Ardını oxu...
S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu nə işlə məşğuldur..?
Normal ölkələrdə İmişli Mürşüd kimilər nəinki 12 mərtəbəli bina, heç it damı da tikə bilməz...
Qardaş Türkiyədə 45 mindən çox insanın ölümünə, 100 minlərlə insanın şikəst olmasına, 10 minlərlə binanın yerlə-yeksan olmasına səbəb olan dəhşətli zəlzələdən sonra Azərbaycanda hündürmərtəbəli binaların tikintisinin dayandırılması barədə ciddi müzakirələr gedir və 9 mərtəbədən artıq binanın tikilməsinin qadağan olunması gözlənilir. Mərtəbə məsələsinə birazdan qayıdacağıq.
Bu gün media üzərindən Türkiyədə uçan binaların böyük ziyan dəymiş mənzillərinin sütunlarının şəkilləri paylaşılıb. Adam dəhşətə gəlir ki, sütunların içərisinə taxta, nə bilim daş qırıqları-zad doldurublar. Bu bina zəlzələyə necə davam gətirə bilərdi..? Bu faktdır ee... Kim qarantiya verir ki, Bakıda tikilən binaların keyfiyyəti belə deyil..?
Ümumiyyətlə, Azərbaycanda son illər hərşeyşünaslar dəstəsi yaranıb. Dünənə qədər dağda dana otaran, yaxud şəhərdə tində təsbeh çevirən birisi tikinti şirkəti açır, nə bilim özəl xəstəxana yaradır. Bir soruşan olmur ki, sənin olmayan başın inşaat işlərindən, özü də 15-20 mərtəbəli binaların tikintisindən çıxmır axı...
Belə MTK sahiblərindən biri də “Bizim Ev” MTK-nı idarə edən İmişlili Mürşüddür. Biz kiminsə kənddə dana otarmağına, nə bilim yer əkməyinə, çoban olmağına pis baxmırıq. Hərə bir peşənin sahibidir. Amma dahi Nizami deyirdi ki... Kamil bir palançı olsa da insan, Yaxşıdır YARIMÇIQ papaqçılıqdan..
Bu sözlər az qala 1000 il əvvəl deyilib ee... Axı, bu gün bəzi tikinti şirkətlərinə sahiblik edənlər nəinki “yarımçıq”lardır, heç anlayışı olmayanlardır. Vallah bu günün birində bizi bir millət olaraq fəlakətə aparacaq və Türkiyədə baş verənlər toya getməli olacaq. Təkrar yazmağa məcburuq ki, dünyada şəhərsalma elmi var, ay Mürşüd kimilər. Tikinti salınan ərazi geodezik-seysmoloji cəhətdən öyrənilməlidir. İmişli Mürşüd nə bilir bunları..
İkincisi tikintidə istifadə edilən inşaat materialları laboratoriyada yoxlanılmalıdır. Və daha nələr... Bütün bunlar azmış kimi “Bizim Ev” MTK az qala məhlənin ortasında 12 mərtəbəli bina tikir, gecə-gündüz, həftənin bütün günləri sakinlərin başına toz-torpaq, sement tozu, palçıq yağır. Tikintidə istifadə olunan taxta karkasların biri məhəllədə oynayan uşaqların başına düşsə, fəlakət olacaq. İmişli Mürşüdün tikdiyi binanın balkonlarından sakinlərin evlərinin içi, az qala hamamı görünür. Bu rüsvayçılıqdır. Tikintidəki səs-küydən sakinlər gecə-gündüz stress keçirir, nevroz vəziyyətinə düşürlər...
Sakinlərə işgəncə verməyi bir kənara, şirkətin apardığı tikinti prosesində heç bir təhükəsizlik qaydalarına əməl olunmur... Bəs görəsən, Arxitektura Komitəsi, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət edən qurumu, Şəhər rəhbərliyi hara baxır..?
Azərbaycanda sovet dövründən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu fəaliyyət göstərir, dövlət hər ay bura xeyli vəsait ayırır. Bu günədək hələ bircə dəfə eşitməmişəm ki, hansısa tikinti şirkəti bu institutdan icazə ala... İnşaat işlərini dərindən bilən bir tanışımız 3 gün öncə dedi k, o binalarda yaşamaq xərçəng xəstəliyinə yoluxmaqdır, o binalarda hətta dibçək gülləri inkişaf eləmir və daha nələr...
Bəli, savadlı inşaatçılar deyir ki, bizim MTK-lar betona fenol adlı nəsə maddə qatırlar, beton tez bərkiyir, amma 2-3 ildən sonra ovulur və daha nələr..
Bax, bu məsələyə S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu baxmalıdır.
Sözün qısası, Mürşüdün “Bizim Ev” MTK-sı yaşıllıqları qırır, sakinlərə işgəncə verir, məhəllədaxili ərazini zəbt edib, hətta “Məhsul” stadionunun soyunub-geyinmə otağını da “işğal” etdiyi və s. bəllidir. Amma ən dəhşətlisi odur ki, tikinti normaları ciddi şəkildə pozulur. Necə ki, Türkiyədə uçan binaları görürük, bax eləcə...
İndi yazının girişində qeyd etdiyimiz mərtəbə məsələsinə nəzər salaq. Bəli, son günlər 9 mərtəbədən artıq binaların tikilməsinə qadağa qoyulması gündəmə gəlib. Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var, plana əsasən, ölkə ərazisində 9 mərtəbədən artıq binalar tikilməyəcək”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, binanın inşa olunması üçün yerin ayrılmasına icazənin verilməsi, tikinti aparılan ərazidə torpağın geoloji quruluşunun öyrənilməsinə Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi baxır.
Bəli, biz torpağın geoloji quruluşundan danışırıq, amma Mürşüdün heç vecinə də deyil. Amma sakinlər dövlət başçısına, cənab nazir Kəmaləddin Heydərova, Bakı ŞİH-nin rəhbərliyinə müraciət edir ki, “Bizim Ev” MTK-nın tikdiyi 12 mərtəbəli bina sökülmədir. Əgər insanlarımızın Mürşüd kimilərin tikdiyi binaların uçqunları altında qalmasını istəmiriksə, Yasamal rayonu, 3155-ci məhəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında tikilən bina sökülməlidir.gundelik baki.com
 
Ardını oxu...
Neftçilər metrosu yaxınlığında, 61 saylı məktəbin yanında köhnə yaşayış binasını söküb yerində yenidən bina tikmək istəyirlər. Ancaq, inşaat ərazisində çoxlu ağaclar var. Ağacların bəziləri artıq kəsilib, yerdə qalanların taleyi nə olacaq, qeyri-müəyyəndir.

AzToday.az xəbər verir ki, bu barədə “Ecofront” məlumat yayıb.

Məlumatda deyilir ki, artıq onlarla ağac artıq kəsilib: “Hələ də sökülən binanın ətrafında onlarla ağac var.
Ərazidə olarkən tikinti şirkətinin rəhbər şəxsləri ilə görüşdük. Söhbətin əvvəlində heç bir ağac kəsmədiklərini bildirsələr də sonradan əsaslı arqumentlərimizə tap gətirə bilmədilər. Sonda gəlin “razılaşaq” söhbətinə keçdilər. Buda o deməkdir ki, həmin ağaclar qeyri-qanuni kəsilib”.
Ardını oxu...
Bakının mərkəzində agacları kəsən şirkətlə bağlı açıq mənbələrdəhər hansı bir məlumata rast gəlinmir. Reyestr sənədlərindən məlum olur ki, “GİYASLI GROUP” MMC 2017-ci ilin oktyabrın 26-də qeydiyyatdan keçib. 2020-ci ilin yanvarın 22-də isə reyestr sənədlərinə dəyişiklik olunub. 10 manat nizamnamə kapitalına malik şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Etibar Qocayev, ev 26-dır. Şirkətin qanuni təmsilçisi isə Hacıbala Soltan oğlu Abasovdur.

Sözugedən ünvanda daha bir şirkət 7 Oktyabr 2022-ci ildə qeydiyyatdan keçib. q0 manat ilkin kapitala malik “SMART HOME CONSTRUCTİON” MMC-nin qanuni təmsilçisi Qiyaslı Tural Fərhad oğludur.
Ardını oxu...
Bakının mərkəzində agacları kəsən şirkətlə bağlı indiyə kimi hər hansı bir tədbir görülməyib.

Ərazidə çəkilən görüntüləri təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Neftçilər metrosu yaxınlığında, 61 saylı məktəbin yanında köhnə yaşayış binasını söküb yerində yenidən bina tikmək istəyirlər. DİA.AZ bildirir ki, ancaq, inşaat ərazisində çoxlu ağaclar var. Ağacların bəziləri artıq kəsilib, yerdə qalanların taleyi nə olacaq, qeyri-müəyyəndir. Qeyd edək ki, söküntü işləri "Giyaslı Group" tərəfindən həyata keçirilir.

İzləyicimizin verdiyi məlumat əsasında dünən əraziyə baxış keçirdik. DİA.AZ bildirir ki, artıq 10-na yaxın ağac artıq kəsilib. Hələ də sökülən binanın ətrafında onlarla ağac var.

Onu da qeyd edək ki, dia.az-a əraizdən fotolar da təqdim olunub:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Hər halda, gərəkən qurumların bu olaya reaksiya verməsi vacibdir. Çünki hədəfdə NƏFƏSLİYİMİZDİR...

Məsələ diqqətimizdədir. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

0
Ardını oxu...
 
 Apellyasiya Məhkəməsi Anar Sultanovun cəzasını 3 il şərti işə endirdi… 
 Anar Sultanova məhdudiyyət, STOP qoyulsa da səsi Dubaydan, Moskvadan  gəlirdi…. 
 Anar Sultanovun “Etibar-İnşaat” MMC-si sakinlərə işgəncə verir… 
 "Beynəlxalq Bank"da baş verən ağır cinayət əməlləri, yoxa çıxan, daha doğrusu, xaricdəki ofşor zonalara ötürülən milyardlarla vəsait barədə ölkə mediasında kifayət qədər yazılıb. O da məlumdur ki, baş verən cinayət əməllərinə görə, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abduallayev, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, sonra  AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunublar. Yəni bu adi cinayət əməli deyildi, böyük bir cinayətkar şəbəkə idi. 
 Sonda  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, Y.Ələkbərov 8 il 6 ay, K.Orucov 7 il 6 ay, M.Cahangirov 7 il 6 ay, A.Cavadov 10 il 11 ay, Anar  Sultanov 7 il 6 ay və İ.Abdullayev 6il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan  Anar  Sultanov  apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Və məhkəmə  Anar Sultanova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona 3 il  şərti cəza verib. 
 Təsəvvür edirsiniz, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  7 il 6 ay  cəza alan Anar Sultanova Bakı Apellyasiya Məhkəməsi 3 il şərti cəza verdi. Bəlkə də məhkəmə tarixində belə bir hal olmayıb. Nə isə, 3 il şərti cəza ilə canını qurtaran Anar Sultanov elə bilirsiniz islah olundu..? Əksinə Anar Sultanovun barəsində 3 il şərti cəza, ölkədən çıxmamaqla bağlı STOP qoyulsa da, o, istədiyi vaxt ölkəni tərk edir, səsi-sorağı gah Dubaydan, gah Moskvadan gəlirdi. Hələ bu harasıdır..? 
 Bu gün Anar Sultanov Bakı şəhərində böyük bir tikinti biznesi ilə məşğul olur. Bəli, “Etibar- İnşaat” MMC-nin  bütün səlahiyyətləri  Anar Sultanova məxsusdur. Əslində bu buznesin arxasında mühüm vəzifəli şəxs dayanır, biz etika və dostların xatirinə onun adını çəkimirik. Amma  ümid edirik ki, həmin şəxs də bizim işlərimizə müdaxilə etməyəcək. 
 Ümumiyyətlə, “Etibar -İnşaat” MMC-nin ətrafında xeyli sayda tanınmış şəxslər cəmləşib. Onlardan biri də hazırda millət vəkili olan, əsgəri xidmət etməyən, Mahir Abbaszadədir. Bəli, Mahid Abbaszadə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, dövlətin məcburi köçkünlər üçün ayırdığı milyonları mənimsəyərək, bu gün həmin pulları “Etibar-İnşaat” MMC-yə  yatırıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Anar Sultanov vaxtilə Beynəlxalq  Bankdan 15 milyon kredit götürüb. 
 Sözün qısası, bu cinayətkar şəbəkə hazırda Bakının Yasamal rayonunda  16 mərtəbəli, 4 bloklu bina inşa edirlər. Anarın və qardaşının “Qaradok”  deyilən məhşur kafesi  və digər obyektləri də ona və qardaşı Cəmilə məxsusdur. Bu yazını yazmaqda məqsədimiz odur ki,  deyəsən qardaş Türkiyədə baş verənlər, on minlərlə insanın həlak olması, binaların heç bir normativə cavab verməməsi, həbs olunan inşaat şirkətlərinin rəhbərləri və s bizə dərs olmayıb. Axı, cinayətkar bank işçisi olan Anar Sultanov kimdir kİ, inşaat işlərindən heç bir anlayışı olmadan, Bakıda binalar tikir. Sabah bir təbii fəlakət baş verərsə, Anar kimilərin tikdiyi binaları hansı aqibət  gözləyir..? 
 Bütün bunlar azmış kimi, Anar Sultanov tikinti gedən ərazidəki sakinlərin hüquqlarını pozur, onların şərtləri ilə razılaşmayan mənzil sahiblərini az qala intihar həddinə çatdırıb. Və hazırda narazı sakinlər  Anar Sultanovu və şirkəti məhkəməyə  veriblər. 
Araşdırmamız davam edir. Növbəti yazımızda "Beynəlxalq bankdan oğurlanaraq alınan obyektlər" yazısı dərc olunacaq. 
Bizi izləyin.

 

Ardını oxu...
 

 Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 3-4 dəqiqəsindən keçib məktəbə baş çəkə bilməzmi..?  
 Ölkədə təhsilin vəziyyəti ilə bağlı az qala hər gün ölkə mediası yazır. Təhsilin
səviyyəsinin aşağı olması, şagirdin müəllim tərəfindən döyülməsi, şagirdlər arasında zərərli vərdişlərin artması və digər neqativ hallar az qala adi hala çevrilib. Bu məsələdə Qaradağ rayon məktəbləri də geridə qalmır. Təkcə bircə faktı qeyd edək ki, Qaradağ rayonunda yüzlərlə şagirdin oxuduğu elə tam orta məktəblər var ki, bircə məzun da ali məktəbə daxil ola bilmir. Belə olan halda dövlətin illər boyu sərf elədiyi külli miqdarda vəsait göyə sovrulur. 
 Biz demirik ki, məzunların hamısı ali təhsilli olmalıdır. Ancaq heç olmasa  1-2 məzun ali məktəbə daxil ola bilmirsə, bu çox mənfi göstəricidir. 
 Sözün qısası, Qaradağ rayonunda təhsilin səviyyəsi ürək açan deyil. Amma bizim konkret bu yazının mövzusu təhsilin səviyyəsi ilə bağlı deyil, şagirdlərin təhlükəsizliyi ilə bağlı məsələdir. Bizim özümüzün canlı müşahidə etdiyimiz və üstəlik video-reportaj hazırladığımız vəziyyətdə, hər an məktəbin şagirdlərini ölüm halı gözləyir. 
 Belə ki, haqqında bəhs edəcəyimiz 2 saylı tam orta məktəb Qaradağ rayonu ərazisində yerləşir və.... 
 Təsəvvür edin ki,  yüzlərlə şagirdin təhsil aldığı tam orta məktəb adi yolun deyil e, trassın düz kənarında yerləşir. Daha doğrusu, trassın kənarında deyil, az qala  trassın “ağzının  içində”, daha doğru desək, fəlakətin bir addımlığında yerləşir. 
 Görəsən, hansı ağıl sahibi olan kəslər məktəbi bu qədər trassa yaxın inşa edib. Axı, məktəbin şagirdləri arasında xeyli azyaşlı var ki, hər an avtomobil qəzası ilə üz-üzə gələ bilər. 
 Söhbət təkcə azyaşlıdan getmir ee, axı bura orta məktəbdir. Buranın gündüzü, axşamı  var. Çox vaxt 2-ci növbənin şagirdləri dərsdən çıxanda, yəni axşam saat 7-dən sonra göz gözü görmür, axşam düşür. Belə olan halda kim bu uşaqların təhlükəsizliyinə qarantiya-təminat verə bilər..?
 Əgər iraq olsun sürücü şagirdi  avtomobillə vurub öldürəcəksə, bədbəxt sürücünün nə günahı..? Yaxud ölən azyaşlının nə günahı..? Bütün bunlar azmış kimi, 2 mart tarixində, saat 13-15 radələrində apardığımız  çəkiliş  zamanı  görürdük ki,  şagirdlərin biri "BİZON" içir, o biri "REDBUL" içir, bir başqası... 
 Bir sözlə, uzaqdan və yaxından olsa da hiss olunurdu ki, məktəbdə normal mənəvi  atmosfer yoxdur. Və üstəlik  trassın yanında... 
 İndi vəziyyəti özünüz təsəvvür edin. Axı, biz ömür boyu görmüşük ki, məktəblərin, uşaq bağçalarının yerləşdiyi yol kənarlarında təhlükəsizlik üçün piyada zolaqları olurdu. Nəinki uşaqların, hətta yaşlıların da təhlükəsizliyi üçün “zebra” deyilən keçid zolaqları var idi. Amma müşahidə etdiyimiz ərazidə buna rast gəlmədik. 
 Sonda onu da qeyd edək ki, iraq olsun qəza, ölüm halı baş verərsə, kimisə həbs etməklə heç nə geri qayıtmaz. Bunun qarşısı zamanında alınmalıdır. Və bizim məqsədimiz günahkar axtarışı deyil, problemin qarşısını vaxtında almaq məsələsidir. Bu mənada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, cənab Süleyman Mikayılova üzümüzü tutaraq deyirik ki, dövlət qurumları günahı bir-birinin üzərinə ata bilər, amma Qaradağda Prezidentin nümayəndəsi sizsiniz. Nə olar 3-4 dəqiqənizdən keçib, haqqında bəhs etdiyimiz əraziyə baş çəkəsəniz. Bu həm xalqımızın, həm Prezidentimizin, həm də Allahımızın qarşısında olan öhdəçilikləri yerinə yetirmək deməkdir.

 

Ardını oxu...
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə ötən ilin fevralında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunan ortoped-travmatoloq Elviz Qasımov dekabr ayında akademik Mirqasımov adına 1 saylı Respublika Klinik Xəstəxanasına direktor vəzifəsinə irəli çəkilib. E.Qasımov daha əvvəl Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman həkimliyi və fizioterapiya şöbəsinin müdiri, Bakı Sağlamlıq Mərkəzində isə Ortopediya və travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərib.

Təəccüblü və eyni zamanda acınacaqlı hal burasıdır ki, Elviz Qasımov özü ilə xəstəxanaya əcaib-qəraib qaydalar gətirmişdir və bu qaydalar xəstəxanada onun gəlişinə qədər mövcud olan neqativ halları aradan qaldırmağa yox, tibbi xidmətdən istifadə edən vətəndaşları narazı salmağa hesablanıb.Mediatv.az-a verilən məlumata görə direktorun tətbiq etdiyi yeni “kreativ” qaydaya əsasən, xəstələrə baş çəkməyə gələn xəstə yaxınlarının onlarla görüşməsi yalnız 12 manat pul ödədikdən sonra mümkündür. Ödəniş tələbinə “xəstənin yanında gecələmək” adı qoyulub. Beləliklə, baş çəkdiyin xəstə qohumunun yanında gecələməyə, qulluq göstərməyə ehtiyac olmasa belə, əgər xəstənlə görüşmək isdəyirsənsə həmin pulu ödəməlisən. Hər gün görüşmək istəsən, hər gün 12 manat verməlisən. Ödənişi edib əvəzində aldığın qəbzi göstərmədinsə, mühafizə polisi səni xəstənin yanına buraxmayacaq.
Xəstələr və yaxınları isə haqlı olaraq narazılıq edirlər. Vətəndaşlar bildirirlər ki, xəstənin yaxın adamları ilə görüşü ona mənəvi dəstək verir və əhvalının yaxşılaşmasına, nəticə etibarilə tez sağalmasına təsir edir: “Bu amil nəzərə alınaraq, bütün tibb müəssisələrinin rəhbərliyi tərəfindən günün bəlli saatlarında görüş üçün konkret vaxt təyin edilir, burada da həmişə belə olub. Yalnız vəziyyəti çox ağır olan xəstələr narahat edilməsinlər deyə, eləcə də koronavirus pandemiyasının tüğyan etdiyi dönəmdə görüşə icazə verilmirdi ki, bu da başa düşüləndi. Təzə direktor Elviz Qasımov isə görüş üçün “racon” kəsib. Halbuki, palatalarda xəstənin yanında 12 manata kirayəyə götürüb gecələməyə də çarpayı, oturmağa kətil çatışmır, heç bir şərait yoxdur.
Məsələ ilə bağlı TƏBİB-in “qaynar xətti” ilə əlaqə saxladıq .Bildirdilər ki, xəstə ilə yaxınlarının görüşünə TƏBİB tərəfindən heç bir qadağa qoyulmayıb.
 //Mediatv.az//
Ardını oxu...
Göygöl rayonu Xəqani kəndi məişət tullantıları içində itib-batır.

DİA.AZ bildirir ki, sakinlər yerli icra qurumlarının hərəkətsizliyindən giley edirlər. Onların sözlərinə görə, eyni vəziyyət 10 ildən artıqdır ki davam edir. Aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, onlar müraciətləri cavabsız qalıb.

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı teref.az olaraq bütün aidiyyatı qurum və şəxslərin də mövqeyii işıqlandırmağa hazırıq..

Ardını oxu...
Deməli, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev cənabları keçirdiyi müşavirələrin birində ağacların qırılmasına, yaşıllıqların məhv edilməsinə çox kəskin və sərt münasibət bildirmişdir: “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. Vaxtilə Bakıda ağaclar yox idi. Rus yazıçısı Maksim Qorkinin sözlərini yada salın, Bakıda 2-3 ağac gördüm. Bakıxanov, Badamdart qəsəbələrində, Xalqlar dostluğu parkında nə boyda əziyyətin hesabına yaşıllıqlar saldıq, becərdik. Bunu xalq üçün, millət üçün, Bakının iqlimi üçün edirdik. O ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsiblər. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..”
Bəli, Ulu Öndər ağacları kəsib yerində baqqal dükanı, xüsusi mülklər, nə bilim restoranlar, şadlıq evləri tikənlər üçün konkret cəza tələb edirdi: Həmin şəxslər haqq-ədalət məhkəməsi qarşısında cavab verməli və…. Həmin obyektləri dağıtmaq, uçurtmaq lazımdır… Uçurdulub, dağıdılmalı obyektlərdən biri də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan 19 ünvanda yerləşən “Bulaq” restoranı, Bulaq Palace-dir. Niyə və nə üçün..?
Onu qeyd edək ki, restoranın sahibi əslən Ağcabədidən olan Quliyev Eldar Müseyib oğludur. Sahəsi 9503 kvadratmetr olan torpaq sahəsi natamam sənədlər əsasında Biləcəri bələdiyyəsi tərəfindən 15 avqust 2005-ci il tarixli müqaviləyə əsasən park və ictimai iaşə məqsədləri üçün "Bulaq" restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun istifadəsinə verilib.
Mediada yayılan rəsmi xəbərlərdən o da bəlli olur ki, 2017-ci ildə "Bulaq" restoranı ərazisində ağacların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Həmin ünvandakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı restoranın həyətində 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının köküstə qurumuş vəziyyətdə olduğu və 2 ədəd ağacın isə kəsilmiş kötükləri aşkar olunub. Nəticədə təbiətə 57 min 360 manat məbləğində ziyan vurulması müəyyən edilib. Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl-natrium xlorid duzu tökülərək məhv edildiyi müəyyən olunub.
Həmin faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq zamanı “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun gələcəkdə yenidənqurma işləri aparmaqla iaşə obyektinin gəlirliliyini artırmaq, əlavə köşklər tikmək, mövcud olan sahəni genişləndirmək və bununla da ərazidəki yaşıllıqların qəsdən məhv etməsi müəyyən olunub. Və Eldar Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, 57 min manat cərimə olunub. Bəs sonra nə olub..? Sanki qurbağa gölünə daş düşüb. Və bu barədə ölkə mediasında bircə cümlə də yoxdur.
Redaksiyamıza daxil olan məlumata görə, Eldar Quliyev bir neçə aydan sonra azadlığa çıxıb və köhnə əməllərini davam etdirməyə başlayıb.
Birincisi, bizim məlumatımıza görə, həmin ərazidə 67 ədəd deyil, yüzlərlə şam ağacı məhv edilib. Bəs nə üçün Eldar Quliyev 57 min cərimə və 3-4 aylıq həbslə canını qurtara bilib..?
Hətta məlumata görə, “KLİÇKASI” bizə bəlli olan Eldar Quliyev Ekologiya nazirliyinin əməkdaşlarını söyərək ərazidən qovub. Bütün bunların qarşılığında Eldar Quliyev nə layiq olduğu cəzanı alıb, nə də qanunsuz obyekt sökülməyib. Bəs, Ulu Öndərin tələbləri necə oldu, cənablar..? Gəlin, görək, bu odda yanmaz, suda batmaz, “bessmertniy Kaşey” Eldar Quliyev kimdir, nəçidir..? Bu adam hansı maliyyə imkanları ilə buna nail ola bilir..?
Məlumat üçün onu qeyd edək ki, Eldar Quliyev əvvəllər dostu Fikrətlə “zapçast” alveri ilə məşğul olub, Sonra nəsə baş verib və Eldar Quliyev Hindarxında nəsə gizli xəzinə tapıb, az vaxtda milyonçuya çevrilib. Nə xəzinəsi olduğu barədə növbəti yazıda. Beləcə böyük, həm də çirkli pullara sahib olan Eldar Quliyev Biləcəridə böyük restoran və PALACE sahibi olub. Və 100-dən artıq ağac kəsməsinə baxmayaraq məsələni Hindarxının hesabına həll edib. Bu adam o qədər həddini aşıb ki, hətta 2020-ci ildə ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına baxmayaraq restoranı açıq şəkildə işlədirmiş, heç hüquq-mühafizə orqanlarını da saymırmış, deyirmiş pullarını verəcəm. Bəli, 80-cı illərdə Şuşada Topxana meşəsində ermənilər bir armud ağacını kəsdiyi üçün yüz minlərlə insan ayağa qalxaraq etiraz edirdi. Amma günün günorta vaxtı, hökümətin gözü qarşısında Eldar Quliyev yüzdən artıq şam ağacını kəsir, ona söz deyən olmur. Bir də ağacların dibinə natrium-xlor tökən adam insanları da zəhərləyə bilər.
Ümid edirik ki, məsələ yaxın zamanda yenidən və daha obyektiv araşdırılacaq, Ulu Öndərin buyurduğu kimi Eldar Quliyev qanun qarşısında cavab verəcək və “Bulaq” restoranı söküləcək.
 //gundelik-baku.com//

Dünyapress TV

Xəbər lenti