Ardını oxu...
Şəmkir rayon İcra hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov Şəmkir rayon Mərkəzi Xəstəxanasına ayrılan pulların böyük qismini mənimsəyib.

DİA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Alimpaşa Məmmədovun barəsində tərtib olunan ittiham aktında qeyd olunub.

İttihama görə, Alimpaşa Məmmədov Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş “AZCİTY” MMC-nin maşın və avadanlıqların almasına görə, eləcə də himayədarlıq müqabilində həmin MMC-nin rəhbəri Turan Saidovdan Mahir Əliyev vasitəsi ilə 2015-ci il ərzində ayrı-ayrı vaxtlarda 26.490 manat alıb.

Sabiq icra başçısı həmin ildə Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş “ENGİNEERİNG GROUP” MMC tərəfindən bərk inventarların və avadanlıqların satınalınmasına görə, eləcə də xidməti üzrə ümumi himayədarlıq və laqeyidlik müqabilində həmin MMC-nin rəhbəri Turan Saidovdan köməkçisi Mahir Əliyev vasitəsi ilə şəxsən özü üçün ayrı-ayrı vaxtlarda 33.584 manat rüşvət alıb.

Bundan əlavə, Alimpaşa Məmmədov 2016-cı ildə Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalıbı olmuş "CASPIAN LİFE" MMC tərəfindən bərk inventarların satın alınması işlərinə gorə, eləcə də xidmət uzrə ümumi himayədarlıq müqabilində həmin MMC-nin sahibi Turan Saidovdan 15.512 manat alıb.

Alimpaşa Məmmədov 2017-cı ildə Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalıbı olan "NV INVENTORY' MMC (VÖEN 8502318311) tərəfindən yumşaq inventarların satın alınması işlərinə gorə, eləcə də xidmət üzrə ümumı himayədarlıq müqabilində həmin MMC-nin sahibi Turan Saidovdan köməkçisi Mahir Əliyev vasitəsilə 7.348 manat alıb.

2017-cı ildə o, Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olan "POZİTİV-SERVİS” MMC tərəfindən idarə ləvazimatlarının satın alınması işlərinə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində həmin MMC-nin sahibi Turan Saidovdan 3.114 manat alıb.

Alimpaşa Məmmədov 2017-cı ildə Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalıbı olmuş “SH Construction” MMC tərəfindən Çənlibel Kənd Xəstəxanasında təmır-tikinti işlərinin görülməsinə gorə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində həmin MMC-nin sahibi Turan Saidovdan 3.224 manat alıb.

2018-cı ildə Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş “NEW CONSTRUCTION” MMC tərəfindən Çənlıbel Kənd Xəstəxanasında təmir-tikinti işlərinin görülməsinə görə, xidmət üzrə ümumi himayədarlıq müqabilində həmin MMC-nın sahibi Azər Kərimovdan ayrı-ayrı vaxtlarda 2.934 manat, həmin ildə Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalıbı olmuş "Bəhrə-15 MMC tərəfindən Muxtariyyə Kənd Həkim Məntəqəsində təmir-tikinti işlərinin görülməsinə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində həmin MMC-nın sahibi Azər Kərimovdan 3.728 manat rüşvət alıb.

Bundan əlavə, Alimpaşa Məmmədov 2018-cı ildə Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş “BƏHRƏ-15” tərəfindən avadanlıqların satın alınması işlərinə görə, eləcə də xidmət üzrə umumi himayədarlıq etməsi ilə bağlı həmin MMC-nın sahibi Azər Kərimovdan 5.800 manat, həmin ildə Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma musabiqəsinin qalibi "QƏRB İNŞAAT-Z" MMC tərəfindən digər maşın və avadanlıqların satın alınması işlərinə görə, MMC-nın sahibi Azər Kərimovdan 5.800 manat alıb.

Daha sonra sabiq icra başçısı 2019-cu ildə Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qalibi olmuş “CASPI’’ MMC tərəfindən yumşaq inventarlar avadanlıqlar təsərrüfat mal və materiallarının satın alınması işlərinə gorə, eləcə də xidmət uzrə ümumi himayədarlıq müqabilində həmin MMC-nin sahibi Azər Kərimovdan ayrı-ayrı vaxtlarda 16.360 manat, həmin ildə Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş “Savalan A” MMC tərəfindən Yem Göyçə Kənd Həkim Məntəqəsində təmır-tikinti işlərinin görülməsinə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində həmin MMC-nin sahibi Azər Kərimovdan 4.250 manat, həmin ildə Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş “Savalan A” MMC tərəfindən Əliyaqublu Kənd Həkim Məntəqəsində təmir-tikinti işlərinin görülməsinə görə Azər Kərimovdan 3.673 manat rüşvəti Şəmkir rayon icra hakimiyyətinin inzibatı binasındakı xidməti otağında alıb.

Qeyd edək ki, Alimpaşa Məmmədovun cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə baxılır.
Ardını oxu...
 
 

 
Azərbaycan ordusunun Türkiyə modelinə keçməsinə, o cümlədən, türkiyəli hərbçilərin bu prosesə yardım göstərməsinə baxmayaraq, ölkənin Silahlı Qüvvələrində kök atmış bazar təfəkkürlü kadrlar həyata keçirilən dəyişikliklərə mane olmaqdadırlar. Xatırladaq ki, hələ 2019-cu il martın 6-da 100-ə yaxın gənc və onların valideynləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) qarşısında toplaşaraq Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, gizir olmaq üçün rüşvət yığılmasına etirazlarını bildirmişdilər. Həmin aksiyadan sonra MAXE və gizirləri Ordu sıralarına qəbul etmək səlahiyyəti sözügedən Mərkəzdən alınaraq korpuslara verilmişdi. Bununla belə, korpuslarda MAXE-lərin xidmətə götürülməsində rüşvətin ciddi rol oynamasına dair çoxsaylı məlumatlar var. Şikayətçilərin iddiasına əsasən, kursa qəbul ödənişsiz olsa da, oranı bitirib işlə təmin olunmaq üçün kursantlardan 2-7 min manat arası rüşvət tələb edilir.

 
MAXE kursunun komandiri polkovnik Paşayev, Qərargah rəisi isə Votçuyev soyadlı zabitlərdir. İddialara əsasən, kursantların işlə təmin olunması üçün tələb olunan rüşvətin yığımına da məhz Votçuyevin xüsusi adamları nəzarət edir ki, onlardan biri də TTM-də bölmə rəisi işləyən, vaxtından əvvəl rütbə alan, “qara kassa” ləqəbli polkovnik-leytenant Zaman Məhərrəmovdur. Bu “yığım”ın yekununa uyğun olaraq, 8 həftəlik kursu bitirdikdən sonra yuxarıda göstərilən məbləğdə rüşvət verən kursantlar işlə təmin olunurlar. Yalnız aşpaz və istehkamçı ştatına təyinatların rüşvətsiz olduğu vurğulanır.
Redaksiyamıza müraciət edən vətəndaş da onu incidən Zaman Məhərrəmovdan şikayətçidir. Belə ki, Bakı şəhəri Binəqədi rayonu A.Gəraybəyli küçəsi ev 39, mənzil 101 ünvanında yaşayan Məmmədov Ceyhun İltifat oğlu aktualxeber.az saytının redaksiyasına müraciət edərək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində bölmə rəisi işləyən polkovnik-leytenant Zaman Məhərrəmovun ondan və qohumu Vüqar adlı şəxsdən rüşvət aldığını, vəd etdiyi işi düzəltmədiyini və pullarını da geri qaytarmadığını iddia etmişdir. Redaksiyamız həmin şikayəti 21.10.2022-ci il tarixində aidiyyatı üzrə Hərbi Prokurorluğa yönəltmişdir və iş Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə kapitanı Elnur Novruzzadənin icraatındadır. Şikayətçi C.Məmmədov E.Novruzzadənin işi obyektiv araşdırmadığını, onun şahidləri olsa da Z.Məhərrəmovu araşdırmaya cəlb etmədiyini, rüşvət alanı deyil, onun özünü get-gələ saldığını bildirmişdir.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edildi. Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilirdi. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilibdi. Ümidvarıq ki, DTX bir gün Zaman Məhərrəmov və onun kimi rüşvət alan, dövlət vəsaitini mənimsəyən digərlərinin də qapısını döyəcəkdir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//

 

XalqXeber.Az
Ardını oxu...
İnstagramda “Umico Bank” adı altında fəaliyyət göstərən səhifə dələduzluqla məşğuldur.

TEREF.AZ bildirir ki, bununla bağlı Bizim.Media-ya vətəndaş şikayətləri daxil olub.

Bildirilir ki, “Umico Bank” Kapital Bankın adından istifadə edərək və rəsmi tərəfdaşlıqları olduğunu elan edərək vətəndaşlara istənilən məbləğdə saxta kredit təklif edir.

Onlayn xidmət göstərdiklərini bəyan edən “Umico Bank” kredit götürmək istəyən vətəndaşlara şirnikləndirici vədlər verərək, məbləğin hissələrlə qaytarılmasına şərait yaratdıqlarına, komissiya haqqı vermədən məbləğin birbaşa kartdan çıxarılması kimi güzəştlərə inandırırlar. Beləliklə də ilk fürsətdə tilovlarına düşən vətəndaşı kreditin rəsmiləşdirilməsinə cəlb edirlər.
Ardını oxu...
Bu minvalla vətəndaşların şəxsi məlumatlarını əldə edib adına kredit rəsmləşdirirlər, kartlarından kreditin məbləğindən çox pul çəkirlər. Hətta kredit müraciətində məbləğə görə komissiya haqqı da tuturlar.

Biz də öz növbəmizdə “Umico Bank”ın səhifəsindəki əlaqə vasitələri ilə əlaqə yaradaraq kredit şərtlərini öyrənməyə çalışdıq.

Cavabı olduğu kimi təqdim edirik:

“Umico Bank onlayn bank olduğuna görə, digər banklar kimi sizə nağd pul kreditini verə bilmədiyinə görə ondan heç bir komissiya haqqı tuta bilmir.

Kapital Bankla rəsmi tərəfdaş olduğuna görə həmin bankın vasitəsilə Sekret kart təqdim edir. “Umico Bank”ın şərtlərinə görə hər bir kredit kartının içindəki məbləğə uyğun olaraq kredit təyin edilir. Biz həmin komissiya haqlarını sizə kredit kartı qiyməti olaraq təqdim edirik.

10 min manatlıq kredit kartının məbləği 200 manatdır. 200 manat ödədiyiniz təqdirdə sizə 10 min manatlıq kredit kartı təqdim olunur. İçindəki məbləği heç br komissiya tutulmadan nağdlaşdıra bilirsiz. 18 ay müddətində 5 faizlə geri ödəyirsiz. Aylıq ödənişiniz isə 584 manat olacaq”, -deyə səhifə rəsmisi qeyd edib.

Kapital Bankın mətbuat katibi Pərviz Sədrəddinov Bizim.Media-ya açıqlamasında bildirib ki, Kapital Bankın rəsmi tərəfdaşı Umico şirkətidir:

“Onların onlayn alış-veriş platformasından Kapital Bank və BirBank müştəriləri istifadə edirlər. O ki qaldı “Umico Bank” adlı səhifəyə, biz onu bilmirik. O platformanı kim necə açıb, nələr vəd verir və kimlər idarə edir, heç bir fikrimiz yoxdur. Yaxşı olar ki, bununla bağlı hüquq mühafizə orqanları məlumatlandırılsın”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev isə vətəndaşlara diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib:

“Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən vətəndaşlara şirnikləndirici vədlər verərək, müxtəlif üsullarla onları aldatmaqla pullarının mənimsənilməsi ilə bağlı polis orqanlarına müraciətlər daxil olur.

Hər bir müraciətlə bağlı polis əməkdaşları tərəfindən texniki əməliyyat axtarış tədbirləri keçirilməklə, şəxslər müəyyən olunur və barələrində qanunamüvafiq tədbirlər həyata keçirilir. Bir daha vətəndaşlara internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa çağırırıq və kibercinayətkarlıqla üzləşdikləri təqdirdə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi , həmçinin sosial şəbəkələrdə “Polis Azərbaycan” rəsmi səhifələri vasitəsilə məlumat vermələri xahiş olunur.
 

Ardını oxu...
Paytaxtın Sabunçu rayonu, Xəstəxanayanı küçəsinin sakinləri narazıdırlar. Səbəb sözügedən ərazidə ev 39, 41 və 43 ünvanlarında aparılan söküntü işlərinə görə sakinlərə ödənilən kompensasiyanın azlığıdır. Bu barədə KİV-də məlumat yayılıb. Bildirilir ki, sökülməsi planlaşdırılan evlərin yerində yeni çoxmərtəbəli yaşayış binaları tikiləcək. Bu kimi hallarda olduğu kimi sakinlərə müvəqqəti yaşayış üçün kirayə mənzillərdə qalmaq, tikinti başa çatdıqdan sonra isə yeni binada mənzillə təmin edilmək vəd edilir. Deyilənə görə, vətəndaşlara aylıq 300 manat kirayə haqqı təklif edilir.

Bu məbləğlə razılaşıb mənzillərini tərk edənlər də var, razılaşmayanlar da. Köçmək istəməyən vətəndaşlarla danışıqlar aparılır. Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, paytaxtın digər ərazilərində olduğu kimi Sabunçu rayonunda da istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsi və binaların sökülərək yerində yeni çoxmənzilli binaların inşa edilməsi istiqamətində işlər aparılır:

“Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında yerləşən yaşayış binalarından sakinlərin köçürülməsi və sökülməsi işlərinə başlanılıb. Bina sakinlərinin qarşılıqlı razılıq əsasında həmin binaların yerində müasir standartlara uyğun olaraq yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarından tam təmirli mənzillərlə təmin edilməsi, mənzildən imtina edən sakinlərə isə müvafiq kompensasiyaların verilməsi nəzərdə tutulub. Hər kvadrat metrə görə sakinlərə min manat ödənilməsi nəzərdə tutulub”. Bəzi sakinləri narazı salan da elə budur – hər kvadrat metrə görə 1000 manat ödənməsi. Oxu.az saytına şikayət edən sakinlərdən biri Telman Tağıyev bu barədə danışaraq deyib ki, verilən kompensasiya onları qane etmir: “Heç bir sənəd təqdim etmədən söküntüyə başlayıblar. Bəzi vətəndaşlar ərazidə yeni bina inşa ediləcəyini zənn edərək, aylıq 250 manat kirayə haqqı alıb, evlərdən çıxırlar. Amma indi onlara deyilir ki, sökülən binanın yerində yaşayış binası tikilməyəcək”. Sakin mənzillərin heç bir xəbərdarlıq edilmədən uçurulduğunu deyib: “Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən heç bir məlumat verilmir. Evlərin kvadratına görə tam hesablanma aparılmır”. Sabunçu Rayon İcra Hakimiyyəti isə deyilənləri təkzib edib. “İlk olaraq Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yaşayış üçün təhlükəli olduğu müəyyən edilərək, binalarda gücləndirmə və əsaslı təmir işlərinin aparılmasının məqsədəmüvafiq olmaması barədə aktlar tərtib edilmiş Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında yerləşən yaşayış binalarından sakinlərin köçürülməsi və sökülməsi işlərinə başlanılıb.

Bina sakinlərinin qarşılıqlı razılıq əsasında həmin binaların yerində müasir standartlara uyğun olaraq yeni inşa ediləcək çoxmənzilli yaşayış binalarından tam təmirli mənzillərlə təmin edilməsi, mənzildən imtina edən sakinlərə isə müvafiq kompensasiyaların verilməsi nəzərdə tutulub. Xəstəxanayanı küçəsi, ev 41, mənzil 13 a ünvanında yaşayan vətəndaş Telman Tağıyevin şikayətinə əsasən, nəzərinizə çatdırırıq ki, müraciət müəllifinin yaşadığı mənzilin sahəsi həm Bakı Şəhər İcra Hakimiyyətindən təqdim olunmuş sənədlərdə, eləcə də yerində aparılan ölçü işləri zamanı 33,10 kv.m qeyd olunub.

Sahəsinə uyğun olaraq ona müvafiq kompensasiya ödənilməsi təklif olunub. Bundan başqa, sökülməsi nəzərdə tutulan binaların yerində yeni inşa ediləcək binadan yaşadığı mənzilin mövcud sahəsindən 20 faizədək artıq sahəsi olan tam təmirli mənzil də ona təklif olunub. Lakin vətəndaş T.Tağıyev mənzilin faktiki sahəsindən başqa, heç bir mülkiyyət hüququnu təsdiq edən sənədi olmayan, əlavə tikililərin də (54,60 kv.m) hesablanmasını tələb edir. Ona dəfələrlə lazımi izahatlar verilib ki, qeyd olunan işlərin başa çatdırılması üçün dövlət tərəfindən ayrılan maliyyə vəsaitində sənədsiz əlavə tikililər üçün vəsaitin ödənilməsi nəzərdə tutulmayıb”, - qurumdan qeyd edilib.
“Əmlak Ekspert Mərkəzi”nin rəhbəri Ramil Osmanlı “Şərq”ə açıqlamasında bildirib ki, cənab Prezidentin fərmanına uyğun olaraq evləri sökülən, mənzillərindən köçürülən vətəndaşlara 20 faiz əlavə kompensasiya ödənməlidir:
- Təəssüf ki, vətəndaşların çoxu bu fərmandan, orada vətəndaşların hüquqlarının təminatından, Fərmanın məhz vətəndaşların mövqeyini müdafiə etdiyindən xəbərsizdir. Hər kvadrat metrə görə 1000 manat ödənməsi, əmlakın alqı-satqı dəyəridir.

Amma harada, hansı ünvanda, neçə kvadrat metrlik yaşayış sahəsində yaşamalarından asılı olmayaraq vətəndaşlara bu tip söküntülər zamanı əlavə olaraq 20 faiz dəyərində kompensasiya ödənişi edilir. Yəni edilməlidir. Vətəndaş tutalım bunu bilmir, Fərmandan xəbərsizdir. İcra Hakimiyyəti ki bilir. İH vətəndaşların mövqeyindən çıxış etməli, vətəndaşın hüquqlarını qorumalıdır, Prezidentin fərmanına əməl edərək. Lakin təəssüf ki, bəzən biz İH-lərinin tikinti şirkətlərinin maraqlarına xidmət etdiyini görürük. Vətəndaşlar yaxşı olar ki, imzalanan fərmanlardan, sərəncamlardan xəbərdar olsunlar. Hüquqlarını tələb etsinlər.

R.Osmanlı qeyd etdi ki, mənzil sahəsi 33.10 kv.m. olan sakinin mənzilinin ölçüsü fərmana uyğun olaraq 20 faiz artıq – təxminən 42 kv.m. hesablanmalıdır:

- Hesab edirəm ki, kirayə haqqı da ədalətli, optimal rəqəm deyil. Aylıq kirayə pulu hazırkı şərtlər nəzərə alınmaqla minimum 400 manat olmalıdır. Bəzən mənzillərin uçuq-sökük, istismar müddətini başa vurmuş olması, paytaxtın mərkəzi hissələrindən kənarda yerləşməsi bəhanə gətirilərək kirayə haqqı və mənzillərin alqı-satqısı aşağı qiymətlərlə aparılır. Bu, düzgün deyil və qanuna ziddir. Vətəndaşın harada, necə yaşaması onun öz hüququdur. Lakin hansısa tikinti şirkəti ərazidə söküntü aparıb orada müasir yaşayış binası, yaşayış kompleksi tikir və bundan mənfəət əldə edirsə, vətəndaşın mənfəətini də nəzərə almalı və sakinləri razı salmalıdır. Ümumiyyətlə, hökumətin strategiyası belədir ki, söküntü işləri zamanı nağd ödəməyə deyil, əvəzlənməyə - mənzil əvəzinə mənzil variantına üstünlük verilsin.

Çünki nağd ödənişlər zamanı sonradan bir sıra problemlər üzə çıxırdı.

Vətəndaş nağd pulu başqa məqsədlər üçün istifadə edir, sonra isə məhkəməyə müraciət edib ödənilən məbləğin azlığından şikayətlənir, kompensasiya tələb edirdi. Bu isə həm məhkəmələrin yükünü artırır, həm də dövlət büdcəsinə zərər verirdi. Lakin əvəzlənmə variantı da bəzən uyğunsuz olur. Sakinə 3 otaqlı mənzil əvəzinə, yeni binada bir qədər geniş ölçüdə 2 otaqlı mənzil təklif edilir. Yaxud da tikinti şirkətləri hiyləgərlik edərək satış üçün nəzərdə tutulan mənzillərin ölçüsünü böyük, əvəzlənmə edəcəkləri mənzilləri isə kiçik ölçülü inşa edirlər.

Tikinti şirkətlərinin mənfəət əldə etməsi nə qədər başa düşülən və qəbul olunandırsa, sakinlərin hüquqları istənilən halda üstündür. Sakinlər tamamilə haqlı olaraq köhnə mənzilini tərk etməyə bilər, nə qədər ki, istədiyi formada ona kompensasiya ödənməyib. Vətəndaşın harada, hansı şəraitdə yaşaması onun müstəsna hüququdur. Əgər kimsə köhnə binanın yerində yeni bina tikmək istəyirsə, öncə vətəndaşı razı salmalıdır.
Ardını oxu...
Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tanınmış arxeoloq, tarix üzrə fəlsəfə doktoru Fariz Xəllili Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu məhkəməyə verib...

DİA.AZ XəzərNews.az-a istinadən xəbər verir ki, bələdiyyə sədri xüsusi ittiham qaydasında etdiyi şikayətdə həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzovdan və Ağsu rayon prokuroru Elnur Cəfərovdan da şikayətçidir.

Fariz Xəlilli şikayətini belə əsaslandırb:

- 26.10.2022-ci ildə Ağsu rayonu Gəgəli kəndində Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun yerli sakinlərlə səyyar görüşü keçirilmişdir. Gəgəli bələdiyyəsinin sədri kimi mən də İcra hakimiyyətinin dəvəti ilə həmin görüşdə iştirak etmişəm.

Təəssüf edirəm ki, mən bələdiyyə ilə bağlı yaranmış suallara cavab verərkən başçı Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov, Ağsu rayon prokuroru Elnur Cəfərov "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsini - bələdiyyə sədrinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirməsinə mane olmuş, hüquqlarını, şərəf və ləyaqətini öz seçiciləri qarşısında alçaltmışdır.

Həmin vəzifəli şəxslər seçiciləri açıq şəkildə istiqamətləndirərək, mənim ünvanıma əsassız və heç bir sübutla təsdiq olunmamış böhtan nöqsanları deyərək üzərimə qaldırmağa çalışmışlar.

Onlar tez-tez sözümü kəsərək və ya replika ataraq bildirmişlər ki, qanunun tələblərindənsə, öz ürəyinin istədiyi kimi torpaq paylaya bilərsən, niyə etmirsən? İzah edərək bildirmişəm ki, belə qanunsuzluğa yol verə bilmərəm.

Deyiblər ki, guya mən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemini icad etmişəm, sakinləri aldadıram. Bildirmişəm ki, Azərbaycan Respublikasında bu məlumat sistemi bütün bələdiyyələr üçün tətbiq edilir. Mənim belə bir sistemi icad etmək imkanım yoxdur.

Deyiblər ki, guya hər gecikən gün üçün faizlər qanunsuzdur və yalnız Gəgəli bələdiyyəsində tətbiq edilir. Bildirmişəm ki, bu Vergi Məcəlləsi ilə tənzimlənir və BAMS tərəfindən hesablanır. Biz sadəcə bildirişləri vergi ödəyicilərinə veririk.

Deyiblər ki, guya borcluların İcra və Probasiya şöbəsinə yönəldilməsi ölkədə yalnız Gəgəli bələdiyyəsində tətbiq olunur və bu mənim insafsızlığımdır. Bildirmişəm ki, bu qanunvericiliklə tənzimlənir, insafla tənzimlənmir. Bununla yanaşı, Gəgəli bələdiyyənin büdcəsi və hesabatlılığını lağlağıya çevirmişlər.”

Həmin səyyar görüşün Ağsu rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə videolentə alındığı bildirən sədr məhkəmə etdiyi şiakyətdə onun montajsız video yazınını prosesə təqdim olunmasını xahiş edib.

Sədrin fikrincə, səyyar görüşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən yuxarıda qeyd etdiyim böhtanlar (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) şərəf və ləyaqəti seçiciləri qarşısında alçaldılmışdır.

Sədr sonda məhkəmə sədrindən Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov, Ağsu rayon prokuroru Elnur Cəfərov barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə və 308-ci maddəsinə əsasən cəzalandırılmasını və sədrə dəyən mənəvi zərərin kompensasiya edilməsini istəyir.

Sədr zərər kimi 30.000 manat Ağsu rayonu İcra Hakimiyyəti başçısı Rövşən Bağırov tərəfindən, 15.000 manat Dövlət Təhlükəsizlik Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Fuad Təhməzov tərəfindən, 15.000 (on beş min) manat Ağsu rayon prokuroru Elnur Cəfərov tərəfindən olmaqla ödənilməsini tələb edir.

Qeyd edək ki, sabah - 25 noyabr tarixində şikayətlə bağlı ilk hazırlıq iclasının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, xəbəri ilk Belediyye.info yayıb.
Ardını oxu...
Bu gün ölkəmizin İnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə tədbirlər davam etdirir.Buna baxmayaraq Gəncə şəhər icra hakimiyyəıtinin başçısı Niyazi Bayramov cənabları bu sahədə aparılan mübarizənin əksinə çıxır.
Belə ki, Gəncənin icra başçısı ona verilmiş olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qeyri-yaşayış obyektinin tikintisinə icazə verməklə Gəncə Apelyasiya Məhkəməsinin fəaliyyətini iflic edib.

Ardını oxu...

Bu haqda Dünyanınsəsi.Az saytına adının çəkilməsini istəməyən şəxs tərəfindən məlumat verilib.
Məlumatlı mənbənin sözlərinə görə Gəncə şəh.,Atatürk prospekti ünvanında yerləşən Gəncə Apelyasiya Məhkəməsinə bitişik olan ərazidə tikinti normalırna riayət olunmayıb.Ərazidə iş adamı Rasim Eldar oğlu Məmmədova məxsus olduğu iddia olunan tikintiyə nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nə də ki, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin icazəsi olub.Ancaq icra başçısı Niyazi Bayramovun bir quru sərəncamı ilə ərazidə 6 mərtəbəli göydələn inşa edilmişdir.Məhz buna görədə Ədliyə Nazirliyinin Gəncədə fəaliyyət göstərən Apelyasiya məhkəməsinin bir mərtəbəli binası günəş üzünə həsrət qalıb.Sözügedən dövlət binası ilə qeyri-yaşayış binası arasında heç bir məsafə qoyulmamışdır.Gələcəkdə hər hansı təbii fəlakətlər baş verərsə əhalinini oradan necə evakuasiyası etmək olar? Hətta bildirilər ki, İş adamı Rasim Məmmədov sözügedən tikinti ərazisndə yolun mühavizə zolağınıda xeyli zəbt edə bilib.Həm də yaşı 100 ildən çox olan yaşlı çinar ağacının qollarını kəsdirə bilib.Bu faktla bağlı Elologiya və Təbii Sərvətlər Nazirliyinin Ərazi Ekologiya İdarəsinin məlumatı olub.Amma nədənsə sonradan ört-basdır edilib.
Redaksiya olarq inanırıq ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd etdiyimiz qeyri-yaşayış binasının tikintisində yol verilmiş nöqsanlarla bağlı mövcud qanunvericiliyin tələblərini pozan şəxs və şəxslərə qarşı ən ciddi tədbirlər görüləcəkdir.
Yazıda adları yer alan şəxslərində mövqelərini dərc edə bilərik.
Dünyanınsəsi.Az
Ardını oxu...
DİA.AZ: - ""Azneft" rəhbırliyinin bundan xəbəri varmı? Artıq 4 gündür ki, 28 May NQÇİ platformalarına növbə dəyişməyə gedəcək neftçilər hər gün Bakı və rayonlardan Pirallahıda olan helikopter meydançasına gəlir və bir müddət keçdikdən sonra helikopter çatışmamazlığı bəhanəsilə geri qaytarılır". DİA.AZ bildirir ki, bu barədə Neft Daşlarında çalışan neftçilərin adından edilən müraciətdə qeyd olunur.

"Kim nə qazanır bilmirik, amma neftçilər hər gün əmək haqlarının müəyyən hissəsini itirirlər" deyə problemi qabardan neftçilərin müraciətində daha bir narahatçılıq yaradan olayla bağlı da fakt təqdim olunur. DİA.AZ müraciətin davamını təqdim edir:

"4 gün əvvəl COVİD virusunu yoxlamaq üçün neftçilərdən alınmış yaxma "qıcqırdığı" üçün onlardan yenidən yaxma alınacaq. Otel qeyd olunacaq. Neftçilər qayıdıb evlərinə gedəcək, sonra yeni cavabla helikopter meydançasına gələcək və s.

İndi hesablayın qazanan kim, əziyyət çəkən kim?.."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Naxçıvanın Ədliyyə naziri, həftəbecər general Daşqın Rəhimov cəmi 3 il ərzində hərbi mayordan ədliyyə generallığına yüksəlib.
“Qara Pişiyin” iddiasına görə, Daşqın Rəhimov zəhmətkeş ailədə dünyaya göz açıb. Atası Hidayət Rəhimov qaynaqçı işləyib. Daşqın müəllimin özü də əmək fəaliyyətinə keşməkeşlərlə başlayıb. O, ilk əvvəl Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində nadzor vəzifəsi daşıyın. Nadzorların rütbəsi isə uzaqbaşı çavuş, baş çavuş olur. Daha sonra tale onun üzünə gülməyə başlayıb. Cahan Holdinqin prezidenti Vüqar Abbasovla qohum olan Daşqın müəllim MR Ədliyə Nazirliyindən MR Prokurorluğuna keçib. Əvvəl MR Prokurorluğunda Katiblik şöbəsində rəis köməkçisi işləyib. Ardınca da Şahbuz rayon prokuroru təyin olunub. Cəmi 1 il Şahbuz rayon prokuroru işləyən Daşqın Rəhimov 2019-ci ildə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis vəzifəsinə gətirilir.
Onun rəhbərliyi altında fəaliyyət göstərən sabiq işçilərinin dediyinə inansaq, bu xidmətə rəhbər təyin ediləndə Daşqın Rəhimov ədliyyə mayoru idi. Yeni vəzifəsində ona dərhal dərhal hərbi rütbə - polkovnik leytenant rütbəsi verilir. Halbuki xidməti rütbədən hərbi rütbəyə keçmək qanunən mümkün deyil. Üstəlik, mayordan polkovnik-leytenantlığa yüksəlmək üçün ən azı 6 il xidmət göstərməlisən. Daşqın Rəhimov isə bu iki qat müşkülün öhdəsindən cəmi bir neçə ay ərzində gəlməyi bacarır. Bununla da qalmır, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəhbərliyinin 9-cu ayında birdən-birə polkovnikliyə də yüksəlir. Təbii ki, hərbi sahə üzrə polkovnik olur. 9 aydan sonra növbəti sürprizə də imza atır. O, Naxçıvan “xan”ı Vasif Talıbovun 27 aprel aprel 2020-ci il tarixli fərmanı ilə Ədliyyə naziri təyin olunur və generallıq rütbəsinə yüksəlir. Bu dəfə də hərbi rütbədən xüsusi rütbəyə qayıdır.
Qısası, Daşqın Rəhimov 3-4 il ərzində mayorluqdan generallığa yüksəlir. Özü də gah xüsusi, gah da hərbi rütbələr arasında var-gəl edə-edə. Hətta arada bütün rütbələrindən imtina edib Azercell-in Naxçıvan bürosunun rəhbəri vəzifəsində də çalışır. Odur ki, Naxçıvan MR Ədliyyə Nazirliyinin işçiləri öz aralarında ona ya həpcoş general, ya da həftəbecər general da deyirlər.
Həftəbecər general olmağına baxmayın, Daşqın Rəhimov mal varlığı baxımdan bir çox nazirləri kölgədə qoyacaq imkanlara sahibdir. “Qara Pişiy”in dediyinə görə, Naxçıvan şəhərinin mərkəzində onun yan-yana iki böyük dükanı var. Bunlardan biri telefon dükanıdır. Digərini isə “Ferda şirniyyat” adlı şirkətə kirayəyə verib. Bundan əlavə yaxın qohumu Vüqar Abbasovun adına rəsmiləşdirilmiş “Cahan” AVM-dəki məşhur çayçı da Daşqın Rəhimovdur. Naxçıvana bütün konturları gətirmək və satmaq onun inhisarındadır – “Nar”dan tutmuş “Azercell”ə qədər.
Daşqın Rəhimovun əsas gəlir mənbəyi isə Naxçıvanda fəaliyyət göstərən notarial xidmətlər, nigah evləri və s. kimi Ədliyyə Nazirliyinə aid qurumlardır. Təbii ki, Naxçıvanın Guantanamo ləqəbli Böyükdüz əsirxanası da onun nəzarətindədir. Hər gün bu əsirxananın dustaqlarının qul kimi işlədildiyi plantasiyalar da Daşqın Rəhimovun sərvətlərini adına müvafiq şəkildə daşdırır. Bu sərvətlərin sayəsində Ədliyyə nazirinin Naxçıvan şəhərində çox möhtəşəm iqamətgahı da var, maşınları da həmçinin. Özü Lexus 570 markalı maşın, oğlu isə Mazda 6 sürür. Nömrələri də elə maşın qiymətinədir. Öz maşını 500, oğlunun maşını isə 444 rəqəmləri ilə bitir. Bir sözlə, Naxçıvanın Ədliyyə naziri elə-belə generallardan deyil. O, bütün sərvətləri və hərəkətləri ilə həpcoş və ya həftəbecər genaral adını doğrultmağa çalışır.
Heydər Oğuz
Teref.az
Ardını oxu...
Bir qrup Ucar rayon sakinləri "DogruXeber.az" İnformasiya agentliyinə elektron poçt vasitəsilə şikayət məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Ucar rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlının yaratdığı korrupsiya şəbəkəsinin qanunsuz əməllərindən rayon sakinləri çox əziyyət çəkirlər.
Zeynal Bayramlı kimdir ? Əslən Ağsu rayonundan olan Zeynal Bayramlı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkəninin qardaşıdır.Məhz bu səbəbdən Zeynal Bayramlı 2007-ci il tarixdən Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirilib.Bundan sonra Ucar xəstəxanasının qara günləri başlayıb.
Zaman-zaman savadlı həkimlər bezdirilərək öz ərizələri ilə işdən çıxarılıblar.Bu səbəbdən Ucar sakinlərinin əksər hissəsi müayinə və müalicələr üçün qonşu rayon xəstəxanalarına üz tutmalı olublar.
İcbari tibbi sığorta Ucar xəstəxanasında işləmir müayinə və müalicələr pulludur. Bir oraqnın üçün Ulturasəs müayinə 30 manatdır, qan analizi 30 manat, rentgen müayinəsi 30 manat və digər müayinələr 30 manat təşkil edir.Buna görə imkansız insanlar çox əziyyət zülm çəkirlər.
Qanunsuz bülletenlər 200 manat.İstənilən sağlam şəxs iş yerinə təqdim etmək üçün Ucar xəstəxanasndan 10 gün üçün bülleten almağa 200 manat pul verir.Bunu subut etmək üçün xəstəxanada olan müşahidə kameralarına baxmaq kfayətdir ki, bülletein yazılmış şəxslər həmin günləri xəstəxanaya gəlməyiblər, nədəki onlar müalicə olunmayıblar.
Stasionar müalicə olunan xəstələrə verilən yeməklər yararsız olduğu üçün evdən gətirilən yeməklərlə qidalanırlar.Ərzaq məhsulları isə baş həkim Zeynal Bayramlı tərəfindən satdırılır.
Tibb bacısı, mühafizəçi, xadimə və digər işlərə qəbul olunmaq üçün Zeynal Bayramlıya verilən rüşvətin aşağı qiyməti 5000 manatdan başlayır.

Ardını oxu...

Həyat yoldaşı Sona Bayramlının Bakı şəhərində açdığı “Kadr Kursları” Tədris Mərkəzinin satdığı 1 aylıq tibb kursları sertifikatı ilə Zeynal Bayramlı çoxlu sayda savadsız, təcrübəsiz insanları 5000 manat rüşvət alıb işə qəbul edib. Hansı ki, həmin şəxslər bir gündə olsun tibb kurslarında iştirak etməyiblər.Dələduz ər-arvadın bu hərəkətləri cinayət əməlidir.
Çoxlu sayda əlil insanlar var ki, dövlətin ayırdığı dərman pereparatları və tibb ləvazimatları ilə təhciz olunmurlar.
Zeynal Bayramlının talançılıq yolu ilə əldə etdiyi varidat göz qamaşdırır.
Təkcə Bakı şəhərində 12 yerdə bahalı mənzilləri var.Bakıda ağ şəhərdəki evi 550 000 (beş yüz əlli min) manata alıb.Novxanıdakı möhtəşəm bağ evinə 600.000 (altı yüz min) manat verib.Şamaxı, Quba, Göyçay və İsmayıllı rayonlarında möhtəşəm villalar inşa etdirib.Qohumu Ziya Məmmədovun ana vətənində Ucarın Qazıqumlaq kəndində böyük bir ev inşa etdirib.Ancaq hazırda Göyçay şəhərindəki evində yaşayır.Bakı şəhərində 18 yerdə ticarət obyektinə sahiblənən Zeynal Bayramlı ata yurdu olan Ağsuda özünə xüsusi klinika açmışdır.Ucar rayon xəstəxanasına aid bir çox bahalı tibb avadanlıqları və digə əşyalar ora aparılmışdır.
Zeynal Bayramlı bahalı avtomobil xəstəsidir.Onun kolleksiyasında aşağı qiyməti 100.000 manat olan 12 ədəd maşını var.
Zeynal Bayramlı 15 il ərzində talançılıq yolu ilə böyük kapitala, daşınmaz əmlaka sahib olduğu kimi həmdə böyük nifrət qazanmışdır.Elə buna görədir ki, adamı 5 nəfər cangüdən mühafizə edir.Respublikanın heç bir yerində belə özbaşınalıq yoxdur.
Zeynal Bayramlı əhali arasında özü barədə belə bir rəy yaradıb ki, böyük vəzifədə adamları olduğu üçün ondan edilən şikayətlərə baxılmır.
Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevdən xahiş edirik Ucar xəstəxanasına diqqət edib obyektiv yoxlamalar aparıb korrupsiya xəstəliynə tutulmuş Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlının barəsində ciddi tədbirlər görəsiniz.

Ucar rayon sakinləri
Seyidov Sadiq Əhməd oğlu Əlaqə tel; 051 544-98-86
Əliyev Famil Mahmud oğlu
Hüseynov Səməd Şakir oğlu
Kərimova Aytən Nüsrət qızı
Rəhumov Bahadur Yasin oğlu
Məmmədova Firuzə Vəli qızı
Cavadova Məsimə Kamil qızı
Eminova Aygün Faiq qızı "

P.S: Qeyd edək ki, vətəndaşların iddiaları ilə bağlı Zeynal doktorun da mövqeyini öyrənmək istədik. Bunun üçün bir neçə dəfə zəng etsək də doktorun mobil nömrəsi zəngləri qəbul etmirdi. Odur ki, qeyd edilən məlumatları Zeynal doktorun votsap nömrəsinə göndərdik və səsli mesaj vasitəsilə deyilənlərə fikir bildirməsini xahiş etdik. Zeynal doktor deyəsən bundan tədirgin oldu və cavab əvəzinə qısaca, "məhkəmədə görüşərik" yazmaqla, bizi məhkəmə ilə təhdid etdi.
Doğrusu yalan olduğunu dediyi bu məlumatlara görə onun bu qədər narahat olma səbəbini anlamadıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Naxçıvanın Nigah evinin müdirələri "Qara Pişik"dən şikayətçidirlər. Deyirlər ki, biz hər evlənən cütlükdən 20 manatı özümüz üçün almırıq. Bu, Ədliyyə naziri Daşqın müəllimin boynumuza qoyduğu tasdır. İndi nə edək, kimsə evlənəcək deyə, onun Daşqın müəllimə çatacaq şirinliyini öz cibimizdən verək?
Vallah, söz tapa bilmədim cavab verməyə. "Qara Pişik" axırda məni hamı ilə düşmən edəcək. Səni görüm yanasan, "Qara Pişik"
TEREF.AZ yazır ki, bunu Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyir. Daha sonra baş redaktor fikrini davam etdirərək deyir:
Qazilər Şurasından Naxçıvan MR Nigah evi müdirələri üçün fitva dərəcəli səmərəli təklif:
"Müstəhəbdir ki, Nigah evlərinin qabağına nəzir qutusu qoyulsun və üzərində "nazir Daşqın Rəhimov üçün şirinlik kassası, minimum məbləğ 20 manat" yazılsın".
 

Dünyapress TV

Xəbər lenti