Ardını oxu...
Deməli, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev cənabları keçirdiyi müşavirələrin birində ağacların qırılmasına, yaşıllıqların məhv edilməsinə çox kəskin və sərt münasibət bildirmişdir: “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. Vaxtilə Bakıda ağaclar yox idi. Rus yazıçısı Maksim Qorkinin sözlərini yada salın, Bakıda 2-3 ağac gördüm. Bakıxanov, Badamdart qəsəbələrində, Xalqlar dostluğu parkında nə boyda əziyyətin hesabına yaşıllıqlar saldıq, becərdik. Bunu xalq üçün, millət üçün, Bakının iqlimi üçün edirdik. O ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsiblər. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..”
Bəli, Ulu Öndər ağacları kəsib yerində baqqal dükanı, xüsusi mülklər, nə bilim restoranlar, şadlıq evləri tikənlər üçün konkret cəza tələb edirdi: Həmin şəxslər haqq-ədalət məhkəməsi qarşısında cavab verməli və…. Həmin obyektləri dağıtmaq, uçurtmaq lazımdır… Uçurdulub, dağıdılmalı obyektlərdən biri də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan 19 ünvanda yerləşən “Bulaq” restoranı, Bulaq Palace-dir. Niyə və nə üçün..?
Onu qeyd edək ki, restoranın sahibi əslən Ağcabədidən olan Quliyev Eldar Müseyib oğludur. Sahəsi 9503 kvadratmetr olan torpaq sahəsi natamam sənədlər əsasında Biləcəri bələdiyyəsi tərəfindən 15 avqust 2005-ci il tarixli müqaviləyə əsasən park və ictimai iaşə məqsədləri üçün "Bulaq" restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun istifadəsinə verilib.
Mediada yayılan rəsmi xəbərlərdən o da bəlli olur ki, 2017-ci ildə "Bulaq" restoranı ərazisində ağacların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Həmin ünvandakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı restoranın həyətində 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının köküstə qurumuş vəziyyətdə olduğu və 2 ədəd ağacın isə kəsilmiş kötükləri aşkar olunub. Nəticədə təbiətə 57 min 360 manat məbləğində ziyan vurulması müəyyən edilib. Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl-natrium xlorid duzu tökülərək məhv edildiyi müəyyən olunub.
Həmin faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq zamanı “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun gələcəkdə yenidənqurma işləri aparmaqla iaşə obyektinin gəlirliliyini artırmaq, əlavə köşklər tikmək, mövcud olan sahəni genişləndirmək və bununla da ərazidəki yaşıllıqların qəsdən məhv etməsi müəyyən olunub. Və Eldar Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, 57 min manat cərimə olunub. Bəs sonra nə olub..? Sanki qurbağa gölünə daş düşüb. Və bu barədə ölkə mediasında bircə cümlə də yoxdur.
Redaksiyamıza daxil olan məlumata görə, Eldar Quliyev bir neçə aydan sonra azadlığa çıxıb və köhnə əməllərini davam etdirməyə başlayıb.
Birincisi, bizim məlumatımıza görə, həmin ərazidə 67 ədəd deyil, yüzlərlə şam ağacı məhv edilib. Bəs nə üçün Eldar Quliyev 57 min cərimə və 3-4 aylıq həbslə canını qurtara bilib..?
Hətta məlumata görə, “KLİÇKASI” bizə bəlli olan Eldar Quliyev Ekologiya nazirliyinin əməkdaşlarını söyərək ərazidən qovub. Bütün bunların qarşılığında Eldar Quliyev nə layiq olduğu cəzanı alıb, nə də qanunsuz obyekt sökülməyib. Bəs, Ulu Öndərin tələbləri necə oldu, cənablar..? Gəlin, görək, bu odda yanmaz, suda batmaz, “bessmertniy Kaşey” Eldar Quliyev kimdir, nəçidir..? Bu adam hansı maliyyə imkanları ilə buna nail ola bilir..?
Məlumat üçün onu qeyd edək ki, Eldar Quliyev əvvəllər dostu Fikrətlə “zapçast” alveri ilə məşğul olub, Sonra nəsə baş verib və Eldar Quliyev Hindarxında nəsə gizli xəzinə tapıb, az vaxtda milyonçuya çevrilib. Nə xəzinəsi olduğu barədə növbəti yazıda. Beləcə böyük, həm də çirkli pullara sahib olan Eldar Quliyev Biləcəridə böyük restoran və PALACE sahibi olub. Və 100-dən artıq ağac kəsməsinə baxmayaraq məsələni Hindarxının hesabına həll edib. Bu adam o qədər həddini aşıb ki, hətta 2020-ci ildə ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına baxmayaraq restoranı açıq şəkildə işlədirmiş, heç hüquq-mühafizə orqanlarını da saymırmış, deyirmiş pullarını verəcəm. Bəli, 80-cı illərdə Şuşada Topxana meşəsində ermənilər bir armud ağacını kəsdiyi üçün yüz minlərlə insan ayağa qalxaraq etiraz edirdi. Amma günün günorta vaxtı, hökümətin gözü qarşısında Eldar Quliyev yüzdən artıq şam ağacını kəsir, ona söz deyən olmur. Bir də ağacların dibinə natrium-xlor tökən adam insanları da zəhərləyə bilər.
Ümid edirik ki, məsələ yaxın zamanda yenidən və daha obyektiv araşdırılacaq, Ulu Öndərin buyurduğu kimi Eldar Quliyev qanun qarşısında cavab verəcək və “Bulaq” restoranı söküləcək.
 //gundelik-baku.com//
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi lisenziyaların alınması ilə bağlı tenderə yekun vurub.

DİA.AZ xəbər verir ki qalib “B2B Group” MMC (VÖEN: 1005873041) şirkəti olub.

Şirkətlə 1 186 977 manat məbləğində müqavilə imzalanıb.

Həmin müqavilədə “Elektron poçt sisteminin qurulması üçün lisenziyanın və Nazirliyin Aparatında strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyində olan qurumlarda istifadəçi İT avadanlıqlarında proaktiv informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə XDR lisenziyasının satın alınması nəzərdə tutulur.

DİA.AZ bildirir ki, "B2B GROUP" MMC ilə bağlı yerli KİV-də yetərincə maraqlı informasiyalar dolaşmaqdadır ki, bu vaxta qədər heç bir formada təkzib edilməyib.

Onu da xatırladaq ki, "B2B GROUP" MMC təkcə ƏƏSMN-nin yox, daha bir neçə dövlət qurumunun da əsas tender partnyoru kimi diqqətə gəlməkdədədir və büdcənin kifayət qədər böyük pulları bu MMC-yə ötürülür. Elə bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün texnoloji avadanlıqların satın alınması üzrə tenderin qalibini elan edərkən sözügedən MMC-yə 869 884 manatlıq vəsaiti həvalə etmişdi.

İndi isə gələk KİV-də səslənən iddialara...

"B2B GROUP" MMC 2019-cu ilin aprel ayının 19-da təsis edilib.

On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ev 26, mənzil 89 ünvanıdır.

Şirkətin qanuni təmsilçisi Sumqayıt şəhər sakini Bəşirov Ramal Bəşir oğludur.

DİA.AZ-ın yerli KİV-də araşdırması zamanı məlum olub ki, 2019-cu ildə yaradılan "B2B GROUP" MMC-nin himayədarı böyük əlaqə və informasiyalara malik şəxsdir. Bu şirkətin əsl sahibinin isə 2015-ci ildə prezident İlham Əliyev tərəfindən ləğv edilən milli təhlükəsizlik nazirinin birinci müavini general Elçin Əliyev olduğu iddia edilir.

İddialara görə, "B2B GROUP" MMC-nin yüz min manatlarla məbləği olan dövlət satınalmalarında qalib elan edilməsinin səbəbi Eldar Mahmudovun ən yaxın kadrlarından hesab edilən Elçin Əliyevin güclü əlaqələri olmasıdır.

İndi isə imkan yaranır ki, ƏƏSMN-nin tender dostunun kimliyi ətrafında müəyyən şübhələrin yarandığını iddia edək...

İddian olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Ardını oxu...
Lökbatan qəsəbəsindəki İ.Nəbiyev küçəsində yaşayan bir məhəllə sakinlərinin narazılıqları, həyətlərinin başqaları tərəfindən zəbt olunduğundan, digər qonşuların rahatlığı pozulmasından, xeyli müddət əvvəl yazmışdıq. Xatırlatmaq istərdik ki, redaksiyamıza verilən məlumatlarda sözügedən küçədəki 1,21 və 45 saylı binaların həyətləri bir neçə sakin tərəfindən qanunsuz olaraq tamamilə zəbt edildiyi bildirilirdi. Qaradağ rayon İcra Hakimiyyətinin rəsmilərinin isə bu binaların qarşısında yaradılmış xaos vəziyyəti görməzdən gəldiyini qeyd edilirdi. Binaların həyətində uşaqların oynaması, yaşlı sakinlərin dincəlməsi üçün demək olar ki, yer qalmadığı, həyətdəki yanğınğınsondürmə quyusunun üstündə belə tikinti işləri aparılması, ərazinin bəzi şəxslər tərəfindən qaraj kimi istifadə edildiyi də məlumatlar içində idi. Çoxsaylı şikayətlərdən sonra həmin bu bəzi şəxslər həyətin abadlaşdırılması üçün gələn rəsmi şəxsləri də ələ aldıqları bildirilirdi.

Lökbatan qəsəbəsindəki M.Həsənov küçəsində baş verənlərlə bağlı redaksiyamıza dünən verilən məlumatda isə bildirilir ki, Qaradağ rayon səlahiyyətlilərinin sanki dünyada baş verənlərdən xəbəri yoxdu. Belə ki, Türkiyədə baş verən zələlədən sonra M.Həsənov küçəsində 2A ünvanındakı yaşayış binasında rekonstruksiya işləri aparılır. Binada təmir işləri aparılmır, təməli möhkəmləndirilmir. Əksinə birinci mərtəbədəki iki mənzili rekonstruksiya edərək mağaza açıblar. Birinci mərtəbədə orta divarlar dağıdılıb, pəncərələri sökülüb, yerində qapı açıblar. Bir müddət əvvəl dövlətin xərc çəkib təmir etdiyi yol kənarı dağıdılıb, birbaşa səkiyə yol açılıb. Hazırda biri aptek kimi fəaliyyət göstərməkdədi. Digərində isə tamamlanma işləri aparılır. Bütün bunların Türkiyədə baş vermiş zəlzələdən sonra aparılması isə sakinləri təşvişə salıb.

Qeyd edək ki, Türkiyədə baş vermiş, minlərlə insanın ölümünə səbəb olmuş dağıdıcı zəlzələdən sonra Azərbaycanda da, xüsusəndə Bakı şəhərindəki hündürmərtəbəli yaşayış binalarının zəlzələyə davamlı olub, olmaması günümüzün ən aktual mövzusuna çevrilib. Maraqlıdır, görəsən Qaradağ rayonun səlahiyətliləri bütün bunları görmürmü? Yaşayış binasının birinci mərtəbəsinin rekonstruksiya olunmasına kim icazə verib?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Lökbatandakı sözügedən küçədə bu rekonstruksiya işlərinin aparılmasından xəbəri varmı? Axı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti, əsaslı təmir, yenidənqurma, bərpa, abadlıq, yaşıllaşdırma məsələlərini tənzimləyən tikinti qaydaları və başqa sənədlərin layihələndirmə və tikinti normalarının təkmilləşdirilməsi üzrə təkliflər tərtib edir. Bəs görəsən Lökbatan qəsəbəsi M.Həsənov küçəsi, 2A ünvanındakı yaşayış binasında aparılan rekonstruksiya işləri tikinti normalarına uyğun gəlirmi? Yoxsa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi harda, nə vaxt dağılar, dağılsın prinsipi ilə işləyir. Onlar bu yaşayış binasını təhlükəli duruma salmaqdan heçmi qorxmurlar? //Aktualinfo.org//
 
Ardını oxu...
Ardını oxu...
Penitersiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1-ci qrup əlil məhkum Səmədov Əli Azər oğlunun ailə üzvləri vasitəsilə ölkə rəhbərliyinə və aidiyyəti orqanlara ünvanlanan bir nüsxəsidə Teref.az saytına göndərilın müraciətdə deyilir:

Yazaraq bildirmək istəyirəm ki, Penitersiar Xidmətin Müalicə Müəssisəsində özbaşınalıq davam edir. Dövlətin qoyduğu qayda-qanunlara riayət etməyən müəssisə rəisi Mayıl Məmmədov xəstə məhkumlar üzərində hegemonluq etməkdədir. Adi bir anlaşılmazlıq səbəbilə, yaxud məhkumlar öz haqq və hüquqlarını tələb etmək istədikdə, onların şərəf və ləyaqəti alçaldılır, işgəncələrə məruz qalırlar. Bundan əlavə, müəssisə daxili gizli şəkildə narkotik vasitələrin ticarəti həyata keçirilir. Mayıl Məmmədovun bütün qanunsuzluqlarına Əməliyyat şöbəsinin rəisi Azər Əliyev, həmçinin Rejim şöbəsinin rəisi Rəhim Babayev köməklik göstərir. Həyətdə inşa edilmiş otaqlar var, hansıki rəis Mayıl Məmmədov bu yerləri çox bahalı qiymətlərə imkanlı məhkumlara satır. Müalicə Müəssisəsinin binasında olan təmirli və normal şəraitlə təmin olunmuş otaqları isə rüşvət qarşılığında xəstə məhkumlara verirlər. Lakin mən Mayıl Məmmədova və ya onun rüşvətxor komandasına rüşvət vermədiyinə görə, onlar məni burada soyuq otağa saldılar. Halbuki mən 1-ci qrup əliləm. Səhətimdə ağırlaşmalar olduğu üçün Cəzaçəkmə Müəssisələrindən təcili şəkildə buraya etab edilmişəm. Mayıl Məmmədov digər xəstə məhkumlara etdiyi kimi, mənim də haqqımı qəsb elədi. Artıq bir neçə gündür ki, Müalicə Müəssisəsindəyəm. Baxımsızlıq ücbatından vəziyyətim daha da pisləşib.
Mən mətbuat vasitəsilə üzümü cənab Prezidentə, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə tutaraq xahiş edirəm, Penitersiar Xidmətin Müalicə Müəssisəsində geniş və növbədənkənar obyektiv yoxlamalar aparılsın. Bununla yanaşı, hüquq mühafizə orqanları mənim təhlükəsizliyimi təmin etsinlər. Ümid edirəm ki, burada xəstə və çarəsiz məhkumlara edilən haqsızlıqlara son qoyulacaq, Mayıl Məmmədov və onun hegomon heyəti layiqli cəzasını alacaqdır.
Ardını oxu...
Teref.az olaraq şikayət məktubunda qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dörc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Hesablama Palatası Kəlbəcərin icra başçısını yola salır…
Kəlbəcərli 3 uşaq anası 4 aydır diri olduğunu sübut edə bilmir, icra başçısı onu “öldürüb”… Kəlbəcərin icra başçısı Azər Qocayev barəsində rast gəldiyim bir xəbər düzü mənə maraqlı yumor təsiri bağışladı.
Onu da qeyd edim ki, yüz illər boyu böyük fikir adamları bəzən problemlərə ciddi prizmadan deyil, yumor, satira, hətta ironiya, sarkazm tərəfdən yanaşıblar. Bəli, Kəlbəcərin icra başçısı öz işi ilə məşğul olmaq əvəzinə İDMAN-a güc verib, əzələlərini şişitrməklə məşğuldur. Hətta cavan icra başçısı şikayətçilərə də hərdən yumruq atır-filan...
Deməli, Kəlbəcər camaatı yazır ki, İcra başçısı Azər Qocayev kabinetdə idman etməklə, trenajorla məşq etməklə kifayətlənməyib, hələ üstəlik....
Bəli, xəbərə görə, Azər Qocayev yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsindəki villasının alt mərtəbəsini “trenajor zalı”na çevirib. İddiaya görə, icra başçısı işə getməmişdən əvvəl hər səhər dayanmadan idman edir, hərdən lap dərinə gedir... İcra başçısı bu hərərkrətləri ilə deyəsən cammatı qorxuzmaq istəyir.
Sözün qısası, icra başçısı hər yerdə deyir ki, “Sağlam bədəndə sağlam ruh olar"...
Birinci ondan başlayaq ki, Azər Qocayev böyük səhvə yol verir. Niyə..? Çünki hər sağlam bədəndə sağlam ruh olsaydı, onda danalar, öküzlər və s ən sağlam ruha sahib olardılar, ay Qocayev. Əslində məsələ belədir: Sağlam ruh sağlam bədəndə olur, Azər müəllim. Kəlbəcərlilərin dediyinə görə, yuxarıdan Azər Qocayevə baramaçılığın inkişafı ilə bağlı tapşırıq gələndə, o, yaxınlarından soruşub ki, barama nədir..? Bu bilirsiniz nəyə bənzədi..? Bir dağ adamından soruşurlar ki, HAMAM görmüsən, cavab verir ki, həə, 2 kilo da yemişəm... İndi Azər Qocayevi qınamayın ee....Sumqayıtda doğulmuş, orada böyümüş, güc-bəlal İlə Sumqayıt universitetinin “mantyor” fakültəsini bitirmiş, ömründə rayona, kəndə ayağı dəyməyən Azər Qocayev nə bilsin ki, barama, yaxud ipək qurdu nədir..? Vaxtilə bir lətifə var idi. Şəhər adamını rayona rəhbər göndərirlər. Ferma müdirindən soruşur ki, bu nədir, deyir inəkdir, bu nədir, deyir kələdir. Təzə rayon rəhbəri soruşur ki, kələ nə üçündür...Yazıq ferma müdiri utana-utana izah edir...Rayonun təzə böyüyü gülə-gülə deyir ki, ta denən inəyin əridi də...
İndi bizi qınamayın Azər Qocayev kimi yeni kadrlar nə bilir barama nədir. Ona görə də Azər Qocayev bütün günü idmanla məşğul olur...
Gəlin, Azər Qocayevin avtobioqrafiyasına nəzər salaq. Qocayev Azər Bəhlul oğlu - 07.09.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 2009-cu ildə “Sumqayıtelektrikşəbəkə” ASC-də nəzarətçi kimi başlayıb. 2010-2017-ci illər ərzində “Azərenerji” ASC-nin “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb. 2017-2020-ci illər ərzində “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb. Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Fikir verdinizmi, bu adam ömründə 1-cə gün də idarəetmə işində çalışmayıb, kiçik bir kollektivi idarə etməyib. Bəs Kəlbəcər boyda 100 minlik rayonu bu adam necə idarə edəcək..?
Nə isə qayıdaq Azər Qocayevin əməllərinə. Bu adam kresloya oturan kimi korrupsiya maşınını işə salıb. Belə ki, mediada yazılanlardan bəlli olur ki, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılıb.
Bəli, cavan icra başçısı Azər Qocayev vəzifəsindən sui-istifadə etməklə rayonun Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Məmmədovun vasitəçiliyilə məktəb direktorlarından rüşvət tələb edərək alıb.
Bunu biz demirik aaa, bütün mətbuat yazır.
İcra başşçısı Kəlbəcər RTŞ-nin tabeliyindəki 5, 9, 10, 11, 22, 55, 98, 109, 115 saylı və digər məktəb direktorlarının hər birindən 500 manat rüşvət alması məktəb direktorlarının izahatlarında və digər sübutlarla öz əksini tapıb. Hələ bu harasıdır..?
Mediada yazılanlardan bəlli olur ki, Azər Qocayev bir müddət əvvəl Kəlbəcər İH-nə məxsus ianə fondunu ləğv edib. İddia edilir ki, buna səbəb həmin fonda yığılan küllü miqdarda maddi vəsaitin məhz Azər Qocayev tərəfindən qeyri- səmərəli şəkildə xərclənərək talanması, pulların mənimsənilməsidir. İddia edilir ki, həmin fakt üzrə də prokurorluqda ciddi araşdırmalar aparılır. Hələ bu harasıdır…? Azər Qocayev sağ adamı ölü çıxarır.
Bəli, Kəlbəcər sakini Alışanova Lətafət Asif qızı deyir ki, aldığı təqaüdün qəflətən kəsilməsindən narahat olaraq Gəncədə yerləşən DSMF-yə müraciət edib, orada ona deyiblər ki, SƏN ÖLMÜSƏN, ona görə də DİRİ olduğunu sübut etməlisən.
Yəni DİRİ olduğunu sübut etmək üçün mütləq polisin 102 xidmətinə zəng etməli, ASAN xidmətə gedib qan analizi verməlisən və sübut etməlisən ki, həqiqətən dirisən. Yazıq 3 uşaq anası olan Lətafət xanım indi qalıb yollarda. Uzun get-gəllərdən sonra binəva xanıma məlum olub ki, kəndin icra nümayəndəsi Ələkbər Ələsovla icra başçısı Azər Qocayev əlbir olaraq binəvanı “öldürüblər” və müavinətini həzm-rabedən keçiriblər. Vallah hər şey eşitmişdik, amma beləsini ilk dəfədir eşidirik. Bu da gənc icra başçısı.
Redaksiyamıza daxil olan məlumata görə, Hesablama Palatası icra başçısı Azər Qocayevin 3 illik fəaliiyəti ilə bağlı ciddi yoxlama aparıb və… Yaxın zamanda Azər Qocayev yola salınacaq. Hara..? Onu yaxın zamanda biləcəyik.
P.S. Mən uşaq olarkən, Sumqayıtda qohum evində oturmuşdum. Birdən qohumlardan biri gəldiki filan qohumun bacısı Gülnarı qaçırdıblar. Evdə hamı bir-birinə dəydi. Sonradan ağbirçək və ağsaqallar bir araya gələrək, maraqlı söhbət etdilər. Həmin söhbətdən bəzi xatırlatmaları növbəti sayımızda sizinlə bölüşəcəyik.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dörc etməyə hazırıq
Teref.az
Ardını oxu...
Bu yaxınlarda Xalq artisti Ramiz Novruzun dəfni ətrafında yaradılan süni qalmaqal hər birimizin ağrı ilə qarşıladığı mənzərə idi və hər kəs bu məsələdə Mədəniyyət Nazirliyini tənqid etdi. Halbuki, məsələnin birbaşa ünvanı Mədəniyyət Nazirliyi yox, Azərbaycan Həmkərlar İttifaqı Konfederasiyasıdır (AHİK). Çünki həmkarları birləşdirən bu təşkilatın əsas işi, daha doğrusu borcu belə hallarda önə çıxmaqdır.

Ramiz Novruzov boyda sənətkar yada düşmədi, nə dəfndə iştirak etdilər, nə də dəfnin xərclərində. Axı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası həm də mədəniyyət işçilərini də əhatə edir və maliyyələşməsini həm də bu sahədən “həmkarlar haqqı” olaraq toplanan vəsaitdən təmin edir.

Nədənsə bütün tənqidlər Mədəniyyət Nazirliyinə yönəldiyi vaxt, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi gizlənməklə məşğuldur. Halbuki, başını quma soxan dəvəquşuya bənzəyirlər, çünki hər şey ortadadır, bircə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından və sədri Səttar Möhbalıyevdən başqa...

Azərbaycanda hələ SSRİ dövründən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına böyük miqdarda miraslar qaldı. Bu miras Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, yaxud Səttar Möhbalıyevin şəxsi mülki yox, hər kəsin idi. Xalq artistlərindən tutmuş media nümayəndələrinə, mədəniyyət xadimlərindən müəllimərə qədər hər kəs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansındakı sağlamlıq mərkəzlərindən yararlanmalıdır.

Bəs neçə nəfər bu hüquqdan yararlandığını deyə bilər?

Yaxud elə “ortada qoyduqları” Xalq artisti Ramiz Novruz nə vaxtsa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkil etdiyi istirahət mərkəzinə aparılmışdımı?!

Cavabın mənfi olduğu bəllidir. O zaman, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası heç olmasa dəfn xərclərini ödəyərdi, niyə “dəvəquşu” kimi gizlənirlər?!

Ümumiyyətlə, sonuncu dəfə Səttar Möhbalıyevi nə zaman görən olub?

Onu sonuncu dəfə kimin gördüyü bəlli deyil. Sanki “evdən çıxıb, bir daha geri qayıtmayıb”. Nə medianın qarçşısına çıxır, nə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gördüyü “işlər”dən danışır. Sakitcə bir guşəyə çəkilib, həmkarlar adı altında böyük mirası həzm-rabedən keçirməklə məşğuldur.

Biz demirik, mediada bu haqda yetərincə informasiya yayılıb. Onlardan bir neçəsinə nəzər yetirmək bəs edir ki, Səttar Möhbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansındakı obyektləri satıb “yediyini” anlayaq.

30 ildir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sədrlik edən, daha dəqiq desək, bu postdan möhkəm yapışıb getmək istəməyən Səttar Möhbalıyev bu təşkilatı özünün ailə qurumuna çevirib.

Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beynəlxalq əlaqələr departamentinin məsul işçisidir.

Qızı lalə Möhbalıyeva isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür.

Məlumatlara görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xaricdəki tədbirlərində birmənalı olaraq sədrin xanımı və qızı iştirak edirlər.

Misal üçün, Səttar Möhbalıyevin xanımının Türkiyədə “Sat Turizm Diş Ticaret Limited” şirkətinin olduğuna dair məlumatlar var. Şirkət 2009-cu ildə 380 min lirə kapitalla İstanbulda qeydiyyatdan keçib. Şirkətin Türkiyədə ticarətlə, turizmlə məşğul olan şöbələri, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlara malikdir.

Başqa bir məlumatda qeyd olunur ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansındakı “Kurort” Səhmdar Cəmiyyəti “putyovkaları” (yollayışları) satmaqla məşğuldur. “Kurort”a 8 sanatoriya, 1 müalicə pansionatı və 10 istirahət bazası daxildir.

Mediada yayılan məlumatlardan da aydın görünür ki, Səttar Möhbalıyevin yüzmilyonlarla sərvəti var və sirr deyil ki, bu sərvətin qaynağı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, yəni xalqın malıdır.

Ramiz Novruzov kimi sənətkarlarımızın ölməli yox, istirahət etməli yerlər ya Səttar Möhbalıyev tərəfindən satılıb, ya da “dost-tanışın” oylağına çevrilib.

Belə görünür ki, 30 ildir Milli Məclisdə kreslo da zəbt edən Səttar Möhbalıyevin nə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından, nə də qanunverici orqanda tutduğu yerdən imtina etmək niyyətində deyil. Başını quma soxub, düşünür ki, hamıdan gizlənib, amma anlamır ki, hər şey ortadadır və hər kəs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının necə çapıb-talandığını da görür, kimin taladığını da!

Zaur Hacılı
Demokrat.az

Ardını oxu...

xeberfakt.az Ölkə prezidenti, ali baş komandan İlham Əliyevin dəfələrlə məmurlara xalqa xidmət edin deməsindən nəticə çıxarmayanlar var. Bunlardan biri də xalqa yox, cibinə xidmət edən Naftalanın sabiq icra başçısı Natiq Aslanovdur. Əməlli-başlı iştahı olan bu icra başçısı işlədiyi dövrdə şəhərin büdcəsini həzmi-rabeədən keçirib. Ali baş komandan sözünü də boşuna qeyd etmədik. Sabiq icra başçısı Natiq Aslanov hərbidən yayınan, el dilində desək dezertir məmurlardandır.

Beləliklə, Natiq Aslanovun cəmi 10 min əhalisi olan Naftalandan "qopardığı" əmlakların siyahısını təqdim edirik. Onu da bildirək ki, Aslanovun fəaliyyətinin araşdırılması məqsədi ilə ara-aıra şəhərdən bəzi vəzifə sahibləri sorğu-sual olunsa da, hələlik araşdırmanın effektiv nəticəsi gözə dəymir. Elə olmasaydı, maaşla bu qədər mülkün necə alındığı çoxdan xalqa açıqlanandı!

1. Naftalan şəh, İ.Həsənzadə küçəsi, bina 23

 (Naftalan mall),

2. Naftalan şəhəri, bina 15 (gözəllik salonu),

3. Naftalan şəhəri bina 1 (Çinar market),

4. Naftalan şəhəri, bina 2 (Naftalan şəh. Gigiyena və Epidemologiya idarəsi),

5. Şirvan prospekti, Karvan otelin arxası, 1 ha torpaq sahəsi,

6. Karvan otelinə şərik,

7.  Naftalan şəh, köhnə hamamın yeri 0,67 ha torpaq sahəsi,

8.Naftalan Safıkürd yolunun sol tərəfi 1.2 ha torpaq sahəsi,

9. Naftalan şəh. İ.Məmmədov küçəsi, Yarımstansiyanın qarşısı   12 sot həyətyanı torpaq sahəsi,

10. Naftalan şəh. Şirvan prospekti Qarabağ otelin qarşısı 0,82 ha torpaq sahəsi,

11. Bakı şəhəri, Abşeron otelin yanı, 320 m² bir milyonluq bina evi.

 

Qeyd edək ki, şikayət əsasında 3 il öncə Kommunal Təsərrüfat İdarəsində yoxlamalar aparan Korrupsiyaya Qarşı Mübarizə İdarəsi böyük pozuntular qeydə aldı. Sonda  2 məmur ev dustağlığı ilə cəzalandırılıb və əmlakına həbs qoyulub. Maaş kartlarını ələ keçirməklə edilən bu qanun pozuntusundan icra başçısının necə xəbəri olmaması da böyük maraq doğurur. Axı bu cür işlər özbaşına edilə bilməz.

 

Mövzunu xalqımızın gözəl bir kəlamı ilə bitirmək istərdik. "Allah gözünüzü doyursun". Bu iştah sizi ya qəbirə, ya da barmaqlıqlar arasına aparacaq. Getdiyiniz hər iki yerdə də sizə o yığdığınız var dövlət gərək olmayacaq. Bu gün arxa çevirdiyiniz, xidmət etməkdən imtina edib nəfsinizə qulluq etdiyiniz xalqın qəzəbindən qorxun.

 Qeyd edək ki, mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

xeberfakt.az 

Ardını oxu...
Hərbdən yayınmaq, narkotestdən keçmək, əlillik kağızı düzəltmək üçün Qaracayev “tarif” müəyən edib... Mərkəzdə nə qədər bağban, mühafizəçi, “ölü canlar” var.? Qısa məlumat üçün qeyd edək ki, TƏBİB-in rəhbəri Vüqar Qurbanovun apardığı kəllə-mayallaq struktur islahatlarınınnəticəsində bu gün Bakıda yerləşən xəstəxanalar hər rayon üzrə MƏRKƏZ adı altında birləşdirilərək paytaxt səhiyyəsində dözülməz vəziyyət yaradıblar.
Məsələn, Sabunçu rayonu ərazisindəki xeyli xəstəxana 3 saylı Sabunçu Tibbi Mərkəz də birləşdirilib. Və Bakının məşhur 3 saylı Sabunçu Klinik Xəstəxanası rayon ərazisindəki tibb müəssisələri üçün Tibbi Mərkəz rolunu oynayır. Və vaxtilə 3 saylı şəhər Kliniki Xəstəxanasının Travmotologiya şöbəsinin müdiri olan İlgar Qaracayev yenə burada at oynadır, qohum-əqrəbasını başına toplayaraq ailə biznesi qurub. Bəli, İlqar Qaracayevin yaxınları olan Kazım Qaracayev, Heyran Quliyev, və başqaları xəstəxananı və Tibbi Mərkəzi, sözün həqiqi mənasında bazara çeviriblər. Təsəvvür edirsiniz, Bakının 12 rayonunda hərbi komissarlara, ümumiyyətlə, kiməsə saxta sağlamlıq arayışı lazım olursa, anındaca İqar Qaracayevə müraciət edərək, haqq-hesabını verib saxta sağlamlıq arayışları alırlar. Bir soruşan yoxdur ki, niyə bu saxta arayışları başqa rayonların tibb mərkəzlərindən almırlar, mütləq 3 saylıya üz tuturlar..?
Daha aydın şəkildə desək, kimsə hərbi xidmətdən yayınmaq istəyirsə, İlqar Qaracayevə və onun mərkəzdəki qohum-əqrəbasına müraciət edir. Yaxud kiməsə narkotik testi-arayışı lazmıdırsa, mütləq İlqar doktoru axtarır. Hətta saxta yolla özünə pensiya, əlillik kağızı düzəltmək istəyənlər də İlqar Qaracayevlə dil tapır, işlərini həll edirlər. Bir sözlə, İlqar Qaracayev, Kazım Qaracayev, Heyran Quliyev və onların yaxın çevrəsi xəstəxanada əməlli-başlı rüşvət-korrupsiya maşınını işə salıblar. Hələ bu harasıdır..? Xəstəxanaya daxil olanda adamın gözünün qabağına 1941-1945-ci illər müharibəsində yaralananlara xidmət göstərən xəstəxana gəlir. Görəsən, o vaxtdan keçən 75-80 ildə bu xəstəxana niyə köhnə görkəmini saxlayıb..? Axı, təkcə son illərdə bu xəstəxananın təmirinə, müasir tibbi avadanlıqların alınmasına yüz minlərlə dövlət vəsaiti xərclənib. Bəs görəsən o pullar hara xərclənib..? Onu da qeyd edək ki, TƏBİB-in koordinatoru İmran Qurbanov, TƏBİB-in şöbə müdiri Kəmalə Ağayeva 3 saylı Tibbi Mərkəzdə yoxlama aparıblar. Bəs nəticəsi nə oldu...? Əgər mərkəzdə ciddi yoxlama aparılsa, İlqar Qaracayevin və onun qohum-əqrəbasının həbsi qaçılmaz olacaq. Əgər cənab Prezidentimiz bu xəstəxanada ciddi yoxlamaya göstəriş versə....
Bəlli oalcaq ki, təmir və bərpa adı altında yalandan divarlara boya çəkərək yüz minləri mənimsəyiblər. Bəlli olacaq ki, dövlətin vəsaiti hesabına xəstələrə verilməli olan ərzaq və digər qidalar kimlərin marketlərində satılıb. Bəlli olacaq ki, dövlətdən hər ay əmək haqqı alan, 70-ə yaxın mühafizəçi, bağban və digər işçilər kağız üzərində maaş alırlar, amma işə gəlmirlər. Bəlli olacaq ki, 246 min Sabunçu sakininə quluq etməli olan Tibbi Mərkəzi İlqar Qaracayev və onun qohum-əqrəbasına “xidmət” edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, xəstəxananın baş həkimi, mərkəzin direktoru Fikrət Zeynalov bu yerində olmayan, yarıtmaz və ən əsası xəstəxananı öz şəxsi biznesinə çevirən Qaracayevlərin əməllərinə son qoymalıdır.
PS: İlqar Qaracayevlərin 3 saylı tibbi mərkəzdə apardıqları işlər sanki bazarda edilən alverə bənzəyir. 
//gundelik-baku.com//

Ardını oxu...
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynova

Sumqayıt şəh.2-ci məhəllə
bina 5/28 mən 58 də yaşayan
Qasımova Səriyyə Namiq qızı və Qasımova İradə Alik qızı tərəfindən
0774608372

Ərizə

Hörmətli Eyyub müəllim,

Sizə şikayətim Bakı şəh, Hüsü Hacıyev 3.5.6 ünvanda yerləşən “Astetik Lab Vip Style”mərkəzinəndir. Yazıb Sizə bildirirəm ki, 2022-ci il sentyabr ayında bizə (qızımla) 28 Mayda yerləşən estetik mərkəzindən mobil telefona zəng olundu və bizi pulsuz dəri müayinəyə dəvət etdilər. Əlaqə saxlayan (0552071700-mob. Aylin xanım idi) bizdə pulsuz müayinə olduguna görə razılaşdıq, elə həmən günü 16-30 da müayinəyə getdik. Müayinə zamanı bizi ayrı ayrı kosmetoloqlar müayinə etdi. Mənə üz dərimin nəmliyi qurulugu yoxlanılıb üzdərimin bir hissəsinə nəmləndirici krem çəkildi, 15 dəq gözlənildi, sonra təkrar yoxlama nəticəsində məlum oldu ki, nəticə çox yaxşıdı, mənə əməliyyatsız üzgərmə (Ultraformer 7D) təklif olundu və prosedurun qiyməti 1200.00 manat dedilər, mən cavabında dedim çox bahadı, mənim maaşım cəmi 480.00 manatdı, kosmetoloq məni başqa kosmetoloqun yanına apardı, səhv etmirəmsə adı Zara idi, o isə mənə müdiriyyət tərəfindən qiymətlərin 70 faiz aşagı salındıgını dedi və 472.00 manat edir sizin prosedur fürsəti qaçirmayın yeddi il öncəyə dönmək istəməzsiz məndə əlimdə pulumun olmadıgını qızımla məsləhətləşməyi dedim, mənimlə birlikdə çıxıb qızımın olduğu otağa getdik qızıma da təklif olunmunmuşdu o da deyirdi pulumuz yoxdu, məndə dedim bir kart varımdı, onunla ödəniş etmək olarsa razılaşdılar hər birimizə 200.00 azn. ( 400 manat) ödədik dedilər nə baş versə də pul geri qaytarılmır, soruşdum aylara bölünürsə dedilər xeyr, aylarada bölünmür etdiyimiz ödənişə peşman olsaq da gec idi dedik görək nə olacaq. Bizimlə müqavilə baglandı pulu ödəyəndən sonra, üzgərmə əməliyyatı isə 16.09.2022-ci il Gənclik metrosu yaxınlıgındakı Koroğlu Rəhimov kücəsi 49/51 ünvanda olan korpusda keçirildi. Əməliyyata girmədən öncə bizə pulun qalıgını ödəmək lazım oldugunu dedilər. Posedurdan qabaq agrı olub olmadıgını soruşdum dedilər prosedur zamanı ola bilər sonra keçəcək təssüf ki aylarla çənə sümüyumun və başımın agrısınan dayana bilmirdim, saçım tökülməyə başladı çox fəsadlar oldu bir ay ötdü heç bir dəyişiklik olmadı nədə zəng edib maraqlanmadılar özüm zəng edib dedim ki,heç sizdən zəng olunmadı mənim üzümdə heç bir dəyişiklik yoxdu bir gün keçəndən sonra zəng etdilər müayinəyə dəvət etdilər məndə iradımı bildirdim məhəl qoyan kimdi elə öz məhsullarından almagım üçün təklif etdilər məndə maddi cəhhətdən imkan olmadıgını dedim dedilər sizin yaşınızla əlaqədar üz dəriniz 3-4 aya nəticə verəcək 5 aydı heç bir nəticə yoxdu ağrılarım keçmiyib. Qızımlada eyni senari onun göz ətrafının təmizlənməsi ilə bağlı prosedurlar aparıldı hər prosedurda öz iradını bildirib ki nəticə yoxdu pulumu geri qaytarın həticədə yeni prosedur təklif etmişdilər o da razı olmadıgını bildirib.

27.02.2023-cü il tarixdə yxarida qeyd etdiyim ünvana gedib “Estetik mərkəzin” müdiri ilə görüşüb iradımı bildirmək istəsəm də, dedilər ki görüşdürə bilmərik, Aylin orada yox idi, dedilər ki, Alin mənimlə apreldə əlaqə saxlayacan, Aygünlə görüşdüm, o da dediki biz sizə hec nə kömək edə bilmərik. Şikayət edəcəyimi bildirdikdə cavab vermədilər.Bizə kosmetik mərkəz tərəfindən bir daha zəng olunmadı müayiniyə dəvət etmədilər. Ailə vəziyyətimiz imkansızdı qızım ailədə 3 uşağını özü saxlayır. Sizdən çox xahiş edirik ki ,bizim estetik mərkəzə ödədiyimiz 892.00 manat pulun alınmasına bizə köməklik göstərəsiniz, insanları aldadan bu mərkəzdə calışanların lisenziyasının mövcudluğu araşdırılsın, bu mərkəz barədə dövlət orqanlarına və KİV-lərə məlumat verilsin ki, başqa insanlar aldadılmasınlar.

İmza: Qasımova S.N.
Qasımova İ.A.
Tel: 0508431272 27.01.2023
 //moderator.az//

Dünyapress TV

Xəbər lenti