Teref.az saytının poçtuna Göyçay rayonu Çərəkə kənd sakini Kərimov Samir Adil oğlu tərəfindən daha bir şikayət məktubu daxil olmuşdur. Vətəndaş iddia edir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən "ATF" MMC və 17 saylı Yol İstismar İdarəsinin rəhbəri dövlət əmlakını və vəsaitirini talan edir. Vətəndaş teref.az-a müraciətində yazır:
Göyçay rayonu Çərəkə kənd sakini Kərimov Samir Adil oğlu tərəfindən
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, digər Ali Orqan rəhbərlərinə və Mətbuat orqanlarına
Göyçay rayonu Çərəkə kənd sakini, "Azəravtoyol"un işçisi olmuş Kərimov Samir Adil oğlu tərəfindən
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən "ATF" MMC və 17 saylı Yol İstismar İdarəsinin rəhbəri növbəti dəfə Oğuz-Şəki yolunun tikintisi zamanı dövlət əmlakını və vəsaitlərinin talan etməsindən və "Azəravtoyol XANI" tərəfindən yolun açılışı zamanı Prezidentə yalan məlumatlar verilməsindən
ŞİKAYƏT MƏKTUBU
Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən "ATF" MMC və 17 saylı Yol İstismar İdarəsinin rəhbərləri dövlət əmlakını və vəsaitirini bu dəfə Oğuz -Şəki yolunun yenidənqurması zamanı talan etdilər. Belə ki, yol tikintisi üçün ayrılan milyonlarla manatı ( 60 mil.man.) rahat şəkildə talan etmək üçün Saleh Məmmədovun saxta tender oyunlarını demək olar ki, əvvəllər ancaq "ATF" MMC şirkəti udurdu. İndi isə onlar daha da qabağa gedərək ATF-ə bağlı vergilərdən yayınan 17 saylı Yol İstismar İdarəsinə tendersiz-filansız ayrılan 60 milyon manat vəsait Oğuz-Şəki yolununun tikintisini sənəd üzərində həvalə etmişlər. Amma bütün işləri ATF MMC tərəfindən görülmüş, daxil olan vəsaitlərin də 85%-i mənimsənilmişdir.
Açılış zamanı rəsmi xronologiyada bildirilir:
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat vermişdir.
Bildirildi ki, uzunluğu 47,2 kilometr olan yolun 7,5 kilometri 1-ci texniki dərəcəyə, 26,1 kilometri 2-ci texniki dərəcəyə, 13,6 kilometri isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Buraya Oğuz və Şəki şəhərlərinə giriş yollarının, həmçinin “Şəki dairəvi yolu”nun əsaslı şəkildə təmiri də daxildir.
Qeyd edildi ki, layihə çərçivəsində yolboyu genişləndirmə işləri icra olunub, yolun köhnə asfalt örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Bundan başqa, zəruri yerlərdə müxtəlif diametrlərə malik 144 yeni dairəvi suötürücü boru quraşdırılıb, iki su keçidi və 11,6 kilometr uzunluğunda suaxıdıcı kanallar inşa edilib. Yola üç laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Məlumat verildi ki, layihə çərçivəsində Zəyzidçay çayı üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülüb, yerində 22 metr uzunluğunda yeni körpü inşa edilib. Daşağıl, Küngüt, Kiş, Qurcanaçay çayları üzərində yerləşən və ümumi uzunluğu 630 metr olan mövcud körpülər isə təmir olunub
Görülən işlərə paralel olaraq, zəruri yerlərdə 408 yol nişanı, 1731 siqnal dirəyi, 7 avtodayanacaq, 12,2 kilometr əyrixətli dəmir tir quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkilib."
BƏS PREZİDENTƏ MƏRUZA OLUNANLAR NƏ DƏRƏCƏDƏ DOĞRUDUR?
Əvvəlcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin Prezident cənab İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumatların nə dərəcədə həqiqətə uyğun olub olmamasını yerində apardığımız araşadırmalar və tanış mütəxəssis rəyləri əsasında göstərə bilərik.
Belə ki, FAKT 1. Rəsmi olaraq "zəruri yerlərdə müxtəlif diametrlərə malik 144 yeni dairəvi suötürücü boru quraşdırılıb" ifadəsi tam yanlışdır. Çünki, yol boyu müxtəlif diametrlərə malik 144 yeni deyil, söküntü materialı olan dairəvi suötürücü, yəni, azbest və beton materiallardan hazırlanmış süni qurğulardan istifadə edilmişdir. Sənəddə 144 suötürücü göstərilsə də, faktiki bu rəqəm heç 90-a çatmır.
2. Məlumat verildi ki, Daşağıl, Küngüt, Kiş, Qurcanaçay çayları üzərində yerləşən və ümumi uzunluğu 630 metr olan mövcud körpülər isə təmir olunub. Bu ifadəyə arayış olaraq bildirirk ki, körpülər təmir edilməyib, sadəcə üzərindəki asfalt-beton qatı yenisilə əvəzlənib.
3. "Zəruri yerlərdə 11,6 kilometr uzunluğunda suaxıdıcı kanallar inşa edilib"
Əslində, burada suaxıdıcı kanal adı altında əsas Zəyzidçay yatağında olan daş-çınqıl və torpaq qarışığı olan xam materiallar qanunsuz olaraq yol yatağına səpilmişdir. Əslində isə yol tikintisi layihələrində yol yatağı ən azı 1 m dərinliyində qazılmalı, ilkin qat kimi bərk cisimlər, ( çay daşı da ola bilər) sonrakı qatda yuyulmuş və doğranmış çınqıl təbəqəsi salınmalı, sonda isə yenə yuyulmuş narın qum qatından istifadə olunmalı idi. Lakin faktiki olaraq ucuz başa gələn yaxınlıqdakı çay yataqlarının qarışıq daş-qum-çınqıl və torpaq qarışığından gen bol istifadə edilmişdir.
4. Bundan başqa Şəki şəhərinin 5 km uzunluğunda Salman Mümtaz küçəsinin hər iki tərəfində yol kənarlarında quraşdırılmış işıq dirəkləri də istismardan çıxarılmış və uzun müddət anbarlarda paslanmış dirəklərdir. Onları yeni adı altında rəngləyərək yenidən bu küçədə quraşdırmışlar.
5. Yolun torpaq yatağı isə necə varsa elcə yerində qalmışdır. Yəni, onun qazılıb daşınması və standartlara uyğun doldurulması baş verməmişdir. Sadəcə sənədlərdə şişirtmələrə geniş yol verilmişdir.
6. Şəki-Oğuz yolunun yenidən qurulması layihəsi isə bu sahə üzrə layihə hazırlayan şirkətlər tərəfindən deyil, icraçı şirkətin bu sahədə mütəxəssis olamayan, əvvəllər yol kənarında nar satan naşı əməkdaşları tərəfindən necə gəldi hazırlanmışdır.
7. Dövlətimizin başçısına verilən son məlumatda isə görülən işlərə paralel olaraq, zəruri yerlərdə 408 yol nişanı, 1731 siqnal dirəyi, 7 avtodayanacaq, 12,2 kilometr əyrixətli dəmir tirinin quraşdırıldığı bildirilmişdir. Bəli, yaxından diqqət yetirdikdə görürürk ki, sözügedən 12.2 km əyrixətli tirin demək olar ki, yarısı köhnə və nə vaxtsa istifadə olunmuş və sökülərək istismardan çıxarılmış əyrixətli tirlər yenidən bu yol boyu istifadə edilmişdir. Təqdim etdiyimiz fotolardan da bunu aşkar görmək olur. Məslən, Oğuzun Muxas- Bucaq istiqamətində yolun sağında dəmir tirləri gümüşü, lakin yolun sol tərəfində isə sarı rəngdədir. Yəni köhnə olub və məcbur olub rəngləyiblər.
8. Yolun "çiyin" hissəsi normada 2.5 metr olmaq əvəzinə, cəmi 1.5 metrdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, 47 km uzunluğunda yenidən qurulmuş Şəki-Oğuz yolunun inşaası zamanı qanunsuz olaraq işin icrasını ATF MMC maşın və avadanlıqları ilə həyata keçirsə də külli-miqdarda dövlətə vergi borcu olan AAYDA-nın 17 saylı Yol İstismar İdarəsinin balansında olan az sayda texnika və avadanlıqlarından da istifadə edilmişdir. Lakin daxil olan bütün pullar mənimsənildiyindən 17 saylı Yol İİ-si vergi pulunu ödəməmişdir. ( Yəni, vergiyə pul saxlamamışlar)
Bütün maxenasiyaların nəticəsində "ATF" MMC-nin təsisçiləri olan Muradov qardaşları Azərbaycan Respublikasının dövlət büdcəsini talan etməklə milyonlara sahib olublar. Onlara məxsus Bakı şəhərində, Göyçay, İsmayıllı, Qəbələ və digər rayonlarda Yanacaq Doldurma Məntəqələri, ticarət obyektləri, şadlıq evləri və villalar var. Bu bəs etmədiyi kimi indi də Almaniyada çoxsaylı əmlaklar almağa girişiblər.
Araşdırmalarımızın nə dərəcədə reallığa uyğun olub olmamasını yoxlamaq istəyən varsa yenicə açılışı olmuş yolun sağına-soluna diqqətlə baxması kifayət edər. Məsləhət olarsa aidiyyatı hüquq-mühafizə orqanları inşaat texniki-ekspertizası da təşkil edə bilərlər. Yetər ki, dövlətimizin başçısını və ictimaiyyətimizi Naxçivan "XANı" Vasif Talıbov kimi "YOLLAR XAN"I Saleh Məmmədov da aldatmasın.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan xahiş edirəm dövlət vəsaitini talan edən, insanların əmək hüquqlarını pozan, istismar edən bu vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görəsiniz.
Kərimov Samir Adil oğlu
Teref.az olaraq şikayəıt məktubunda acıqlanan iddialarla bağlı qarşı tərəfin mövqeyini dəırc etməyə hazırıqq!
Teref.az