Təəssüflər olsun ki, bu qədər yayımlanan yazıların qarşılığında cənab Tahir Məmmədov, Muğanlı kəndində bir ailənin üz-üzə qaldığı problemin araşdırılması yöndə, hələ də aidiyyatı qurumlara heç bir tapşırığını verməyib 

Ardını oxu...

      Bəlkə də, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndində baş torpaq sürüşməsi hadisəsinin yaratdığı fəsadların nəticələri, 2019-cu ilin fevralında bu rayonda və ətraf ərazilərdə baş verən zəlzələnin əmələ gətirdiyi fəsadların nəticələrindən heç də geridə qalmır. Söz yox ki, hər iki hadisə fövqəladə hadisə olduğundan, bu hadisələrin qarşılığında vətəndaşlara dəyən ziyanın aradan qaldırılması dövlətimizin üzərinə düşən əsas vəzifələrdəndir. Sual oluna bilər ki, görəsən baş verən bu təbiət hadisələrindən sonra hər kəsin üz-üzə qaldığı zərər tam şəkildə aradan qaldırıldımı? Yəni, vətəndaş məmunluğu özünü doğrulda bildimi? Əsla yox! Çünki, Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problem hələ də həll olunmayıb. Qeyd edək ki, 2014-cü ildən bu ailənin üzvləri onlara qarşı düzülüb-qoşulan haqsızlıqla bağlı bir çox dövlət qurumlarını məlumatlandırsalar da, bu gün də ortada heç bir nəticə yoxdur.

     Deyəsən FHN-ninTikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əsas işi, göndərilən məktublara şablom xarakterli cavablar verməkdən ibarətdir

Ortada olan yalnız və yalnız cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən verilən şablom xarakterli cavabların varlığıdır. Diqqət yetirmək lazımdır ki, bu dövlət qurumu ictimailəşdirilən bir çox problemlərlə bağlı əməli addımlarını atmaq əvəzinə, istər PA-dan, NK-dən, istərsə də Nazirliyin özündən göndərilən məktublara başdansovdu cavablar verməklə məşğul olur və bununla da qarşı tərəf öz işlini bitmiş hesab edir.

Ardını oxu...

Amma, bu heç də belə deyil! Faktdır ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi üzərinə düşən vəzifəni vaxtlı-vaxtında yerinə yetirmədikcə, yerlərdə vətəndaş narazılığı baş qaldırır, insanların dövlət qurumlarına olan inamı heçə enir. Bu sırada Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşlarının fəaliyyətsizliyi də, heç də diqqətdən kənarda qalmayan məsələlərdəndir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə, Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Tahir Nadir oğlu Məmmədov, bugünə qədər bir neçə dəfə ictimailəşdirdiyimiz, əksər dövlət qurumlarını məlumatlandırdığımız bu problemlə bağlı hələ də susmaqda davam edir. Faktdır ki, bu gün o, ölkə rəhbəri İlham Əliyev cənablarının imzaladığı Sərəncam əsasında Şamaxı RİH-nin başçısı vəzifəsini daşıyır. Deməli, RİH-nin başçısı vəzifəsini daşıyan Tahir Məmmədov, bu gün Şamaxı rayonu ərazisində baş verən, yaxud da gələcəkdə baş verə biləcək problemlərlə bağlı məsuliyyət daşıyır. Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemlərin incəliklərini, ötən yazılarımızda bir neçə dəfə tam çılpaqlığı ilə ictimailəşdirmişik.

  Mərhum Yadigar Rəcəbovun ailəüzvlərini üç dövlət qurumunun əməkdaşları “düzdə qoyurlar”

 Yəni, yazıb qeyd etmişdik ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində baş verən torpaq sürüşməsi hadisəsindən sonra, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər ailəyə dair məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına da təqdim olunur. Həmin vaxt Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən sakinlərin fərdi yaşayış evləri ilə bağlı tərtib olunan ilkin siyahıda, Yadigar Rəcəbovun ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Çox keçmir ki, bu kəndin daha təhlükəsiz ərazisində yeni fərdi yaşayış evlərinin inşaası həyata keçirilir və evlər 2014-cü ildə zərərçəkən sakinlərə paylanır. Evlər ailələrə paylanarkən, Şamaxı RİH Aparatından Yadigar Rəcəbova da zəng olunur və ona qeyd olunan əraziyə gəlməsi bildirilir. Telefon zəngindən sonra o, teztələsik həmin əraziyə gedir və evlərin paylanması işlərinə diqqət yetirir. Evlərin paylanması işləri həyata keçirilərkən Şamaxı RİH Aparatında çalışan əməkdaş tərtib olunmuş ümumi siyahıda olan şəxslərin adlarını birbir çəkir. Həmin siyahı üzrə o, Yadigar Rəcəbovun da adını çəkir, o halda yaxın məsafədə dayanan və evlərin paylanması işlərinə rəhbərlik edən Şamaxı RİH başçısının müavini, RİH-in Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri mərhum Ağamustafa Vahidov (Bu şəxs 08 dekabr 2017-ci ildə vəfat edib. Allah rəhmət eləsin!) ərazidə olan şəxslərin  gözləri önündə “Evlər o siyahı üzrə deyil, mənim əlimdə olan siyahı üzrə paylanacaq” deyir. Bəli, əslində bu belə də olur.

                       Rəcəbovlar ailəsi üzvlərinin adları ilkin siyahıdan niyə çıxarılır?

Mərhum Yadigar Rəcəbovun övladları redaksiyamıza çatdırdıqları məlumatlarda bildirirlər ki, “2014-cü ildə atamız Şamaxı RİH Aparatında vəzifə sahibi olan və evlərin paylanması işlərinə cavabdehlik daşıyan şəxslərin “bığının altından” keçmədiyi üçün, ailə üzvlərimizin adları ilkin siyahıdan çıxarılır.

Ardını oxu...

 Az sonra isə, bizim ailəyə verilməli olan evi Şamaxı RİH-nin əməkdaşları hansısa maraqlar əsasında başqa bir ailəyə verirlər”.Məsələnin diqqəti cəlb edən halı odur ki, Rəcəbovlar ailəsinin üzvlərinə qarşı belə bir haqsızlıq baş verdiyi üçün, Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına bir neçə şikayət ərizələri və teleqramlar göndərir. Bu şəxsin atdığı belə bir addımdan üç gün sonra isə, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş ailəni Şamaxı RİH əməkdaşları həmin evdən çıxarırlar və ev ötən 8(səkkiz) il ərzində boş qalır. Rəcəbovlar ailəsindən redaksiyamıza daxil olan başqa bir məlumata görə, (Yadigar Rəcəbov 05-008-2022-ci il tarixdə rəhmətə gedib. Allah rəhmət eləsin!) dünyasını dəyişdikdən bir neçə gün sonra, 2014-cü ildə evdən çıxarılmış ailə Şamaxı RİH-nin əməkdaşları himayədarlığı ilə təkrar həmin evə yerləşdirilir.

      2014-cü ildə Yadigar Rəcəbov RİH əməkdaş(lar)ının “bığının altından” keçmir, ona görə də olmazın oyuna düşürlər

   Bütün bunlar onu söyləməyə əsas verir ki, Rəcəbovlar ailəsi üzvlərinin 2014-cü ildən belə bir problemlə üz-üzə qalmalarının kökündə, məhz RİH-də vəzifə sahibi olan şəxslərin günahı olduqca böyükdür.  Bundan əlavə, həmin ildə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin və yerli icra hakimiyyəti orqanı nümayəndələrinin qol qoyduqları saxtakarlıq da, məhz bu ailənin üzvlərini fərdi yaşayış evi əldə etmək hüququndan məhrum edir. Belə bir haqsızlıqların baş verməsinə əsas səbəb, Yadigar Rəcəbovun evlərin paylanması işlərinə məsul olan vəzifə sahiblərinin “bığının altından” keçməməsi olur. Çünki, dolaşan söz-söhbətlərdə o da qeyd olunur ki, 2012-ci ildə baş verən torpaq sürüşməsi hadisəsindən sonra Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən sakinlərə 2014-cü ildə yeni fərdi yaşayış evləri verilərkən, 47 ailədə olan şəxslərin ailə üzvləri RİH tərəfindən “toskı”ya otuzdurulur. Yəni, hər ailədən müəyyən məbləğdə “şirinlik” tələb olunur. Söz yox ki, səslənən belə bir ittiham dolaşan söz-söhbətlərdəndir.

                            Səbəb nədir ki, Şamaxı RİH-nin başçısı özünə qarşı inamsızlıq yaradır?

      Hörmətli oxucular! Biz bir media qurumu olaraq Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlunun ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemi bir neçə dəfə ictimailəşdirmişik və bu problemin əmələ gəlməsi səbəbləri haqda redaksiyamıza daxil olan məlumatları həm geniş ictimaiyyətin diqqətinə, həm də aidiyyatı dövlət qurumlarına çatdırmışıq. Təəssüflər olsun ki, bu qədər yayımlanan yazıların qarşılığında Şamaxı RİH-nin başçı cənab Tahir Məmmədov, rəhbərlik etdiyi rayonun Muğanlı kəndində bir ailənin üz-üzə qaldığı problemin araşdırılması yöndə, aidiyyatı dövlət qurumlarına heç bir tapşırığını vermir. Niyə, hələ ki, bu bəlli deyil! Axı, Şamaxı RİH-nin başçı səlahiyyət sahibi olan şəxsdir və o, 2014-cü ildə Rəcəbovlar ailəsinə qarşı düzülüb-qoşulmuş haqsızlığın araşdırılması üçün, bu gün hüquq-mühafizə orqanlarına lazımi tapşırıqlarını verə bilər. Əgər bu problemin əmələ gəlməsi səbəbləri araşdırılıb əsl həqiqətlər üzə çıxarılarsa, o halda hər kəsin, o cümlədən Yadigar Rəcəbovun ailə üzvlərinin də rayon rəhbərliyinə olan inamı daha da artar.

             Ölkə rəhbərinin verdiyi tapşırıqları cənab Tahir Məmmədov necə yerinə yetirir?

Qeyd edək ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları hansı şəxsi şəhər və rayonlara icra başçısı vəzifəsinə təyin edirsə, həmin şəxsə “Sizə böyük etimad göstərilir və əminəm ki, siz bu etimadı doğruldacaqsınız, öz işinizlə vətəndaşların rəğbətini qazanacaqsınız və ölkəmizdə gedən islahatları dərinləşdirmək üçün əməli səylər göstərəcəksiniz. Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki, hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm” deyə lazımi tapşırıqlarını verir. O halda sual oluna bilər ki, görəsən  Şamaxı RİH-nin başçı cənab Tahir Məmmədov, ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqları lazımınca yerinə yetirirmi? Əsla yox! Çünki, bu qədər yazıların qarşılığında RİH başçısının mərhum Yadigar Rəcəbovun ailə üzvlərinə qarşı göstərdiyi sayğısızlıq, məhz qeyd olunanları tam şəkildə sübut etməyə əsas verir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.


Ardını oxu...
DİA.AZ: - "Dostlar diqqətli olun. Deməli, 3 gün əvvəl AZZA-dan 13.7 AZN-lik alış veriş etdim, satıcı yanlışlıqla 24.2 AZN çıxdı sonra dərhal pulu kartıma geri qaytarıb 13.7 AZN çıxdı". DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Toğrul Əli adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "Üzərindən 3 gün keçib və sürpriz... Bu gün kartımdan 24.2 AZN durduq yerə AZZA pul çıxarıb. Unibanka zəng etdim dedilər bizlik deyil. AZZA-ya getdim dedilər araşdırarıq.

Ardını oxu...

Təsəvvür edin, cibimdə pul yox idi... yanacaq doldurma məntəqəsindən benzin vurmaq istədim, gördüm olan-qalan pulumu AZZA çəkib..."

Onu da qeyd edək ki, yorumlarda digər vətəndaşlar da sözügedən ticarət şəbəkəsindən giley ediblər...

Ardını oxu...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Əgər nə vaxtsa, haradasa “Saxtakarlıqlar muzeyi” yaradılsa, o “muzeyin” əsas eksponatları sırasında Lerikdəki “nümunələr” də az olmayacaq.

Saxtakırlıqların qısa xülasəsi

1,8 milyonluq boru kəməri “çürümüş” metal kimi sökülüb, “silinib”, satılıb;
Sənədlə 2, faktiki 1 məktəb tikilib;
Ölkə başçısı gələndə yol kənarına 100-dək elektrik dirəyi basdırılıb, o gedən kimi çıxarılıb;
İstinad divarları, darvazalar “kağız” üzərində təmir olunub;
121 kilometr əvəzinə, 88 kilometr yola asfalt döşənib, o da bərbad;
Bələdiyyə torpaqları müxtəlif vətəndaşların adına sənədləşdirilib, sonra sosial evlər tikmək üçün dövlətə baha qiymətə satılıb.
Necə deyərlər, daha nələr, nələr ağlagəlməz saxtakarlıqlar lerikli fəal, partiya funksioneri Mais Hüseynlə söhbətdə.


Qeyd edək ki, bu günlərdə əslən lerikdən olan, “Yeni yol” partiyasının sədr müavini Mais Hüseyn redaksiyamızda olmuş, “cənubxəbər tv” yə müsahibə vermişdir. Onunla söhbətimiz əsasında hazırladığımız yazını sizə təqdim edirik:



1,8 milyonluq su boruları necə söküldü, necə satıldı?

Lerikin son illərdə, (təxminən bir neçə ay öncə) ən böyük “yaralarından” biri 25 il öncə, 1995-1996 cı illərdə Lerik xeyriyyəçilərinin, ziyalılarının, eləcə də bütün əhalinin yaxından dəstəyi ilə bu rayonun Zuvand ərazisində susuzluq problemini aradan qaldırmaq üçün Lerikin mərkəzindən həmin əraziyə çəkilmiş 15-18 km-lik dəmir boruların oğurlanmasıdır.

Xatırladaq ki, 150 – 400 mm ölçülük olan bu boruların 1 metrnin qiyməti (ölçüsündən asılı olaraq) 70 manatdan - 150 manat arasında dəyişir. Həmin su kəməri yerli sakinlərin vəsaiti ilə, minbir əziyyətlə çəkilmişdi. Bu kəmərin bir neçə kilometri lerikli Sosialist Əməyi Qəhrəmanı Xanoğlan Bayramovun təşəbbüsü və dəstəyi ilə icra olunmuşdur.
Su xətti 1995- 1996 ci illərdə çəkilmişdi. Amma su kəməri söküləndə dedilər ki, “Azərsu” ASC sökür. Hansi ki, “Azərsu” ASC bu kəmər çəkiləndən 9 il sonra yaranıb.

Bu məsələ böyük narazılğa səbəb oldu.

Bizə çatan məlumata görə, guya millət vəkili İqbal Məmmədov da bu işin qarşısını almağa maraqlı olub. Bu barədə ortada telefon danışığının səs yazısı var. Belə ki, məsələnin necəliyini deputat İqbal Məmmədov ictimai nəzararət işçiləri ilə telefon danışıqları zamanı izah edir. Həmin telefon danışığı zamanı İqbal Məmmədov bildirib ki, mənə də vaxtilə Relax istirahət mərkəzi üçün boru lazım idi və gedib Yardımlıdan dövlətə aid olan həmin boruları “oğurlayıb” gətirdik. Daha doğrusu, saxta yollarla, ucuz qiymətə həmin boruları əldə etdik.

İqbal Məmmədov bildirir ki, Lerikdən Zuvanda çəkilən su borusu də o qayda ilə, guya istismar müddəti bitmiş, yararsız material kimi metaloma verilmişdir. Əslində həmin ərazidən çıxarılan 18 min metr borunun, hər metri təqribən 100 manatdan yenidən şirkətlərə satılmışdır. İ. Məmmədovun özünün da belə əməlləri çox olduğu üçün dillənməyib.

Həmin boruların “çürümüş” adı ilə 5 kilometr hissəsinin metalloma verilməsi barədə məlumatlar var.

Belə məlumat da var ki, bu 1, 8 milyon manatlıq yeyinti barədə Lerik rayon İcra hakimiyyətinə və Rayon Polis Şöbəsinə də əvvəlcədən məktub göndərilmişdir. Məktubun göndərilməsini İcra Hakimiyətinin sabiq 1-ci müavini və həmin müddətdə İcra başçısı səlahiyyətlərini icra edən C. Baxşıyev və deputat İ.Məmmədovun əlimizdə olan telefon danışıqları da təsdiqləyir.

Borular aparılarkən vətəndaşlar etiraz etməsin deyə, bildiriblər ki, bu borular işğaldan azad olunmuş torpaqlarımıza aparılacaq.

Bu isə 1,8 milyon manat vəsaitin mənimsənilməsi deməkdir.

Daha sonra İqbal Məmmədov qeyd edib ki, mənim bu məsələyə müdaxilə etməyə gücüm çatmır. “Siz əhalini yığın, etiraza qalxın, mən polis rəisi ilə danışacağam”.

Burdan belə nəticəyə gəlmək olar ki, İqbal Məmmədov prosesin necə baş verdiyini bilir, amma deputat kimi səlahiyyəti olsa da, müdaxilə etmir. Guya, “oğurluğun” dayanmasını istəyir, amma özü belə işlərdə gözükölgəli olduğu üçün dillənmir.

Hörmətli İcra başçısı Əkbər Abbasovdan xahiş edirik ki, bu olayı ədalətlə araşdırılmasını təmin etsin.

Unutmayaq ki, Lerik kimi kasıb rayon üçün 1,8 milyon çox böyük məbləğdir.

Yol tikintisində ağlasığmaz fırıldaqlar

Son 30 ildə Lerikdə cəmi 88 kilometrlik yol necə 121 kilometr oldu? Yəni, yolun 33 kilometrlik çəkilməyən hissəsinin vəsaiti necə mənimsənildi?

Bu hələ azmış kimi bu 88 km-lik məsafənin neçə metrində asfalt olduğu da çox şübhəli suallar doğurur. Məsələn, 36 km-lik Lerik-Şingədilan-Xanagəh yolunun yarıdan çox hissəsində asfalt örtüyü yox səviyyəsindədir.

Lerik rayonunda kəndlərarası yolları 2200 km təşkil edir. Ən yaxşı halda bu yolun cəmi 4 faizi, 100 kilometrə qədəri asfaltlanıb.

Lənkərandan Lerik-Lənkəran yolu ilə çəkilən 37 km-lik qaz xəttində xəbərdaredici 37000 metrlik lent niyə çəkilməyib?!

Bu rəqəm sizə adi görünə bilər. Amma bu lentin hər metrini ən azı 1 manatdan hesablasaq, 40 min manata yaxın pul edir.

Prezident gələndə yol kənarına basdırılan, ölkə başçısı gedən kimi də sökülən 100-ə qədər elektrik dirəyinin “möcüzəsi”

Ölkə başçısı Lerikə gələndə yolun Piran kəndindən keçən hissəsində quraşdırılan işiq dirəkləri onun səfərindən sonra sökülüb və hara aparılıb? (Bu dirəklərin sayın təxminən 100 ədəddən artıq idi)

Hətta elektrik lampalarına da göz dikilib -qiyməti 25 dəfə şişirdilib

Lerikdə küçələrin işıqlandırılması üçün istifadə olunan lampaların qiymətlərini isə təxminən 25-30 dəfə şişirdib, sonra hesablayıblar. Bu da təxminən 3-4 manatlıq lampaların 50-70 manatdan hesablanması deməkdir.

Yayılan məlumata görə, 2007-ci ildən Rövşən Bağırov Lerikdən gedənə qədər heç bir dövlət idarəsinə təyinatlar ənamsız olmamışdır, hətta xadimə təyinatı üçün ən azı 1000-1500 manat rüşvət alındığı bildirilir.

Yaponlar tikən məktəbdirsə, bəs Azərbaycan höküməti tikən məktəb hanı? Ya da əksinə...

4-5 il öncə Lerik rayonunun mərkəzində Yapon səfirliyinin dəstəyi ilə 3 saylı yeni məktəb binası tikildİ. Daha sonra bu məqsəd üçün, yəni, həmin 3 saylı məktəbin tikintisi üçün dövlət büdcəsindən külli miqdarda pul ayrılıb və silinir.

Əgər həmin 3 saylı məktəbi Yapon höküməti tikibsə, bəs dövlət hesabına tikilən məktəb hardadır? Qısası, sənəddə 2 məktəb binası var, faktiki bir. Molla Nəsrəddin demişkən, “Ətdirsə , pişik hanı, pişikdirsə ət hanı?”

Həm də maraqlıdır ki, qısa müddət ərzində bu 3 saylı məktəbin təzə binası 2 dəfə əsaslı təmir olunub.

İstinad divarlarının “əfsanəsi”

Rayon ərazisində tikilən, uzunluğu 20 km-dən çox olan istinad divarlarının təqribən bir metr kvadratının faktiki qiyməti 80-100 manata başa gəldiyi halda, 10 qat artığına, 850 - 950 manata sənədləşdirilib.

Rayon mərkəzində yol kənarı evlərin darvazaları 2 il müddətində 2 dəfə niyə dəyişdirilib? Bu darvazaların sayı 200-dən artıqdır.

Bizə bir neçə mənbədən verilən məlumata görə, bu tikinti materilallar sabiq 1-ci müavin Cəlil Baxşıyevin “9 qardaş" adlanan istirahət mərkəzinin tikintisinə yönəldilib, müəyyən hissəsi isə onların qohumlarına satılıb.

Saxtakarlıqlar bələdiyyə torpaqlarından da yan keçməyib

Bələdiyyə torpağı ucuz qiymətə vətəndaşa, sonra isə guya baha qiymətə vətəndaşdan alınıb və bir neçə dəfə bahasına dövlətə satılır. Orta da 100 min manatlarla pul mənimsənilir.

Zuvand yolunun təmiri üçün nəzərdə tutulan qum - çınqıl almaq məqsədi ilə bələdiyyənin hesabına 300 min manat ayrılır, sonra da dərhal silinir.

(əslində bələdiyyənin sərəncamında hər-hansı qum-çınqıl zavodu yoxdur ki, bu işləri icra etsin)

Yer alıb ev tikir, sonra 5 qatına dövlətə satır

Cəlil Baxşiyevin məqsədli şəkildə özü üçün tikdirdiyi evlər sonradan şəhid ailələrinə və imkansız ailələrə verilməsi adı ilə ucuz alıb dövlətə bir neçə dəfə bahasına satılıb.

Lerikdəki məşhur 3-lük-millət vəkili İqbal Məmmədov, sabiq icra başçısı Rövşən Bağırov, sabiq 1-ci müavin Cəlil Baxşıyev Zuvand ərazisində ayrı- ayrı adamların adına 10 hektarlarla torpaq sənədləşdirib, sonra dədə-baba malı kimi əkib-becərtdirib, subsidiyalar alıb, ya da satıblar.

Xatırladaq ki, Miri Qənbərovun Lerikin deputatı olduğu vaxtda rayona çox cuzi miqdarda vəsait ayrılsa da, o pulun çox hissəsi Lerikə xərclənirdi. Amma İqbal Məmmədovun millət vəkili olduğu son 15 ildə rayona daha böyük vəsaitlər ayrılsa da, görülən işlər hiss olunmur.

Son əvəzi

Son parlament seçkisinə qədər qeyd etdiyimiz 3-lüklə mübarizə aparan bir neçə lerikli sonda ya məhkəmlərdə uduzdurulmuş, ya da 3-lük tərəfindən müxtəlif formada şərlənmişdir. Buna görə də Lerikdə çoxları bu 3-lüyün qorxusundan “lal olmağa” üstünlük vermişdir.

Qeyd etmək istəyirik ki, son parlament seçkilərində 2 dəfə deputatlığa namizəd olmuş Ramil Hüseynov və Təyyar Yəhyayev bu 3-lüyün çirkin və saxta əməllərini ifşa etmiş, ictimailəşdirərək diqqət mərkəzinə gətirmişdir. Lerik təkcə uca dağları və füsünkar təbiəti ilə deyil, bu yurdun bəzi dərdləri o dağlardan da “hündürdür”.

Əgər nə vaxtsa, haradasa “Saxtakarlıqlar muzeyi” yaradılsa, o “muzeyin” əsas eksponatları Leriklərdəki nümunələr olacaq.

Söhbətin sonunda Mais müəllim xatırlatdı ki, əvvəllər leriklilər təkcə bu saxtakarlıqların dərdin çəkmidi, həm də saxtakarlıqlara heç yerdən əlac olmamasının dərdini çəkirdilər. 4 ay öncə Əkbər Abbasovun Lerik rayonuna icra hakimiyyətinin başçısı təyin olunandan sonra, onun böyük əzmkarlıqla belə saxtakarlıqlara, eləcə də belə saxtakarlıqların “memarlarına” qarşı mübarizəsindən sonra leriklilərin sabaha da, həyata da, dövlətə də inamı daha da artıb.

Yeri gəlmişkən onu da deyim ki, rayonda İmanovlar tayfasının yaxın vaxtlarda Lerikdə söz sahibi olacağı barədə yayılan məlumatlar həqiqəti tam əks etdirmir və onlar haqqında fikirlər birmənalı deyil.



Hazırladı: Zahir Əməniv. Cenub.az
Ardını oxu...
Türkiyədə təhsil aldıqdan sonra ölkəyə qayıdan tələbə kəndinin problemlərinə diqqət çəkmək istəyib.

Quba rayon Zizik kənd sakini Bəhram Babazadə Belediyye.net-ə yazır ki, Türkiyədə ali təhsil aldıqdan sonra kəndinə dönüb. Doğulub-böyüdüyü kəndi problemlər içində görəndə səssiz qala bilməyib. Kəndin yol, məktəb probleminin həll edilməsi istiqamətində əlindən gələni etməyə çalışıb.

Bəhram Babazadənin dediyinə görə, o, kəndin problemləri ilə bağlı imzatoplama kampaniyası keçirib. Bəhram Babazadə ilk öncə Quba rayon İcra Hakimiyyətindən, kənd bələdiyyəsindən icazə aldığını, həmkəndlilərinin də razılığı ilə imzatoplama kampaniyasına başladığını deyir.

Bəhram Babazadə yazır: 2000-nə yaxın sakini olan Zizik kəndindən 1000-nə yaxın imza topladım, yerliözünüidarə qurumlarına göndərdim. Qaldırdığım problem yol, məktəb və kəndimizin içərisində qanunsuz olaraq yerləşdirilən daş karxanaları ilə bağlı idi. Hansıki daş karxanalarına görə toz-dumandan, səs-küydən kənd sakinləri çox əziyyət çəkir. Zizik kəndi ilə Vladimrovka kəndi arasında yerləşən Qudyalçay ərazisində 7-8 daş karxanası yerləşir. Biz buna da etiraz edirdik. İmzaları toplayıb dövlət qurumlarına göndərdikdən sonra təzyiqlər başladı. İcra hakimiyyətindən həmkəndlilərimi polislə hədələdilər. Nəticədə insanlar qorxudularaq geri çəkildilər. Tək qaldım. Lakin bundan sonra yolun bir hissəsinə asfalt döşəndi. Yolun böyük bir hissəsi isə yarımçıq qaldı. Məndə olan məlumata görə, kəndin yolları üçün ayrılan vəsait mənimsənilib. Təxminən 7 km yolun təmiri üçün dövlət büdcəsindən vəsait ayrılsa da, cəmi 3 km yol çəkilib. Üstəlik yığışıb gəlib yarımçıq yolun açılışı üçün xüsusi tədbir keçirdilər.

Bəhram Babazadə qeyd edir: Kəndimizin vətən müharibəsi ordeni ilə təltif olunmuş Şahin Allahyarov adlı şəhidi var. Bunlar açılış edəndə məsələni elə qoydular ki, sanki asfalt salınmış yarımçıq yol toplanan imzaların sayəsində yox, şəhid ailəsinin müraciəti əsasında təmir olunub. Halbuki, şəhidin atası Hüseynbala Allahyarov kəndin yol problemi ilə bağlı Qubanın deputatı Vahid Əhmədova dəfələrlə müraciət etsə də, cavab verilməyib. Verilsə də çox gec verilib.

“Mən həmin tədbirdə bələdiyyədən hesabat tələb edəndə dedilər ki, hesabat yoxdur, yolu da icra hakimiyyəti dövlət vəsaiti hesabına yox, öz hesabına salıb. Sanki İcra Hakimiyyəti özəl qurumdur”, -Bəhram Babazadə əlavə edib.

Belediyye.net

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
DİA.AZ: - Ucar rayon sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlının qanunsuz əməllərindən bezmişik.Bu şikayətin müəllifləri əlil xəstə olsalarda dərmanlarımzı və tibb ləvazimatlarımızı ala bilmirik.Verilən dərmanların çoxu isə dəyişdirilib ucuz dərmanlar verilir.Hansı ki, dövlət ayırdığı dərmanlar bahalı və keyfiyyətlidir.
Ucar rayon Xəstəxanasında müayinə və müalicə yaxşı olmadığı üçün rayon sakinləri müalicə üçün qonşu rayon xəstəxanalarına üz tuturlar.İcbari tibbi sıorta adı ilə terminala pul köçürəndə kartın Zeynal Bayramlının adına qeydiyyatda olması yazılır.Kəndlərdə tibb məntəqələrinin çoxu bərbad gündədir işləmir.
Əlillik təyin edilməsi üçün ilk olaraq Ucar rayon xəstəxanasına üz tutan xəstələr elə bir süründürməçliklə üzləşirlər ki, az qala intihar etsinlər.
Hamı Ucar rayon Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının fəaliyyətindən çox narazıdır.Zeynal Bayramlı 15 ildir ki, bu vəzifədədir.O, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırımın kürəkəninin qardaşıdır.

Biz Ucar sakinləri Prezident İlham Əliyevdən və TƏBİB-in sədri Zaur Əliyevdən kömək istəyirik.Ümüd edirik ki, vətəndaşların haqlı şikayətləri nəzərə alınıb təcili və ciddi tədbirlər görüləcək".

Dia.az bildirir ki, narazı vətəndaşlar eyni zamanda video görüntülər də yollayıblar. Onu təqdim edirik:



İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü, 8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı, Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü Həsənov İlham Musa oğlu yenidən ölkə rəhbərliyinə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Yazıb sizə bildirirəm ki, artıq mənim ürəyim ağrıyır. Bir ağsaqqal kimi, bir ziyalı kimi, bir əməkdar
müəllim kimi, bir Heydər Əliyevçi kimi Azərbaycan Təhsilinin bu günkü vəziyyətini qəbul edə bilmirəm.
Təhsil uçurumun astanasındadır. Bunu tək mən yox, bütün Azərbaycan xalqı danışır, gözləri ilə görür və
narazılıqlarını bildirirlər. Çünki, Emin Əmrullayev Təhsil naziri olandan bəri, mətbuat, sosial şəbəkələr
ancaq təhsildən yazırlar. Təhsil ekspertləri, deputatlar, ziyalılar təhsili analiz edərkən, burada aşkarlanan
çirkinlikləri, özbaşınalıqları açıq şəkildə tənqid edirlər. Hətta təhsil eksperti Kamran Əsədov “Təhsil
zamanı” xəbərlər proqramında qeyd etdi ki, hələ təhsilə Emin Əmrullayev kimi zəif nazir gəlməyib. Çünki,
Emin Əmrullayevin sözləri ilə əməlləri bir-birinə uyğun gəlmir. Bu adam təhsili düzəltmək məqsədilə ilk
növbədə kadr siyasətindən danışır, amma özünün apardığı kadr siyasəti sıfır vəziyyətindədir. Təkcə
Gəncə və Gəncəbasar təhsili buna canlı misaldır. Regional Təhsil İdarəsinin rəisi, bank işçisi, onun
müavini bank işçisi, şöbə müdirləri bank işçiləri Daşkəsən rayonu Təhsil sektorunun müdiri bank işçisi və
sair. Indi buradan hansı təhsildən danışmaq olar. Ona görə də Gəncə Regional Təhsil İdarəsinin müdiri
Anar Qədiməliyev son iki ildə təhsildən başqa nə işlər desən görüb. Ilk növbədə öz çirkin niyyətlərini
həyata keçirmək üçün əsil təhsil işçilərini təhsildən uzaqlaşdırdı. Bu adam gəldiyi gündən ancaq və ancaq
intriqa ilə məşğuldur. Belə ki, şəhər 1 №-li məktəbin direktoru Mətanət Qarayevanı özünü öldürmə
dərəcəsinə çatdırdı. Sonra 44 № məktəbin direktoru Knyaz Süleymanovu təhqir edərək, özünü öldürmə
dərəcəsinə çatdıraraq, nəhayət ki, onun ürəyini partladıb öldürdü. Deyilənə görə, Knyaz müəllim
ölməmişdən 5 dəqiqə qabaq Anar Qədiməliyevin müavini Rövşən Kərimov ona zəng edib 3 dəqiqə
telefonda danışıblar. Bundan iki dəqiqə sonra Knyaz Süleymanov canını tapşırıb. Yəqin ki, inzibati
orqanlar bu danışığın izinə düşüb, həmin danışığı xalqa bəyan edəcəklər. Anar Qədiməliyev idarədə
bildirib ki, narahat olmayın mən heç kimdən qorxmuram. Ilk növbədə arxamda Emin Əmrullayev dayanır.
Bu baxımdan bütün dost və qohumlarını, ona yaxın adamların hamısını Regionala uyğun oldu-olmadı işə
götürüb. Məsələn, Gəncə Milli Təhlükəsizlik Xidmətinin rəis müavininin həyat yoldaşını idarə rəisi, şəhər
prokuror köməkçisinin həyat yoldaşını idarə rəisi, deputat Müşviq Cəfərovun həyat yoldaşını idarə rəisi
və sair təyin edib. Bir sözlə bu adamlardan özünə sədd çəkdirib. Bunu da hər yerdə danışır. Bu da bir
siyasətdir. Elə ona görə də Anar Qədiməliyevin SOROS-a xidmət etməyi, əsgəri xidmətə getməməyi,
yerini islatmağı, təhsildən anlayışı olmamağı, törətdiyi əməllər, müəllimlərə qarşı anti pedaqoji
hərəkətlər heç kəsi maraqlandırmır. Mən bu adamlara bir sual verirəm. Demirsiniz ki, biz təmiz
adamlarıq, biz qanunla işləyirik, biz təhsili düzəltməyə gəlmişik, əgər belədirsə, dekabr ayının 31-də
bütün ölkədə 65 yaşdan yuxarı məktəb direktorları ilə, o cümlədən, Gəncə şəhərindəki məktəb
direktorları ilə, başda təhsilin canını boğazına yığan Bəhram İmranovla bağlanılmış müqavilələrə xitam
verin. Onda sizə deyim, bərəkallah! Əks təqdirdə məni yenidən öz yerimə qaytarın. Mən də söz tapa
bilməyim. Yoxsa ki, Emin Əmrullayev deyir ki, səni qaytarsam, mənə deyərlər ki, sənin qabağından
qorxub qaçdım. Bu nazir sözü yox, bu rekert sözüdür. Açıq desinlər, ki mən bunlara xeyir eləmirəm.
Cənab Prezident ölkənin bu ağır vaxtında özünüz demişkən, yuxusuz gecələrin hesabına siz
Azərbaycan üçün əlinizdən gələni əsirgəmirsiniz. Bunlar isə daxildə vəzifələrindən istifadə edib, əhalini,
başlıcası müəllimləri sizdən narazı salırlar. Bu baxımdan dəfələrlə demişəm ki, məni səlahiyyətli bir
adam, özü də sizi və dövləti sevən adam qəbul eləsin, mən bütün yazdıqlarımın ətraflı şəkildə izahını
verim. Çünki, mən 2003-cü ilə qədər Heydər Əliyevlə 2003-cü ildən indiyədək sizinlə nəfəs alıram. Yenə
siz demişkən, ədalət bərpa olunmayınca mən bu insanlardan əl çəkəsi deyiləm. Arzum budur ki, 2023-cü
il ulu öndərin 100 illiyi ərəfəsində bu qeyri-peşəkar təhsil işçilərindən təhsilin canını qurtaraq.
Qarşıdan gələn yeni il münasibətilə sizi ürəkdən təbrik edir, sizə uzun ömür, can sağlığı və
Azərbaycanın gələcəyi naminə yeni-yeni müvəfəqiyyətlər arzulayıram. Hörmətli Əli Nağıyevdən də
xahişim odur ki, şəxsən mənim apardığım haqq mübarizəsində, mənə dəstək olsun. Mən o insana
inanıram".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparanlara isə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Habelə, qanunsuz hasarlama, özbaşına tikinti və digər qanuna zidd əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, əgər şəxslər tərəfindən belə hərəkətlər təkrar, eləcə də qulluq mövqeyindən istifadə edilməklə törədilərsə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Dövlətin mülkiyyətində olan torpaqların bələdiyyələrə, fiziki və ya hüquqi şəxslərə mülkiyyətə (istifadəyə və ya icarəyə) verilməsi barədə qanunsuz qərar qəbul edən vəzifəli şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin belə şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir. Bunlarla yanaşı, belə cəza tədbirləri dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinə də şamildir. Bu torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilməsi də cinayət məsuliyyətinə səbəb olur. Belə ki, belə qərarlar qəbul edən vəzifəli şəxslər məsuliyyətə cəlb olunur və 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilir.
Ardını oxu...
Amma bu qanunların işləmədiyi rayonlar da vardır. Ağstafa rayonu qanunun “hörümçək toru” hesab edildiyi, “iri həşəratların vurub asanlıqla dəldiyi” həmin rayonlardandır. Zaman-zaman Ağstafada bələdiyyə sədrlərinin torpaq sahələrini qanunsuz, təkbaşına qərar verməklə satdıqları barədə məlumqatlar yayılıb, bəziləri barədə ciddi ölçü götürülüb. Amma hamıya məlumdur ki, yerli özünüidarəetmə qurumlarının rəhbərləri Rayon İcra Hakimiyyətinin başçısından və yüksək vəzifəli digər məmurlardan gizli özbaşına iş görə bilməzlər. Müşahidələr göstərir ki, sabiq icra başçısı Məhərrəm Quliyev korrupsiya ittihamı ilə həbs olunandan sonra da rayonda bu müstəvidə problemlər səngiməyib. Cənab Seymur Orucov hakimiyyətə gələndən sonra da torpaqların qanunsuz satılması, icarəyə, istifadəyə verilməsi ilə bağlı şikayətlər yayılmaqdadır.
Ardını oxu...
Bu günlərdə redaksiyamıza daxil olan məlumata görə, Ağstafa şəhərində Heydər Əliyev prospektində Yeni Azərbaycan Partiyasının inzibati binasının park kimi istifadə olunan həndəvəri gələcəkdə ticarət köşkləri kimi fəaliyyət göstərəcəyi qabaqcadan bəlli olan yanaşı obyektlər üçün satılıb. Məlumata görə, torpağı alan adam alan yüksək vəzifəli şəxsdir. Hərçənd, ictimai marağın obyektivinə tuş gəlməmək üçün araya söz buraxıblar ki, guya həmin obyekt sahəsi şəhid ailəsinə verilib. Qeyd edildiyi kimi, köşklərin yerləşəcəyi ünvan göz qabağında, izdihamlı yerdədir. Cənab Seymur Orucov bu məsələdən xəbərinin olmadığını deyə bilməz. Yeni Azərbaycan Partiyasının 30 illiyinin qeyd olunduğu bu ərəfələrdə partiyanın rayon təşkilatının inzibati binasının həndəvərində hətta məqsədəuyğunluqla da izah edilə bilməyəcək belə bir qanunsuzluğa imza atmaq yəqin rayon rəhbərliyinin YAP-ın yubileyinə özünəməxsus hədiyyəsidir. (azerbaycanrealligi.com)


Ardını oxu...
Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikasında (NMR) son illərin ən böyük anti-korrupsiya əməliyyatlarından biri keçirilir. Dövlət Təhlükəsizliyi Xitməti (DTX) tərəfindən həyata keçirilən əməliyyatda külli miqdarda dövlət vəsaitinin məmimsənilməsi aşkara çıxarılıb və bir neçə yüksək vəzifəli məmur Bakıya gətirilərək həbs ediliblər.

Anti-korrupsiya əməliyyatının Naxçıvanın bütün sahələrini əhatə etdiyini nəzərə alsaq, yeni həbslərin olacağı ehtimalı da yüksəkdir. Azərbaycan qanunlarının heçə sayıldığı Naxçıvanda nazirlər, xidmət rəisləri, komitə sədrləri uzun illər tabelikdə olan qurumları özlərinə xas qayda-qanunlarla idarə ediblər.

Qanunlarımızın işləmədiyi qurumlardan biri də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətidir. Xidmətin rəisi, general-mayor Şahin Nəbiyev də digər səlahiyyət sahibləri kimi dövlət idarəsini öz qanunları ilə idarə edib. MR-dəki mənbənin sözlərinə görə, Xidmətin əməkdaşları sözün əsl mənasında qul kimi işlədilirlər. Ev üzünə həsrət qalan Xidmət işçiləri nəinki bayram günlərində işə çıxır, hətta məzuniyyətə belə buraxılmırlar. Nürəddin Əzimov adında işçi var, amma üzünü görən yoxdur...

Mənbə qeyd edir ki, kiçik bir səhv etdiyinə görə Xidmətin binasında işçini “dubinka” ilə döyən Nəbiyev, özünü MR-dəki hakim ailənin ən yaxın adamı kimi göstərməyə çalışır: “Burada onlarla adı olub, özü olmayan işçi var. Bu şəxslərdən tanınmışı Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimovun oğlu Nürəddin Əzimovdur. İllərdir bu idarədə işləyir, ancaq nə işə gəlir, nə də üzünü görən var. N.Əzimov da öz növbəsində yaxın adamı Rəfael Salmanovu burada işə düzəldib. O da Əzimov kimi idarənin yolunu tanımayanlardandır”.

Mənbə deyir ki, N.Əzimova Miqrasiya Xidmətindəki bu imtiyaz, ilk baxışdan zənn edildiyi kimi, atasının hesabına verilməyib. Belə ki, o, hakim ailənin yaxın qohumudur - Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun böyük oğlu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Talıbovun qayınıdır.

Bəs Şahin Nəbiyev hakim ailə, yəni Talıbovların gözünə girməyi necə bacarıb?

Araşdırmamız zamanı məlum oldu ki, əslində, Ş.Nəbiyev sələfi Fazil Ələkbərovun adamı olub. Deyilənlərə görə, uzun illər Sədərək Gömrük İdarəsində Ələkbərovun pulyığanı işləyib. Daha sonra Naxçıvan DTX-ya rəis təyin edilən F.Ələkbərov özündən sonra Miqrasiya Xidmətinə Nəbiyevin rəis təyin edilməsinə nail olub. Vaxtında Ələkbərovu yerə-göyə sığdırmayan, hətta onun qarşısında iki qatlanan Ş.Nəbiyev isə Talıbovlarla münasibətləri pozulan F.Ələkbərovu sataraq, ona xəyanət etmiş olub. Bu xəyanətin mükafatı olaraq o vəzifədə saxlanılıb və müəyyən imtiyazlar əldə edib.

“AzPolitika”
Ardını oxu...
“Baku Marriott Hotel Boulevard” növbəti dəfə məşhur iş adamını göstərdiyi xidmətlə marazı salıb. Bu dəfə türkiyəli iş adamı Adem Polat Bakı səfəri zamanı bu oteli seçdiyi üçün peşman olub.

Bu barədə Tribunainfo.az-a danışan biznesmen bildirib ki, otelin göstərdiyi xidməti 5 ulduzlu xidmət hesab etmək olmaz:

“Oteldəki xidmət 3 ulduz səviyyəsindədir. Əvvəldən otelin xidmətinin bu səviyyədə olduğunu bilsəydik, buranı seçməzdik. Təsəvvür edin, otaqda təraş üçün ləvazimat yox, diş fırçası yox. Soruşanda da deyirlər, gərək siz bizə bildirəsiniz, sonra biz otağa o ləvazimatları qoyaq. Otel restoranlarında yemek yeyirsən və dərhal yerində ödəniş tələb edirlər. Söyləyirsən ki, mən filan otaqda qalıram, otaq nömrəmə yazın, bir dəfəlik ödəniş edərəm. Deyirlər, xeyr, olmaz”.

A.Polat bildirib ki, sanki 10 dərəcəli dövlətin 3 ulduzlu otelindəsən:

“Mən dərhal oteli tərk etdim və əsəblərimi yerindən oynatmayan otel tapdım”.

Xatırladaq ki, bir neçə ay öncə Bakıda olan Rusiyalı məşhur biznesmen Artyom Bikov da qalmaq üçün “Baku Marriott Hotel Boulevard”i seçmiş və xidmətdən narazı qalaraq oteli məhkəməyə vermişdi:

“Hotel biabırçı idi. Personalın işini bəyənmədim. Onlar mənə iki hesab yazmağa cəhd etdilər. Bir hesabı ödədim. Birincini ləğv etməmiş gəlib ikinci hesabı yazdılar. Mənim isə hesabları yoxlamaq adətim var. Bu, eyni yeməyi iki dəfə satmaq cəhdi idi. Ciddi müəssisə, beynəlxalq şəbəkədir. Mən tamamilə məyus və narazı idim”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti