Ardını oxu...
Artıq neçə illərdir ki, Azəraycan vətəndaşları bir çox istehlak məhsullarını onlayn şəkildə xarici ölkələrdən, xüsusən də Türkiyədən sifariş edirlər. Sifarişlərə daha çox geyim məhsulları daxildir ki, insanlar qiymət fərqi, çeşid çoxluğu və s. səbəbdən məhsulları xaricdən almağa üstünlük verirlər.

Bu prosesin nəticəsi olaraq Azərbaycanda son 5-6 ildə karqo şirkətləri yaranmağa başlayıb. İlkin araşdırmamıza görə, hazırda yerli bazarda bu xidməti həyata keçirən onlarla karqo şirkəti mövcuddur. Bu şirkətlərin əsas işi vətəndaşların xarici ölkələrdən sifariş etdiyi məhsulu öz xarici anbarlarına qəbul edib, onların ölkəyə gətirilməsi və müştərilərə çatdırılmasıdır.

Qeyd olunan xidmət sahəsinin həcmi böyüdükcə, zaman -zaman qanunvericilikdə də bu istiqamətdə müəyyən düzəlişlər edilib. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddənin 1.0.8-ci bəndinə əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən təqdim olunan rəsmi sənəddir. Lisenziya yalnız qanunvericiliklə müəyyənləşdirilmiş sahələrdə fəaliyyət göstərəcək şəxslərə verilir. Qanunun 1 nömrəli əlavəsində “sürətli poçt xidməti” lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına aid edilib.

Burdan belə nəticəyə gəlmək olar ki, xarici ölkələrdən vətəndaşların məhsulunu ölkəyə gətirən bu şirkətlər də lisenziya əsasında faəliyyət göstərməlidir. Lisenziyaların əldə olunması üçün tələb olunan prosedurlardan biri də həmin poçt xidmətinin fəaliyyət göstərdiyi ticarət obyektləri vergi orqanında uçota alınmalıdır.

Ancaq araşdırmamız göstərir ki, bu sahədə fəaliyyət göstərən bir çox şirkətlər qanunu açıq-aşkar çeynəməklə məşğuldur.

Expargo, Mover.az, Kango.az kimi şirkətlərin filial ünvanları bölməsinə nəzər yetirdikdə məlum olur ki, bu şirkətlər yuxarıdakı qanunvericiliyin tələbini pozmaqla müştərilərə xidmət göstərirlər. Belə ki, bu şirkətlər müxtəlif ərazilərdə telefon dükanları, aptek, geyim, ərzaq mağazaları və s ticarət obyektlərinin daxilində müştərilərə poçt xidməti göstərirlər. Bu isə vergi qanunvericiliyinə görə yolverilməzdir.

Bundan başqa, bu kimi hallara görə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci və Cinayət Məcəlləsinin 192-ci maddələrində nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir.

Məsələ ondadır ki, bu şirkətlər qanunsuz fəaliyyət göstərdiklərini gizlətmirlər də. Öz saytlarında qeyri-qanuni fəaliyyət göstərdikləri ticarət obyektlərinin adlarını bir-bir qeyd ediblər, dəqiq küçə adreslərini və telefon nömrələrini də yazıblar.

Bu cür fəaliyyət göstərməklə yuxarıda adı çəkilən şirkətlər qanunvericilikdən yayınmaqla daha çox gəlir əldə etmək niyyətindədirlər. Çünki ölkəmizdə Azərpoçt xidmətinin bütün ölkə böyü daşınmaları həyata keçirmək imkanı var və qeyd edilən Expargo, Mover.az, Kango.az kimi şirkətlər bu imkandan yararlanıb, dövlətin büdcəsinə vəsait köçürməkdənsə, dolayı yollarla öz işlərini görmək və vergidən yayınmaqla məşğuldurlar.

Qaynarinfo məsələ ilə ilə əlaqədar Dövlət Vergi Xidməti ilə əlaqə saxlasa da, suallara cavab almaq mümkün olmayıb. Əməkdaşımız iki gün ərzində quruma etdiyi aramsız zənglər cavabsız qalıb.

Yuxarıda adıçəkilən şirkətlərin də mövqeyini öyrənmək müşkülə çevrilib. Mover.az və Expargo-dan əməkdaşımıza onunla əlaqə saxlayacaqlarını bildirsələr də, bu baş verməyib. Kango.az isə sualları yazılı formada şirkətin email ünvanına göndərməyi xahiş edib. Bu suallara qısa müddət ərzində cavab veriləcəyi deyilsə də, 2 gün ərzində hər hansı şirkətdən hər hansı cavab almaq mümkün olmayıb./Qaynarinfo/
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Əsas təhdid nədir?
SSRİ-nin dağılmasıyla “soyuq müharibə” bitdi və birqütblü dünyada Amerika Birləşmiş Ştatlarının hegemonluğu artdı. Ancaq 2000-ci illərdən başlayaraq Vaşinqtonun çətinlikləri başladı, Rusiya, Çin, Hindistan və Braziliya kimi ölkələr öz bölgələrində fəallıqlarını artdırdılar.
Buna baxmayaraq, Vaşinqton öz liderliyi uğrunda siyasi və diplomatik mübarizəsini davam etdirir. ABŞ prezidenti Co Bayden hesab edir ki, dünyada ABŞ-ın liderliyinə ehtiyac var: “Biz strateji rəqabət şəraitində dünya quruluşunun formalaşdırılması uğrunda mübarizə aparırıq. Biz çağırışlarla üz-üzəyik. Dəyərlərimizi bölüşən tərəfdaşlarımızla təhlükəsiz dünyanı formalaşdırmağa çalışırıq”.
Bu sözləri Rusiya və Çində belə qəbul edirlər ki, onlar ABŞ-ın həm də ona görə rəqibləridir ki, Vaşinqtonun dəyərlərinə zidd siyasət yürüdürlər. Vaşintonda Rusiyadan çox Çini əsas təhdid kimi qiymətləndirirlər. Pekin Vaşinqtonun strateji rəqibidir. ABŞ-ın siyasi və ekspert dairələrində belə bir fikir var ki, Çin beynəlxalq münasibətləri özü istədiyi formada formatlaşdırmağa çalışır. Vaşinqton bunun qarşısını almağa çalışır. ABŞ-ın Çinə qarşı müqavimət siyasəti Donald Trampın prezidentliyi dövründə başladı. Hazırki prezident Co Bayden bu siyasəti davam etdirir. 1970-ci illərdə Pekinlə təmaslara başlayan Vaşinqton düşünürdü ki, bu siyasət nəticəsində zaman keçdikcə Çin dəyişəcək. Ancaq bu baş vermədi və Çin Kommunist Partiyasının rəhbərliyi əksinə ölkələrinin mövqelərini beynəlxalq aləmdə möhkəmlətməyə başladılar. Çin Amerika modelini qəbul etmədi.
ABŞ prezidenti Co Bayden Çinlə mübarizə aparmaqla yanaşı, Pekinlə dialoqdan da imtina etmir. Bayden Çin lideri Si Sinpinlə ara-sıra görüşür və müxtəlif mövzularda fikir mübadiləsi aparır. Bayden Si Sinpinə açıq deyib ki, Vaşinqton Pekinlə həm mübarizə aparacaq, həm də əməkdaşlıq edəcək. İki ölkənin əməkdaşlıq etdiyi sahələdir bunlardır: iqlimin dəyişməsi, qlobal makroiqtisadi sabitlik, səhiyyə və qlobal ərzaq təhlükəsizliyi. Bu iki ölkə arasında bu mövzular ətrafındA məhdud əməkdaşlığı şərtləndirir.
Çinin ABŞ-la mübarizə aparmaq planı yoxdur. Buna baxmayaraq, Pekin müxtəlif ölkələrlə əməkdaşlığında öz qaydalarını tətbiq etməyə çalışır. Si Sinpin Kommunist Partiyasının son qurultayında bu prinsipi belə izah edib: “Çin modernləşmiş aparıcı sosialist dövlətinə çevirməli, beynəlxalq aləmdə çəkimizi artırmalıyıq”. Ancaq bunun özünü Qərbdə təhdid kimi qiymətləndirirlər.
Vaşinqton Pekinin bir başqa siyasətindən də narahatdır. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Afrika ölkələrinin Çinə borclarını ödəməkdə çətinlik çəkdiyi üçün borc şərtləri ətrafında şəffaflığın artırılmasını tələb edəcək. Dövlət Departamentinin iqtisadi artım, enerji və ətraf mühit məsələləri üzrə katibi Xose Fernandes deyib ki, Vaşinqton həmçinin “bu ölkələrin xalqlarını sıxışdıran sarsıdıcı borcdan necə çıxa biləcəklərini anlamağa çalışacaq”. Fernandez bu sözləri Vaşinqtonda 40-dan çox dövlət başçısının qatıldığı ABŞ-Afrika Liderləri Sammiti çərçivəsində verdiyi müsahibədə deyib. Prezident Co Bayden ABŞ-ın Çinin milyardlarla dollarlıq sərmayə vasitəsilə nüfuz qazandığı qitə ilə əlaqələrini canlandırmaq istəyir. Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Pengyu isə bildirib ki, Çin inkişaf etməkdə olan ölkələrin, o cümlədən Afrika ölkələrinin üzləşdiyi borc məsələlərinə “böyük əhəmiyyət verir” və onlara “borc təzyiqini” azaltmağa kömək etmək öhdəliyi götürüb.
Kovid Çindən dünya ölkələrinə yayılmağa başlasa da, xəstəlikdən ölənlərin sayı bu ölkə üçün faciəvi olmadı. Əksinə xəstəlik ABŞ-a çatdıqda ölənlərin sayı yüzminlərə çatdı. Xəstəlliyin mənbəyi məsələsi ABŞ-la Çin arasında hələ də fikir ayrılığıdır. Buna baxmayaraq, Pekin xəstəliklə mübarizədə kəskin addımlardan çəkinməyə başlayıb. Çinlilərin bir neçə günlük sərt etirazı Pekini geri addım atmağa məcbur etdi.
“Vaşinqton post” qəzetinini yazdığına görə, Çin "sıfır covid" siyasətini ləğv etməyə başladıqdan cəmi bir həftə sonra, təxminən üç illik qapanmanın sona çatdığını göstərən böyük şəhərlərdə ailələr yeni tapdıqları azadlığa qovuşublar. Ancaq bu azadlıq onlara baha başa gəlib. Çinlilər qorxudan dərman ehtiyatlarını artırıb və ev müalicəsi ilə məşğul olublar. Bu da apteklərdə dərman qıtlığı yaradıb. Apteklərdə qızdırma dərmanları, eləcə də ənənəvi bitki mənşəli dərmanlar tükənib. Məqalədə bir çinliyə iatinad edilərək yazılıb ki, apteklərdən birində satıcı paket dərman onun əlinə qoyaraq “bunu da al, çünki sonra bu da tükənəcək” deyib. Müxtəlif şayiələr Çindəki supermarketlərdə ərzaq qıtlığı da yaradıb.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 
 
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası:
Əhalisi - 461.530 nəfər (2021)
Sahəsi - 5 502.75[1] km²

Qazax rayonu:
Əhalisi -103 994[3] nəfər
Sahəsi - 699[1][2] km²

DogruXeber.az: - Gördüyünüz kimi istər ərazisinə görə, istərsə də əhalisinin sayına görə "yer-göy qədər" fərq var.
Lakin, son günlər DTX-nin Naxçıvanda apardığı əməliyyatları alqışlayan Qazax sakinləri Qazax rayonunda da belə əməliyyatların aparılmasını istəyirlər. Çünki, onların sözlərinə görə eyni problemlər - yəni, İcra başçısının özünü "padşah" kimi, rayonun "yeganə sahibi" kimi aparması, icra başçısına yaxın olan məmurların özbaşınalığı, həmçinin, rayondakı kiçik-böyük - bütün səlahiyyət sahibləri ilə bərabər təhsil və səhiyyə sahəsində də cərəyan edən edən saymazlıq, korrupsiya və yeyintilərin eynisi Qazax rayonunda da cərəyan edir.

Hətta, bu iddialarla dəfələrlə fərqli şəxslər "DogruXeber.az"a müraciət edib, "Kanal14" YouTube kanalında, "Kamalın zamanı" proqramında canlı yayımda çıxışlar ediblər. Üstəlik canlı yayımın şərh bölməsində də müxtəlif şəxslər, rayonda baş verənləri danışan şəxslərə dəstək olaraq, əlavə şok üstünə, şok məlumatlar qeyd ediblər.

Ötən yayımlarımızda sakinlərin "DogruXeber az"a danışdıqları - rayon İcra başçısı Rəcəb Babaşovun saymazlığı, başçının müavini Gülayə Həsənovanın, icra nümayəndəsi Akif Vəliyevin, Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Sərxan, Gülayə Həsənovanın qardaşı Şahin, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda xanım və digər səlahiyyət sahibləri barəsində məlumatlar vermişdik.

"Baş həkim Sevda xanım" demişkən, Qazax sakinləri rayon xəstəxanasında yoxlamalar aparılmasını istəyirlər. Onların sözlərinə görə "rayon Mərkəzi Xəstəxanasında külli miqdarda yeyintilər var.

Xəstəxanaya gələn şəxslər kağız üzərində Tibbi sığorta ilə qəbul edilir, lakin realda hər kəsdən prosedura görə fərqli qiymət deyilir və ödəniş tələb olunur.

Xəstəxana binası yeni tikilmiş, müasir tipli, gözəl bir bina olsa da, içərisində su tez-tez kəsilir, istilik yoxdur. USM müayinəsi, rentgen, həkim baxışı və digər prosedurların da hamısının öz qiyməti. Sağlamlıq haqqında arayışlar desən, əli cibində olan hər kəsə satılıq.

Bütün bunlar azmış kimi xəstəxananın həyətindəki istifadəyə yararsız, aylardır (bəlkə də illərdir) çalışmayan təcili yardım avtomobillərinə hər gün yanacaq yazılıb, pul silinir. Allahın verdiyi hər gün də Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin 70 yaşlı baş direktoru Sevda xanım Məmmədova yerində tapılmır. Elə hey icra hakimiyyətinə gedir."



P.S: Yeri gəlmişkən, qeyd edək ki, qarşı tərəf olaraq, mövqeyini dinləmək məqsədilə Sevda xanıma zəng etdik. Sevda xanım işdə olmadığını bildirdi və səhər zəng etməyi xahiş etdi. Ertəsi gün yenidən Sevda xanıma zəng etdik. Bu dəfə də xanım işdə olmadığını, bir saat sonra özü əlaqə saxlayıb, araşdırmaq üçün saxta sağlamlıq haqqında arayışlar verilən şəxslərin adlarını istəyəcəyini dedi.
Lakin, artıq bir həftə vaxt keçib, Sevda xanımdan isə hələ də heç bir xəbər yoxdur.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Naxçıvan MR Kəngərli rayonunun bir qrup sakini ictimaiyyətə və
Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) rəsmi müraciət ünvanlayıb. Müraciətdə, rayondakı rüşvət, korrupsiya və digər qanun pozuntularından söz açılır. Müraciət edənlər, hazırda Naxçıvanda yoxlamalar aparan DTX əməkdaşlarından bu pozuntuları da araşdırmalarını xahiş edurlər. DİA.AZ olaraq Kəngərli rayon Qarabağlar kənd sakini Amar Hüseynin „Gündəlik Naxçıvan“a göndərdiyi həmin müraciəti təqdim edirik:
„Sizin (DTX-nın) Naxçıvanda apardığınız yoxlamalar zamanı korrupsiya və rüşvətxorluq hallarını üzə çıxarmanız, günahkarları cəzalandırmanız bütün naxçıvanlılar kimi bizim də ürəyimizdən xəbər verir. Sizin qurum artıq Naxçıvanda insanların ümid yerinə çevrilib. Bizim rayonda da qanunsuzluqlar baş alıb, gedir, rüşvət boğaza çıxıb. Sizdən xahiş edirik ki, Kəngərli rayonunda baş vermiş aşağıda göstərilən qanunazidd əməlləri araşdırıb, cinayətkarların layiqincə cəzalandırılmasını təmin edəsiniz:
- Aztəminatlı ailələrə dövlət tərəfindən pul yardımı formasında verilən ünvanlı dövlət sosial yardım Kəngərli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müxtəlif yollarla mənimsənilir.
- Təşkilatlardan vergi şəkilində dövlət büdcəsinə köçürülməli olan vəsaitin bir hissəsi mənimsənilərək, rayon rəhbərliyinə məxsus fondlara köçürülür və yeyilir.
- Dövlət Sosial Müdafi Fondu rəhbərliyi, pensiya təyin olunan vətəndaşlardan aldıqları pensiyanın ilk 2-3 ayının rüşvət şəklində mənimsəyir.
- Təhsil ,səhiyyə ,mədəniyyət və digər təşkilatl rəhbərləri qohum-əqrabanın adına saxta maaşlar yazıb, dövlət büdcəsini mənimsəyirlər.
- Kənd təsərrüfatına ayrılan vəsait mənimsənilir. Bu yolla əhali əsas gəlir sahəsi olan torpaqdan uzaqlaşdırılır. Ayrılan vəsaitlər aidiyyatı üzrə istifadə edilmir. Əkinəyararlı torpaq sahələrinin suvarma sistemlərinə ayrılan vəsait, becərilmə üçün ayrılan yanacaq və kübrə pullarının bir hissəsi rayon rəhbərliyi tərəfindən mənimsənilir.
- Naxçıvan Aqroservis ”Açıq Səhmdar Cəmiyyəti və İcra hakimiyyətinin xətti ilə əhaliyə verilən cins mal-qaranın qiymətinin suni şəkildə artırıb, bu sahənin inkişafına dövlət tərfindən ayrılmış vəsait mənimsənilir.
- Kəngərli rayon ərazisində olan əkinə yararlı hektarlarla torpaq vəzifəli şəxslər tətəfindən zəbt olunur.
- Əkilməmiş torpaq sahələrinin əkin sahəsi kimin yaxın qohumların adına rəsmiləşdirərək, büdcədən ayrılan subsidiyalar saxta yollarla mənimsənilir.
- İdarə və təşkilatlara dövlət büdcəsindən ayrılan təsərrüfat xərcləri müxtəlif yollarla talanır.
- Bələdiyyə hesablarında olan vəsaitlər İcra hakimiyyəti tərəfindən mənimsənilir.
- Rayon ərazisində olan yeraltı və yerüstü sərvətlər özlərinə aid olan şirkətlərlə daşınıb, daxili və xarici bazarlarda satılır.
- Müxtəlif adlar altında (iməcilik, futbol, tədbir, konsert pulları) idarə və təşkilatlardan aylıq rüşvət toplanılır.
- Sahibkarlığa kömək fondu tərəfindən sahibkarlara ayrılan kreditin bir hissəsi rayon İcra hakimiyyəti tərəfindən mənimsənilir.
- Heç bir məhkəmə qərarı olmadan rayon və kənd mərkəzlərində yerləşən vətəndaşlara məxsus olan sahibkarlıq obyektləri əsassız olaraq sökülür, talan edilir.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün gərəkli olan İcra hakimiyyətindən verilən sərəncam üçün xüsusi rüşvət tələb olunur.
-İstedadlı gənc kadrları müxtəlif bəhanələrlə idarəçilik sistemindən uzaqlaşdırılır.
- Bir çox sahələrdə elmsiz, rəhbərliyin çirkin əməllərini ört- basdır etməyə yarayan insanların dövlət orqanlarında işləməsinə üstünlük verilir.
- İcra başçısı işə götürülən şəxslərdən rüşvət alır
- Yeni tikilən idarə və müəssisələrdə mal-material və xidmət haqqı şişirdirilir, bu yolla dövlət büdcəsi mənimsənilir.
- Vətəndaşlara qarşı törədilən qanunsuz əməllərdə polis gücündən istifadə olunur, bu yolla vətəndaşlar arasında polisin nüfuzuna xələl vurulur.
- Baş vermiş cinayət hadisələri Kəngərli rayon Prokurorluğunda ört-basdıt edilir.
- Dövlət tərəfindən sahibkarlığın inkişafına dəsdək məqsədilə ayrılan layihələr İcra başçısının yaxın adamlarının adına rəsmiləşdirərək, ayrılan vəsait oğurlanır.
- Vətəndaşların iməcilik adı altında istismar edilir, bu yolla yaşıllaşdırma tədbirlərinə ayrılan vəsaitlər mənimsənilir.
- Dövlət tərəfindən baytarlıq tədbirlərinin aparılması üçün vəsaiti, tədbirləri aparmadan saxta şəkildə sənədlər tərtib edilərək yeyilir
- Rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektlərindən yüksək məbləğdə vergi alındığı halda həmin pulun az bir hissəsi dövlət büdcəsinə ödənilir. Yığılan verginin qalan hissəsi isə aidiyyatı qrumun rəhbərləri tərəfindən mənimsənilir.
- Yeni qaz xətlərinin çəkilməsi zamanı mövcud olan köhnə qaz xətti boruları İcra başçısı tətəfindən mənimsənilib, satılır və ya öz biznesi üçün tikdirdiyi obyektlərdə istifadə olunur.
Əgər, araşdırmalara başlanılarsa, daha çox faktlar təqdim etməyə hazırıq“
Ardını oxu...
“Xanzadə” Seymur ibn Vasifin şilləvuranı və sürücüsü Həsən Əhmədov iş adamı Razi Orucovdan qəsb etdiyi mülkləri geri qaytarmaq istəmir.
Redaksiyamıza bu barədə məlumatı iş adamının özü verib.
Onun bildirdiyinə görə, Həsən onu dilə tutub DTX-ya etdiyi şikayəti geri çəkdirməyə çalışır. Bildirilir ki, Həsən Əhmədov ötən il iş adamının əlindən bu mülklərini almışdı.
3 maşın: 1 Ford tranzit, 1 Prado, 1 Niva;
4 ev;
1 quşçuluq ferması: 385 baş xırdabuynuzlu, 107 baş iribuynuzlu, 5000 ədəd toyuq, ördək. Hazırda fermanın sənədləri Orucovlarda olsa da, onun içərisindəki mal-qara və quşlar ərşə çəkilib.
Bir də “Sizin Market”in kassasında qalan 56 min 500 dollar pul.
Razi Əhmədovun şikayəti əsasında Həsən Əhmədov DTX-ya dindirilməyə cəlb olunmuş, hətta bu məqsədlə paytaxta gətirilmişdi. Dindirildikdən sonra Naxçıvana qayıdan “vəliəhd şilləvuranı” qəsb etdiyi əmlakların bəzilərinin özünü, bəzilərinin isə sənədini geri qaytarmışdı.
Geri qaytarılanlar:
4 evdən 3-ü. Evlərdən biri isə hələ də Həsən Əhmədovun ixtiyarındadır və o, başqasının evini “Alman apteki”nə çevirib. İş adamına isə söz verib ki, bu ay tamamlansın, gələn ayın 5-də onu da geri qaytaracaq.
3 maşından sadə Niva geri qaytarılıb. Onun səbəbi isə həmin maşının texpasportunun Razidə qalması olub. Razi Həsən Əhmədova mesaj göndərib ki, texpasportu müvafiq orqanlara verib maşınının oğurlandığı iddiasını irəli sürəcək və dolayısıyla maşın axtarışa veriləcək. “Şilləvuran” yeni sürprizlərlə üzləşməmək üçün təcili başqa bir Niva alıb Raziyə qaytarıb. Digər maşınların əvəzini isə gələn ay qaytaracağına söz verib. Məsələ burasındadır ki, “vəliəhd şilləvuranı” qəsb etdiyi bütün maşınları dərhal satıb, pulunu da xərcləyib. İndi həmin maşınları satdığı adamlardan da ala bilmir.
Razinin qəsb olunmuş ferması isə nəinki ona qaytarılmır, hətta fermanın əsl sahibinə onun içərisinə girməyə belə icazə verilmir.
Mənimsədiyi əmlakı qaytarmaq əvəzinə Həsən Əhmədov iş adamının başını şirin vədlərlə aldadaraq, DTX-ya şikayətini geri götürməyi ondan tələb edir.
İş adamı bu gün yenidən DTX-nın Naxçıvan Baş İdarəsinə şikayətə getməyi planlaşdırır.
Heydər Oğuz
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
DİA.AZ: - Hələ keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyində açıq-aşkar dövlət büdcəsinin qarəti prosesi müşahdiə olunması ilə bağlı həyəcan təbili çaldıq və ortaya konkret faktları təqdim etdik. Belə ki, bu barədə DİA.AZ-a daxil olan bilgilərdən aydın olurdu ki, dövlət büdcəsinin talanı prosesi artıq KTN rəsmiləri üçün o qədər adiləşib ki, hətta nazirliyin rəhbər qurumlarında təmsil olunanlarla bu QARƏTDƏ rəsmi iştiraklarını gizlətməyi və yaxud da ört-basdır etməyi belə ağıllarından keçirmirlər.

Sözügedən nazirliyin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Hüseynov Anar Maşallah oğlunun adına Kənd Təsərrüfatı Nazirliyinin internet saytında olan SUVARMA QRAFİKİ bölməsində 3605 hektar müxtəlif əkinlər üçün suvarma növbəsi qeyd edilib. Məlumatı DİA.AZ-a təqdim edən mənbə bildirir ki, Azərbaycanda hər hektar əkin üçün subsidiyanın baza məbləği 200 manatdır: "Bu hesabla, Anar Hüseynovun əgər doğrudan da 3605 hektar əkin sahəsi varsa, belə çıxır ki, o, dövlətdən özünə təkcə suvarma subsidiyası kimi 721 min manat pul ayırıb".

Bununla bağlı danışan mənbə bir məsələ ilə olaya yekun diqqəti çəkmiş oldu. KTN-dəki qaynaq iddia edir ki, Anar Hüseynovun fəaliyyətinin hüquq-mühafiqə orqanları tərəfindən araşdırıldığı haqda xəbərlər dolaşır və ola bilsin ki, hələlik kənardan aparılan bu proses nazirlikdə XÜSUSİ ƏMƏLİYYATLA yekunlaşsın: "Anar Hüseynovun təkcə bu əməlləri yox, eləcə də kadr işlərinə müdaxilə edərkən aldığı rüşvətlər, habelə tenderlərdəki hoqqabazlıqları da araşdırma predmetidir".

DİA.AZ-a daxil olan son informasiyaya görə, adı FETÖ ilə hallanan Anar Hüseynov bu gün İnam Kərimovun QARA KASSASI funksiyasını həyata keçridyindən onun həbsi üçün SİYASİ QƏRARın verilməsi vacibdir. Mənbə bildirir:

"Anar Hüseynovun məsələsinin yeni ili keçməyəcəyi gözlənilir. Amma bayramdan sonraya da saxlaya bilərlər..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır. Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi bizneslə məşğul olur.
Onların biznesi haqda Milli Məclis rəhbərliyi məlumatlı olsa da, qanun səviyyəsində heç bir tədbir görülmür və hansısa səbəblərə görə biznesmen deputatlara güzəşt olunur. Yəni ölkə təcrübəsində bu vaxtadək bizneslə məşğul olan deputatın mandatının əlindən alındığını görməmişik. Məhz bundan arxayın düşən bəzi millət vəkilləri sahibi olduqları biznes şəbəkəsini daha da genişləndirirlər. Parlamentin biznesmen deputatlarından biri də son parlament seçkilərində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən mandat sahibi olmuş Vəliyev Ağalar İsrəfil oğludur. Bu yazımızda cumhuriyyet.az olaraq Ağalar Vəliyevin özü və biznesi ilə bağlı media üzərindən geniş araşdırma apardıq.
A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində cumhuriyyet.az olaraq apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:
“Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”- Ağalar Vəliyev”(Yenicag.az); “Millət vəkili Ağalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?”(miq.az); “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA”(arqument.az); “Deputat Ağalar Vəliyev şirkətində “şpion” axtarır”(liderinfo.az); “Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər…”(bakunews.az); Deputat Ağalar Vəliyev yaralı tankçıya baş çəkib(azpolitika.info); “İcra başçısıyla deputat arasında qalmaqal – 4 hinduşkaya DSK sədri postu?” (aznews.az).
Ağalar Vəliyev susmaq üçün mandat alıb?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Ağalar Vəliyev son 10 il ərzində Milli Məclisin neçə iclasında iştirakı bizim üçün təəssüf ki, qaranlıq qalıb. Lakin cumhuriyyet.az olaraq bizi maraqlandıran məsələlərdən bəzilərinə parlamentimizin stenoqramlarından cavab tapa bilmişik. Yəni, “Azəraqrartikinti” ASC sədrinin parlament müzakirələrində iştirakının statistikasını müəyyənləşdirə bilmişik. Həmin statistikaya diqqət yetirib uyğun nəticəyə gəlmək heç də çətin deyil. Elə buradaca qeyd edək ki, bu açıqlamalarla heç də Ağalar müəllimin işgüzar nüfuzunu aşağılamaq fikrində deyilik. Lakin əlahəzrət həqiqətdən də qaçmaq olmur. Burada söhbət deputatın Azərbaycan parlamentinə sayğısının güzgüsünə çevrilmiş fəaliyyətindən gedir. Milli Məclisin iclaslarında demək olar ki, danışmayan millət vəkilinin sessiya və iclaslarda iştirakının nə mənası var? “Azəraqrartikinti” ASC-nin rəhbəri və onun kimi danişmayan biznesmen deputatlar öz rəhbərliyindəki qurumun işləri ilə məşğul olsa daha yaxşı olmazmı? Bu gün “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin görüləsi o qədər işləri var ki…
Milli Məclisin deputatı Ağalar Vəliyev IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Dördüncü çağırış MM-in 23 dekabr 2011-ci il tarixli IV sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında müzakirələrdə çıxış edib. Deputat 2-ci çıxışını 12 iyun 2012-ci il tarixli VI növbədənkənar sessiyada Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) müzakirələrə qatılarkən irad edib. Bundan tam 5 il sonra 2016-cı il dekabrın 7-də biznesmen deputat bir daha “şeytanın qılçını sındıraraq” Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edib.

Millətin, yoxsa biznesin vəkili?

Qazancı danışmaqdan üstün tutan Ağalar Vəliyev gerçəkdən oliqarx imici formalaşdırmağa nail oldu. Dövlət sifarişləri əsasında ucaltdığı obyektlərlə həm özü ucaldı (ordenlə), oliqarxa çevrildi, həm də özünə milyonlarla manat dəyərində möhtəşəm və dünyada analoqu olmayan saray kompleksi ucaltdı. Unutmayın, bu ucalıqlarda gündə 10-15 manata bir qarnı ac-biri tox qeyri-rəsmi çalışan yüzlərlə, bəlkə də minlərlə qara fəhlənin alın təri var. Vergi orqanlarında və dövlət əmək müfəttişliyində çalışan mütəxəssislər “Azəraqrartikinti” ASC-nin hesabatlarına nəzər saldıqda, bu qurumun dövlət sifarişləri əsasında yerinə yetirdiyi çoxsaylı tikinti və təmir işlərinin belə deyək, bir ovuc inşaatçının əli ilə reallaşdırılmasını az qala möcüzə kimi qəbul ediblər. Əlbəttə. bizə çatan məlumata görə dəfələrlə bu məsələ ilə bağlı Ağalar Vəliyevə ciddi iradlar da olub. Lakin…Buradan da deputatlığın ona nə üçün lazım olduğunu ehtimal etmək çox da çətin deyil. Hər halda, büdcə yeyintilərinin zığ verdiyi işin içindən iş çıxanda millət vəkilliyinin sanbalı ortaya çıxır. “Azəraqrartikinti” ASC-nin sədri belə situasiyalarla az üzləşməyib. Onun dövlət vergi orqanları ilə uzun sürən çəkişmələrini xatırlayın.

O istəsə danışa bilər, amma…

Bütün yuxarıda sadalananlar o nəticəyə əsas vermir ki, A.Vəliyevin siyasi savadı və natiqlik qabilliyyəti çıxış etməyə imkan vermir. Əsla belə deyil. Məsələ burasındadır ki, biznesmen deputatımızın qalmaqallı çıxışları haqda da ilginc iddialar var. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan və deputatın özü tərəfindən rəsmən təkzib olunmayan məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “MTN İşi” ilə bağlı prosesə diqqət edəndə Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmaqdadır. Belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub. “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini tutan, həmçinin, Bakının bir çox məkanlarındakı “Kristal Abşeron” adlandırılan yaşayış binalarını inşa etdirən Ağalar Vəliyev MTN-nin “toruna” 2013-cü ildə düşüb. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib. Araşdırmamız zamanı Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasına getməkdən imtina edib.

Deputatın “Kristal Abşeron”unda baş verənlər

Ağalar vəliyevin biznesinə “Kristal Abşeron” MMC də daxildir. Belə ki, bu şirkətin təsisçisi Tovuzdan olan iş adamı Məhayət Nəbiyevdir. Şirkətin qeyri-rəsmi sahibi isə deputat Ağalar Vəliyevdir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, millət vəkilinin “krişalıq” etdiyi sözügedən şirkət Xırdalanda binalar inşa edib. Bu firmadan mənzil alanlar isə sözün əsl mənasında peşman olublar. Çünki alqı-satqı müqaviləsində məzənnəyə uyğun kredit ödənişi edilməsi bəndi yer alıb. Bu da 2015-ci ildəki 2 devalvasiyadan sonra payçıları müflis edib. Onlar dollarla kredit ödəməyə məhkum olunub.

Məsələn, 50 kvadratlıq mənzil 110 min manata başa gələcək. Sakinlərin isə dərdinin üstünə təzə dərd gəlib. Belə ki,

“Kristal Abşeron” özəl müəssisə olduğu üçün qazın qiyməti qeyri – əhali kateqoriyası üzrə hesablanır. Şirkət istiliyin qiymətini 40 qəpikdən 70 qəpiyə qaldırıb. Şirkət indiyə qədər qazanxanaları “Azəristiliktəchizat” ASC-yə təhvil verməyib. Bu da azmış kimi, keçən aydan etibarən istilik 70 qəpikdən 80 qəpiyə qaldırılıb. İndi 50 kv mənzili olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir. İsti suyun kubmetri isə 2 manat 30 qəpikdən 3 manat 50 qəpiyə qaldırılıb. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, “Kristal Abşeron” isə od qiymətinə… Sakinlərin dediyinə görə, yaxın günlərdə Prezident Administrasiyasının qarşısına toplaşacaqlar. Onlar şirkətin soyğunçuluğundan şikayət etməyə hazırlaşırlar.

Dəniz kənarında çoxqübbəli villa

A.Bayramov ilə bağlı cummuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı daha bir maraqlı fakta rast gəldik. Belə ki, Ağalar müəllimin bir villasının görüntüləri da yayılıb. Həqiqətən də, Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür. Ümid və inamla ehtimal etmək olar ki, Ağalar Vəliyevin bu sənət əsəri büdcə vəsaitləri hesabına başa gəlməyib. Qeyd edək ki, bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalını söyləmişdik. Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub.

Bəzi məlumatlara görə, akvariumda yerləşdirmək üçün dünya okeanında balina və delfin axtarışları gedir. Əldə etdiyimiz bu ilginc informasiya öz-özlüyündə ona görə maraq doğurur ki, “Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır. Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar. Milli Məclisə ara-sıra şok hesabatları ilə gundəmdən düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək çoxmilyonluq mülkününün nəyin hesabına başa gəldiyini aşkarlaya biləcəkmi?

“Mənim bütün biznesim qanunidir”Jurnalistlərin “millət vəkilləri özəl sahibkarlıqla məşğul ola bilməz” replikasına cavab verən Ağalar Vəliyev deyib: “Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur. Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”. Ağalar Vəliyevə cumhuriyyet.az olaraq həmin qanunu bur daha xatırladırıq. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsi: II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. “…elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər… Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.”
 //cumhuriyyet.az//
Ardını oxu...
Keçən həftə barəsində müxtəlif iddialar və ittihamlar səslənən hərbi prokuror Xanlar Vəliyevin ailə üzvlərinə aid biznes və sərvətin bir hissəsi haqda informasiyalar yayılıb. DİA.AZ bildirir ki, sosial şəbəkələrdə paylaşılan bu faktlar da təsdiqləyir ki, ölkənin hərbi prokuroru zaman-zaman özünə elə bir imperiya qurub ki, hətta nüfuzlu iş adamları belə həsəd apara bilərlər... Beləliklə...

Hərbi prokuror Xanlar Vəliyevin ailə biznesinə daxil olan ən xırda obyekt - "Qostinnıy dvor" kafesi Poltava şəhəri, Laqodnı küçəsi 4-də yerləşir.
Ardını oxu...
Ardını oxu...
Hərbi prokuror Xanlar Vəliyevin oğlunun Kiyevdə tikdirdiyi 9 mərtəbəli bina.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Poltava, Pervomaysk prospektində möhtəşəm tikili
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..
 
 
 
Ardını oxu...
Dövlətin rəhbərliyinə ünvanlanmış, bir surətidə Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu oxuculara təqqdim edirik:
Dövlətimizin başçısı, cənab Pezident İlham Əliyevə,
1-ci vitse-prezident xanım Mehriban Əliyevaya,
Nazirlər Kabinetinə,
Ombudsman sədrinə,
Ölkənin Baş Pokuroruna,
Bakı şəhər İcra Hakmiyyəti başçısına,
Binəqədi rayon İH-nin başçısına,
Bakı şəhər Prkurorluğuna,
Bnəqədi rayon Prokurorluğuna və Azərbaycan mətbuat orqanlarına.
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi ev 8 C-də yaşayan Yusibova Ülviyyə Şahzadə qızından

"Azəravtoyol"un Yolların Mühafizə İdarəsi işçilərinin öz maraqlarını təmin etmək üçün hədə-qorxularının qarşısının alınması barədə şikayət

Salam, mən özümə məxsus Biləcəri qəs., Ordubadi küçəsi, 8 C ünvanında yaşayıram. Evimin qarşısından keçən küçə asfalt çəkilən zaman, oradakı kanalizasiya lyuku asfalt səviyyəsində qaldırılmamış, sonralar bir-neçə vaxt bundan öncə həmin kanalizasiya lyukü yol İdarəsi tərəfindən asfalt səviyyəsində qaldırılan zaman, mənim evimin darvazasının qarşısında quraşdırılmış trapımın lyukü daxil olan hissəsi onlar tərəfindən bağlanmışdır. Nəticədə mənim həyətim və evim yağış zamanı çirkab sularla dolmuş, yarnan gölməçələrə görə yararsız hala düşmüşdür. Mən həmin su gölməçələrinin yaranma səbəbini aradan qaldırmaq məqsədilə öz hesabıma darvazamın qarşısına tökdürdüyüm asfaltda, yolun hərəkət hissəsinə çıxmadan şəkillərdə gördüyünüz kimi kiçik təmir işləri aparmışam.
Yolların mühafizə və nəzarət əməkdaşları (hər dəfə biri) gəlib, məni narahat edirlər. Hər biridə gələndə müxtəlif məbləğlərdə cərimələnməklə məni hədələyirlər.Dünənə qədər məni çox sıxırdılar ki, hörmətimizi eləməsən iş görə bilməzsən.Onlar gedəndən sonra heçnə vermədən çirkab suların axıntsını düzəltdim. Ona görə bu gün də Yolların mühafizə idarəsinin işçisi olan Pərvin adlı birisi gəlib bildirdi ki, sən bizim icazəmiz olmadan darvazanın ağzını düzəltmisən. Ona görə sənə 2000 manat cərimə protokolu yazılacaq.( yəni, onları razı salmadığıma görə) Əvvəl bunlaı yola salmağa pulum yox idi. İndi gördülər ki, yolun darvazmın qabağında su xəttni düzəltmişəm əsəbləşiblər. Deyirlər ki, gəl idarəyə və Səftər müəllimlə ( İdarə rəsi Səftər İsmayılovu nəzərdə tuturlar) danış razılıq əldə et, yoxsa 2000 manat cərimələyəcəyik səni. Axı mən nəsə pis bir iş görməmişəm. Cənab Prezident bu barədə ölçü götürülməsi üçün Sizdən xahiş edirəm. Mənim imkanım yoxdur.
Qoşmalar: Evimin darvazasının qaşısı və yolun fotoları, Şəxs., vəsiqəm. video 1 ədəd.
İmza: Ülviyyə Yusibova
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Danimarkanın kommersiya bankı “Danske Bank” Azərbaycan və Rusiya da daxil olmaqla bir sıra keçmiş Sovet respublikalarından 200 milyard avrodan çox “çirkli pul” köçürmələrinin təşkilinə görə 2,2 milyard ABŞ dolları məbləğində cərimə ödəməyə razılaşıb.

Pul xarici ofşorlara köçürülüb və bank köçürmələri Estoniyadakı törəmə şirkət vasitəsilə həyata keçirilib.

ABŞ Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, müəyyən edilmiş məbləğ “Danske Bank”ın maliyyə cinayətlərinin araşdırılmasının başa çatdırılması müqabilində onun hesablarından müsadirə olunacaq.

“Danske Bank”ın Estoniyadakı törəmə şirkəti olan “Danske Bank Eesti” 2007-2015-ci illərdə çirkli pulların yuyulması sxemində iştirak edib.

Bu müddət ərzində ABŞ-ın maliyyə sistemi vasitəsilə 160 milyard dollar köçürülüb. Nəticədə banka qarşı cinayət işi başlanıb və 2019-cu ildə yaranmış qalmaqal fonunda Estoniya Mərkəzi Bankı onun lisenziyasını ləğv edib.

Beynəlxalq jurnalist araşdırmaları zamanı məlum olub ki, “Avromed” şirkətinin rəhbəri, deputat Cavanşir Feyziyev “Danske Bank” vasitəsilə milyardlarla dolları ofşor hesablara köçürüb.

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Danimarka bankı öz Estoniya filialının çirkli pulların yuyulmasında iştirakını tam etiraf edib və könüllü olaraq istintaqla əməkdaşlıq edib.

“Bugünkü “Danske Bank” iddiası və 2 milyard dollar cərimə onu göstərir ki, Ədliyyə Departamenti ABŞ-ın maliyyə sisteminin bütövlüyünü ciddi şəkildə qorumağa davam edir və Rusiya və ya başqa cür çirkli xarici pulların ona axıdılmasının qarşısını alır. Təşkilatın ABŞ bankı və ya xarici bank olmasından asılı olmayaraq, ABŞ maliyyə sistemindən istifadə edərkən bizim qanunlarımıza əməl etmək tələb olunur”, – deyə Baş prokurorun müavini Lisa O. Monako bildirib.

Nyu-Yorkun Cənub Bölgəsi üzrə ABŞ prokuroru Damian Williams: “İllərdir ki, “Danske Bank”, ABŞ maliyyə sistemi vasitəsilə milyardlarla dollarlıq şübhəli və cinayət vəsaitlərini köçürmək üçün ABŞ banklarını aldadır”, – deyib.

“Danimarkanın ən böyük bankı olan “Danske Bank”, yaxşı bildiyi ABŞ qanunlarına qəsdən məhəl qoymadı, həmçinin ABŞ vasitəsilə cinayət və şübhəli gəlirlərin yuyulması prosesini asanlaşdırdı. Bununla da o, ölkəmizin maliyyə şəbəkəsini riskə atıb. İndi bank məsuliyyətə cəlb olunur. Məhkəmə prosesi zamanı Danske Bank uzun illər ərzində həyata keçirilən saxta bank əməliyyatlarını həyata keçirmək üçün cinayətkar sui-qəsddə təqsirli bilinib. Cəza olaraq o, 2 milyard dollardan çox pulu müsadirə edir, həmçinin çirkli pulların yuyulması ilə mübarizə üçün tələblərə və tədbirlərə riayət etmək üçün öz ofisində yenilənmiş proqramı həyata keçirməyi öhdəsinə götürür. Bu proqrama ciddi əməl edilməlidir. Dünyadakı banklar və digər maliyyə institutları bu mesaja diqqət yetirməlidirlər: ABŞ maliyyə sistemindən istifadə etmək istəyirsinizsə, o zaman qaydalarla oynamalısınız. Əgər etməsəniz, sizi məsuliyyətə cəlb edəcəyik”, – prokuror əlavə edib.

“”Danske Bank”ın ABŞ banklarını risk altına qoyan saxta əməliyyatlarda günahını etiraf etməsi başqaları üçün ciddi xəbərdarlıq olmalıdır. Biz mütləq bütün saxta sxemləri üzə çıxaracağıq və ədalətə nail olacağıq”, – belə deyib FTB direktorunun müavini Pol Abbate.

Mənbə: Haqqın.az
 

Dünyapress TV

Xəbər lenti