Ardını oxu...

 Şirvan Şəhəri 13 nömrəli tam orta məktəbinin direktoru Rzayeva Aynurə ilə bağlı ilginc məlumat daxil olub.

Mənbənin verdiyi məlumata və göndərdiyi fotolara görə Şirvan Şəhər 13 nömrəli tam orta məktəbin direktoru öz yaxınlarının adına, şəhərin mərkəzində obyekt inşa etdirir.
Ardını oxu...
Göndərilən Fotodan açıq-aydın görsənir ki, obyektin tikintisində son tamamlama işləri gedir. Verilən məlumatda bildirilir ki, məktəb direktorunun var-dövləti tək bu obyektlə bitmir. Məktəb direktorunun bir neçə yerdə evləri və bu cür obyektləri var.
Ardını oxu...
Məlumatda bildirilir ki, 13 nömrəli tam orta məktəbin direktorunun diplomuda saxtadır. Lakin Şirvan şəhəri icra başçının müavini Məharət Mustafayevin yaxın qohumudur. Məhz buna görə, Aynurə Rzayeva saxta diplomla əvvəl, Şirvan şəhər 16 nömrəli məktəbdə, hazırda isə 13 nömrəli məktəbdə direktor vəzifəsində çalışır.

İnanırıq ki, Xəbəral.az-ın bu yazısından sonra aidiyyatı qurumlar Şirvan şəhər 13 saylı məktəbin direktoru Aynurə Rzayevanın fəaliyyətini araşdıracaqlar.

Qarşı tərəfin mövqe haqqını tanıyır.

(xeberal)

 
 
Ardını oxu...
Kənd təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun Arıçılıq Mərkəzi 23.985 manatlıq satınalmaya yekun vurub.

TEREF.AZ Qlobal.az-a istinadla xəbər verir ki, Arıçılıq Mərkəzinin "Bitki və toxumların" satın alınması lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 9.525 manat, qalibi "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Elmi-Tədqiqat işləri”nin satın alınması lotu üzrə satınalmanın məbləği isə 14.460 manat, qalibi "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Arıçılıq Mərkəzinə bitki və toxumlar alacaq "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 5 manat, qanuni təmsilçisi isə Allahverdiyev Ruhin Səxavət oğludur.

Ardını oxu...
"COSMOS-RA" MMC-nin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 9, mənzil 56 ünvanıdır. "COSMOS-RA" MMC-nin fəaliyyət profili, lisenziyaları barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.

Arıçılıq Mərkəzinə Elmi-Tədqiqat işləri üzrə xidmət edəcək "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin mart ayında dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Eyvazov Kamil Mirələm oğludur.

"KƏNAN KM" MMC-nin hüquqi ünvanı Arıçılıq Mərkəzinin sifarişçi olduğu digər satınalmada qalib elan edilən "COSMOS-RA" MMC-nin hüquqi ünvanı ilə qonşuluqda - Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 12, mənzil 72 ünvanında yerləşir.

Ardını oxu...
Bu MMC-lərin qanuni təmsilçilərindən birinin əslən Cəbrayıl rayonundan olduğu, Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədə qeydiyyatdadır.

Hüquqi ünvanları qonşu binalarda olan, fəaliyyət profilləri barədə heç bir məlumat olmayan MMC-lərin Arıçılıq Mərkəzinin eyni gündə sifarişçi olduğu satınalmalarda qalib gəlmələri bir sıra suallara yol açır.

Qlobal.az məsələ ilə bağlı Arıçılıq Mərkəzi ilə əlaqə saxlayaraq sifarişçi olduğu satınalmada qalib elan edilən MMC-lər hüquqi ünvanlarının qonşu olmasına aydınlıq gətirilməsi ilə bağlı münasibət öyrənib.
Ardını oxu...
Arıçılıq Mərkəzinin direktoru Samir Mahmudov

Arıçılıq Mərkəzinin açıqlamasında deyilir:

"Arıçılıq Mərkəzinin "Bitki və toxumların" satın alınması lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 9.525 manat, qalibi "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti, təkliflər içində ən aşağı qiymət təklifinə görə qalib seçilib. "Elmi-Tədqiqat işləri”nin satın alınması lotu üzrə isə satınalmanın məbləği 14.460 manat, qalibi "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyətidə həmçinin təkliflər içində ən aşağı qiymət təklifinə görə qalib seçilir. Arıçılıq Mərkəzinin bitki və toxumlar alacaq "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti və Elmi-Tədqiqat işləri üzrə xidmət edəcək "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanlarının qonşuluqda olmaqları haqqında heç bir məlumatı olmayıb".

Arıçılıq Mərkəzi açıqlamasında qalib elan etdiyi MMC-lərin hüquqi ünvanlarının qonşu ünvanlarda olmasını təsadüf sayır:

"Arıçılıq Mərkəzi tərəfindən bitki və toxumlar alacaq "COSMOS-RA" Məhdud Məsuliyyətli Cəmiyyəti və Elmi-Tədqiqat işləri üzrə xidmət edəcək "KƏNAN KM" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanlarının qonşuluqda olmaqları haqqında təşkilatlarla əlaqə saxlanıldı və təşkilatlar tərəfindən hüquqi ünvanların təsədüfü olduğu söylənildi".

Qeyd edək ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun Arıçılıq Mərkəzinin direktoru Samir Mahmudovdur.
 
 
 
Ardını oxu...
DİA.AZ: - Fransa Senatının antiAzərbaycan qərarına gərəkən reaksiyanı məhz Fransanın özündə verə bilməməyimiz, habelə Azərbaycan diasporası adından keçirilən aksiyaların isə nə dövlətimizin, nə də millətimizin şanına şərəf qatmadığını bildiyimiz təqdirdə dünən Diasporla iş üzrə Dövlə Komitəsinin yenidən Fransa Senatının məlum qətnaməsinə etiraz etmək fikrinə düşməsi əslində bir tərəfdən bizləri sevindirsə də, digər tərrəfdən də qorxuya saldı.

DİA.AZ-ın bildirdiyinə görə, ona görə sevindik ki, yəqin Fuad Muradovun rəhbərlik etdiyi bu qurum öz səhvini düzəltməyə çalışıb. Parisin az qala yarısını bizim məmurlarımız satın alıb, amma Fransaya etiraz üçün bir nəfər millət balası tapılmır. Amma eyni ünvanda xaricdə oturub Azərbaycanı söyməkdə pərgar olan "söyüş müxalifəti" nümayəndələri daha kütləvi aksiyalar keçirə bilirlər. Özü də Azərbaycan dövlətini əleyhinə... Ona görə də sevindik ki, Fuad müəllim yəqin bu dəfə kütləviliyə nail olacaq.

Ona görə qorxduq ki, AKSİYA BAŞ TUTMAYA da bilərdi. Qorxumuz ondan yana idi...

Amma sən demə, Diasporla iş üzrə Dövlə Komitəsinin rəhbərliyi də bizim kimi davranaraq qorxu-hürkünü götürüblər. Biliblər ki, həmin aksiyada da biabır olacaqlar. Ona görə da bəri-başdan aksiyaya yerli əhalini cəlb ediblər.

Elə İTV-nin aksiyadaan reportajında da bunu aydın şəkildə görürük:



Halbuki bu aksiya Fuad müəllimin təşkilatının Fransadakı azərbaycanlıların etirazını təşkil etməsi kimi "aformit" olunmuşdu.

P.S. Burada diqqətimizi daha çox Azərbaycan bayrağını tutan zənci cəlb etdi. Hər halda, bayrağımız onun əlində daha möhtəşəm görünürdü, nəinki Azərbaycanda diaspora işini QAZANC YERİNƏ ÇEVİRƏNLƏRİN ƏLİNDƏ...

Ardını oxu...
Ardını oxu...

Bilirik ki, sözləri olmayacaq... Amma yenə də... qarşı tərəfi dinləyə bilərik...
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasında ən böyük korrupsiya halları kənd təsərrüfatı sahəsində yaşanır.
TEREF.AZ yazır ki, Kəngərli rayonunun adının çəkilməsini istəməyən sakininin Ovqat.com-a göndərdiyi məktubda belə iddia olunur.
Məktub müəllifi iddialarını əsaslandırmaq üçün 2 faktdan bəhs edir.
İlk fakt rayonun Yurdçu kəndi ərazisində qurulan qapalı suvarma şəbəkəsi ilə əlaqədardır:
“Bu qapalı suvarma şəbəkəsi 56 hektar ərazini əhatə edir. Ərazidə min metrlik ana xəttin tikintisi başa çatdırılıb. Burada uzunluğu 5200 metr olan paylayıcı suvarma şəbəkəsinin çəkiləcəyi və 56 hidrant qoyulacağı gözlənilir. Rəsmi açıqlamaya görə, Arpaçay sol sahil kanalından qidalanan “Qıvraq-1” nasos stansiyası vasitəsilə su ərazidəki hovuza vurulacaq və özaxımı ilə şəbəkəyə paylanacaqdır. Ali Məclisin Sədri yaxınlıqdakı 40 hektardan artıq ərazinin də layihələndirilməsi və qapalı suvarma şəbəkəsinin qurulması barədə tapşırıqlar verib”.
Yəqin redaksiyamıza ünvanlanmış məktubun bura qədərki hissəsini oxuyanda ürəyinizdə Cənab “xan” həzrətlərinə böyük minnətdarlığınızı ifadə etdiniz. Və yəqin ki, beyninizdə bir sual meydana gəldi: Əcəba, sözügedən suvarma şəbəkəsinə nə qədər pul ayrılıb?
Məktub müəllifi bu suala da cavab verir: 750 min manat.
Əminəm ki, bu cavabı eşidəndə minnətdarlıq hissləriniz daha çox artdı. Bəlkə də Naxçıvanı ağ günə çıxarmaq üçün əlindən gələni əsirgəməyən bu alicənab “xan”a az qala səcdə etmək eşqinə düşdünüz. Amma Naxçıvan torpağının yetişdirdiyi ən böyük “xan” qarşısında dizinizi yerə qoyub başınızı aşağı sallamağa tələsməyin.
Məsələ burasındadır ki, “xan” həzrətlərinin 0.75 milyonluq layihənin inşasında istifadə etdiyi materialların hamısı söküntü materialları olub. Hər halda məktub müəllifləri bu iddiadadır. İddianın nə qədər real olduğunu araşdırmaq Bakıdan Naxçıvana göndərilməmiş yoxlama komissiyasının əlində su içimlikdir.
Müəllifin şikayəti bununla da bitmir. Onun iddiasına görə, Kəngərli rayonunun Böyükdüz, Xok, Kərki və Yurdçu kəndləri ərazisində tikilən bir başqa qapalı suvarma şəbəkəsi də var. Bu şəbəkə ümumilikdə, 1916 hektar sahəni əhatə edir. Sahənin 1800 hektarı isə Vasif “xan” həzrətlərinə aiddir.
“Bu sahələrdə əslində hec bir nasos stansiyası tikilməyib. Sadəcə, Xok, Böyükdüz, Yeni Kərki kəndlərinin suyunu zəbt ediblər. Halbuki, Naxçıvan MR Maliyyə Nazirliyi bu layihə üçün rayon melorasiya idarəsinə 12 milyon manat vəsait ayırmışdı. Layihəyə real xərclənən pul isə heç 2 milyon manat da olmayıb”, - məktubda belə deyilir.
 
Ardını oxu...
Son vaxtlar Azərbaycanın müvafiq dövlət orqanlarının Naxçıvan Muxtar Respublikasında apardığı yoxlamalar zamanı ciddi korrupsiya, mənimsəmə və vergidən yayınma hallarının olduğunun üstü açılıb. Yoxlamalar dərinləşdirildikcə daha dəhşətli faktlar ortaya çıxır.

Dövlət Təhlükəsizliyi Xidmətinin muxtar respublikanın Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyat zamanı onlarla vəzifəli şəxs saxlanılaraq dindirilib. Rəsmi məlumatlara görə, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu və muxtar respublikanın maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. İttihamın mahiyyətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

Rafael Əliyev isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Muxtar respublikanın Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəylinin də saxlanılaraq Bakı şəhərinə gətirildiyi bildirilir.

Muxtar respublikanın gömrük orqanlarında aparılan yoxlamalardan sonra bir çox vəzifəli şəxsin həbs olunacağı istisna edilmir. Bu prosesin sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun övladlarının və yaxın qohumlarının da cəzalandırılacağı gözlənilir. Çünki muxtar respublikada bütün sahələrdə, eləcə də gömrük orqanlarındakı qanunsuzluqlar, özbaşınalıqlar, korrupsiya, mənimsəmə halları məhz onların göstərişi ilə edilib.

Naxçıvandakı qanunsuzluqlarla bağlı TNS-in əməkdaşı ilə söhbətləşən, təhlükəsizlik nöqteyi-nəzərindən adının açıqlanmasını istəməyən yüksək vəzifəli muxtar respublika rəsmisi bildirib ki, gömrük orqanlarında aparılan araşdırmalar yalnız gömrük işçiləri ilə məhdudlaşmamlıdır. Onun sözlərinə görə, Naxçvanın gömrük orqanları Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovların tapşırıqlarını icra edib, onlara yaxınlığı ilə seçilən adamların muxtar respublikaya idxal etdiyi məhsullardan gömrük rüsumu alınmayıb.

Mənbəmiz deyir ki, Talıbovlar ailəsinə məxsus şirkətlərin malları rəsmiləşdirilmədəm muxtar respublikaya idxal olunub. Onun sözlərinə görə, gömrük orqanlarındakı qanunsuzluqların başında dayanan, heç bir səlahiyyətinin olmamasına baxmayaraq, muxtar respublikanın Dövlət Gömrük Komitəsinin rəhbərliyinə qeyri-qanuni göstərişlər verən, gömrük rüsumu ödənilmədən Naxçıvana müxtəlif məhsul, mal və material idxal edən şəxslərdən biri də Seymur Talıbovun bacanağı Hümbət Qəhrəmanovdur. Mənbəmiz bu şəxslə bağlı dəhşətli faktlar açıqlayıb.

Bu şəxs kimdir? Hümbət Qəhərəmanov məmur övladıdır. Onun atası Elçin Qəhrəmanov uzun illər Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olub. Ordubad rayonunun girişində qoyulan və rayonun adının yazıldığı, dəyəri bir neçə min manat olan lövhəni 50 min dollara rəsmiləşdirdiyi, bu vəsaiti də Vasif Talıbovdan gizlətdiyi üçün tutduğu vəzifədən azad edilmişdi.

Hümbət Qəhrəmanov 5-6 il bundan əvvələ qədər Naxçıvanda bir idarədə adi mühasib vəzifəsində çalışıb. Muxtar respublikanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurandan, Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovla bacanaq olandan sonra onun həyatı dəyişib, qısa zaman ərzində Naxçıvanın ən zəngin adamlarından birinə çevrilib.
Ardını oxu...
Soldan: Seymur Talıbov, Vüqar Abbasov, Hümbət Qəhrəmanov

Mənbəmiz deyir ki, son illər Naxçıvana xaricdən idxal olunan ərzaq məhsulları, aksiz markasız siqaretlər, mühərrik yağı gömrük rüsumu ödənilmədən məhz onun rəhbərliyi ilə gətirilib, muxtar respublika ərazisində və Bakı şəhərində satılıb. Xaricdən idxal edilən “Milano”, “Oscar” adlı aksiz markasız siqaretlərin satışından milyonlarla manat vəsait əldə ediblər. Muxtar respublikanın gömrük orqanlarından qaçaqmalçılıq yolu ilə keçirilərkən tutulan, yaxud insanlardan zorla alınan siqaretlər Hümbət Qəhərmanova çatdırılıb, o da həmin siqaretləri bazara çıxararaq satışını həyata keçirib.

Hümbət Qəhərəmanov Naxçıvanda xərçəng biznesi ilə də məşğuldur. Onun Naxçıvan şəhərinin Əliabad qəsəbəsi yaxınlığında “Xərçəng” dəniz məhsulları müəssisəsi fəaliyyət göstərir. Yenə gömrük rüsumu ödənilmədən, qeyri-qanuni şəkildə xarici ölkələrdən idxal olunan xərçəng məhsulları həmin müəssissədə bir neçə gün saxlandıqdan sonra Araz çayının məhsulları kimi Bakı şəhərinə gətirilərək satışa çıxarılır.

Hümbət Qəhərəmanovun adı Braziliyadan gətirilirək Naxçıvanda yerli məhsula “çevrilən” toyuq əti əməliyyatında da hallanır. Məsələnin mahiyyəti belədir ki, Vasif Talıbovun övladlarının tapşırığı ilə müxtəlif xarici ölkələrdən ucuz qiymətə alınan toyuq əti muxtar respublikaya idxal edilib, Naxçıvandakı müəssisələrdə istehsal olunan yerli məhsul kimi satışa çıxarılıb. O, “peşəkarlıqla” Braziliya toyuqlarını Naxçıvan toyuqlarına “çevirdiyi” üçün mükafatlandırılıb, muxtar respublikanın gömrük-keçid məntəqələrində onun üçün ayrıca rüsumsuz keçid qapısı yaradılıb.

Qısa müddət ərzində inanılmaz sərvətə sahib olan Hümbət Qəhrəmanov Naxçıvan şəhərində “Nataktari” adlı restoran açıb, Talıbovlara məxsus “Sizin” marketin idarəçiliyi onun ixtiyarına verilib. “Nataktari” restoranının aylıq dövriyyəsi 200 min manat, “Sizin” marketin aylıq dövriyyəsi isə 4 milyon manat civarındadır. Naxçıvana məhsul, mal və material idxal edərkən gömrük rüsumu ödəməyən Hümbət Qəhrəmanov, əlbəttə ki, bu müəssisələrin fəaliyyətinə görə vergi də ödəməyib.

Seymur Talıbovun bacanağı qeyri-qanuni yollarla qazandığı pullarla əlavə yatırımlar edib, direktoru olduğu “Badamlı” zavodunun istehsal etdiyi məhsulların daşınması üçün yaxın qohumlarının adına 50 ədəd yük maşını (tır) alıb.

Onun Naxçıvan şəhərində 10 milyon dəyəri olan villası, muxtar respublika ərazisində və Bakı şəhərində onlarla mənzili, bahalı avtomibilləri var.

Ardını oxu...
Ardını oxu...
Oxuculara fotosunu təqdim etdiyimiz avtomobili Hümbət Qəhrəmanov 240 min manata alıb. Bu, onun onlarla bahalı avtomobilindən yalnız biridir.
Ardını oxu...
Mənbəmiz bildirir ki, Hümbət Qəhərəmanov bacanağına güvənərək muxtar respublikada fəaliyyət göstərən iş adamlarına divan tutub. İş adamlarının qazancının 50 faizinə zorla şərik olan Hümbət Qəhərəmanov onun şərtləri ilə razılaşmayan sahibkaları Daxili İşlər Nazirliyinə gətirdərək onları həbs olunmaqla qorxuduq, bir sıra sahibkarlara işgəncə yolu ilə şərtlərini qəbul etdirməyə nail olub. Onunla razılaşmayanların isə əmlakı, şirkətləri əlindən alınaraq Naxçıvandan didərgin salınıb.

Əməkdaşımızla söhbətləşən bir iş adamı bu deyilən faktları təsdiqləyib, hüquq-mühafizə orqanlarından Hümbət Qəhərəmanovun belə qeyri-qanuni fəaliyyətini araşdırmasını xahiş edib.

Göründüyü kimi, Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi dövrdə muxtar respublikada tam bir dərəbəylik hökm sürüb, Azərbaycan qanunları pozulub, əhaliyə divan tutulub. Muxtar respublikada aparılan araşdırmalar dərinləşdirildikcə daha dəhşətli faktlar üzə çıxacaq.

pia.az
 
 
 
Ardını oxu...
Goranboyda iş adamı kimi tanınan Xaliq Mustafayevin oğlu vətəndaşı ölümlə təhdid edir.
TEREF.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayon Həmənli kənd sakini Abdıyev Emin Hüseyn oğlu tərəfindən video-şikayət daxil olub.
Şikayətçi qeyd edir ki,Goranboy şəhərində, yerli sahibkar Xaliq Mustafayevin şəxsi maliyyə vəsaiti ilə, yeni inşa edilmiş klinikanın tikintisində briqdir kimi çalışıb.Tikintiyə Sabirabad ,Cəlilləbad,Saatlı və ətraf rayonlardan usta fəhlələri dəvət edərək işlətdirib. Sözügedən klinikanın tikintisin demək olar ki, 85 faizi yekunlaşsada iş adamının oğlu Nicat Mustafayev fəhlələrin pulunu verməyib.Məhz buna görədə məcburiyyət qarşsında qalan şikayətçi özünə məxsus olan VAZ 2107 markalı avtomobilini sataraq fəhlələrin əməkhaqlarının bir qismini ödəyə bilib. Alın təri ilə ailə uşağı üçün çörəkpulu qazanan Abdıyev Emin bildirir ki, iş adamının oğlu Nicat Mustafayev ona dəfələrlə hədə-qorxu gəlib.”Bildirb ki, kimə və hara şikayət edirsən et.Sənə bir mant da olsun pul vermiyəcəm”.
Hətta bu yaxın günlərdə 22 noyabr 2022-ci il tarixdə iş adamının oğlu Gəncənin Bayraq Meydanında şikayətçinin üzərinə 5-6 nəfər “razborşik”də gətirib.Gəncədə söz-söhbətə baxan kriminal dəstənin üzvüləri şikayətçiyə deyiblər ki, birdə pul tələb etsən bu sənə çox baha başa gələcəkdir.Bu haqda şikayətçini təhdid edən Goranboylu iş adamının oğlunun səsli mesajlarıda var.
Goranboy sakini mətbuat vasitəsi ilə Daxili işlər Nazirliyin rəhbərliyindən xahiş edir ki, onu kriminal dəstə tərəfindən təhdid etdirən iş adamının oğlu barəsində qanunamüvafiq formada ölçü götürülməsinə göstəriş versin.
Qeyd edək ki, iş adamı Xaliq Mustafayev xaricdən Azərbaycana elektronika malları gətizdirir.
Şikayətlə bağlı iş adamı ilə əlaqə saxlamağa çalışdıq. Oğlu Nicat Mustafayevə məxsus olan mobil telfonla bağlantı qurmaq cəhdlərimiz alınmadı.
Goranboylu sakinin DİN rəhbərliyinə ünvanlanış video-şikayətini təqdim edirik:
 
Ardını oxu...
Məlum olduğu kimi son illər Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, müharibə iştirakçısı olmuş şəxslərə, qazilərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədə həyata keçirilir. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Amma çox təəssüf ki, öz məqsədləri üçün dövlətimizin yeritdiyi bu siyasətə qarşı xoşagəlməz addım atanlar da olur.

Aktualinfo.org ötən həftə Pirallahı rayonundakı 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən əsassız olaraq çıxarılmış Elza Cəfərovanın müraciəti ilə bağlı məqalə yaymışdı. Oğlu 44 günlük Vətən Müharibəsində, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində son günə qədər iştirak etmiş bir müəllimənin işindən çıxarılması sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olmuşdu. Elza Cəfərovanın oğlu, Əmir Cəfərovun keçdiyi döyüş yoluna şübhə ilə yanaşan məktəbin bir qrup müəllimlərinin qərəzli paylaşımları isə ictimaiyyət arasında daha çox narazılığa səbəb olmuşdu. Dünən isə redaksiyasımıza sosial şəbəkələrdə və elektron media resurslarında yayılanlarla bağlı yeni məlumatlar daxil olub. Belə ki, Elza Cəfərovanın işdən çıxarılma kompaniyasını təşkil edən, vəzifə uğrunda mübarəzə aparan yeni adlar üzə çıxıb.

Təfərrüatlara keçməzdən öncə qeyd etmək istərdik ki, Pirallahıda 4 tam orta məktəb var. Qəsəbədəki 168 saylı tam orta məktəbin direktoru Elnur Bayramov Bakı şəhər Təhsil İdarəsində yüksək vəzifə tutanlardan birinin qohumudu. Pedaqoji təhsili və stajı yoxdu. Əvvəllər 243 saylı məktəblə 235 saylı məktəbin direktorluğu ona həvalə olunub. Hazırda 235 saylı tam orta məktəbin direktoru olan Seymur Yusibov əvvəllər Gürkan qəsəbəsində yerləşən 231 saylı məktəbdə müavin olub. Hazırda 243 saylı tam orta məktəbin direktoru isə yoxdu. Pirallahı rayon icra Hakimiyyətinin saytında adıçıkilən şəxslər məktəb direktoru kimi göstərilsə də, əslində direktor əvəzidirlər. Yəni hazırda Pirallahıdakı 4 orta məktəbin 3-də direktor olmaq uğrunda ayrı-ayrı şəxslər və ya qruplar arasında mübarizə gedir. Deyilənlərə görə 231 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Seymur Yusubov 235 nömrəli tam orta məktəbə direktor vəzifəsini istədiyindən 168 nömrəli məktəbə getməyib. Ona görə də Elnur Bayramovu 168 saylı məktəbə göndəriblər. Qazi anası Elza Cəfərovanın vəzifəsindən əsassız olaraq çıxarılmasına səbəb isə 235 nömrəli tam orta məktəbə direktor olmaq istəyən bu qruplaşma üzvlərinin mübarizəsi olub.

Vəzifəsindən əsassız olaraq çıxarılmış Elza Cəfərovanın verdiyi məlumata görə qruplaşmanın başında məktəbin direktor müavini olmuş Humay Paşayeva durur. Məktəbdən korrupsiya əməllərinə görə işdən çıxarılmış, keçmiş təsərrüfat işləri üzrə direktor müavini Şahnazın bacısı qızı, tarix müəllimi Təranə Əliyeva fəallardan biridir. Fəallardan ədəbiyyat məllimi Türkan Şirinova, ibtidai sinif müəllimi Şəhla İsmayılova, onun həyat yoldaşı, texniki işçi Akif İsmayılov, diplomu olmayan psixoloq Vüsalə, Mina Vəliyeva, və digər müəllimlər Ülkər, Türkan, Nailə, Telli, Sevinc, Şəhla və hətta 231 saylı məktəbin Həmkarlar Təşkilatının sədri İlhamə Ağayeva məktəbin texniki işçisi Akif İsmayılovun yaxınlıqdakı həyətində yığışaraq sosial şəbəkələrdə oğluma və özümə böhtan atmaq üçün müzakirə aparmışlar. Maraqlananda məlum olmuşdur ki, güya BŞTİ-i tərəfindən təşkil edilir.

Elza Cəfərova onu da bildirdi ki, oğlu Əmir Cəfərovun döyüş yoldaşları 19-25 noyabr tarixlərində Elm və Təhsil Nazirliyinin qarşısında aksiya keçiriblər. Nazirlik rəsmisi onlara bildirib ki, Pirallahıdakı məktəblərdə yaradılmış qruplaşmadan xəbərləri var və işi araşdırıb gələn həftə onlara cavab verəcəklər. Bakı şəhər Təhsil İdarəsində olarkən Hüquq Şöbəsində çalışan Kamran müəllim döyüşçü deyəndə ağzını yan tərəfə tutub Humay Paşayeva tərəf durdu. Elza müəllimə döyüşçü adına rişxəndlə yanaşan Kamranın barəsində də ölçü götürülməsini istəyir.

Sosial şəbəkələrdə oğlumu təhqir edən, keçdiyi döyüş yolu ilə bağlı qərəzli paylaşımlar edən müəllimlər polis idarəsi tərəfindən çağrılaraq sorğuları götürülür. Mina Vəliyevanın həyat yoldaşı paylaşımın güya onların xəbəri olmadan yayıldığını bildirmişdir. Şəhla İsmayılovanın həyat yoldaşı da həmçinin . Lakin araşdırma aparılır, digər müəllimlər də polisə izahat verdikdən sonra nəticəsi açıqlanacaq.

Sonda qeyd etmək istərdik ki, ölkə rəhbərliyi tərəfindən qazilərimizə, şəhid ailələrimizə böyük qayğı və diqqətin göstərildiyini, onların ən kiçik problemlərinə belə həssaslıqla yanaşıldığını hər birimiz görürük. Bir sözlə, şəhid ailəsi, müharibə əlili, Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızı işğaldan azad edən qazilərin mövqeyi cəmiyyətdə hər zaman öndə tutulur. Bəs görəsən Pirallahıdakı 235 saylı məktəbin bir qrup müəllimi bu ənənəni niyə pozur? Prezidentimizin, Ali Baş Komandanımızın medalla təltif ediyi qazinin keçdiyi döyüş yolu ilə bağlı qərəzli məlumatlar yayan, şübhə ilə baxan bu şəxslərin məqsədi nədir? Kimlərisə məktəbdə vəzifəyə gətirmək. Çox təəssüf ki, dövlətin təhsil müəssisəsini şəxsi məqsədləri üçün istifadə etmək istəyən bu qrupun əməllərinə Bakı şəhər Təhsil İdarəsinin də, Elm və Təhsil Nazirliyinin də rəsmiləri göz yumur.

Aktualinfo.org

Ardını oxu...
Xətai rayonu Sarayevo küçəsində yolun ortasında ağaclar kəsilərək yerində obyekt tikilir.
DİA.AZ bildirir ki, bu barədə rayonun sözügedən ərazidə yaşayan sakinləri Yeniavaz.com-a məlumat veriblər.
Sakinlər yolun ortasında tikilən obyektin fotolarını da redaksiyamıza təqdim ediblər.
Obyekti kimin tikdirdiyi, müvafiq icazə sənədlərinin olub-olmaması barədə məlumat yoxdur.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Ardını oxu...
Ardını oxu...
Ağdaşın Qarağan Şıxlar kənd sakini, şəhid ailəsi Dəyanət Abdülrəhimov özünəməşğulluq proqramından yararlansa da, problemlərlə üzləşdiyini deyir.

O, Meydan TV-yə deyib ki, bu proqram üzrə gözləntiləri özünü doğrultmayıb.

2022-ci il iyulun 27-də ona Ağdaş Rayon Məşğulluq İdarəsindən 4 min manat dəyərində 3 baş inək verilib, amma bir ay tamam olmamış heyvanlardan biri qəflətən ölüb.

Dəyanət Abdülrəhimov digər iki heyvanın da yaşlı və xəstə olduğunu deyir və düşünür ki, bu heyvanların onun təsərrüfatına töhfə verəcəyinə inanmır.

Ağdaş sakini bu barədə dərhal aidiyyəti qurumlara məlumat versə də, ona belə cavab verilib: “Təhvil almısan, bir il tamamına qədər bax, sonra satarsan”.

“Mənə verilən üç inəyin biri xəstə idi deyə 25 gündən sonra öldü. Ağdaş Rayon Məşğulluq İdarəsinə məlumat verdim. Dedilər ki, şənbə günü olduğu üçün gələ bilmərik, özünüz inəyin orqanlarını çıxarın və aparıb Qida Təhlükəsizliyi Agentliyinə verin. Sonra cavabı gətirin. Mən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “qaynar xətti”nə zəng vurdum. Dedilər ki, bizlik deyil. Rayonda da dedilər ki, onsuz da heç kimə ölmüş heyvanın yerinə yeni heyvan verilməyib, bu, mümkün deyil. Üç inəyin biri nisbətən sağlamdır, digəri isə 4 aydır ki, baytar gətirib müalicə etdirirəm. O da xəstədir, düzəlmir. Bir ay tamam olmamış qaytarmaq istədim. Dedilər ki, müqavilədə elə bir şey yoxdur, azı bir il heyvanlara baxmalısınız. Adı şəhid ailəsinə köməkdir, amma ziyandan başqa bir şey deyil”, – deyə o bildirib.

“Nə sata bilərəm, nə qaytara…”

Ağdaş sakini ona dəymiş ziyanı ötən dörd ayda heyvanlara çəkdiyi müalicə və yem xərcləri ilə əlaqələndirir.

Deyir ki, üç inəklə bərabər ona 65 ədəd ot bağlaması verilməli idi, amma hər bağlamaya görə 2 manat 70 qəpik civarında nəğd pul ödənilib: “Ot bağlaması bundan iki dəfə bahadır, yəni qiyməti 5-6 manatdır. İnəklər də qısırdı, hətta doğuma yararsızdırlar. Yəni 4 aydır ki, balasız, südsüz inəklərə pul xərcləyirəm. Hələ bir il də onlaraməcburi baxmalıyam”.

O, indiyə qədər çəkdiyi və çəkəcəyi xərcin faydasız olacağından narahatdır: “Amma müqaviləyə əsasən, çarəsizəm, heyvanları nə geri qaytara bilirəm, nə də sata”.

Onun sözlərinə görə, heyvanları satmaq da mümkün deyil: “Tanıdığım kasıb bir ailə var. Ona verilən xəstə, yaşlı inəklərdən ikisini məcbur qalıb xəlvətcə satdı: birini 400 manata, digərini 600 manata. Çünki öləcəkdilər. Ona görə də satıb ikisinin yerinə zəif də olsa, sağlam inək aldı. Əslində, bu, doğru addım idi, amma müqaviləyə görə bir il gözləmək məcburidir”.

“İndiyə qədər ota 1000 manatdan çox pul xərcləmişəm. Guya bu üç inək balalarıma, ailəmə aztəminatlı ailə kimi yardım idi, əksinə balalarımın boğazından kəsib ot alıram, müalicə etdirərəm. Gələn ilin iyuluna qədər belə olmalıdır, əlimdə ölən heyvana dair aktım, xəstə heyvanla bağlı şikayətim var. Ancaq baxıb, hüquqi qiymət verən yoxdur”, – deyə o bildirib.

“Xəstə, cılız, yaşlı qoyunları seçib verdilər”

Özünəməşğulluq proqramından yararlanan digər bir Qarabağ qazisi, Göyçay sakini Vüqar İsayev də eyni durumla üzləşdiyini bildirib.

O deyir ki, 2021-ci ilin avqustunda ümumi dəyəri 3600 manat olan 21 baş qoyun alıb. Qoyunları isə mərkəzin əməkdaşları heyvan bazarından özləri seçərək alıblar. Amma bir il tamam olmamış heyvanların üçü xəstəlikdən ölüb, digrlərini şəxi vəsaiti ilə müalicə etdirib:

“Nə ölü, nə də xəstə heyvanlar barədə aidiyyəti orqana müraciət etmədim. Çünki yenisini alacağına ümidim yox idi. Amma 6 ayın tamamında qoyunlara baş çəkməyə gələn əməkdaşa vəziyyəti izah etdim. O da bildirdi ki, müqaviləyə əsasən bir ilə qədər baxmaq və satmamaq öhdəliyiniz var”.

Vüqar İsayev indiyə qədər heyvanların dərmanına 100 manat xərc çəkdiyini deyib: “Baytar gəlib baxdı və dedi ki, bu heyvanların ciyəri sıradan çıxıb. Bunlara güclü müalicə və yem lazımdır. İndiyədək 400 kq yem də veriblər. Onunla birgə heyvanların qiymətini 4 min manat hesablayırlar. 6 ayın tamamında gəlib, baxdılar. Qoyunun biri ondan əvvəl, digər ikisi ondan sonra öldü. Bir il tamam oldu, amma heç kim gəlib baxmadı. Əslində isə yoxlamalı idilər. 18 qoyundan cəmisi dördü bala verib, digərləri bir ildə qısırdı. Amma mən aztəminatlı ailə kimi aldım ki, bir ildə təsərrüfatı artırım, iqtisadi gəlirim olsun. Ancaq belə heyvanlarla çətin ki, gəlir olsun”.

“…1000 manat pul istədilər”

İsmayıllı sakini İlham Mahmudov 4 il öncə Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına müraciət edib.

Deyir ki, ondan rüşvət də istəyiblər. O da vermədiyinə görə növbəsi uzanır. Üç uşaqla işsiz dolanışıq isə onun üçün çətindir: “4 ildir ki, İsmayıllı Rayon Məşğulluq İdarəsində özünüməşğulluq proqramına yazılmışam. İlk 2 il bizə baxış keçirildi və 1000 manat pul istədilər. Pulu verə bilmədiyimizə görə bizə heyvan vermədilər. Məndən sonra kənddə neçə ailəyə verdilər. Hamısından da 800-1000 manat pul alıblar. İki ildir yenidən yazılmışıq və hazırda növbədə 166-cı adamam. Hələ baxış da keçirilməyib. İki oğlum, bir qızım var. Qız ali təhsil alır, oğlanlar 3-cü və 10-cu sinifdə oxuyur. Necə dolanım, kimə müraciət edim, bu üç uşağı işsiz necə saxlayım?”

“Heyvanların zəif, xəstə görünməsi daha çox qaraciyər serrozundandır”

Baytar Renat Mustafayev bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarda xəstəliklər bəzən öncədən bilinmir: “Yerli sort heyvanlar mühitə uyğunlaşdığından xəstəliklərə qarşı dözümlü olur, xarici sortlar isə əksinə. Heyvanlarda isə daha çox yay mövsümündə xəstəlik üzə çıxır və ölüm faktı olur”.

Onun sözlərinə görə, o tip heyvanlarda müxtəlif gənə xəstəlikləri, yəni qan parazitləri daha çox üstünlük təşkil edir: “Beş-altı xəstəlik yaradır. 14 gün səssiz gedir xəstəlik və qanda parçalanma olur. Buna görə yayda heyvanlar arasında ölüm xəstəliyi daha çox olur. Yerli sort heyvanlar bu cür xəstəliklərə hardasa dözümlü olur, xaricdən gətirilmiş heyvanlar dözmür. Bu səssiz gedən xəstəlikdir deyə təsərrüfat sahibi bunu hiss etmir. Dezinfeksiya və müalicəvi profilaktik tədbirlər görülməlidir. İl ərzində 4-5 dəfə heyvana qara və ağ ciyərinə görə dərman verilməlidir. Gənələr əsasən otdan və sudan düşür. Heyvanların zəif, xəstə görünməsi daha çox qaraciyər serrozundandır. Bruselyoz, vərəm xəstəliyi də müşahidə olunur”.

Mütəxəssis deyir ki, əslində, proqram çərçivəsində verilən heyvanlar öncədən yoxlanışdan keçirilməlidir. Əksinə, vətəndaşa verildikdən sonra baytar yoxlanışı olur ki, bu da vətəndaşa problem yaradır:

“Vətəndaşa verilən heyvanlar baytar mütəxəssislərlə yoxlanılıb verilməlidir. Bəzən vətəndaşlar pulsuzdur deyib sevinərək alır, ancaq sonra xəstəliklər aşkarlanda peşman olur. Ancaq vətəndaşa heyvan təhvil verildikdən sonra sahə baytar həkimi tərəfindən qan və nəcis nümunələri götürülür, laboratoriyaya göndərilir. Nəticəsi də müəyyən müddətdən sonra çıxır. Düzü, nə xəstəlik çıxsa da, artıq sonrası vətəndaşa qalır, yəni heyvanı geri qaytara biləcək, ya yox. Amma sağlam çıxarsa, və sonrakı müddətdə ölərsə, artıq vətəndaşın boynunda qalır. Bəzən isə baytarın səhlənkarlığı olur, yoxlamır, nəzərdə tutulan müddətdə – 15 gün ərzində gecikdirilir. Məsələn, təcrübəmdə bir nəfər heyvanları xəstəlik aşkarlandığı üçün dərhal qaytardı”.

Dövlət Məşğulluq Agentliyi: “Heyvanlar təqdim olunmazdan əvvəl müvafiq yoxlamalardan keçirilir”

Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentindən Meydan TV-nin şikayətlərlə bağlı sorğusuna cavab verilib.

Bildirilib ki, indiyə qədər özünüməşğulluq proqramı çərçivəsində dövlətin əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli olan işsiz və işaxtaran şəxslərdən 61,304 nəfər bu proqrama cəlb edilib. Onların da 40,4 mini (67,8 %) kənd təsərrüfatı istiqaməti üzrə olub.

Agentlik qeyd edib ki, özünməşğulluq proqramına cəlb olunan vətəndaşlara heyvanlar təqdim olunmazdan əvvəl mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir:

“Fermalarda heyvanlara Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən kliniki baxış keçirilir və daha sonra heyvanlar karantinə alınırlar. Karantin müddəti bitdikdən sonra Qida Təhlükəsizliyi Agentliyi tərəfindən akt təqdim edildiyi təqdirdə heyvanların ölkə üzrə paylanışı həyata keçirilir. Paylanış zamanı isə heyvanların kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olması ilə bağlı akt da tərtib olunur. Paylanan heyvanların bruselyoz, tuberkulyoz və quduzluq xəstəlikləri ilə əlaqədar müayinədən keçməsi ilə bağlı sertifikatları da mövcuddur. Heyvanlar isə həm yerli, həm də xarici sort heyvanlardır”.

Vətəndaşların ziyanla bağlı şikayətinə gəlincə, Agentlik bildirib ki, belə hallarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür: “Müraciətin araşdırılması zamanı əmlaka üzrsüz səbəbdən ziyan dəydiyi aşkarlanarsa, həmin şəxs vurulmuş ziyanın əvəzini Mülki Məcəlləyə uyğun olaraq Agentliyin hesabına köçürməli olur. Amma müraciətlərə baxılmaması, proses süründürülməsi, rədd cavabı verilməsi barədə deyilənlər əsassızdır”.

Dövlət Məşğulluq Agentliyi növbəliliklə bağlı iddialara isə belə cavab verib: “Proqramın hər bir mərhələsi növbəli qaydada həyata keçirilir. Növbəlilik sisteminin vətəndaşlar üçün əlçatanlığını təmin etmək məqsədilə özünüməşğulluğa cəlb edilən vətəndaşların növbəlilik reyestri yaradılıb və bu reyestr www.dma.gov.az ünvanına yerləşdirilib. Vətəndaşların müraciətləri reyesterə daxil edildikdən sonra hər bir vətəndaş üçün skorinq balı formalaşır”.

“Növbəlilik isə şəxslərin müraciət etmə tarixi, ünvanlı dövlət sosial yardımı alması, əlilliyi olması, himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olması, bir ildən artıq işsiz kimi qeydiyyatda olması, pensiya yaşına iki ildən az qalmış şəxs olması, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxs olması və şəhid ailəsinin üzvü olması nəzərə alınmaqla təyin edilir. Vətəndaşa hər bir meyara uyğun müvafiq bal verilməklə növbə sırası müəyyən edilir. Şəxsin növbədə qaldığı müddət üzrə topladığı balların üzərinə müvafiq bal əlavə olunur”, – deyə qurum qeyd edib.

Müqaviləyə gəldikdə isə qurumdan bildirilib ki, özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz arasında 1 (bir) il müddətinə müqavilə imzalanır.

Həmin müqaviləyə əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları əlavə edilir:

“Proqramın icrası, proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların ictimai açıqlığı təmin edilib. “E-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi yaradılıb. Sistemdə hər bir iştirakçının proqrama cəlb edilməsindən sonrakı mərhələləri, biznes-planının reallaşdırılması üçün bağlanmış müqavilə, iştirakçıya aktivlərin təhvil verilməsinə dair akt, verilmiş aktivlərin sayı, video və fotomateriallar və s. yerləşdirilir və ictimaiyyətə açıqlanır”.

Meydan TV
 

Dünyapress TV

Xəbər lenti