ƏZİZ ƏZİZOV SURAXANINI XARABAZARA ÇEVİRİB:
2019-cu ilin dekabrından Suraxanı rayonuna icra başçısı təyin edilən Əziz Əzizov son 30 ildə görünməyən ilklərə imza atmaqdadır. Rayon sakinlərinin bəxti bu dəfə də gətirmədi ki, o rayona icra başçısı təyin olunan gündən əsas diqqəti problemlərin həllinə, abadlıq işlərinə yox, rayon ərazisinə daxil olan Yeni Suraxanı, Yeni Günəşli, Qaraçuxur, Zığ və Hövsan qəsəbələrində ticarət və kommersiya üçün nəzərdə tutulan yeni obyektlərin inşa edilməsinə yönəldib.

Tribunainfo.az məlumat üçün qeyd edir ki, bu barədə mediada dəfələrlə yazılsa da, Ə.Əzizov “dədəm mənə “kor” deyib, “gəlib-gedəni vur” deyib” prinsipi ilə nə sakinlərin narazılığını saya salır, nə də onu bu vəzifəyə təyin edən edən dövlət başçısının qəzəbinə tuş gələcəyindən qorxur.

Bu azmış kimi, Prezident Admnistrasiyasında oturan havadarına arxalanan Əzəiz Əzizovun Hövsan qəsəbəsində genişmiqyaslı tikinti işlərinə başladığı məlum olub. Belə ki, hələ Hövsan qəsəbəsi son 30 ildə bu qədər çoxmərtəbəli obyekt tikintisinin şahidi olmayıb.

Bu sahədə tikinti işləri elə sürətlə aparılır ki, qəsəbə sakinləri üçün hər yeni gün yağışdan sonra çıxan göbələklər kimi yeni icarəyə verilən obyekti görməli olurlar. Bu iş elə sürətlə və genişmiqyaslı aparılır ki, son 9 ildə Ağ şəhərdə aparılan tikinti işləri onun yanında sönük qalır.

Bu da bir faktdır ki, Əziz Əzizov bu rayona icra başçısı təyin olunmasından qısa müddət sonra təkcə Oqtay Şabanov küçəsində 20-dən çox yeni böyük obyekt inşa edilərək, icarəyə verilmək üçün təhvil verilib.

Yerli sakinlərin bildirdiyinə görə, həmin obyektlərin bir çoxu artıq icarəyə verilib, bir çoxu da özünün icarədarını gözləyir. Ən acınacaqlısı və qəsəbə sakinlərini narahat edən isə Oqtay Şabanov küçəsində, köhnə Tural kafesinin (indiki Sərinqala) yerləşdiyi binanın həyətinin zəbt edilməsi olub.

Buranı zəbt edilməsinə göz yuman Ə.Əzizov orada hələ sovet dövründən qalan və binanın balaca sakinləri olan uşaqların kiçik futbol meydançasını sataraq orada nəhəng obyekt tikilməsinə şərait yaratması olub. Hazırda uşaqların sevimlisi olan həmin meydançanın yerində böyük bir ticarət obyekti ucalır, obyektin birinci mərtəbəsində “İrşad telekom” və “Araz” supermarketi yerləşir.

Ə.Əzizovun növbəti tikinti əməliyyatı Yeni Günəşli qəsəbəsi AB massivi 50v binanın qarşısında baş verib. Belə ki, 40 ildir burda yaşayan sakinlər binanın qarşısında tikilən obyektlərə görə gün işiğına həsrət qalıblar. Deyilənə görə icra başçısı aparılan tikinti işlərinin şəhid abidəsi ilə bağlı olduğunu deyərək sakinləri aldadıb.

Onu da qeyd edək ki, eyni ərazidə 9 ay öncə eyni binanın qarşısında 3 mərtəbəli obyekt inşa edilib. Bunadan hündürdə tikilən obyekt evləri qaranlığa qərq etmək və havalandırmanın qarşısını almaqla yanaşı kanalizasiya və çirkab sularının da binanın özülünə axıdır. İndi isə baş vermiş qanunsuzluğa etiraz edən sakinlər iş yerlərindən çıxarılmaqla təhdid edilir:

Daha bir maraqlı fakt odur ki, Ə.Əzizov icra başçısı təyin edildikdən bir qədər sonra Abşeron rayonunda torpaq və kommersiya sahəsində maxinator kimi məşhur olan Fuad Cəbrayılovu özünə müavin təyin etməsidir. Bütün bu tikinti işləri də məhz onun müavin təyin edilməsindən sonra geniş vüsət alıb.

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti