Ardını oxu...
AzTimes.az xəbər verir ki,bu haqda jurnalist Zaur Qənbərov şəxsi “Facebook” hesabında yazıb:

“Bu maşın Gədəbəy rayon İnəkboğan kənd icra nümayəndəsi Kazımov Şahin İlyas oğluna məxsusdur. Maşının dövlət qeydiyyat nömrəsi 10-SK-021 olsa da, Ş.Kazımov nömrəsini öz adına uyğunlaşdırıb. S hərfinin aşağı hissəsinə şurup bağlayaraq Ş hərfi edib. SK olub ŞK, bu da Şahin Kazımov anlamına gəlir.
İndi bu maşın radara düşürmü? Yaxud qayda pozuntusu edəndə kameralarda necə müəyyən edirlər? Əlbəttə, xeyr.

Təbii ki, bunu Gədəbəyin YPX əməkdaşları görürlər və bilirlər. Gədəbəyin icra başçsı İbrahim Mustafayev olan zaman Şahin maşınlarını rayonda yolun ortasında da park edirdi. İ.Mustafayevin bibioğlusu Taleh Məmmədovla ailəvi dost olması bu qayda pozuntusu etməsinə şərait yaradırdı və kimsə də irad bildirməyə cürət etmirdi.

İ.Mustafayev Gədəbəydən başçılıqdan getsə də, YPX əməkdaşları yenə də Şahini saxlamaqda çəkinirlər. Bəlkə də döyülməkdən qorxurlar. Çünki illər əvvəl Şahin Kazımov Gədəbəy Polis Şöbəsində Verdi adlı polis zabitini xidməti otağında döymüşdü. Üstəgəl Gəncə-Şəmkir YPX Postunda polis çavuşunu döymüşdü. Göz gördüyündən qorxur. S hərfini Ş hərfinə keçirən Şahindən qorxu olmasa, YPX əməkdaşları buna çoxdan tədbir görərdi.”

Zaur Qənbərov məsələyə operativ cavab verilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edib.
Ardını oxu...
 
Ardını oxu...
Daxili İşlər Nazirliyi azyaşlıların işgəncələrə məruz qaldığı iddiasını araşdırır

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında video paylaşaraq, “Sevgi evi” Qadın və Uşaq Sığınacağında azyaşlıların işgəncələrə məruz qaldığını bildirib. “2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib? Ümumiyyətlə, qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür. Amma mən faktlara əsaslana bilərəm. Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür. Hörmətli dövlət qurumları, yalvarıram sizə, qurtarın bu uşağı. Uşaq ölür”, - deyə Kəmalə Ağazadə qeyd edib.

Bakupost.az-a açıqlamasında “Sevgi evi” Qadın və Uşaq Sığınacağının adını açıqlamayan işçisi deyib ki, heç bir işgəncə faktı olmayıb, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yalan məlumat verib.

Sığınacaqdan bildirilib ki, azyaşlının anası yayılan məlumatlarla bağlı suallara cavab verəcək: “Həmin uşaq bizim sığınacaqda anası ilə birlikdə qalır. Anası özü mətbuat konfransında bütün bunlara cavab verəcək. Kəmalə Ağazadənin paylaşdığı cəfəngiyyatdır. Hər şeyə mətbuat konfransında aydınlıq gətiriləcək. O zaman siz də görəcəksiniz ki, bu böhtandır”.

Sosioloq Lalə Mehralı “Yeni Müsavat”a bildirdi ki, uşağın gözündəki ifadə, sadəcə, qorxu deyil, dəhşət, faciə var o baxışda: “O uşağın əvvəlki fotolarını da görmüşəm, həyatsevər, gülərüzlü ifadə var üzündə. 2-3 yaşlı uşaq nə yaşaya bilər ki, gözündə elə dəhşətli ifadə olsun? Ümid edirəm ki, istisna hal kimi araşdırma çevik aparılar. Bu cür vəziyyətlərdə uşaqlardan istifadə edənlər az deyil. Sosial şəbəkələrdə dilənçiliklə məşğul olurlar. Geyimi, bezi, dərmanı və s. yoxdur deyərək, insanların mərhəmətindən sui-istifadə etməyə çalışırlar. Belə insanlar haqqında ölçü götürülməlidir”.

Pediatr Günay Rəsulova hər hansı fiziki zorakılıq ehtimalı ilə bağlı durumu belə şərh etdi: “Görüntüyə baxdıqda uşağın daha çox psixoloji səbəblərlə bağlı bu vəziyyətə düşdüyünü ehtimal edirəm. Bəzi rəylərdə bu vəziyyətin peyvəndlə əlaqəli olduğunu qeyd edənləri gördüm. Bu, kökündən yanlışdır. Peyvəndin bu cür əks-təsiri olmur. Uşağı ətraflı müayinə etdikdən sonra fiziki göstəriciləri ilə bağlı detallı danışmaq olar”.

Psixoloq Aidə Nəbiyeva “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, videoda uşağın reaksiyalarının donması aydın görünür: “Əllərin arxaya doğru yığılması, gözlərinin dolması şiddətli qorxu keçirməsi ilə əlaqədardır. Bu halda yeyilən yemək heç bir fayda verə bilməz. Uşaq kifayət qədər travma alıb. Bu cür yanaşma nevroz, panik atak əlamətləri, erkən uşaqlıq travmaları kimi ciddi problemlər yarada bilər. Dövlət də mövzuya ciddi reaksiya verməlidir. Nəinki sığınacaqda, ailədə də uşaqlarla bu cür rəftar yolverilməzdir. Videodan görünür ki, uşağın əlləri əsir, bu, sinir sisteminin kifayət qədər zədələndiyinin göstəricisidir. Bu isə o deməkdir ki, uşağın terapiyaya və müalicəyə ehtiyacı var”.

Daxili İşlər Nazirliyi də iddia ilə bağlı açıqlama verib: “Məsələ ilə əlaqəli polis və prokurorluq orqanlarında müvafiq araşdırma aparılıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda material məhkəmə icraatındadır”.

Qeyd edək ki, bu ilin may ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən bu sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxmışdı və hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılmışdı. Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan azyaşlının müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. Eyni zamanda sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərdə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
 
Ardını oxu...
Sənətşünas alim Bənövşə Rzayeva Naxçıvan dərəbəyliyi barədə yazır:

28 ilə yaxın Naxçıvan Dövlət Universitetində baş müəllim işləmişəm. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentəm, 50- yə yaxın elmi məqaləm, ali və orta musiqi məktəbləri üçün dərs vəsaitim, eləcə də şifahi xalq ədəbiyyatına və folklorşünaslıq elminə yeni nəfəs verən monaqrafiyanın, metodik tövsiyənin müəllifiyəm.

Hələ tələbə ikən Şuşa şəhırində musiqi texnikumları arasında keçirilən lV Respublika müsabiqəsinin laureatı olmuşam.

2015-ci ilin 2-ci semestri çalışdığım fakultənin dekan müavini ( İsa Həbibbəylinin dostu Həmzə Cəfərovun kürəkəni) Amil Əsgərov və sabiq universitetin rektoru Saleh Məhərrəmovla tərtib etdiyim imtahan suallarını saxtalaşdırdıqlarına görə mübahisəmiz oldu. Bu mübahisə onların qeyri-qanuni hərəkətlərinə görə bir neçə dəfə təkrarlanmışdır.

A.Əsgərov sonda qaynatasına və himayəçisinə arxalanaraq məni işdən və həmçinin yaşadığım Naxçıvan şəhərindən ailəlikcə didərgin salınmağımıza nai olmuş və bununla da açıq şəkildə məndən qisas almışlar. Bununla bağlı bir neçə il həmin tərəflə Məhkəmələrdə çəkişmələrimiz olmuşdur. Naxçıvan şəhər Məhkəməsi və Ali Məhkəməsi mənim hüqualarımı tapdalayaraq qarşı tərəfin xeyrinə olan qərar qəbul etmişdir. Son olaraq kassassiya şikayətim Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 dekabr 2017- ci il tarixli qərarı ilə təmin olunmuş, Naxçıvan MR Ali Məhkəməsinin barəmdə olan müvafiq qərarı qanunsuz olduğundan onu ləğv etmişdir. Həmçinin həmin Məhkəmənin qərarı ilə işdən didərgin salınmağıma səbəb kimi göstərilən Naxçıvan Dövlət Universitetinin elmi- şurası xəbərim və iştirakım olmadan keçirilən 03 mart 2015- ci il tarixli qərarının cavabdeh tərəfindən mənə təqdim edilməsi qət olunmuşdur.

Sonradan sözügedən qərarla bağlı Naxçıvan DU-də olarkən sabiq rektor A.Əsgərovun yaxın dostu Saleh Məhərrəmov məni hirslə qarşılayıb dedi ki, Azərbaycan Ali Məhkəməsi kimdir ki, mənim işlərimə müdaxilə edir. Naxçıvanın öz Məhkəməsi var və sənin barəndə o, ədalətli qərarı verib. Qoy, Azərbaycan Məhkəməsinin canı çıxsın necə ağlına gələn qərar çıxarıbsa, elə də zəhmət çəkib elmi- şuranın qərarını sənə versin.

Aradan uzun illər keçməsinə baxmayaraq bu günədək çoxsaylı şikayətlər etsəm də, barəmdəki sözügedən elmi- şuranın qərarını ala bilmirəm. Bu barədə Azərbaycanın bütün səlahiyyətli orqanlarına etdiyim şikayətlər isə baxılması üçün bir qayda olaraq Naxçıvana göndərilir, orada isə şikayətlərimə baxılmır. Sonda dolayı yolla mənə izah etdilər ki, Nax.MR rəhbərliyi bu işdə maraqlı olduğundan onlar isə buyruq qulları olduğundan heç nə edə bilmirlər.

Bu işdə bir ictimai xadim kimi mənə kömək etməyinizi çox xahiş edirəm.

Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.

Bənovşə Rzayeva

Sənətşünas alim
ovqat.com
 
 
 
Ardını oxu...
Dövlət Təhlükəsizlik Ximətinin 2020-ci ilin may və 2022-ci ilin noyabr ayında Mədəniyyət nazirliyində keçirdiyi xüusi əməliyyat zamanı aşkara çıxarılan korrupsiya maxinasiyaları cəmiyyətdə şok effekti yaratdı. İllərdir dövlətin mədəniyyət sahəsinə ayırdığı yüz milyonlarla vəsaitin korrupsioner şəbəkə tərəfindən müxtəlif yollarla mənimsənilməsi faktı o zamankı Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəsindən qovulması ilə nəticələndi.

DTX-nin 2022-ci ildə təkrar Mədəniyyət Nazirliyində korrupsiya əməliyyatı keçirməsi zamanı da burada ciddi maxinasiya halları aşkarlandı. Artıq məsələ ilə bağlı xeyli sayda yüksək vəzifəli şəxslər istintaqa da cəlb edilib.

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatlardan nəticə çıxarmayan, Mədəniyyət nazirliyinin tabeliyində fəaliyyət göstərən bəzi müəssisələrdə hələ də dövlətin büdcəsini talayan rəhbər şəxslər var.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə ciddi maxinasiya hallarına yol verən məmurlardan biri də Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru Ülviyyə Nadirovadır.

Samux şəhər Uşaq Musiqi Məktəbi Ülviyyə Nadirova arxası yuxarılara bağlı olan direktorlardandı. Əldə etdiyimiz məlumata görə Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə xüsusi yaxınlığı olan məktəb direktoru yol verdiyi qanunsuzluqların hamısını məhz nazir müavininə arxalandığına görə edir.

Bəzi məclislərdə nazir müavini Sevda Məmmədəliyeva ilə “podruqa” olduğunu xüsusi vurğulayan Ülviyyə Nadirova 2004-cü ildən Samux şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edir.

Bu illər ərzində bir dəfə də olsun məktəbdə ciddi audit aparılmamışdır.

Məlumata görə hazırda məktəbdə xeyli sayda “ölü canlar” var. Belə ki, təsərrüfat, texniki və pedoqoji heyətin bir qismi məktəbə işə gəlmir, onların maaş kartları isə Ülviyyə Nadirovadadır.

Ülviyyə Nadirovanın zamanını Samux şəhər Uşaq Musiqi Məktəbindən daha çox Bakıda keçirir.

İyirmi iki ildir Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru olan Ülviyyə Nadirovanın bu illər ərzində korrupsiya və rüşvət hesabına yığdığı vəsaitlər heç də DTX-nin korrupsiyaya görə həbs etdiyi icra başçılarının, nazir müavinlərinin topladıqlarından az deyil.

İddialara görə Ülviyyə Nadirova büdcə hesabına əldə etdiyi pulları daha çox daşınmaz əmlaka yatırır.

Hazırda onun Bakıda yeni inşa edilən binalarda dəyəri yüz min manatlarla ölçülən lüks mənzilləri var.

Ülviyyə Nadirovanın Göygöl rayonunun Hacıkənd qəsəbəsində, Gəncə şəhərində və Daşkəsən rayonunda da mülklərinin olduğu bildirilir.

Qarşı tərəf yazıya mövqe bildirə bilər. //AzFakt.com//
 
Ardını oxu...
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi bu ayın 12 –də ofis icarəsi ilə bağlı "Azəridmanservis”" MMC və "İnzibati binaların istismarı mərkəzi" MMC ilə müqavilələr bağlayıb. Bu müqavilələr üzrə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi "Azəridmanservis”" MMC-nə 56753 manat, "İnzibati binaların istismarı mərkəzi" MMC –nə isə 23987 manat ödəyəcək.
Olsun, ilk baxışdan qeyri-adi bir nəsnə görünməsə də, Yenixeber.org-a daxil olan məlumatlarda bu əməkdaşlıqların ilginc tərəflərindən bəhs olunur... Məlumata görə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi hər iki müqaviləni müvafiq satınalama müsabiqələri keçirmədən, birbaşa -bir mənbədən istifadə etməklə bağlayıb(?)

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)
“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq müvafiq satınalama sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də, görüləcək xidmətlər barədə məlumat verilmədən...(?) Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəflərlə toplam 80740 manatlıq müqavilə bağlayıb!
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi həm də bu əməkdaşlıqların təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, gerçəkləşdiriləcək əməkdaşlıqlarla bağlı heç bir məlumat yoxdur(?) Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin də, vəzifə borclarından biridir...

Xüsusi ilə ölkəmizin indiki məlum, maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 80740 manatıdan gedir...

***

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi nədən bu qanunu “unudub” və müvafiq satınalam sorğusu baş tutmadan hansısa şirkətlərlə birbaşa müqavilə bağlayıb? Hansı işlərin görüləcəyi haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə nəzərdə tutulan əməkdaşlığın detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.
Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə tərəflərlə əlaqə yaratmağa çalışdıq.
Bu ayın 12 -də Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru cənab Cavid Abdullayevə elektron sorğu ünvanladıq. 4 gün sonra qarşı tərəfdən cavab gəldi: Nəzərinizə çatdırırıq ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin "AZƏRİDMANSERVİS" MMC ilə aktiv müqaviləsi yoxdur.
Buna nə dərəcədə cavab demək mümkündürsə,... Əvvəla, təkrar qeyd edək ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin ofis icarəsi ilə bağlı "Azəridmanservis”" MMC ilə 12.12.2022 –ci il tarixdə 56753 manatlıq müqavilə bağlaması haqqında Dövlət satınalmalarının vahid internet portalında da bir mənbədən istifadə edilməsi ilə bağlı məlumat yerləşdirilib. Digər tərəfdən, bizim cavab almaq istədiyimiz suallar bugünədək niyə cavabsız qalır?
Hörmətli Cavid müəllim bizimlə telefonla danışsa da, suallarımızdan yayındı... Sonda online deyil, rəsmi sorğu ünvanlamağımızı təklif etdi. Müasir jurnalistikanın operativliyini, online sorğunun da məlum qayda və prinsiplərə uyğun olduğunu xatırlatsaq da nəticə olmadı... Önəmli olanı sualların hansı formada ünvanlanması deyil, cavab vermək istəyi, toplanmasında bizim ödənişlərimizin də yer aldığı dövlətin pulunun necə xərclənməsinə aydınlıq gətirməkdir!

***

Paralellik aparmaq niyyətində olmasaq da, xatırladaq ki, bir il əvvəl həbsə atılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərliyə qarşı korrupsiya ittihamlarında biri də ofis icarəsi ilə bağlı idi... Məlum olmuşdur ki, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

***

Digər tərəflər - "Azəridmanservis”" MMC və "İnzibati binaların istismarı mərkəzi" MMC ilə isə heç bir əlaqə yaratmaq mümkün olmadı. Heç də az olmayan dövlət vəsaitinə iddialı bu qurumlarla bağlı internet üzərindən əldə etdiyimiz vasitələrlə əlaqə yarada bilmədik...
(Mövzunun davamı olacaq.)
Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.
//Yenixeber.org//
 
Ardını oxu...
Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimovun rəhbərlik etdiyi idarədə yol verdiyi saxtakarlıqlar, rüşvətxorluq və yeyinti halları barəsində həm "DogruXeber.az" informasiya portalında yazılı, həm də bir neçə dəfə "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramında görüntüləri ilə birlikdə ətraflı məlumat vermişdik.



Yeyinti və nöqsanlarını yayımlamasın deyə, jurnalistə rüşvət təklif edən idarə müdirinin fəaliyyətinin qısa özəti - VİDEO+FOTO

Məlumatlar yayımlandıqdan sonra yayımın, eyni zamanda sosial şəbəkələrdə yayımlanan məlumatların şərh bölməsində Zərdab rayonunun "sinəsi dolu" digər sakinləri də məlumatlarda deyilənləri təsdiq edərək, Əhliman Kərimovun "əlindən cana doyduqları"nı yazdılar.

Ardından redaksiyamıza Zərdab rayon sakini Əhmədov Şəmsi Fazəddin oğlu tərəfindən Əhliman Kərimov fəaliyyətini barəsində eşidəndə şok edəcək daha geniş əlavə məlumatlar göndərildi.
Məlumatları izləmək üçün yayıma sonadək baxın:



Gördüyünüz kimi Şəmsi Əhmədov tender oyunundan tutmuş, "irsi vəzifə vərəsəliyi"nin əsl səbəblərinə qədər bütün detalları aydın şəkildə açıqlayıb. Özü də qeyd edir ki, hələ bu da hamısı deyil.

P.S: Qeyd edək ki, "DogruXeber.az" informasiya agentliyi olaraq, hər zaman daxil olan bütün məlumatlarla bağlı ilk növbədə obyektiv şəkildə qarşı tərəfi arayıb, onun da fikrini öyrənməyə çalışır və aidiyyatı qurumlara rəsmi şəkildə müraciətlər göndəririk.
Bu dəfə də ənənəmizə və qanunlara sadiq olduq. Korrupsiya halları barəsindəki məlumatlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi müraciət göndərdik.

Baş Prokurorluq da məsələni Zərdab rayon Prokurorluğuna yönləndirib. Zərdab rayon Prokurorluğu da bizə zəng edib, müraciət edənlərin kimlər olduğunu soruşdu və məlumatları onlara da göndərməyimizi xahiş etdilər. Təbii ki, biz verilən məlumatları Zərdab rayon Prokurorluğuna da göndərdik.

Necə araşdırmalar aparılacaq, hansı tədbirlər görüləcək bunu da izləyib görəcəyik, eyni zamanda izləyicilərimizi də məlumatlandıracağıq.
Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ardını oxu...

 

 

 

 

 

 

 

Goranboyun icra başçısı Məhərrəm Quliyevin köməkçisi Ülvi Əliyevin içkili vəziyyətdə qəza törətməsi və piyadanı vurması faktı ilə bağlı yeni – yeni detallar üzə çıxmaqdadır. Hadisəni ört-basdır etməyə çalışan icra başçısı zərər çəkən ailəni susdurmağa və şikayət etməməsinə nail olub.

 

Reportyor.info-nun Daxili İşlər Nazirliyinə ünvanladığı sorğuda xəsarət alan şəxsin tibbi ekspertizadan keçib-keçməməsini aydınlaşdırmaq istəyərkən, nazirlikdən verilən cavabda bildirilib ki, ailəsi uşağın tibbi ekspertizadan keçməsindən imtina edib. Bunu saytımıza DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov sorğumuza cavabda qeyd edib.

 

Qanun da buna icazə verdiyi üçün polis əlavə addım ata bilməyib. Bildirək ki, hadisə zamanı azyaşlı uşaq xəsarət alıb. Ü.Əliyevin vurduğu piyada uşaq olub və ayaqlarından ciddi zədə aldığı üçün əməliyyat edilib. Lakin əməliyyat xərclərini üzərinə götürən, ailəni razı salan icra başçısı M. Quliyev işin tibbi ekspertizadan keçirilməsinə əngəl olub. Bildirilir ki, piyada vurulması faktı varsa dərhal tibbi ekspertiza təyin olunmalı idi. Ancaq ailə şikayətçi olmadığı üçün tibbi ekspertizadan keçirməyiblər. DİN də bunu açıqlamasında təsdiqləyir. Əslində qəza törədən şəxs sürücülükdən məhrum edilməli, barəsində cinayət işi açılıb araşdırma aparılmalı, zərər çəkən uşaq tibbi ekspertizadan keçirilməli, nəhayət işə məhkəmə baxmalı idi.

 

Amma icra başçısının "fövqəlgücü” sayəsində məsələni bağlaya biliblər. Nəticədə icra başçısı sərxoş halda qəza törədən köməkçisini xilas edib. Amma məsələnin mediada yayılması, Goranboyda əhali arasında müzakirələrə səbəb olması hadisənin araşdırılmasını hələ də açıq saxlamaqdadır. İcra başçısı isə bu işin mediada yayılmasından möhkəm narahat olub və hətta qəzəblənib ki, niyə üzə çıxıb. Ortada isə törədilən bir cinayət var…

 

Göründüyü kimi, sadə insanlarla məmurların "fərqi” var. Onlar "seçilmiş” bəndələrdir, hətta içkili vəziyyətdə uşağı da vursalar, hansısa formada işi ört-basdır etmək "qüdrətinə” malikdirlər.

 

Xatırladaq ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov da faktı təsdiqləyib. Onun sözlərinə görə, noyabrın 27-də Goranboy rayon Polis Şöbəsinə Qaradağlı kəndinin 15 yaşlı sakininin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub.

 

"Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin şəxsi ziyarət ediblər, o və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”. //reportyor/

Ardını oxu...
Redaksiyamıza göndərilən şikayət məktubu: “Evimizi əlimizdən aldılar, yoldaşım həyəcandan xərçəng xəstəliyinə tutuldu”
Bəri başdan qeyd edim ki, redaksiyamıza Naxçıvandan minlərlə məktub gəlir. Həmin məktublarda müxtəlif yerli məmurlar barədə ən müxtəlif və maraqlı ittihamlar yer alır. Amma biz onlar içərisindən seçib bəlkə də çoxlarınıza maraqsız görünə biləcək bu məktubu yayımlayırıq. Bilirsinizmi niyə?
Əvvəla, ona görə ki, məktub müəllifi kimliyini gizlətmir və bizdən adının anonym qalmasını da tələb etmir. Bizə göndərilən əksər məktublarda isə kimlərsə barədə ağır ittihamlar yer alsa da, onların anonym şəkildə yayımlanması xahiş edilir. Nəticədə biz ilan tutan “Seyid Əhməd əli” yerinə qoyuluruq. Bu zamanadək “xan” rejiminin represiya ehtimalını nəzərə alıb həmin anonym məktubları dərc edirdik. İndi isə Allaha çox şükür, “xan” həzrətləri Bakıda qeybə çəkilib, dolayısıyla onun adamyeyən dişi də qırılıb. Bundan sonra belə, kimlərsə cəsarət edib öz sözünü öz diliylə demək istəmirsə, bizim də həmin iddialara etibarımız azalır. Təcrübələrimiz də onu göstərir ki, bir çox hallarda həmin anonym məktublarda faktlar şişirdilir və kimdənsə qisas almağa çalışılır. Bizim davamız davamız isə məişət mübahisələrini dilə gətirmək deyil, Naxçıvanda siyasi dəyişikliklərə nail olmaqdır.
İkinci ona görə ki, şikayət məktubu qrammatik qaydalara uyğun yazılıb. Səhifəmizin yetkili şəxslər tərəfindən ciddi şəkildə izlənildiyini nəzərə alıb qrammatik qaydalara uyğun yazılmayan məktubları dərc etməməyə qərar vermişik.
Üçüncü ona görə ki, bu məktubda Naxçıvan dərəbəyliyinin qaraltdığı bir talenin haykırışları gizlənib. Biz də o gizli haykırışları və lənətləri ünvanına çatdırmaq istəyirik.
İndi isə şikayət məktubu ilə tanış olun:
Hörmətli Heydər Bəy,
Sizə müraciət etməkdə məqsədim odur ki, mən Məmmədov Vüqar Məmmədhüseyn oğlu 1994-cü ildə Daxili işlər orqanlarında işə qəbul olmuşam. İşlədiyim dövrdə yəni, 1996-cı ildə Daxili işlər Nazirliyinin nəzdində olan yataqxana binasında mənə ailəmlə yaşamaq üçün mənzil verilib. Buna baxmayaraq, xidmətimlə bağlı müəyyən rayonlarda işləyirdim.
2015-ci ildə təqaüdə çıxdım. Təqaüdə çıxmaqda məqsədim övladım olmadığından müəyyən müalicələr almaq üçün Bakı şəhərinə köçdük və Bakı şəhərində kirayə ev tutub qaldıq. Müalicəni davam etdirdik və bir övladımız dünyaya gəldi. Uşaq xəstə olduğu üçün, məcburən Bakı şəhərində qaldıq. Hərdən Naxçıvana gedərkən həmən yataqxanada qalırdıq və uşağın müalicəsi üçün Bakı şəhərinə gəlib gedirdik.
1996-cı ildən 2022 -ci ilin aprel ayınadək həmin mənzildə qeydiyyatdaydıq (yəni 28 ildir). 23.04.2022-ci il tarixdə DIN-nin müavini Zahid Gözəlov əl telefonuma zəng edərək bildirdi: “Fövqaladə Hallar Nazirliyindən bizə məktub gəlib”. Soruşdum “nə məktubdur?”, dedi: - “göstəriş verilib evdən çıxasınız”. Soruşdum, bu nə məsələdir. Bildirdi ki, FHN-nin müavini general-mayor Kərimov Hikmət Kərim oğlunun göndərdiyi məktub əsasında evdən çıxmağınız tələb olunur. Mən də 3 gün ondan sonra getdim FHN -nin müavini general-mayor Hikmət Kərimovla görüşdüm. O təkidlə bildirdi ki, evi boşalt. Mən dedim ki, mənim evim yoxdur, məni evlə təmin edin çıxım. Həmin mənzildə 28 ildir qeydiyyatdayam və yaşayıram. O isə mənə bildirdi ki, 3 günə vaxt verirəm, çıxmasan göstəriş verəcəyəm, əşyalarını töksünlər çölə. Özün də şikayət üçün hara gedirsən get. Başladı vəzifəsindən sui-istifadə edib məni hədələməyə. Yenə təkrarən bildirdi ki,özünə məxsus olan əşyaları götürməsən göstəriş verəcəm qapını qırıb çölə töksünlər. Mən də məcbur olub evdən çıxdım. Evimdəki əşyalarımı hara aparacağımı bilmədiyim üçün dəyər-dəyməzinə satdım. Sonra Bakıda kiraya yaşadığım evə qayıtdım. Başıma gələnləri həyat yoldaşıma bildirdim. Yoldaşım çox həyacan keçirtdi, dedi: “Mən 22 il o evdə övladsız yaşamışam, indi 5 yaşında övladımız var, biz harda qalacayıq?
Yoldaşım bu həyacandan xərçəng xəstəliyinə düçar oldu. Hal -hazırda vəziyyəti orta kafidir. Bakı şəhəri Milli onkologiya xəstəxanasında qeydiyyatdadır və müalicə olunur. Ayda bir dəfə kimya-terapiya qəbul edir.
Bildirirəm ki, düzgünlüyü ilə araşdırılsın. Aprel ayı evi təhvil verdim, iyul ayı yoldaşım xərçəng xəstəliyi tutdu.
Düzgünlüyü ilə qeyd edim ki, 17.05.2010 - cu ildən Azərtürk bankından kredit götürmüşəm müalicələrə görə, övladım olmadığı üçün. Həmin gündən kredit borcum davam edir. Yoldaşımın xərçəng xəstəliyi ilə bağlı isə 21.07.2022-ci ildə 9000 manat götürərək müalicəsini davam etdirirəm. Ehtiyac varsa araşdırılsın. Xahiş edirəm mənim məsələmi işiqlandırasız.
Hörmətlə: Vüqar Məmmədov
İmza:
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Qara Pişikdən Naxçıvan MR DYP rəisi Ayaz Quliyevə humanist məsləhətlər var
Qara Pişiyin iddiasına görə, növbə Naxçıvan DYP rəisi polis mayoru Ayaz Quliyevə gəlib çatıb:
"Onu artıq muxtar nazir Rəşad İsmayılov da xilas edə bilməz. Təkcə ona görə yox ki, hər həftə pulları Rəşad İsmayılova yox, şəxsən Nəqşi-cahan Holdinqdə Seymura aparırdı. Özü də sumka-sumka. Həm də ona görə ki, Rəşad müəllim mərhəmətə gəlsə belə, Məhəmməd İmanov kimi "maşın qəssabı"nın əli ilə Naxçıvan sürücülərinə qan udduran Ayaz Quliyevi bir əlində tərəzi, o birində qılınc tutan Femida xanımın bağlı gözlərindən yayındıra bilməz".
Bununla belə, Qara Pişiyin Ayaz Quliyevə çox önəmli məsləhətləri də var:
" Ayaz Quliyevin kabinetində bir qara dəftəri var. DTX-ya gedəndə onu özüylə götürməyi unutmasın. Ayaz Quliyevi qurtarsa-qurtarsa o qara dəftər, bir də səmimi etirafları qurtara bilər. Təbii ki, tamamilə yox. Yəni öz məsuliyyət yükünü səmimi etirafları və qara dəftərindəki qeydləri ilə yüngülləşdirə bilər".
Heydər Oğuz
Teref.az
 
Ardını oxu...
DİA.AZ: - Ucar rayon sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Biz Ucar rayon əhalisi Prezident cənab İlham Əliyevdən kömək istəyirik. Ucar rayon Xəstəxanası Hüququ Publik Şəxsin direktoru Zeynal Bayramlının zülmü bitib tükənmir.Təxminən 10 gün əvvəl TƏBİB və Səhiyyə Nazirliyinin əməkdaşları Ucarda olub iki gün xəstəxanada araşdırma aparsalarda heç bir nəticə olmayıb. Çünki Zeynal Bayramlı hər yerdə danışır ki, ağızlarına pul atıb söhbəti bağlanmışam.Adam dövlətdən talan etdiyi kapital hesabına artıq qan bağlayır, nəinki bir yoxlamadan canını qurtara bilməsin.
Zeynal Bayramlının özbaşınalığına görə Ucarda insanlar arasında dövlətə və qanunlara inamsızlıq yaranıb.İş fəaliyyəti talançılıq, korrupsiya , reketçilik olan Zeynal Bayramlının barəsində nə vaxt qanunu tədbir görüləcəyini Ucar camaatı səbirsizliklə gözləyir.

Mən Ucar rayonu Gəraybəyli kənd sakini Rəhimov Hafiz Ramiz oğlu anadan gəlmə 1-ci qrup əliləm. Mənə düşəcək dərmanlar vermilmədiyi üçün şikayətlər etdiyim görə Xəstəxananın direktoru Zeynal Bayramlı məni hədələyir ki, sənin maqazinini sökdürəcəm.Kiçik maqazinim Ucar xəstəxanasının yaxınlığında yerləşir.Zeynal Bayramlı tez-tez hüquqşünası Abdulla Novruzovu mənim üstümə göndərir ki, maqazini sökməlisən yada ki, dərman istəmə şikayətlər etmə.Zeynal Bayramlı 15 ildir ki, Ucar xəstəxanasını pis günə qoyub.

Mən Ucar şəhəri 28 May küçəsi sakini Quliyeva İradə Məzahir qızı əlillik müddəti bitdiyi üçün Ucar xəstəxanasının Əfrayım adlı həkimi məndən 1000 manat pul aldı ki, sənədlərini düzüb qoşub TSEK-na göndərilməsini təşkil edəcəyik.Ancaq hər dəfə mənə imtina gəlsədə pulumu geri qaytarmayıblar.Bu barədə etdiyim şikayətdən sonra xəstəxananın direktoru Zeynal Bayramlı məni otağına çağırdı.Onun söhbətindən sonra mənə məlum oldu ki, Əfrayıb həkimin məndən aldığı 1000 manat pul Zeynal Bayramlıya çatıbmış.Mənə əlillik dərəcəsi təyin olunmasada 1000 manat pulum geri qaytarılmadı.Baş həkim Zeynal Bayramlı mənə axırıncı dəfə dedi ki, sənədlərini elə yazdıracam ki, sənə bu dəfə əlillik təyin edəcəklər.Ancaq mənə əlillik təyin edilmədi pulumuda geri qaytarmadılar.

Mən Ucar rayonu Qaracallı kənd sakini Səlimov Elsevər Ağası oğlu bildirirəm ki, pis xəstələndim deyə məni Ucar xəstəxansına gətirdilər.Orada Təranə həkim məni müayinə edib dedi ki, təcili get Bakı şəhərinə anju olmalısan.Təranə həkim mənə bir qucaq dərman yazmışdı.Onun müalicəsi pis təsir etdi deyə səhhətim dahada pisləşdi.Məni Gəncə şəhərində yerləşən xəstəxanada Nizami adlı həkim müayinə edib bir -iki dərman yazdı onunlada mən tam sağaldım.Zeynal Bayramlının Ucar xəstəxanasında yaratdığı özbaşınalığa görə sakinlər çox əziyyət-zülm çəkirlər.Rayon sakinləri Göyçay, Mingəçvirə və digər rayonların xəstəxanalarına üz tuturlar.Çünki Zeynal Bayramlının rəhbrliyi altında Ucar xəstəxanası tam bərbad gündədir.

Prezident cənab İlham Əliyevdən xahiş edirik biz insanların şikayətini yerində komissiya yaradıb dinləyib obyektiv araşdırıb yaratdığı özbaşınalığa, qanunsuzluğa və dövlət vəsaitini talan etdiyinə görə Ucar xəstəxanasının direktoru Zeynal Bayramlının barəsidnə ciddi ölçü götürəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


 

Dünyapress TV

Xəbər lenti