkarlarına unudulmaz dərs oldu. Odur-budur, sahibkar töycünün və verginin vaxtı yaxınlaşand özləri öz ayaqları ilə Fərrux müəllimin qapısında növbəyə dururlar".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

 

XalqXeber.Az
Ardını oxu...
Salam sizə şikayətim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəndir. Deməli bu ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sumqayıtda əmək yarmarkası keçirtdi. Öncədən Dövlət Məşğulluq Agentliyinin saytında və nazirliyin mediaya verdiyi məlumatda əmək yarmarkasında 300-400 boş iş yeri təklif olunacağı bildirilmişdi.
Teref.az yazır ki, bunu saytımızın poçtuna göndərdiyi şikayətində Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov yzır. Daha sonra şikayətçi yazır:
Mən öncədən Dövlət Məşğulluq Agentliyinin əlaqə nömrəsinə zəng edib məlumat aldım bildirdilər ki, şəxsiyyət vəsiqəsi götürüb gələ bilərsiz. Məndə 14 iyunda səhər tezdən Sumqayıtda Kimyaçı Mədəniyyət Sarayına gəldim Mədəniyyət Sarayının qabağında demək olar bütün şəhər sakinləri iş tapmaq ümidi ilə yığışmışdı. Yarmarka saat 10:00-da başlamalı idi. Saat 10:45 olsada Mədəniyyət Sarayının qapısı hələdə bağlı idi. İçəriyə yalnız Dövlət Məşğulluq Agentliyinin əməkdaşlarını, işəgötürənləri və televiziyaları buraxmışdılar. Axırda vətəndaşlar bezib qapı açılan kimi mühafizəçini itələyib zorla içəri keçə bildik. Nazirliyin qapıları illərdir vətəndaşların üzünə bağlıdır. Nəysə birtəhər içəri geçəndən sonra 2 xanım o qədər insanın yarmarkada iştirak üçün şəxsiyyət vəsiqəsi vasitəsilə qeydiyyatını aparırdı. Nəhayət sıra mənədə gəldi qeydiyyatdan keçəndən sonra saat 11:45-də yarmarkanın keçirildiyi Mədəniyyət Sarayının 2-ci mərtəbəsinə qalxa bildim. 21 işəgötürənə CV-mi qoyduqdan sonra hər biri söz verdilər ki, 1 həftə ərzində əlaqə saxlayacayıq. İşəgötürənlər məndə daxil bütün işsiz vətəndaşlara 1 həftə ərzində əlaqə saxlayacayıq vədi verirdilər. Üstəlik TV-lərədə müsahibələrində bu cür bildirirdilər. 2 həftə sonra heç bir işəgötürən mənimlə əlaqə saxlamadı. Bütün işə götürənlərə zəng etdikdə isə bildirdilər ki, son 1 ay ərzində aktiv vakansiyaları yoxdur. Haqlı olaraq Dövlət Məşğulluq Agentliyinə zəng edib şikayət etdikdə bildirdilər ki, 142-yə ümumi nazirliyin call center-nə zəng edib şikayət etdim. 142-yə isə şikayət etdikdə isə xanım operator 20 dəqiqə dirənəndən sonra şikayətimi qeydə qaldı. Mən nazirlikdən zəng edib bunun nə demək olduğunu açıqlama vermələrini tələb etdim. 1 ay sonra isə şikayətimi nazirliyə yox regional Sumqayıt Məşğulluq Mərkəzinə yönləndirib ordan mənə zəng edib Sumqayıt Məşğulluq Mərkəzinə dəvət etdiklər. Mən isə bundan imtina etdim və onlara mənim şikayətim sizə deyil nazirliyədir və nazirlikdən açıqlama tələb edirəm deyə bildirdim. Həmdə mən 2019-cu ildə Sumqayıt Məşğulluq Mərkəzinə müraciət etmişəm orda gənclərin işləməsi üçün normal iş yerləri yoxdur. Mənim adımıda sistemdə 2019-cu ildə vətəndaş iş tapdı kimi qeyd ediblər mən bunu indi bilmişəm. Halbuki mən heç bir işlə təmin olunmamışam. Ancaq adımı bütün vətəndaşlar kimi hər ayın sonu yalandan bu qədər vətəndaş iş tapdı deyə ictimaiyyətə saxta statistika təqdim etmək üçün guya işlə təmin olundu deyə qeyd ediblər. 2-3 gün sonra Dövlət Məşğulluq Agentliyindən məktub gəldiki bəs biz sizi Sumqayıt Məşğulluq Mərkəzinə dəvət etdik siz imtina etdiz. Mən təkrar 142-yə zəng edib şikayət edib 1 ay bundan əvvəl şikayət etdiyimi şikayətimi götürüb Sumqayıt Məşğulluq Agentliyinə yönləndirdiklərini, mənim isə nazirliyin zəng edib açıqlama verməsini tələb etdiyimi bildirdim. Həmçinin bildirdim ki, Sumqayıt Məşğulluq Mərkəzinin ünvanınıda əlaqə nömrəsinidə gözəl bilirəm ehtiyac hiss etsəm özüm gedə bilərəm. Operator şikayətimi təkrar qeydə aldı. Aylardır eyni qaydada davam etdi yəni nazirlik özünə borc bilib mənimlə əlaqə saxlamaq ehtiyacı hiss etmədi hər dəfə şikayətimi Sumqayıt Məşğulluq Mərkəzinə yönləndirdilər onlarda zəng edib məni Sumqayıt Məşğulluq Mərkəzinə dəvət edirdi. Axırda oktyabr ayında Sumqayıt Məşğulluq Mərkəzindən zəng edib bildirdilər ki, xahiş edirik bircə dəfə siz gəlin heç bir köməklik etməsək istənilən yerə şikayət edə bilərsiz. Mən bu dəfə inanmaq istədim ki, illər öncəki kimi deyil bu dəfə həqiqətən mənə kömək edəcəklər və Sumqayıt Məşğulluq Mərkəzinə getdim. Mənə E-sosial.gov.az-da hesab açıb 2 işəgötürənə müraciət göndərdilər və bildirdilər ki, 5 iş günü ərzində sizinlə əlaqə saxlayacaqlar. İndiyədək heç kim əlaqə saxlamayıb E-sosial.gov.az Elektron Hökümət portalındakı hesabımda işəgötürənlərə müraciət bölümündə işəgötürənin tələblərinə cavab vermədiyiniz üçün müraciətinizdən imtina edildi yazılır. Ümumiyyətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin varlığı ilə yoxluğu arasında bir fərq yoxdur. Nə Dövlət Məşğulluq Agentliyi nə Dövlət Əmək Müffətişliyi nədə bütünlükdə nazirlik çalışmır. Ölkədə uşağından işçisinə, işsizindən təqaüdçüsünə, əlilinə qədər bütün ölkə bu nazirlikdən şikayətçidir. Bütün dünya 4 günlük iş rejiminə keçir. Bizdə isə Əmək Məcəlləsinə görə guya həftəlik 5 gün 40 saatdan ibarət iş rejimimiz olsada ölkədə istər özəl istərsədə dövlət müəssisələri Əmək Məcəlləsinə riayət etmir. Əmək Məcəlləsinə riayət etməmək ənənə halını alıb. Dövlət Əmək Müffətişliyi isə bildirir ki, ölkədə sahibkarlığa dəstək məqsədi ilə yoxlamalar 1 yanvar 2023-cu ilədək dayandırıldığı üçün heç bir müəssiədə yoxlama apara bilməz yalnız vətəndaş istəsə Dövlət Əmək Müffətişliyinə şikayət edə bilər. Yəni vətəndaş çalışdığı 300-400 manat maaş aldığı iş yerini itirmək qorxusunu gözə alıb Dövlət Əmək Müffətişliyinə şikayət etməlidir. Dövlət Əmək Müffətişliyi bunu bildiyi üçündə vətəndaşlar işini itirmək qorxusundan illərdir 300-400 manata istər dövlət istərsədə özəl müəssilərdə az qala 1 sutka işləyib istismar edilirlər. Yəni ölkədə bildiyiniz quldarlıq rejimi hökm sürür. Əksinə həmin müəssiələr normal ölkələrdə külli miqdarda cərimlənməli olduğu halda nazirlik onları nəyinki cərimələyir əksinə o müəssiələr "Əmək Yarmarka"larında yuxarı başda otuzdurulub insanlara "iş" təklif edir və ya regional məşğulluq mərkəzlərində həmçinin Elektron Hökümət portalında "vakansiyalar" elan edirlər. Halbuki insanların işsiz qalmasında elə müəssiələr günahkardır. Əslində məntiqlə bir nazirliyin həm Əmək Hüquqlarını qoruması, həmdə işəgötürənlərlə əməkdaşlıq edib işsizlərə iş təklif etməsi doğru deyil. Yəni bu iki səlahiyyətdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınıb ya digər nazirliklərin birinə verilməli, yada müstəqil dövlət qurumu yaradıb səlahiyyətlərdən birini yeni dövlət qurumuna vermək lazımdır. BMT daxil Amnesty International, Norveç İnsan Haqları kimi beynəlxalq təşkilatların müxtəlif illərdə ölkələrə iş saatlarını azaldın Əmək Hüquqlarına, İnsan Haqlarına hörmət edin çağırışlarına riayət edib ölkələr bir-birinin ardınca 4 günlük iş rejiminə keçirlər. Reuters-in məlumatına görə artıq 38 ölkə 4 günlük iş rejiminə keçib. Bizdə isə hələdə quldarlıq rejimi davam edir. Görünür biz başqa planetdə yaşayırıq dünyaya adiyyatımız yoxdur yada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizi insan yox qul hesab edir bunu mövcud əmək bazarına həmçinin nazirliyin Elektron Hökümət portalında təklif etdiyi daha doğrusu insanları, gəncləri layiq gördüyü "iş"lərə baxdıqda görmək mümkündür. Necə olsa milyonlarla təqaüdçünün təqaüdünü azaltmaqla və ya tam olaraq kəsməklə büdcəyə qənaət etməklə fəxr edən bir nazir və nazirlikdən danışırıq. Sözün düzü ümid edə bilməsəmdə hələdə inanmaq istəyirəm ki, 7-dən 77-yə hər kəsin haqlı olaraq şikayətçi olduğu bu qurum haqqında ciddi ölçü götürülər. Sağolun.
İlkin Məmmədkərimov
Teref.az olaraq şikayətdə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 
 
Ardını oxu...
Bakıda “Qəsr” restoranında müştərilərə ovlanmasına icazə verilməyən maral və oxatan kirpi ətindən yeməklər təklif olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə videonu restoran öz sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, videoda restoranın aşbazı hazırladıqları yeməkləri təqdim edərkən, maral və oxatan ətindən hazırlanmış yeməklərin də adını çəkir.

Həmin videonu təqdim edirik:


 
Ardını oxu...
22 ildir Qax rayonunun deputatı olan Azər Kərimlinin sahib olduğu mülklər, evlər və şirkətlərinin bir hissəsinin siyahısı yayılıb.

32gun.az həmin siyahını təqdim edir:

▪️ Binəqədi rayonu, C. Xəndan küç. ev 32B ünvanında şəxsi mənzili
▪️ Qax şəhəri, “Nikolay körpüsü” yaxınlığında, çay kənarında inşa edilən 1 milyonluq mebel fabriki
▪️ Xırdalan şəhərində mebel sexləri
▪️ Qaxın İlisu kəndində sovet dövründə salınmış “Füzuli bağı” nın yanında 1 malikanə
▪️ İsveçrə, İtaliya, Ukrayna və Çexiyada müxtəlif şirkət və biznesləri
ŞİRKƏTLƏR:
▪️ “Lotos Co Ltd” MMC şirkəti
▪️ “Qamma Ltd” MMC şirkəti
▪️ “KONTUR-L” MMC şirkəti
▪️ “KROVN KO LTD” MMC şirkəti
▪️ “KON KO LTD” MMC şirkəti
▪️ “LİTER A KO LTD” MMC şirkəti
▪️ “LANDOR” MMC şirkəti
▪️ “TURİNA” MMC şirkəti
▪️ “GEB SOLEMİO AKTİENGESELLSCHAFT” Azərbaycan və İsveçrə şirkəti
▪️ “İLKİN-SERVİS” MMC şirkəti

Millətvəkili Azər Kərimli mətbuatda daha çox Qaxdakı ağac qətliamı ilə də məşhurdur.
Ardını oxu...
İddiaya görə, A.Kərimli ağac materialları və mebelqayırma sahəsində biznesmendir. Mətbuatda gedən məlumatlara görə, Qaxda ağac biznesinin önündə gedən əsas fiqurlardan biri 19 ilin passiv deputatı kimi tanınan Azər Kərimov və onun rayon mərkəzində biznes işlərində yaxından köməklik göstərən Qax rayon sakini, biznesmen Nəzirov Elşən Nemət oğludur. İddiaya görə, A.Kərimli məhz qiymətli ağacları İtaliyay daşımaqda xüsusi canfəşanlıq göstərir. Axı İtalıyada qiymətli ağaclardan mebel sənayesində istifadə olunur.
Ardını oxu...
Deputat Azər Kərimlinin da mövqeyini dərc etməyə hazırıq. Məlumatlarda həmçinin bildirilir ki, yaxın dostu Elşən Nəzərovu da bu işə cəlb edərək rayondakı qoz və palıd ağaclarının ilkin emalı üçün özünəməxsus böyük sexdə emal işlərilə məşğul etmişdir.
Ardını oxu...
Belə ki, Qax şəhərinin Şərq istiqamətindən dəmir "Nikolay körpüsü”nü keçib 150 metr şimal istiqamətnə getdikdən sonra çay kənarında inşa edilən böyük mebel fabriki mövcuddur. İnşaası 1 milyon manata başa gələn nəhəng fabrik strateji bir obyekt kimi hər tərəfdən müşahidə kameraları və ciddi rejimli mühafizə dəstəsinin nəzarəti altında qorunur. Fabrikin sahibi E.Nəzərəov deputatla sövdələşdiyi kimi əldə etdiyi ağac materiallarını yarımfabrikat halına salaraq birbaşa Xırdalan şəhərində yerləşən və deputat A.Kərimliyə məxsus mebel sexlərinə gətirilir. Ən müasir avadanlıqlarla təchiz edilmiş bu sexlərdə qoz və şabalıd ağacları yüksək texnoloji üsullarla emal edilərək standart formada hazırlanmış detallar mebel istehsalı üçün birbaşa İtaliyaya göndərilir.

Həmçinin qeyd edilir ki, Azər Kərinmli və Elşən Nəzərov birliyi Qax rayonunu işğal edərək meşələrinin axırına çıxmaq üzrədirlər. Və çox təəssüflər olsun ki, 22 ildir "ağac killer”ləri olan bu milyonerlərə DUR deyən hələki yoxdur.
 
Ardını oxu...
15 noyabr məsələsi Milli Məclisdə müzakirə edilməldir… Havalar soyuyan kimi Bakının “istilik dərdi” başlayır. Yaşlı Bakı sakinləri deyir ki, ehh sovetin qədrini bilmədik, nəinki mənzillər, az qala binaların “podyezdləri” də qışın soyuğunda istidən buğlanırdı. Amma 30 ildir ki, Bakının istilik dərdinə əncam çəkən yoxdur.
Məlumat üçün qeyd edək ki, təkcə Bakının deyil, bütün Azərbaycanın istilik məsələsini həll etmək üçün Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamı ilə “Azəristiliktəchizat” ASC yaradıldı. Bu qurumun 100 faizlik səhm paketi dövlətə məxsusdur, yəni özəl-filan qurum deyil. Bu qurumun sədrini Prezident təyin edir. ASC təkcə yaşayış binalarını deyil, təhsil müəssisələrini, uşaq bağçalarını, xəstəxanaları istiliklə təmin edir.
Daha doğrusu etmir, ETMƏLİDİR. ASC-nin təkcə Bakıda 20 İstilik Sistemləri İstismar Sahələri, 52 rayonda İstismar şöbələri, 11 istismar təsərrüfatı, sədri, müavinləri, idarə rəisləri...hamısının da Allah qoymasa bahalı xidməti avtomobillərə və daha nələr. Dövlət ASC-yə 100 milyonlarla pul ayırır. Amma...
Əmması odur ki, ötən il ASC-nin 41 milyon borcu ortaya çıxdı və bunun 25 milyonu Azəriqaza olan borcudur. Bunlardan soruşan yoxdur ki, əhaliyə 1 kvm-i qızdırmaq üçün istiliyi 15 qəpiyə, qeyri-əhaliyə 25 qəpiyə satırsınız, bəs bu yığılan pullar hara gedib..?
Əlbəttə, ASC-yə 17 il rəhbərlik etmiş Yaşar Həsənov özünə Troya şadlıq evi, Atilla restoranı tikəndə ASC-nin borcu 41 milyon deyil, 100 milyon da olacaq. Yaşar Həsənovun əmlakının, mülklərinin, oğlunun bahalı avtomobuillərinin siyahısını uzun-uzadı yazmağa həvəsimiz yoxdur. Təkcə onu qeyd edək ki, Yaşar Həsənov ASC-nin 1 MİLYONLUQ tenderini, müxalifətçi yerlisinə, əslən Ordubaddan olan partiya sədrinə verib. Qazanların, qurğuların alınması üçün keçirilən tenderlərin hamısını Yaşar Həsənovun qohumları udub. Qısa məlumat üçün qeyd edək ki, bu adam sabiq mer Hacıbala Abutalıbovun ailəvi yaxını olan şəxsdir. Ən dəhşətlisi odur ki, bu adam tabeçiliyində olan şəxslərə əə, xiyar, əə danabaş deyə müraciət edir, çox vaxt iclaslara telefonla qatılır, deyir noolsun, Rəsul ( Quliyev ) müəllim də partiyasını telefonla idarə edir.
Sözün qısası, bu anormal tip 17 il Azərbaycanda istilik sistemlərinin başına oyunlar açıb milyonlar qazanıb, ancaq 40-50 illik istilik trubaları dəyişdirilməyib. Hər il qış gəlməyə yaxın oxuyuruq ki, filan məktəbdə şagirdlər soyuqdan donur...filan uşaq bağçasında körpələr soyuqdan titrəyir...filan binalarda istilik yoxdur...noyabrın 15-indən 10 gün keçib, ancaq binalara istilik verilmir...və daha nələr.
Axı, bu qurum, yəni ASC yarananda, cənab Prezident İlham Əliyev demişdir ki, biz “Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq. Amma bu problem illərdir ki, davam edir. Yeri gəlmişkən, ASC-nin 41 milyon borcunu nə üçün dövlət ödəməlidir..?
Dövlət kiminsə dədəsi, babası deyil ee, dövlət sənsən, mənəm, bizik... Yaşar Həsənov pulları yeyəcək, niyə biz ödəməliyik..? Qoy Yaşar Həsənovun əmlakını satıb qurumun borcunu ödəsinlər. Hər il Azərbaycan qış rejiminə keçir, amma istilik gəlmir. Hər dəfə də ASC-nin məsul şəxsləri televizora çıxıb utanıb-qızarmadan deyirlər ki, qazanxanalardakı su yavaş-yavaş qızmağa başlayır.
Vallah, belə hal dünyanın heç bir yerində ola bilməz. Vətəndaşın nəyinə lazımdır ki, su qızır, ya qızmır, vətəndaş pulunu ödəyib istilik almaq istəyir. Xəstəxanalarda xəstələr soyuqdan donur, Yaşar Həsənov isə 10 milyonu təmir-tikinti adı ilə bacısı oğlu ilə qaynına bağışlayıb. Nə isə, bütün bu problemlərə görə, cənab Prezident 07 fevral 2022-ci il tarixdə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovu vəzifəsindən azad etdi. Və onun müavini İlham Mirzəyevə sədrlik vəzifəsi müvəqqəti həvalə edildi. Bu müddət ərzində nə dəyişdi..? Mirzə Cəlil demişkən, haman göl, haman qurbağa...
Yeri gəlmişkən, vətəndaşların tələb etdiyi bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır. Axı, nə üçün məhz 15 noyabrda abonentlərə istilik verilməlidir..? Bəlkə, noyabrın 5-də, yaxud oktyabrın 20-də qar yağacaq, havalar soyuyacaq...indi vətəndaşlar titrəyə-titrəyə noyabrın 15-ini gözləməlidir..?
Biz bir media olaraq hesab edirik ki, bu məsələ müvafiq dövlət qurumlarında qaldırılmalı, hətta Milli Məclisdə müzakirə edilməlidir. Əgər məsələyə hərtərəfli yanaşsaq, noyabrın 15-ini yaddan çıxararaq, heç olmasa noyabrın biri ilə əvəz etməliyik. Onda nə Sovet dövrünün alimlərinin hesablamalarını, nə də ki indiki soyuğun təsirini müzakirə etməyə ehtiyac qalmaz.
P.S Soyuqdan qırılırıq, cənablar!!! //gundelik-baku.com//
 
Ardını oxu...
161 saylı məktəbin direktoru Ruhiyyə Tağıyevanın sosial şəbəkələrdə səs yazsı yaylıb.

Sözügedən səs yazısında məktəb direktoru məktəbin hansısa təmizlikçisi ilə mübahisə etdiyi məlum olur, səs yazsında direktor etikadan kənar ağır təhqir dolu söyüşlər səsləndirir.

O, təmizlikçi işləyən xanıma bundan "sonra burada işləməyəcəksən" kimi iradlar bildirir, qeyd edək ki, 161 saylı məktəb direktorunun adı bir neçə qalmaqalda hallanır, onun sonuncu qalmaqalı məktəbdə tədbir zamanı Şəhidlərmizin anın ərəfəsində ayağa qalmayaraq fotoları sosial şəbəkələrdə tənqidlərə səbəb olmuşdu. Ümidvarıq bu rəzil səs yazısından sonra Təhsil Nazirliyi sözü gedən məktəbə ciddi nəzarətin əsirgəməyəcək.
Azərbaycan reallığı.

 

Dünyapress TV

Xəbər lenti