AQTA-dan sahibkarlara PUL TƏLƏSİ... - GİLEY
Göyçay rayonu, Cəyirli kənd sakini, 3-cü dərəcəli gözdən əlil Abışov Natiq Məzahir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. N.Abışov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribovdan şikayətçidir:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribov vəzifəsindən sui-istifadə edərək kəndlilərə hucum edir, onlara küllü miqdarda ziyanlar vurur.

Bildirim ki, biz bağçılıqla məşğul olub, ailəmizi birtəhər dolandırırıq. Hər il mövsümü meyvələri özümüzün və digər şəxslərin bağından alıb Rusiyaya aparır, satıb əldə etdiyimiz gəlirlə ailəmizi dolandırırıq.

Həmişəki kimi, bu il də xurma meyvələrini tədarük edib, yük maşınlarına yığıb Rusiyaya satmağa aparmaq istəsək də, AQTA-nın Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribovun göstərişi ilə qanunsuz qadağa qoyulmuşdur. Bizdən qanunla nəzərdə tutulmayan sənədləri tələb edir ki, həmin sənədləri əldə etməyə 1 ay vaxt lazımdır. Ancaq bu müddət ərzində xurma meyvəsi yük maşının xarab olacaq ki, nəticədə də bizə küllü miqdarda ziyanlar dəyəcək.

Tonlarla xurma meyvəsi yığılmış çoxlu sayda yük maşını Eldəniz Qəribovun qadağasına görə bir neçə gündür Kürdəmir rayonu ərazisində gözləyir. Kim pul veribsə, onun məhsulunun Rusiyaya aparılmasına razılıq verilib, biz isə bir neçə gündür gözləyirik. Belə getsə, məhsullarımız zay olacaq. Bu isə küllü miqdarda ziyan deməkdir. Çünki, bu halda nisiyə aldığımız meyvələrin pulunu ödəyə bilməyib, borcla yüklənib bədbəxt olacağıq.

Biz Prezident cənab İlham Əliyevə inanıb, ona müraciət edirik. Siz həmişə sahibkarlığın, fermer təsərrüfatlarının inkişaf etdirilməsi üçün sərəncamlar imzalamısınız, sahibkarların qayğısına qalmısınız. Hörmətli Prezident, Sizdən xahiş edirik ki, bizim müraciətimizi araşdırıb, xurma meyvələrimizin Rusiyaya aparılmasına qoyulmuş qadağanın aradan qaldırlmasına köməklik edin”.
dia-az.media
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 

Dünyapress TV

Xəbər lenti