Ardını oxu...
Redaksiyamızın ünvanına Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının adlarının çəkilməsindən ehtiyat edən, Terapiya şöbəsinin əməkdaşları tərəfindən müraciət daxil olub. Dia-az.İnfo bildirir ki, eyni zamanda ölkə rəhbərliyinə xitab edən müraciət müəllifləri Azərbaycan respulikasının 1 ci vitse-prezidenti Mehriban xanım Əliyevadan, Azərbaycan Respublikası Prezdentinin köməkçisi Anar Ələkbərovdan, Tibbi İcbari sığortanının icraçı direktoru Zaur Əliyev dən və TƏBİB-in icraçı direktoru
cənab Vüqar Qurbanovdan kömək istəyirlər.
Müraciətdə xəstəxanada gələcəkdə aparılacaq təmir işləri ilə əlaqədar, “Terapiya” şöbəsinin Bilgəh qəsəbəsindəki Modul Tipli Xəstəxanaya köçürüləcəyi qeyd edilir. Təmir işlərini alqışlayan həkimlər ,köçürülmə nəticəsində, işlədikləri şöbənin xəstəxanadan uzaq məsafədə olması işlədikləri xəstəxana ilə gələcəkdə tibbi əlaqənin kəsilməsinə gətirib çıxaracağı və bununla da, onların professional iş fəaliyyətlərinə və xüsusən də regionlardan müalicə və müayinəyə gələn xəstələrin vaxtında operativ şəkildə müalicə və müyinə olunmasında çətinlik yaranacağını bildirlər. Həkimlər belə olduğu halda həm özlərinin, həm də xəstələrin çox əziyyət çəkəcəyindən, məsafə baxımdan çox uzaq olduğundan çoxlarının tezliklə işlərinin itirəcəklərindən şikayyətçidirlər. Həkimlər şəhərdən kənara çıxmamaq şərtilə istənilən uyğun şəraitdə müvəqqəti yerləşmələrini xahiş edirlər. Onlar həmin imkan mexaniziminin bu gün Təbibdə mümkün olduğuna əmin olduqlarını bildirirlər.
Müraciətdə daha sonmra deyilir: "Hesab edirik ki bu istər tibb kantingenti üçün, istərsə də xəstələr üçün daha uyğun və əlverişli olar. Həkimlərin, xəstələrin son ümüdləri gödə Allah yerdə isə başda prezident olmaqla , çox hörmətli Mehriban xanınıma , dəyərli insan Anar Ələkbərova, o cümlədən Zaur Əliyevə və Vüqar Qurbanovadır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq verilən qərarda dəyişiklik edilməsini həkim və tibb kollektivi xahiş edir. Dövlətimiz xalqımız üçün üçün xeyirli olsun..."
 

Ardını oxu...
Paytaxtın Bakıxanov qəsəbəsində , düz Sabunçu İcra Hakimiyyətinin inzibati binasının önündə fəaliyyət göstərən "Chef Orxan” restoranı vətəndaşların gediş-gəlişi üçün istifadə etdiyi səkünü zəbt edərək, ora stollar qoyub fəaliyyət göstərir. Həmin ərazidə yaşayan vətəndaşlar sözügedən biabırçılığın əks olunduğu videomaterialı Azinforum.az-a göndəriblər. Real mənzərəni əks etdirən görüntüləri təqdim edirik:



Ardını oxu...
Bu problem sovet dövründən var: bazar günü ağırlaşdınsa, kəlmeyi-şəhadətini gətir. Bayram və bazar günü sancısı tutan hamiləyə də deyərdilər: vaxt tapdın?
Azərbaycan səhiyyəsində bu problem hələ də davam edir: bayram günü və bazar günü böhranı.
Statistikaya görə, bazar günü xəstə ölümləri digər günlərə nisbətən çox olur. Çünki Azərbaycanda bazar günü xəstəxanaların əksəriyyəti istirahət rejiminə keçir, xəstəni İcbari Tibbi Sığorta üzrə qeydiyyata almaq olmur, lazımi profilli cərrahlar işə çıxmır, xəstə yalnız təcili yardım şöbəsinə qəbul olunur, ağırdısa reanimasiyaya, ən yaxşı halda tanış varsa, xəstəxanaya qəbul olunub sabahı gözləyir.
Bakupost.az xəbər verir ki, “Medicina” saytının əməkdaşının ailə üzvünün başına gələn hadisə bu mövzu ilə bağlı bir çox nüansların üstünü açıb.
Onun dediyinə görə, mayın sonlarında bazar günü ailə üzvü olan gənc kişi dəhşətli böyrək ağrısı, tam anuriya, böyrək kanallarının tutulması şikayətləri ilə Klinik Tibbi Mərkəzin təcili yardım şöbəsinə çatdırılıb:
"Əvvəlki həftələrdə böyrək daşına görə İcbari Tibbi Sığorta ilə müayinədə olduğu, müalicə aldığı heç bir həkim telefonu qaldırmadı. Heç bir USM işləmirdi. Çünki bazar günü idi.
Klinik Tibbi Mərkəzin təcili yardım şöbəsi daxili qaydada xəstəni qəbul etdi, USM etdirib analizlər götürdü və xəstədə kreatinin normadan 4 dəfə artıq olduğu məlum oldu. 2 sutka idi tam anuriya davam edirdi. Xəstəyə ağrıkəsicilər təsir etmirdi. Təcili həkim axtarışına başladıq".
Əməkdaş deyir ki, uroloji şöbəsi olan bütün əsas dövlət xəstəxanalarının heç birində stent qoyacaq cərrah tapılmadı:
"Klinik Tibbi Mərkəzin təcili yardım həkimi “Uroloqa xəbər verdiniz? Xəstə böyrək yetməzliyinə girə bilər, məsləhətdir ki, bu gün stent qoyulsun” deyib xəstəni tərxis etdi. Çünki ona stent qoyacaq cərrahlar yox idi.

Xəstənin əməliyyatından imtina ilə bağlı 3 əsas bəhanə:
1. İcbari Tibbi Sığorta bu gün işləmir, 1-ci gün səhər açılacaq.
2. Stenti bazar günü qoya bilmərik, uroloq cərrah yoxdur.
3. Həkimlərin evdən gəlişi əlavə ödənişdir.

İmtina cavabı alınan yerlər:
1.Klinik Tibbi Mərkəz. Əvvəldən xəstənin müayinə və müalicələrini İcbari Tibbi Sığorta ilə etmiş cərrah zənglərimizə cavab vermədi.
2.Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası. Öncə xəstə orada USM-dən keçmiş və KT olunmuşdu. Bazar günü olduğundan stent qoyacaq həkimlərin olmadığını bildirdilər. Əgər sabaha qalsa, dializ olunacağı, sonra stent qoyulacağı bildirildi.
3. Yeni Klinika. Buradan növbətçi həkimin olduğunu, lakin onun stent qoymayacağını bildirdilər: "Xəstə gəlsə də, təcili yardım baxıb göndərəcək. Əziyyət çəkib yol ölçməsin"".
Əməkdaş deyir ki, əlaqələrindən istifadə edib mətbuat xidmətlərini də məsələyə qoşsa da, onlar da naəlac qalıb:
"Özəllərdəki tanış həkimlər isə "İcbari Tibbi Sığorta işləmir, təəssüf ki, sığortaya sala bilmərik, amma xəstəyə bu gün stent qoyulmalı, anuriya aradan qalxmalıdır” dedilər. Özəl klinikalar azı 1000-2000 manat depozit istədi. Həkimlər, anestezioloqlar isə evdən təcili çağırış üçün 100-200 manata gəlir. Yaxşı ki, dostların sayəsində İnternational Caspian Hospitalda baş həkimin dəstəyi ilə uroloq cərrah Fəxri Quliyev xəstəni təcili əməliyyata aldı".
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə İTS xidmətinin bazar və bayram günləri niyə işləmədiyi barədə sorğu göndərildi.
Sən demə, İTS sisteminin bazar və bayram günləri işləməməsi haqda deyilənlər uydurmadan başqa bir şey deyil və xəstəxanaların əlində bir bəhanədir.
Agentliyin rəsmi cavabında bütün Azərbaycan vətəndaşlarının bilməli olduğu bir fakt var: "Xəstə bazar və bayram günləri İcbari Tibbi Sığorta ilə xidmət göstərən istənilən dövlət və ya özəl klinikaya getsə də, təcili əməliyyat lazımdırsa və bu, Xidmətlər Zərfində varsa, sığorta ilə əməliyyat edilə bilər".
Bəs, bayram və bazar günləri İcbari Tibbi Sığortanın iş prinsipi dövlət və özəl müəssisələrdə necə tənzimlənir? Agentlikdən göndərilən cavabda vurğulanır:
“Qeyri-iş günlərində planlı tibbi xidmət üçün Agentliyin müqavilə bağladığı özəl tibb müəssislərinə verilən göndərişlərin təsdiqi növbəti iş günündə təsdiq olunur. Təcili və təxirəsalınmaz hallarda isə vətəndaşa tibbi xidmət, göndəriş vərəqəsi olmadan dərhal göstərilir. Təcili hal zamanı pasiyentə sözügedən dövlət xəstəxanalarında tibbi xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaş qeyri-iş günləri daxil olmaqla göndəriş olmadan Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən istənilən birinə yaxınlaşaraq, tibbi xidmətdən yararlana bilər.
Özəl tibb müəssisələrində göndəriş vərəqəsi olmadan pasiyentə stasionar şəraitdə təcili tibbi yardım ancaq Agentliyin razılığı ilə icbari tibbi sığorta vəsaiti hesabına göstərilə bilər.
Bunun üçün özəl tibb müəssisəsi Agentliyə 24 saat ərzində elektron sorğu göndərir. Agentlik tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını, dövlət tibb müəssisəsində tibbi xidmətin göstərilməsinin mümkünlüyünü və təcililik dərəcəsini nəzərə alaraq, tibbi xidmətin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsini qarşılayır və ya sığorta ödənişindən imtina edir. Vətəndaşlara icbari tibbi sığorta çərçivəsində planlı tibbi xidmətlər isə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutunda gözləmə müddəti ərzində göstərilir:
* İxtisaslı ambulator xidmət üçün 14 gündən gec olmayaraq;
* İnstrumental diaqnostik və laborator müayinələr üçün 14 gündən gec olmayaraq;
* Planlı stasionar tibbi yardım üçün göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq.
Qeyd olunan dövlət xəstəxanalarında tibbi xidmət göstərilməsi mümkün olmadığı hallarda isə vətəndaşa Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi xidmətdən yararlanmaq üçün göndəriş vərəqəsi yazılır.
Dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən 24 saat ərzində təsdiq edilir. Bu zaman vətəndaşın mobil telefonuna təsdiq edilmə ilə bağlı SMS-lə birdəfəlik kod göndərilir. TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin idarəedilməsi aidiyyəti qurumun səlahiyyətlərinə aid olduğu üçün digər məsələlərlə bağlı həmin quruma müraciət etməyiniz tövsiyə olunur”.

PS. Qeyd edək ki, xəstə bazar günü özəl tibb müəssisəsində əməliyyata alınsa da, həmin klinika İcbari Tibbi Sığortaya göstərilən xidmət barədə sorğu göndərə bilər. 1 ay ərzində məsələ yoxlanılır və xidmətlər zərfinə daxildirsə, vətəndaşın əməliyyat xərci İTS tərəfindən qarşılanır.
Biz də bu müraciəti etdik, qalır gözləmək. Bir də aidiyyəti qurumların tibb müəsisələrinin "bazar günü oyununu" çözməsi qalır. Çünki bütün bu proseslərdən sonra məlum oldu ki, xəstəxanalar bazar günləri, bəzən hətta şənbə günləri özlərinə işləmək, fürsətdən istifadə edib, sığortadankənar qazanc əldə etmək istəyirlər. Şənbə və bazar günləri təcili müayinə və ya əməliyyata gələnləri sığortadankənar qəbul etmək və ödənişləri tələb etməklə. Bəs görəsən, bundan İTS-in xəbəri olub, TƏBİB-in xəbəri var?
Aygün Musayeva
 

Ardını oxu...
Vəzifə bəzi şəxslərə ona görə verilir ki, xalqa layiqincə xidmət etsinlər. Amma çox təəsüflər olsun bəzi şəxslər bu vəzifələrdən istifadə edərək özlərinə və yaxın ətraflarına müəyyən şəraitlər yaradırlar.

Uzun müddətdir adı ölkə mediasından düşməyən, adı müxtəlif qalmaqallarda hallanan, bu vaxta kimi gözün üstündə qaşın var deyilməyən Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdüri və baş memarı vəzifəsində çalışan Adil Xudadatova məxsus olduğu bildirilən Sumqayıt şəhəri Nəsimi parkında yerləşən "Pine Park Restaurant"nı barəsinə "Azərbaycan Reallığı" redaksıyasına daxil olan məlumatda bildirilir ki, sözügedən restoranda süni qiymət artımı ilə bağlı şikayətlər bitib-tükənmək bilmir.

Ardını oxu...

Dünyada iqdisadiyyat böhranı tuğyan etdiyi bir vaxtda bundan istifadə edən bəzi işbazlar da var. Bir neçə gün bundan öncə "Pine Park Restaurant"da restoranda qonaq olan bir neçə müştəri restoranın laqeytsizliyindən şikayətləniblər.

Onlar ilk öncə bildirir ki, restoranda müştəriyə təqdim olunan qiymət olduğca fantastik dərəcədə bahadır, hələ üstəlik qiymətə görə təqdim olunan qidalar çox keyfiyyətsizdir.

Qulluq səviyyəsi olduqca aşağıdır, pos-terminal hesab ödəmək istəyəndə posterminal olmadığını bildirirlər. Restoranın təmizlik sistemi olduğca aşağı səviyyədədir, oturacaq stol-stollar bərbad vəziyyətdə və.s kimi problemlər bitib tükənmək bilmir.

Qida Təhlükəsizlik Agentliyi bilmirəm bu restoranda son dəfə nə vaxt yoxlama keçirdib amma yolüstü bu məkana da baş çəksə pis olmaz.

"Azərbaycan Reallığı"
 
Ardını oxu...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Musavat.com xəbər verir ki, hakim qarşısına çıxarılan müttəhimlər talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Ötən prosesdə zərərçəkmiş Tural Nəsimiyev və nümayəndəsi vəsatətlə çıxış ediblər. Onlar təqsirləndirilən Aysel Məmmədovanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyib.

Tural Nəsimiyev deyib ki, cinayət işi başlanan ilkin vaxtlarda Aysel Məmmədovanın barəsində həbs qətimkan tədbiri seçilib:

“İlkin mərhələdə ziyanın ödənilməsi ilə bağlı vəd verdi, barəsindəki həbs qətimkan tədbiri dəyişdirildi. Sonradan vədinə əməl etmədi, ziyanı ödəmədi. Mən Aysel Məmmədovanın iştirakı ilə pulu Nuridə Seyidovaya vermişəm. Ümumilikdə 59 min manat ödəmişəm. Həmin puldan 10 min manat Aysel Məmmədovanın dayısına, 7 min manata yaxın isə Nuridə Seyidovaya ödəniş etmişəm. Hazırda mənə dəymiş 43 min manata yaxın ziyan ödənilməyib. Buna görə də onun həbsini istəyirəm”.

Hakim elan edib ki, zərərçəkmişlər Ramil Dadaşov və Kamil Əhmədov da eyni vəsatətlə məhkəməyə müraciət ediblər. Ramil Dadaşova 15 min ziyan vurulub, həmin ziyandan heç bir ödəniş edilməyib. Kamil Əhmədova isə 23 min ziyandan 10 min manat ödənilib. Hakim deyib ki, hər iki zərərçəkmiş Aysel Məmmədovanın məhkəmə zalından həbs edilməsini istəyirlər.

Vəsatətlərə münasibət bildirən prokuror Fariz Rzayev bildirib ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunvericilikdə şərtlər mövcuddur.

Bundan əvvəl eyni tələblə müttəhim Aynur Bayramova həbs edilib. İkisində də epizod eynidir.

Müşavirə keçirən hakimlər heyəti vəstətləri təmin ediıblər. Aysel Məmmədovanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və onun barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər.

Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talassemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatların ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyənin Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb. İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarının Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min, Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb.

Övladları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.
 
 
 
Ardını oxu...
Rəsmi statistika görə son 3 ildə Azərbaycanda vətəndaşlar lotereya alışına 563 milyon manata xərcləyib. Bu, real vəziyyəti nə qədər ifadə edir, şübhəlidir. Ehtimal var ki, dövriyyədə daha böyük vəsait var. Uduş fonduna qoyulan pullar yığımın çox az hissəsini təşkil edir ki, bu da tam qanunsuzdur. Lotereya oyunları ən inkişaf etmiş ölkələrdə də oynanılır. Azərbaycanda iki fərqli məsələ var: Lotereya tam monopoliyadadır, ancaq dövlət şirkətinə məxsusdur və oyunlar beynəlxalq standartlara cavab vermir, yuxarıda qeyd olunduğu kimi inhisarçı şirkətin mənafeyini güdür. Nəzarətçi dövlət qurumları müdaxilə edə bilmir, qorxur. Lotereya oyunlarına maraq daha çox vətəndaşların güzəranı, perspektivə inamsızlıqlarından qaynaqlanır.

Bilet alanların mütləq əksəriyyəti kasıb insanlardır. Onlar həyatlarının dəyişməsinin şans, möcüzə olduğuna inanır. Normal sosial, hüquqi düzən olan ölkələrdə belə deyil. İnhisarçı şirkət olan Azərlotereya isə məhz sosial fəlakət girdabında olan insanların durumundan istifadə edərək, hüdudsuz sərvət yığır. “Azərlotereya” uduş fondunun məbləğini gizlədir. Normal lotereyada satılan biletlərin sayından gələn pullar uduş fondunun 80 faizini təşkil edir. Qeyd edək ki, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-dir.

Diqqət yetirəndə, görürük ki, “Azerlotereya” rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun belə qaranlıqdan xəbər verən hərəkətləri isə əksər insanlarda ciddi şübhələr yaradır. Azərbaycanda kazino və qumar çoxdan qadağan olunub. Qumarın ölkədə təşkili ciddi məsuliyyət yaradır. “Azərlotereya” ASC Bakı küçələrini qumarxanaya çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, qumarla qarşılaşırsan. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla qumar nöqtələrini qurub. Beləcə, “Azərlotereya” kasıb əhalini qumarla soyub talamaq və evini yıxır. Bəziləri deyilə bilər ki, “Misli” leqal lotereyadır, dövlət icazə verib, heç kəs də oynamağa məcbur edilmir. Lakin bir məsələ unudulur ki, ASC şəhərin bir çox ünvanlarında bu biznesi təşkil etməklə insanları oynamağa təşviq edir, şirnikləndirir. Halbuki küçədə meyvə-tərəvəz satmağa icazə verilmir, amma “Poz qazan” qumarı oynamaq olar?! Buna baxmayaraq, küçələrdə qumar şiddətlə gedir, əksəriyyət də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Ağıllı adamlar bir şey çox düşündürür, görəsən, küçələrdə kasıb təbəqəni qumara cəlb etmək kimlərə lazımdır?! Ölkədə hərə bir lotereya düzəldir, “Poz Qazan”, “Misli.az” yalandanlar deyirlər ki, adını çəkmədiyi qonşusu 20 min udub, xalasıoğlu 40 min udub və sairə.

Lotereya oyunları güclü inkişaf etmiş, əhalisi varlı və zəngin yaşayan Amerikadan tumuş Avropa ölkələrinə qədər dünyanın hər yerində oynanır. Amma cumhuriyyet.net olaraq araşdırmalarımız onu göstərir ki, əhalisinin 80 faizi kasıb həddə yaşayan Azərbaycanda qumar oyunları təşkil etmək xalqı məhv etməyə xidmət edir. Lotoreya oyunlarının prinsipinə görə, qazancın 70-80% uduşa vurulur, yığılan pulun vergisi verilir, 20 faiz qazanc qazanır. “Azərloteriya” ASC isə qazancın 10 faizini uduşa buraxırlar, qalanını isə özü mənimsəyir. “Azərlotoreya”nın “Poz Qazan” lotoreyalarında kuponların arxasında rəqəmlər var, onlar bir-birindən fəqlənir, nəticə öncədən məlumdur.

“Azərlotereya” ASC və onun mərc və digər oyunlarının təbliğatını aparan PR şirlkətlər anlaşdıqları şəxs və ya media qurumları vasitəsilə internet üzərindən yayımlanan rəqiblərini “vurdururlar”. Maraqlıdır ki, ASC bu məqsədlə bir sıra tiktokerlərlə də anlaşıblar. Bu anlaşmanın detalları barədə ayrıca araşdırma olacaq. Hələlik isə onu deyək ki, artıq “qumar bileti” satışları günü gündən göbələk kimi artır. Hətta bəzən metrostansiya qarşıları, səkilər “toçka”larla “həngamə”yə çevrilir. Bəs, “Azərlotereya” ASC-tə bu qədər “toçka” açmağa kim və necə icazə verir? Kimdir bu imkanı ASC-yə yaradan? Məsələ ilə bağlı Bakı şəhər Ticarət və Xidmət Departamentindən mediaya bildirilib ki, müvafiq qaydalara uyğun olaraq səyyar satışa icazə verilə bilər: “Satış üçün xüsusi qaydalar və normalar mövcuddur. Satışı edən şəxs də müvafiq meyarlara uyğundursa, bu zaman şəhərin küçələrində satış edə bilər, lakin insanların gediş-gəlişinə mane olmamaq şərti ilə. Yəni, satışa icazənin verilməsi şəxsin harada gəldi, necə gəldi və nə istəyir onu sata biləcəyi anlamına gəlmir. Hər hansısa bir səyyar satışdan söhbət gedirsə, bütün meyarla uyğun olmalıdır…”.

Milli Məclisin deputatı Vahid Əhmədov isə deyib ki, insanların bu kimi işlərə pul verməməsi üçün kütləvi maarifləndirmə tədbirləri keçirilməlidir: ““Azərlotereyanı türklərə verdilər və bundan sonra kütləvi şəkildə küçələrdə bir çox oyunlar yayılmağa başladı. Onlar da pul qazanmağı nəzərə alırlar. Çünki əhalinin əksəriyyəti bu kimi oyunlarda öz şanslarını sınayırlar, amma təşkilatçılara nə qədər xeyir verdiklərindən xəbərləri yoxdur. Vətəndaşlar inanmasınlar ki, bu şəkildə külli miqdarda qazanc əldə edə bilərlər. Çünki bu, mümkün deyil”.

mia.az
 

Ardını oxu...
Marketlərdə bəzi məhsulların üzərində son istifadə tarixi, yararlılıq tarixi yazılır. Bu tarix necə müəyyən edilir, hansı üsullarla hansısa məhsulun keyfiyyətini itirmə müddəti müəyyən edilir?
“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər bir qida məhsulu ya müəyyən standarta ya da texniki şərt müəyyən olunmuş texniki şərtə uyğun istehsal olunur. Həmin sənədlərdə sözügedən qida məhsulunun bütün mikrobioloji göstəriciləri özünün əksini tapır.

“Əksər müəssisələrdə “qocaltma aparatı” deyilən bir aparat var. Məhsulu “qocaltma aparatı”na yerləşdirirlər. Orada müəyyən temperatur rejimi, nəmlik və s. var. Yəni orta nəmlikdə, orta temperaturda o aparat lazımi şəraiti yaradır. Sanki vaxtı irəli çəkir və qısa bir müddətdə - misal, yararlılıq müddəti 3 aylıq olan qidanın bir neçə saat ərzində və yaxud bir sutka ərzində vəziyyətini müəyyən etmək olur. 1 sutkadan sonra qidanı yoxlayırlar, mikrobioloji göstəricilərini araşdırırlar. Laboratoriyada onun vəziyyətinə baxıb, yararlılıq müddətini müəyyən edirlər.

İstehsalçılar çalışırlar ki, malların yararlılıq müddəti sonsuz olsun. Məsələn, tütün və tütün məmulatları haqqında qanun qəbul olunanda mən çox radikal çıxış etdim. Dedim ki, "ey insanlar, yalnız Allahın yaratdığı sonsuz ola bilər. İnsan əli ilə yaradılan hər şey sonludur". Mübarizəmiz nəticə verdi, yalnız bir tarixin yazılmasına nail ola bildik. Siqaretlərin yararlılıq müddəti bir ildən çox deyil.

Ölkə bazarında olan araqların 95 %-nin yararlılıq müddəti sonsuzdur. Bu da səhvdir. Araqların satışa çıxarıldıqdan sonra saxlama müddəti 1 ildən artıq deyil. Satışa çıxarılan hər bir malın müəyyən yararlılıq müddəti mövcuddur”-deyə ekspert bildirib.

Eyyub Hüseynov qeyd edib ki, bununla bağlı çox sayda mübahisələrlə qarşılaşıb. Ekspertin sözlərinə görə, biznes qurumları bəzən bu sahənin alimlərini toplayır, pul verir və deyirlər ki, “bizim malımızın yararlılıq müddəti bu qədər idi, 1 ay keçsə də xarab olmayıb”.

“Bir protokol imzalayırlar, sənədləşdirirlər, yararlılıq müddətini artırırlar. Mən hər zaman belə yığıncaqları boykot etmişəm. İstehlakçı təşkilatı olaraq, biz çalışırıq ki, bütün dünyada malların yararlılıq müddəti minuma ensin. Lakin qeyd etdiyim kimi, biznes qurumları öz mallarını "sonsuz" etmək istəyirlər. Misal, duzun yararlılıq müddəti 1 ildən artıq deyil. Çünki onun tərkibində yod var və o da uçur. Onun yararlılıq müddətini artırmaq üçün biznes qurumları duzun tərkibinə kimyəvi maddələr vururlar və s.”-deyən Eyyub Hüseynov vurğulayıb ki, bütün dünyada bu tendensiya davam edir.

Eyyub Hüseynov bildirib ki, amerikalılar malın son yararlılıq müddətini yazırlar və istehsal tarixini yazmırlar. Bu da absurddur.

“Ən mötəbər yığıncaqlarda mən amerikalıları həmişə tənqid etmişəm. Demişəm ki, Azərbaycanda hətta suyun üzərinə iki tarix yazıb satışa buraxırlar. Yəni Amerika istehlakçıları təzə məhsul almaq şansından məhrumdurlar. Bilmirlər ki, aldıqları məhsul nə vaxt buraxılıb. Nə olsun ki, yararlılıq müddəti yazılıb. Azərbaycan bəzi məsələlərdə Avropa ölkələrinin bir qismini qabaqlayır. Hər iki tarixin yazılması çox mühüm məsələlərdən biridir”-deyə ekspert əlavə edib.
 

Ardını oxu...
Əhasli arasında “Xalqlar dostluğu” – “maşın bazarı” kimi tanınan məşhur bazarın bir hissəsində son bir neçə ayda təmir işləri aparılıb. Daha doğrusu, bazarın Babək prospektinə çıxan hissəsindəki mağazalar sökülərək, yenidən dəmir konstruksiyalarla tikilib və daha “abırlı” hala salınıb. Bunun icra hakimiyyəti orqanlarının tələbi ilə edildiyi bildirilir.

Lakin məsələ ondadır ki, bu “abadlıq işi” həmin mağazaların əvvəlki icarəçilərinin və bu ərazidə kiçik sahibkarlıqla məşğul olan digər vətəndaşların “başında çatlayıb”.

Belə ki, “AzPolitika”nın əldə etdiyi məlumata görə, sözügedən obyektlərdə bazarın sahibi tərəfindən aylıq icarə haqları 2-3 dəfə artırılıb. Təmirdən əvvəl bir kvadrat metri 20-25 manata başa gələn icarə haqqı 55-60 manata qaldırılıb. Hətta təmirdən dərhal sonra bu mağazaların kvadratının aylıq 110 manata təklif edildiyi bildirilir. Lakin sonradan bu qiymətə heç kimin mağaza götürüb işlətmək imkanının olmadığını görən bazar sahibi tamahını bir qədər azaltmalı olub və 50 faizlik “güzəşt edərək”, qiyməti 55-60 manata endirib.

Ancaq bu qiymət də olduqca yüksəkdir və hətta təmirdən əvvəlki icarə qiymətləri ilə belə işləməkdə çətinlik çəkən sahibkarlar yeni qiymətlərin qarşısında çıxılmaz, aciz duruma düşüblər. Ona görə də hazırda sözügedən mağazaların böyük əksəriyyəti boşdur.

Onu da qeyd edək ki, əslində, təmir nəticəsində mağazaların şəraitində ciddi şəkildə dəyişən bir şey yoxdur, daş divarlar sökülərək, yüngül dəmir konstruksiyalar və şüşə ilə əvəzlənib. Ancaq belə görünür ki, bazarın sahibləri icra hakimiyyətinin tələbilə yerinə yetirdiyi kosmetik təmir işlərinə çəkdiyi xərclərin əvəzini artıqlaması ilə kiçik sahibkarlardan çıxarır və üstəlik, icarə haqlarını artırmaqla gələcək qazanclarını da dəfələrlə artırmış olur.

Göründüyü kimi, “maşın bazarı”ndakı kiçik sahibkarın bazarın sahibi qarşısında heç bir müdafiə mexanizmi yoxdur. Hansı ki, bu ölkənin İqtisadiyyat Nazirliyi və hökumətin bu cür hallar yarandıqda kiçik sahibkarın maraqlarını qorumalı, ona sahib çıxmalı olan strukturları var. Lakin bu qurumların sahibkarlara münasibətdəki laqeydliyi, passivliyi göz önündədir.

Xüsusilə də söhbət sözügedən bazarın sahibi (O, həm də "Bizim Market” mağazalar şəbəkəsinin sahibi kimi tanınırdı. İki il əvvəl mağazalar şəbəkəsini satdığına dair xəbərlər yayılıb -red.) Rasim Salmanov kimi “arxalı” iş adamlarından gedirsə, müvafiq qurumlar ümumiyyətlə, çox şeyləri görməzdən gəlilər. O da istədiyi icarə qiymətini qoya bilir, bunun əziyyətini çəkən isə kiçik sahibkar olur.

Yaxşı olar ki, müvafiq qurumlar sözügedən icarə haqlarının ödəniş mexanizmlərinə, onların rəsmi vergi hesabatlarında nə dərəcədə şəffaf əks etdirildiyinə də diqqət yetirsinlər. Məsələn, hazırda yeni qiymətlərlə bu bazarda icarə haqqı 50 kvadratlıq bir mağaza üçün aylıq 3000-3500 manata başa gəlir. Lakin həmin məbləğ rəsmən bank hesabına ödənmir və bazar sahibinə nağd şəkildə verilir. Yaxşı olar ki, müvafiq qurumlar bu məbləğin hansı hissəsinin rəsmiləşdirildiyi ilə də maraqlansınlar...

Təəssüf ki, Azərbaycanda xüsusilə də kiçik sahibkarlar ən çox hüquqları tapdanan və demək olar, heç bir ciddi müdafiə mexanizmləri olmayan zümrəyə çevriliblər. Bütn normal ölkələrəd kiçik sahibkarlıq subyektləri hökumət tərəfindən böyük qayğı ilə əhatə olunduğu, ucuz kreditlər və çoxsaylı güzəştlərlə təmin olunduğu halda bizdəki sahibkar vergi orqanından tutmuş fövqəladə hallara, qida təhlükəsizliyinə və digər orqanlara, hətta “uçaskovılar”a qədər hamının qarşısında aciz, müdafiəsiz duruma salınıb.

Bu da azmış kimi, “maşın bazarı”nın sahibi kimi daha iri və “arxalı” iş adamları, oliqarxlar da bir tərəfdən onların üzərində istənilən “eksperimenti” keçirməkdə sərbəstdirlər...

“AzPolitika.info”
 
Ardını oxu...
Rəsmi statistika görə son 3 ildə Azərbaycanda vətəndaşlar lotereya alışına 563 milyon manata xərcləyib.

Bu, real vəziyyəti nə qədər ifadə edir, şübhəlidir. Ehtimal var ki, dövriyyədə daha böyük vəsait var.

Uduş fonduna qoyulan pullar yığımın çox az hissəsini təşkil edir ki, bu da tam qanunsuzdur. Lotereya oyunları ən inkişaf etmiş ölkələrdə də oynanılır.

Azərbaycanda iki fərqli məsələ var: Lotereya tam monopoliyadadır, ancaq dövlət şirkətinə məxsusdur və oyunlar beynəlxalq standartlara cavab vermir, yuxarıda qeyd olunduğu kimi inhisarçı şirkətin mənafeyini güdür.

Nəzarətçi dövlət qurumları müdaxilə edə bilmir, qorxur. Lotereya oyunlarına maraq daha çox vətəndaşların güzəranı, perspektivə inamsızlıqlarından qaynaqlanır.

Bilet alanların mütləq əksəriyyəti kasıb insanlardır.

Onlar həyatlarının dəyişməsinin şans, möcüzə olduğuna inanır. Normal sosial, hüquqi düzən olan ölkələrdə belə deyil.

İnhisarçı şirkət olan Azərlotereya isə məhz sosial fəlakət girdabında olan insanların durumundan istifadə edərək, hüdudsuz sərvət yığır. “Azərlotereya” uduş fondunun məbləğini gizlədir. Normal lotereyada satılan biletlərin sayından gələn pullar uduş fondunun 80 faizini təşkil edir.

Qeyd edək ki, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-dir.

Gununsesi.info
Ardını oxu...
Bir müddət əvvəl İSBAM (QHT) sədri Samir Adıgözəlli Azərbaycanı tərk etmişdi. Onun Türkiyədə olduğu bildirilirdi.
Bu gün əldə etdiyim məlumata görə, S.Adıgözəlli hazırda Fransanın Strasburq şəhərindədir. O, siyasi sığınacaq almaq üçün Strasburqda aidiyyatı qurumlara müraciət edib.
Məsələni dəqiqləşdirmək üçün S.Adıgözəlli ilə əlaqə saxladım.
O, bir müddət əvvəl Strasburqa səfər etdiyini və hazırda başqa yerdə olduğunu (harada olduğunu demədi) bildirdi:
"Gələcək fəaliyyətimlə bağlı qərar verməmişəm. Nə edib etməyəcəm, özüm bilirəm. Təbii ki, mən öz etirazlarımı bildirəcəm, amma bu etirazları nə zaman, harada, necə edəcəyimi zaman göstərəcək".
Qeyd edim ki, Strasburq şəhərinin meri Janna Barseqyan adlı ermənidir.
Fransa-Azərbaycan münasibətlərinin çox pis olduğu bir ərəfədə S.Adıgözəllinin məhz bu ölkədən siyasi sığınacaq almaq istəyi olduqca maraqlıdır. Eyni zamanda, belə bir situasiyada S.Adıgözəllinin müraciətinə müsbət cavab veriləcəyi də şübhə doğurmur.
Digər maraqlı məqam odur ki, S.Adıgözəlli Azərbaycanda olarkən bir neçə dəfə və ardıcıl Fransanın Bakıdakı Səfirliyinin qarşısında etiraz aksiyalarına rəhbərlik edərək bu ölkənin siyasətini tənqid edib. Paylaşdığım foto da Bakıdakı Fransa səfirliyin qarşısında keçirilən etiraz aksiyalarının birində çəkilib.
Müəllif: Samir Feyruzov
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti