“EGE Hospital” nizamnamə kapitalını artırıb.

Qlobal.az xəbər verir ki, hospitalın nizamnamə kapitalı hazırda 8.817.479 manat təşkil edir.

Bakı şəhərində fəaliyyət göstərən “EGE Hospital” tez-tez qalmaqallı hadisələrlə medianın gündəminə gəlir.

Ötən il “EGE Hospital”da xəstəni yaxınlarının icazəsi olmadan 8 dəfə gizli əməliyyat edildiyi və komaya düşdüyü barədə məlumatlar dərc edilmişdi.

Əməliyyat zamanı komaya düşən Fatimə Xuçinayevanın qızı Eren Xuçinayeva “EGE Hospital”ın həkimlərinin səhvi ucbatından 80 min manat pul xərclədiyini deyirdi.

 

 

 
Ardını oxu...
 
 
 
 
 

“EGE Hospital”la bağlı daha bir qalmaqallı hadisə isə 2020-ci ildə medianın gündəmini zəbt etmişdi.

Belə ki, 67 yaşlı Əliyəsər Xasməmmədov adlı pasiyentin səhv əməliyyat nəticəsində hospitalın kordiologiya şöbəsində öldüyü, klinikanın kardiocərrahı Ülvi Mirzoyevin vəfat etmiş şəxsin meyidini təcili yardım maşını ilə məscidə göndərdiyi yazılırdı.

Qeyd edək ki, “EGE Hospital” 2012-ci ildə qeydiyyata alınıb.


Ardını oxu...
DİA.AZ: - "Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı 15 il ərizndə dövlətdən mənimsədiyi vəsait hesabına Ağsu rayonunun Səməd Vurğun küçəsində “Zəm-Zəm” adlı klinika inşa edib istifadəyə vermşdir. Həmin poliklinkaya Ucar xəstəxanasından avadanlıqlar aparılmışdır". DİA.AZ bildirir ki, bu iddiaya Ucar rayon sakinləri adından edilən müraciətdə yer verilib.
Müraciət müəllifləri daha sonra yazırlar: "Zeynal Bayramlıya məxsus Şamaxı rayonunun Yeni Günəşli kəndində yerləşən möhtəşəm villanın dəyəri təxminən 500.000 manat təşkil edir.
Bakı şəhəri Atyalı qəsəbəsi Xalid Məcdinov küçəsində yerləşən böyük bir malikanənin qiyməti 800.000 manat təşkil edir.
Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən möhtəşəm villanın qiyməti təxminən 400.000 manat təşkil edir.Hansı ki, Zeynal Bayramlı hazırda Ucar rayonunun Qazıqumlaq kəndində qeydiyatdadır.Həmin kənd onun yaxın qohumu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ana vətənidir.
Göyçay rayonunda yerləşən böyük villanın dəyəri təxminən 350.000 manat təşkil edir.
Əlavə olaraq qeyd edək ki, Zeynal Bayramlıya məxsus Bakı şəhərində Novaxanıda dəyəri təxminən 600.000 manat olan bir bağ evi, müxtəlif ünvanlarda yeni tikili binada olan 4 mənzil var.
Faktiki Zeynal Bayramlıya məxsus olan bu mənzillərin əksəriyyəti aşkar edilməmək üçün başqa-başqa şəxslərin adına sənədləşdirilib".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
“Ötən il siz problemi işıqlandırandan sonra torpağımızdan əl çəkdi. İndi yenə torpağımıza girib, bu, azmış kimi, üstəlik, çoxillik çinar ağaclarını da kəsib, atıb”.

Bunu Meydan TV-yə Ağstafanın Xətai kənd sakini Hüseyn Hüseynov deyir.

Hüseyn Hüseynov 2021-ci ilin martında da sayta müraciət etmişdi. Bildirmişdi ki, Ağstafa şəhərinin keçmiş icra nümayəndəsi (hazırda təqaüddə) Nəriman Hacıyev ona və ailəsinə məxsus pay torpağının bir hissəsini əlindən almağa çalışır. Hətta buna görə onun torpağına gedən yolu da kəsərək orada taxıl əkib. Bu səbəbdən Hüseyn Hüseynov nə torpağına gedə, nə də suvara, əkib-becərə, məhsul götürə bilirdi. Hüseyn Hüseynovun deməsinə görə, Meydan TV materialı yayımladıqdan sonra keçmiş icra nümayəndəsi torpaqdan bir müddət əl çəkib. Ancaq kəndli yenə şikayətçidir. İddia edir ki, Nəriman Hacıyev yenə ona məxsus torpağın bir hissəsinə göz dikib.

“Gözü doymur, başqalarının torpağına əl atır”

Hüseyn Hüseynov deyir, 1998-ci ildə dövlət tərəfindən ailəsinə kənddə – Poylu yolu deyilən ərazidə 42 sot pay torpağı verilib. Həmin sahədə yonca əkib məhsul götürür, bununla da dolanışığını qururmuş. 2016-cı ildə həmin vaxt Ağstafa şəhər icra nümayəndəsi olmuş Nəriman Hacıyev və oğlu Vidadi Hacıyev pay torpağının qonşuluğundakı torpaq sahəsini icarəyə götürüb, taxıl əkib. Ancaq öz torpaqlarıyla kifayətlənməyərək, qonşu torpaqlara da əl atırlar. İndi də onun pay torpağındakı çinar ağaclarını kəsiblər:

“Gözü doymur, başqalarının torpaqlarına əl uzadır.

3 gün əvvəl xəbər tutdum ki, mənim pay torpağımdakı 16 çinar ağacını kəsib. Sahəyə gedəndə gördüm ki, artıq ağaclar yerində yoxdur. Kəsdiyini hara aparıb, bilmirəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsindən gəlib şəkillər çəkib, getdilər. Adamın məqsədi də pay torpağımın həmin hissəsini öz torpağına birləşdirməkdir. Ağaclar mane olurdu, kəsib atdı”.

Hüseyn Hüseynov Daxili İşlər Nazirliyinin 102 Xidmətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsinə, icra hakimiyyətinə müraciət etdiyini deyir:

“Ekologiya şöbəsindən dedilər ki, daha polisə müraciət etmisənsə, bizlik bir iş yoxdur, onsuz da biz də polisə müraciət edəcəkdik, özün etmisən”.

Meydan TV Nəriman Hacıyevlə əlaqə saxlaya bilməyib. Ağstafa Rayon İcra Hakimiyyətindən bildirilib ki, tərəflər mübahisəni məhkəmədə çözməlidir, qurumun məsələyə aidiyyəti yoxdur. Ağacların kəsilməsinə gəlincə, bununla bağlı vətəndaş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir.

2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq. //Meydan TV//
 
Ardını oxu...
Göyçay rayonu Qarabaqqal kənd sakini Çərkəzov Hacıbaba Şəmsəddin oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, 23 oktyabr 2022-ci il tarixdə saat təxminən 18:30 radələrində yaşadığım ünvanda dəm qazınının partlaması nəticəsində həyat yoldaşım Musayeva Tehranə Niyaz qızı ll-lll-lV-cü dərəcəli yanıq xəsarətləri almışdır. İlkin tibbi yardım göstərilməsi üçün həyat yoldaşımı Göyçay RMX-nın Acil şöbəsinə apardıq. Lakin adı çəkilən şöbədə həyat yoldaşıma lazımi tibbi-təlimatlara uyğun yardım göstərilmədi. Belə ki, yanğın dərəcəsini təyin etmək məqsədilə "rentgen" və digər müayinələr edilmədi, müvafiq analizlər götürülmədi, həmin sahə üzrə ixtisaslaşmış həkim dəvət edilmədi, konsilyum keçirilmədi. O gecə növbətçi həkim Mahmud Mustafayev idi. Əksinə, orada yüngül ilkin tibbi yardım göstərildikdən sonra xəstəni evə buraxdılar. Həmin gecə lazımi tədbirlər görülmədiyinə görə gecə yarısı xəstəmin vəziyyəti daha da ağırlaşdı. Biz rayon xəstəxanasındakı həkimlərin xəstəmizə laqeyd yanaşdığını gördükdən sonra təkrarən oraya getməyi lüzumsuz hesab etdik. Əlacsız qalaraq xəstəmizi paytaxt Bakıda yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasına apardıq. Bundan sonra, həyat yoldaşıma bülliten yazılması üçün doktor Vüqar Bəkirova müraciət etdik. Öncə o, bizi get-gələ salmağa başladı. Bildirdi ki, xəstə 5 saylı şəhər Klinik Xəstəxanasından sənəd gətirməlidir. Əslində ortada yeganə məqsəd pul tələsi idi. Nəhayət 50 (əlli) manat pul verdiyimi görüb, "Biz iki nəfərik, 50-də üstünə qoy 100 olsun" deyərək məndən 100 (yüz) manat rüşvət aldı. Lakin adı məlum olmayan ikinci şəxsin kimliyini bəlli etmədi. Fikrimcə, arxayıncasına rüşvət tələb edən həkim aldığı pulu yalnız onu himayə edən rəhbərliyi ilə bölüşə bilərdi.
Buna baxmayaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasından verilən "Göndəriş" əsasında 13 dekabr tarixində həyat yoldaşım məcburən 5 saylı şəhər Klinik Xəstəxanasına gedərək tələb olunan sənədləri gətirib doktor Vüqar Bəkirova təqdim etdik. O, 21 dekabrda gəlməli olduğumuzu bildirdi. Deyilən vaxtda onun qəbulunda olduğumuz zaman o, həyat yoldaşımın büllitenin artıq 14 dekabr tarixindən bağlandığını bildirdi. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin (c) bəndinin tələblərini pozmaq deməkdir. Ancaq biz aidiyyəti üzrə çoxsaylı şikayətlər etdiyimizə görə Göyçay RMX tərəfindən dekabr ayının 21-dən 29-a qədər yenidən bülliten açıldı.
Cənab Prezident! Nəzərinə çatdırım ki, yuxarıda qeyd etdiyim kimi, Göyçay RMX-nın Acil şöbəsində xəstəmizə olan qeyri-ciddi davranış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü "Səhlənkarlıq" maddəsini özündə əks etdirir. Göstərilən tarixdə Göyçay RMX-nın müşahidə kameralarına baxış keçirsəniz, hər şey olduğu kimi ortaya çıxacaqdır. Həmçinin, doktor Vüqar Bəkirovun əməli yuxarıda qeyd etdiyim məcəllənin 311-ci (Rüşvət alma) maddəsinə əsas verir. Göyçay RMX-da baş verən özbaşınalıqların, qanunsuzluqların, korrupsiya və rüşvət hallarının tək və yeganə səbəbi yarıtmaz idarəçilikdən irəli gəlir. Əlbətdə sabiq direktorların zamanında da xeyli problemlər var idi. Lakin o zamanlar dərd var idisə də, dərmanı da vardı. Təəssüflər olsun ki, hazırda şikayətlərimizi dinləyəcək rəhbərlik mövcud deyildir. Yəni, bütün bu hadisələrin kökündə direktorun layiqincə yerində olmaması dayanır.
Sizdən çox xahiş edirəm, müraciətim tərəfinizdən obyektiv araşdırılsın, günahkarların cəzalandırılması istiqamətində təsirli tədbirlər görülsün. Sizə öncədən minnətdarlığımı bildirirəm.
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun rəhbərlik etdiyi "Bakı Tikinti Kosntruksiya" Qapalı Səhmdar Cəmiyyətində ciddi korrupsiya halları ortaya çıxıb.

Etibarlı mənbədən Qaynarinfo-ya verilən məlumata görə, Şahin İbadovun rəhbəri olduğu QSC-də qeyri-qanuni tikililər də mövcuddur. İddia edilir ki, BTK ərazisində heç bir rəsmi dövlət orqanı tərəfindən razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarlar tikdirilib.

Bu azmış kimi, sözügedən anbarlar sahibkarlara yüksək məbləğdə icarəyə verilir. İcarədən yığılan vəsaitin çox cüzi hissəsi isə vergi və digər dövlət rüsumlarına yönəldirilir.

Ardını oxu...

Ərazidə yerləşən anbarlar, üstəlik buradan yığılan icarə haqqı qeyri-qanunidir, rəsmi bəyan olunan hissəsi çox cuzidir və realıqdan fərqlənir.

Nəticədə bu BTK-nın gəlirlərin gizlədilməsinə, birbaşa vergi və digər dövlət rüsumlarının ödənişlərindən yayındırılmasına gətirib çıxarır.

Mənbənin verdiyi məlumata görə, bir il öncə ərazidə növbəti qeyri-qanuni tikinti aparılıb. Nərimanov rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tikinti işləri dayandırılıb. Hətta tikinti işləri sonuncu dəfə polisin müdaxiləsindən sonra dayandırılıb.

Mənbə qeyd edir ki, bu ilin sentyabr ayından başlayaraq, FHN-nin və digər dövlət qurumlarının rəsmi razılığı olmadan QSC-nin ərazisində yenidən qanunsuz əsaslı tikinti işləri davam etdirilib.

Ardını oxu...

06.09.2002-ci ildə yaradılan, nizamnamə kapitalı 205092 manat olan, Nərimanov rayonu, Dərnəgül S/Zonası, 507-ci küçə, ev 2096-da qeydiyyatda olan "Bakı Tikinti Kosntruksiya" QSC-nin hər hansı bir veb-saytı, ünvanı və əlaqə nömrəsi ictimaiyyətə təqdim edilməyib.

Bu səbəbdən BTK ilə əlaqə saxlamaq mümkün olmasa da, məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Üzərindən bir neçə gün keçməsinə baxmayarq, hələ də sorğulara cavab verən olmayıb.

Qeyd edək ki, Şahin İbadov fəaliyyəti ilə bağlı bir neçə gün öncə saytımızda başqa bir yazı dərc edilmişdi.

Qlobal.az
 
 
 
Ardını oxu...
Saytımızın əziz və dəyərli izləyicilər. Öncəliklə xatırlatmaq istəyirik ki, iki gün əvvəl RealMedia.az saytı olaraq “Yenicag”-a istinadən Beyləqan İcra Hakimiyyətinin şəhid anasına “CANIYANANLIĞI”… – Qəhrəmanın adını “çayxana”ya vermək istəyir…” sərlövhəli yazı dərc etmişdir. Həmin yazıda söhbət Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Təzəkənd kəndinin şəhidi Vəliyev Elnur Mirsiyab oğlunun adının əbədiləşdirilməsi üçün rayonun Qaralar kənd orta məktəbinə verilməsinə dair Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə müraciətindən bəhs edilir. Hansı ki, Qaralar kənd sakinləri icra hakimiyyətinin müraciətini ədalətsiz hesab edərək, məhz Qaralar kəndin tam orta məktəbinə 44 günlük Vətən savaşının QƏHRAMANI, şəhid, hansı ki, həmin məktəbin məzunu olmuş Cəlal Bədirxan oğlunun adının verilməsini tələb edirlər.
Məhz buna görə də bu günləri Beyləqan rayonunun Təzəkənd kəndinin, həm də rayonun Qaralar kəndinin şəhid valideynləri arasında müəyyən mübahisə yaranıb. Bu baxımdan da Təzəkənd kəndinin şəhidi (bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, şəhid analarının əlindən öpürük) Vəliyev Elnur Mirsiyab oğlunun anası Zeynəb Vəliyeva “Yenicag”-a müraciət edərək bildirmişdir ki, ona təzyiq edilir ki, məktəbə (Qaralar tam orta məktəbinə) oğlunun adının verilməsindən imtina etsin. Onu qeyd edək ki, ötən yazımızda şəhid Elnur Vəliyevin 44 günlük Vətən savaşında keçdiyi döyüş yolu barədə geniş məlumat verilib.
Qeyd edək ki, məlum başlıqlı yazı sayatımızda dərc edildikdən bir gün sonra Qaralar kənd sakinləri, kəndin yeganə şəhidi Vəzirov Cəlal Bədirxan oglunun valideynləri bizimlə əlaqə saxlayaraq onların da mövqelərini dərc etməyi xahiş etdilər. Əlbəttə ki, bizdə kənd sakinlərinin və şəhid valdeyinlərinin bu xahişini nəzərə alıb saytımızın poçtuna ünvanladıqları müraciəti təqdim edirik:
Öncə şəhid Vəzirov Cəlal Bədirxan oglu haqqında:
Ardını oxu...
Vəzirov Cəlal Bədirxan oğlu 05 dekabr 1993 cü ildə Beyləqan rayon Qaralar kəndində anadan olub və həmin kənddə böyüyüb başa çatmnaqla, Qaralar kənd tam orta məktəbini bitirmişdir. O, orta məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətə gedib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra tərxis olunur. Bir müddər fərdi əməklə məşğul olur. Lakin Cəlal Vəzirov 2020 -ci il sentyabr ayının 21- də düşmənin yenidən ərazilərimiz işğal etmək məqsədi ilə həyata keçirdikləri geniş miqyaslı təxribatlarının qarşısının alınması və işğalda olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütovlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü olaraq qatılır. Yeri gəlmişkən onu da qeyd edək ki, şəhid Cəlal həqiqi hərbi xidmət dövründə Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun rəhbərlik etdiyi xüsusi kəşfiyyat bölüyündə xidmət edib. Və Polad Həşimov şəhid olan günü Cəlal könüllü Orduya yazılır. Cəlal 03 oktyabr 2020 ci ildə Füzuli rayonu istiqamətində doyüş tapşırıgını yerinə yetirən zaman şəhid olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal Vəzirov ölümündən sonra “Vətən uğrunda”, 24 06 2021 ci il tarixlində “Füzulinin azad olunmasına” gorə medalı ilə, 05. 11. 2022-ci il tarixində isə “3 cü dərəcəli Vətənə xidmətə” gorə Ordeni ilə təltif edilmişdir.
Onu da qeyd edək ki, şəhidimizin atası Bədirxan Abışov həm 1- ci Qarabag müharibəsi, həmdə 44 gülük Vətən müharibəsi iştirakçısı olub. Oğlu şəhid olandan sonra tərxis olunmuşdur.
Şəhidimizin valideynləri və kənd sakinləri bildirirlər ki, hər iki şəhid bizimdir, şəhidlər bir evin yox, bir elin şəhidləridir. Ancaq məsələ ondadır ki, Qaralar kəndinin yeganə bir şəhidi ola-ola, niyə həmin məktəbə məhz elə Cəlalın adı əbədiləşdirilmir. Onlar yazırlar ki, bu təkliflə bağlı şəhidin ata və anası, kənd sakinləri 1-ci Qarabağ və 44 günlük Vətən müharibəsinin iştirakçıları qazilərimiz, məktəbin müəllim kollektivi adından dəfələrlə Beyləqan rayon İcra Hakimiyyətinə müraciətlər edilib. Amma heç bir müsbət addımlar atılmayıb.
Qaralar kənd sakinləri, şəhidin valideynləri vurğulayırlar ki, əvvəlcə icra hakimiyyəti tərəfindən onlara söz versələrdə ki, oğlunuzun adı elə oxuduğu Qaralar kənd tam orta məktəbinə veriləcək. Lakin bu günləri məlum olub ki, icra hakimiyyəti onları aldadırmış. Qarallar kənd məktəbinə Beyləqan rayon Təzəkənt kəndindən olan şəhid Vəliyev Elnur Mirsiyab oğlunun adına əbədiləşdiriləcək. Və elə icra hakimiyyətinin bu ikili oyunu ucbatından şəhid valideynləri arasında bir qədər narazılıqla qarşılanıb.
Bildirilir ki, icra hakimiyyəti yaxşı bilir ki, Cəlal Vəzirov Qaralar kəndinin yeganə şəhididir. İndiyə qədər bu kənd şəhid verməyib. Onlar hesab edirlər ki, icra hakimiyyəti iki şəhid valdeyinləri arasında intriqa yaradır. İcra hakimiyyətinin mövqeyini o vaxtı başa düşmək olardı ki, qaralar kəndinin şəhidi olmasın. Faktiki olaraq, onları necə başa düşmək olar?
Sonda yazırlar: “Biz də Qarallar kənd sakinləri olaraq şəhid Cəlal Vəzirovun Qarallar kənd tam orta məktəbinə adının əbədiləşdirilməsini tələb edirik və bu şəhidimizin haqqıdır.”
“Şəhidi Vəliyev Elnur Mirsiyab oglunun ruhu qarşısında baş əyirik. Xatirəsi hər zaman bizlər üçün əziz olacaq”.
Bizdə redaksiyamız adından, icra hakimiyyətindən tələb edirik ki, ikili oyun oyunlarına son qoysunlar, hər iki şəhid valideynlərini intriqaya çəkməsinlər.
Mövzu diqqətimizdədir.
Qeyd edək ki, irəlləyən günlərdə cənab Prezident İlham Əliyevə şəhid valideynlərinin və kənd sakinlərinin video müraciəti olacaq.
Məsələylə bağlı Beyləqan RİH-nin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Təki onlar mövqe bildirsinlər.
RealMedia.az
 
Ardını oxu...
Gəncə Regional Kollecində idarəçilik Naxçıvanın keçmiş xanı Vasif Talıbov üsul-idarəçiliyini xatırladır. Bu təhsil müəssisəsi elm ocağından daha çox ailə şirkəti kimi fəaliyyət göstərməkdədir. Nəticə etibarı ilə Gəncə Regional Kolleci müəllim – tələbə və rəhbərlik gözündə firmaya oxşayır. Çünki burada idarəetmə metodu, müəllim və tələbələrə münasibət, rəhbərlikdə olan şəxslərin bir ailə olması Naxçıvanda dünənə qədər baş verənlərin bənzəridir: rüşvət, soyğunçuluq, vəzifələrdə qohum-əqrəba, ailə üzvləri, özbaşınalıq, anarxiya, xaos…
Reportyor.info bildirir ki, bu da səbəbsiz deyil. Məlumatda iddia olunur ki, gələcəyin kadrlarını bu təhsil ocağı kolleci ailə podratına çevrilib. Belə ki, direktor Fəxrəddin Zeynalov qızlarını – Nuranə və Gülnar bacılarını yanında işə götürüb, kürəkəni isə sürücü kimi çalışır. Eyni zamanda, kollecdə rüşvət, maxinasiya, mənimsəmə, dərsdənyayınma, rüsvayçı insidentlər, müəllim-direktor qarşıdurmaları, həmçinin inzibati xətalar adi hala çevrilib. Sanki belə də olmalıdır. Ona görə də ilbəil kollecə müraciət azalır. Bu neqativ hallar valideynləri qorxuya salır və kimsə övladının Fəxrəddin Zeynalovun bazara çevirdiyi kollecdə təhsil almasını istəmir. Gələn məlumatlarda o da deyilir ki, kollecin rüşvət üzrə kassiri tədris hissəsinin rəhbəri Sahibə Nəzərovadır. Direktor Zeynalov Nəzərovaya böyük etimad göstərib və onu “baş xəzinədar” elan edib. Bəli, vəzifəsi tədris hissəsi olsa da, əsasən onun əli ilə rüşvət yığılır. Odur ki, gələcəkdə istintaq altına düşərsə, hansi ifadələri verəcəyini indidən təxmin etmək olar. Çox maraqlıdır ki, sözügedən
Sahibə Nəzərova heç də adi bir fiqur deyil. Demə, keçmiş baş nazir, dövlətə qarşı təşkil edilmiş Gəncə qiyamının müəllifi Surət Hüseynovun baş müşaviri, 1995-ci ildən Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə axtarışda olan, 1994-cü il oktyabrında dövlət çevrilişinə cəhdinin təşkilatçılarından olan Saday Nəzərovun bacısı imiş.
İddialara görə, kollecin direktoru Fəxrəddin Zeynalov vaxtilə Surət Hüseynovun sağ əli sayılan həmin Saday Nəzərovla dost olublar, bu səbəbdən bacısı Sahibə Nəzərovanı tədris hissəsinə rəhbər təyin edib. Nəticədə axtarışda olan cinayətkarın bacısı Nəzərovanın əli ilə kollecdə müxtəlif cinayətlərə yol verilir – dərs yüklərini istədiyi adama verir, pul yığır, dərsdən yayınmaq üçün aylıq alır…
Əldə etdiyimiz başqa bir xəbərdə isə kollecin Tarix-Sosiologiya şöbəsinin müdiri Tünzalə Hüseynovanın əməlləri haqda bəhs edilir. İddialara görə, şöbə müdiri tibbi kart üçün pul yığmaqdadır. Şöbə müdiri müəllimləri də bu işə şərik və məcbur edib. Ancaq bu, onun nə ilk, nə son əməlidir. Hüseynova demək olar ki, hər ayın əvvəli müxtəlif bəhanələrlə müəllimlərdən pul tələb edir.
Həmçinin, bir çox tələbələrin adı jurnalda getsə də, özlərini kollecdə görmək mümkün deyil. Dərslərdə iştirak etməməyin aylıq xərci isə 100 manatdır. Məlum olur ki, kollecin bu cür məzuniyyətə buraxılmış tələbələri “təhsil xərclərini” ödəmək üçün paytaxtın və başqa şəhərlərin inşaat meydançalarında fəhləliklə, restoranlarda ofisiantlıqla məşğuldurlar. Həmin tələbələrdən bir qisminin adlarını əldə etmişik və siyahını sizə təqdim edirik, lakin heç də ilk və son siyahı deyil:
Quliyeva Mehin
Məmmədova Lamiyə 729 A1/1
Əliyeva Jalə 729 A1/1
Qurbanov Nemət
Zeynalova Gülnar 811A1/1
Quliyeva Nurlana 731 A1/1
 
 
 

Ardını oxu...
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın sədri Nazim Səfərov ticarət obyekti inşa etdirir.
Bu barədə Dövlət şəhərsalma və Arxitektura Komitəsinin saytında məlumat yerləşdirilib.
İctimai şura sədrinin inşa etdirdiyi ticarət mərkəzi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşir.
Ardını oxu...
İki mərtəbə olacaq obyektin ümumi sahəsi 286 kv metrdir.
Nazim Səfərov AQTA-nın İctimai Şurasının sədri olmaqla yanaşı, həm də "Azərbaycan Heyvandarlıq Assosiasiyası” (AHA) İctimai Birliyinin İdarə Heyətinin sədridir. //AzFakt.com//
Ardını oxu...
 
 
Ardını oxu...
 
 

 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələri qan analizlərinin götürülməsi üçün dövlətin onlara verdiyi reaktiv maddələri və dərman preparatlarını maya dəyərindən ucuz qiymətə özəl kliniklara satırlar.

 

Xalqxeber.az Qlobal.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, dərman preparatlarını və reaktiv maddələri satıldığı iddia edilən tibb müəssisələrindən biri də M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasıdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xətti ilə Respublika Klinik Xəstəxanasına müraciət edən xəstələrə qan analizlərinin tam verilmədiyi deyilir.

Deyilənə görə, xəstələrdən alınan analizlərin cavabı əksərən yarımçıq olur. Buna səbəb kimi isə bazada reaktiv maddələrin, dərman preparatlarının olmaması göstərilir. Şikayətçi olan vətəndaşlara isə analiz üçün verdikləri qanların laxta olması bəhanəsini edirlər.

Problemlərdən şikayətlənən vətəndaşlar deyirlər ki, əllərində tutarlı dəlil olmasa da, baş verənlərin dəqiqliyinə əmindirlər. Onlar düşünürlər ki, bu məsələni araşdırmaq ekpertlərin, mütəxəssislərin vəzifəsi, qiymət vermək isə hüquq-mühafizə orqanlarının işidir.

Respublika Klinik Xəstəxanasında antitromp, hematokrit, KOMA ZR, RDW – SD anizositoz, insulin və digər analizlərin verilməsində ciddi problemlərin yarandığı da vurğulanır.

Ümumiyyətlə, ölkədə uzun müddətdir ki, dövlət tibb müəssisələrində verilən analizlərə etimadsızlığın olması müzakirə mövzusudur.

Əksər hallarda vətəndaşlar özəl klinikalarda dəqiq analizlərə üstünlük verirlər. Bu da qan analizləri ilə bağlı maddə və dərmanların özəl klinikalara satılması arqumentini gücləndirir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən xəbərə münasibət öyrənə bilmədik.

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti