MTK şefinin yersiz ÖZGÜVƏNLİYİ... - İTTİHAM VAR!
Məlumdur ki, 70 il yaşadığımız sovet dövlətində özəl mülkiyyət yox idi, bütün mülkiyyət dövlətə məxsus idi. Ona görə də müstəqillik əldə edən yeni dövlətlər, o cümlədən Azərbaycan Respublikası bazar iqtisadiyyatı, özəlləşdirmə yolunu tutdu. Yəni dövlətə məxsus əmlak ayrı-ayrı vətəndaşlara satılmağa başlandı. Məhz bu mürəkkəb və strateji məsələ, yəni özəlləşdirmə ilə bağlı Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə özəlləşdirməyə həsr olunmuş məşhur müşavirədəki çıxışı sözün həqiqi mənasında dəqiq kurs idi. Heydər Əliyev özəlləşdirmə ilə bağlı konkret prinsiplər ortaya qoymuşdu.
Birincisi, bəzi sahələr mütləq dövlətin nəzarətində qalmalıdır.
İkincisi, özəllşdirmədə hər bir vətəndaşın payı olmalıdır.
Üçüncüsü, özəlləşdirilən obyekt ilk növbədə kollektivin üzvlərinə təklif olunmalıdır, yəni səhmdar cəmiyyət…
Dördüncüsü, özəlləşdirilən obyektin profili dəyişdirilməməlidir.
Sözün düzü, Ulu Öndərin özəlləşdirmə məsələsi ilə bağlı qiymətli fikirlərinin hamısını bu yazıda vermək mümkün deyil. Amma fikir verdinizmi, özəlləşdirilən obyektin profili dəyişməməlidir. Heydər Əliyev 1995-ci ildəki müşavirədə qeyd edir ki, bəzi məmurlar özəlləşdirməyə mane olurlar. Bəli, sonrakı on illərdə özəlləşdirmə prosesində kimlərsə kitabxananı özəlləşdirib kababxanaya çevirdi, yaxud kimlərsə mədəniyyət və təbliğat sahəsinə aid olan kinoteatrı özəlləşdirib özü üçün ofis elədi, nə bilim yerində bina tikdi. Bax, hələ az qala 30 il əvvəl Ulu Öndər bu neqativləri gördüyü üçün xəbərdarlıq edirdi.
Sözün qısası, indi haqqında bəhs edəcəyimiz RİCH MTK da belə şirkətlərdən biridir.
Konkret olaraq onu qeyd edək ki, RİCH MTK-nın sahibi olan Azər adlı şəxs şəhərimizin gözəl mədəniyyət obyektlərindən biri olan məşhur “Sevil” kinoteatrını ələ keçirib. İndi artıq burada nə kino, nə mədəniyyət tədbiri, heç nə qalmayıb.
Məlumat üçün onu qeyd edək ki, RİCH MTK Yasamal rayonu ərazisində, Nazim Hikmət küçəsində, Musabəyov parkı ilə üz-üzə, Yasamalın ən hündür yerlərindən birində, hündür mərtəbəli binalar inşa edib satır.
RİCH MTK-nın reklamından bəlli olur ki, yaşayış kompleksinin şəhərin nisbətən yüksək hissəsində yerləşməsi bu ərazidə havanın daha təmiz olmasını və mənzillərdən şəhərə və dənizə daha gözəl mənzərənin açılmasını təmin edir. Kompleksdə ən son dünya standartlarına uyğun "Fitness və SPA" mərkəzi, müasir kafe və restoranlar, övladlarınızın təhlükəsizliyini tam təmin edə biləcək uşaq bağçası və idman meydançası nəzərdə tutulub.
Görəsən, şirkətin sahibi Azər müəllimdən soruşan yoxdurmu ki, kinoteatrı zəbt eləmək nə vaxtdan müasir dünya standartı hesab olunur..?
Kinoteatrı zəbt eləmək müasir dünya standartı deyil, cənab Azər müəllim, konkret cinayət əməlidir. Həm də şirkətinə RİCH (ingiliscə VARLI, ZƏNGİN mənasında ) adını götürən cənab Azər görünür özünü hamıdan varlı və…toxunulmaz hesab edir….
Cənab Azər müəllim bilməlidir ki, etdiyi qanunsuz əməllərə görə, gec-tez qanun qarşısında cavab verməlidir. Sevil kinoteatrının bərpasını isə yəqin ki, zaman özü yoluna qoyacaq. //gundelik-baku.com//
 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti