Ardını oxu...
Bir neçə gün əvvəl Çindən dekor güllər gətirən tacirlərin Bakı Baş Gömrük İdarəsində haqsızlıqla üzləşdikləri səbəbindən Dövlət Gömrük Komitəsinə (DGK) etiraz etmələri barədə məlumat yaymışdıq.
Xatırladaq ki, redaksiyamıza müraciət edən bir qrup şəxs Çindən idxal etdikləri sintetik güllərə görə gömrük haqqı bir kiloqrama görə 3,5 ABŞ dollarından 5,0 dollara qədər qaldırılmasından şikayətlənmişdilər. Bakı Baş Gömrük İdarəsində rastlaşdıqları axırıncı tələbdən çox məyus olan ticarətçilər etirazlarını daha uca səslə bildirmək üçün Dövlət Gömrük Komitəsinə də gedibmişlər. Onlarla təmasa çıxan Bakı Baş Gömrük İdarəsinin Elmir adlı əməkdaşı isə sözün hərfi mənasında bazarlıq etmişdi: “Qiymət qalxıb, yox əgər 5 dollara razı deyilsinizsə, sizin üçün güzəşt edib 4,5 dollara rəsmiləşdirə bilərik”.Şikayətçilər Mediatv.az-a bildirirlər ki,axı son zamanlarda gömrük haqqında,eləcə də gömrük rüsumları haqqında qanunda dəyişiklik edilməyib.Bizdən alınan bu pullar hara köçrülür,kimlərin cibinə axır?
KİV olaraq mülahizə yürütmüşdük ki, bu məsələ bu ilin avqust ayında Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilən, yerinə hələlik təyinat olmayan gömrük xidməti polkovniki Pərviz Kəngərlinin vəzifəsinin müvəqqəti icrasının tapşılırldığı DGK sədrinin birinci müavini,sədr vəzifəsini müvəqqəti icra edən Şahhin Bağırova qarşı təxribat da ola bilər. Eyni zamanda DGK sədrinin birinci müavininin BBGİ-nin rəisi vəzifəsini müvəqqəti öz üzərinə götürən kimi dərhal elə qanunsuz göstərişlər verə bilməsini inandırıcı hesab etməmişdik.
Amma “ən doğrusunu DGK rəhbərliyi bilər” deyib Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundovla telefon əlaqəsi saxladıq və baş verənlərə aydınlıq gətirməsini xahiş etdik. Natiq müəllim Bakı Baş Gömrük İdarəsi ilə əlaqə saxlayacağını, uzağı 20 dəqiqə ərzində məsələ ilə bağlı açıqlama verəcəyini vəd etdi. O 20 dəqiqə artıq bir həftədir ki, mətbuat katibi hər vəchlə bizimlə ünsiyyətdən yayınır. Onun əvəzinə telefonu götürən əməkdaşlar zəng etdiyimizi ona çatdıracaqlarını deyirlər, amma cavab gəlmir ki, gəlmir.
Belə başa düşürük ki, cənab Natiq Axundov təkzibolunmaz və həm də izaholunmaz fakt qarşısında qalıb və nə cavab verəcəyini, qanunsuz qiymət artımını hansı “arqumentlə” əlaqələndirəcəyini bilmir. Adətən belə situasiyalarda etirazların səngiməyini, necə deyərlər, “aranın sakitləşməyini” gözləyirlər ki, vaxt qazansınlar. Ümid edirlər ki, ticarətçilər boş yerə vaxt itirdiklərini görüb vəziyyətlə barışarlar. İstisna deyil ki, onların arasında daha fəallarını dilə tutmaq və təzyiq göstərmək yolu ilə fikirlərindən yayındırmaq, bir sözlə, sıralarını pozmaq cəhdləri də olsun.
Ən sonda xatırladaq ki, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarınının dərəcələri Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilir və qərar NK-nın “www.cabmin.gov.az” saytında yerləşdirilir.
Mövzuya qayıdacağıq.
Mediatv.az
 
 
 
Ardını oxu...
Nizami polisinin 24-cü Polis Şöbəsinin 66 yaşlı 1-ci dərəcəli Qarabağ qazisinə qoluqandallı işgəncə verib, 9 qabırğasını sındırmasına, ağ ciyərində hematoma əmələ gətirməsinə , açıq -qapalı kəllə beyin travması kimi ağır xəsarətlər yetirməsinə, tibbi yardıma, astma dərmanından belə istifadə etməsinə qadağa qoymasına şikayətini və ekspertiza rəyini alan Nizami prokurorluğu , hərəkətsizliyindən şikayət verilən yuxarı prokurorluq orqanları nəinki hüquqi qiymət verir, əksinə, cinayəti ört-basdır edirlər. Elə Ombudsman kimi. Elə bil nə mən olmuşam, nə məhkəmə qərarı olmadan izlənmişəm, nə qatı cinayətkar kimi barəmdə sahə müvəkkili Elçin İslamov “donos” yayıb, nə 2 sutka yaralı durumda işgəncə kamerasında saxlanmışam, nə evimdən kompüter oğurlanıb . Heç müstəntiq Qalib Kərimli də olmayıb, işgəncə kamerasına Xətai məhkəməsinin keçmiş hakimi Raziyə Ataşovanı da gətirməyib, bu başabəla hakim də müstəntiqlə birlikdə yazdıqları üzləşmə protokolunda üzümə durmayıb ki , mənə icra vərəqi verməyib, axı icra vərəqi tələbkara yox, ( Xətai və Nizami ) icra şöbələrinə verilir . Raziyə Ataşovanın ikiqat məsuliyyət daşıması - həm yalan ifadə verməsi, həm də məhkəmə qərarı olmadan həbsdə saxlanmağım cinayətini bilib xəbər verməməsi “xüsusatları” da təsdiqini tapmayıb. Heç indiki hakim Nigar Qədirli də, ona əmlakımı oğurlamağa təqdimat yazan prokuror Pərviz İbayev də olmayıb. İşgəncəgörən 1-ci dərəcəli Qarabağ qazisinin qoluqandallı rentgen müayinəsini həyata keçirən Sabunçu rayonu , 3 saylı xəstəxanada olması da uydurmadır, DİN-in qospitalında rentgen müayinəsindən keçməsi də. Heç Səhiyyə Nazirliyinin Nizami rayon məhkəmə -tibbi eksperti də prokurorluğa ağır xəsarətlər barədə rəy verməyib. Hamısı yalanmış, “xüsusatlar”ın təsdiqini tapmadığını” Bakı şəhər Baş Polis İdarəsinin təşkilat inspektor idarəsi (Bəkir Sarıyev), Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “təsdiq edib”.
Bəs ölkənin 1-ci şəxsləri, bəs baş prokuror, Prezident köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov nə deyirlər ? İşgəncə kamerasından çıxan kimi PA-nın 1111 çağrı mərkəzinə cavab olaraq Prezident köməkçisinin qəbul limitinin ildə iki dəfə, yəni altı aydan bir olduğunu dedilər. Aprel ayında qəbulda olduğumdan, lap işgəncə olmasın, ölüm olsun, Fuad Ələsgərovun qəbul limiti bitib! (?) 1111-dən məktubla müraciət etməyimi məsləhət gördülər.
1-ci vitse-prezidentin katibliyindən sayğı ilə davranıb, yaralı durumda qəbula gəlmək əvəzinə, məktubla Prezident Administrasiyasına müraciət etməyi dedilər. 12 sentyabr 2022-ci ildə həm 1-ci vitse-prezidentə, həm də Prezidentə (köməkçisi Fuad Ələsgərova) xəbərnaməli məktub göndərib, sentyabrın 14-də məktubun çatdırılması barədə bildiriş teleqramı aldım. Sən demə, bu “xüsusatlar” da təsdiqini tapmayıbmış”. 14.12.2022-ci ildə 1111-ə zəng edəndə həm Prezidentin (köməkçisi Fuad Ələsgərovun ), həm də 1-ci vitse-prezidentin katibliyindən sentyabr ayında onlara məktub daxil olmadığı bildirildi. Bu necə ola bilər , axı məktubun PA-ya çatdırıldığını poçt şöbəsi təsdiq edib! ? Belə çıxır, məktub PA-ya çatandan sonra itirilib, aidiyyatı üzrə verilməyib. Görəsən, polis işgəncəsini gizlədib “ayı xidməti” göstərən sənədlərlə və müraciətlərlə iş şöbəsinin müdiri Süleyman İsmayılovun özüdür, yoxsa köməkçiləri? Nə bilim?
13.09.2022-ci ildə online rejimdə PA-nın saytı ilə Fuad Ələsgərovun 15 sentyabrda olacaq qəbuluna yazırdım. 1111-ə zəng edəndə isə əks - əlaqə ilə qəbula yazılmaq təsdiqlənməsə, PA-nın Vətəndaşların qəbulu mərkəzinə getməyi məsləhət gördülər . Mərkəzin 39-cu zalında adını deməkdən imtina edən xanım ( qeydiyyat otağında Səmayə Əliyeva olduğunu açıqladılar) qəbula bir gün qalmış yazılmaya qadağa qoyulduğunu deyib, 1111-i suçladı. Nə qədər əlillərin növbədənkənar qəbul olunduğunu desəm də, limitin dolduğu əsası ilə qəbula qadağa qoyuldu. Hətta yazılı müraciətimi də qəbul etmədi ki, poçtla göndərməliyəm. Poçtla göndərilənlərin it-bata salındığını deyəndə, başqa “xüsusatlar”ın mümkün olmadığı cavabını aldım. PA Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovun 23 dekabrda olacaq qəbuluna da anonimliyini inadla saxlayan xanım Səmayə Əliyeva qadağa qoydu ki, qanunvericiliyə və hüquqa tüpürməklə bağlı şikayətlərin Gündüz Kərimova aidliyi yoxdur. Belə başa düşdüm ki, polis özbaşınalığından şikayətləri qəbul şöbəsi kiminsə göstərişi ilə ört-basdır edir. Kimin? Nə bilim?
Bəs VK -nın intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilovun DİN-dən əməkhaqqı almasına, məhkəmələrlə qeyri-prosessual münasibətə girərək, 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoymasına kim baxmalıdır? DİN -də vəkil ştatı var? Əlirza Həbilov etibarnaməsi olmadan DİN-in vəkili və nümayəndəsi kimi məhkəməyə təzyiqinə hüquq qiymətini kim verməlidir? PA-nın qanunvericilik və hüquq siyasəti şöbəsinin müdirinin vəkil -məhkəmə dələduzluğuna baxmadığı cavabı ilə yola salındıq. Heç sosial təminat hüququna inzibati-məhkəmə qadağasına da Aparatda baxan olmadığı, ƏƏSM nazirinin qəbuluna getməyi məsləhət verməklə cavab verildi. Bir daha qanunsuzluğun başında hüququn “başına çatı salan , oyun açan” PA-nın dayandığına əmin oldum. Bir daha əmin oldum ki, polis istənilən yerdə, istədiyi anda qollarımı qandallayıb işgəncə verər, sorğu – sual edən də olmaz.
Yaxşı ki, 1-ci vitse-prezident , xanım Mehriban Əliyeva var! 1111-ə 1-ci vitse-prezidentin katibliyinə zəng edib, qısa bilgi verən kimi, anında qəbula yazdılar və dinləyib 10 günə tədbir görüləcəyini dedilər. Gözləyək. ..
MƏĞRUR BƏDƏLSOY
Ardını oxu...
 
Ardını oxu...
Naxçıvan Respublika xəstəxanasından şikayətlər getdikcə artır. İddialara görə, Baş həkim tibb bacılarına və təmizlikçilərə göz verib, işıq vermir.
Mən də Zəbur müəllimin üzü həmişə gülsün deyə, onun barəsində redaksiyamıza göndərilən bütün şikayət məktublarını dərc etməyə qərar verdim. Beləliklə ilk qısa məktub (olduğu kimi):
"Naxçıvan Respublika xəstəxanasının, aparıcı qüvvələri olub,lakin haranı bitirdiyi məlum olmayan (daha doğrusu hazır diplom almış) həkimləri:
1. Ramidə Bağırova-söbə müdiri
2.Günay Bağırsoylu-cərrah ginekoloq (faizlə həkim gətirmək işləri görür)
3.Vüsal Əliyev-şöbə müdiri
4.Aysel Dünyamalıyeva -şöbə müdiri.
Məncə araşdırma aparılmalı ən mühüm sahələrdən biri də səhyyədir.Həm yeyinti,həm saxtakarlıq baxımından. Təkcə
işdən çıxarılan işçilərin ərizələrinin yoxlanılması belə burdakı özbaşınalıqların hansı həddə olduğunu göstərər".
Heydər Oğuz
Teref.az
Ardını oxu...
 
 
 
Ardını oxu...
DİA.AZ: - "Azəriqaz"-ın bu zamana qədər abonentlərin (istehlakçıların) cibinə necə girdiyini sübutlayan faktlar açıqlanıb. Bu barədə DİA.AZ-a adının açıqlanan faktlardan belə aydın olur ki, sözügedən qurum rəhbərliyi əvvəlki "Azəriqaz" şeflərindən fərqli olaraq dövlətdən daha çox, vətəndaşdan oğurlamaq yolunu seçib ki, bunun da fakt olaraq ifşası o qədər də asan deyil. Beləliklə, "Azəriqaz" rəhbərliyinin vətəndaşların cibinə necə girdiyini sübutlayan dəlilləri təqdim edirik. Qeyd edirik ki, mənbənin açıqladığı faktları redaktə olunmamış versiyada təqdim edirik. Zatən fikirlər anlaşılandır.
Hazırda da "Azəriqaz"da çalışan mənbə dia.az-a yazır: "Bəli, bizdədə qazı talayan oğurlayan abonentlərimiz var... qoy onlar qanuni cəzalarını alsınlar Azərbaycanın qanunları ilə, Lakin elə abonent istehlakci var onlara Azəriqaz tərəfindən qanunsuz olaraq cərimələr tətbiq edilir əsassız qaz itkilərinin bərpası məqsədiylə abonentdən xəbərsiz onun kodlarına müəyyən məbləğlər vurulur. Bir mütəxəsis kimi deyə bilərəm ki, akt tərtib olunmuş 95 % abonentlərə qanunsuz olaraq hesabat aparilmiş və qanunsuz olaraq abonent borclandırılmışdır. Təsəvvür edirsiz 2019-cu ildə sayğac əvəz olunub 2022-ci ilin noyabrinda həmin abonentə itirilmiş qazın bərpası haqqında akt tərtib olunub abonentin əvəzinə qol cəkilməklə, Bu rayonlar əsasən (Bakı rayonları, Xacmaz, Ağdaş, Gəncə, Quba, Göycay və Masallı rayonlarını kütləvi şəkildə əhatə edib) Abonentlər bunu görmür bildirişdə cixmir, Bir nüansı qeyd etmək istərdim abonentiin sayğacı əvəzlənib sayğac 1 gün qalib abonentin ünvaninda abonent qazdan istifadə edə bilməyib yəni sayğac keçən qazı buraxmayib dərhal 104 ə məlumat verib ki bəs mən fərdi evimdə qazdan istifadə edə bilmirəm xidmətin Sayğaclarin istismarı və metrologiya şöbəsi tərəfindən dərhal sayğaca baxış kecirib və məlum ediblər ki, sayğacın həqiqətən zavod qüsurludur sayğac əvəzlənməlidir bu fakt 1 günün icində baş verib
Sayğacı göndərillər labaratoriyaya sayğaca rəy verilir ki sayğacda qaz itkisi yaranmişdır sayğac ötən qazin sərfini qeyd etmir və abonentə 1 ay müddətində itirilmış qaz hesablanaraq 172.80 qəpik abonent borclandirilmişdir. (4x12x30=1440) (1440*0.12=172.80 AZN) (İZAH: 4= sayğacın nominal qaz buraxma əmsalı, 12 günün saatı, 30 isə gündür) Burda məqsəd ancaq itkilərin minimum aşağı endirilməsi və qoyulmuş rəqəmin SOCAR a verilməsindən ibarətdir.
Azəriqaz Hesabat versə əgər doğru dürüst satılan qazın umumi miqdarinin necə min kubu sayğac göstəricisndən gəlib və necə kubu yazilmiş gizlin cərimələrdən gəlib bu qeyri adi bir rəqəm ortaya cixacaq orda görəcəksizniz ki, həqiqətən satılan qazın 40 faizi məhz cərimələr dən gələn qazdır və bu bizi narahat edir cünki abonent bilmədikcə hər ay davam edən məsələlərdəndir.
Azərbaycan xalqı vallah gözəl xalqır bu xalq körpədir bu xalqın ordusuyla dünyanı fəth eləmək olar bu xalqı aldatmağ olmaz. 2018-ci ildə 2019-cu ildə sayğac əvəzləmisən 4 il kecib indi siz vəzifədə qalacaqsız deyə ona cərimə vurursuz günahdir eləməyin belə.
Siz birdənədə olsun itkilərin qarşısın alınması məqsədiylə hec bir təsərüfatda iş görmədiz . itkinin qarşısının alınmasını ancaq sayğacda gördüz ancaq itkinin yaranma səbəbləri fam fərqlidir.
Kütləvi surətdə 5-6 il istismarda olmuş Azəriqazz İB-nin eks baş direktoru Əkbər Haciyevin dövründə abonentlərin istifadəsinə verilən Alman markası olan ELSTER G-4 mexaniki tipli qaz sayğaclarını istismardan cixararaq hamisini labarator şəraitində yararsız edərək metalloma göndərdiz Səbəb nə idi?
Dünya təcrübəsində götürək elə Rusiya və Belarus təcrübəsini Sayğac abonentə qurulduqdan sonra 5 il tamaminda Sayğac mütəxəsisləri tərəfindən əvvəlcə sayğaca yerində baxış kecirilir daxili yoxlanilir kamera vasitəsiylə xüsusi maye vasitəsiylə yuyulur hər hansi bir nöqsan olmasa sayğac yenidən şəbəkəyə bağlanır 10 cu ilində sayğac acilib artıq labarator şəraitində yoxlanilir və abonentə yeni sayğac baglanilir labarator şəraitində yoxlanilan qazz sayğacı əyərsə yararlidirsa və yenidən digər abonentin istifadəsi ücün yaralı hesab edilərək qoşulur və beləliklə sayğacin istismar ili 20 il hesab olunur. Bizdə tamamiylə fərqlidir".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Ucar rayonu H.Əliyev prospekti bina 31 mənzil 15 sakini Curullayev Kənan Akif oğlu tərəfindən

ŞİKAYƏT

16 noyabr 2022-ci il tarixdə atam Akif Curullayevin halı pisləşdi deyə Ucar rayon xəstəxanasına gətirdik.Həkim müayinə edib gah dedi ki, qan təzyizi qalxıb, gah dedi ki, ağciyərinə soyuq olub, gah dedilər ki, infakrt keçirib gahda da dedi ki, ürək çatışmamazlığıdır.Biz atamı Bakı şəhər xəstəxanasına aparılması üçün göndəriş istəsəkdə xəstəxananın direktoru Zeynal Bayramlı qanunsuz olaraq vermədi.
Bir neçə saatdan sonra atam həkim savadsızlığına və səhlənkarlığına görə vəfat etdi.
Biz indiyə qədər Ucar xəstəxanasına müraciət etməmişdik.Buna görə bilmirdik ki, Ucar xəstəxanasında savadlı həkimlər yoxdur, əks halda biz qonşu Göyçay rayon xəstəxanasına getsəydik indi atam həyatda idi ölməmişdir.Göyçay xəstəxanasında savadlı həkimlər çoxdur orada xəstələrlə mehriban davranırlar.
Ucar rayon xəstəxanasında isə təcrübəli və savadlı həkimləri direktor Zeynal Bayramlı didərgin salıb xəstəxanadan qova bilib.Xəstələr və onların yaxınları ilə Ucar xəstəxanasında kobud rəftar edirlər.Adi salamı belə pulla alırlar.
Zeynal Bayramlı Ucar xəstəxaansını çox bərbad vəziyyətə salıb.Hamı oranın fəaliyyətindən narazıdır.Zeynal Bayramlı rayonda insanlar arasında şaiyə yaydırıb ki, mənim yuxarılarda adamım var mənə gözün üstə qaşın var deyən olmayacaq.
Ucar xəstəxanası respublikada ən geri qalmış ən çox narazılıq yaratmışdır.
Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan xahiş edirəm atamı həkim səhlənkarlığına görə öldürən, insanların taleyi ilə oynayan dövlət xəstəxanasını viran günə qoyan direktor Zeynal Bayramlının barəsində tədbirlər görəsiniz.

 
Ardını oxu...
Naxçıvan MR xəstəxanasının Baş həkimi Zəbur Bağırov rüşvət aldığını etiraf etdiyi səs yazısını xəstənin qohumunu (qardaşının həyat yoldaşını) işdən çıxartmaqla hədələyib sildirib.
Sonda isə "mən heç hara gedən deyiləm, kimsə mənə heç nə edə bilməz. Elə etməyin sizi Naxçıvandan didərgin salım", - deyib.
Teref.az xəbər verir ki, bunu jurnalist Heydər Oğuz öz səhifəsində yazıb. Daha sonra jurnalist yazır:
Xəstəxana işçilərindən birinin vatçap durumunda paylaşıb dərhal sildiyi status təqdim edirik:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) "Qara Qaya” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 175 331.6 AZN təşkil edən müqavilədə yolların əsaslı təmir işlərinin satınalınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur.

Açıq mənbələrdə nə Aydın Əliyarov, nə də şirkət haqqında məlumatlar var.

Maraqlıdır ki, şirkət əsas Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur. Müqavilədə abadlaşdırma ilə bağlı mal-materialların, yumşaq invertar və xüsusi geyimlərin satın alınması nəzərdə tutulur.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir.
 
 
 
Ardını oxu...
Ölkənin səhiyyə sistemində aparılan islahatlara baxmayaraq, şəhər və rayonlarımızda fəaliyyət göstərən xəstəxanalarda ciddi şəkildə problemlər qalmaqdadır. Belə səhiyyə ocaqlarından biridə Sabirabad rayon Mərkəzi Xəstəxanasıdır. Xalqxeber.az-a daxil olan məlumata görə hazırda Sabirabad Mərkəzi Xəstəxanasını baş direktorun maliyy məsələlər üzrə müavini Bayram Mikayılov idarə edir. Belə ki, Bayram Mikayılov hazırkı direktor Ənvər Lumanovun korrupsiya əməllərini ortaya çıxardaraq onu sözün əsl mənasında “şantaj” edərək kreslosunu zəbt edib. Bu məsələ ilə bağlı mənbəmiz qeyd edir ki, Bayram Mikayılovun planı hələki səssiz şəkildə Ənvər Lumanovun əli ilə xəstəxanadan yaxşı qazanc əldə etmək, daha sonra isə direktor olmaqdan ibarətdir. Bayram Mikayılov həkim və tibb bacıları vasitəsi rayonda şaiyyə yaydırır ki, o xəstəxanada nizam intizam yaradıb və buna görədə bəziləri onu vurdurur. Ancaq Sabirabad xəstəxanasında bir saat müşahidə aparan istənilən şəxs səhiyyə ocağında heç bir nizam intizamın olmadığının şahidi olar. Yenədə şöbə müdirlərindən və həkimlərdən pullar yığılır, xsətələrdən rüşvət alınır. Mənbəmiz iddia edir ki, Bayram Mikayılov xəstəxanada yatan xəstələr üçün dövlət tərəfindən ayrılan ərzaq vəsaitinin böyük hissəini özünə götürür. Bundan başqa Bayram Mikayılov Ənvər Lumanov üçün şöbələrdən yığılan aylıq haqqın yarsınada “çökdüyü” deyilir. Mənbəmiz bildirir ki. Bayram Mikayılov bir müddət yaxşı qazanc əldə etdikdən sonra Ənvər Lumanovun yerinə keçmək niyyətindədir. Hətta bununla bağlı TƏBİB-də özünə himayədarda tapıb. Qeyd edək ki, Bayram Mikayılov daha yaxşı görərlər. ilə özü haqqında müxtəlif tibb bacıları Ancaq keçmişi ciddi
Sabirabad Rayon Mərkəzi Xəstəxanası maliyyə işləri üzrə direktor müavini Bayram Mikayılov vaxtı ilə Saatlı və Sabirabad DSMF-nin müdiri vəzifələrində işləyib və müxtəlif qalmaqalları ilə ad çıxardıb.
B.Mikayılov DSMF-nin Saatlı rayon şöbəsinin müdiri vəzifəsində çalışarkən yaşlı kişini təhqir etməsi, daha sonra paytaxtın Xətai rayonunda arvadı Gülnarə Cəbrayılovanı mübahisə zəminində bıçaqlaması ilə gündəmə gəlmişdi.
Daha sonra Bayram Mikayılov vəzifə səlahiyyətlərinin icrası zamanı kobud nöqsanlara yol verdiyinə görə nazir Sahil Babayev tərəfindən Sabirabad DSMF-nin müdiri vəzifəsindən qovulmuşdu.
 
Ardını oxu...
Təkcə dekabrın son günlərində “Yelo bank”ın 200-ə yaxın məhkəmə çəkişməsi var. Sözügedən bankın idarəçiləri növbəti ildən fərqli starategiya düşünmək məcburiyyətindədirlər. Çünki bankın statistikasını yüksək göstərmək üçün istənilən şəxsə kredit vermək məsul şəxslərin bank işindən xəbərsiz olduğunu deməyə əsas verir. Təkcə dekabr ayının son 20 günündə 25 ailənin mənzildən çıxarılması üçün məhkəmə prosesi baş tutub.
Tribunainfo.az xəbər verir ki, “Yelo bank” Məhərrəmovlar ailəsini mənzilindən çıxarmaq üçün Sabunçu rayon Məhkəməsinə baş vurub. Hakim Nilufər Cəfərlinin sədrliyi ilə keçirilən proses 29 dekabr tarixinə təyin edilib. İşin mahiyyəti mənzil mübahisəsi və vətəndaşın mənzildən çıxarılmasıdır.
Növbəti məhkəmə prosesi isə sözügedən bankla “AZE-Samand LTD” MMC arasındadır. Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə “Yelo Bank” kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Məhkəmənin ilkin hazırlıq iclası 30 dekabra təyin edilib.
Digər maraqlı proses isə “Qarakənd faciəsi” nin qurbanlarından olan Tofiq İsmayılovun oğlu Mirheydər İsmayılova qarşıdır. 2021-ci ilin may ayından başlayan məhkəmə prosesi indiyə qədər davam edir. Təxminən 2 ilə yaxın məhkəmə prosesi bu ilin son günlərinə təyin edilib. İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisədir.

Digər prosesdə isə vətəndaş “Yelo bank”ı məhkəməyə verib. Belə ki, iddaçı Ağayev Fəqani “Yelo bank” la birlikdə “Azevrocar” MMC-ni məhkəməyə verib. Vətəndaşın iddası bankın və digər cavabdehin müqavilələrdən əmələ gələn öhdəlikləri yerinə yetirməmsidir. Proses Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə 29 dekabr tarixində baş tutacaq.
“Yelo bank” həmçinin bir ailənin mənzilindən çıxarmaq iddası ilə də Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə baş vurub. Bank Məmmədova Dilşad, Məmmədova Nuranə, Məmmədov Rəşad, və Məmmədov Tofiqi cavabdeh qismində prosesə cəlb edib. Hakin Anar Qasımovun sədriliyi ilə baş tutacaq proses 27 dekabr tarixində keçiriləcək.
Növbəti mənzildən çıxarılma ilə məhkəməyə baş vuran “Yelo bank” bu dəfə Novruzovlar ailəsi ilə 27 dekabr tarixində Sumqayıt Şəhər Məhkəməsində görüşəcək. Belə ki, hakim Elmir Hüseynov prosesdə iddianı təmin edib qərar verərsə, Novruzova Elmira və Novruzov Ramilin yaşadıqları mənzil əllərindən alınacaq.

“Yelo bank”ın növbəti ailənin mənzildən çıxarmaq üçün Abşeron Rayon Məhkəməsinə də baş vurub. Belə ki, Hacıyev Rahim, Hacıyev Ramiz və Hacıyeva Fərəbanıya qarşı başladılan prosesə hakim Cəmilə Səfiyeva sədrlik edəcək. Oktyabr ayının ilk günlərindən başlayan məhkəmə prosesi 26 dekabr tarixinə təyin edilib.
Daha bir mənzildən çıxarılma prosesi isə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində hakim Rübabə Qafarovanın sədrliyi ilə baş tutacaq. Məmmədov Niyaməddinin yaşadığı mənzildən çıxarılması ilə başladılan prosesə 26 dekabr tarixində baxılacaq.

Bir başqa mənzildən çıxarılma prosesi də Sumqayıt Şəhər Məhkəməsində baş tutacaq. Rəsulzadə Rəsul və Rəsulov Vüqarın mənzilindən çıxarılması üçün baş tutacaq mıhkəmə prosesinə hakim Günel Tanrıverdiyeva sədrlik edəcək. Proses 23 dekabr tarixində keçiriləcək.

22 dekabr tarixində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baş tutacaq prosesdə isə vətəndaş “Yelo bank”ı məhkəməyə verib. Vətəndaş Qarayev Aydın bankla yanaşı “Bakı Hərrac Mərkəzi” MMC-ni məhkəməyə verib. Proses hakim Fərid Əyyubovun sədirliyi ilə keçiriləcək.

Vətəndaş Hüseynov Nizaməddin də Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək “Yelo bank”a qarşı iddia irəli sürüb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrin yaranması, bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələrdir.
Proses hakim Fərid Əyyubovun sədirliyi ilə 21 dekabr tarixində baş tutacaq.

20 dekabr tarixində baş tutacaq prosesdə də hakim qarşısına çıxarılacaq tərəf “Yelo bank”dır. Vətəndaş Mikayıllı Rasim bankla arasında bağlanmış müqaviləyə xitam vermək üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə baş vurub. Proses hakim Ayaz Məmmədovun sədrliyi ilə keçiriləcək.

“Yelo bank”ın daha bir məhkəmə prosesinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq. Vəliyevlər ailəsinə olan iddada borcun ipotekaya yönləndirilməsi nəzərədə tutulur. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. Prosesə Gülnarə Tağızadə sədrlik edəcək.

Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə də məhkəməyə verilən “Yelo bank”a qarşı iddia irəli sürən vətəndaş İsmayılov Mir Heydərlə bankın çəkişməsinə Gülnar Babazadə sədrlik edəcək.

20 nəfəri birdəfəyə məhkəməyə verən “Yelo bank” vətəndaşları müqavilələrdən əmələ gələn öhdəlikləri yerinə yetirmədikləri ilə bağlı iddia irəli sürüb. Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşovun rəhbərliyi ilə baş tutacaq məhkəmə prosesi 15 dekabr tarixinə təyin edilib.

Kazımovlar ailəsinin mənzildən çıxarılması üçün “Yelo bank” Sumqayıt Şəhər Məhkəməsinə baş vurub. Hakim Elmir Hüseynovun sədrlik edəcəyi proses 15 dekabr tarixində baş tutacaq.

Tribunainfo.az
 
Ardını oxu...

❄ Qiymətlər donduruldu!

Qonaqların xoş istirahətini əsas iş prinsipi olaraq seçən, hər zaman onlara ən əlverişli şərtlərlə otaqlar və xidmətlər təklif edən «İsmayıllı Resort & Hotel» dekabr ayının 11-dən etibarən "Qışa özəl" adlanan növbəti endirim kampaniyasına başlayır.
Ardını oxu...

Artıq həftəiçi 2 gecəlik standart otaq 140 deyil, 90 AZN! Bu fürsəti qaçırmayın! Öncədən rezerv edin!

Qiymətə həmçinin daxildir:
• Səhər yeməyi
• Türk hamamı
• Buxar otağı
• Şok hovuzu
• Fitness mərkəzi
• Uşaq oyun otağı
• Karaoke'dən istifadə

Rezervasiya və əlavə məlumat üçün:
• |

Dünyapress TV

Xəbər lenti