Həmkarlar İttifaqı Konfederasiyasında dəhşətli maxinasiyalar —
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına (AHİK) 30 ildir sədrlik edən, bu müddətdə bu təşkilatı ailə qurumuna çevirən, özünü isə “ömürlük sədr” kimi təqdim edən Səttar Möhbalıyevin adını internetin axtarış bölməsinə daxil edəndə maraqlı məqam ortaya çıxdı.

AHİK sədri şəhid və qazi ailələri ilə görüşdü... Bu başlıqla xəbərlər müxtəlif günlərdə, müxtəlif informasiya resurslarına tirajlanıb. Sanki Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri əsas işini məhz şəhid ailələri və qazilərin qayğısına həsr edir. Yaranan təəssürat belədir və məsələnin mahiyyətini bilməyənlər üçün müsbət olaraq da görünür. Gerçəklikdə isə Səttar Möhbalıyevin bu görüşlərinin altında böyük sirlər yatır...

Birincisi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri bununla müsbət imicini formalaşdırmağa çalışır.

İkincisi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 30 ildir həyata keçirdiyi maxinasiyaları "şəhid ailələri və qazilər" adı altında gizlədir.

Üçüncüsü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əsas işi olan həmkarlara dəstək məsələsini belə ört-basdır edir.

Dördüncüsü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən şəhid ailələri və qazilərə göstərilən hörmətsizliyi “Səttar Möhbalıyevdən şəhid ailələri və qazilərə qayğı” adı altında yaratdıqları süni görüntülərlə sığortalamağa çalışır...

Bu siyahını kifayət qədər uzada da bilərik, gerçək isə eynidir. Səttar Möhbalıyevi düşündürən şəhid ailələri və qazilərin problemləri yox, öz vəzifəsi, yəni 30 ildir zəbt etdiyi kürsünü necə qorumaqdır.

Təkcə bir fakt Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin bütün təbliğat kampaniyasını alt-üst etməyə yetərlidir. 2021-ci ilin noyabrında bir qrup şəhid ailəsi və qazinin adından mediada şikayət məktubu yayıldı. Şikayətdə bildirilirdi ki, “Möcüzəli Naftalan” sanatoriyasına dincəlmək üçün gedən şəhid ailələri və qazilərə nə normal xidmət göstərilir, nə normal qidalanma var, nə də istirahət. 10 gün nəzərdə tutulan “putyovka” şəhid ailələri və qazilər üçün istirahət yox, əsl cəhənnəm “bileti”dir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəznində olan bu sanatoriyada nə normal xidmət var, nə də fəaliyyət. Şəhid ailələri və qazilər yumşaq desək, qeyri-insani müansibətlə üzləşirlər.

Belə şikayətlərin yayılmasından sonra hətta Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Möcüzəli Naftalan” sanatoriyasına baxış keçirib və sözün gerçək mənasında dəhşətli mənzərə ilə üzləşmişdi. Həmin zaman AQTA-nın açıqlamasında bildirilirdi ki, “müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib, eyni zamanda qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu prinsipinə əməl olunmadığı, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət və ət məhsulları, süd və süd məhsulları, istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb”.

Bu sanatoriyada günündən asılı olaraq, hər “putyovka”nın qiyməti 700-1500 manat civarındadır.

Bu kimi nöqsanlarla bağlı faktların sayı yetərincədir. Əslində, Səttar Möhbalıyevin “şəhid ailələri və qazilərlər görüşü” də bu kimi faktları ört-basdır etmək, reallıqda hörmət qoymadıqları insanları el gözünə kül üfürmək üçün yada salmaqdır.

Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini araşdıranda dəhşətli mənzərə ortaya çıxır.

Səttar Möhbalıyev 30 ildir sədrlik etdiyi bu təşkilatda üzvlük haqlarının üzərində biznes impersiyası qurub və vətəndaşların aylıq əmək haqlarından ayrılan vəsaiti şəxsi cibinin pulu kimi xərcləməklə məşğuldur. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 50 milyon manatdan çox üzvlük haqqı daxil olur.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1678989693_2.jpg
Misal üçün, ölkədə fəaliyyət göstərən 200 minə yaxın müəllimin aylıq maaşının 2 faizi həmkarlar üçün tutulur. Bu 10 milyona yaxın vəsait deməkdir. O cümlədən, 85 mindən çox neftçinin də aylıq əmək haqqından 2 faiz həmkarlara ayrılır. Eyni qayda ilə dövlət müəssisələrində çalışan insanlar da həmkarlara aylıq ödənişlər edir. Gerçəklikdə isə bu, Səttar Möhbalıyeva ödənilən aylıq haqqdır. Çünki Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri bütün bu vəsaitləri cibinin pulu kimi xərcləyir, otellər, sanatoriyalar tikir, xaricdə, xüsusilə Türkiyədə biznes qurur və s. Əvəzində isə nə müəllimlərimiz, nə neftçilərimiz, nə də həmkarlara haqq ödəyən digər çalışanlar AHİK-in sanatoriyalarının üzünü belə görə bilmir. Bu yaxınlarda vəfat edən Xalq artisti Ramiz Novruz ömrü boyu həmkarlara aylıq haqq ödəmişdi, amma nə sağlığında bunun faydasını gördü, nə də öləndə. Xalq artisti vəfat edəndə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmiləri dəfndə də iştirak etmədi, yas məclisində də.

Səttar Möhbalıyev hesab edir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası onun şəxsi mülkidir və AHİK-in vəsaiti öz mülki kimi də istifadə edir. Səttar Möhbalıyevin “putyovka biznesi” də dillər əzbəridir. “Putyovka”lar 400-500 AZN civarında satılır və həmkarlara aylıq haqq ödəyənlər kənarda qaldığı halda, kim pulunu verirsə, sanatoriyalardan da onlar yararlanır. Hətta, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin normal istirahətinin təşkili ilə bağlı da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nəzərəçarpacaq iş görmədi. Halbuki, həmkarlara aylıq haqq ödəyənlər arasında şəhid ailələri də var, qazilər də.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1678989692_3.jpg
Təbii ki, bütün bu maxinasiyalara baxmayaraq, Səttar Möhbalıyevin indiyə qədər vəzifəsində necə qaldığı maraqlıdır. Doğrudur, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri “seçki yolu” ilə olur, amma bəllidir ki, Səttar Möhbalıyev qurumda yaratdığı monopoliya ilə 30 ildir “seçilməyə” davam edir. Onun himayəçilərindən biri, həm də əsas şəriki qudası Əli Həsənov olub. Məlumatlara görə, onların quda olmasına səbəb də bu şəriklik olub. Məsələ necə quda olmaları yox, qudaların Azərbaycana vurduğu zərərdir. Vaxtilə Əli Həsənov mediaya ayrılan dövlət vəsaitini oğurlamaqla özünə xeyli sərvət topladı. Vəzifəsindən uzaqlaşdırılsa da, topladığı sərvət hesabına “şahlar kimi” yaşayır. Səttar Möhbalıyev də eyni yolun yolçusudur. Qudası vəzifədə olanda əlində olan media resursları ilə Səttar Möhbalıyevi müdafiə edir, ona qarşı istənilən məsələyə “total hücum”la cavab verirdi.

Vaxtilə Səttar Möhbalıyeva görə, qazinin özünü yandırması hadisəsində də Əli Həsənov əlindəki media rıçaqları ilə qudasının müdafiəsini təşkil edərək, onu "ipdən almışdı". Bəli, Səttar Möhbalıyev həmin Səttar Möhbalıyevdir, qazinin ölümünə səbəb olan şəxs. İndi şəhid ailələri və qazilərlə foto çəkdirmək xatirinə keçirdiyi görüşlər nə onun keçmişini təmizləyə bilər, nə də maxinasiyalarını. Qudası Əli Həsənov vəzifədən çıxarılsa da, Səttar Möhbalıyev hələ də 30 illik kürsüsündən bərk-bərk yapışıb. Lakin artıq bütün sahələrdə olduğu kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında da islahatlara, yeniliyə və maxinasiyaların aradan qaldırılmasına, şəffaflığın təmin edilməsinə ehtiyac var. Artıq sıravi müəllim də sanatoriyada istirahət hüququndan istifadə etmək istəyir, mədəniyyət işçiləri də, digərləri də. Onların haqqını yeyən, sıravi vətəndaşların aylıq əmək haqlarından həmkarlara etdiyi ödənişləri çapıb-talayan Səttar Möhbalıyevin qudası Əli Həsənovun yanında göndərilməsinin zamanı çatıb. Düz 10 il öncə Qarabağ veteranı mərhum Zaur Həsənov məhz Səttar Möhbalıyevin yaratdığı haqsızlığın qurbanı olaraq, dünyadan getmişdi, indi vəzifədən getməyə nə var!


Vaqif Hüseynli
Demokrat.az

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti