“Azərlotereya”nın xalqa bəxş etdiyi xroniki azar -
Xeyli müddətdir vətəndaş təəssübkeşliyindən doğan dərin narahatlıqla bu mövzuya toxunmaq istəyirdim. Təəssüf ki, “Azərlotereya”nın ölkədə yaratdığı labirinti və xalqa kələk gəlməyin “metodologiyası”nı araşdırmaq üçün bu mövzuya indi baş vurmağı məqsədəuyğun hesab etdik. Təbii, bir yazı ilə “Azrlotereya”nın xalqın necə tələyə salmasını şərh etmək çətindir, ona görə də davamlı araşdırmaqlarımızın şahidi olacaqsınız.

Bəli, söhbət “Azərlotereya”nın Azərbaycanda yaratdığı antimilli qumar bazarından gedir.

Əvvəlcə ölkəmizdə bu məsələ ilə bağlı vəziyyəti araşdırmağa çalışdım. Maraqlı nüanslar ortaya çıxdı.

Bütün ölkələrdə qanuniləşdirilmiş qumar bazarı mövcuddur. Amma heç bir ölkədə qumar bazarı xalqın genefondunun dağıdılmasına hesablanmayıb, ölkədə sosial partlayışların ilkin “mina”ları kimi təkmilləşdirilməyib. Amma… Azərbaycan istisna! Ölkəmizdə “Azərlotereya”nın bütün fəaliyyət istiqamətləri ailələrdə sosial problemlərin pik həddə çatmasına, xalqın sürətli şəkildə yoxsullaşdırılmasına və gənclərin narkotikdən sonra ikinci bir böyük bir bəla ilə – lotereya” ilə məhv edilməsinə yönəlib. Qumar biznesi milli dəyərləri tapdalayırsa, onun qanuni fəaliyyətinə heç bir halda bəraət qazandırmaq olmaz.

Mənim burada Amerika kəşf etmək fikrim yoxdur.

Zəfər Rəisoğlunun qumar biznesinin uyuşdurucu həbləri…

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zəfər Rəisoğlunun ölkə mətbuatına verdiyi müsahibəni oxudum.

Hörmətli Rəisoğlu deyir:

“Hər iki ölkədə (Yəni, Azərbaycan və Türkiyədə) mentaliteti bir-birinə çox yaxın olduğundan deyə bilərəm ki, insanlar arasında da şans oyunlarına münasibət eynilik təşkil edir. Bu baxımdan Azərbaycanda öz vətənimizdəki kimi hiss edirik. Yerli əhalinin istəkləri ilə daim maraqlanır, onların marağını təmin edə bildiyimizi düşünürük”.

Çox humanist yanaşmadır. Elə deyilmi? Sən demə Hatayda yaşayan bir ərəblə, Trabzondakı bir lazla mənim mentalitetim eyni imiş… Siz öz fikirinizdə qalın, cənab Reisoğlu! Maraqlıdır, niyə Türkiyədən gələn qumarbaz belə məsələlərə milli aspektdən yanaşır, pul qazanmaq ehtirasında belə pafosdan istifadə edir. Amma öz aramızdır, yaxşı ki, “Bir millət, iki dövlət” şüarını səsləndirməyib.

Keçdik digər suala, yəni Rəisoğlunun suala cavabına.

“Son zamanlar “Azərlotereya”nın “Poz Qazan” lotereyasına artan marağı nə ilə əlaqələndirərdiniz? “Poz Qazan”ın bu qədər populyar olmasının səbəbini necə izah edərdiniz?”

Həmkarımın ona verdiyi pafoslu sualdan ehtirasa gələn cənab Rəisoğlu deyir:

“Aparılan müşahidələr onu göstərir ki, bu sahədə idarəetmənin beynəlxalq standartlara uyğun aparılması, şans oyunlarının dünya təcrübəsinə malik mütəxəssislərlə birlikdə hazırlanması, oyunların çeşidinin, ümumi uduş fondunun və uduş imkanlarının artırılması lotereya oyunlarına populyarlıq qazandırıb”.

Azərbaycan öz müstəqilliyini yeni qazananda ən çox eşitdiyimiz söz birləşmələrindən biri də “beynəlxalq standartlar” idi. İnanın, içi mən qarışıq milyonlarla azərbaycanlı həyat tərzimizin bütün istiqamətlərinin “beynəlxalq standartlar”lara uyğunlaşdırılmasını o qədər istəyirdi ki… Demək alındı. Yoxsa, Rəisoğlu Azərbaycan xalqının cibinə girməyin yollarını beynəlxalq standarlara əsasən həyata keçirməzdi. O hansı beynəlxalq standartdır ki, sadə vətəndaşın ailəsinə aparacağı qəpik-quruşu əlindən almağın yollarını öyrədir!?

Hətta şans adı ilə insanlarda azar yaradır, asılılıq və nəticədə onsuz da gündəlik dolanışıq üçün çalışan sadə azərbaycanlını daha da bədbaxt günə qoyur. Gəlişi gözəl sözlərlə insanları aldatmaq texnologiyasını mənimsəmiş bu şəxs və ya şəxslər törətdikləri bəlaların həcmini görməməzlikdən gəlirlər. Əvəzində mentalitet bağlarından, insanları şirnikləndirən rəqəmlərdən, uduş məbləğindən istifadə edərək, zamandan yaxşıca yararlanırlar.

Dediklərim bir daha cənab Rəisoğlunun növbəti cavabında öz təsdiqini tapır. Diqqət yetirin:

“Böyük uduşlara sahib olan qalibləri görənlərdə lotereya oyunlarının şəffaf keçirilməsinə əminlik yaranır, inam hissini artırır. Bu niyyətlə düşünülə bilər ki, Azərbaycanda lotereya oyunlarına böyük maraq var. Təbii ki, insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblər də ola bilər. Bura sosial-psixoloji amilləri də aid edə bilərik. Bu, nəinki bizim ölkədə, dünya təcrübəsində də belədir”.

Bəli, doğrudur. İnam hissi artır. Çünki siz “sosial-psixoloji” vəziyyəti yaxşı olmayan minlərlə vətəndaşı dediyiniz beynəlxalq standartlarla – texnologiya ilə torunuza salırsınız. Dediyiniz kimi insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblərdən yararlanırsınız. Yaratdığınız “Poz qazan”, “40.000.000 Pul Yağışı”, “Brilliant -3”, “Uğurlu 7” və sairə oyunlarla maddi vəziyyətinizi zənginləşdirir, əhvalınızı yüksəldirsiniz. Əvəzində isə sadə vətəndaşlar itirdikləri pulların, düşdükləri vəziyyətin əzabını çəkir. Bunun səbəbkarı siz və sizin kimi “beynəlxalq standart”ları vətəndaşa sırıyanlarsınız!

Hesab edirəm ki, hələlik bəsdir. İnsanlıq və heç bir ədalət prinsipinə sığmayan bu “beynəlxalq standart”ların üzərindən oyun quran, qumar olmadığına özünü və vətəndaşları inandıran hər kəs haqq-hesab tərəzisini unutmamalıdır. Dünyanın fırılandığını və atdığınız bumeranqların bir gün özünüzə qayıdacağını da düşünün! “Mentalitet” sözündən isə bir də heç vaxt istifadə etməyin. Bunun sizin “oyun”larınıza aidiyyatı yoxdur.

Sonda isə cənab Zəfər Rəisoğluna və “oyundaşlarına” bir sualım var:

Yaxınlarınızın, sizə əziz olan şəxslərin yaratdığınız bu “beynəlxalq standart”lardan istifadə etməsinə razı olardınızmı?

AZƏRBAYCANREALLIĞI.COM
 

Bölmənin digər xəbərləri

18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video
17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir

Dünyapress TV

Xəbər lenti