Ardını oxu...
Şəki sakini tərəfindən ölkə Prezidentinə yazılmış və bir surətidə TEREF.AZ-ın poçtuna daxil olmuş şikayət ərizəsini təqdim edirik:
Əsli — Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezidnt cənab İlham Əliyevə,
Surətləri- AR-nın 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevaya,
AR-nın Baş nazir cənab Əli Əsədova,
AR-nın Baş pokuror cənab Kamran Əliyevə,
AR-nın Müdafiə naziri cənab Zakir Həsənova,
AR-nın ƏƏSMN-nin naziri cənab Sahil Babayvə,
AR-nın İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova,
AR-nın Daxili İşlər naziri cənab Vilayət Eyazova,
AR-nın DTX sədri cənab Əli Nağıyevə,
AR-nın Ailə, Uşaq , Qadın Problemləri DA-nin sədr müavininə,
AR-nın Ombudsman sədri xanım Səbinə Əliyevaya
Şəki rayonun Baş Göynük kənd sakini, qazi mayor Maşallah Salahovun atası Salahov Zahid Vahid oğlu tərəfindən
ƏƏSMN-nin Şəki Rayon Məşğulluq İdarəsində göstərilən tərbiyəsiz hərəkətlərdən
Ş İ K A Y Ə T ƏRİZƏSİ
Mən, 2 övlad atasıyam. Oğlum, 1989-cu il təvəllüdlü və hazırda Milli Ordunun mayoru olan Manşallah Salahov hərbi xidməti zamanı Aprel döyüşlərində və 44 günlük Vətən Müharibəsində iştirak etmiş və qızğın döyüşlərdən birində yaxınlığında mərmi partlayışı nəticəsində barotravma almışdır. Uzun müddət müalicə olunmasına baxmayaraq sağlamlığını bərpa edə bilməsə də, hərbi xidmətini yenə də ağır vəziyyətdə davam etdirir. Çünki, kasıb olduğuna görə ona əillik dərəcəsi təyin etməyəcəklərini bildirmişlər. Oğlum 4 nəfərdən ibarət ailəsini dolandırmaq üçün zülümlərə, ağrılara dözərək birtəhər xidmətini davam etdirir.( artıq normal yeriyə bilmir) Eyni zamanda qazancının çoxunu da sağlamlığı üçün xərcləyir ki, şiddətli ağrılardan yeriyə bilsin.
Həyat yolaşım və mən evimzdən 18 km aralda olan pay torpaqlrında əkin biçinlə məşğul oluruq. 2021-ci ilin fevralın 19-da mən də digər insanlar kimi Şəki Məşğuuq İdarəsində işsiz kimi qeydiyyata götürürlüb özünəməşğulluq proqramına cəlb edilmişdim. Nəhayət 2022-ci ilin oktyabrın əvvəlində yenə də Şəki Məşğulluq İdarəsinə gedib qazi atası kimi növbəmin çatıb çatmamasını soruşdum. İstəyirdim ki, mən də illər uzunu boş qalmış tövləmə mal-qara aparıb baxım ki, həm özümüzü, həm də ağır yaralı olan Milli Ordu zabiti olan oğlum Manşallahın hazırda Mingəçevir şəhərində xidməti evdə məskunlaşan 4 nəfərlik ailəsinin dolanışığına köməklik edim. Lakin çox təəsüflər olsun ki, Şəki DMX-nə getməyimə peşiman etdilər. Belə ki, tanımadığım idarənin rəsmilərindən birisi üstümə kobud formada acıqlanıb qışqırdı ki, bəsdir bizi bezdirdin, rədd ol buradan. Bir də buralara gəlmə. Sənə mal verən deyilik. Onlar məni "it balası" kimi qapıdan qovdular.vƏ SİSTEMDƏN SİLDİLƏR. İndi kor peşiman evdə oturub nə edəcəyimi fikirləşirəm. Axı mən bu dövlətə nə pislik etdim ki, mən qazi atasını, Azərbaycan Ordusunun zabiti mayor Manşallah Salahovu bu formada təhqir edib qovsunlar. Axı mənim oğlum qanlı döyüş yolu keçdiyinə görə dövlətimizin başçısı ona orden və medallarla təltif etmişdir. Oğlum da Şəki DMX-nın harınlamış məmurlarının atasına qarşı vəhşi hərəkətlərindən çox mənəvi əziyyət çəkir.
Bildirim ki, kəndimizdə evimizdəki dəyəri olan hər şeyi satıb oğlumun müalicəsinə sərf etmişik. İndi çox kasıbılıqla dolanırıq.
Ona görə də cənab Ali Baş Komandana müraciət etmək qərarına gəldim ki, bizim yaralı zabit oğlumla birlikdə ailəmizin düşdüyü iqtisadi vəziyyətdən çıxarmaq üçün bir köməklik göstərsin. Bu məmurlara qalsa, bizim hamımızın qanlarını içsələr yenə ürəkləri soyumaz.
Cənab Prezident Sizdən çox xahiş edirəm ki, məni, Müharibə zamanı ağır yaralanmış zabit atasını ƏƏSMN-nin Şəki DMX-dən əsassız olaraq özünəməşğulluq proqramından kənarlaşdılmağımla bağlı araşdırma aparılmasına və məni yenidən bu layihəyə cəlb edilməyimə köməklik göstərilməyimə yardım edəsiniz. Allah amanında- sağ olun.
Hörmətlə, Zahid Vahid oğlu Salahov
Teref.az
 
 
 
Ardını oxu...
“Tovuz çayı üzərində iki su anbarı var. Biri kasıblar üçündür, ikinci su anbarı varlılar üçündür. Birinci su anbarını-kasıbların su anbarını açıb buraxırdılar varlıların su anbarına. Bu gördüyünüz ikinci su anbarındandır. İkinci su anbarı isə yalnız oliqarxlara qulluq edir”.

DİA.AZ bildirir ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakinləri əkin sahələrinin susuz qalmağından şikayət edir.

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Leşyeyən Habil kimdir? - "Qara Pişiy"in çilədanından
"Qara Pişik" çox qəribə məxluqdur. Gedib Naxçıvanı hərlənib, fırlanıb, mənə elə məlumatlar gətirir ki, dinləyəndə bilmirəm güləm, yoxsa ağlayam. Onun bu dəfə gətirdiyi məlumat Leşyeyən Habil barədədir.
Ad sizə maraqlı gəldisə, "Qara Pişiy"in çilədanında gətirdiyi məlumatlarla siz də tanış ola bilərsiniz
Qara Pişiyin iddiasına görə, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilov bütün varidatını Habil adlı dostuna borcludur. Uzun illər Şərur rayonunda Mirzə ilə birlikdə polis işləyən Habil dostunun qara pullarını yığmaq işinə baxır. Yəni hərbi xidmətdən yayınmaq istəyən hər çağırışçıdan 4 min-10 min arasında rüşvətin alınması və Mirzəyə çatdırılmasında Habil müəllimin böyük xidmətləri var.
Habil Xok kəndindədir. Bu səbəbdən, el arasında ona Xoklu Habil deyirlər. Onun digər ayaması (Naxçıvanda ləqəbə ayama deyirlər) "Leşyeyən"dir. Borclanan məmurların əmlakını yarı qiymətinə aldığı üçün bu ayamanı qazanıb. Bir çox hallarda polislərlə əlbir hansısa pullu məmurun torbasını tikən Habil müəllim sonra onun mülkiyyətinə qonur və bu mülkiyyəti ucuz qiymətə alır. Binəva iribuynuzlular su qiymətinə satdıqları varidatlarından əldə etdikləri vəsaiti polisə verib canlarını Böyükdüz əsirxanasından qurtarırlar. Beləcə, Vasif "xan"ın "0 cinayət" siyasəti də pozulmamış qalır. Bir sözlə, Habil müəllimin "leşyeyənliyi" həm də "0 cinayət" modunun qorunmasına xidmət edir.
Habil müəllim bir vaxtlar Naxçıvan MR DİN-də Cinayət Axtarışı şöbəsinin rəisi işləmiş Qulu Rüstəmovla həm sinif, həm əsgər yoldaşıdır. Əvvəllər onun vasitəsilə leşyeyənlik edirdi. Elə ki, Qulu Rüstəmov işdən çıxarıldı, Habil də onunla bütün əlaqələrini kəsdi. İndi hətta Qulu Rüstəmovun telefon zənglərinə belə cavab vermir. Atalar demişkən, "bağda ərik var idi, salam-əleyk var idi"...
Hazırda onun salam-əleyk elədiyi yeni dostu Naxçıvan MR Daxili İşlər naziri olan Rəşad İsmayılovdur. Nazirlə onun qohumluq əlaqəsi də var; yoldaşının bibisi oğludur. İndi də leşləyənliyini qohumu Rəşad İsmayılov və onun qaynı Emil Abdullayev (Şahbuzun prokuroru) ilə davam etdirir.
Leşyenən Habil həm də Naxçıvanın ən güclü biznesmenlərindən biridir. Əsas dostu Mirzə Cəliovla birlikdə "evlərə şənlik" biznes qurublar. Onunla əl-ələ verib "Fərəməzoğulları" adlı Ticarət Mərkəzi tikiblər. Naxçıvanın müxtəlif yerlərində son 2 ildə 10-dan artıq iki və üç mərtəbəli villa tikib satıblar.
Habil uşaq vaxtından yetim olub, acınacaqlı həyat sürüb. Bütün varidatını isə leşyeyənliklə qazanıb. Mirzə Cəlilov Səfərbərlik Komitəsinə rəis təyin olunanadək, yəni 2020-ci ilin 27 aprelinə qədər Habil "müəllim" dayısı Nizaminin obyektini kirayəyə götürüb taxta satırdı.
Hazırda isə onun 4-5 evi, 4-5 qiymətli maşını var. Bunların hamısını son 3-4 ildə əldə edib. Polis işləyərkən Mirzənin pullarını serjantlara sələmə verməsi ilə ad çıxarmışdı. Mirzənin bu sələmçi fəaliyyətinə görə Naxçıvanın keçmiş Daxili İşlər naziri Əhməd Əhmədov onu işdən çıxarmaq istəyirdi, amma bir yol tapıb özünü və vəzifəsini qoruya bildi. Təbii ki, Habili də".
"Qara Pişik" deyir ki, araşdırmasının davamı da olacaq.
Heydər Oğuz
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı bütün tərəfləri dinləməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlərdə ikili mühasibatlığın olması cəmiyyətə aydın olan məsələdir. Aidiyyatı qurumların da xəbərdar olduqları bu hal vergilər sistemində son illər aparılan çoxşaxəli islahatlara rəğmən hələ də aradan qalxmayıb.

Hələ 2019-cu ilin yanvar ayının 23-də o zaman Vergilər naziri vəzifəsində çalışan Mikayıl Cabbarov ticarət fəaliyyəti ilə məşğul olan iri şirkətlərin nümayəndələri ilə keçirdiyi görüşdə “qara mühasibatlıq”ın ləğv olunacağını, “kölgə iqtisadiyyatı”nın tamamilə aradan qaldırılacağını vurğulamışdı.

Lakin hazırda yenə də ölkənin vergi siyasətinə nəzarət edən Mikayıl Cabbarovun sözügedən çıxışından 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycanda “qara mühasibatlıq”dan “bəhrələnən” xeyli sayda şirkətlər var.
Ardını oxu...
Vergi sistemində tam şəffaflığın əldə olunmaması, “qara mühasibat”lığın, vergidən yayınma hallarının hələ də mövcud olmasına səbəb işbazlara bu cür məsələlərdə aidiyyatı qurumların nümayəndələrinin göz yumması, daha doğrusu işbazların vergilər xidmətinin işçiləri ilə əlbir olmasıdır.

CivilAzerbaijan.com xəbər portalının əldə etdiyi məlumata görə, vergidən yayınan, ikili mühasibatlıq olan özəl müəssisələrdən biri də Gəncə şəhərində yerləşən “Premium Hotel”dir.

Qeyd edək ki, “Premium Hotel” Məhdud Məsuliyyətli Cəmiyyət olaraq 2021-ci ildə dövlət qeydiyyatına alınıb. “Premium Hotel” MMC-nin qanuni təmsilçisi Məmmədov Rasim Eldar oğludur.
Ardını oxu...
Əldə etdiyimiz məlumata görə Rasim Məmmədov 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəhbərliyi ilə çox sıx dostluq münasibətindədir. “Premium Hotel”in müdiri Rasim Məmmədovun 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəhbərliyi ilə dost olmasından sui-istifadə etdiyi, müəssisənin dövriyyəsini real göstərmədiyi, rüblük gəlirin mühüm hissəsini gizlətdiyi iddia edilir.

Məlumatda Rasim Məmmədovun vergidən təkcə “Premium Hotel”də yox, digər obyektlərində də yayındığı qeyd olunur.
Ardını oxu...
Digər bir iddia isə “Akkord” sementin Gəncəbasar zonasında rəsmi distrübutoru olan Rasim Məmmədovun bu biznesdə də vergidən ciddi yayınmasıdır. “Akkord” sement zavodunun Qazax rayonunda yerləşən zavodundan aldığı sementlərin ümumi dövriyyəsini gizlədən Rasim Məmmədovun eyni zamanda ödəmələrin bir hissəsini köçürmə ilə deyil, nağdlaşdırma ilə apardığı, bu zaman isə vergidən külli miqdarda vəsait gizlətdiyi vurğulanır.

Xatırladaq ki, Rasim Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanovla həmyerli və qohumdur. Rasim Məmmədovun idarə etdiyi biznesin mühüm hissəsinin Cavid Qurbanova məxsus olduğu deyilir.
Ardını oxu...
Cavid Qurbanovun sürücüsü də Rasim Məmmədovla çox yaxın qohumdur. Onların Bakının mərkəzində keçmiş Hüsü Hacıyev küçəsində (Daxili İşlər nazirliyinin yanı) dəyəri milyonlarla ölçülən əmlakları da var.

Bu barədə növbəti sayımızda daha geniş məlumat verəcəyik.
 
Ardını oxu...
Bugünlərdə Sumqayıt şəhərinin abadlaşması ilə bağlı iş icraçısı olan sahibkarlar yenə də gördükləri işin müqabilində onlara çatacaq vəsaiti bu sahədə tenderin qalibi olan şəxslərdən ala bilmədikləri ilə bağlı məlumat vermişdik. Bu barədə Azinforum.az-a həmin şəhərdə podratçı kimi iş icra edən sahibkarlar məlumat vermişdi. Onların sözlərinə görə, iş icraçısı olan podratçı şirkətlərlə bütün danışıqları Məmmədxanov Hümbət Əlicavan oğlu adlı şəxs aparır. Hümbət Məmmədxanov isə bizimlə söhbətində deyilənlərin həqiqətə uyğun olmadığını, onun tenderlə deyil, yalnız mebel istehsalı ilə məşğul olduğunu bildirib.
Ardını oxu...

Təmir işləri ilə məşğul olan və gördükləri işin pulunu Hümbət müəllimdən ala bilməyən sahibkarlar yaranmış vəziyyətlə bağlı ölkə rəhbərliyi və əlaqədar dövlət qurumlarına şikayətlər ünvanlayıblar. Onlar saytımıza Hümbət Məmmədxanovun tenderdə iştirakını sübut edən möhtəbər dəlillər və sənədlər də təqdim ediblər. Həmin sənədlərə Hümbət Məmmədxanovun özü şəxsən imza atıbsa, onda niyə tenderdə iştirakını inkar edir? Deməli, burada qaranlıq nəsə məqam var. Aldığımız məlumatav görə, Hümbət Məmmədxanov borclu olduğu sahibkarlardan yayınmaq üçün indi də xəstə olduğunu bəhanə edir. Sumqayıtın icra başçısı Zakir Fərəcova yaxınlığı ilə seçilən bu adam görəsən kimə arxalanır ki, media vasitəsilə cəmiyyəti aldatmaqdan belə çəkinmir. Azinforum.az Hümbət Məmmədxanovun danışdığı yalanın səs yazısını təqdim edir:

 
 
 
Ardını oxu...
1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) tibbi heyət bir sıra problemlərlər üz-üzədir. Bu barədə daxil olan məlumatda deyilir ki, xəstəxananın işçiləri baş həkim Könül Ələkbərovun fəaliyyətindən narazıdırlar.
Adlarının çəkilməsini istəməyən tibb işçiləri bildirir ki, Könül Ələkbərov baş həkim təyin olunandan sonra tibbi xidmətin səviyyəsi aşağı düşüb.
Tibb işçiləri bir maraqlı məqama da diqqət çəkib. Onlar bildirib ki, 6 fevral 2017-ci il tarixdə KlinikiTibbi Mərkəzin infeksion xəstəliklər şöbələrinin birləşdirilməsi haqqında Bakı Şəhər Baş Səhiyyə İdarəsi əmr imzalayıb.

Bu birləşmə “Semaşko”nun o zamanki baş həkimi Ədalət Dadaşovun təklifi əsasında həyata keçirilib. Baş həkimin bununla bağlı Səhiyyə Nazirliyinə etdiyi müraciətdə qeyd olunub ki, infeksion xəstəliklər şöbələri tibbi personal yerlərində qalmaq şərti ilə bir şöbə ətrafında birləşdirilsin. Həmin vaxtdan Nazirlər Kabinetinin də göstərişi var ki, infeksion xəstəliklər şöbələrinin birləşdirilməsi heç bir sanitariya-epidemioloji qaydalara uyğun deyil.

Çünki hava-damcı, mədə-bağırsaq və xüsusi təhlükəli infeksion şöbələri müxtəlif profilli şöbələrdir. Buna baxmayaraq, adları çəkilən şöbələr bir şöbədə birləşdirilib. Sonradan bəlli olub ki, Səhiyyə Nazirliyinin belə bir təklifi yoxdur. Çünki bu addım sanitar-epidemioloji qaydalara və normativlərə ziddir. Bunun nəticəsidir ki, infeksiya şöbəsindəki durum ürəkağrıdıcıdır.
Ölkədə infeksion xəstəliklərin tüğyan etdiyi bir zamanda isə 1 saylı Klinik Tibbi Mərkəzin baş həkimi Könül Ələkbərov bu məsələyə göz yumur. İnfeksion xəstələrin qəbulu isə terapiya və cərrahi qəbul şöbələri kimi fəaliyyət göstərən ACİL şöbəsində aparılır. Təsəvvür edin ki, bu zaman hava-damcı, xüsusi təhlükəli, mədə-bagırsaq və virus hepatitli xəstələr dediyimiz şöbədə terapevtik və cərrahi xəstələrlə kontaktda olur. Bu isə infeksiyaların, o cümlədən xəstəxanadaxili infeksiyaların artmasına gətirib çıxarır.
Bununla yanaşı hal-hazırda xəstəxanada infeksion reanimasiya şöbəsi fəaliyyət göstərmir.
Botulizm diaqnozlu xəstələri isə Toksikoloqiya şöbəsində müalicə edirlər. Bununla bağlı tibb heyyətin baş həkim Könül Ələkbərova ünvanladığı müraciətlərin cavabı isə eynidir: “Nə fərqi var ki, hər iki xəstəlikdə zəhərlənmə olur”.
1 saylı KlinikTibbi Mərkəzində hökm sürən digər qanunsuzluqlar və neqativ hallar barədə növbəti yazıda məlumat verəcəyik. //Reportyor.info//
Ardını oxu...
Azərbaycan Tibb Universiteti ( ATU ) ölkəmizin səhiyyə sisteminə, insanlarımızın sağlamlıq məsələsinə məsul olan mühüm dövlət qurumudur.
Amma təəssüf ki, son on illərdə ATU-da baş verən neqativ hallar bu təhsil ocağı ilə bağlı ümidverici nəsə deməyə imkan vermir. İlk öncə onu qeyd edək ki, bizim kiməsə qarşı şəxsi qərəzimiz, yaxud xoş olmayam niyyətimiz yoxdur. Məsələn, vaxtilə ATU-nun rektoru olmuş, sonradan Milli Məclisin sədri, hətta az müddət prezident səlahiyyətlərini müvəqqəti icra etmiş Yaqub Məmmədov haqqında nələr deyilmirdi... Bizim hörmətli Yaqub müəllimlə uzaqdan, yaxından heç bir münasibətimiz, əlaqəmiz yoxdur. Amma 90-cı illərdə bu adamın cəmiyyətdə bir ayaması var idi: Dollar Yaqub...
Təsəvvür edirsiniz, xalqın sağlamlığının keşiyində durmalı olan şəxs, dollar “kliçkası” daşıyır... Sonrakı illərdə nələr baş verdi...?
Bəzi rüşvətxor, korrupsioner kimi tanıdığımız şəxslər Azərbaycanda səhiyyə naziri oldu. Bu gün Azərbaycan səhiyyəsinin belə bir halda olmasının səbəbkarlarından birincisi elə həmin məmurların özləridir. Bəli, o zamanki Səhiyyə nazirlərinin qaçqınlara Avropadan göndərilən humanitar yardım dərmanlarını apteklərdə baha qiymətə satdırması, xəstəxanaların ərazisini tikinti şirkətlərinə verməsi, milyonlar qazanmasl heç kimə sirr deyildir.
Sözün qısası, səhiyyəmizin bu günə düşməsinin baiskarlarından biri olan həmin nazir bu gün də yalandan basıb-bağlamaqla məşğuldur. İndi özünüz düşünün, bu adam hansı irəlliləyişdən danışa bilər. Amma... Əmması odur ki, biz onu nə qədər tənqid eləsək də, həmin şəxsin məhkəmədə dediyi bir sözə fikir verək: Azərbaycanda 20 bal toplayan məzun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin imzası və möhürü ilə ATU-nun tələbəsi olurdu.
Təsəvvür edirsiniz, 20 bal 2-dən yox ee, 0-dan da aşağı bal deməkdir.
Görəsən, belə savadsızları kimlər ATU-ya qəbul etdirib..?
Biz həmin vaxtı nazir olan şəxsin restoranda “gələcək həkimlər”dən diskoteka təşkil etməsini, stolun üzərinə çıxarıb kimləri oynatmasını demirik...
Biz ATU-nun sabiq rektorlarının universiteti bazara çevirməsindən danışmaq istəmirik. Biz Oqtay Şirəliyevin də Azərbaycan səhiyyəsinin başına yekə bir daşı salmasından danışmaq istəmirik. Bunlar hamısı keçmişdə qalıb...
Biz bu gündən danışmaq istəyirik. Bu gün ATU-ya rəhbərlik edən Gəray Gəraybəylinin əməllərindən...
Gəlin, onun kimliyinə qısa nəzər salaq. Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi, 1992-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, assistent, dosent, kafedra müdiri vəzifəsində çalışıb. 2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudur. Amma hörmətli Gəray müəllimin yaşı o dövrün müharibə illərinı düşsə də nə əsgəri xidmətdə olduğu haqda məlumat var, nə də müharibə iştirakçısı olmağı haqda. Bu başqa bir yazının mövzusudur.
Gəraybəyli Gəray Çingiz oğlu 2016-cı ildən Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib. Azərbaycan SSR Xalq Artisti, aktyor Ağasadıq Gəraybəylinin nəvəsidir. Gəray Gəraybəyli öz müsahibələrinin birində deyir ki, Azərbaycanda əhali arasında daha çox depressiya kimi psixi xəstəliklər müşahidə edilir.
Görəsən, cənab rektor niyə demir ki, bu psixi xəstəliklərin səbəbi nədir..?
Biz deyərik. Cənab Gəraybəyli, dediyin psixi xəstəliklərin, depressiyanın səbəbi sənin kimi məmur-alimlərdir...
Bəli, Gəraybəyli ATU-nu sanki şəxsi şirkəti kimi işlədir, imtahanlar biznesə çevrilib. Sonra da deyirk ki, ölkədə savadlı həkim yoxdur. Bu biz medianın fantaziyası-zadı deyil ee...
Buyurun Hesablama Palatasının ATU-da apardığı yoxlamanın materialları ilə tanış olun. Bəli, rektor Gəray Gəraybəylinin bacısının həyat yoldaşı Elçin Əlizadə ATU-da yüz minlərlə pulu təmir adı ilə silir… ATU-da bütün maliyyə sənədləri ancaq və ancaq qara mühasibatlıq üzərində qurulub. Bu təhsil ocağının kollektivi öz rektorlarından nələr yazmırlar. Adam dəhşətə gəlir.
Deyirlər ki, bu adam rektor təyin olunan kimi dostlarını, yaxın adamlarını başına yığıb “rüşvət və korrupsiya” şəbəkəsi yaradıb. Baş mühasibi işdən çıxarıb, öz dostunu onun yerinə təyin edib. Universitetin təsərrüfat və təchizat işlərinə baxan şəxs rektorun bacısının həyat yoldaşı Elçin Əlizadədir. Yəqin ATU-nun korpuslarını görənlər bilir ki, neçə ildir o binaların divarlarını qaşımaq, malalamaq, rəngləmək bitmək bilmir…
Bütün bunlar hamısı yüz minlərlə dövlət vəsaitinin silinməsi, daha doğrusu, mənimsənilməsidir… Ən dəhşətlisi odur ki, rektor səriştəli şəxsləri çıxarıb heç bir təcrübəsi olmayan dostlarını vəzifəyə təyin edir. Ən maraqlısı odur ki, rektor tədris klinikalarının hamısını öz yaxınlarına tapşırıb. Məlumat üçün qeyd edək ki, ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər. Bu klinikaların yaradılmasında məqsəd, yüksək səviyyəli və təcrübəli tibbi kadrların hazırlanması olub. Prezident İlham Əliyevin səhiyyəyə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Prezidentin ehtiyyat fondundan ayrılmış vəsait hesabına ən yüksək dünya standartlarına cavab verən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş terapevtik və cərrahiyyə klinikalarının yeni binaları tikilib və istifadəyə verilib. Yəni bütün şəraiti dövlət yaradıb. Bu klinikalarda təkcə həkim məsləhətinə görə dövlət xəzinəsinə 50 manat ödənilir.
Amma vətəndaşlara verilən qəbzlər isə sadəcə printerdən çıxıb. Kassada çalışanların heç biri rəsmi ştatda oturmayıb, hamısı maaşı qeyri-rəsmi alır. Hətta xəstələrin köçürdüyü xeyli miqdarda pullar da saxta qəbzlərlə verilir və milyonlarla pul dövlət büdcəsindən yayındırılır. ATU-nun tabeçiliyində olan Onkoloji klinika da büdcədən maliyyələşdiyi halda, burada göstərilən tibbi xidmət, müayinə və müalicə prosedurları pul alınmadan həyata keçirilmir. Hətta ölümə məhkum olunmuş onkoloji xəstələrin mütəmadi qəbul etdiyi kimyəvi-terapiya tədbirləri də 500-600 AZN-ə başa gəlir.
Yazının girişində Hesablama Palatasının adını əbəs yerə çəkmədik. Hesablama Palatasının ATU-da apardığı yoxlamadan bəlli olur ki, xəzinəyə pul ödəyərkən, dövlət tərəfindən təsdiq olunmuş, nömrəli ciddi hesabat blankı, mədaxil qəbzi deyil, printerdən çıxmış sadə kağız parçası vəsait ödəyən şəxsə verilir. Heç bir hüquqi qüvvəyə malik olmayan bu kağız parçaları adi kompyuter proqramı vasitəsilə hazırlanaraq çap edilir. Bu da ATU-nun rəhbərliyi və mühasibatlığı tərəfindən çirkli pulların axınını nəzarətdə saxlamaq üçün düşünülmüş bir cinayət əməlidir.
Təkcə bir faktı qeyd edək ki, ATU-nun klinikalarında bir paket qan 100 manata satılır. Bunun haqq-hesabını ancaq rektor bilir. Və daha nələri yazaq ki, dövlət qurumlarının gözü və qulağı açılsın, baş verən cinayət əməllərini görsünlər. Bir də görəsən, Hesablama Palatasının yoxlamasının nəticəsi nə oldu..?
Ardı var... //gundelik-baku.com//
 
Ardını oxu...
Gəlirik mətləbə: Dövlət Kontrakt Korporasiyası- “Azərkontrakt” Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsis olmaqla, keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin əsasında yaradılmışdır… SC-nin balansında onlarla müəssisə və bazalar, anbar təsərrüfatları olmuşdur. Lakin bu günədək SC-nin «Əsasnamə»sində nəzərdə tutulan fəaliyyətin biri də ortada olmamışdır. «Azkontrakt»ın başında duranların başı isə yalnız tabelikdə olan müəssisələrin Bakının əlverişli ərazilərindəki torpaq sahələrini pullu və imtiyazlı məmurlara satmağa qarışmışdır. Təsəvvür edin, Azərbaycana xarici ölkələrdən gətirilən bütün mal və məhsullar məhz «Azkontrakt»ın xətti ilə gətirilməli olduğu halda, bu boyda səlahiyyətli qurum ölü vəziyyətində gözünü döymüşdür. Niyə? Nə baş verir?

***

Ən maraqlısı, uzun illərdir «Azkontrakt»ın balansında olan müəssisələrin, bu sırada «Azərmetal» Topdansatış-Ticarət Bazasının (H.Əliyev prospektində, «Azərsun»un baş ofisinin yanı) torpaq sahəsinin fürsətcil məmurlara satılması uğrunda əsl yarış gedib…

«Azərmetal»da bıcaq boğaza dirənib…

Artıq neçə ildir «Azərmetal»ın torpaq sahəsinin ələ keçirilməsinə. Əməlli-başlı «müharibə» gedir. Kollektivin xəbəri olmadan bazanın torpaq saahəsi ayrı-ayrı məmurlar tərəfindən, təbii ki, «Azkontrakt» rəhbərliyinin xeyir-duası ilə paramparça edilib. Təsəvvür edin, bazanın Bakıdakı baş ofisi yerləşən ərazidəki 6 hektardan çox ərazisi, «Azkontrakt» (artıq keçmiş) rəhbərliyinin verdiyi məlumatlara görə, Əmlak Komitəsinin sabiq rəhbəri Kərəm Həsənovun, nazir Kəmaləddin Heydərovun, PA-nın sabiq rəsmisi Yusif Hümbətovun və digərlərinin adamları tərəfindən hasarlanıb. Biri deyir özəlləşdirilib, digəri deyir artıq satılıb və s. Halbuki «Özəlləşmə haqqında» Qanunda konkret yazılıb ki, əmlak özəlləşməyə çıxarılırsa, ilk növbədə hərracda kollektivə təklif olunur. Sonra kənar şəxslərə… İndi isə, kollektiv xəbərsiz, kənar şəxslər isə özəlləşmədə, ələ keçirmədə…

***

Neçə gün əvvəl «Azərmetal» Topdansatış-Ticarət Birliyinin kollektivi adından birliyin baş direktoru Şahin Abbasov və birliyin baş mütəxəssisi Tamara İbrahimova «TEZADLAR TV»nin qonağı oldular, baş verənlərə aydınlıq gətirdilər. Onlar Prezident İlham Əliyevdən kömək istəyirlər…
Yazılı müraciəti təqdim edirik:
Çox hörmətli Cənab Prezident!
Biz- Azərmetal» Birliyinin kollektivi bu müraciətlə bildiririk ki, Sizin 19 may 2016-cı il tarixli, «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» Fərmanınıza uyğun olaraq neçə vaxtdır Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən müvafiq araşdırma və sənədləşdirilmə aparılaraq idarələrimizin balansında qalan torpaq sahəsi və digər əmlakların hərraca çıxarılaraq satılması qərara alınmışdı. Lakin Respublikanın ən ucqar bölgələrindəki çayxana və ticarət budkaları, sınıq-salxaq texnikalar hərraca çıxarılsa da, bizim Bakı şəhərinin mərkəzində yerləşən əmlakımızın hərraca çıxarılması bizə məlum olmayan səbəblərdən yubadılır. Hər dəfə Əmlak Komitəsinə etdiyimiz müraciətlərə isə cavab olaraq bildirirlər ki, guya yubanmanın səbəbi paytaxtın əsas yollarının üstündə yerləşən müəssisələr üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır. Lakin Nazirlər Kabinetinin müvafiq strukturları ilə əlaqə saxladıqda məlum olurdu ki, heç də belə deyildir, bu bizim ərazilərə göz dikmiş məmurların uydurmasıdır və ümumiyyətlə, yuxarıda qeyd edilən Prezident Fərmanı Nazirlər Kabinetinə belə bir səlahiyyəti verməmişdir. Elə isə Əmlak Komitəsinin rəhbərliyi niyə bizim əmlakların hərraca çıxarılmasını istəmir, yaxud buna manne olur? Allaha şükür, Əmlak Komitəsi İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi. Ötən il isə «Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalandı. 07 oktyabr 2021-ci il tarnixli Fərmana əsasən, ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradıldı. Fərmanda o da qeyd edildi ki, «Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin balansında olan dövlət əmlakının, habelə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin». Bu isə artıq o deməkdir ki, «Azkontrakt» Dövlət Korporasiyası ləğv edilir, balansındakı bütün əmlaklar, o cümlədən bizim «Azərmetal» Birliyinin əmlakları, Agentliyin balansına verilir.
Ardını oxu...
Ardını oxu...
Sual yaranır: Agentliyin İdarə Heyətinin rəhbərliyinin məlumatı varmı ki, «Azkontrakt»ın keçmiş rəhbərliyi «Azərmetal»ın balansındakı 12,5 ha torpaq sahəsini necə satıb paylayıb? Məsələn, təkcə bizim Bakı şəhəri, Heydər Əliyev prospektindəki əsas idarə binasının yerləşdiyi ərazidəki 6 hektardan çox torpaq sahəsi kollektivimizin xəbəri olmadan ayrı-ayrı məmurlara satılıb, hasarlanıb. Hazırda bizim ixtiyarımızda cəmi 86 sot torpaq sahəsi qalıb. Bu insafsız rəhbərlik elə hərəkətlər etdi ki, hətta idarəmizə giriş darvazanı da satdılar, idarəyə giriş tamamilə başqa yerdəndir.

Cənab Prezident! Bu yaxınlarda Agentliyin mütəxəssisləri və özünü «Azkontrakt»ın cədr müavini kimi təqdim edən, rəhbər səlahiyyətlərini mənimsəyən Güləddin Dadaşov Akt tərtib edərək bizə məxsus əmlakların Agentliyin balansına verilməsinə imza atmışlar. Amma məndən başqa. Və bizim baş mühasibi hədələyərək ona imza atdırıblar. G.Dadaşov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri S.Sadıqovu da aldadaraq 23 sentyabr 2022-ci il tarixli Akta imza atmasına nail olmuşdur. Hansı ki, məhz G.Dadaşovun əməlləri sayəsində Bazamızın bütün torpaq sahələri ayrı-ayrı məmurlara satılmışdır. O, hansı daşınar və ya daşınmaz əmlakların Agentliyin balansına verilməsindən danışır???

Cənab Prezident!
Diqqətinizə onu da çatdırırq ki, bəzi məmurlar uzun illər bizim əmlakları ələ keçirmək üçün cəhdlər etmişlər. Məsələn, bizim-«Azərmetal» Birliyinin H.Əliyev prospektində, «Atletlər kəndi» ilə üzbəüzdə yerləşən inzibati binası və torpaq sahəsi uzun illər əvvəldən ayrı-ayrı kənar adamlar (məmurlar) tərəfindən ələ keçirilib özgəninkiləşdirilmişdir. Bu səbəbdən biz hazırda çıxılmaz vəziyyətdə qalmışıq. Belə ki, «Azərsutikinti» SC-nin sədri, Prezident Administrasiyasının sabiq şöbə müdiri olmuş Yusif Hümbətov girişib bizim idarənin ərazisini ələ keçirməyə. Və bazamızın torpaq sahəsini elə formada özəlləşdirib ələ keçirib ki, 12 ha sahədən bizə qalan 85 sot torpaq sahəsini necə özəlləşdirəcəyimizi bilmirik. Neçə illərdir ki, hətta biz idarəmizə daxil ola bilmirik, birliyin darvazası Yusif Hümbətovun ələ keçirdiyi ərazidə qalıb. Yusif Hümbətov faktiki olaraq bizi oyundan kənar vəziyyətə salıb, torpaq sahəmizi elə bir kökə salıb ki, eskiz sənədlərindən heç bir memar belə baş çıxara bilməz, o cümlədən Dövlət Əmlak Komitəsinin mütəxəssisləri də.


("Azərmetal"ın ərazisi görün məmurlar tərəfindən nə günə salınıb)
Bir faktı da diqqətə çatdıraq ki, adı çəkilən biliyimiz mərhum Prezident Heydər Əliyevin 1996-cı il 17 dekabr tarixli fərmanı ilə yaradılmış «Azkontrakt»ın tabeliyindədir. Həmin tarixi fərmanda yazılır:
«Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
İdarəetmə strukturunun təkmilləşdirilməsinin həyata keçirilməsinin təmin edilməsi üçün maddi-texniki təchizatın, o cümlədən dövlət ehtiyaclarının təminatı sahəsinin müasir iqtisadi münasibətlərə uyğun qurulması məqsədilə qərara alıram:
1.Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin əsasında açıq tipli Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» Səhmdar Cəmiyyəti yaradılsın.
2.Müəyyən edilsin ki, ilkin mərhələdə cəmiyyətin səhmlərinin 100 faizi dövlətə məxsusdur.
3.«Azərkontrakt» Səhmdar Cəmiyyətinə Aəzərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsürrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təkşilatlarına köməklik edilməsi tövsiyyə edilsin.
4.Azərbaycan Respublikaksının Dövlət Əmlak Komitəsi Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan lazımı tədbirlərin həyata keçirilməsini təmin etsin.
5.Azərbaycan Respublikası prezidentinin «Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsinin Azərbaycan Respublikasının Material Ehtiyyatları Nazirliyinə çevrilməsi haqqında» 1992-ci il 29 may tarixli 801 saylı və «Azərbaycan Respublikasının Material Ehtiyatları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında» 1992-ci il 21 avqust tarixli 148 saylı fərmanları öz qüvvəsini itirmiş hesab edilsin.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev
Bakı şəhəri, 17 dekabr 1996-cı il».
«Azərmetal» Topdansatış Ticarət Birliyinin «Azkontrakt»ın fəaliyyətsiz olduğu ötən 26 il ərzində öz əli, öz başı olub. Amma son illər «bıçaq boğaza» dirənib, artıq neçə illərdir kollektiv əmək haqqı ala bilmir. Belə bir idarə isə artıq çoxdan özəlləşməyə verilməli idi. Amma məlum olur ki, kollektiv dura-dura kənar şəxslər idarənin əmlakını ələ keçirməyə girişiblər. Onlardan biri və ən problemlisi isə yuxarıda qeyd etdim, «Azərsutikinti» SC-nin sədri Yusif Hümbətovdur. Vaxtilə 12 hektar sahəsi olan idarənin indi cəmi 0,85 ha torpaq sahəsi qalıb. Hamısı satılıb. Şikayətimizin də məzmunu və mahiyyəti ondan ibarətdir ki, bu torpaq sahələri bizə aidiyyəti olmayan adamlara satılıb, bunu da bağışlamaq olardı, amma bizə qalan 85 sot torpağı isə özümüzə, öz kollektivimizə özəlləşdirməyə imkan vermirlər. Bu qədər ədalətsizlik olarmı? Vaxtilə Azərbaycanda metal sahəsində ən böyük baza olmuşuq. «Azkontrakt»ın balansına veriləndən tam fəaliyyətsizik. 1996-cı ildə 123 nəfər idik, indi 5-10 nəfər qalıb… Bazanın özəlləşməsi haqqında biz dəfələrlə məsələ qaldırmışıq, buna baxmayaraq heç bir vaxt «Azərmetal»da, bizim sistemdə, bizim strukturda işləməyən adamlara ərazilərimizi satıblar, özəlləşdiriblər, bizim kollektivin üzvlərindən başqa. Məsələn, Mirzə Ramazanov adlı şəxsə 1 ha 20 sot torpaq veriblər, bizim ərazidə, hətta darvazadan girib-çıxmaq yerimiz də qalmayıb.

Bir məsələni də qeyd edək ki, kollektivin vaxtilə 12 hektar 75 sot torpaq sahəsi olub. 12 ha 75 sotun isə 1 hektar 20 sotu nazirlərdən birinə, 6,1 hektarı Sumqayıtda sonradan yaradılmış qurama bir MMC-yə satılıb. Vaxtilə 2,1 ha ərazi üzərində mübahisə gedəndə isə 90 sot ərazi kollektivin işçisi Elçin Nuriyevin adına sənədləşdirilib, icarə müqaviləsi bağlanıb. Məqsəd bu ərazinin əldən getməsinin qarşısı almaq olub. Uzun müddətə müqavilə bağlanıb, 60 min manatdan çox icarə haqqı ödənilib və s. Amma sonradan kollektivin bu sahəni özəlləşdirilməsinə imkan verilmədi. Bu barədə dəfələrlə Kərəm Həsənova, «Azkontrak»ın prezidenti mərhum Miri Qənbərova müraciətlər yazılıb, amma heç bir faydası olmayıb. Halbuki bizim kollektivlə bərabər bir gün fərqi ilə iki müqavilə bağlanıb. Nömrələri-3804 və 3805. «Azərmetal»ın sahəsi (müqaviləsi) özəlləşməyə verilmir, amma 3805 saylı müqaviləli ərazi özəlləşməyə verilir. Bu necə ola bilər? Əmlak Komitəsinin sədr müavini Rauf Cəlilovun, aparat rəhbəri Rüstəm Şahbazovun imzaları ilə bizə rəsmi cavablar verilir ki, gözləyin. Hətta çox maraqlıdır ki, Abşeron topdansatış müəssisəsi 1 hektar 0,4 sot və 1 hektar 40 sot sahəni özəlləşdirəndə belə yenə də kollektiv kənarda qaldı.

Diqqətinizə Baş nazir Artur Rasizadənin sərəncamını çatdırırıq. Orada «Azkontrakt»ın balansındakı müəssisələrin siyahısı var. İndi onların 90 faizi qanunsuz olaraq satılıb. Sərəncamda isə deyilirdi:

«Baş nazir A.Rasizadə
05.07.1997-ci il, 131 saylı sərəncam
"Azərkontrakt" Səhmdar Cərniyyətinin strukturuna daxil edilmiş müəssisə və obyektlərin siyahısı
-"Azərmetal" topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi ("Azərkontrakt" Səhmdar Cəmiyyəti)
-«Azərmaşavadanlıq» idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və
M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları («Azərkontrakt» Səhmdar Cəmiyyəti)
-«Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi», "Azəryüngülyeyintisənaye" və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları(«Azərkontrakt» Səhmdar Cəmiyyəti)
-"Azkontrakt" Səhmdar Cəmiyyəti ("Azərkontrakt" Səhmdar Cəmiyyətinin Moskva şöbəsi)
-Texniki vasitələrin kirayə müəssisəsi-"Azərkirayə" («Azərkontrakt» Şəhmdar Cəmiyyəti)
-"Azərətsüd"- icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi-2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi)
-«Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti "Azərbaqqaliyyə" kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi).
-«İstehsalat avtoekspedisiya» birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət \Nazirliyi)
-"Azintreyd" xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi)
-Qax rayonunda yerləşən istirahət evi ("Azərkontrakt" Səhmdar Cəmiyyəti)
A.Hacıyev, Nazirlər Kabinetinin işlər müdiri
A.Hacıyev».
Dövlətin birbaşa təsis etdiyi, prezident sərəncamı ilə böyük səlahiyyətlər əldə edən «Azkontrakt» SC-nin tabeliyində olan müəssisələrin əmlaklarını məmurlar ələ keçirir, amma kollektiv hələ də özəlləşməyə gedə bilmir. Baş verənlərin hamısı «Özəlləşmə haqqında» Qanunun, Prezident sərəncamlarının tamamilə ziddinədir. Hesab edirik ki, bu ziddiyəti yaradanlar Əmlak Komitəsinin rəhbərliyi və «Azərsutikinti» SC-nin sədri Yusif Kərim oğlu Hümbətov və “Azkontrakt”ın rəhbərliyi olub.

Ardını oxu...
Cənab Prezident!
Xahiş edirik, kollektivimizin əmlakının hərraca çıxarılmasına mane olan səbəblərin aradan götürülməsinə və bu hərraca mane olan məmurların, xüsusən də özünü həmişə «Azkontrakt» SC-nin İdarə Heyətinin sədri kimi təqdim edən, lakin heç bir qanuni səlahiyyəti olmayan Güləddin Dadaşovun cəzalandırılmasına göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.

(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu
 

Barəsində sosial mediyalarda mütəmadi məlumatlar yayılan Azərbaycan təhsilinin daha bir "üz qarası" - Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun barəsində "DogruXeber.az"ın elektron ünvanına daha bir məktub daxil olub.

Məktubda deyilir:

"Keçən yazılarda bu barədə məlumat getmişdi. Gəncə Dövlət Universitetinin tələbə yataqxanasında böyük tələbə yeməkxanası var. Bu yeməkxananı rektorun köməkçisi Elsevər Nağıyev və Tələbə Həmkarlar Təşkilatının Sədri Pərviz Adıgözəlov işlədir. Pullar isə əsasən Yusif Yusibova çatır. Elsevər Nağıyevin anası bu yeməkxanada baş aşpaz, qayınatası isə tələbə yataqxanasında pasport stol vəzifəsində işləyir. Yeməkxanada bunların alveri getsin deyə, hər həftənin şənbə günü rektor öz yaxın ətrafını və yataqxanada qalan 200 nəfərədək tələbəni yeməkxanaya gətirir. Burada hər cür yemək və hətta "Bizon" tipli energetik içkilər paylanılır. Bunların pulunu isə hər dəfə bir dekana ödətdirirlər. Məqsəd aydındır, pulu kim ödəyir ödəsin,təki alver getsin. Sosial şəbəkələrdə və müxtəlif saytlarda bu barədə məlumat getməsinə baxmayaraq, heç bir nəticə çəxartmırlar. Pərviz Adıgözəlov bunu yazan sayt rəhbərlərinə, bu məlumatı saytlara göndərən universitet əməkdaşlarının ünvanına var-yox söyüşü söyür, kim nə yazır-yazsın deyir.Yenə də həftənin 6-cı günü həmin hadisələr təkrar olundu. Yenə də həmin “Bizon” içkiləri gətirilib, paylandı. Hər bir tələbə müftədir deyə 2-3 dənə Bizon götürür. Bizonun isə birini 2 manata satırlar. Hər dəfə bir dekanı məcbur edirlər ki,pulları ödə. Hər bir dekan növbə ilə 1800 manata kimi hesab verir. Maraqlıdır, dekan öz maaşını vermir ki...
Bu pulu dekan hardan alıb verməlidir?!
Rektor Yusif Yusibov dekanları rüşvət yığmağa məcbur edir.

Hörmətlə,
Azadə Murad qızı Vəliyeva
Gəncə Dövlət Universiteti"

Materialda qeyd edilən bütün iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

DogruXeber.az

Ardını oxu...
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən pul yığıldığına dair iddialar yayılıb.

DİA.AZ Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edən şəxslər iddia edirlər ki, rentgen üçün hər kəsdən 10 manat pul tələb edilir. Pul verməyən şəxslər saatlarla növbədə qalırlar.

Vətəndaşlar səhər saat 09:00-dan gəlsələr də, iki saatdan çox növbədə qaldıqlarına və qeyri-qanuni 10 manat pul toplandığına etiraz ediblər.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. TƏBİB-dən Oxu.Az-a bildirildi ki, yayılan görüntülərlə bağlı hazırda araşdırma aparılır:

“Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Həmin videogörüntüləri təqdim edirik:

http://baku.tv/embed/65566
 

Dünyapress TV

Xəbər lenti