Ardını oxu...
""Providence Doytch Limited" MMC podratçı tikinti şirkətinin rəhbərliyi modul tipli məktəblərin tikinti-quraşdırma işlərini gördürərkən məktəblərin tikinti-quraşdırılmasına ayrılmış pul məbləği ilə görülmüş işlərin həcminin dəyəri arasında fərqi smetada yazılandan artıq işləri nəzərə almamaqla mənimsəyib bölüşdürürlər"

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinin satınalmaları üzrə keçirilən tenderin qeyri-şəffaf şəkildə keçirilməsi, sağlam rəqabət mühitinin yaradılmaması və bunun nəticəsində külli miqdarda dövlət vəsaitinin israf olunması ilə bağlı məsələ ictimaiyyət arasında geniş müzakirə obyektinə çevrilib. Odur ki, redaksiyamıza daxil olan bir şikayətlə bağlı mövzuya bir daha qayıtmalı olduq.

…Bir müddətdir adı qalmaqallarda, hətta korrupsiya əməllərində adı hallanan podratçı "Providence Doytch Limited" MMC ilə bağlı "Təzadlar"a şikayət məktubu daxil olub. Məktubda söhbət Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılmış vəsaitin "Providence Doytch Limited" MMC tərəfindən mənimsənilməsindən gedir.

Şikayətçi isə "Vüqar-1970" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, 2 saylı evdə yaşayan Zeynalov Vüqar İsmayıl oğludur.

V.Zeynalov yazır ki, Birinci Qarabağ müharibəsi iştirakçısıdır. 1992-ci ildən Ağdam rayonundan ailəsi ilə birlikdə məcburi köçgün düşüb. Atası İsmayıl Zeynalov da Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Qardaşı isə 1992-ci il yanvar ayının 11-də Türkmənistandan gələn "Sovetskaya Kalmıkıya" gəmisinin erməni terrorçuları tərəfindən partladılması nəticəsində həlak olub.

Ardını oxu...
Vüqar Zeynalov 2016-cı ilin dekabr ayından başlayaraq pespublikamızın müxtəlif rayonlarında, o cümlədən Lənkəran, Balakən, Zaqatala, İsmayıllı, Qax, Sabirabad, Ağcabədi, Cəlilabad, Lerik və Astara olmaqla 10 rayonun dağlıq və ucqar kəndlərində 15 Modul tipli məktəbin tikinti-quraşdırma işlərini yerinə yetirərək istifadəyə verib: "Məktəbləri təhvil alan təşkilatların hamısının mənə razılıq məktubları var. 2020-ci ilin may, iyun və iyul aylarında podratçı "Providence Doytch Limited" MMC ilə direktoru olduğum “Vüqar-1970” MMC arasında müvafiq qaydada subpodrat müqavilələri bağlayaraq, Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo və Lerik rayonunun Loda dağ kəndində 3 modul tipli məktəbin tikinti işlərini yerinə yetirmişəm. Hər üç məktəb ağır və çətin relyefli ərazi hesab edilir. Dəniz səviyyəsindən 1000-2200 metr yüksəklikdədir. İşlərin icrası zamanı yerinə yetirilən iş həcminə texniki nəzarətçilər mütəmadi olaraq nəzarət edib və iş prosesinin tərəfimizdən fotoşəkilləri çəkilib".

Lakin smeta sənədləri işlərin tamamlanması dövründə təqdim olunduqda müəyyən olunub ki, modul tipli məktəblərdə podratçı şirkət tərəfindən faktiki yerinə yetirilən işlər tam həcmdə öz əksini tapmayıb: "Bu da işlərin icrasından sonra işçilərin əmək haqlarının, mal-materialların, maşın-mexanizmlərin xərclərinin ödənilməsində borcların yaranmasına səbəb olub. Qeyd edim ki, məktəblərin tikintisinin smeta sənədləri podratçı şirkət tərəfindən işlərin yekunlaşması ərəfəsində təqdim edilib. Ona görə də 3 məktəbdə faktiki yerinə yetirilmiş işin həcmi (həm də qiyməti) ilə smetada göstərilən həcmlə (qiymətlə) 180 min manata yaxın fərq yaranıb.

Göstərilən fərqin yaranması səbəblərinin hərtərəfli araşdırılması və səbəblərinin obyektiv və qanunauyğun qaydada qiymət verilməsi üçün mən özüm şəxsən "Providence Doytch Limited" MMC-nin direktoru Bəhruz Həsənova müraciət yazdım ki, qeyd edilən məsələnin araşdırılması və həlli üçün tədbir görülsün. B.Həsənovun qəbulunda olarkən bildirdim ki, müvafiq komissiya yaradılsın və komissiya üzvləri ilə hər üç məktəbdə yoxlama aparılmasına dair işlər görülsün. Direktor Bəhruz Həsənov özü sədr olmaqla komissiya təşkil etdi və 15-16 iyul 2021-ci il tarixlərdə mənim, mal-materialları daşıyan və maşın-mexanizmlərin sürücüləri məktəblərə dəvət edildi. Onların hamısı bir nəfər kimi görülmüş işlərin, onların yerinə yetirilməsi prosesinin, yükün həcmi və görülən işlərin sahəsi haqqında komissiya üzvlərinə məlumat verdilər və nə qədər iş görülməsini, neçə reys mal-material daşınmasını və qiymələrin neçəyə başa gəlməsini təsdiq etdilər. Onların göstərdikləri sənədlərin komissiya üzvləri şəklini çəkdilər və dedilər ki, bunlar bizə lazım olacaq. Ancaq komissiya üzvləri məktəblərdə akt tərtib etmədilər. Bildirdilər ki, qayıdıb Bakıda akt tərtib edəcəklər və mənə də təqdim edəcəklər. Bakıya gələndən sonra mənə əvvəlcədən hazırlanmış akt verdilər ki, bura imza et. Mən akta göz gəzdirib başa düşdüm ki, onlar "Smeta aktı"nı köçürüb görülən işlərin "qəbul aktı" adı ilə mənə imza etdirmək istəyiblər. Ona görə də aktı imzalamaqdan imtina etdim. Çünki komissiya üzvləri formal olaraq Astara və Lerik rayonlarına gediblər. Lakin akt yazmaq fikrində olmayıblar".

Ardını oxu...
V.Zeynalov bildirir ki, onun yazdığı müraciətə faktiki olaraq baxılmayıb: "Mən başa düşdüm ki, "dırnaqarası komissiya" heç bir nəticə əldə etmək fikrində deyil. Aşkar olunan qanunsuzluqlar barədə heç kimə məlumat verməyəcəklər. Çünki mən şikətlə müqavilə bağlayıb işləyəndən bəri "Providence Doytch Limited" MMC podratçı tikinti şirkətinin rəhbərliyi modul tipli məktəblərin tikinti-quraşdırma işlərini gördürərkən məktəblərin tikinti-quraşdırılmasına ayrılmış pul məbləği ilə görülmüş işlərin həcminin dəyəri arasında fərqi smetada yazılandan artıq işləri nəzərə almamaqla mənimsəyib bölüşdürürlər. Bu da bir məktəb üçün ayrılmış pulun xeyli hissəsi, təxminən yarısı deməkdir. Əks təqdirdə, şirkətin rəhbərləri xarici bahalı maşınları "əlcək kimi" dəyişə bilməzdilər. Qeyd edim ki, podratçı tikinti şirkətlərinin rəhbərləri arasında yaxın qohumluq münasibətləri mövcuddur.

Belə ki, Təhsil Nazirliyinin həmin dövrdə Təmir Təchizat Depertamentinin rəisi Anar Axundov idi, podratçı "Providence Doytch Limited" MMC-nin rəhbərlərindən biri olan Musayev Teymur Zaur oğlu isə Anar Axundovun bacısının həyat yoldaşıdır. Başqa məlumatlar haqqında hələlik heç nə demək istəmirəm. Çünki obyektiv yoxlama aparılanda daha çox məlumatlar meydana çıxacaq".

V.Zeynalov yazır ki, qeyd etdiyi kimi, subpodratçı olaraq tikinti-quraşdırma işlərini başa çatdırdığı Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo və Lerik rayonunun Loda dağ kəndlərində 3 modul tipli məktəbin tikinti-quraşdırma işlərini apararkən ona verilməyən pulun məbləği 180 min manat civarındadır: "Mənim tikinti işlərini apardığım işlərdə mal-materialın pulundan borclu qaldığım, işçilərə verə bilmədiyim, eləcə də yük maşınlarının sürücülərinə, traktor, buldozer və asfaltsalan texnikanı idarə edən insanların əmək haqlarını verə bilməmişəm. Borclu qaldığım insanlar evimə gəlib halal əmək haqlarını tələb edirlər. İnanın, daha evimdə oturmağa imkan vermirlər. Bu vəziyyəti yaradan şirkət rəhbərləri isə keflərindən qalmırlar".

Qeyd edək ki, tikinti şirkətinin hər 3 məktəbin yerinə yetirilmiş işlərin qəbulu smetaları və ayrıca "Vüqar-1970" MMC-nin 3 məktəbdə gördüyü, "Providence Doytch Limited" MMC tikinti şirkətinin smetasında nəzərə alınmayan işlərin smeta aktları redaksiyamıza təqdim edilib.

V.Zeynalov daha sonar yazır ki, Lerik rayonunun Xiçəso kəndində tikilmiş modul tipli məktəbə "Providence Doytch Limited" MMC tikinti şirkətinin smeta aktına görə, 74.129 manat pul məbləği ayrılıb, faktiki tikintiyə xərclənən məbləğ 94.798 manat olub: "Astara rayonunun Şəvqo kəndində 40 şagirdlik modul tipli məktəbin şirkət tərəfindən tikintisinə 94.031 manat ayrılıb, faktiki xərclənən məbləğ 167.809 manat olub.

Lerik rayonunun Loda kəndində 20 şagirdlik modul tipli məktəbə "Providence Doytch Limited" MMC tikinti şirkətinin smeta aktına görə, 93.300 manat, faktiki tikintiyə xərclənən pul vəsaiti isə 167.383 manat məbləğində olub.

Diqqətinzə mühüm bir faktı da çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 may tarixli Sərəcamına əlavədə Astara rayonunun Xiçəso kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 256.000 manat, Astara rayonunun Şəvqo kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin qauraşdırılmasına isə 256.000 manat vəsait ayrılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 avqust tarixli Sərəcamına əlavədə Lerik rayonunun Loda kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına ayrılan vəsait 207.000 manat təşkil edir.

Ardını oxu...
Ümumilikdə, Prezidentin Sərəncamı ilə qeyd olunan məktəblərin quraşdırılmasına 719.000 manat ayrılıb. Mənim tikdiyim 3 məktəbə görə ödənilən vəsait 256.000 manat təşkil edir. Həmin məktəblərin tikintisi üçün mənə veriləcək məbləğ 180.000 manat civarında, şirkətin rəhbərlərinin mənimsədikləri məbləğ isə 290.000 manat civarında pul vəsaiti təşkil edir.

Göründüyü kimi, "Providence Doytch Limited" MMC tikinti şirkətinin acgöz rəhbərləri tikintiyə ayrılmış pulları mənimsəmək üçün az göstərməklə məni həm mal-material aldığim şirkətlərin rəhbərləri ilə, həm də tikintilərdə iş görən insanlarla üz-üzə qoyublar.

Əslində tikinti şirkəti smeta tərtib edib tikintiyə pul ayırarkən tikilmiş məktəblərə yol çəkilməsi (betonlanması) xərcləri, nəqliyyat xərclərini, maşın-mexanizmlərin istifadəsi üçün çəkilən xərcləri, qazıntı işlərini, mişar daşının və eyni zamanda qum və çınqıl yüklənməsi və daşınmasında yüksəkliyə aparılması üçün əl əməyindən istifadə edilərək bir neçə dəfə maşınlara yüklənməsi və daşınması xərcləri nəzərə alınmayıb.

Ancaq mənim gördüyüm əlavə işlərin dəyəri şirkətin xərclərdə nəzərə alınmayan işlər hesabına yaranıb. Respublikada quraşdırılmış Modul tipli məktəblərdə olan vəziyyət qeyd edilən məktəblərlə eynilik təşkil edir".

Çıxılmaz vəziyyətdə qaldığını bildirən V.Zeynalov "Providence Doytch Limited" MMC tikinti şirkəti ilə bağladığı subpodrat müqaviləsi əsasında Astara rayonunun ucqar dağ kəndləri Xiçəsoda, Şəvqoda və Lerik rayonunun Loda dağ kəndində 3 modul tipli məktəbin tikintisinin aparılmasında sərf olunmuş pul vəsaitinin məbləğini müəyyən etmək üçün səlahiyyətli dövlət komissiyasının yaradılmasını istəyir.

V.Zeynalov bir faktı da diqqətə çatdırır ki, o, şirkət rəhbərlərinə müraciət edərkən onlar həm ayrı-ayrılıqda, həm də bir yerdə olaraq bütün görülmüş işlərə və çəkilmiş xərclərə görə ona heç nə verməyəcəklərini bildiriblər və bunun üzərində israrla dayanırlar: "Lakin 2022-ci ilin iyun ayında mənə 35.000 manat pul verməklə onlardan bir daha şikayətçi olmayacağıma dair ərizə verməyi təklif ediblər. Bu necə ola bilər? Bu günə kimi mənə heç bir manat da borcu olmayan (?) şirkət rəhbərləri brdən-birə 35.000 manat təklif edərək məni susdurmaq istəyirlər. Lakin mən bununla heç cürə razılaşa bilmərəm. Çünki mən qanunamüvafiq qaydada dövlət komissiyasının yaradılaraq əsaslı yoxlama aparılmasında israrlıyam. Xahiş edirəm, mənim şikayətimi aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırasınız. Əvvəlcədən sizə dərin minnətdarlığımı bildirirəm".

Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənmək cəhdimiz alınmadı. Odur ki, bütün maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq. //tezadlar.az//

Ardını oxu...
DİA.AZ: - Göyçay şəhəri Əli Kərim küçəsi döngə 2 ev 2 sakini Hüseynova Lətafət Əflatun qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov vəzifəsindən sui-istifadə edərək çıxardığı qanunsuz qətnamə əsasında mənim və qızımın həyatı ciddi təhlükə altındadır.
Belə ki, mən və 24 yaşlı qızımın Göyçay şəhəri Əli Kərim küçəsi döngə 2 ev 2 ünvanda yaşamağımıza bir neçə il əvvəl qətnamə çıxarılıb.Hansı ki, həmin evə 1996-cı il tarixdə gəlin gəlmişəm burada bir qızım dünyaya gəlib.Həyat yoldaşım uzun müddətdir ki, bizi atıb Rusiya Federasiyasına gedib. Hakim İbrahim Fəttahov sonradan həmin ünvanda yerləşən 1 otaqlı evə Rəfiyev Taleh Tacir oğlunun köçürülmsəinə dair qətnamə çıxarıb.Guya həmin evi Taleh Rəfiyev adlı şəxs alıb.Hansı ki, Taleh Rəfiyev mənim qaynanamın vəkili olub.Onlar danışıb razılaşıb belə saxtakarlıq yolu ilə bizi bezdirib bu evdən çıxarmaq istəyirlər.Bir otaqlı evdə mənim 24 yaşı qızmın və digər yad bir kişinin yaşaması necə mümkün ola bilər ?
Bu dünyada analoqu olmayan qanunsuzluqdur ki, hakim İbrahim Fəttahov çıxarıb.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib xahiş edirəm namussuzluq edib qanunsuz qətnamə çıxarmış Göyçay raypn Məhkəməsinin hakimi İbrahim Fəttahovun barəsində ciddi tədbirlər görəsiniz.Bu məhkəmə qətnaməsi yox namussuzluqdur ki, hakim İbrahim Fəttahov çıxarmışdır".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 
Ardını oxu...
Tovuz sakini, Qarabağ müharibəsi veteranı Məmməd Hüseynov "Korkmaz Group" MMC-dən şikayətçidir.

O, "Arqument.az"a deyib ki, şirkətin sahibi, türkiyəli iş adamı Mustafa Qorxmaz onu aldadaraq 84400 (səksən dörd min dörd yüz) manat pulunu ödəmir.

Məmməd Hüseynovun sözlərinə görə, Azərbaycanda tikinti sektorunda çalışan "Korkmaz Group" şirkətində fiziki şəxs kimi iş icraçısı olub, aralarında müqavilə bağlanıb, amma şirkət onlara çatan vəsaiti (maaş) ödəməyib.

Hazırda 30-a qədər fəhlənin maaşını ala bilməyən iş adamı deyir ki, bu MMC-nin vəsaiti geçikdirməsi nəticəsində vergi borcu da yaranıb. Nəticədə vergi borcuna görə ölkədən çıxışına "stop" qoyulub.

Deyir ki, şirkət pulunu ödəsə, vergi borcunu bağlayacaq və problemi həll edəcək.

Onun sözlərinə görə, 2019-cu il, 1 mart tarixində "Sabah Residence" Mənzil-Tikinti-Kooperativi ilə "Korkmaz Group" arasında dəmir-beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə "Podrat" müqaviləsi bağlanıb.

Fiziki şəxs Hüseynov Məmməd Əhməd oğlu "Korkmaz Group" MMC-nin subpodratçısı kimi "Sabah Residence" yaşayış kompleksinin tikintisində dəmir işlərini həyata keçirib.

Deyir ki, görülən işlərə görə şirkət onlara vəsait ödəməli idi, amma ödəməkdən yayınır, müxtəlif yollarla imtina edir.

Məmməd Hüseynov dəfələrlə problemlə bağlı Mustafa Qorxmaza müraciət etsə də, o, telefon danışıqları, vatsap yazışmalarında borcu hətta məbləği ilə təsdiqləsə də, ödəmək istəmir.

Qarabağ veteranı deyir ki, bütün işlər sənədlərdə və müqavilələrdə əksini tapıb, heç bir əlavə iddiası da yoxdur, sadəcə, görüləcək işə görə ödəniləcək vəsaiti istəyir. Bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyini deyən Hüseynov bütün hüquqi addımları atacağını da vurğulayıb.

"Arqument.az"ın apardığı araşdırmalara görə, "Korkmaz Group" MMC təkcə Bakıda deyil, hazırda işğaldan azad olunan Ağdam rayonunda da tikinti işlərini həyata keçirir.

Tikinti şirkəti ilə bağlı digər şikayətlərin olduğunu deyən Hüseynov düşünür ki, dövlət qurumları burada baş verənlərə biganə qalmayacaqlar. Çünki 30-a qədər fəhlənin halal əməkhaqqısının faktiki mənimsəməsindən söhbət gedir.

İnternet üzərindən aparılan araşdırmalar nəticəsində şirkətlə bağlı bəzi neqativ məlumatlara da rast gəlmək olur. Maraqlıdır ki, vergidən yayındırılan milyonların taleyi nədənsə İqtisadiyyat Nazirliyini, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini (ƏƏSMN) narahat etmir.

Hüseynov isə deyir ki, Azərbaycanda 2016-cı ildən fəaliyyət göstərən şirkətin vergi ödəmələri dərindən araşdırılarsa, yəqin ki, çox mətləblər üzə çıxar: "Tikinti sektorunda əhəmiyyətli paya sahib olan şirkətin vergi ödəmələri VÖEN-i olan bir bənnanın ödəmələrindən heç də çox deyil. Bəs niyə əlaqədar qurumlar "Korxmaz Group" MMC-nin vergi sənədlərini araşdırmaqdan qorxur, çəkinirlər? Bunun səbəbini açıqlaya bilərlərmi?"

"Arqument.az" şikayətlə bağlı şirkətin sahibi, türkiyəli iş adamı Mustafa Qorxmazla əlaqə saxlamağa cəhd etsə də, o zənglərə cavab verməyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Göyçay rayonu Çərəkə kənd sakini, 1-ci qrup əlil Mustafayev Şahbuz Bəkir oğlu tərəfindən


ŞİKAYƏT ƏRİZƏSİ


Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, mən Göyçay rayonu Çərəkə kənd sakini 1958-ci il təvəllüdlü Müstafayev Şahbuz Bəkir oğlu 1-ci qrup əliləm. Təxminən 18 il öncə yaşadığım kəndin Ucar rayonuna yaxın hissəsində ümumi sahəsi 5.80 ha şoran torpaq sahəsini zəbt edərək özümün və ailəmin boğazından kəsib, olan-qalan maddi imkanlarımı sərf etməklə münbitlik və məhsuldarlıq əldə etmək üçün həmin əraziyə əziyyət çəkməyə başlamışdım. Nəhayət illər ərzində çətinliklərlə də olsa, istədiyimə nail oldum. Belə ki, torpaq istədiyim şəraitə uyğunlaşdığı zaman Çindən gətirilmiş və yerli tinglərdən ibarət gər bağı saldım. Artıq hər il kənd sakinləri arasında ən çox barama istehsalı ilə məşğul olan şəxslərdən biri də mənəm. Lakin Bələdiyyə sədrimiz Mehman Məcidov məkirli planlar hazırlayaraq istifadəmdə olan sahəsinin böyük bir həssəsini məndən alaraq digər şəxslərə vermək və ya satmaq istəyir. Halbuki "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini və barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq, marağını gücləndirmək və sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı vardır. Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı üçün dövlət tərəfindən şərait yaradılır. Mən isə yuxarıda qeyd etdiyim kimi, öz növbəmdə istifadəmdə olan torpaq sahəsində olduqca səmərəli şəkildə istifadə edirəm. Bələdiyyə sədrinin məni zorla torpağımdan çıxarması, əzab-əziyyətlə yoxluqdan-varlığa gətirib çatdırdığım yeri əlimdən almağa çalışması ədalət prinsipini heçə saymaq deməkdir. O, açıq-aşkar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Bu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən cinayət hesab olunur. Əlbətdə, artıq kəndimizdə olan bütün torpaqlar zəbt olunub, pay verilib, satılıb. Məhz ona görə də Mehman Məcidov indi də mənim torpağıma gözünü dikib. İstər satmaq, istərsə də xeyriyyəçilik niyyəti ilə olsun, əgər Bələdiyyə sədri Mehman Məcidov ehtiyacı olan insanlara görə topraq axtarışındadırsa, özünün 3 ha məhsuldar torpağını, eyni zamanda qala divarlarla əhatə olunan 3 böyük villasını kasıb insanlar arasında bölüşdürməsi daha məqsədə uyğundur deyərdim. Bu torpaq isə mənim və ailəmin maddi gəliridir. Mən bu şoran torpağı əlil halımla gözəlləşdirmişəm.
Hörmətli cənab Prezident! Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsində qeyd olunduğu kimi: "Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir". Mehman Məcidov məni bezdirərək intihar həddinə çatdırıb.
Sizdən, haqq və hüquqları əlindən alınmaqda olan 1-ci qrup əlil kimi çox xahiş edirəm, Bələdiyyə sədri Mehman Məcidovun özbaşınalıqlarına son qoyasınız və istifadəmdə olan 5.80 ha torpaq sahəsinin mənim adıma sənədləşdirilməsinə köməklik göstərəsiniz. Sizə öz adımdan və ailəmiz adından təşəkkürümüzü bildiririk.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Gənclər və İdman Naziri cənab Fərid Qayıbova
Surəti: Kütləvi İnformasiya Vasitələrinə
ŞİKAYƏTÇİLƏR: Saatlı rayon sakinləri
Əliyev Sabir Qulamhüseyn oğlu
Abbasov Anar Bayram oğlu
Astanov Elnur Elçin oğlu
Eldarov Şakir Pərviz oğlu
Kərimli Bəhlul Qismət oğlu
Hüseyinova Səbinə Akif qızı
Əliyeva Sevinc Şahin qızı
Rzayev İbiş Xanoğlan oğlu
E-poçt: hseyinovas@mail.ru
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli cənab Prezident, cənab Nazir və Media nümayəndələri!
Bizim müraciətimiz Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasovla
bağlıdır. Elçin Qiyasov 27 ildir ki, Saatlı rayonunun İdman idarəsinə rəhbərlik edir.
Heç bir idman dərəcəsi yoxdur, ikinci qrup əlildir və əsgərlikdə belə olmayıb.
Sadəcə olaraq adını öyrənməyə çalışdığımız yüksək vəzifəli bir şəxs bu Elçin
Qiyasova “krişalıq” edir və o da “yapışıb” qalıb bu kresloda. Saxta yarışlar tərtib
edərək Dövlətin büdcəsindən pullar mənimsəyir. Bu şəxs hələ bu günə kimi Saatlı
rayonunun idmanına heç bir təkan verməyib. Əgər Saatlı rayon Gənclər və İdman
İdarəsində ciddi maliyyə yoxlamaları getsə Elçin Qiyasov birmənalı olaraq həbs
olunmalıdır. Dəfələrlə qanunsuz hərəkətlərinə və Dövlət büdcəsindən yeyinti
hallarına görə Elçin Qiyasov barəsində ciddi tədbir görmək istəyiblər lakin “sehirli
güc” buna mane olub və Elçin Qiyasovu həbs etməyiblər. Elçin Qiyasovun
“sayəsində” Saatlı rayonunun idmanı demək olar ki, bərbad hala düşüb. Baxın
Saatlı rayon Gənclər və İdman İdarəsinin Əsasnaməsinə, görün əslində hansı işlər
görülməlidir və nəyə görə bu işlər görülmür? Ölkə Başçısının idmana bu qədər
diqqət ayırdığı hər kəsə məlumdur, bəs Elçin Qiyasov işlədiyi bu 27 ildə Saatlı
rayonunun İdmanı və Gəncləri üçün nə edib? Cavab heçnə etməyib, ancaq və
ancaq Dövlət büdcəsindən ayrılan vəsaiti müxtəlif saxta sənədləşmələr aparmaqla
mənimsəyib və “yuxarıda” oturan vəzifəli şəxsin “krişalığı” ilə bütün yeyintilərini
ört bastər edib. Necə deyərlər əl əli yuyar əl də qayıdıb üzü yuyar. Ümüd edirik ki,
Kütləvi İnformasiya Vasitələri bu məsələni işıqlandıracaq və Elçin Qiyasov
barəsində ciddi araşdırılmalar aparılacaqdır. Ümüd edirik ki, bir çox məmurlar kimi
Elçin Qiyasov da Dövlətdən yediyi pulları qəpiyinə kimi Dövlətə geri qaytaracaqdır.
Qeyd: Mediada yayımlanacaq bu xəbərə görə məsuliyyət bizə aiddir. Xahiş edirik
ki, mediada yalnız müraciətimizin mətnini paylaşasınız və şəxsi məlumatlarımızı
gizli saxlayasınız. Öncədən təşəkkür edirik.
İmzalar: Əliyev Sabir Qulamhüseyn oğlu
Abbasov Anar Bayram oğlu
Astanov Elnur Elçin oğlu
Eldarov Şakir Pərviz oğlu
Kərimli Bəhlul Qismət oğlu
Hüseyinova Səbinə Akif qızı
Əliyeva Sevinc Şahin qızı
Rzayev İbiş Xanoğlan oğlu
Tarix: 3 dekabr 2022-ci il
 
Ardını oxu...
Şahin Əsgərov:

“Yəni, kim əkin sahəsini suvarmaq üçün daha çox pul verirsə, suvarma suyu həmin şəxslərə verilir”
Ölkəmizdə su təsərrüfatı sahəsi əsas strateji sahələrindən biri hesab olunsa da, deyəsən uzun illərdən bəri
Tovuz Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsindən “ikiəlli yapışan” Nəsrəddin Əsəd oğlu Aslanov, hələ də
bu sahənin əhəmiyyətinə “gözucu qiymət” verməkdə davam edir. Media üzərindən apardığımız
araşdırmalardan, bəzi mənbələrdən əldə etdiyimiz səhih məlumatlardan və s. aydın olur ki, idarə rəisi vəzifəsini
daşıyan bu şəxsin yeni sakinlərdən bəzilərinə qarşı sərgilədiyi kin-kudurət artıq “pik nöqtə”yə çatıb. Çünki,
rayon sakinlərdən bəzilərinin redaksiyamıza ünvanladıqları şikayət məktubların məzmunlarından bəlli olur ki,
Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Tovuz Suvarma Sistemləri idarəsinin əməkdaşları, bu gün də imkansız
sakinlərə “qan qusdurmaq”la məşğuldurlar.

Məsələn, Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsi, ev-13 ünvanında yaşayan Əsgərov Şahin Kərəm oğlu,
uzun müddətdir ki, suvarma suyuna həsrət qalıb. Bu şəxs redaksiyamıza çatdırdığı video-müraciətində qeyd edir
ki, “Bizim ailə üzvlərinin 1ha.78 sot torpaq sahəsi var və həmin torpaq sahəsinə yonca qarışıq taxıl əkmişik.
Artıq payız fəslinin sonlarıdır və hal-hazırda əkin sahəmizin suvarılmasına ehtiyac var. Şəxsən mən oktyabr
ayının ilk günlərindən yonca qarışıq taxıl sahəmizi suvarmaq üçün, dəfələrlə idarənin rəhbər şəxslərinə
müraciət etmişəm. Hər dəfə mənə “Bir qədər gözləməli olacaqsınız, hələ sizə su verə bilmərik” deyə cavab
verirlər. Bəli, həqiqətən də bu belə olur. Çünki, suvarma suyunun verilməsinə cavabdehlik daşıyan məsul
şəxslər, o cümlədən Rafiq və Bəhruz adlı şəxslər idarə rəisinin verdiyi “nataraz tapşırıqlar”ı əsas tutaraq
addımlarını atırlar. Yəni, kim əkin sahəsini suvarmaq üçün daha çox pul verirsə, suvarma suyu həmin
şəxslərə verilir. Bir sözlə, Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Tovuz SSİ-nin əməkdaşlarını imkansız
ailələrin, o cümlədən bizim ailənin taleyi heç bir halda düşündürmür, onları daha çox pul, var-dövlət əldə
etməyin yolları düşündürür. Qeyd edim ki, bizə məxsus yonca qarışıq taxıl sahəsinin sağ və sol hissələrində ayrı-
ayrı şəxslərə məxsus sahələr var. Hazırda SSİ-nin rəhbər şəxsləri qeyd olunan taxıl sahələrinin suvarılması
zamanı heç bir problem yaratmırlar. Elə ki, biz də minbir əzab-əziyyətlə ərsəyə gətirdiyimiz sahəmizi suvarmaq
istəyirik, o halda bu qurumun əməkdaşları “Növbəniz çatanda sizə də su verərik” deyib, açıq-aşkar şəkildə bizi
“fırlatmaqla” məşğul olurlar. Yəni, oktyabr ayının əvvəlindən indiyə kimi suvarma suyuna həsrət qaldığımızdan,
heç cür taxıl sahəmizi suvara bilmirik. Belə bir səbəbdən də, yonca qarışıq taxıl əkdiyimiz sahə tamamilə
quruyub və sahəni gəmiricilər məhv etməkdədirlər. Qeyd edim ki, bu qurumun əməkdaşları 1 ha əkin
sahəsinin suvarılması üçün, imkanlı şəxslərdən 50 AZN pul alırlar və günlərini kafelərdə yeyib –içməkdə
keçirirlər. Yəni, Tovuz SSİ idarəsində elə bir idarəçilik qaydası qurulub ki, aşağıda pulları Qaqarin adlı şəxs yığır
və o, toplanan pulları özündən yuxarı vəzifə sahiblərinə çatdırır. Elə ki, aidiyyatı üzrə dövlət qurumlarına şikayət
edəcəyimi deyirəm, o halda SSİ-də çalışan bəzi vəzifə sahibləri “Get kimə, hansı vəzifə sahibinə istəyirsən
şikayətini çatdır. Biz bir kimsəni “priznavat” etmirik” deyə cavab verirlər. O halda sual oluna bilər ki, görəsən
Tovuz SSİ-nin əməkdaşlarının belə bir ayrıseçkiliyə yol vermələrinin kökündə nələr durur? Məgər, bizim
ailənin üzvləri də bu ölkənin vətəndaşları deyilmi? Bizim suvarma suyundan istifadə etmək hüququmuz
yoxdurmu?

Baxmayaraq ki, ölkə Prezidentinin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında, həmçinin müxtəlif tədbirlər zamanı əhalinin su ilə
təminolunmalarının yaxşılaşdırılması və bu yolda əmələ gələn problemlərin aradan qaldırılması ilə bağlı
möhtərəm Prezident tərəfindən lazımi tapşırıqlar verilsə də, hələ də Tovuz SSİ-nin əməkdaşları verilmiş
tapşırıqları qulaqardına vurmaqla məşğul olurlar. Buna misal olaraq Şahin Əsgərovun oktyabr ayının
əvvəlindən indiyə kimi suvarma suyuna həsrət qalması, məhz ölkə rəhbərinin verdiyi tapşırıqların əleyhinə
getmək olduğunu sübuta yetirir. Sözsüz ki, belə bir yanaşmanın kökündə xəyanət amili əsas rol oynayır ki, bu da
son anda sadə sakinlərin dövlət qurumlarına olan inamının heçə enməsinə öz təsirini göstərir. O halda sual oluna
bilər ki, hal-hazırda Tovuz SSİ-nə rəhbərlik edən və əksər vaxtlarda iş başında tapılmayan Nəsrəddin Aslanov,
görəsən belə bir idarəçiliyi ilə hara gedir? Axı, bu şəxsin etibar etdiyi vəzifə sahibləri suvarma suyu ilə rayon
ərazisində “bazar açırlar”, imkansız şəxsləri olmazın məşəqqətlərə düçar edirlər? Deməli, imkansız şəraitdə
yaşayan yerli sakinlərin belə məşəqqətlərdən xilas olmaları üçün, rəhbərlik Nəsrəddin Aslanova “dur”
deməlidir ki, haqq-ədalət bərpa olunsun. Yoxsa, …

Qarşı tərəfində mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.
deryaz.az
 
 
 
Ardını oxu...
Tibbi sığortadan kimlər, necə faydalanır? Vətəndaşlar pulsuz xidmət, məmurlarsa korrupsiya imkanı əldə edib.

Toplum TV-nin araşdırması göstərir ki, bəzi hallarda tibb müəssisələri göstərilməyən tibbi xidmətləri də rəsmiləşdirirmiş.

Prezidentin tərif etdiyi tibbi sığorta sistemindən Bakı sakini Sevda Əliyeva heç vaxt istifadə etməyib.

Deyir ki, dövlət xəstəxanalarına etibarı yoxdur deyə, bütün tibbi xidmətləri özəl müəssisələrdən almağa üstünlük verir. Amma bu yaxınlarda sürprizlə qarşılaşıb.

Elektron hökumət sistemində onun dövlət xəstəxanalarında aldığı xidmətlər haqqında qeydlər var.

İcbari tibbi sığorta sistemi belə qurulub ki, tibb müəssisələri və həkimlər də xidmət göstərdiyi hər bir xəstəyə görə məvacib alır. Sevda Əliyevaya göstərilməyən xidmət üçün də dövlət pul ayırıb, amma vətəndaş xidməti görməyib.

Həkim ekspert Aydın Əliyev deyir ki, belə hallar tək-tük deyil: "Mütəmadi halda insanların belə şikayətlərinin olması göstərir ki, sistemin problemləri var. Düzdür, təzədir. Amma İcbari Tibbi Sığorta şəffaf olmalıdır. İndiyədək heç bir hesabatları olmayıb. Tibbi idarə edən qurumlar şəffaf deyil. Bu problemlərin aradan qaldırılması üçün yetəri addım atılmır".

Qaradağ rayon sakini Sübhan Bəşirlini də 23 saylı Birləşmiş Şəhər Xəstəxanasında icbari tibbi sığorta çərçivəsində müayinə ediblər. Daha doğrusu, etməyiblər. Amma bu barədə qeydi özünün də xəbəri olmadan sistemə əlavə ediblər.

Toplum TV-yə danışan Sübhan Bəşirli bildirir ki, göstərilən tarixdə o heç ölkədə də olmayıb.

"Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev sadalanan faktlarla bağlı bir neçə hüquqpozma halı olduğunu deyir.

Elektron kabinetdə Sübhan Bəşirlini müayinə edən həkim kimi göstərilən Vüqar Feyziyev söyləyir ki, belə bir xəstəni heç vaxt görməyib.

İcbari Tibbi Sığorta Agentliyi deyir ki, pripiskadan xəbərləri yoxdur. Məsələni araşdıracaqlarını da vəd edirlər. Bəs siz necə, elektron kabinetinizi yoxlamısınızmı?

Bəlkə, yeni xəstəliyiniz var, xəbəriniz yoxdur?

 
Ardını oxu...
Nəzərinizə çatdıraq ki, bir müddət başsız qalan Göygöl Rayon İcra Hakimiyyəti, başsız qaldığı müddətlərdə belə şaiyyələrin yaranması təsadüf olardı. Söhbətin nədən getməsi haqqında açıqlama gətirək.

Belə ki, adıçəkilən Göygöl rayon İcra Hakimiyyətinin başcısı haqqında sosial şəbəkələrdə, və Hürriyyət.az-ın elektron poçtuna daxil olan məlumatlara görə, İcra başcısı Maliyyə Nazirliyinin Göygöl rayon şöbəsidə ciddi maliyyə pozuntularına yol verilməsi haqqında ilkin məlumatlar vardır.

Qeyd olunan rayonun maliyyə şöbəsinin əməkdaşının bildirdiyinə görə İcra başcısı tərəfindən, maliyyə şöbəsinin müdirindən tələb edərək, rayonun Kommunal şöbəsindən, Meliorasiya və su Təsərrüfatı iadarəsindən, Rayonun kənd icra nümayəndələrinə, Yol İdarəsinə (rayonun asfalt çəkilişinə) pul ayrılması və sonradan ayrılan pulları əldə etmək, maliyyə silinməsi haqqında məlumatlar verilibdir.

Ardını oxu...

Xatırladaq ki, bir neçə il bundan öncə həbs olunan İcra Hakimiyyətlərinin başcısı belə hallara gobud yol verdiklərinə görə, azadlıqdan məhrum olunublar. Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham olunurlar. Digər əldə etdiyimiz məlumatlara görə Göygöl rayon Bələdiyyə şöbəsində rayon ərazisinə və rayonun kəndlərinə məxsus olan torpaqların satışına Bələdiyyə müdiri dolayı yolla çıxarışlar edərək qanun pozuntusu edir. Bununlada imkanlı şəxslərə bələdiyyə şöbəsinə aid olan pay torpaqları müəyyən yolla rəsmləşdirir.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Maliyyə Nazirliyi bu halın Göygöl rayonunda araşdırılmasına başlaması həqiqətləri üzə çıxardar.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacayıq. 
//Hürriyyət.az//

Ardını oxu...

“Dövlət Sosial Müdafiə Fondu bankla əlbir olub anamın dəfn pulunu kredit borcuna yönəldib”. Belə bir iddia ilə Biləsuvar rayon sakini mərhum Elmira Abbasovanın oğlu Faiq Əsgərov çıxış edib.
Faiq bildirib ki, anası Elmira Abbasova oktyabrın 24-də vəfat edib. O, noyabrın birində DSMF-nun Biləsuvar rayon şöbəsinə anasının ölümü haqqında şahadətnamə təqdim edib.

Faiqin bildirdiyinə görə yerli şöbədən ona deyiblər ki, 720 manat məbləğində olan dəfn pulu sizə poçt vasitəsi ilə ödəniləcək:

“Pulu gecikdirdikləri üçün "142 Qaynar xətti"nə zəng etdim. Mənə bildiriblər ki, adıma cəmi 166 manat pul ayrılıb. Araşdırma zamanı məlum olub ki, 554 manat pul pensiya şəkilində anamın vəfatından 20 gün sonra, yəni noyabrın 14-də pensiya kartına köçürülüb. Bu ödəniş də bank tərəfindən mərhumun kredit borcuna tutulub”.

İndi Faiq Əsgərov da iddia edir ki, dəfn mərasimini maliyyələşdirmək üçün ayrılan vəsait vərəsə kimi mənim adıma poçt şöbəsi vasitəsi ilə ödənilməli idi:

“Necə ola bilər ki, mənim adıma köçməli olan pul mənim razılığım olmadan bankın borcuna yönəldilsin?”

Məsələ ilə bağlı Bilasuvar rayonu DSMF-na müraciət etdik. İdarədən bildirildi ki, tərəfimizdən vətəndaşların hesabına köçürülən vəsaitlərdə Fond tərəfindən hər hansı tutulmalar aparılmır:

“Mərhum Elmira Abbasovanın əmək pensiyasından DSMF tərəfindən heç bir tutulma aparılmayıb. Onun 2022-ci ilin noyabr ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülüb. Eyni zamanda, Elmira Abbasovanın vəfatı ilə bağlı dəfn xərci olaraq ayrılmış vəsait də onun vərəsəsi olan oğlunun hesabına tam məbləğdə köçürülüb. Hesabına köçürülmüş vəsaitdən tutulma ilə bağlı vətəndaş müvafiq banka müraciət etməsi tövsiyə olunur”.

Əslində proses necə olmalıdır? Bunun hüquqi izahı nədir? Bu barədə və məsələnin həlli istiqamətləri haqqında növbəti yazımızda danışacağıq.
 
 

Dünyapress TV

Xəbər lenti