AMEA Mətbuat və informasiya şöbəsi məlumat yayıb: "AMEA-dakı maliyyə pozuntuları 2011-2012-ci illəri əhatə edir ... Belə ki, 15.07.2011-ci il tarixli tender müqaviləsi üzrə 3 531 523 manat, 30.11.2012-ci il tarixli tender müqaviləsi üzrə isə 3 407 545 manat ödənişlər edilsə də, bu tender müqavilələrinin icrası tamamlanmamışdır." AMEA rəhbərliyinə sualım: madam ki, araşdırma 2011-2012-ci illəri əhatə edir, onda 29 may 2012-ci ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi və dilçiliyin inkişafı məqsədilə ayırdığı 2 000 000 (iki milyon) manatın taleyinə aydınlıq gətiriləcəkmi? Mən hələ sonrakı illərdə ayrılan və yoxa çıxan külli miqdarda qrantları demirəm. 08.04.2021
İdris Abbasov AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor DİA.AZ