Ardını oxu...
Goranboyun icra başçısı Məhərrəm Quliyevin köməkçisi Ülvi Əliyevin içkili vəziyyətdə qəza törətməsi və piyadanı vurması faktı ilə bağlı yeni – yeni detallar üzə çıxmaqdadır. Hadisəni ört-basdır etməyə çalışan icra başçısı zərər çəkən ailəni susdurmağa və şikayət etməməsinə nail olub. Reportyor.info-nun Daxili İşlər Nazirliyinə ünvanladığı sorğuda xəsarət alan şəxsin tibbi ekspertizadan keçib-keçməməsini aydınlaşdırmaq istəyərkən, nazirlikdən verilən cavabda bildirilib ki, ailəsi uşağın tibbi ekspertizadan keçməsindən imtina edib. Bunu saytımıza
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov sorğumuza cavabda qeyd edib.
Qanun da buna icazə verdiyi üçün polis əlavə addım ata bilməyib. Bildirək ki, hadisə zamanı azyaşlı uşaq xəsarət alıb. Ü.Əliyevin vurduğu piyada uşaq olub və ayaqlarından ciddi zədə aldığı üçün əməliyyat edilib. Lakin əməliyyat xərclərini üzərinə götürən, ailəni razı salan icra başçısı M. Quliyev işin tibbi ekspertizadan keçirilməsinə əngəl olub. Bildirilir ki, piyada vurulması faktı varsa dərhal tibbi ekspertiza təyin olunmalı idi. Ancaq ailə şikayətçi olmadığı üçün tibbi ekspertizadan keçirməyiblər. DİN də bunu açıqlamasında təsdiqləyir. Əslində qəza törədən şəxs sürücülükdən məhrum edilməli, barəsində cinayət işi açılıb araşdırma aparılmalı, zərər çəkən uşaq tibbi ekspertizadan keçirilməli, nəhayət işə məhkəmə baxmalı idi. Amma icra başçısının “fövqəlgücü” sayəsində məsələni bağlaya biliblər. Nəticədə icra başçısı sərxoş halda qəza törədən köməkçisini xilas edib. Amma məsələnin mediada yayılması, Goranboyda əhali arasında müzakirələrə səbəb olması hadisənin araşdırılmasını hələ də açıq saxlamaqdadır. İcra başçısı isə bu işin mediada yayılmasından möhkəm narahat olub və hətta qəzəblənib ki, niyə üzə çıxıb. Ortada isə törədilən bir cinayət var…
Göründüyü kimi, sadə insanlarla məmurların “fərqi” var. Onlar “seçilmiş” bəndələrdir, hətta içkili vəziyyətdə uşağı da vursalar, hansısa formada işi ört-basdır etmək “qüdrətinə” malikdirlər.

Xatırladaq ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov da faktı təsdiqləyib. Onun sözlərinə görə, noyabrın 27-də Goranboy rayon Polis Şöbəsinə Qaradağlı kəndinin 15 yaşlı sakininin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub.
“Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal həmin şəxsi ziyarət ediblər, o və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib. Sosial şəbəkələrdə yayılan iddialar ilə bağlı araşdırmalar başlanılıb, nəticəsi barədə əlavə məlumat veriləcək”.
 
 
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində yoxlamalara qərar verilib.
Ovqat.com-un məlumatına görə, ilkin yoxlamalar zamanı milyonlarla vəsaitin dövlət büdcəsindən yayınması faktı aşkarlanıb.
Qeyd olunur ki, MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə “Pəncov” İsanın kəşfidir. Onun da ustadı kimi, el arasında əməlinə layiq ləqəbi var - “Kupça” Müslüm.
 
Ardını oxu...
Gəncə şəhər sakini Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən,Gəncə şəhər 2 nömrəli şəhər xəstəxanasından eləcə digər dövlət qurumları tərəfindən süründürməçiliyə məruz qalmasından şikayətlənir.
Bu haqda Dünyanınsəsi.Az saytına Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisii Həsənova Cənnət Niyaz qızı tərəfindən şok video-şikayətlər daxil olub.
Belə ki, ağır xəstəliklərdən əziyyət çəkməklə respubilkanın mötəbər xəstəxanalarında müayinə və müalicə olunan şikayətçinin hər yerdə hüquqları pozulmaqla süründürülür.Hətta şikayətçi qeyd edir ki, xəstəliyi ilə bağlı Gəncə şəhər 2 nömrəli şəhər xəstəxanasının Nevroloqu Düristkarı Vaqif ondan tələb etdiyi rüşvəti imkanı olub verə bilmədiyindən xəstəxnadan xaric edib.Hazırda Düristkarı Vaqif Gəncə şəhəri İstanbul Genetics Klinikasında çalışır.Həm də şikayətçi Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən incidildiyinidə qeyd edib.

Belə ki, şikayətçinin xəstəlik bületeyini ola-ola onu Gəncə MKTİN-nin baş mühasibi qəbul etmir.Bildirir ki, get kimə şikayət edirsən et.Yənu bu dövlət qurumunda qanunlar ayaqlar altına atılmaqla hər kəs özünü bir “ağa” kimi aparır.
İcra Hakimiyyəti başçılarının əsas gəlir mənbələrindən birinin də rayon Mənzil Kommunal Təsərrüfatı Birliklərinin olduğu, son vaxtlar bir neçə vəzifəli şəxs həbs olunduqdan sonra üzə çıxdı.Bu hadisələrdən sonra sözügedən təsərrüfat idarələrində mənzil fonduna ayrılmış dövlət vəsaitlərinin demək olar çox böyük hissəsinin vəzifəli şəxslər tərəfindən mənimsənilməsi faktı sanki, rəsmi şəkildə təsdiqini tapdı.Məlum olduğu kimi,son illər sözügedən qurum icra başçısının yeganə qazanc mənbəyi olduğundan bu idarədən olan şikayətlərə baxılmır.Məhz buna görədə vətəndaşlarımız son ümid yeri kimi mətbuat orqqanlarına üz tutmlı olurlar.Medianın nə topu var nə də ki, topxanası.Media orqanın bir imkanı var ki,o da vətəndaşın şikayətini işıqlandırmaq.
Şikayətçi mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya eləcə də Baş Prokuror Kamran Əliyev cənablarına üz tutuaraq müraciət edir ki, onun bir vətəndaş kimi şikayətinə baxılmasına aidiyyatı üzrə göstəriş versinlər.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Gəncə sakinin video-şikayətini təqdim edirik:

 
Ardını oxu...
Mərhum prezident Heydər Əliyevin anım günü Ordubad şəhərində qeyri-adi hadisə ilə yadda qalıb.
Şəhərdəki mənbələrdən aldığımız məlumata görə, 12 dekabr 2022-ci il tarixində rayon prokuroru Kənan Seyidovun qaynanası “peraşki” bişirdiyi çörək zavodunda xadiməni bıçaqlayıb. Hadisədən sonra xadiməçi ilə valideynləri dərhal rayon prokurorluğuna aparılıb və onlardan bu xuliqanlıq hadisəsinin açılıb-ağardılmaması tələb olunub. Əks halda xadimənin valideynlərinin həbs olunacağı, özünün isə işdən atılacağı onların nəzərinə çatdırılıb.
“Xadimənin kürək nayihəsi göyərib, qolunda isə bıcaq kəsiyi var. Müvafiq dairələr hadisənin izi itmədən iddialarımızı yoxlaya bilərlər”, - mənbəmiz bildirir.
Bildirildiyinə görə, xadimə çörək sexinə yenicə işə giribmiş və mübahisə kiçik bir hadisə üstündə çıxıb. Prokurorun qaynanası isə görünür, rayon qolçomağı ilə qohumuluğu səbəbindən özünü toxunulmaz şəxs hesab edir və onunla söz güləşdirməyə cəhd göstərən xadiməni bıçaqlayıb.
Xadimə artıq 3 gündür işə gəlmir.
Heyder Oguz
Teref.az
 
Ardını oxu...
Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Xəlilov fermerlərə qənim kəsilib….

ASC-nin sədri Zaur Mikayılov hara baxır..?

İki il öncə prezident İlham Əliyev ölkədə su təsərrüfatının vəziyyətinə həsr edilmiş müşavirə zamanı bu sahədə hökm sürən problemlər barədə çox sərt danışdı.

Prezident ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırıb, bu itkilərin kimlərinsə marağında olduğunu dilə gətirdi. Prezident onu da əlavə etdi ki, itkilərin əsas mənbəyi bərbad vəziyyətdə olan SU KANALLARIDIR, amma təkcə kanallar deyil: “Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. 40-50 faiz itki dözülməz səviyyədir”.

Təsəvvür edirsiniz, XXI əsrdə, elm və texnologiyanın inkişaf etdiyi müasir dövrdə SU İTKİSİ 40-50 FAİZ.

Heç orta əsrlərdə belə itki ola bilməzdi. Əslində bu 40-50 faiz su itkisinin arxasında kimlərinsə mənimsədiyi 100 milyonlardan, milyardlardan söhbət gedir. Bu su kimlərəsə satılıb və pulu mənimsənilib, su göyə buxarlanmayıb. Prezidentimizin dediyi kimi bəzi hallarda heç itki olmur, sadəcə, şişirdilir.

Ən dəhşətlisi odur ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Mikayılıov, onun müavini Rafiq Aslanov və digər rəhbər şəxslər heç bir tədbir görmürlər.

ASC-nin rəhbərliyi dəyişəndən sonra yerlərdəki qurumların, Suvarma sistemləri idarələrinin rəsiləri də dəyişdi. Və Şəmkir rayon Suvarma Sistemləri İdarəsinə yeni rəis təyin olundu – Tahir Xəlilov.

Bu gün Şəmkirdə çalışan fermerlər, sahibkarlar, kəndlilər, iş adamları Tahir Xəlilovun əlindən qan ağlayır. Təsəvvür edirsiniz, kəndli, fermer minbir əziyyətlə taxıl, buğda, qarğıdalı, yonca əkir, becərir, pul xərcləyir, amma Tahir Xəlilov su vermədiyi üçün bütün məhsul məhv olur. Tahir Xəlilov hər dəfə yalandan deyir ki, anbarda su yoxdur.

Fermerlər deyir ki, qoyun-quzuya su vermək üçün maşınla su almağa məcburuq. Təsəvvür etdinizmi, kəndli, yaxud fermer mal-qarasını sulamaq üçün maşınla su alır.

Tahir Xəlilov kimilərin səbəbindən min hektarlarla əkin sahəsi, buğda, qarğıdalı sahələri quruyur, heyvanlar susuzluqdan tələf olur. Şəmkir sakinləri deyir ki, Tahir Xəlilov heç kimi qəbul etmir, heç kimi saymır, özünü ASC-nin yeni sədri Zaur Mikayılovun dostu kimi qələmə verir və heç kimdən çəkinmir.

Prezidentimiz ərzaq təhlükəsizliyi üçün fermerlərə, iş adamlarına, kəndli təsərrüfatlarına hər cür dəstək olmağı dəfələrlə bildirb. Amma Tahir Xəlilov kimi məmurlar bunu nəzərə almır.

Sözün qısası, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində vəziyyət dözülməz həddə çatıb. Fermerlər, Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova və digər dövlət rəsmlərinə müraciət edərək kömək istəyirlər. /Nuh.az/

 
Ardını oxu...
Müalicəyə ehtiyacı olan əlilləri ələ salan qanunlardır, yoxsa məmurlar...

Azərbaycan hökumətinin 2018-ci ildən sonra apardığı struktur və kadr islahatları bir çox sahələrdə olan korrupsiya və digər qanun pozuntularını nəinki aradan qaldırdı, əksinə bu sahədə vəziyyəti daha da qəlizləşdirdi.

Dövlət strukturlarının hüquqi bazalarının təkmilləşdirilməsi və bir sıra qanunlara edilən dəyişikliklər 2-3 il əvvəl ardıcıl baş verən devalvasiyaların məngənəsində boğulan hökumətin "kəmərbərkitmə" siyasətinə xidmət etdi.

Hökumətin həyata keçiridyi bu siyasət faktiki olaraq bir çox dövlət orqanlarını, yerli icra hakimiyyətlərinin fəaliyyətini iflic edərək, strukturlararası əlaqələrin pozulmasına gətirib çıxardı.

Azərbaycanda hökumətin apardığı struktur və kadr islahatları fonunda vətəndaşların ən çox narazı qaldığı, daha doğrusu vətəndaşlar ilə arasında böyük uçurum yaranan nazirliklərdən biri də heç şübhəsiz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Sahil Babayevin nazir təyinatından sonra apardığı əndrabadi kadr dəyişiklikləri və nazirliyin əsasnaməsinə edilən bəzi dəyişikliklər vətəndaşların həssas, xüsusi qayğıya ehtiyacı olan təbəqəsini - əlillərin, qazilərin və şəhid ailələrinin böyük əksəriyyətində ciddi narazılıqlar yaratdı.

Nazirliyin indiki rəhbərliyi Səlim Müslümovu "təkrarlayır"

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2021-ci ilin fevral ayında həbs edilməsi uzun illərdir əhalinin kasıb və imtiyazlı təbəqəsinə dövlət büdcəsindən ayrılan yüz milyon manatlarla vəsaitin nazirliyin yüksək vəzifəli şəxsləri tərəfindən mənimsənildiyi faktını aşkara çıxardı.

DTX-nin həmin dövrdə sabiq nazirin həbsi ilə bağlı açıqladığı məlumatda Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktların aşkarlandığı, aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyi bildirilirdi.

Səlim Müslümovun sonralar davam etdirilən məhkəmələrində şəhid ailələrinə və qazilərə dövlət tərəfindən inşa edilən evlərin həmin şəxlsərə növbədənkənar verilməsi üçün rüşvət alındığı da şahid ifadələrində öz əksini tapıb.

Şikayətlərdən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində baş verən qanun pozuntuları və digər maxinasiyalar əvvəlki dövrlərdən daha geniş vüsət alıb.

Nə baş verir? - Nazirlə Agentlik sədrinin "işbirliyi"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşların ən çox şikayət etdiyi qurumlardandır. Bu nazirlikdən sosial şəbəkələrdə, mediada hər gün yüzlərlə şikayətlər dərc edilir.

Pensiyaların təyini və əlillik dərəcələrinin təyin olunması istiqamətində olan qanunsuzluqlardan şikayətçi olan vətəndaşların sayı minlərlədir.

Qarabağ qaziləri və şəhid ailələrinin ən çox şikayət etdiyi qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyidir.

Sosial Xidmətlər Agentliyinə 2020-ci ildə sədr təyin edilən Vüqar Behdudovun fəaliyyəti bütövlükdə hökumətin sosial siyasətini biabırçı duruma salıb. Zaman-zaman mediada Qarabağ qazilərinin, şəhid ailələrinin Sosial Xidmətlər Agentliyinin yarıtmaz siyasəti barədə tirajlanan şikayətlərinə maraqlıdır ki, nə nazirlik, nə də Nazirlər Kabineti heç bir reaksiya vermir.

Bu isə şikayətçi vətəndaşlarda Sosial Xidmətlər Agentliyinin sədrinin atdığı narazılıq yaradan fəaliyyətinin yuxarı instansiyalarla razılaşdırılmış ehtimalını yaradır.

"Arqument.az"ın əldə etdiyi məlumata görə, Nazirlər Kabineti cari ildə sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) və sağlamlıq imkanları məhdud şəxslərə ərzaq alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə dövlət büdcəsindən 20 milyon manat ayırıb.

Hökumətin qərarına əsasən Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən mərkəzlərə ərzaqlar "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin edilməsi göstərilməyinə baxmayaraq, ərzaqların satın alınması Vüqar Behbudova və onun yaxın ətrafına məxsus şirkətlər tərəfindən həyata keçirilir.

2021 və 2022-ci illərdə bu məqsədlə ayrılan 20 milyon manat tamamilə Agentlik sədrinə və ona yaxın ətrafına məxsus şirkətlər tərəfindən sənədlər üzərində xərclənib. Acınacaqlı məqam isə budur ki, sağlamlıq imkanları məhdud insanlara və sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) ərzaq alınması üçün ayrılan 20 milyon manat vəsaitin təxminən 5-6 milyon manatı bu işlərə sərf edilib.

Yerdə qalan vəsait isə Vüqar Behbudovla Sahil Babayev tərəfindən mənimsənilib. Təbii ki, ərzaqların alınması üçün ayrılan vəsaitlərin böyük həcminin mənimsənilməsi sağlamlıq imkanları məhdud insanlara verilən qidaların keyfiyyətinə də birbaşa təsir edir.

Məhz buna görədir ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud insanlara və sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) verilən qidaların keyfiyyəti əvvəlki illərlə müqayisədə xeyli dərəcədə aşağıdır.

Vüqar Behdudov nazirlik içində nazirlik yaradıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Səlim Müslümovun rəhbərlik etdiyi dönəmdən çalışan, korrupsiyanın, maxinasiyanın A-dan Z-yə əlifbasını mənimsəyən Vüqar Behbudovun Sosial Xidmətlər Agentliyində "fəaliyyəti" tərəfindən sağlamlıq imkanları məhdud insanlara və sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) qidaların alınması üçün ayrılan 20 milyon manat vəsaiti öz şirkətlərinə ötürməsi ilə yekunlaşmır.

V.Behbudov demək olar ki, Agentliyin həyata keçiridyi bütün layihələrə "nəzarət" altına almağı bacarıb. Belə ki, Nazirliyin sifarişi ilə həyata keçirilən tikinti və təmirlər (fərdi yaşayış evləri və təmirlər) Vüqar Behbudovun nəzarətində olan şirkətlər tərəfindən həyata keçirilir.

Maraqlıdır ki, nazirlik tərəfindən təmir və yaxud inşa edilən tikililərin smeta dəyəri də şişirdilir. İlginc məqam isə budur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən bu maxinasiya hallarına heç bir hüquq mühafizə orqanları və digər nəzarətedici rəsmi qurumlar reaksiya vermirlər.

Sağlamlıq imkanları məhdud insanların psixoloji və sosioloji reabilitasiyaları üçün ayrılan vəsaitlər də Vüqar Behdudova yaxın olan və Sahil Babayevin mediada PR kampaniyasını aparan QHT-lərə verilir.

Vüqar Behbudovun "putyovka" biznesi

Sosial Xidmətlər Agentliyi Azərbaycan qanunlarına görə sosial xidmətə ehtiyacı olan şəxslərin reabilitasiyası, sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə məşğul olur. Agentlik Qanunda nəzərdə tutulmuş xidmətlərlə yanaşı vətəndaşların sanatoriya-kurort göndərişləri (putyovkaları) ilə təmin edilməsini də təşkil edir.

Bu məqsədlə hər il dövlət büdcəsindən şəhid ailələrinə, qazilərə və digər imtiyazlı şəxslərə dövlət hesabına ölkədaxili sanatoriyalara göndəriş verilir.

Vüqar Behbudov Sosial Xidmətlər Agentliyinə sədr gətirildikdən sonra bu putyovkalara ayrılan vəsaitlər də mənimsənilir. Belə ki, əlil və şəhid ailələrinə ayrılan putyovkaların smetası şişirdilərək Vüqar Behdudova məxsus olan olan istirahət mərkəzlərinə, daha doğrusu, "kafelərə" yönləndirilir.

Məsələn, fizioterapiyaların və digər tibbi xidmətlərin olduğu sanatoriyalara 500-550 manata verilən göndərişlər (putyovkalar) Vüqar Behbudova məxsus olan (heç bir tibbi xidmət göstərilməyən) istirahət mərkəzlərinə 800-900 manata verilir.

Aydın məsələdir ki, başqa sanatoriyalara 500-550 manata verilən göndərişlərin Vüqar Behbudova aid olan istirahət mərkəzlərinə 800-900 manata rəsmiləşdirilməsində əsas amillərdən biri də "otkad" əməliyyatlarının olmasıdır.

"Arqument.az"a sağlamlığını itirən bir qrup Qarabağ qazilərinin adından göndərilən məktubda deyilir: "Vüqar Behbudov Agentliyə sədr təyin edildikdən bir müddət sonra Quba rayonunda sanatoriya adı altında istirahət mərkəzi tikdirib.

Bu gün sanatoriya adı ilə qazilərimiz müalicə və digər tibbi prosedurlardan yararlanmadan həmin məkana sanki gəzintiyə aparılır. Əvvəllər nazirlik tibbi xidmətin olduğu sanatoriyalara putyovkalar verirdilər. Bizim kimi sağlamlığı məhdud olan insanlara mənzərəli yerlərdə olan restoranlarda bir qarın yemək yox, ağrımızı azaldan, səhhətimizə müəyyən qədər müsbət təsir edən sanatoriyalar lazımdır. Sosial Xidmətlər Agentliyi isə bizi heç bir tibbi xidmətin olmadığı restorana göndərir. Vüqar Behbudovla Sahil Babayev bu əməlinə görə Səlim Müslümovun atasına rəhmət oxutdurur. Hər il dövlət büdcəsindən qazilərə, əlillərə şəhid ailələrinə sanatoriyalara getmək üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Lakin Vüqar Behbudovla Sahil Babayev bu vəsaitlərin mühüm hissəsini tikintilərə ayırıb öz şirkətlərinə verir. Sağlamlığımız üçün ayrılan pullar bu gün Sosial Müdafiə nazirliyinin şişirdilmiş tikinti tenderlərinə xərclənir".

Agentlik sədri vitse-prezidenti də eşitmir?

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun adı dəfələrlə bir sıra korrupsiya və qalmaqallarda hallanıb. Qarabağ qazilərinin və şəhid ailələrinin, imtiyazlı vətəndaşların mütəmadi şikayətçi olduqları Agentlik sədri bəzən yuxarı instansiyalardan - Nazirlər Kabinetindən və Prezident Administrasiyasından gələn müvafiq tapşırıqlara da məhəl qoymur.

Bir müddət öncə Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, hərbi şəhərcik ev 1, mənzil 2 ünvanında qeydiyyatda olan 2-ci qrup Qarabağ müharibəsi əlili və veteranı, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif olunmuş e.o gizir Əzizzadə Rəhman Həsən oğlu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovdan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevə şikayət edirdi.

Qazi şikayətində kirayədə yaşadığını, gözdən əlil olduğunu qeyd edir, Birinci Vitse-prezident Mehriban Əliyevanın ona dərhal ev verilməsi üçün müvafiq tapşırıq verdiyini bildirirdi.

Qazi Mehriban Əliyeva və köməkçisi Anar Ələkbərov ilə görüşdən sonra məsələ ilə əlaqədar olaraq onu qəbul edən Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun ona etinasız yanaşdığını, vitse-prezidentin tapşırığını yerinə yetirmədiyini vurğulayırdı.

Mənbə: Arqument.az
 
 
 
Ardını oxu...
Artıq bir neçə ildir ki, Gəncə şəhərində xəstəxanalara verilən dərmanlar aidiyyəti üzrə bölünmür. Belə ki, Gəncənin xəstəxanalarında insult, şəkərli diabet, qaraciyər xəstəlikləri olan şəxslərin dərmanlarının verilməsində ciddi problemlər yaranıb.

Əsas problemlərdən biri də Səhiyyə Nazirliyi tərəfindən hər adam üçün ayrılan dərmanlar xəstələrə vaxtında çatmır və ya düzgün bölünmür. Şikayətçi vətəndaşlar bildirir ki, bizim müraciət etdiyimiz aidiyyəti üzrə xəstəxanalar, dərmanları mənimsəyirlər. Hətta deyilənlərə görə, möhürlü dərmanların möhürü çırılıb atılır, apteklərə müəyyən miqdarda satışa qoyulur. Bundan başqa, insult xəstələrinə verilməli olan dərmanlardan sadəcə biri təqdim edilir. Bununla da xəstələrin yaxınlarına qol çəkdirərək digərlərini mənimsiyirlər. Bu cinayət deyilsə, bəs nədir?

Mövzuya qayıdacayıq...

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq...
hurriyet.az
 
 
 
Ardını oxu...
DogruXeber.az: - "Tovuz rayon Mərkəzi Xəstəxanasında qız övladı dünyaya gətirən Aygün Qasımova 26 yaşında analıqdan məhrum olub.
Ailə üzvləri deyir ki, Aygün doğuşadək daim həkim nəzarətində olub və səhhəti ilə bağlı heç bir narahatlıq müşahidə edilməyib.
Nəsibə Qasımova - zərərçəkənin anası: "Mən 11 aydır ki, qızımı Xatirə həkimin yanına gətirmişəm. Yəni boş qarına Xatirə həkim 3 ay müalicə edib. Ondan sonra 9 ay mütəmadi olaraq bu həkimin xəstəsi olub. Deyib ki, doğuşa hazırdır, mən onu doğuzduracağam. Birdən birə dedi ki, doğuzdurammıram, keyserə çıxacaq".

Qeysəriyyə əməliyyatına alınan Aygünün vəziyyəti qəfildən pisləşir. Təcili anaya qan köçürmək lazım gəlir.
Nəsibə Qasımova - zərərçəkənin anası: "Orada qan yox idi. Qanın qramını 70 manata aldıq. Vaxtında çatsa, mənim uşağım bu vəziyyətə düşəsi deyildi"."

Hələ, 2017-ci ildə "Sonxeber"de yayımlanan xəbəri təkrar xatırlatmaq istədik. Çünki, söhbət Tovuz sakinlərinin adını çəkərkən, "o rüşvətin atasıdır" dedikləri Paşa Muradovun rəhbərlik etdiyi Tovuz rayon Mərkəzi Xəstəxanasından gedir. O vaxtlar həmin xəstəxananın doğum şöbəsinin müdiri deyilənə görə Rəna xanım imiş. Artıq, Rəna xanım təqaüdə çıxıb, amma müqavilə əsasında hələ də mama-ginekoloq olaraq, orada çalışır. Sözügedən Xatirə xanım isə - yuxarıda doğuşa az qalmış, qeysəriyyə əməliyyatı məsləhət görən, onunla da 26 yaşlı gənc qadını sözün əsl mənasında bədbəxt edən Xatirə xanımdır.

Həmin Xatirə xanım ki, rayon sakinlərinin redaksiyamıza verdiyi məlumata görə hazırda xəstəxanada Doğum şöbəsinin müdiri vəzifəsində çalışır.
Xəritə xanımın pasientə qeysəriyyə üsulu ilə doğuş təklif etməsinin - daha doğrusu məlumatı bizə verən şəxsin sözlərinə görə buna məcbur etməsinin səbəbi qeysəriyyə yolu ilə doğuşun bahalı (1000 (min) AZN) olmasıdır.



Mənbə "DogruXeber.az"a bildirir ki, "Doğuş üçün gələn hər kəsə israrla qeysəriyyə əməliyyatı təklif olunur.
Əməliyyatdan sonra 3 gün xəstəxanada yatmalı olan pasientlərin özlərinə yataq dəsti gətizdirilir.

Yemək, çay verilmir. Çay istəyənlərə xadimələr bir termos dolusu çay hazırlayıb verməyə 5 (beş) manat pul alırlar. Təmizlikçilər təmizlik üçün əlavə pul alırlar. Bir sözlə, 3 gün "Şirinlik" adı ilə xəstəxanada yatan xəstələrin dərisini soyurlar."

Hə... bir də xəstəxana binasının tarixçəsinə qısa nəzər salaq:
Demək, 2 hektardan artıq ərazisi olan yeni tibb ocağı üçmərtəbəli əsas korpusdan, sanitar-epidemioloji və patoloji anatomiya binalarından ibarətdir. Cərrahiyyə, reanimasiya və terapiya şöbələri olan binanın avadanlıqları İtaliya, Almaniya və Çexiyadan gətirilib.

İnşasına 2008-ci ildən başlanan Tovuz rayon Mərkəzi xəstəxanasının tikintisi üçün 6 milyon 400 min manat vəsait ayırılıb."

Bunu xatırlatmaqda isə məqsədimiz binanın istilik və su sistemləri ilə bağlıdır.
Mənbə bildirir ki, "xəstəxanada su, istilik sistemi ümumiyyətlə yoxdur.
Çöldən baxanda, xəstəxana ən müasir tipli bina kimi çox gözəl görünür. Amma, qışda orada yatan xəstələrin özlərinə elektriklə çalışan qızdırıcı sobalar aldırılır, sonra da "peçi hara aparırsan, qoy qalsın" deyib, xəstəni utandırır, sobanı əlindən alırlar. Lakin, o sobaların aqibəti bilinmir. Çünki, hər gələn xəstəyə yenə də qızdırıcı sobalar aldırılır, yenə də orada saxlanılır. Bundan əlavə, keçmiş şöbə müdiri Rəna xanım puldan əlavə hər dəfə xəstələrdən illik azuqəsini də yığır.

Kiminin boynuna toyuq, qaz, kiminin quzu, kiminin yağ, pendir, süd, qatıq, kiminin yumurta, kiminin də bal qoyur. Sonra da həyat yoldaşı Musa kişini göndərir ki, gedib yığıb gətirsin. Kəndlilər öz aralarında "Musa kəndə gələndə, sanki, kolxoz bazarına gəlir " deyirlər."

Mənbənin sözlərindən belə aydın olur ki, Tovuz sakinlərinə nəsil artımı çoooox baha başa gəlir. Özü də ödə -ödə bitmir. Pulu pul, ərzağı ərzaq.

Yeri gəlmişkən, müayinə üçün hər xəstədən 30 (otuz) manat tələb olunur, yəni bir mama-ginekoloq baxışı üçün olan qiymətdir. USM - rentgen müayinəsi üçün də hər xəstədən 20-30 manat alınır. Ümumiyyətlə, Tovuz rayon Mərkəzi Xəstəxanasında hər şeyin öz qiyməti var, müayinə, təmizlik, doğuş və sair..."

Deyir, 'hər xəstədən 30 (otuz) manat və şəxsiyyət vəsiqəsi alınır. Vəsiqə ilə də xəstələr özlərinə demədən, Sosial Sığorta ilə qeydiyyata salınır.

Özü də deyirlər bütün bunlardan xəstəxananın baş həkimi Paşa Muradov da xəbərdardır.

P.S: Qeyd edək ki, barəsində deyilən məlumatlarla bağlı adıçəkilən Xatirə xanımla telefon əlaqəsi saxladıq. Xatirə xanım xəstəxanada olmadığını, sonra zəng edəcəyini bildirdi. Lakin, iki gün gözlədik, Xatirə xanımdan səs gəlmədi. İki gün sonra yenidən Xatirə xanıma təkrar zəng etdik. Bu dəfə də Xatirə xanım xəstəxanada olmadığını, bir saat sonra əlaqə saxlayacağını bildirdi.

Həmin 1 saat da, iki gün əvvəl olduğu kimi düşdü gedər-gəlməzə...

Amma, biz bütün hallarda qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzuya təkrar qayıdacağıq.

DogruXeber.az
Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, tenderin qalibi olan “Apostrof-A” MMC (VÖEN - 3102733781) Geologiya və Geofizika İnstitutunun sifarişi əsasında İnstitutun Baş direktoru, AMEA-nın sabiq prezidenti, akademik Akif Əlizadənin “Azərbaycan Elmi: Gələcəyə Baxış” adlı kitabının 1-ci cildinin nəşrini həyata keçirəcək.
Açıqlanan rəsmi məlumatda bildirilir ki, ümumi sayı 150 ədəd olan kitabı “Apostrof-A” MMC 14-31 dekabr 2022-ci il tarixlərində çap edəcək və bu iş üçün 4 min 500 manat alacaq. Bir ədəd kitabın çapı 30 manata başa gələcək.
Qeyd edək ki, “Apostrof-A” MMC 18.07.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Abşeron rayonu, Ceyranbatan ŞTQ, ev 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Akif Dənziyev Möhtəmən oğludur.
Tender müsabiqəsi ilə bağlı diqqət çəkən məqam isə odur ki, bu ilin iyul ayının 8-də AMEA-nın rəsmi saytında və “Azərtac”da yayılan məlumatda akademik Akif Əlizadənin “Azərbaycan elmi: gələcəyə baxış” ikicildlik kitabının 1-ci cildinin çapdan çıxdığı barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Geologiya və Geofizika İnstitutundan münasibət almağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı.
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti