İşçilərin: İş rejimi və iş rejimi barədə olan məhkəmə müraciətləri barədə bu halları da bilmələri də çox vacibdir: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən iş rejimi əsasən 2 qaydada tənzim edilir. Birinci rejimdə, yəni, normal iş vaxtı rejimində çox az halda əmək mübahisəsi yaranır. Normal iş rejimi: gündəlik 8, həftəlik 40 saat, aylıq isə təqribən orta olaraq 160 saat. (normal altıgünlük iş həftəsində də əmək mübahisələri nadir hallarda yaranır). İkincisi: iş vaxtının cəmlənmiş uçotunda isə əmək mübahisələri daha çox yaranır.Bu bəzi hallarda əmək qanunvericiliyini bilməmə, düzgün şərh və ya tədbiq edilməmə, digər hallarda isə qərəzli surətdə aparılır. 1.Azərbaycan Respublikası Əmək Məcəlləsi- bu Məcəllənin tələblərini pozmadan iş vaxtı cəmlənmiş uçotunun tənzimlənməsini tərəflərin, yəni İşçi və İşəgötürənin üzərinə qoyur. 2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası: Kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən Qaydalarla və ya Əmək müqaviləsi ilə tənzim edilir. 3. Lakin, iş vaxtının cəmlənmiş uçotu qəbul edilərkən, tərəflər arasında olan bu razılaşma -Əmək Məcəlləsinin tələbləri pozulmamaqla həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.3-cü maddəsinə əsasən: əmək münasibətlərində - işçilərin əmək hüquqları heç bir halda məhdudlaşdırıla bilməz. 4. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.4-cü maddəsinə əsasən isə: Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. 5. Bir çox işçilər də belə hesab edir ki, iş rejimi barədə məhkəmə qərarı da qəbul edilə bilər. Beləliklə: 6. Bir faktı yaddan çıxarmaq olmaz ki, Məhkəmələr heç bir halda iş rejimi və ya İşəgötürənə iş rejimi barədə yol göstərmir və ya hansl iş rejimində işləməsi barıdə qərar qəbul etmir. 7. Lakin, əgər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada iş rejimi işəgötürən tərəfindən pozulmuş olarsa məhkəmə, işçinin iddia ərizəsi əsasında bu pozulmanı təsdiq edib, işçiyə dıyən maddi, mənəvi və digər ziyanın ödənilməsi barədə qərar qəbul edə bilər. 8. Əgər mühüm Həmkarlar ittifaqı təşkilatı yoxdursa və ya Kollektiv müqavilə yoxdursa iş rejiminin təbii ki, ibu sənədlə nizamlana bilməsi qeyri mümkündür. 9. Bu hallarda həmin bu münasibətlər yalnız Əmək müqaviləsi və müəssisədə iş vaxtının rejimini müəyyən edən Qaydalar ilə tənzimlənə bilər. 10. Əgər işçinin Əmək müqaviləsində 8 saatlıq iş rejimidirsə, İşəgötürən işçini iş vaxtının cəmlənmiş iş vaxtı uçotunda işlədə bilmız. İşlədırsə, yalnız işçinin razılığı və Əmək müqaviləsində müvafiq dəyişiklik etməklə işlədə bilər. 11. Əgər işçinin Əmək müqaviləsində 8 saatlıq iş rejimidirsə, İşəgötürən işçini iş vaxtının cəmlənmiş iş vaxtı uçotunda işlədirsə, bu halda 8 saatdan artıq iş vaxtı normasından artıq iş vaxtı hesab olunur və ikiqat məbləğdə ödənilir. 12. İstənilən halda: Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Əmək müqaviləsində və ya Kollektiv müqavilədə göstərilən iş vaxtından artıq işə cəlb edilən işçinin əmək haqqı ikiqat məbləğdə ödənilir. Azer Quliyev TEREF