Ardını oxu...
 
 

 
 Zərdab Rayon İHB-nın Zərdab Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi “Abadlaşdırma işlərinin satın alınması” MMC tenderinə yekun vurub.

 

DİA.AZ xəbər verir ki, tenderin qalibi "İdeal-İnşaat Company” MMC olub. Tenderin dəyəri 506 min 797.86 manatdır.

Qeyd edək ki, şirkət bundan əvvəl həmin qurum tərəfindən edilmiş 511 min 692.96 manat dəyərindəki “Abadlaşdırma işlərinin satın alınması" tenderinin qalibi seçilib (08.10.2022).

DİA.AZ bildirir ki, "İdeal-İnşaat Company” MMC-nin adı yerli KİV-də yetərincə mənfiyə hallanıb. Bu nədir ki... hətta konkret ittihamlar da səslənib. Amma nədənsə "İdeal-İnşaat Company” MMC-dən kimsə bu suallara cavab vermək istəməyib və yaxud da kimsənin cavabı olmayıb.

İndi isə aydın olur ki, adamlar heç nə olmamış kimi yenidən meydandadırlar...

Əlavə materialımız olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

 

XalqXeber.Az

Ardını oxu...
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.

Əvvəli burada: TOXUNULMAZ VİLAYƏT... - Əmrullayev BUNU GÖRMÜR?

Daha sonra müəllimlərin müraciətində deyilir: "Yuxarıda “donosçuluq” dedik, yadımıza bir məsələ də düşdü. Rektor V.Vəliyev bu yaxınlarda göstəriş verdi ki, AzTU-nun bütün heyəti, həm müəllimlər, həm də digər işçilər “Kadrların şəxsi uçot vərəqi”nə oxşar bir formanı doldursunlar, həm də orada bütün yaxın qohumlarının, hətta yaşlı adamlar özlərinin 30, 40, 50 il əvvəl həyatdan getmiş valideynləri haqqında, onların hansı vəzifənin sahibi olması, harada doğulması, harada yaşaması, nə zaman ölməsi və s. haqqında məlumat verməlidirlər. Bu, keçmiş Sovet KQB-sinin anketinə bənzəyirdi və bizdə olan məlumata görə bu anketlər nə kadrlar şöbəsi, nə də universitetin digər şöbələrinə verilmədi, rektor bu məlumatı özü üçün, hamının haqqında dosye toplayırdı və şəxsən özündə saxlayır. Bura anketdə əsas yeri kimin əcdadlarının harada doğulması, yəni, sadəcə desək, haralı olması (???) tutur. İndi özünüz nəticə çıxarın, bu məlumat onun nəyinə gərəkdir? Yəqin ki, işçiləri itaətdə saxlamaq, onlara mənəvi təzyiq etmək üçün onlara qarşı kompromatlar olmalıdır. Buna gərə də təsadüfi deyil ki, V.Vəliyev rektor gələndən sonra universitetdə qeyri-sağlam mühit yaranıb, donosçuluq, xəbərçilik, dedi-qodu, “pıçapıçlar” geniş vüsət alıb. Buna görə də indi universitetdə məsələn, çoxdan görüşməyən iki müəllim həyətdə, ya koridorda təsadüfən görüşdükdə bir-neçə dəqiqə ayaqüstü dayanıb, hal-əhval tutmağa, söhbət etməyə ehtiyat edirlər ki, kənardan baxanlar deyəcəklər, görəsən bunlar nə haqda pıçıldaşırlar.
V.Vəliyev Texniki Universitetə rektor təyin edilən gündən universitetin köklü kadrlarına – həm professor-müəllim heyətinə, həm də digər kadrlarına qənim kəsilib. O, AzTU-da on illərlə can qoymuş, ömrünü sərf etmiş professorları, dosentləri, digər tədris və inzibati işçiləri 3 ildir ki, hər vasitə ilə mənəvi terrora məruz qoyur, onların ətrafında dözülməz mənəvi-psixoloji şərait yaradaraq, ya öz ərizələri ilə getmələrinə nail olur, ya da birbaşa təzyiq göstərib və ya aldadıb, 3 aylıq müqaviləli işə keçirməklə sonra işdən kənarlaşdırır. Bu 3 ildə universitetdə dəfələrlə, sonu hələ də görünməyən struktur dəyişiklikləri aparıb, 2 ay əvvəl yaratdığı bir şöbəni ləğv edib, yenisini yaradıb, sonra yenə bir neçə aydan sonra əvvəlkinə qayıdıb və s. Guya ki, bu adam “islahat aparır”. Bu “islahatların” bir məqsədi də köhnə işçiləri işdən kənarlaşdırmaqdır. V.Vəliyevin AzTU-ya gətirdiyi qohumlarının, yerlilərinin, dost-tanışının uşaqlarının, onun regional klanının işə qəbul etdirmək üçün onun yanına göndərdiyi adamların sayı hesabı yoxdur, artıq yüzlərlədir. Onların bir çoxunun qohumluq əlaqələrini də AzTU-da artıq hamı bilir. Həm də rektor onlara digər işçilərin vəzifə maaşları ilə heç müqayisə oluna bilməyən çox yüksək maaşlar təyin edir. V.Vəliyevin qaynının qızı Pırvanə Allahveridyeva üçün məxsusi olaraq, Hüquq sektoru yaratdı, ora da çoxlu işçi, əlbəttə ki, öz qohum və yerlilərini qəbul etdi, bakalavriaturanı bitirmiş Pırvanə Allahverdiyevaya da prorektorlar səviyyəsində, 2800 manat maaş təyin etdi. İndi Pırvanə Allahverdiyeva Texniki Universitetin primadonnasına çevrilib, göylərə baxa-baxa, başını dik tutub gəzir, sanki ətrafdakıları görmür. Pırvanə Allahverdiyeva bakalavr səviyyəsini hüquqşünas ixtisası üzrə bitirsə də, rektor onu AzTU-nun magistraturasına İqtisadçı ixtisası üzrə qəbul etdirdi. Bu il o, magistraturanı bitirdikdən sonra rektor onun vəzifəsini bir az da yüksəldər.
Bir işə baxın ki, rektor V.Vəliyev bu il öz oğlunu da işə qəbul edib, onu “Tədqiqat və inkişaf” şöbəsinə yerləşdirib və bakalavr səviyyəsini bitirən oğluna 1000 manat maaş təyin edib. Nəzərə alın ki, elmi dərəcəsi olan dosentlər burada 850 manat maaş alırlar. İndi o, AzTU-nun “inkişafını təmin edənlərdən” biri olacaq və hələ üstəlik, “tədqiqatla” da məşğul olacaq. Vay AzTU-nun halına! Əgər V.Vəliyevin oğlu fərli bir mütəxəssis olsaydı, yəqin ki, V.Vəliyev onu heç olmasa öz tanışlıq əlaqələrindən istifadə edərək, başqa bir yerə işə düzəldərdi.
V.Vəliyevin “struktur islahatlarını” qeyd etdik. Bir neçə ay bundan əvvəl elan edildi ki, Texniki Universitetdə “Xarici Dil Texnologiyaları İnstitutu” adlı bir qurum yaradılır. Həm də şöbə yox, əsl institut. Texniki Universitetdə Xarici Dil Texnologiyaları İnstitutu? Əlbəttə, müasir dövrdə mühəndis kadrları üçün xarici dilləri bilməyin böyük əhəmiyyətini heç kim inkar edə bilməz. Texnika mütəxəssisləri üçün bu çox vacibdir. Amma, axı AzTU-da Xarici dillər kafedrası vardır. Belə bir institut Azərbaycan Dillər Universitetində yaradılsaydı, bunu hamı başa düşərdi. Bəs bu qurum AzTU-da niyə yaradıldı? İndi izah edərik. Təqribən yaz aylarında Texniki Universitetdə Əfqan Abdullayev adlı bir şəxs görünməyə başladı. Sonra dedilər ki, o, hansısa şöbədə işləyir. O, təhsil sahəsində Respublikada tanınmış şəxsdir, xarici dil mütəxəssisidir, uzun müddət xaricdə işləyib, Təhsil Nazirliyində müxtəlif vəzifələr tutub, bir müddət Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edib, tədris işləri üzrə prorektor olub. Texniki Universitetdə bu il Xarici Dil Texnologiyaları İnstitutu yaradıldıqda və Əfqan Abdullayev bu instituta direktor təyin edildikdə aydın oldu ki, bu institut məhz onun direktor təyin edilməsi üçün yaradılıb. İnstitut təkcə direktordan ibarət ola bilməz ki, ən azı 7-8 nəfər işçisi də olmalıdır, onlara yüksək maaş da verilməlidir. Bizim Əfqan Abdullayevə qarşı nə bir mütəxəssis, nə də bir insan kim heç bir iddiamız yoxdur, ancaq bir nəfərin xatirinə institut yaratmazlar axı. Lazım olmayan bir quruma bir nəfərin xatirinə niyə bu qədər maliyyə vəsaiti xərclənməlidir? Sadəcə olaraq, rektor V.Vəliyev belə işlərdən özünü reklam etmək, görüntü yaratmaq üçün istifadə edir, eyni zamanda da həmin qurumlara öz adamlarını işə qəbul edir, eyni zamanda bununla iki məsələni həll edir. Bu illərdə onun belə “gözə kül üfürmələrini”, “görüntü yaratmaqlarını”, əvvələr deyildiyi kimi “pakazuxalarını” çox görmüşük. Bu məqsədlə V.Vəliyev Türkiyə faktorundan da istifadə edir. İki il əvvəl, V.Vəliyev Türkiyədən universitet müəllimi Elmas Çetini AzTU-ya Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə dəvət etdi və ona 5000 manat maaş təyin etdi. Elmaş Çətin bir ildə bu vəzifədə heç bir real fəaliyyət göstərə bilmədi, bir ildən sonra isə o, AzTU-da yaranmış vəziyyəti, qeyri sağlam intriqa mühitini görüb, vəzifəsini könüllü tərk etdi və Türkiyəyə qayıtdı. Ondan başqa, şöbələrdən birinin müdiri olan, Türkiyədən dəvət edilmiş başqa bir mütəxəssis də vəzifəsini tərk edərək, Türkiyəyə qayıtdı. Bundan sonra AzTU-da yalnız bir nəfər türkiyəli mütəxəssis qalmışdı, o da xüsusi olaraq onun üçün yaradılmış Yüksək Təhsil İnstitutunun (yəni, normal dil ilə desək, magistratura və doktorantura şöbəsinin) direktoru vəzifəsini tutan Yusuf Sönmez idi. O da bir il işlədikdən sonra vəzifəsini könüllü tərk etdi. Yəqin ki, Əfqan Abdullayev də Texniki Universitetdə yaranmış bu qeyri sağlam mühitdə uzun müddət qala bilməyəcək. Ümumiyyətlə, son 3 ildə Texniki Universitetdə V.Vəliyevin özünün gətirdiyi prorektorlar və müşavirlər də onunla işləyə bilməyib, universiteti tərk ediblər. Bəzi prorektorlar bir neçə dəfə dəyişdirilib. Təhsil Nazirliyində işləyən Kamran Rəsulov da AzTU-ya Tərbiyə işləri üzrə prorektor vəzifəsinə təyin edilmişdi. O da bir il bu vəzifədə işləyəndən sonra dözməyib, yenə nazirliyə qayıtdı. Yalnız prorektor vəzifəsini tutan Sübhan Namazov hələ ki irəliləyir, indi Elm və innovasiyalar üzrə prorektordur. Bunun sadə bir səbəbi var - Sübhan Namazov Vilayət Vəliyevin doğmaca yerlisidir, onun regionundandır. Rektorun onun yerinə - Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsinə təyin etdiyi İqtisad üzrə fəlsəfə doktoru Fariz Məmmədov isə rektorun yaxın qohumudur. Bu adamın prorektor təyin edilməsi AzTU-da heyrətə, gülüşə, təəccübə, qəzəbə, daha nə bilək nəyə səbəb oldu. Əvvəla, rektorun vəzifələrə təyin etdiyi, elə adicə işlərə götürdüyü adamların əksəriyyəti iqtisadçılardır (Texniki Universitetdə indi vəzifələrdə texnika haqqında danışa bilən adam qalmayıb, Texniki Universitet ”iqtisadiləşdirilib”, humanitarlaşdırılıb, yerazlaşdırılıb), sonrası isə Fariz Məmmədov universitet üçün beynəlxalq əlaqələr yaratdıqda, xarici texniki mütəxəssislərlə görüşdükdə onlarla texniki mövzularda nə danışacaq? Xaricilər deməzlərmi ki, bunların prorektoru texnikanı belə bilirsə, gör müəllimləri nə səviyyədədirlər. Bu, hələ bir tərəfə qalsın, Fariz Məmmədovun tərcümeyi-halındakı hay-küyə rəğmən, onun heç Azərbaycan dilində danışdığını, mızıltısını çoxları başa düşə bilmir, deyirlər ki, tərcüməçi çağırmaq lazımdır. V.Vəliyevin Rəqəmsallaşma üzrə prorektor vəzifəsinə gətirdiyi yerlisi Rəşad Əliyev də iqtisadçıdır. AzTU-da isə rəqəmsal texnika – informasiya texnologiyaları üzrə elmlər doktorları, professorlar da vardır. Universiteti isə iqtisadçı rəqəmsallaşdıracaq (???). Yay aylarından başlayaraq, rektor V.Vəliyev qohumu, Beynəlxalq Əlaqələr üzrə prorektor Fariz Məmmədovla birlikdə əvvəlcə Türkiyəyə o başdan bu başa, sonra isə İspaniya, Portuqaliya, İtaliya, indi isə Belçikaya səfərə çıxıblar, texniki universitetlərlə əməkdaşlıq haqqında memorandumlar imzalayırlar. Maraqlıdır, görəsən, texnika haqqında primitiv məlumatlara da malik olmayan “riyaziyyatçı və iqtisadçı” Vilayət Vəliyev və “iqtisadçı” Fariz Məmmədov xarici ölkələrdə texnika üzrə mütəxəssislərlə necə fikir mübadiləsi aparırlar? Yeri gəlmişkən qeyd edək ki, V.Vəliyev hətta rus dilində çox pis danışır, ingilis dilində isə onun danışığını eşidəndə adam lap utanır. Görəsən o, ABŞ-da olduğu bir il ərzində orada hansı dildə danışıb?
Rektor Vilayət Vəliyevin texnikadan uzaq adam olduğunu təsdiq etmək üçün bir fakt da göstərək. Bu ilin may və ya iyun ayları olardı, universitet miqyaslı bir iclas keçirilirdi. İclası, əlbəttə ki, Vilayət Vəliyev aparırdı. O, iclasda iki saat ərzində universitetimizin adına Texniki Universitet əvəzinə Texnologiya Universiteti dedi, texnologiyanın əhəmiyyətindən ordan-burdan “danışdı” və s. Hər dəfə də “texnika” əvəzinə “texnologiya”, “ texniki” əvəzinə “texnoloji” dedi. Bu adam 3 ildir ki, rektoru olduğu universitetin adını bilmir, texnika ilə texnologiya arasındakı fərqi bilmir, bilmir ki, Azərbaycan Texnologiya Universiteti Gəncədə yerləşir, tamam başqa universitetdir və onun rektoru da başqa adamdır. Belə rektor olar? Heç kimin də cürəti çatmadı ki, iclasda onun sözünə düzəliş etsin. Yalnız hamı bir-birinin üzünə təəccüblə baxırdı".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Bir neçə ildir ki, mediada barəsində qalmaqallı, cəncəlli, şər-böhtan, hədə-qorxu, təhdid xarakterli yazılar dərc edilən iş adamı Müqayis Verdiyev barəsində redaksiyamıza ilginc məlumatlar daxil olub.
Qısa məlumat üçün qeyd edək ki, Müqayis Verdiyev muzdlu mediasında özünü iş adamı, quruculuq, abadlıq işlərinin icraçısı kimi göstərməyə çalışır. Guya Müqayis Verdiyev müxtəlif rayonların, şəhərlərin abadlaşdırılması üçün can qoyur, gecə-gündüz çalışır. Amma əslində bu adam uzun illərdir ki, sahibkarlıq adı altında məmurları, vəzifəli şəxsləri şantaj etməklə pullar qazanır. Və sonda dövlətdən qazandığı yüz minlərə qane olmayaraq şantaj və təhdid yolu ilə məmurlardan əlavə pullar qopartmağa çalışır. Və qazandığı milyonlardan işlətdiyi fəhlələrə, ustalara, hətta Qarabağ qazilərinə pul vermir.
Bu adam hətta tikinti-inşaat materialları götürdüyü şirkətlərə də pulları ödəmir və... Deyir ki, mənim alacağım pulları icra başçıları ödəmir, nə vaxt onlar pullarımı ödəyəcək, onda sizin maaşınızı, yaxud tikinti-inşaat materiallarının pulunu ödəyəcəm. Yəni bu adam az qala hamını öz cinayət əməllərinə şərik edib. Amma bilmir ki, hansı icra hakimiyyəti ilə işləyibsə, həmin icra hakimiyyəti orqanlarına yazılı məktublar verib ki, mənim heç bir icra hakimiyyəti orqanlarından alacağım yoxdur.
Sözün qısası, bu adam, əməlli-başlı reketlik edir, kimlərisə şantaj edir, kimlərəsə hədə-qorxu gəlir, deyir yuxarılarda mənimlə oturub-duranlar var, hətta elə hörmətli şəxslərin adını çəkir ki....adam açıqlamaq istəmir. Görünür bu adam üçün şantaj-təhdid-hədə-qorxu yolu ilə pul qazanmaq az qala həyat tərzinə çevrilib. Amma atalar da deyib ki.... yalanın ömrü qırx gün çəkər. Amma bu yalanın ömrü 40 gün də çəkmədi. Və bir müddət əvvəl redaksiyamıza daxil olan məlumata görə, özünü iş adamı, sahibkar hesab edən Müqayis Verdiyevin ŞOK SƏS YAZISI yayılıb.
Bəli, Müqayis Verdiyev ötən yazımızda qeyd etdiyimiz kimi heç 5-ci sinifi də bitirmədiyi üçün onun hüquq anlayışı yoxdur. Və elə bilir ki, ölkənin hüquq-mühafizə orqanlarından qaçıb haradasa gizlənmək olar. Amma bu adam anlamır ki, bu adamdan narazı qalan, maaşlarını ala bilməyən, verdikləri materialların haqqını ala bilməyən yüzlərlə insan, kütləvi şəkildə hüquq-mühafizə orqanlarına üz tutublar. Bu gün-sabah Müqayis Verdiyevlə bağlı kütləvi aksiyalar da ola bilər. Və hazırda bu kütləvi narazılıqlar və şikayətlərlə bağlı ciddi hüquqi-istintaq araşdırmaları gedir. Müqayis Verdiyev isə hüquq-mühafizə orqanlarından qaçıb gizlənməyə çalışır....
Bu adam başa düşmür ki, hüquq-mühafizə orqanlarından qaçıb gizlənməyə çalışmaq özü də bir cinayət əməlidir. Ona görə də, biz Müqayis Verdiyevə deyirik ki, nə qədər gec deyil, get, könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim ol...yoxsa, səni qandallı gətirəcəklər... Bəli, hazırda yayılan SƏS YAZISINDA Müqayis Verdiyev iddia edir ki, yuxarıda onun adamları var, hətta həmin yüksək rütbəli şəxslərin adını açıqlayır...
Hətta Prezident Administrasiyasındakı dostlarının adlarını açıqlayır... Həmin səs yazısında hər ay mediaya, kütləvi informasiya agentliklərinə nə qədər pul xərclədiyini açıq-aşkar deyir. Müqayis Verdiyev hətta o qədər həddini aşır ki, deyir, lazım gələrsə Avropanı ayağa qaldıracam, mənim Fransa Perzidenti Makronla yaxın əlaqələrim var...
Görəsən, Azərbaycanın düşməni, Ermənistanın dostu olan Makronla Müqayis Verdiyevi hansı əlaqələr birləşdirir..?
Bəli, Müqayis Verdiyev deyir ki, Rabitə Nazirliyində yaxın dostlarım var, istəsəm onların vasitəsi ilə sizlərin telefon danışıqlarını izləyə bilərəm... Bu adam özünü media baronu kimi göstərir və bəzi baş redaktorlara deyir kİ, sizə qarşı hər hansı iddia olarsa, narahat olmayın, məhkəmələrdə adamlarım var, onların vasitəsilə sizləri xilas edəcəm... .
Sözün qısası, özünü iş adamı, sahibkar kimi cəmiyyətə sırıyan Müqayis Verdiyevin neçə illik əməllərinin üstü açılıb, bütün cəmiyyətə bəlli olub... Sonucu səs yazısı isə Müaqyis Verdiyevin qələminin qırılması üçün ciddi əsas olacaq. Bizi izləyin. Yaxın zamanda Müqayis Verdiyevlə bağlı şok xəbərləri bizdə oxuyun.
gundelik baki.com/
 
 
 
Ardını oxu...
Teref.az yazır ki, araşdırmaçı jurnalist Cavanşır Həsənli Kəmaləddin Qafarov barədə yazır:
Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür, onkoloqdur, səhiyyə oliqarxı, dərman monopolistlərindən biridir, ancaq bütün günü Azərbaycanın xarici siyasətindən, beynəlxalq əlaqələrindən danışır. Onkoloji xəstəliklər gəncləri məhv edir, səhiyyənin problemləri insanların ömrünə oturub,...
Bu statusu bəyənən sosial şəbəkə fəali Rahim Nasirov Milli Onkologiya Mərkəzində başına gələnləri yazır:
Rahim Nasirov
Baxın demək noyabr ayında (MOM) Milli Onkologiya Mərkəzində yoldaşım onkoloji xəstə olduğu üçün MRT aparatına dekabr ayının 5 üçün növbə vermişdilər .dekabr ayını 5 getdik dedilər MRT aparatları işləmir.Məndə olan məlumata görə səhv etmirəmsə MOM-da 3 ədəd MRT aparatı var və heç biri işləmir. Aşağıdakı şəkildə yuxarıda yazdıqlarımın subutu

Ardını oxu...
 
 

Ardını oxu...
Qaradağ rayonu, Korgöz bələdiyyəsi yeni massiv sakinləri yol və kanalizasiya problemindən şikayətçidirlər.

Sakinlər problemlə bağlı dəfələrlə bələdiyyəyə müraciət etsələr də, heç bir nəticənin olmadığını deyirlər.

Baku TV-nin əməkdaşı bələdiyyə sədri ilə əlaqə saxlasa da, o, ərazidən uzaqda olduğunu bildirib.

Sakinlərin sözlərinə görə, bələdiyyə sədri mövcud problemin həll olunacağı ilə bağlı bir neçə dəfə vəd verib, lakin heç bir sözünə əməl etməyib.

“Azərsu”dan isə bildirilib ki, hazırda ərazidə kanalizasiya infrastrukturu olmasa da, gələcəkdə qurulacağı planlaşdırırlır.

Daha ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Bir il əvvəl, yəni 2021-ci ilin sentyabr ayında Rəşad Tağıyev Şəmkir rayonuna icra başçısı təyin olunanda çoxları düşünürdü ki, rayonda illərlə yığılıb qalan problemlər tezliklə həll olunacaq.

Məlumat üçün qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007-2013-cü illərdə "Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Yəni tərcümeyi-halının cəlbedici olması insanlara ümid verirdi ki, yeni icra başçısı tezliklər rayonda müsbət dönüş yaradacaq. Amma Rəşad Tağıyevi yaxından tanıyanlar bilirdi ki, Bakı Şəhər Təhsil İdarəsində çalışanda məktəb direktorlarının təyinatını özü üçün gəlirli biznesə çevirmişdi.

Bəli, Rəşad Tağıyev icra başçısı kimi Şəmkirdə ilk fəaliyyətinə "zibilxanadan” başladı. Belə ki, el arasında "zibil idarəsi” deyilən, Rayon Kommunal Müəssisələr Kombinatının rəisi Teymur Hacıyevi vəzifəsindən azad elədi. Və uzaq Bakı şəhərindən Kombinata rəis dəvət elədi. Doğrudan da, təəccüblü idi. Məgər Şəmkir boyda rayonda bir təhsilli kadr yoxdurmu ki, təzə başçıs Bakıdan kadro gətirir, özü də "zibixana” üçün. Bəli, yeni icra başçısı hətta Bakıdan dəvət elədiyi Alişan Yusibovu özü şəxsən Kombinatın kollektivinə təqdim edib. Görəsən maaşı 340 manat olan vəzifəyə Bakıdan gələn rəis nə məqsədlə gəlib..? İcra başçısı bilir ki, bu adi qurum olsa da, Kombinata kifayət qədər dövlət vəsaiti ayrılır.

Rəşad Tağıyev rayondakı köhnə, rüşvətə bulaşmış vəzifə sahibləri ilə birləşərək rayonu idarə etməyə başladı. Bir ildən çoxdur ki, icra başçısı olan Rəşad Tağıyev Şəmkir camaatının ümidlərini doğrultmur. Təsəvvür edin ki, rayondakı fermerlər, iş adamları, kənd sakinləri öz əkin-biçin sahələrini, hətta mal-qaranı suvarmağa su tapmırlar və əkilən məhsullar məhv olur. Kəndlilər ma-qaranı sulamaq üçün hətta pul verib maşınla su alırlar. Şəmkirin tarixində belə hal olmayıb. Bütün bunlara görə, Şəmkirin icra başçısı bir tədbir görmür. Əksinə Şəmkir Suvarma Sistemləri İdarəsini rəisi Tahir Xəlilova havadarlıq edir. Bir sözlə, Şəmkirdə ZİBİL dizə çıxıb, SU isə tapılmır.

Deyəsən, bu gedişlə, cənab icra başçısı Rəşad Tağıyev möhtərəm Prezidentin etimadını da itirəcək.

Mənbə: NUH.AZ
 
 
 
Ardını oxu...
Bildiyimiz kimi, Cəbrayıllı məcburi köçkünlərin böyük əksəriyyəti Biləsuvar rayonu ərazisində salınmış 4 saylı qəsəbədə məskunlaşmışlar. Qəsəbədə hər cür infrastruktur yaradılmış, Cəbrayıllılar burada məşğulluqlarını təmin etmiş, mövcud imkanlar daxilində pambıq və barama təsərrüfatları quraraq iqtisadiyyatımızın inkişafına da töhfə verməkdədirlər.
Hələ 2016-cı ildə Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələtəpə yüksəkliyi 4 günlük müharibə zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad ediləndən sonra sual olunurdu ki, nə əcəb Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binası Biləsuvar rayonundan Cocuq Mərcanlıya köçürülmür. 2020-ci ildə 44 günlük müharibədən sonra torpaqlarımız, o cümlədən Cəbrayıl rayonu tam azad olunandan sonra bu məsələ yenidən xatırladılmaqdadır.
Dövlət, onun rəhbərliyi nə vaxt məqsədəuyğun hesab edəcək, onda da Cəbrayıl rayonunun idarəetmə strukturlarının, dövlət və hökumət orqanlarının inzibati binalarını da Cəbrayıl şəhərinə köçürəcək. Bu məsələlər Böyük Qayıdışın tərkib hissəsi kimi gec-tez həllini tapacaq. Sözümüz onda deyil. Yəqin razılaşarsınız, bir halda ki, yaxın perspektivdə Cəbrayıl rayonuna qayıdış nəzərdə tutulub, o halda Biləsuvarda çox bədxərclik eləmək o qədər də məqsədəuyğun sayılmamalıdır. Əlbəttə, son dərəcə vacib məsələlərin həllini təxirə salmaq olmaz. Amma xərclərin optimallaşdırılmasını, israfçılığa yol verilməməsi də mühüm əhəmiyyət kəsb edir. Biz inanırıq ki, tezliklə Cəbrayıl rayonunda, inzibati mərkəz sayılan Cəbrayıl şəhərində həyat qaynayacaq, orada düşmənin viran qoyduğu, həm də sayı yetərincə çox olan qədim tarixi-mədəni abidələr restavrasiya olunacaq, Ümummilli lider Heydər Əliyevin adını daşıyacaq prospektlər, parklar salınacaqdır.
İndi isə keçək əsas məsələyə.Mediatv.az xəbər verir ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında aparılacaq abadlıq işləri üçün keçirdiyi tenderdə “İNTER STAR” beynəlxalq şirkəti qalib gəlib. İcra Hakimiyyəti adı çəkilən şirkətə 183197.72 AZN vəsait ödəyəcək.
Maraqlıdır ki, informasiya resurslarında “İNTER STAR” beynəlxalq şirkəti ilə bağlı məlumat çox kasaddır. Şirkətin yalnız 2021-ci il mart ayında “AZƏRALÜMİNİUM” MMC-nin elan etdiyi mexaniki ölçü və elektrik alətlərinin satın alınması ilə bağlı tenderdə qalib gəldiyi barədə məlumata rast gəlinir. Daha bir neçə il əvvəl isə şirkət rəhbərinin 245 min manatlıq qeyri-yaşayış sahəsini banka girov qoyduğu, şirkətə 24 faizlə götürülən kredit kimi rəsmiləşdirilmiş 65000 manat pulun “Kapitalbank”ın əməkdaşı tərəfindən mənimsənilməsi barədə informasiya gözə dəyir, vəssalam.
Sual olunur: “İNTER STAR” şirkətinin əsas profili nədir, hansı sahə üzrə ixtisaslaşıb – mexaniki ölçü və elektrik alətləri satmaq üzrə, yoxsa, parklarda abadlıq işlərini yerinə yetirmək üzrə? Görəsən, “İNTER STAR” beynəlxalq şirkətinin yenə hansısa banka borcunun olub-olmadığı, əmlakının girov saxlanılıb-saxlanılmadığı dəqiq öyrənilibmi? Yoxsa, Cəbrayıl RİH-nin başçısı hörmətli Kamal Həsənov qarşıdan gələn və “Heydər Əliyev ili” elan olunmuş 2023-cü ildə Ulu Öndərin adı ilə bağlı xərclərə görə hesabat tələb olunmayacağını, “Satınalmalar haqqında” AR Qanununun tələblərinin gözardı ediləcəyini düşünür? //Mediatv.az//
 
 
 
Ardını oxu...
Paytaxt Bakının ən elitar ərazilərindən birində, Tibb Universiteti ilə, el arasında "Semaşko" kimi tanınan xəstəxananın iki addımlıqlarında -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən, mürəkkəb tikinti quruluşu 7 mərtəbədən ibarət gözəgəlimli binasının görkəmini daha cəlbedici edən "Yasmin" Ticarət Mərkəzində, hər birinin özünün halal mülkü -- ofisi, mağazası və digər ticarət obyekti olan 22 nəfər iş adamı da, ölkədə mülkü təcavüzə məruz qalaraq, olduqca pis duruma düşən saysız-hesabsız sahibkarlardandırlar. Onların hər biri, öz kiçik bizneslərini inkişaf etdirmək arzusuyla, bu mülklərini, bu ticarət mərkəzini tikdirən şirkət rəhbərinin -- “Mars -- M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirovun şirin vədlərinə aldanaraq, alıblar. Buradakı əmlaklarına təcavüzün nəticəsidir ki, bu mülkiyyətçi sahibkarlar, tənəzzül dövrü yaşayan bizneslərinə qoyduqları sərmayəyə görə, hədsiz dərəcədə narahatdırlar. Çünki bu mülklərini, 2008-ci ilin sonlarından başlayaraq, 2014-cü ilin mayınadək, 5 milyon manatdan çox ümumi dəyər qiymətlərini tam ödəməklə, hər biri öz adına rəsmi sənəd-sübutlarla olduqca yüksək qiymətə alıblar. Onların əksəriyyəti, bu arzularına çatmaları üçün, hətta dədə-baba mirası halal mülklərini də sataraq, Mərhəmət Bəşirovla alqı-satqı etməyə görə, əllərində olan və obyekt almağa çatışmayan pullarının üstünü düzəldiblər.

Elə, "Yasmin"də adlarına aldıqları bu əmlaklarını özlərinin bizneslərinə uyğunlaşdıraraq, işə başlayandan bir qədər sonra isə, bu iş adamlarına məlum olub ki, Mərhəmət Bəşirov, ümumilikdə, ticarət mərkəzinin yenicə tikdirdiyi gözəgəlimli binasını, onlara satdığı əmlakları ilə bərabər, bu mülk sahiblərinin özlərinə adi xəbərdarlıq belə olmadan, girov qoyması müqabilində, iki dəfə külli miqdarda, üst-üstə, 17 milyon dollar kredit götürüb və pulu banka qaytarmayıb. Bank isə, məhkəməyə müraciət etməklə, kreditin təminatı olan ticarət mərkəzinin satılmasını və əldə olunan vəsaitin kredit məbləği ilə əvəzləşdirilməsini istəyib. Məhkəmə iddianı təmin edib. Bundan dərhal sonra isə, məhkəmə qərarının icrası zamanı, qanunlarımız tələbələrinə uyğun prosedur qaydalarına əməl etməyən, adları yuxarılarla bağlı olan "XalqBank"ı kölgədən idarə edənlərin əlləri altında saxladıqları qoluzorlular dəstəsi, "ağına-bozuna baxmadan", zorla da olsa, sahiblərini obyektlərindən çıxararaq, qapılarına qıfıl vurublar.

Elə, bundan sonra, 22 nəfər mülkiyyətçi iş adamına qarşı, getdikcə qızışaraq, günü bu günədək səngimək bilməyən dəhşət dolu mülkü təcavüz başlayıb. Beləcə, iş adamlarına qarşı törədilən daha bir mülkü təcavüzün dəhşət dolu nəticələri, müstəqil Azərbaycan dövlətinin yürütdüyü iqtisadi siyasətin əksi olan daha bir səhifədə silinməz "qara ləkələrə" çevrilib. Bu ticarət mərkəzinin adıyla bağlı baş verənlər isə, camaat arasında, "Yasmin" qalmaqalı kimi yaddaşlara köcub.

"Yasmin" qalmaqalında baş verən qanunsuzluqların əksi olan epizodlardan ən dəhşətlisi isə, bu ticarət mərkəzinin binasının hərraca çıxarılması ilə bağlıdır. Belə ki, adları yuxarılarla bağlı olduğundan, "Xalq Bank"ın başında duranlar, heç bir qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə, ən əsası isə, qanunsuz təşkil etdirdikləri hərracla, reallıqda 60 milyon manata yaxın dəyər qiymətli "Yasmin"i, vur-tut, 22 milyona öz banklarının adına ala biliblər.

“Mars -- M” və "XalqBank" rəhbərlərinin adlarına yazılan, 2015-ci ildən başlayaraq, günü bu günədək səngimək bilməyən, uzun zaman gündəmdə olduğuna görə, yüzlərlə səs-küylü yazılarla ölkə mətbuatının da səhifələrindən düşməyən bu qalmaqalla bağlı, araz.az-ın dərc etdiyi 20-dək araşdırma və təhlil yazısında da, yuxarıda deyilənlər xüsusi vurğulanıb. Bu yazıları oxuyarkən, "Yasmin" qalmaqalında adları keçən, mülklərinə "od qoyulan" 22 nəfər mülk sahibi iş adamlarının dəhşət dolu acınacaqlı durumları adama bambaşqa təsir bağışlayır, onlara yazığın gəlməyə bilmir. Həmin yazılarda qeyd edildiyi kimi, burada durumun bu kökə düşməsinin əsas günahkarlarının isə, dünya veclərinə deyil. Onlar, “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipini üstün tutmaqdan heç vaxt çəkinmirlər. Özü də, istədiklərini çox fərasətsiz şəkildə həyata keçirirlər və bu səbəbdən, az keçməmiş, törətdikləri qanunsuzluqlar ictimai qınağa çevrilir. Buna əsas sübut kimi, bankın bu Biznes Mərkəzini tikən “Mars -- M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirova, mövcud qanunlarımızın tələbələrindən kənar, iki dəfə, külli miqdarda kredit ayırmasını göstərmək kifayətdir. Çünki "XalqBank"ın ayırdığı birinci kreditin təyinatı binanın tikintisi və təmiri üzrə olsa da, kredit üzrə ödənişlərdə dərhal problemlər yaranıb. Buna baxmayaraq, 2015-ci ilin iyulunda, “Xalq Bank”, “Mars -- M”ə, yeni daha bir kredit də ayırıb. Bu kreditin verilməsində əsas məqsəd isə, ölkədə baş verən devalvasiya görə, əvvəlki kreditin bağlanmasına köməklə, habelə binanın tikintisi və təmirini sürətləndirməklə bağlı olub. Guya, “Xalq Bank” bunu özünü növbəti devalvasiyadan qorumaq üçün edib. Bankın müvafiq filialı kreditin verilməsinə etiraz etsə də, Müşahidə Şurası kreditin verilməsində israrlı olub. Beləcə, hər iki kredit açıq-aşkar qanunsuz ayrılıb. Amma “krışa”sı yüksəkdə olduğundan, "Yasmin"dəki mülk sahibləri birləşsələr də, bu bankın qanunsuz əməllərinin öhdəsindən gələ bilməyiblər. "XalqBank"ı kölgədən idarə edənlər isə, istəklərinə nail olduqdan sonra, heç nədən çəkinmədən, özlərinə dəyərləri olduqca bahalı ofis və obyektlər alan bu iş adamlarının "başlarına oyunlar açıb", olmazın müsibətlər gətirməklə, bizneslərinə də, indiyədək, ciddi formada tənəzzül dövrü yaşatmaqdan çəkinmirlər. Ən dəhşətlisi odur ki, mülklərinə uzun zamandır "od qoyulan" 22 nəfər mülk sahibi iş adamları, halal pullarını verib, bu yöndən olan mövcud qanunlarımızın tələbələri çərçivəsində, buradan, sənəd-sübutlarla rəsmən öz adlarına almalarına baxmayaraq, artıq neçə illərdir ki, öz şəxsi halal mülklərindən istifadə etmələri üçün, içəri buraxılmır, hətta bağlı qalan qapılarına belə yaxınlaşa bilmirlər. Bu da, bu gözəgəlimli binanın içindən olduqca baha və içində olub, qapıları bayıra açıldığı üçün, daha yüksək qiymətlərə aldıqları halal əmlakları, artıq, onların əllərindən çıxmaq təhlükəsi ilə üz-üzə olduğuna daha bir işarədir.

Ticarət mərkəzinin özü isə, elə, o vaxtdan indiyədək, ölkənin müxtəlif instansiya məhkəmələrində mübahisələr obyektinə çevrilib və iş adamları Mərhəmət Bəşirovdan şikayətçi düşüblər. Qalmaqal və intriqaların başladığı ilk vaxtlar, aşağı instansiya məhkəmələrinə müraciət edən narazı mülk sahiblərinin mülkiyyət hüquqları məhkəmə qərarları ilə tanınsa da, “Xalq Bank”ı idarə edənlərin təkid və təzyiqləri nəticəsində, bir qədər sonra, "təkər tərsinə fırlanıb". Mərhəmət Bəşirovun götürdüyü kreditlərin ödənilməməsi bəhanəsiylə, bank, müxtəlif instansiya məhkəmələrinə müraciətlər edib və ticarət mərkəzinin binası üzərinə həbs qoydurmağa belə nail olub.Beləcə, pul verib obyekt alan sahibkarlar isə, bundan sonra, olduqca pis duruma düşüblər. Ən dəhşətlisi odur ki, müxtəlif instansiya məhkəmələri kimi, hətta Konstitusiya Məhkəməsi də, öz qərarları ilə, "Yasmin"dəki mülk sahiblərinin hüquqlarını alt-üst edib. Ədalətli açıq məhkəmə proseslərinin təmin edilməməsi ucbatından və əlacsızlıqdan, sonda, “Mars -- M” MMC-nin və “Xalq Bank”ın fırıldağına məruz qalan iş adamları Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutublar. Burada isə, artıq, onların xeyrinə qərarlar verilir.

Məhkəmələr demişkən, onu da qeyd edək ki, bu yaxınlarda olan bir məhkəmə prosesi, hamı üçün gözlənilməz olub. Belə ki, Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçən məhkəmə prosesində, 9 dekabr 2022-ci il tarixli Qərardad, bu ticarət mərkəzində mülk sahibi olan iş adamının xeyrinə çıxarılıb.

Bir sözlə, Bakı Kommersiya Məhkəməsində, hakim Kənan Hüseynovun sədrliyi ilə başa çatan, kommersiya mübahisəsi üzrə işə aid prosesdə verilən bu Qərardad, "Yasmin" qalmaqalı ilə maraqlanan çoxları üçün inandırıcı olmadı. Axı, indiyədək, obyekt sahibi iş adamlarının mənafeləri əleyhinə, çoxsaylı məhkəmə proseslərində, "XalqBank" rəhbərliyinin təkid və təzyiqləri ilə, ağına-bozuna baxmadan" hakimlərin verdikləri qərar, qərardad və qətnamələrdən sonra, hansısa bir mülk sahibinin xeyrinə Bakı Kommersiya Məhkəməsində Qərardad verilməsinə inanmaq da olmurdu. Nəhayət ki, bu oldu və hakim, iddiaçı ASC “XalqBank"ın, cavabdeh, "Yasmin"də mülk sahibi olan Təranə Razim qızı Ağayevaya qarşı, “borcun ödənilməsi və s.” tələblərini təmin etmədi. Bir sözlə, bu Qərardada əsasən, iddiaçının, iş üzrə iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər, geri, onun özünə qaytarıldı.

Çoxları isə, bu məhkəmə prosesində hakim tərəfindən həqiqətin müdafiəsini, ölkədə yüksək vəzifə sahiblərinin səs-küylü həbslərinin təsirindən yaranan son durumla əlaqələndirdilər. Doğrudan da, ağlabatandır! Hamı üçün gözlənilməz olan bu xəbər, həm də ona bir işarədir ki, ölkədəki mövcud durum bütün vəzifə sahiblərini həqiqət naminə işləməyə səsləyir.

22 nəfər iş adamı ilə, "Xalq Bank"ı kölgədən idarə edənlər arasında uzun müddətdir davam edən bu çəkişmədə, halal mülk sahiblərinə qarşı əsl düşmən mövqeyi nümayiş etdirilir. Konkret desək, sahibkarların başlarına oyun açmaqdan çəkinməyənlər, hətta zərərçəkən bu iş adamlarının müxtəlif ölçülü halal mülklərinə min cür hiylə, fırıldaq, iftira... dolu iyrənc planlı oyunlardan çıxmaqla əl də qoya biliblər. Onların göstərişləri ilə, bankın mühafizə dəstəsi, sahibkarları, binanın içərisində yerləşən, eləcə də qapıları bayıra açılan obyekt və ofislərinə belə yaxın buraxmırlar. Çıxılmaz vəziyyətdə qalan bu 22 nəfərin yalnız birindən, yuxarıda barəsində yazdığımız Bakı Kommersiya Məhkəməsindəki məhkəmə prosesində xeyrinə Qərardad çıxarılan Təranə xanım Ağayevanın -- anasının adına aldıqları şəxsi obyektlərində, "Buta Farm" apteklər şəbəkəsi tərkibindəki öz aptekini açan Qalib Məmmədovdan başqa!

Bu, o demək deyil ki, "Yasmin" qalmaqalının getdikcə böyüməsindən, bu Biznes Mərkəzindəki digər mülk sahibləri kimi, Qalib Məmmədov da incidilmir. Yox, bu, belə deyil! O, tanınmış vəkil Əkrəm Həsənovun hüquqlarını müdafiə etdiyi digər 22 nəfər iş adamı arasında, bu qalmaqal baş verən gündən indiyədək daha çox incidilən və maddi ziyana düşən mülk sahibidir. Özü də, həmişə, "Yasmin" Ticarət Mərkəzində qanuni halal mülkləri olan və uzun müddətdir: "XalqBank" bizə zülm edir!" -- deyə, haqqlarını tələb etmək, hüquqlarını pozanlara, haqlarını tapdalayanlara kəskin etirazlarını çatdırıb, kömək üçün, aidiyyatı dövlət qurumları bir yana, ölkə başçısına belə saysız-hesabsız şikayət xarakterli yüzlərlə Müraciət ünvanlayan digər 21 nəfər sahibkar mülkiyyətçi ilə, həmişə bir yerdədir. Elə, onların da, kütləvi şəkildə etirazlarını bildirmələri üçün, tez-tez toplaşdıları yer, Qalib Məmmədovun bu obyekti olur. Onlar, hər dəfə, ölkə başçısına, Birinci vitse-prezidentə, Baş nazirə və digər dövlət qurumlarının rəhbərlərinə, hətta ölkənin media vasitələrinə elə buradan üz tutub, şikayət xarakterli yüzlərlə şikayət xarakterli Müraciət ünvanlayırlar. "Yasmin"i xüsusi bir amansızlıqla ələ keçirmək istəyənlərin etirazlarına baxmayaraq, mətbuat əməkdaşları ilə çoxsaylı görüşlərin və televiziyalar üçün çəkilişlərin əksəriyyəti də, burada baş tutur.

Hər şey göz qabağında olduğundan, hiss edib, anlamaq olur ki, illərdi olduqca təsirli və üzücü anlar yaşayan halal mülk sahibinin oğlu, iş adamlarından yalnız biri -- Qalib Məmmədov, öz səbrinin möhkəmliyi müqabilində, üstünə göndərilən qoluzorlulara belə, obyektinin açarını verməyib. Halal mülkünə görə, hüquq-mühafizə orqanlarında və məhkəmələrdə çoxdan başlatdığı öz mübarizəsini qanun çərçivəsində indiyədək davam etdirə bilib. Qarşı tərəf işığını, suyunu, qazını belə qanunsuz kəssə də, qapısı bayıra açılan aptekini indiyədək birtəhər işlədir. Baxmayaraq ki, belə bir şəraitsizlikdə aptek işlətmək olduqca çətindir. Çünki belə bir vəziyyətdə bir müddət dərman, dərman preparatları və digər tibb məhsulları saxlamaq olduqca çətindir. Bu, danılmaz bir həqiqətdir ki, havasızlıq şəraiti səbəbindən, xarab və zay olmuş əczaçılıq məhsullarına görə, bir iş adamı olaraq, Qalib Məmmədova, indiyədək külli miqdarda maddi ziyan dəyib.

Bəli, "Yasmin" çəkişməsi başlayandan bu günədək, kölgədəki bankirlər tərəfindən qanunsuz təşkil edilən "razborka dəstəsinin qoluzorlularını" halal mülkünün -- aptekinin qapısına yaxın buraxmayan yeganə sahibkar Qalib Məmmədovdur. İndiyədək dəfələrlə təzyiq və təhdidlərlə üzləşsə də, o, öz mülkünü qorumaqda israrlı olub həmişə. Bu günlərdə ona qarşı yenidən qızışan təhdid və hədə-qorxular özünün pik həddinə çatsa da, aptek sahibi yenə öz halal və qanunlarımız çərçivəsində olan mübarizəsindən əl çəkməyib. Üstəlik, məcburiyyətdən, bu aptek sahibi dövlət başçısı möhtərəm İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya, ölkənin Baş naziri cənab Əli Əsədova, eləcə də digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə, bu yaxınlarda, kəskin şikayət xarakterli daha bir Müraciət ünvanlayıb.

Qalib Məmmədov həmin Müraciətində xüsusi olaraq onu qeyd edib ki, "Yasmin" qalmaqalında zərər çəkən bir mülk sahibi kimi, o da, dəfələrlə, təzyiq və təhdidlərə məruz qalıb:

"Məcburiyyətdən, "Xalq Bank"ı kölgədən idarə edənlər tərəfindən pozulan hüquqlarımın qorunması və bərpası üçün, bir daha sizlərə müraciət edirəm. Çünki mülkiyyətçi hüquqlarımı kobud şəkildə pozanların heç nə veclərinə deyil. Onlar, "Yasmin"dəki bu qalmaqal və intriqaların getdikcə böyüməsindən, vaxtilə, bu biznes mərkəzinin baxımlı binasından özlərinə olduqca baha qiymətə obyekt və ofislər alan 22 nəfər iş adamına -- halal mülk sahiblərinə qarşı əsl düşmən mövqeyi nümayiş etdirir, başlarına oyun açmaqdan çəkinmir, sanki bundan ləzzət alırlar. Nəticədə, "Yasmin" ətrafındakı xoşagəlməz olaylar, getdikcə böyüyərək, artıq ictimai qınağa çevrilir.

Bu qalmaqalda əsas günahkarların -- bankı kölgədən idarə edənlərin, biznes mərkəzinin özünün binasını tikən “Mars -- M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirovun əvvəlcədən planlaşdırdıqları bəd əməlləri nəticəsində, törədilən qanqaraldıcı qanunsuzluqlar, artıq çoxdandır ki, açıq-aşkar göz qabağına qoyulub. Onlar getdikcə daha da böyüyən "Yasmin" qalmaqalında, yalanla həqiqət arasındakı sərhədi belə dəfələrlə dumanlandırıblar.

Doğrudan da, qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə hər şeyə nail olanlar, mənim, sahibi olduğum 70 kvadratmetrlik mülkümün -- aptekimin də işləməsinə imkan vermirlər. Halbuki biznes mərkəzinin binasını tikən qurumla alqı-satqıya dair bütün qanuni müqavilə və maliyyə arayışlarım olduğu üçün, bu sözügedən sahə 2010-cu ildən mənim mülkiyyətimdədir. 2013-cü ildən isə, burada əhaliyə yüksək səviyyədə xidmət göstərən aptek işlətmişəm və hazırki çətin şəraitdə belə, öz işçilərimlə bu xidməti davam etdiririk. Bu barədə, müvafiq vergi kodum və Səhiyyə Nazirliyindən alınmış lisenziyam da mövcuddur. Sahə, "Azsığorta" ASC tərəfindən, hər il icbari sığorta və DİN-in Mühafizə Xidməti tərəfindən mühafizə olunub. Bu barədə də, əlimdə müvafiq qanuni müqavilələr və digər rəsmi sənədlər var.

Məhz yuxarıda qeyd etdiyim və mövcud qanunlarımızın hərtərəfli dəstəklədiyi vacib detallara görə də, bir daha qəti şəkildə deyirəm ki, "XalqBank"ı kölgədən idarə edənlər bu obyektimi mənim mülkümdən heç cür çıxara bilməz. Mən, bir sahibkar olaraq, özümə aid sahədə, öz mülkümdə qanuni fəaliyyət göstərirəm. Mülkümü ələ keçirməyi tezləşdirmələri üçün, bankirlər isə, mənə hədə-qorxu gəlməkdən, əsl terrorçuluq əməlləri törətməkdən çəkinmirlər. Hətta illərdi ki, obyektimə gələn su, işıq və qaz da onlar tərəfindən kəsilib. Bu, əsl şeytan əməlidir və vicdan çərçivəsində buna heç cür haqq qazandırmaq olmaz. Çünki bu şeytan əməli nəticəsində, mənim vaxtilə daha baha qiymətə aldığım olduqca qiymətli və az tapılan dərman preparatları, üstəlik tibbi ləvazimatlar aptekdəki belə bir şəraitsizlikdə getdikcə daha sürətlə xarab olur. Bu səbəbdəndir ki, bir sahibkar kimi mənə dəyən ziyanın miqdarı, artıq, ölçüyəgəlməz həddə çatıb.

Üstəlik, mülkümü ələ keçirmək üçün, son vaxtlar mənə hədə-qorxu gələnlər, sadəcə terrorçuluq edirlər. Mənsə, öz mülkümdə qanuni fəaliyyət göstərirəm. Məni oradan zorla çıxarmaq istəyənlər cinayətkar və terrorçu olacaq. Axı, belə bir qərarı, ancaq və ancaq, vicdan və qanun çərçivəsində işləyən haqq-ədalət məhkəmələri verə bilər! Əfsuslar ki, bu məhkəmələr də, haqq-ədaləti yox, qorxudan onların dediklərini müdafiə edirlər. Məcburiyyətdən, burada incidilən sahibkarlar Avropa İnsan Hüquqları Məhkəməsinə üz tuturlar. Həmin məhkəmə də, sahibkarların iddialarını müdafiə edib və bu barədə, bir-neçə Qətnamə və Qərar verib. Bunu isə, mən, dövlətimizin adına və getdikcə artan beynəlxalq nüfuzuna layiq hal kimi qəbul etmirəm. Möhtərəm Prezidentimizin də dediyi kimi, baş verən bu xoşagəlməzliyi diqtə edən və ölkə biznesinə mane olan bu səlahiyyət sahibləri də, öz hərəkətləri ilə, Azərbaycan dövlətinə xəyanət etdiklərini bir daha sübut edirlər.

Məni və işçilərimi incidənlərə, ailəmi narahat edənlərə -- hakimiyyətdəki nüfuz sahiblərinin adlarından sui-istifadə etməkdən çəkinməyən bədniyyət insanlara qəti şəkildə bir daha bildirirəm ki, mən həmişə dövlətimizin mənafeyi naminə çalışan, lazım gələrsə, canımı millətim yolunda qurban verməyə hazır olan bir ölkə vətəndaşıyam! Təcavüzkarlar onu da yaxşı bilməlidirlər ki, halal mülkümü əlimdən almaqla, məni, qeyri-birisinə çevirə və sındra da bilməzlər -- mən öz haqq mübarizəmi sonadək davam etdirəcəm! Bir daha deyirəm, məni, özümə məxsus halal mülkümdən zorla heç kəs çıxara bilməz! Zorla çıxarmaq istəyənlərə isə, sonda, cinayətkar və terrorçu damğası vurulacaq! Bu, belə də olmalıdır, inşallah! Çünki Böyük Allah da hər şeyi görəndir və bu müqəddəs varlıq tərəfindən, günah işlədənlər gec-tez öz layiqli cəzalarını alırlar. Bir də ki, illərdi əziyyət çəkərək, bir sahibkar kimi, yer etmişəm özümə. Axı, mülk də, Böyük Allaha məxsus toxunulmaz bir əmanətdir! Kim ona təcavüz və xəyanət edərsə, Ulu Tanrının özü onun bəlasını verər! Bu, açıq-aşkar namərdlikdir! Haqq nazilər, amma üzülməz, öz yerini tapar, inşallah!".

Müraciətinin sonunda, obyekt sahibi, indi, onun kimi, digər zərərçəkənlərin də hədsiz dərəcədə narahat olduqlarını qeyd edir. Bu işdə, ölkə başçısının və digər vəzifə sahiblərinin ona və digər mülk sahiblərinə kömək əli uzatmalarını xahiş edərək, umidini yalnız onlara bağladığını bildirir. Edəcəkləri köməyə görə, onlara qabaqcadan minnətdarliğını da çatdırır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, dövlət başçısı belə öz çıxışlarında, həmişə, xüsusi olaraq onu vurğulayıb ki, ölkə biznesinə mane olanlar, birbaşa, Azərbaycan dövlətinə xəyanət edirlər. araz.az-ın əldə etdiyi digər bir məlumat da, bu deyilənlərin daha bir sübutudur. Ona görə ki, 2008-ci ildən fəaliyyət göstərən və ölkəmizdə ən böyük apteklər şəbəkəsinə malik nüfuzlu və tanınmış firmalardan biri olan “Buta Farm”a da, "Yasmin" ətrafında baş verən, getdikcə daha da qızışan qalmaqal, münaqişə, hərc-mərclik və qanunsuzluqlar dolu bu ciddi məsələyə görə, daha dəqiq desək, tərkibindəki bu apteki bu vəziyyətə salan günahkarların bağışlanmaz təqsirləri ucbatından, 500 min manatdan çox ziyan dəyib. Konkret desək, təqsirkarın vurduğu yalnız bu ziyana görə, ölkənin vergi büdcəsinə də, hər ay 2500 manat olmaqla, ildə 30 min manatdan çox ziyan dəyir.

Bu ziyan, yalnız baş verən bu münaqişə və qalmaqallar zamanı, dövlət qanunlarını belə saya salmayan "XalqBank"ı idarə edənlər tərəfindən, sahibinin başına min cür oyun açılan bir obyektlə -- bu yazıda barəsində danışdığımız apteklə bağlıdır. Ortada isə, əsas təqsirkarların qanun çərçivəsinə sığmayan hegemonçu hərəkətləri ucbatından, öz biznesləriylə bağlı halal obyektləri uzun müddətdir bağlı qalan, özləri belə bu şəxsi mülklərinə yaxın buraxılmayan digər sahibkarlara dəyən külli miqdarda ziyan da var. Bu, üst-üstə hesablansa, nəticəsi dəhşət doğuran milyonlar deməkdir. Əsas təqsirkarların günahları ucbatından, yox olan bu milyonlara görə, ölkənin dövlət büdcəsinə dəyən ziyanın külli miqdarda olması isə, tükürpədicidir.

Yuxarıda deyilənlərdən belə çıxır ki, "XalqBank"ı idarə edənlərin çox şey veclərinə deyil. Hətta öz qanunsuz bəd əməlləriylə, onlar, açıq-aşkar dövlətimizin büdcəsinə qarşı qatı düşmən mövqeyində olmaqdan belə çəkinmirlər. Onu da qeyd edək ki, dəyən bu ziyana dözməyən adını yuxarıda çəkdiyimiz nüfuzlu firmanın rəhbərliyi ilə bərabər, aptekin sahibi, təqsirli bildikləri bank rəhbərliyinin qeyri-qanuni əməlləri barəsində ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına daha bir şikayət xarakterli Müraciət ünvanlamaqda və məhkəmə iddiası qaldırmaqda israrlıdırlar.

Yeri gəlmişkən, onu da qeyd edək ki, yuxarıda qeyd olunan ciddi ziyanlara görə, hədsiz ziyana düşən daha bir nüfuzlu və tanınmış biznes qurumu da var. Konkret desək, dəhşət doğuran bu ciddi ziyanın daha bir təsirli ucu, həm də Azərbaycana xarici ölkələrdən dərmanların, həmçinin digər əczaçılıq, parafarmasevtik və tibbi məhsulların idxalçılarından olan yüzdən artıq yerli şirkətlər arasındakı ən böyüklərindən birinin -- 18 illik fəaliyyəti ərzində, dünyanın 40-dan çox ölkəsində, 200-dən çox əczaçılıq şirkəti ilə işgüzar əlaqələr quran, tərəfindən ölkəmizə idxal olunan məhsulların çeşidliliyi 17 mini ötən “Avromed” şirkətinin gəlir mənafeyinə qarşıdır. Elə, bu ciddi məsələyə görə də, dövlətin vergi büdcəsinə dəyən ziyanın rəqəmlərdə əksi tükürpədicidir.

Çox təəssüf ki, dövlət rəhbərinin çıxışlarındakı ciddi xəbərdarlıqlara belə baxmayaraq, iş adamlarının milyonlarla manat vəsaitlərinin havaya sovrulması anlamına gətirən, maddi maraqlar uğrunda gedən səs-küylü intriqaları özündə ehtiva edən "Yasmin" qalmaqalının əsas günahkarlarının -- adı yuxarılarla bağlı olan "XalqBank"ın başında duranların xətirələrinə dəyən tapılmır ki, tapılmır. Elə, buna görədir ki, onlar, hələ də, "Burada mənəm, Bağdadda kor xəlifə” prinsipini üstün tutmaqla, istədiklərini etməkdən çəkinmirlər. Elə, götürək, Ticarət Mərkəzi binasının birinci mərtəbəsində özlərinə qapısı bayıra açılan daha bahalı obyekt və ofis alanlar üçün, daha üzücü və təsirli olan bir gündə onların etdiklərini. Belə ki, Nərimanov rayonunun məhkəmə icraçıları, Dövlət Reklam Agentliyinin işçiləri ilə birlikdə, onların görkəmləri olduqca baxımlı mülklərinin ad və reklam göstəriciləri yazılan, obyekt və ofislərinə xüsusi yaraşıq verən dizayn lövhələrini, "ağına, bozuna baxmadan" söküb, yerə atdılar. Beləcə, olduqca baxımlı və cəlbedici görkəmdə olan mülkləri, qısa bir müddət ərzində, pis duruma düşdü. Əsas günahkarların diqtəsiylə törədilən bu dəfəki olay da, "Yasmin"də illərdi baş verən, sonu görünməyən qanunsuzluqların, obyekt sahibi olan bu qədər iş adamını pis günə salan saxtakarlıqların və yalanların daha bir təsdiqiydi. Qanun qarşısında hamı bərabər və əmlak hüququ danılmaz olsa da, halal əmlakı heç kəs heç kəsin əlindən ala bilməsə də, bu xoşagəlməz olay belə ona bir işarədir ki, "Xalq Bank"ın başında duranlar üçün, bu, adi bir şeydir. Məhz buna görədir ki, illər öncə baş verən bu hadisələr indiyədək həqiqi qiymətini ala bilməyib.

Düzdür, "Yasmin"də mülkü təcavüzə məruz qalan mülkiyyətçilərin pozulan hüquqlarına, son vaxtlar, Ombudsman Aparatından və digər aidiyyatı dövlət qurumlarından ciddi reaksiyalar olsa da, bunları belə, "Xalq Bank"ı kölgədən idarə edənlər veclərinə almır, əvvəlkitək, iş adamlarının "başlarına oyun açmaqdan" çəkinmirlər. Bütün bunlar bir daha sübut edir ki, bu mülkiyyətçilərin mülkləri, “Mars -- M” MMC-nin və “Xalq Bank”ın iştirakçıları olduğu bir tikinti fırıldağının qurbanlarıdır. Ən dəhşətlisi odur ki, bu fırıldaqda aidiyyatı dövlət qurumlarının da əlləri var. Hüquq-mühafizə orqanları və məhkəmələr də, törətdikləri bu qatı cinayəti ört-basdır etmək istəyənlərin, 5 milyon manatdan çox ziyana düşmüş zərərçəkən əmlak sahiblərini öz investisiyalarından məhrum edənlərin dəstəkçisi olublar. Beləcə, "Yasmin" Biznes Mərkəzi də, ölkədə, iş adamlarının milyonlarla manat vəsaitlərinin havaya sovrulması anlamına gətirən maddi maraqlar uğrundakı daxili intriqaları, səs-küylü qalmaqalları ilə, gündəmdən düşməyən biznes müəssisələri sırasına düşüb. Buradakı mülklərin sahibləri olan iş adamlarının özlərinin ürək ağrısı ilə dedikləri kimi, doğrudan da, çoxdandır ki, burada yaranan acınacaqlı duruma dözmək mümkünsüzdür və haqqlarının bu cür pozulmasına heç cür tab gətirə bilmirlər! Axı, insan taleyi ilə belə oynamaq, onu bu iyrəncliklərlə sındırmaq olmaz!

Sonda, bir daha onu qeyd etmək istəyirik ki, "İlin sahibkar düşməni" kimi də elan edilən "Xalq Bank", həmin Mərkəzi tikən şirkətin rəhbərinə -- Mərhəmət Bəşirova külli miqdarda olan hər iki krediti, açıq-aşkar, qanunsuz və başqa məqsədlər üçün verib. Amma “krışa”sı elə yüksəkdədir ki, sahibkarlar birləşsələr də, bu bankın qanunsuz əməllərinin öhdəsindən gələ bilmirlər. Biz də, media nümayəndələri -- araz.az xəbər portalının əməkdaşları olaraq, haqqın tezliklə öz yerini tapacağı ümidiylə hazırladığımız belə yazılarımızla, zərərçəkənlərin dərd-sərlərinə şərik olmaq istəyirik. Həm bu səbəbdən, həm də "Yasmin" ətrafında baş verən qanunsuzluqlarla bağlı fakt və dəlillərin, araşdırmalarımız zamanı rastlaşdığımız saysız-hesabsız xoşagəlməz məqamların, yuxarıda qeyd etdiyimiz digər vacib məsələlərə dair sənəd-sübutların sayı əlimizdə çox olduğundan, bu mövzunu daim diqqətdə saxlayıb, jurnalist araşdırmalarımızı davam etdirəcəyimizi, yazılarımızın davamlı olacağını bir daha bildiririk. //ARAZ.AZ//
 
 
 
Ardını oxu...
Naxçıvan əhalisinin daha çox narazı olduğu yerlərdən biri də Muxtar Respublikanın yeganə giriş-çıxış qapısı olan Hava Limanı və onun məşhur rəisi olan Mənşur Gülməmmədlidir. Bu rəisin pul qazanma bacarığına camaat sözün həqiqi mənasında heyran qalıb. Adam təyyarələrin uçuş-enmə zolağının ətrafını elə sort yonca əkib ki, ildə dörd dəfə biçir, sonra presə vurub satır. Adama deyərlər, təyyarə hara, yonca hara?

Naxçıvandan Bakıya siqaret gətirmək istəyən şəxslərin siqaret bloklarını əllərindən alıb, heç bir sənədləşmə aparmadan elə aeroportun özündə fəaliyyət göstərən və bütün qazancı şəxsi cibinə gedən mağazaya təhvil verib satdırır. Baqajsız uçan sərnişinlərin adına yük yazıb, pulu cibinə qoyur. Xidməti personalın içində isə köməkçisi Firuzə xanımdan başqa heç kimə etibar eləmir. İnanmırsınızsa baxın görün 24 yaşlı işçinin başına hansı oyunları açıb? Şikayətçinin Azinforum.az saytına ünvanladığı və bizdən bunu ölkə rəhbərliyinə çatdırmağı xahiş etdiyi məktubu olduğu kimi təqdim edirik:

“Mən Hacıyev İlqar Vaqif oğlu Naxçıvan Beynəlxalq Hava Limanının YTQX komandasının dispetçeri vəzifəsində işləyirdim. 01.12.2022 il tarixdə saat 18:00 radələrində (Naxçıvan ŞPİ cinayət axtarış şöbəsinin rəisi Şahin Novruzov tərəfindən) Naxçıvan şəhər polis idarəsinə aparılmışam. Mənə məxsus telefonum əlimdən alındığı üçün, iş yerimə məlumat verə bilmədim. Naxçıvan ŞPİ rəisi (mayor) Elvin adlı şəxsin dediyinə görə, iş yerimə (Hava Limanına) mənim polisdə olmağımla bağlı məlumat verilibdi. Haqqımda olan şikayət araşdırıldıqdan sonra və şikayət edən tərəf şikayəti geri götürdükdən sonra , məni qanunsuz şəkildə 2 gün müddətində 08:00-dan 22: 00-dək polis idarəsində saxladılar. Sonda şikayət geri götürüldüyü və günahsız olduğum üçün , haqqımda inzibati tədbir görülmədi və cinayət işi açılmadı.

02.12.2022 il tarixdə Naxçıvan Beynəlxalq Hava Limanın direktoru Mənşur Gülməmmədlinin tapşırığı ilə kadr üzrə mütəxəssis Ayşən Əsədova məni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmə) işimə xitam verərək məni işdən azad edib. Bir daha bildirmək istəyirəm ki , işə 12 saatlıq növbəmə getməmə və işə zəng vurub məlumat verə bilməmə səbəbim polis idarəsində üzrlü səbəbdən olmağımdır. Xahiş edirəm ki, atasız gənc və ailə başçısı olmağımı nəzərə alasınız. Məni işimə bərpa etmələrinə, əmək kitabçamda yazılan maddəni silmələri ilə bağlı göstəriş verəsiniz. Heç bir işə girə bilmirəm. Mənə bu zülmü edən Mənşur Gülməmmədli haqqında tədbir görməyinizi xahiş edirəm.

Polisdə mənə növbətçi hissənin adını bilmədiyim çavuşu yaxınlaşaraq: “rəis əvəzi mayor Elvin Səfərlinin göstərişidi , get ŞPİ ərazisindəki yarpaqları süpür” , – dedi . Mən imtina etdiyim halda isə növbətçi hissənin rəisi (mayor) Sərxan ŞPİ-nin binasının daxili təhlükəsizlik kamerasının qarşısında qolumu burub pilləkənlərdən aşağı itələdi və saxlanma yerində məni döyərək başıma zərbələr endirdi. Axırda orda olan çavuşlar və oranın çayxanasını işlədən şəxslər araya girib, mübahisəni sonlandırdı.

Oradakı polis işçilərinin dediklərinə görə , Sərxan Naxçıvan MR Ali Məclisinin keçmiş sədri V.Talıbovun qohumudu ona heç kim heç bir söz demir, qoçuluq edir. Şikayət geri götürüldüyü halda , ŞPİ-nin rəis əvəzi E.Səfərli məni iki gün polis idarəsində saxladı buna görə işə gedə bilmədim və buna görə işdən qanunsuz yerə azad olundum. Məhkəmə qərarı olmadan polis məməkdaşları Abbas və Şirxan telefonuma baxış keçirib. Xaiş edirəm ki Elvin Səfərli və Sərxan adlı şəxslər barəsində tədbir görəsiniz. //azinforum.az//
 
 
 

Dünyapress TV

Xəbər lenti