Ardını oxu...
Neftçiləri Neft Daşlarına aparıb gətirən Q.Qarayev gəmisində işçilərlə bərabər Xəzəriaşənin mallarının da yüklənməsi davam edir.
Belə ki, neftçilər hər dəfə Neft Daşlarına gedəndə və qayıdanda iki saata yaxın gözləməlidirlər ki, Xəzəriaşənin malları gəmiyə yüklənsin. Belə ki, sahildən saat 8- də çıxmalı olan gəmi , Xəzəriaşə malları yukləndikdən sonra ,saat 10 da çıxır Neftçilər işə gəminin içərisində gözləmək məcburiyyətində qalırlar.
Teref.az xəbər verir ki, bunu Neftçilərinb hüquqlarını qoruyan Mirvari Qəhrəmanlı yazır. Daha sonra Mirvari xanım yazır:
Neft Daşlarından yola düşdükdə isə Xəzəriaşə konteynerləri bosalmayanadək gəmi yola düşə bilməz. Yenə də evə getməli olan Neftçilər gəmidə gözləmək məcburiyyətində qalırlar.
Sual: Azneft İB Baş Direktor müavini cənab İkram Qurbanov , Q.Qarayev gəmisi sərnişin daşımaq üçün nəzərdə tutulduğu halda niyə işçilər Xəzəriaşə konteynerləri birlikdə yola salınır?
Şirkətlə Xəzəriaşə arasında bağlanmış müqavilə öhdəçiliyində hansı şərtlər mövcuddur?
Şəkildə gəmidə görünən içi ərzaqla dolu və su qablari yerləşdirilmiş Xəzəriaşəyə məxsus dəmir konteynerlərdir
Teref.az
Ardını oxu...
 
 
 
Ardını oxu...
Qonşu İranda nələrin baş verdiyindən hamımızın xəbərimiz var: Qadınlar çadralarını çıxarıb atırlar, əxlaq polisi də onları cəzalandırır, xeyli ölən var. Redaksiyamıza şikyət edən Rəqsanə Cənnətova təklif edir ki, İran hökuməti həmin o əxlaqına şübhə etdiyi qadınlar arasında doğru-dürüst, humanist nevropatoloq-həkim varsa, Şimali Azərbaycana sürgün eləsin. O da Arazın bu tayına keçən kimi nəinki çadrasını, lap elə bütün libasını soyunsun, gəlib otursun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində komissiya üzvü, özü barədə mömün qadın imici formalaşdıran, işə hicabda gələn nevropatoloq İradə xanımın yerində. İradə də getsin İrana, ölüm cəzalarını icra edən, dar ağaclarından asılan məhkumların ayağının altındakı kətili təpiklə vurub aşıran cəllad işinə düzəlsin.

Rəqsanə Cənnətova bildirir ki, övladı Cənnətov Asif Cənnət oğlunun 18 yaşı tamam olan kimi əlillik pensiyası kəsilib. Yenidən təyinat almaq üçün onlayn müraciət əsasında Asif Cənnətov Agentlikdə müayinəyə dəvət olunub. Lakin doktor İradə xanım anadangəlmə Parkinson xəstəliyindən, eləcə də nitq qüsurundan əziyyət çəkən Asif Cənnətovun əlilliyini qəsdən tanımaq istəmir. Sərbəst gəzib – dolaşa bilməyən Asif valideynlərinin müşayiəti ilə dəfələrlə İradə həkimin yanında olub. Hər dəfə də İradə xanım fərqli sözlər deyərək, onları get-gələ salıb. Hər dəfə bir başqa sənəd tələb edib, deyib ki, əvvəllər bu cür xəstələrə əlillik dərəcəsi düşürdü, indi qaydalar dəyişib, daha düşmür. Cənnətovlar həmin təsdiq sənədini (o sıradan axırıncısını Mirqasımov ad. 1 saylı Respublika Xəstəxanasından) gətirib təhvil verəndən sonra yeni bir “əmma” çıxarıb: Valideynlərə deyib ki, getsinlər evə, xəstə övladlarının qıcolması tutanda videoya çəkib gətirsinlər. Ən nəhayət, İradə həkim etiraf edib ki, “yuxarıdan” (bizim misalda Səhiyyə Naziri Teymur Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, DTSER Agentlyinin sədri Anar Bayramov) imperativ göstəriş var, heç kəsə humanist münasibət göstərilməsin, əks halda o, işini itirə bilər, evinə apardığı məvacibindən, çörək pulundan məhrum olar. Əlilliyin təyin olunması üçün mütləq gərək “yuxarı”dan göstəriş verilsin.

Elə isə sual olunur: Bəs o İradə xanımın “quru maaş” dediyi çörək pulu gerçək əlili pensiyadan məhrum edirsə, haram deyilmi? Və bu haramxorluq İradənin başına örtdüyü hicabla, qıldığı namazla, etdiyi ibadətlə necə uzlaşır?

Yeri gəlmişkən, Asifin atası Cənnət Cənnətov hicab məsələsinin (təkcə boyunu-buxağı kişilərin nəzərindən gizlətməklə deyil) mənəviyyatla, vicdanla, Allah xofu ilə bağlı olduğunu İradə xanıma xatırladıb, necə deyərlər, “daşları belə əridəcək” ürəkürpədici sözlər deyib. Amma bunlar dəmir ürəkli İradə xanıma kar etməyib. Cənnət Cənnətovun jurnalist olduğunu, ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovla danışmasını bilməsi, Talıbovun da məsələyə konstruktiv müdaxilə etməsi və Asif Cənnətovun yüksək ranqlı həkim-ekspertlərin iştirakı ilə ədalətli müayinəsinin təşkili ilə bağlı İradə həkimə tövsiyə verilməsinə nail olması nevropatoloqun qəlbində humanizm toxumu cücərtəmək əvəzinə, onun cəlladlıq həvəsini daha da stimullaşdırıb. İradə xanım düşünüb ki, əgər adi vətəndaşlardan fərqli olaraq ictimai rəyə təsir etmək üçün daha çox imkana malik jurnalistin gerçək əlil olan övladına imtina cavabı versə, özünün də adı tez dillərə düşər, nazirin və Agentlik rəhbərinin diqqətini çəkər. Onlar da bilərlər ki, “imtina planı”nı canla-başla, artıqlaması ilə yerinə yetirən, hətta bu işdə “ayı xidməti” göstərib az qala cərrahları belə geridə qoymağa cidd-cəhdlə çalışan İradə adlı nevropatoloq var. Burada sovetlər dönəmində dəbdə olan bir zərb-məsəl yada düşür: “Moskvada “dırnaq kəsin” deyəndə Bakıda barmaq kəsirlər”. İstisna deyil ki, “yuxarı”dan həkim-ekspertlərə dırnaq kəsmək planı qoyulub, İradə kimilər də planı doldurmaq üçün müraciət edən əlillərin barmağını, əlini, qolunu belə kəsməyə hazırdırlar, təki rəhbərlik onların yaxşı halda humanist olmalarından, pis halda isə rüşvətxor olmalarından şübhələnməsin. Nə eləyirsən elə, əmək qabiliyyətini itirmiş, dövlətin dəstəyinə ehtiyacı olan əlili bölgələrlə paytaxt arasında get-gələ, əziyyətə sal, taksilərə pul xərclətdir, məxsusi olaraq işbirliyində olduğun, faiz aldığın özəl tibb müəssisələrinə müayinəyə, analizə göndər, təki əlillik statusu və pensiya almasına imkan vermə! Belə sosial siyasətmi olar? Bəs möhtərəm Prezidentimiz İlham Əliyevin “Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur” sözləri necə olsun, ay Sahil Babayev, Teymur Musayev, Anar Bayramov cənabları?

Mövzuya qayıdacağıq.

“Həqiqət carçısı”
Deryaz.az
 
 
 
Ardını oxu...
Sumqayıt ŞİH-i başçısının müavini Fəzailin neçə bacanağı, neçə baldızı, neçə qudası var..?
Vaxtilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini olmuş – Memarlıq və tikinti şöbəsinin müdiri Fəzail Hüseynov qəfil vəzifəsindən azad edildi.

lk öncə xəbər yayıldı ki, Fəzail Hüseynov gecə barlarının birində paltarı bütöv əynindən çıxmış vəziyyətdə Kolaveçkina soyadlı bir xanımla qol boyun vəziyyətdə həyətə çıxarkən kameralara tuş gəlib. Sonradan bu xəbərin yalan olduğu məlum oldu. Bir müddət sonra, Fəzail Hüseynov qumar oynayarkən külli miqdarda pulla yanaşı beton zavodunu da uduzduğunu bildirdilər. Bu məlumatın da düzgünlüyü təsdiq olunmadı. Sonra saytlar yazdı ki, Fəzail Hüseynov öz katibəsi ilə kağız üzərində hansısa rəsm əsərinə baxarkən dalaşıblar və katibə Fəzail Hüseynovun yumşaq sifətinə cırmaq atıb. Bu məsələ də inkar olundu. Sonradan onu da bildirdilər ki, Fəzail Hüseynov Qəddafinin sonuncu xarici səfəri zamanı istifadə etdiyi qızıl unitazı ucuz qiymətə almış imiş. Saytlar bu məlumatı da tirajladıqdan sonra yenə də təkzib etdilər. Hətta bir məlumat da saytlarda yazılmışdır ki, Fəzail Hüseynovun ikinci həyat yoldaşı, Simuzər xanım iş yerinə gələrək Fəzaili orada möhkəmdən döyüb. Sonradan bu məlumat da təkzib olundu. Düzü biz bu məlumatların heç birinə inanmırdıq, Fəzail Hüseynovu elə-belə tanıyırıq.

Belə ki, Sumqayıt ictimaiyyəti arasında heç bir nüfuzu olmayan, öz mənafeyini hər şeydən üstün tutan, hər addımda öz xeyrini güdən, keçmiş müxalifətçi kimi.
Amma sonradan məlum olub ki, o vaxt medianın yazdığına görə, Fəzail Hüseynov uzun müddət Sumqayıtda tikinti və inşaat işlərinə “xozeyn”lik edib, onun razılığı olmadan Sumqayıtda daşı daş üstdə qoymaq mümkün olmayıb. Fəzail Hüseynov hətta qanuni-sənədli mülk sahiblərinin obyektlərini ələ keçirmək üçün təzyiqlərə, təhdidlərə əl atıb, hətta lazım gələndə ən iyrənc yollara əl atıb və vətəndaşa məxsus obyektləri ələ keçirib.
Bunlardan əlavə Fəzail Hüseynov Sumqayıt şəhərində iş adamlarına, sahibkarlara ciddi problemlər yaradıb, onları müflis vəziyyətinə qoyub.
Bütün bunların nəticəsi olaraq Fəzail Hüseynov Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsindən azad edildi, ancaq bir neçə gün sonra yenidən başçının müavini oldu. Amma…
Əmması odur ki, bu dəfə memarlıq və tikinti işləri Fəzailin əlindən alındı. Fəzail oldu başçısnın müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri.
Yəni Sumqayıt boyda şəhərin tikinti, inşaat, memarlıq işləri hara, proqnoz hara ?
Medianın yazdığına görə, Fəzail Hüseynov hətta iş adamlarına hədə-qorxu gələrək deyirmiş ki, “ Sizin ağırlıqda qızılım var, istəsəm hamınızı həbs etdirərəm”. (bəlkə Qəddafinin unitazını nəzərdə tuturmuş)
Şahidlərin dediyinə görə, Fəzail Hüseynovun Mərdəkandakı villasının qiyməti Sumqayıt şəhərinin illik büdcəsinin yarısı boydadır, hələ biz beton zavodundan danışmırıq.
Bəli, Fəzail Hüseynovun əsas metodu bilirsiniz nədir ?
Hansı vəzifəli şəxs varsa, deyir onunla qudayam, yaxud bacanağam…
Məsələn, işi düşən adam görəndə deyir ki, Milli Məclisdə Əli Hüseynli var ee, onunla qudayam, olsun…
Yaxud bir başqasına deyir ki, Mədət müəllim var haa, onunla bacanağam, hətta deyir ki, bu yaxınlarda Mədət müəllimi Fövqaladə Hallar Naziri qoyacaqlar. ( iştahaya bax eee)
Başqa birisinə deyir ki, Filankəs müəllim, bacımın əridir…
Bu adamdan soruşan yoxdur ki, sənin neçə bacın və neçə əri var, sənin neçə qudan var, neçə bacanağın var, ay sifəti yumşaq…

Yeri gəlmişkən, dostları deyir ki, Fəzail Hüseynovun sifəti uşaq bezini xatırladır….hətta ona baxanda Pampers Muradı da xatırlayırıq…

Bu adamın Bakının və Sumqayıtın az qala hər küçəsində obyektləri, qumarxanaları, nə-xanaları olsa da yenə…başqalarına paxıllıq edir, rəhbər şəxslər barəsində danos yazdırır, şər-böhtanla məşğul olur…
Təsəvvür edirsiniz, iclasda konkret deyilir ki, bu danosları, şər-böhtanları yazdıranın laaap….

Fəzail Hüseynov isə yanında oturana deyir ki, görəsən kimi deyirlər…guya bilmir ki, söhbət konkret olaraq kimdən gedir?…

Bəli, Fəzail belədir, üz-üzə olanda “maz”danır, sabunlanır, amma arxada ona və yeddi arxa dönəninə çörək verənin kürəyindən xəncəri soxmağa hazırdır… Amma bilmir ki, adama elə şey göstərərlər ki, bir neçə gün bundan öncə oturacağı 200kq olan bir dostu da gəlib yanında otursa, yuxularında qara-qura görəcək.Sözün qısası, Fəzail Hüseynov sabiq köməkçi Əli Həsənov kimi hamının üzünə gülərək arxada başqalarını öyrədib quyu qazmaqla məşğuldur. Buna əyani misal olaraq, oturacağı 200kq olan, kimlərinsə hesabına qucaqdan-gucağa hoppananları misal çəkmək olar.

Atalar deyib ki, gen qaz, dərin qaz, bir gün özün düşərsən… Amma Atalar bir misal da deyib, “sən saydığını say, gör fələk nə sayır”.

P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: Gündəlik Bakı
 
 
 

  

Ardını oxu...
“Həyat yoldaşım Nərgiz Babayeva tibb kursunu bitirib, ancaq ona heç yerdə iş tapa bilmirik, vəziyyətimiz çətindir”.

TEREF.AZ xəbər verir ki, bunu Ucar rayon sakini Rahib Babayev Toplum TV-nin qaynar xəttinə deyib. Şikayətçinin sözlərinə görə, həyat yoldaşı Nərgiz Babayeva ödənişli əsaslarla Ucar rayonunda “Bilik dünyası MMC” adlı tibb kursunu bitirib. Ancaq həmin kursun diplomu indi heç bir işə yaramır:

““Bilik dünyası MMC” Ucar rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərib. Həyat yoldaşım da həmin kursda 2016-2017-ci illərdə ödənişli təhsil alaraq diplom alıb. Aya 50 manat ödəniş edirdik. İndi həmin kurs bağlanıb. Bağlanma səbəbini bilmirəm. Ola bilər, xəstəxana ilə aralarında problem yaranıb. Onun tibb bacısı kimi işlə təmin edilməsi üçün rayon mərkəzi xəstəxanasına, məşğulluq idarəsinə, hətta prezidentə belə müraciət etdik. Ucar rayon Mərkəzi Xəstəxanasından bizə dedilər ki, özəl kursu bitirənləri işə götürmürük. Əgər özəl kursu bitirənlər işə götürülməyəcəkdisə, o zaman həmin kursun fəalliyyətinə niyə icazə vermişdilər?! Bu kursdan müəyyən qədər xeyir də götürənlər oldu.

Məşğulluq Agentliyindən isə dedilər ki, növbənizi gözləyin. 1 ildən çoxdur ki, növbəyə durmuşuq. 3 az yaşlı övladım və yaşlı anam var. Evimizə gələn tək gəlir 268 manat anamın pensiyasıdır. O da onun dərmanına ancaq çatır. Bu pulla yaşamaq olar? Fəhləlik işi olanda gedib işləyirdim. Bu yaxınlarda Ucar rayon Məşğulluq idarəsindən mənə mağazada gözətçi işi verdilər, 150 manat maaş alıram. Bu pulla 3 azyaşlı uşağa necə baxaq?!

Ucar rayon Mərkəzi Xəstəxanasının İnsan Resursları şöbəsinin müdiri Pakizə Ələsgərova Toplum TV-ə xəstəxananın nəzdində belə bir kursun olmadığını dedi: “Həmin kursun bizim xəstəxanaya heç bir aidiyyatı yoxdur. Kursun tələbələri gəlib bizim xəstəxanada praktika da keçməyib. Kurs bitirənləri də xəstəxanada işə qəbul etmirik, buna icazə yoxdur. Kollec bitirənlər işə götürülür. Ucarda bu cür tibb kursları çoxdur. Ancaq bunların heç birinin bizim xəstəxanamıza aidiyyatı yoxdur”.
Ardını oxu...
Şikayətçi Rahib Babayev isə xəstəxananın yalan danışdığını, həyat yoldaşının 1 il boyunca kurs üçün mərkəzi xəstəxanaya gedib-gəldiyini iddia edir.

Ucar rayon Məşğulluq Xidmətindən isə Toplum TV-ə bildirildi ki, şəxs barədə məlumat verməyəcəklər. Şikayətçi özü məşğulluq idarəsinə yaxınlaşmalıdır.

Araşdırmalarımıza görə, “Bilik dünyası MMC”-nin rəhbəri Rahimə Mehdiyeva kursu Tərtər rayonunda qeydiyyatdan keçirib.
Ardını oxu...
İttihamlarla bağlı “Bilik dünyası MMC”-nin də rəyini almaq istəsək də, nə kursun, nə də ki, rəhbərinin telefon nömrəsini tapa bilmədik.

İttihamlarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
“Binə” və “Sədərək” ticarət mərkəzlərində alverlə məşğul olan sahibkarlar ölkə xaricindən sifariş verdikləri məhsulların gömrükdən buraxılmamasından şikayətçidirlər.
TEREF.AZ bildirir ki, bu barədə bir qrup sahibkar Yeniavaz.com-a müraciətində bildirib.
Sahibkarlardan birinin sözlərinə görə, bu, təkcə onların deyil, əmtəə məhsulları gətirən hər kəsin problemidir:
““Sədərək”, “Binə” bazarlarına, ümumiyyətlə, Türkiyədən Azərbaycana gələn bütün məhsullarda belə problem var. Bizim malımızı karqo şirkətləri gətirir, gömrük rəsmiləşməsini də onlar edirlər və kubunu 700 dollardan məhsulu bizə verirlər. Karqo şirkətləri komitədən soruşurlar, səbəb olaraq heç nə demirlər. Demək olar ki, 40 gündür malımızı vermirlər. Oktyabrın 4-8-də vurulan malları hələ heç kim götürə bilməyib. Karqo şirkətləri malların tırda qaldığı əlavə hər bir gün üçün sürücüyə ayrıca 100-200 dollar pul ödəyirlər. Nəticədə də o pul bizdən çıxır. Hər karqonun da təxminən 30 tırı var.
Yeni komitə sədri gəldi, hər şey ondan sonra baş verdi. Yəqin ki, qiymətləri qaldırmaq məqsədilə belə problem yaşadırlar”.
O həmçinin qeyd edib ki, mövcud vəziyyət geyim məhsullarında bahalaşmaya gətirib çıxaracaq:
“Son 2-3 gündür belə bir söhbət gəzir ki, 700-ü 1400 etmək istəyirlər. Belə olanda bir malın üzərinə ikiqat yol pulu gələcək. Konkret bahalaşma yaranacaq. Sifariş verdiyimiz paltarların əksəriyyəti nazikdir. Bundan sonra da havalar soyumağa getdiyindən o malları götürsək belə, sata bilməyəcəyik, növbəti ilə qalacaq. Gələn il də yeni modellər çıxacaq, bu məhsullar bizim üstümüzdə qalacaq, bizə zərər olacaq. Rüsumun qaldırılması ölkədə geyim məhsullarının bahalaşmasına səbəb olacaq”.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat xidməti ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, deyilənlər araşdırılacaq və bu barədə məlumat veriləcək.
 
 
 
Ardını oxu...
2 ay əvvəl AMEA-ya xalça satan şirkət indi də "Microsoft" lisenziyası satacaq...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
TEREF.AZ-ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 7 min 250 manat olan tender müsabiqəsinin qalibi “Zəfər 052” MMC (VÖEN- 1007513961) olub.
“Zəfər 052” MMC AMEA-ya "Microsoft Windows Professional 10" əməliyyat sisteminin istifadəsi üçün lisenziyalar satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Zəfər 052” MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Bakı-Duz, ev 46-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Cavid Həmdulla oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Zəfər 052” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 ay əvvəl dövlət qeydiyyatına alınıb. Qeydiyyata alındıqdan 5 ay sonra AMEA Fizika İnstitutunun keçirdiyi 23 min manatlıq tenderin qalibi olub. 2 ay əvvəl Fizika İnstitutuna avadanlıq (şkaf, nərdivan, xalça və s.) satan bu şirkət indi də əməliyyat sistemləri üçün lisenziya satır.
“Zəfər 052” MMC son bir həftə ərzində Fizika İnstitutundan başqa daha 2 qurumun tenderində qalib olmağı bacarıb. Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunun 17 min 881 manatlıq, T.İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun isə 22 min 385 manatlıq tenderində qalib olub.
Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 5 ay yarım əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil. Üstəlik nə rəsmi saytı, nə sosial şəbəkə hesabı var. Amma tikinti materiallarından İKT məhsulların kimi çox fərqli sahələrdə məhsullar satır.
 
Ardını oxu...
"Şəmkir Təhsilində müşahidə olunan eybəcər mühit nə zaman bitəcək?!" DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza göndərilən müraciətdə deyilir.
Ardını oxu...

Müraciət müəllifləri daha sonra yazır: "Qüdrət Əliyev Şəmkir təhsilinə rəhbərlik etdiyi dövr bu sahənin tarixinə rəzalət, savadsızlıq, biabırçı qara tarix kimi həkk olunmaqda davam edir.

Müəllimlərlə, məktəb direktorları ilə görüşlərdə biabırçı danışıqları, mövzuya aid olmayan çıxışları ziyalı ordusu olan təhsil işçilərini yumşaq desək bezdirib.

Bu günlərdə Qüdrət Əliyevin savadsızlığı bir daha özünü biruzə verib. Yazdığı 3 cümləlik statusda 10 na yaxın hərf səhvi buraxan Qüdrət Əliyevi kimdir himayə ?! Kimdir Şəmkiri bu qədər aşağılayan?!"

DİA.AZ qeyd edir ki, bununla bağlı növbəti yazımızda daha ətraflı yazacağıq. Alimpaşa Məmmədovun məhkəmə işi yaxınlaşdıqca, Qüdrət Əliyev nədən narahat olmağa başlayıb?!

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
2019-cu ilin əvvəllərində Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunan və 2 ildən artıq dövr ərzində bu struktura rəhbərlik etmiş Arzu Əlizadə Regional Təhsil İdarəsi yaradılarkən İdarənin Sumqayıt sektoruna müdir təyin edilib. Bu günlərdə bu postunu da itirən A.Əlizadənin qanunsuz əməlləri barədə saytımıza daxil olan faktlar, əslində, idarənin həmin dövrkü fəaliyyətinin ciddi araşdırılması və bu hallara hüquqi qiymət verilməsini tələb edir.Saytımıza Maya Camalova adlı şəxs tərəfindən ünvanlanmış yazıda da Arzu Əlizadənin Sumqayıt təhsilinə rəhbərlik etdiyi dövrlə bağlı çox ilginc faktlar sadalanır. Həmin yazını olduğu kimi dərc edirik:

"Keçmiş müdirin teatrı
A.Alızadə şöbəyə rəhbərlik etdiyi 2 il ərzində 29 məktəb direktoru müavini təyin edib. İndi məlum olub ki, onlardan 14-nün təyinat qanunsuz şəkildə həyata keçirilib. 29 direktor müavinindən 15 nəfəri məktəb daxilindən seçilib, 9 nəfər digər Sumqayıt şəhər məktəblərində, 5 nəfər isə kənar rayon və ya şəhər məktəblərində çalışan şəxslər olub. Təyinatlarda 14 halda “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları” pozulub.
Keçmiş müdirin Evdə Fərdi Təhsil Məktəbi ilə bağlı manipulyasiyaları isə daha ilgincdir. Belə ki, Sevda Əliyeva 2 nömrəli tam orta məktəbdə işində yol verdiyi nöqsanlara görə direktor vəzifəsindən azad olunduğu halda A.Alızadə nədənsə S.Əliyevaya yenidən şans vermək qərarına gəlib və onu Evdə fərdi təhsil məktəbinə direktor müavini təyin edib və boş olan direktor vəzifəsinin icrasını ona həvalə edib. Haqqında çoxsaylı şikayətlərə baxmayaraq A.Alızadə yenə nədənsə (?!) S.Əliyevaya qahmar çıxıb və onu vəzifəsindən azad etməyib. Yeri gəlmişkən, bu məktəbdə dərs saatlarının bölgüsünün rüşvət əsasında aparılması ilə bağlı müraciətlər qeydə alınıb.
Ancaq tamaşa indi başlayır....
Nəhayət, şikayatlər nəzərə alınaraq, Təhsil Nazirliyi tərəfindən S.Əliyeva direktor əvəzi vəzifəsindən azad edilib və bu iş məktəbin müəllimi Yadigar İmanova həvalə olunub. Ancaq Təhsil Şöbəsindən Y.İmanova bildirilib ki, onun təyinatı formaldır və məktəbin idarəçiliyini S.Əliyeva həyata keçirəcək. Belə halda Y.İmanov həvalədən imtina edib. Daha sonra Təhsil Şöbəsi direktor vəzifəsini məktəbin müəllimi Elnurə Osmanovaya həvalə edib. Ancaq faktiki olaraq bu işi S.Əliyeva həyata keçirib və E.Osmanovanın təyinatı formal xarakter daşıyıb. Bundan sonra E.Osmanova həvalənin icrasından azad edilib və direktor vəzifəsinin icrası şöbənin metodisti İlham Mirzəliyevə həvalə edilib.

Kimya-bilogiya müəllimləri psixoloqa necə çevrilirdi?
Keçmiş müdirin ən populyar işə qəbul mexanizmlərindən biri qeyri-ixtisaslı şəxslərin psixoloq vəzifəsinə qəbulu ilə bağlı olub. Məsələ burasındadır ki, müxtəlif vaxtlarda 7 nəfər şəxs ayrı-ayrı məktəblərə - 12, 22, 28, 36, 39, 43 nömrəli tam orta məktəblərə konkret olaraq psixoloq vəzifəsinə qəbul edilib. Halbuki bu adamlar ibtidai sinif müəllimi, filoloq və kimya-bilogiya müəllimləri olub.
Məktəblərə texniki işçilərin qəbulunda da, nə qədər əcaib səslənsə də, A.Alızadənin öz sistemi olub. Belə ki, Təhsil Nazirliyinin “Məşğulluq alt sistemi”nə daxil edilmədən müxtəlif vəzifələrə işçi qəbul edilib.

Arzunun revanş arzusu
Əldə etdiyimiz məlumata görə, A.Alızadə son olaraq Sumqayıt sektorunda tutduğu vəzifədən azad olunduqdan sonra yaxın çevrəsinə regional idarənin yeni rəhbərliyini rahat buraxmayacağını, informasiya müharibəsinə başlayacağını bildirib. 32 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra etmiş, bu yaxınlarda şagirdlərdən pul tələb etməsi ilə bağlı səs yazısı ilə məşhurlamış Esmira İbrahimova haqqında məlumatın ikinci dəfə mediada gündəmə gətirilməsi, eləcə də E.İbrahimovanın açıqlamalarının təşkil olunması da bu mənada təsadüfi görünmür. Bu fonda A.Alızadənin yaxın günlərdə öz köhnə “silahdaşları”nın da dəstəyi ilə media və sosial mediada yeni kampaniyaya start verəcəyi proqnozlaşdırılır. Vəzifədən azad olunmasını həzm edə bilməyən keçmiş müdir indiki mövqeyi ilə faktiki olaraq həm də təhsil nazirinə qarşı gedir."

Redaksiyadan: Yazıda qeyd olunan iddialarla bağlı Abşeron-Xızı Regional Təhsil idarəsinin də mövqeyini öyrənmək istədik. Lakin idarənin cavabı çox qısa oldu: "Sadalanan faktlar Keçmiş Sumqayıt Təhsil şöbəsinin fəaliyyəti dövründə yol verilmiş hallarla bağlıdır. Məsələ ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən araşdırma aparılıb".

Arzu Əlizadənin əlaqə nömrəsini tapa bilmədiyimiz üçün münasibət öyrənə bilmədik. A.Əlizadə və yazıda adı keçən digər şəxslər mövqe bildirmək istəsələr dinləməyə və dərc etməyə hazırıq. \\Yenilik.az
 
 
 
Ardını oxu...
 
 

 
Gəncə Tibb Kolleci tərəfindən 2022-ci il üçün nəzərdə tutulan zəruri malların və xidmətlərin satın alınması üçün keçirilmiş kotirovka sorğusundan yalnız birinin nəticəsi barədə, cari təmir (Büdcədənkənar) üzrə “BM-SİTY” MMC ilə 22.06.2022-ci il tarixdə 32 766.81 manat məbləğində satınalma müqaviləsi bağlanıldığı açıqlanıb. Lakin bu da qanunla müəyyən edilmiş qaydalarla, dövlət satınalmaların vahid internet portalında bu kotirovkanın keçirilməsi ilə bağlı iddiaçılara heç bir dəvət elanı yerləşdirilmədən olub. Qeyd edək ki, 10.06.2021-ci il tarixində Gəncə Tibb Kolleci tərəfindən zəruri malların və xidmətlərin 2022-ci il üzrə satınalma planlarına 5 lot kotirovka sorğusu daxil edilmiş, lakin ilin 11-ci ayı olmasına bağmayaraq bu kotirovka sorğularının keçirilməsi barədə iddiaçılara heç bir dəvət elanı verilməmişdir.

 
Əyalətmedia.az-ın apardığ araşdırmalarda məlum oldu ki, Gəncə Tibb Kolleci tərəfindən 2020-2021-ci illər üzrə də keçirilmiş heç bir kotirovka sorğularının nəticələri ictimaiyyətə açmıqlanmayıb. Yəni kotirovka sorğuları elan olunsa da müqavilələr birbaşa bağlanılıb ki, bu müəyyən şübhələr doğurmaya bilmir. Bunlar hansılardır?
Gəncə Tibb Kolleci tərəfindən qeyri yaşayış binalarının əsaslı təmiri üzrə 27.11.2021-ci il, maşın və avadanlıqlar (Büdcədənkənar) üzrə 27.11.2021-ci il, tikili və avadanlıqların cari təmir işləri (Büdcədənkənar ) üzrə 27.11.2021-ci il, tikili və avadanlıqların cari təmir işləri (Büdcə) üzrə 27.11.2021-ci, dəftərxana və Təsərüffat xərcləri üzrə 27.11.2021-ci il,maşın və avadanlıqlar (Büdcədənkənar ) üzrə 22.06.2020-ci il, maşın və avadanlıqların əsaslı təmiri (Büdcədənkənar) üzrə 22.06.2020-ci il, qeyri yaşayış binalarının əsaslı təmiri (Büdcədənkənar) üzrə 22.06.2020-ci il, tikili və avadanlıqların cari təmiri (Büdcədənkənar) üzrə 22.06.2020-ci il, dəftərxana və təsərrüfat xərcləri üzrə 22.06.2020-ci il, mühafizə xərcləri üzrə 22.06.2020-ci il, cari təmir üzrə 21.05.2020-ci il kimi göstərilən tarixlərdə elan olunmuş kotirovka sorğularının heç birini nəticələri dövlət satınalmaların vahid internet portalı vasitəsi ilə ictimaiyyətə açıqlanmayıb.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Gəncə Tibb Kollecinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Qanunla bunların hamısı ictimaiyyətə açıqlanmalaıdır axı. Bunun səbəbi nədir? Bunu Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayevdən soruşmaq istədik.
Zəng edib, son illər Gəncə Tibb Kolleci tərəfindən keçirlmiş kotirovka sorğularının nəticələri barədə nə üçün dövlət satınalmalarının vahid internet portalına məlumatlar yerləşdirilmədiyini soruşduq. Mehman Rzayev qısaca cavab verdi:- Sizə nə dəxli var. Sonra da bir ziyalıya yaraşmayan tərzdə, ədəbsizcəsinə telefonu qulağımıza bağladı.
Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi üçün şərait yaradılıb, jurnalistlər öz iradələrini azad şəkildə ifadə edə, istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilərlər.
Bəs onda Mehman Rzayevin mətbuata qarşı bu biğanəliyi haradan qaynaqlanır? Jurnalistə “sizə nə dəxli var” demək harınlamağın əlaməti deyilmi? Xeyir bu qanunları saymamaq deyil. Qanun qarşısında Mehman Rzayev kimiləri cücəyə dönürlər. Necə ki, bunu son illər dövlət vəsaitlərini mənimsəyərək harınlamış məmurların cinayət əməlləri ilə bağlı keçirilən məhkəmələrində görürük. Mehman Rzayev də Gəncə Tibb Kollecini talayaraq artıq harınlayıb. Bunu son illərdə onun direktoru olduğu dövlət müəssisəsində görməmək mümkün deyil.
Xatırlatmaq istərdik ki, Mehman Rzayev 2014-cü ilin noyabr ayına qədər Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi olub. Vəzifəsindən azad edildikdən sonra şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin xeyir-duası ilə Gəncə Tibb Kollecinə direktor təyin olunub. Yəni Mehman Rzayev 2014-cü ilə qədər Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi olaraq Gəncədə fəaliyyətdə olan tibb ocalarını talayıb, ondan sonra isə Gəncə Tibb Kollecini talamaqdadır.
Qeyd edək ki, Gəncə Tibb Kolleci 2014-2018-ci illərdə əsaslı təmir işlərinin satın alınması, cari təmir işlərinin satın alınması, abadlaşdırma işlərinin satın alınması, dıgər maşın və avadanlıqlar xərc maddəsi üzrə satınalmalar, dəftərxana və təsərrüfat xərcləri üzrə satınalmalar, inventarların satın alınması, kommunal və kommunikasiya xidmətlərinin (qaz çəkilişi) satın alınması üzrə 31 kotirovka sorğusu keçirib.
Onlardan əsaslı və cari təmir işlərinin satın alınması üzrə 8 kotirovka sorğusunda “Elenendorf” MMC ilə ümumi olaraq 103 363 manat məbləğində satınalma müqavilələri bağlanılıb. MMC-nin qanuni təmsilçisi Məhərrəmova Gültəkin Ələkbər qızı Göygöl rayon sakinidir. Heç bir maddi texniki bazası olmayan bu MMC-nin Mehman Rzayev tərəfindən formal olaraq yaradıldığ ehtimal olunur. Çünki MMC Gəncə Tibb Kollecinin keçirdiyi satınalmalardan başqa heç bir kotirovka sorğusunun qalibi olmayıb.
Yenə də əsaslı və cari təmir işlərinin satın alınması üzrə 6 kotirovka sorğusunda “BM-SİTY” MMC ilə 160 466 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Bu MMC-nin qanuni təmsilçisi isə İsayev Bəhlul Cəlal oğludur. Heç bir maddi texniki bazası olmayan MMC ilə Gəncə Tibb Kolleci 22.06.2022-ci il tarixdə daha bir satınalma müaviləsi bağlayıv ki, bu da onların arasında çoxdan işbirliyi olduğunu göstərir.
Yenə də əsaslı və cari təmir işlərinin satın alınması üzrə 1 tender 2 kotirovka sorğusunda “Şahlar-M Optimal” MMC ilə 140 966 manat məbləğində satınalma müqavilələri bağlanılıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Marif Yunis oğludur. Elə 2017-ci ildə dövlət qeydiyyatına alınan kimi Gəncə Tibb Kollecinin satınalmalarının qalibi olub.
İnventarların satın alınması üzrə 4 kotirovka surğusunda “Ruzi 2012” MMC ilə ümumi olaraq 52 353 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Heç bir maddi-texniki bazası olmayan bu MMC-nin qanuni təmsilçisi isə Cəfərov Elxan Mayıl oğludur. Onun adı fiziki şəxs kimi bir çox müəmmalı kotirovkalarda keçir.
Dəftərxana və təsərrüfat xərcləri maddəsi üzrə 2 kotirovka surğusunda “Əsli-4” MMC ilə ümumi olaraq 19 800 manat məbləğində satınalma müqavilələri bağlanılıb. Bu MMC-nin də Mehman Rzayev tərəfindən formal olaraq yaradılması ehtimalı var. Elə 2017-ci ildə dövlət qeydiyyatına alındıqdan Gəncə Tibb Kollecinin keçirdiyi 2 kotirovka surğusun qalibi olub. Qanuni təmsilçisi olmuş Şirinov Elsevər Əli oğlu Kəlbəcər rayonundan məcburi köçkün kimi Gəncədə məskunlaşıb. 12 iyun 2019-cu ildə Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsindəki parkda özünü ağacdan asaraq intihar edib. Belə ki, mərhumun meyiti parkda asılmış vəziyyətdə tapılıb. Onun intihar etməsinin səbəbləri məlum olmayıb. Amma hüquq mühafizə orqanları Şirinov Elsevər Əli oğlunun intihar etməsinin səbəblərini Gəncə Tibb Kolleci ilə olan işbirliyindən tapa bilərlər.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Mehman Rzayev Gəncə Tibb Kollecinə direktor təyin edildikdən sonra satınalmalara yüz minlərlə dövlət vəsaiti ayırıb. Bu vəsaitlərin çoxu isə heç bir maddi texniki bazası olmayan bir neçə MMC-nin hesabına köçürülüb. Bir sıra kosmetik işlərə xərclənən vəsaitlərin çoxu “otkat”kimi Mehman Rzayevə qaytarılıb.
İndi burada suallar yaranır. Gəncə Tibb Kolleci 2019-cu ildən sonra illik satınalma planlarına uyğun olaraq zəruri malların və xidmətlərin satın alınması barədə məlumatları nədən dövlət satınalmalarının vahid internet portalında açıqlamır? İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bunlara niyə göz yumur?

Aktualinfo.org

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti