Ardını oxu...

Son aylar Masallıda hamının gözü bir nöqtəyə dikilmişdi – rayona bir neçə ay öncə təyin olunmuş Araz Əhmədov əvvəlki rayon rəhbərinin xeyir-duası ilə icra hakimiyyətinin 10-15 metrliyində qanunsuz tikilmiş marketi sökdürə biləcək, ya yox?

Hə gün bir xəbər yayılırdı. Biri deyirdi, təzə gələn də payın alıb, göz yumacaq. Digəri deyirdi, icra başçısı olmur, kim olur olsun, bu böyüklükdə obyekti sökdürə bilməz, onun arxasında çoxlu pul və güclü adamlar var və s.

Bu gün, noyabrın 6-da həmin obyektin söküntüsünə başlanıldı. Obyekti yüngül konstruksiya ilə inşa edən Rusiya vətəndaşı Azər İsmayılov və onun vəkili bura toplaşan əhali qarşısında çıxış edərək bildirdi ki, sənədlərimiz qanunidir, əlimizdə məhkəmə qərarı var və sair.

İcra hakimiyyətinin nümayəndəsi kimi şəhər nümayəndəliyinin əvəzi Vahid Əhədov isə öz çıxışında onun dediklərini təkzib etdi. V. Əhədov bildirdi ki, tam qanunsuz tikilidir. Bu ərazi dövlət torpağıdır. Tikintiyə heç bir icazə, hər hansı smeta sənədləri yoxdur. Obyektin yaxınlığında, daha dəqiq desək, obyektə bitişik ərazidə yaşayan bir qrup yaşlı qadın narazılıqlarını bildirdilər ki, bu bina normal yaşayışımıza mane olur, burada bağça, qəşəng ağaclar var idi, hamısını məhv etdilər, pəncərəni qabağın tutublar, ətrafı görmürük, binanın zirzəmisini də zəbt ediblər.
Ardını oxu...

Obyekti inşa edən Azər İsmayılov bir dəfə çıxış edərək obyektin sökülməsini haqsızlıq, qanunsuzluq olduğunu bildirdi. Dəymiş ziyana görə kompensasiya tələb edəcəyini söylədi və sair.

Şəhər nümayəndəsi əvəzi Vahid Əhədov təkrar-təkrar qeyd etdi ki, bu binanın inşası üçün qanuni sənədlər yoxdur. Dövlət torpağı dükan yeri kimi satıla bilməz. Ortada Fövqəladə Hallar Nazirliyinin sərəncamı var ki, bu tikili müvafiq normalara uyğun deyil və sökülməlidir. Biz də bu qərarı icra edirik.

O həmçinin qeyd etdi ki, obyektə çoxlu ərzaq yığılıb. Dəfələrlə demişik ki, bu ərzaqları yığışdırın, lakin icra etməyiblər. Ona görə obyektdəki bütün məhsulları yığıb, müvafiq anbarları daşıyırıq. Bundan sonra obyekt söküləcək və digər müvafiq tədbirlər görüləcək.

Obyektin sökülməsinə az da olsa etiraz edənlər də oldu. Əksəriyyətin fikri isə bundan ibarət idi ki, belə qanunsuz əməllərin baş günahkarı sabiq icra başçısı Şahin Məmmədovdur. Necə olur ki, rayonun ucqarında bir daş-daş üstdə qoyulanda aləm dəyir bir-birinə, amma icra hakimiyyəti binasının 10 addımlığında, həm də icra başçısının yaşadığı evin bir addımlığında ağaclar kəsilir, bağça dağıdılır... amma icra başçısının xəbəri olmur?
Ardını oxu...

Bu işdə sabiq məmurlar – Məmmədhüseyn Hüseynov, Əbülfəz Nuriyevin, Abbas Mikayılovun adları hallansa da, əsas günahkarın sabiq icra başçısı Şahin Məmmədov olduğu heç kimə sirr deyil. Obyekt sahibini də ziyana saldı, keçmiş işçilərini də.

Xatırladaq ki, bu Şahin Məmmədovun ilk belə addımı deyil. İcra hakimiyyəti binasının qarşısındakı Qazanxana da onun tamahının badına getdi. Belə ki, Qazanxana təmir olunmaq əvəzinə, sabiq 1-ci müavin M. Hüseynovun qohumuna satıldı. Qısası, əvvəlki rəhbərliyin belə qanunsuz əməllər onlarladır və hamısı araşdırılır.

Mahmudavar kənd sakini Fariz Fərəcov bizimlə söhbətində bildirdi ki, icra başçısı bu məsələdə çox cəsarətli və qətiyyətli addım atdı. Yəqin çoxlarına dərs oldu ki, qanunsuz addım heç vaxt cəzasız qalmır. Şəxsən bu addımına görə ona hörmətim xeyli artdı. Bəlli oldu ki, dediyi hə sözün sahibidir. Deməli, hansı vəd verirsə, arxasındadır.

Söküntü ilə bağlı yazdıqlarımıza əlavə olaraq bildiririk ki, olayın əvvəlində obyekt tikən şəxs içəridəki malların özləri tərəfindən daşınmasına etiraz etsə də, sonradan öz adamları vasitəsi ilə buradakı ərzaqların daşınmasına başladı və binanın sökülməsində özləri də iştirak etdi.

6 may 2022-ci il, saat 17. 30 radələrinə kimi marketdəki əsas mallar daşınıb qurtarmış, artıq ilk söküntü işlərinə başlanılmışdır.

Söküntü işləri bu gün yekunlaşmalıdı.
Ardını oxu...

Qeyd: Söküntü zamanı cenubxəbərtv canlı yayım təşkil etmişdi. Çəkiliş həvəskar operator tərəfindən aparıldığı üçün bir qədər zəif alınmışdı. Daha mükəmməl çəkiliş isə yaxın vaxtlarda sizlərə təqdim olunacaq.

Cenub.az

 

 

www.AzadMedia.az
Ardını oxu...
 
 

Daşkəsən rayonunun İcra Başçısı Əhəd Abıyev qalmaqallı adam olmaqla yanaşı, həm də böyük maddi imkanlara sahib olan məmur kimi tanınır.

 

Xalqxeber.az bildirir ki, 32gun.az mətbyatda və sosial şəbəkələrdə yayılan məlumatıara istinadən xəbər verir ki, onun böyük gəlirlərə çıxışı isə hələ deputat olan zamanlardan başlayıb.

Daşkəsənin icra başçısı təkcə vəzifə deyil, həmçinin digər işlərin də həvəskarıdır. Məsələn, o, maşın kolleksiyası həvəskarıdır.

Məlumatlara görə, Əhəd Abıyevin maşın kolleksiyasında ən bahalı avtomobil “Bentley”dir. Qiyməti 500 min manat civarında olan bu maşından başqa, Daşkəsənin icra başçısının digər bahalı avtomobilləri də var. Özünün ən çox istifadə etdiyi maşın isə motorunun gücü 4700 kub olan “Toyota Lexus”dur ki, onun da qiyməti 150 min manatdan ucuz deyil.

Hətta mətbuatda qeyd edilir ki, Əhəd müəllimin "Bentley"i iki dənədir.

Amma Əhəd Abıyev təkcə, avtomobil deyil, həm də motosiklet həvəsində olan icra başçılarından sayılır. Əldə etdiyimiz məlumatlara görə, Daşkəsənin icra başçısı hələ bir neçə il öncə özünə 23 min dollar dəyərində olan “Honda” firmasının istehsalı olan motosiklet alıb.

Qeyd edək ki, bu bizim araşdırmalarımız nəticəsində bəlli olan kolleksiyanın bir hissəsidir. İcra başçısının digər bahalı avtomobillərin sahibi olması istisna deyil.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

XalqXeber.Az
Ardını oxu...
DogruXeber.az: - Rəsmi xəbərlərdə "inkişaf"etdiyi deyilən müasir Azərbaycan təhsilinin daha bir "üz qarası" cəmiyyətə açıqlandı.
Bakının daha bir məktəbində bir neçə müddətdir davam edən daxili qalmaqal mətbuata ayaq açdı.

Belə ki, Bakı şəhər Yasamal rayonunun Cəfər Cabbarlı adına 161 saylı tam orta məktəbində bir neçə ay öncəyə qədər texniki işçi olduğunu və artıq məcburi işdən çıxma ərizəsi yazdırılaraq, işdən çıxarıldığını deyən Zülfiyyə adlı xanım "DogruXeber.az" informasiya agentliyinə müraciət edib. Həmçinin, agentliyin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı " proqramı ilə canlı telefon bağlantısı yaradılan Zülfiyyə xanım bildirir ki; - "Mən bir neçə ildir 161 saylı məktəbdə texniki işçi idim. Bu ilin avqust ayının 1-də məzuniyyətə çıxdım. Oğlum ön cəbhədə hərbi xidmətdədir. Məzuniyyət müddətində oğlumu görmək üçün yanına getməyə hazırlaşırdım, məktəbdən zəng gəldi ki, "məktəbə gəl".
Dedim, - "gələ bilmərəm, işlərim çoxdur, oğlumun yanına gedirəm".

Gedib-gələndən sonra məktəbin direktoru Ruhiyyə Tağıyeva məni yenidən yanına çağırdı, getdim. Otağına girən kimi mənə, çağırışına getmədyim üçün çox təhqiramiz sözlər dedi.
Dedim, "dövlətin qanunu var, mən qanuni şəkildə məzuniyyətdə idim".

Ruhiyye Tagiyeva, "Dövlət kimdir, mən sənə deyirəm "gəl", Mən direktoram, nə desəm etməlisən" deyə, aqressiv şəkildə şəxsimə aşağılayıcı sözlər dedi. Heç nə demədən, otaqdan çıxdım. Səhəri gün məni təkrar bir də otağına çağırdı. Bu dəfə isə təkrar təhqir edəcəyini bildiyim üçün telefon səsyazanını işə saldım, otağa elə girdim. Otağa girən kimi, direktor Ruhiyyə xanım təxmin etdiyim kimi yenidən məni yenə də şərəf və ləyaqətimi alçaldan, aşağılayıcı sözlərlə təhqir etməyə başladı. Mən sadəcə ona cavab verdim.



Sonra mənə dedi, -"ərizəni yaz çıx". Mən buna etiraz etdim. Ruhiyyə Tağıyeva ərizəmi yazmadığım halda, "70-in C bəndi ilə işdən qovmaq"la təhdid etdi. Mən də məcburiyyət qarşısında qalaraq, ərizə yazıb, işdən çıxdım.".



Qeyd edək ki, sosial medialarda yayılan məlumatlara görə sözügedən direktor Ruhiyyə Tağıyeva rəhbərlik etdiyi məktəbdə keçirilən tədbirlərdən birində şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edərkən, nə direktor özü, nə də yanında əyləşən digər şəxslər ayağa qalxmayıb. Amma, söz veriləndə ayağa qalxıb 2-3 kəlimə "tamadasayağı" çıxış edib və sözü müavininə verib, əyləşib.

Məlumatla Bağlı şəhər Təhsil İdarəsinin mətbuat xidməti ilə əlaqə saxladığımız zaman da bizə bildirildi ki, tədbirdə şəhidlərin xatirəsinə qarşı hörmətsizlik etdiyinə görə sözügedən direktora töhmət verilib. Baxmayaraq ki, Ruhiyyə Tağıyeva bununla bağlı mətbuat nümayəndələrinə "o tədbir deyildi, tədbir öncəsi hazırlıq idi, tədbir ondan sonra keçirilib" deyə bir açıqlama verib. Lakin, məktəbin redaksiyamıza müraciət edən keçmiş işçisi Zülfiyyə xanım direktorun açıqlamasının doğru olmadığını bildirdi.

P.S: Yeri gəlmişkən, Zülfiyyə xanımın iddiaları ilə bağlı 161 saylı məktəbin direktoru Ruhiyyə Tağıyeva ilə telefon əlaqəsi saxladıq. Ruhiyyə xanım Zülfiyyə xanımın iddialarını etiraf etdi və bildirdi ki, "Məni çox əsəbləşdirmişdi, ona görə ağzımdan o sözlər çıxdı".

Yuxarıda sizə təqdim etdiyimiz videolinkdə diqqət etdinizsə, Zülfiyyə xanım direktor barəsində daha böyük bir şokedici faktı da açıqladı. Xanım bildirdi ki, "Ötən il 3A sinifinin rəhbəri analıq məzuniyyətinə gedib. Lakin, onun adı məzuniyyətdə deyil, işdə gedib, əmək haqqını isə direktor Ruhiyyə Tağıyeva özü alıb.".

Doğrudur, biz bu barədə "DogruXeber.az" redaksiyası olaraq, Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinə məlumat verdik. Lakin, aydın məsələdir ki, direktorları təyin edən də, işdən çıxaran Elm və Təhsil Naziridir. Amma, heç onun da bu barədə hər hansı bir tədbir görəcəyinə adamın inanmağı gəlmir. Çünki, bundan əvvəl bu cür qanunsuz əməlləri olan, adı korrupsiyada hallanan məktəb direktorlarının işində qalmağa davam etdiyini, adi bir töhmət, yaxud yerdəyişmə ilə "söhbəti bağladığı"nı da az görmədik.

Necə deyərlər, "bığdan götürüb, saqqala qoyurlar". Dəyişən sadəcə iş otağı olur. İnsan eyni, vəzifə, səlahiyyət eyni. Yəni, həmin əməllərini davam etdirməsi üçün əlverişli fürsət.

Ruhiyyə xanıma da bir dəfə töhmət verilib, gözləyək görək növbəti addımda onu hansı məktəbə transfer edəcəklər?!

Yeri gəlmişkən, onu da qeyd edək ki, bir neçə gün əvvəl 211 saylı orta məktəbin direktoru barəsində də Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova telefon vasitəsilə şəxsən məlumat vermişdik. Eyni zamanda məlumatla bağlı materialları və məmulatları rəsmi blankda Cəsarət Valehovun votsap ünvanına göndərmişdik.

Bundan qısa müddət sonra 211 saylı orta məktəbin direktoru Həcər Mahmudova işindən azad edildi və 30 nömrəli orta məktəbə direktor təyin edildi. Ancaq, maraqlıdır ki, Bakı şəhər Təhsil İdarəsi məlumatımızdan sonra atılan bu addımlar barəsində ilk olaraq, bixs digər saytlardan birinə məlumat verib.

Bəlli ki, özləri də verdikləri qərarın nə qədər gülünc bir qərar olduğunun fərqindədirlər və bu barədə verəcəyimiz suallarla üzləşmək istəmədilər. Ya da təhsil başda olmaqla bütün qurumlarda baş verən bütün qanunsuzluqlar və özbaşınalıqlar barəsində gerçəkləri ictimailəşdirdiyimiz üçün rəsmi açıqlamanı da bizə deyil, gerçəkləri deyil, şəxsi maraqları naminə birtərəfli fəaliyyət göstərən saytlara verməyi tərcih ediblər.

Amma, səbəb nə olursa olsun, məlumat verən biz olduğumuz üçün, görülən tədbirlər barəsində məlumat verməli olduqları da bizik.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
“Son illər Təhsil naziri vəzifəsini daşıyan şəxslər bir neçə dəfə dəyişsə də, ondan aşağı vəzifədə olan «köhnə qurdlar» uzun illərdir ki, dəyişməz olaraq qalır və məktəblərdə rəhbər vəzifələrə özlərinin qohumlarını yerləşdirir, sonra isə onlardan casus kimi istifadə edərək, öz planları yolunda maneə hesab etdikləri dürüst adamların quyusunu qazır, şərləyir, vəzifədən kənarlaşdırırlar ki, digər qohumlarını da yerləşdirsinlər. Təhsil Nazirliyində yüksək vəzifədə olan Rauf Orucov və keçmiş 1 sayli Ərazi Maliyyə İdarəsinin rəisi Elxan Süleymanov Masazır 4 N-li tam orta məktəbin yuxari siniflər üzrə direktor müavini vəzifəsinə təyin etdirdiyi səriştəsiz şəxsin məktəbi nə vəziyyətə salmağından ya xəbəri yoxdur, ya da bilə-bilə dəstəkləyir. Layiq olmadıqları mühüm vəzifələri zəbt eləmiş bu şəxslər cənab nazir Emin Əmrullayevin təhsildə həyata keçirdiyi inkişafa yönəlik islahatların gedişinə, tədris prosesinin pozulmağına şərait yaradırlar”.

Etibarlı mənbədən Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, yuxarı siniflər üzrə direktor müavini Həlimova Cəhanə və təşkilatçı Zəminə İbrahimova dərsə gəlməyən şagirdlərə “qayıb” yazdığına görə şagirdləri və valideynləri hərbi rəhbər Əliyev Adil müəllimin üzünə qaldırır, məktəbdə təxribat törədir, tədrisə maneə olurlar: “Qayıblərə görə birbaşa hər iki müavin cavabdeh olduğuna görə məsuliyyəti boyunlarından atmaq üçün Adil müəllimi şərləyib, aktlaşdırıb ona töhmət veriblər. Cəhanənin nazirlikdəki qohumu Maliyyə Şöbəsinin müdiri Rauf Orucov direktor əvəzi Fəxriyyə Hüseynovaya təzyiq göstərdiyindən, məktəbi birbaşa Cəhanə Həlimova öz bildiyi kimi idarə edir. Direktor əvəzi üçün Cəhanə Həlimovanın sözü qanundur. Heç yerdə müəllim işləməyən, tədrisdən başı çıxmayan Cəhanə, Əmək Məcəlləsinin tələblərini pozaraq, bir günə müəllimlərə maksimum 8 saatdan artıq dərs verilməsi mümkün olmadığı halda, onlara 9-10 saat dərs vermişdir. Bu yolla Cəhanə müəllimlərin “hörmətini” qazanıb direktor olmaq istəyir. Həftədə II gün Sübhi İlyasov 9 saat ingilis dili, IV gün yenə Sübhi müəllim 9 saat, III gün A.Gülər müəllimə 10 saat, VI gün Ramil müəllim 9 saat və s”.

Ardını oxu...
Ardını oxu...

Mənbənin redaksiyaya təqdim etdiyi cədvəllər maraq doğurur: “Cəhanə Həlimova tərəfindən direktor əvəzi Fəxriyyə müəlliməyə təqdim olunmuş orijinal “excell” proqramı ilə yazılmış cədvəldir. Stolunun üstündəki kağız cədvəl isə pozanlı qələmlə yazılmış, yoxlama gələndən gələnə dəyişilən cədvəldir. Azərbaycan bölməsi müəllimlərindən Ətirnaz və Məmmədova Günelə rus bölməsinin ingilis dili dərslərini vermişdir. İbtidai azərbaycan bölməsində xarici dil bölünmə dərslərini ləğv edib, rus bölməsində isə saxlayıblar. Sentyabr və oktyabr ayları həmin müəllimlər dərs keçmiş, oların əmək haqqlarını ödəməmislər və rus bolməsində ingilis dili bölünməsini ləğv etmişlər. Ancaq öz xeyrinə işləyən müavin müəllimlərin cədvəlini maksimum saatlarla və həddi aşan saatlarla yığdığından bütün ibtidai siniflərdə ləğv edib, əksinə, davamiyyəti cox aşağı olan 9-10-11-ci siniflərdə saxlamısdır. Məktəbin müəllimləri bu məsələyə görə bir neçə dəfə regional idarəyə müraciət etmişlər. Buna bəhanə olaraq bölünmə otaqlarının balaca olduğunu gostərir. Lakin cədvəli qanunla düzgün formada qursayd, siniflərdə bölünmə dərsləri keçilərdi. Dövlətin məktəbə verdiyi linqafon otağının isə bəxti açılmır, daima qapısı qıfıldadır, Onu gəlin cehizi kimi qoruyub saxlayırlar. Halbuki, dövlətimiz xarici dil dərslərini linqafonlarla dinləmə dərslərinin tədrisi üçün əyani vəsait kimi təmənnasız vermişdir.

Cəhanə Həlimovanı dəstəkləyən təşkilatçı İbrahimova Zəminə rayon məktəblərinin birində staj hesablanmaqdan ötrü adını yazdırmış, hətta keçmiş məktəbinin sistemində adı belə yoxdur, əmək tarixçəsində 9 il fasiləsi var. Hər iki müavinin 2 ədəd töhməti var. Həlimova Cəhanə Masazır 4N-li məktəbə gəlməkdən ötrü məktəbdə bir sıra problemlər yaratmış, onun gəlişi bir il ləngisə də, gəldikdən sonra əsl tufan-qasırğa qoparmışdır. Direktor vəzifəsinə keçməkdən ötrü məktəbin əvvəlki direktoru Roza Məmmədovaya qarşı plan quraraq, onu “peşəkarlıqla” yola salmışdır”.

Mənbə həmçinin bildirir ki, hər dəfə adları çəkilən şəxslərin vəzifədən kənarlaşdırılması məsələsi aktuallaşanda Nazirliyin Maliyyə Şöbəsinin müdiri Rauf Orucov direktor əvəzlərinə təzyiq göstərərək, qohumlarını işdə saxlamağa nail olur: “Hətta direktor əvəzi vəzifəsini Elşən Qurbanov icra etdiyi vaxtda hər iki direktor müavininin işdən çıxarılması əmri gəlibmiş, amma Elşən Qurbanovu onların barəsində müsbət rəy yazmağa vadar etdilər. Rus sektoru üzrə direktor müavini Ofeliya Balakən məktəbindən Əmək Məcəlləsinin “70 ç” maddəsi ilə qovulan adamdır, onun iki əmək kitabçası var. Bu məsələlər ciddi araşdırılmalıdır”.

Mövzuya qayıdacağıq.

P.S. Faktların nə dərəcədə doğru olub olmadığını öyrənmək üçün məktəbin rəhbərliyinə müraciət etsək də, bildirdilər ki, suallarınızı ancaq Regional Təhsil İdarəsinə verə bilərsiniz. Bu idarənin rəhbərliyinə ünvanladığımız rəsmi sorğu məktubuna isə aylardır cavab verən yoxdur

Deryaz.az

Ardını oxu...
Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olan və yaşayan Razim Məmmədov Rasim oğlu Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı tərəfindən aldadılaraq külli miqdarda pulunun alındığını bildirib.

DİA.AZ bildirir ki, bu barədə Oxu.az-ın redaksiyasına zərərçəkən R.Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Rusiya Federasiyasına meyvə-tərəvəz sataraq qazanc əldə edib, ailəsini dolandırıb:

“Hər dəfə malları ölkədən Rusiyaya göndərəndə DGK-nın Tovuz Gömrük İdarəsinin Poylu gömrük məntəqəsində böyük müfəttiş işləyən Umudov Vüqar Zakir oğluna heç bir qəbz və ya sənəd istəmədən tələb etdiyi pulu verərək, malların sərhədi keçməsini təmin edirdim.

Sonuncu dəfə 2014-cü ildə malları keçirəndə məndən gömrük rəsmiləşməsi adı ilə 200 000 manata yaxın pul istədi, lakin o qədər məbləği verə bilməyəcəyimi, yalnız mallar satıldıqdan sonra istədiyi pulun bir hissəsini verə biləcəyimi dedim. Vüqar da bununla razılaşdı. Lakin həmin vaxt göndərilən malların bir qismi xarab oldu, Rusiya rublu devalvasiyaya uğradı və mən heç göndərdiyim malların mayasını çıxara bilmədim. Nəticədə müflis oldum”.

O qeyd edib ki, 2022-ci ildə Umudov Vüqar Zakir oğlu Şəmkir Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, ondan və İsayev Daşqın Qurban oğlundan 124 min 850 ABŞ dolları məbləğində pulun tutulması ilə bağlı iddia qaldırıb:

“Həmin məhkəmənin 10.02.2022-ci il tarixli 2(076)-204/2022 saylı qətnaməsi ilə hər iki cavabdehdən müştərək qaydada 98 000 manat miqdarında pulun tutulması qət edilib. Qətnamədə də qeyd olunur ki, məhkəmə iclasında iddiaçı Umudov Vüqar Zakir oğlu izahatında göstərib ki, Tovuz Gömrük İdarəsinin Poylu gömrük məntəqəsində böyük müfəttiş vəzifəsində işlədiyi müddətdə 2014-2015-ci illər ərzində cavabdehlərin Rusiya Federasiyasına qazanc məqsədilə apardıqları mallarla (meyvə-tərəvəz) bağlı Rusiya tərəfindən gömrük məntəqəsində yaranmış çətinliklərin həll olunmasına qarşılıqlı razılıq əsasında köməklik göstərib.

Guya gömrük rüsumunun ödənilməsində yaranmış çətinlik zamanı cavabdehlərin əvəzinə 124 850 (yüz iyirmi dörd min səkkiz yüz əlli) ABŞ dolları məbləğində gömrük rüsumu ödəyib. Halbuki, kənd təsərrüfatı mallarının ixracı əməliyyatı gömrük rüsumundan azaddır. Qeyd edim ki, heç zaman Rusiya Federasiyasının gömrük məntəqəsində çətinlik və problemlə rastlaşmamışam. Məhkəməyə müraciət etməzdən əvvəl Vüqar Umudov mənə dəfələrlə hədə-qorxu gəlib.

O məni həbs etdirəcəyini və həmin pulun “katyol”un, yəni Gömrük Komitəsinin rəhbərliyinin pulu olduğunu bildirib. Mənim pulu ödəməyəcəyim təqdirdə qohum və dostlarımın Rusiya ya göndərdikləri meyvə-tərəvəzi ölkədən buraxmayacağını, nəticədə həmin malların gömrükdə xarab olacağını və iflasa uğradacağını söyləyib. Məhkəmədə Vüqar Umudova borclu olmağımı etiraf etməyimin səbəbi də qohum və dostların işlərinə maneçilik törətməmək məqsədi daşıyıb.

İşə baxan məhkəmə sədri isə Vüqar Umudovun bu qədər vəsaiti haradan əldə etdiyini, Rusiya gömrüyünə mənim mallarıma görə ödədiyi pulun qəbzini tələb etməyib. Yalnız mənim etirafımı əsas götürərək, qətnamə qəbul edib. Halbuki, məhkəmə xidməti vəzifəsinə görə bu halları araşdırmalı, korrupsiya halı olduğu təqdirdə (hansı ki, korrupsiya halı var) xüsusi qərar qəbul edib araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərməli idi.

Məhkəmə iclası zamanı hakim Vüqar Umudova heç sual belə verməyib ki, mənim yerimə guya gömrük rüsumu ödəməkdə onun nə marağı var? Vüqar Umudov mənim nə qohumum, nə dostumdur, onunla bu işin gedişatında tanış olmuşuq”.

R.Məmmədov əlavə edib ki, digər cavabdeh İsayev Daşqın Qurban oğlu qətnamədən apellyasiya şikayəti verib:

“Gəncə Apellyasiya Məhkəməsinin 05.05.2022-ci il tarixli 2(104)-1520/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə ləğv edilib. Apellyasiya instansiyası da prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, şikayətə yalnız mübahisələndirilən hissədə baxıb. Hüquqi savadım olmadığı üçün elə zənn etmişəm ki, həmin instansiyada mənə aid hissəyə də hüquqi qiymət veriləcək.

İndi isə qətnamə icraya yönəldilib, barəmdə axtarış elan olunub, ölkədən getmək hüququm məhdudlaşdırılıb. Yenə də borcun ödənilməsi üçün rəsmi işə düzəlmişəm və borcun əməkhaqqımdan tutulması barədə Şəmkir Rayon İcra Şöbəsinə müraciət etsəm də, heç bir müsbət nəticə əldə olunmayıb. Bir sözlə, Azərbaycan məhkəmə tarixində bir ilk olub.

Məmurun ala bilmədiyi rüşvət dövlətin adından qəbul edilən qətnamədə borc kimi öz əksini tapıb. Gömrük Komitəsinin rəhbərliyindən xahişim odur ki, əgər Vüqar Umudovun dediyi kimi, həmin pul “katyol”un, yəni rəhbərliyin puludursa, müflis olmağımı nəzərə alıb “borc”un silinməsi üçün Vüqar Umudova tapşırıq verilsin”.

Məsələ barədə Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq həmin şəxs DGK-da xidmətdən çıxıb:

“Umudov Vüqar Zakir oğlu 2019-cu ildə öz ərizəsi ilə vəzifəsindən azad olunub”.
Ardını oxu...
"Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC “"Xətai rayonu, 263 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yerinin və ətrafının abadlaşdırılması"nın satınalınması” tenderlərinin nəticələrini açıqlayıb.

DİA.AZ xəbər verir ki, tenderin qalibi "Hidro Construction" MMC şirkəti olub. Şirkətlə 1 milyon 096 min 838 manat məbləğində müqavilə imzlanıb.

Onu da qeyd edək ki, "Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC “ ilk dəfə deyil ki, "Hidro Construction" MMC-yə belə qucaq açır. DİA.AZ xatırladır ki, elə təkcə keçən il eyni vaxtda sözügedən şirkətə 5 tender "qazandırıldı" ki, bu da nəticədə 30 milyon manatlıq İŞ HƏVALƏSİ İDİ...

Həmin dönəmdə yayılan informasiyada qeyd olunurdu ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC 5 tenderin nəticəsini açıqlayıb və burada da "Hidro Construction" MMC-nin adı keçirdi.

DİA.AZ bildirir ki, burada diqqətçəkəni odur ki, "Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC “ eyni məqsədlə keçən ilin dekabr ayında Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsindəki 263 saylı tam orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülərək yeni korpuslarının inşası üzrə 11 643 milyon manatlıq tenderin qalibi kimi "Hidro Construction” şirkətini elan etmişdi. Yəni son açıqlamadan aydın olur ki, "Hidro Construction" MMC bir məktəb üçün artıq 13 milyonluq vəsaiti xərf edib və iş hələ bitməyib.

Hər halda, gərəkən dövlət qurumlarının bu işi araşdırması zərurəti mövcuddur.

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Artıq xeyli zamandır ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dözülməz vəziyyət hökm sürür.

Ölkə büdcəsinin on milyonlarla vəsaiti hesabına başa gələn Sumqayıt Məhkəmə Kompleksində yerləşən Sumqayıt Ağır Cinayətlər Məhkəməsində proseslər aylarla ertələnir.

Kifayyət qədər məhkəmə iclas salonları, innovasiyalar və digər avadanlıqlarla təchiz olunmaqla yaradılan müasir şəraitli bu bina təxminən 1 milyon 460 min əhaliyə keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsi üçün inşa olunub.

Amma nə baş verirsə, adi 3-4 cildlik cinayət işlərinin baxılması az qala 2 ilə başa çatır. Burada səbəb hakimlərin tərəflərlə razılaşdırmadığı hallarda məhkəmə proseslərinin vaxtını ürəkləri istəyən tarixə salmaları, məhkəməyə 1 gün qalmış tərəflərə xəbər vermədən prosesləri ertələrmələridir.

Bu məhkəmələrdə iclas təyin olunan gün prosesin ertələnməsi adi hala çevrilib.

Təsəvvür edin ki, məhkəməyə Sumqayıta ətraf rayonlardan və Bakıdan gedən insanlar hansı duruma düşür.

Azərbaycanda elektron məhkəmə portalı üçün büdcədən milyonlarla vəsait xərclənib.

Amma Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin aparatı yerində olmadığı üçün məhkəmələrin vaxtını portala yerləşdirmir.

Adıçəkilən məhkəmənin telefonları belə vətəndaşların üzünə bağlıdır.

Maraqlıdır ki, məhkəmə binasının dəhlizlərində belə bu süründürməçiliyə etiraz edən insanların səs-küyünü məhkəmənin sədri Rəşad Əliyev eşitsə də buna əhəmiyyət vermir.

Gununsesi.info olaraq, ölkənin Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun bu biabırçılığa reksiya verməsini və Sumqayıt Ağır Cinayətlər Məhkəməsində nizam-intizam yaratmasına ümid edirik.

Gununsesi.info
 
Ardını oxu...
"2019-cu ilin əvvəllərində Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunan və 2 ildən artıq dövr ərzində bu struktura rəhbərlik etmiş Arzu Əlizadə Regional Təhsil İdarəsi yaradılarkən İdarənin Sumqayıt sektoruna müdir təyin edilib. Bu günlərdə bu postunu da itirən A.Əlizadənin qanunsuz əməlləri barədə mövcud olan faktlar, əslində, idarənin həmin dövrkü fəaliyyətinin ciddi araşdırılması və bu hallara hüquqi qiymət verilməsini tələb edir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Əvvəli burada:

Sumqayıt təhsili ona əmanət idi... - O İSƏ...

Sumqayıt təhsilində NƏ BAŞ VERİR?

Məqalənin davamında deyilir:

Arzunun revanş arzusu

Əldə etdiyimiz məlumata görə, A.Alızadə son olaraq Sumqayıt sektorunda tutduğu vəzifədən azad olunduqdan sonra yaxın çevrəsinə regional idarənin yeni rəhbərliyini rahat buraxmayacağını, informasiya müharibəsinə başlayacağını bildirib.

32 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra etmiş, bu yaxınlarda şagirdlərdən pul tələb etməsi ilə bağlı səs yazısı ilə məşhurlamış Esmira İbrahimova haqqında məlumatın ikinci dəfə mediada gündəmə gətirilməsi, eləcə də E.İbrahimovanın açıqlamalarının təşkil olunması da bu mənada təsadüfi görünmür.

Bu fonda A.Alızadənin yaxın günlərdə öz köhnə “silahdaşları”nın da dəstəyi ilə media və sosial mediada yeni kampaniyaya start verəcəyi proqnozlaşdırılır. Vəzifədən azad olunmasını həzm edə bilməyən keçmiş müdir indiki mövqeyi ilə faktiki olaraq həm də təhsil nazirinə qarşı gedir.

***

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

 
Ardını oxu...
 
2019 -cu ildə Ağstafa rayonunda yerli özünü- idarəetmə orqanı bələdiyyələrə seçkilər keçirilən zaman həyata keçirilən qanun pozuntularının fəsadları özünü göstərməkdədir.
Belə ki,o zaman rayon rəhbərliyində təmsil olunan bir sıra vəzifəli şəxslərin korporativ maraqlarından irəli gələn bir şəkildə seçkiyə müdaxilə,baxça müdirəsinin,məktəb direktorunun,idarə rəisinin,yaxınlarının vəs. həm də bələdiyyəyə üzv "seçilməsinə" səbəb olub.
Faktinfo.az bildirir ki,burada məqsəd birinci halda həmin vəzifəli şəxslərdən pul almaq,ikinci halda ediləcək qanun pozuntularından kimsənin xəbərdar olmamasını təminat altına almaq ola bilərdi.Belə də, AĞISTAFA şəhəri və onun kəndlərində istədikləri şəxsi seçki qutusundan çıxara biliblər.Amma RİH-dəki həmin vəzifəli şəxslər irəliləyən aylarda onları nələrin gözləyəcəyini proqnozlaşdıra bilməyiblər. Ağstafa RİH-in birinci müavini həbs olunub,Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov adında birisi də işindən "tullanılıb".

Əlqərəz, bu özfaliyyətlərə qurban verilən seçki prossesindən karlı çıxanlar,bələdiyyə inistitutunun formalaşmasına maneə olanlar kənarda qalıb,fəsadlarını bu gün də aradan qaldırmaq mümkün olmayan kəndlərdə əziyyətə salınan, bələdiyyəsiz qalan kasıb zümrə olub.

Hazırda Ağstafanın bir sıra kəndlərində olduğu kimi Qıraq Kəsəmən kəndində də bələdiyyə sədri olmaq istəyən yoxdur,kənd bir neçə ildir əziyyətlidir.İcarə müqaviləsi imzalamaq istəyən şəxslər,yaranan zəruri hallarda bələdiyəyə müraciət etməli insanlar,onlarla problem vəs. barədə kimə üz tutacaqlarını bilmirlər.Apardığımız araşdırmadan bəlli olur ki,"rəsmiyyət" üçün də olsa RİH-in bələdiyyələrə aid siyahısında Yaqubəliyev Ramel Yaqubəli oğlunun adı hələ də saxlanılır.

Beləliklə peçatı,ştampı illərlə onun-bunun,RİH rəsmilərinin cibində gəzən Qıraq Kəsəmən kənd bələdiyyəsi formal xarakter daşıyıb, "papka" funksiyasından o yana keçməyib.Yəni "fatı dur, fatı otur" qədər iryənc şəkil alıb.

Həmçinin,kənd bələdiyyəsinin balansında olan torpaqlar aidiyyatı oldu-olmadı rəsmiləşdirilərək satılıb.Odur ki,Ağstafanın istənilən ərazisində olduğu kimi,Qıraq Kəsəmən kəndində də bələdiyyənin balansında olan torpaqların "icarə müqaviləsi" əsasında kimlərə verildiyi,hansı illərə rəsmiləşdirildiyi təftiş edilməlidir.

Bəlkə bu halda gələcəkdə kənddə bələdiyyələrə seçkilər normal keçirilə,bələdiyyə üzvüləri də istədikləri şəxsi bələdiyyə sədri seçə.Nəticədə,Qıraq Kəsəmən kəndində də bələdiyyənin görməli olan bir sıra problemlərdən bir qismi, heç olmasa həllini tapa.

Dünyapress TV

Xəbər lenti