Ardını oxu...
Növbəti tədris ili üçün Azərbaycanda tələbə qəbulunun əhəmiyyətli şəkildə artırılması gözlənilir. Sıravi müəllim olaraq, Elm və Təhsil nazirinə, universitet rektorlarına müraciət edirəm:
1. Ali məktəblərin müasir təlim texnologiyalarının dəstəklənməsinə, tələbə sıxlığı, tədris qrafiki, tədris-təcrübə bazaları ilə bağlı normativlərə, təhsilalanların auditoriyadankənar, professor-müəllim heyətinin elmi-pedaqoji, tədqiqat fəaliyyətinə şərait yarada biləcək maddi-texniki bazasının mövcudluğu məsələsi nəzərə alınıbmı?
2. Daha bir ciddi məsələ: pandemiya ilə gələn elektronlaşma, elektron bazalar ali məktəblərdə tədris resurslarına münasibəti dəyişib. Bu gün mobil telefon xüsusilə universitetlərimizdə kitab şəklində dərslikləri, tədris vəsaitlərini, dəftər-qələm və sair yazı vasitələrini tam sıxışdırmaqdadır. Təbii ki, heç kəs elektron bazaların əleyhinə deyil. Lakin telefon və ya kompüterdəki məlumat bazası kitab formasında dərslikləri, yazını aradan çıxarmamalıdır. Bu, ilk növbədə, tələbə gənclərin sağlamlığına (görmə, onurğa, psixi vəziyyət və s.) ciddi ziyan vurur, ikincisi, etibarlılıq, əlçatanlıq, qorunma, müəllif hüquqları və s. cəhətlərdən əlverişli deyil, üçüncüsü, təhsilalanların yazı qabiliyyət, yaddaş və vərdişini sıradan çıxarır.
On bir il bundan əvvəl Azərbaycanda Prezident Fərmanı ilə qəbul olunmuş təhsilin inkişaf "Strategiyası"nda ali məktəblərdə ixtisaslar üzrə əsas dərsliklərin yaradılmasının (qonorar, nəşriyyat və çap ödənişi) maliyyələşdirilməsi nəzərdə tutulmuşdu.
Biz niyə tələbəni dərslikdən, professor-müəllim heyətini öz ixtisası üzrə tədris resursu yazıb qonorar almaq imkanından məhrum edirik. Əgər faydasız layihələrə, eksperimentlərə (bu layihələr etibar edilən adamlar sahə üzrə səriştə və təcrübəsi olan mütəxəssis olsa, layihələri də faydalı eləmək olardı) xərclənən vəsaitin 10 faizi ETN tərəfindən ali məktəblərin tədris resurslarına, universitetlərə qəbul ediləcək on minlərlə gəncin real tədris ehtiyacına xərclənsə, daha faydalı olmazmı?
3. İnşallah, ETN-də, universitetlərdə vəzifələrin etibarlı, sadiq, başı çıxmadığından hər şeyə "hə" deyən adamlara paylanılıb qurtarmasının da bir sonu olarsa, yəqin ki, yuxarıda göstərilən çox vacib məsələlərə də diqqət yetirməyə vaxt qalacaq.
4. Nə qədər ki, Dövlət İmtahan Mərkəzi il boyu ali məktəblərə qəbul prosesi aparmaqla orta təhsil sistemində davamiyyət və qiymətləndirməni iflic edib, heç olmasa, universitetlər əziyyət çəkmədən DİM-in onlara verdiyi tələb kontingentindən öz xeyrinə istifadə etmək şansını dəyərləndirə bilsin. Axı, bu şans olmasaydı, bəzi universitetlər iddia etdikləri tələbə sayını almaya bilərdi.

Filologiya elmləri doktoru,
professor
Telman Vəlixanlı
Bakupost.Az
 
 
 
Ardını oxu...
Samuxun Sərkar kənd sakinləri Meydan TV-yə danışırlar ki, bir neçə il əvvəl bələdiyyə sədri onları torpaq alqı-satqısında aldadıb.

İddialarına görə, bu yaxınlarda üzə çıxıb ki, vaxtilə aldıqları 20 sot torpaq sahəsinin 8 sotu çıxarışla başqasına məxsus imiş.

“Torpaq alqı-satqısında saxtakarlığa yol verilib”

Bu barədə torpaq sahəsinin ilk alıcısı olduğunu iddia edən kənd sakini Asim Quliyev danışır:

“10 il əvvəl bələdiyyə sədri Şəmistan Yusifov məni aldadıb, satdığı torpağa elə sənəd verib ki, torpağın bir hissəsi gedib başqasının ünvanına çıxır. Mən o torpağı bələdiyyə sənədi ilə elə o vaxtlar başqasına, başqası da bir başqasına satıb. Torpağı alan sonuncu şəxs indi onu öz adına keçirmək istəyir, məlum olur ki, vaxtilə torpaq alqı-satqısında bələdiyyə saxtakatlığa yol verib. İndi də əməlini boynuna almaq istəmir. Gah deyir ki, mən sənə torpaq satmamışam, gah da deyir ki, mən sənə 12 sot torpaq satmışam. Halbuki sənəd üzərində 20 sot torpaq göstərilib, məndən də 20 sot torpağın pulu alınıb”.

“Bələdiyyə sənədi ilə alıb, başqasına satmışam”

Asim Quliyevdən torpaq sahəsini alan İsa Rəhimov olub. Onun sözlərinə görə, həmkəndlisindən aldığı torpaq sahəsindən istifadə etməyib. Ona görə də sənəd üzərindəki torpaq sahəsinin bir hissəsinin başqa əraziyə düşməsindən də xəbəri olmayıb:

“2015-ci ildən Asim Quliyevdən torpağı bələdiyyə sənədi ilə almışam. Bu yaxınlarda həmkəndlim Əli Abbasova satmışam. İndi Əli Abbasov deyir ki, torpaq sənəddə 20 sot göstərilsə də, realda 12 sotdur. Öz adına keçirib sənəd almaq istəyir. Gəlib ölçürlər, deyirlər ki, 8 sot əskik gəlir. Sənədlə torpağın qalan hissəsi Əməkdar adlı kişinin sahəsinə düşür, gedib baxmışıq, kişinin dədə-baba torpağıdır, Çıxarışı da var”.

Bələdiyyə deyir ki, problemin həlli məhkəmədədir

Torpaq sahəsinin sonuncu alıcısı Əli Abbasov da Meydan TV-yə deyib ki, problemdən çıxarış almaq istəyəndə xəbər tutub:

“Sənəddə 20 sot yazılsa da, realda 12 sotdur. Bələdiyyədən bildirdilər ki, torpağın qalan hissəsi kəndin başqa hissəsində yerləşir. Həmin hissəyə baxış keçiriləndə də məlum oldu ki, ora başqasının sənədli yeridir, adam torpağın üzərində 8 otaqlı ev tikib, həyətyanı sahəsində təsərrüfat yaradıb”.

Sərkar kənd bələdiyyəsinin sədri Şəmistan Yusifovsa iddiaları qəbul etmir. Deyir ki, bələdiyyə torpaq satmır və bu məsələlərin ona aidiyyəti yoxdur:

“Onun aldığı torpaq sahəsinin 8 sotu başqa ərazidə yerləşir. O torpağın alqı-satqsında bələdiyyə iştirak etməyib, iştirak etsə də bələdiyyənin alqı-satqı etməyə qanunla səlahiyyəti yoxdur. Onlara verilən şəhadətnamə, hansı ki, saxta olduğunu iddia edirlər, həmin şəhadətnamə Dövlət Torpaq Komitəsi tərəfindən verilib”.

Bələdiyyə sədri problemin həllini məhkəmədə görür.

2007-ci ilin oktyabrında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında“ Qanuna dəyişiklik edilib, bununla da bələdiyyələr sərəncamlarındakı torpaqları satmaq hüququndan məhrum olunub.

Ancaq son 17 il ərzində onlarla bələdiyyə sədri alqı-satqı tarixini saxtalaşdırmaqla (alqı-satqı tarixini qanundakı dəyişiklikdən əvvəlki vaxta qeyd etməklə) torpaq alqı-satqısı etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunub, həbs edilib.
 
Ardını oxu...
İBu gün demək olar, bütün saytlarda və sosial şəbəkələrdə sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov və sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin Cıdır düzündəki görüntüləri yayımlanıb. Kadrlardan görünür ki, ikisinin də necə deyərlər, maşallah, kefi kök, damağı çağ...

Türkiyədən - Bursa və Ankara şəhərlərindən Şuşaya gələn Türkiyə nümayəndə heyətinə təqdim edilən sabiq nazirlərə türkiyəli qonaqların maraq, hörmət dolu səmimi münasibətini anlamaq asandır.

Onlar nə bilsinlər ki, bu nazirlər onların bildiyi əksər türkiyəli nazirlərdən deyil.

Nə bilsinlər ki, onların hər birinin “nazir keçmişi” talanan onlarla milyon dövlət vəsaiti, korrupsiya, rüşvət faktları ilə zəngindir.

Nə bilsinlər ki, onları bu cür yerlərə çəkib gətirən hislər sırasında vətən, torpaq, Qarabağ sevgisi ən son yerlərdədir.

Çünki gerçəkdən vətən sevən olsaydılar, heç də dünyanın ən imkanlı, varlı, sosial təminatlı xalqı olmayan bir xalqın sərvətinə, bərəkətinə, büdcəsinə qənim kəsilməzdilər, onu talamazdılar...

Türkiyəli qonaqlar haradan bilsinlər ki, bu sabiq nazirlərin hər ikisinin rəhbərlik etdikləri nazirliklərdə DTX əməliyyat keçirəndən sonra külli miqdarda büdcə talançılığı, korrupsiya, rüşvət faktları aşkarlanıb. Hər iki nazirlikdə yüksək rütbəli məmurlar, idarə rəisləri, birində isə hətta nazir müavini həbs olunub.

Onlar milyonlarla, on milyonlarla dövlət vəsaitinin “tenderlər”, müxtəlif maliyyə maxinasiyaları və korrupsiya yolu ilə taladıqlarını etiraf ediblər. Azərbaycan reallığından az-çox xəbəri olanlar bu cür cinayətlərin nazirin nəzərindən kənar baş verməsinin mümkünsüz olduğunu, əksinə, məhz onun xeyir-duası ilə baş verdiyini gözəl bilirlər.

Azərbaycan reallığı həm də odur ki, bir nazirliyin az qala yarısı koprrupsiya, rüşvət, talançılıq maddələrilə qısa müddətə də olsa “içəri salınır”, amma nazirlər bu “qovğadan” “aydan-arı, sudan duru” çıxa bilirlər. Onların ən ağır cəzaları isə uzağı vəzifələrindən atılmalarıdır. Sonra da istədikləri yerə gedir, öz bizneslərilə, mülklərilə, var-dövlətlərilə məşğul olurlar. Və heç bir mənəvi diskomfort hissi keçirmədən, əksinə, fəxrlə Cıdır düzünə, Şuşaya qədər gedirlər, oralarda “poz verirlər”. Guya vətəni, torpağı, Qarabağı sevirlər...
Ardını oxu...
Ölkənin ən həlledici, taleyüklü, məsuliyyətli günlərində “evdən işləyən” Məmmədyarov necə “vətənsevərdirsə”, özü 16 il bu ölkənin naziri olsa da, hər iki oğlu illərdir ABŞ-də, özü də milyonlarla dollar qiyməti olan evlərdə yaşayır, nə orduya qatılıblar, nə də Qarabağ uğrunda döyüşüblər. Budur Azərbaycan, Qarabağ sevgisi?

Əbülfəs Qarayev isə başçılıq etdiyi nazirlikdəki talançılığın, büdcə oğurluğunun miqyasına görə “liderlər” sırasında olub. Məmmədyarovun da nazirliyi ondan geri qalmayıb...

“Vətənpərvərlik” talançılıq, rüşvətxorluq deyil. Belə məmurların sadəcə, “halal işləməsi” kifayət edərdi ki, o torpaqlar uğrunda döyüşənlərin, şəhid olanların, yaralananların da haqqı onlara halal edilsin. Amma nə “halal işləyiblər” nə də o torpaqlarda can qoyanların halallığını alıblar...
Ardını oxu...
Cıdır düzü, Şuşa və digər torpaqlarımız uğrunda döyüşənlərin aldığı 80 manat aylıq pensiya Ə.Qarayevin bəlkə də kepkasının qiymətindən qat-qat aşağıdır. Cıdır düzünə gəzməyə, yaylağa, kefə gedən sabiq nazirlərdən fərqli olaraq, həmin vətəndaşlarımız oralara can verib can almağa, şəhid olmağa getmişdilər...

Normal hüquq-mühafizə, məhkəmə sistemi olan ölkələrdə rəhbərlik etdikləri qurumlarda aşkar olunan və rəsmən təsdiqini tapan korrupsiya, talançılıq faktlarından sonra bu adamlar Cıdır düzündə yox, tamamilə başqa ünvanda olmalı idilər. Odur ki, nə Cıdır düzü onlara yaraşır, nə də onlar Cıdır düzünə...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Cəlal Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib. Musavat.com xəbər verir ki, “Unikal” işdən çıxarılan Şair Alxasovun əmlaklarının siyahısını əldə edib:

– Qusarda evi ilə qarşı-qarşıya yerləşən hotel;

– Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;

– 6 nömrəli məktəbin yanında hotel;

– Nəriman Nərimanov parkında restoran;

– Bayraq meydanının yaxınlığında 2 hotel;

– Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi;

Qeyd edək ki, Şair Alxasov meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satırmış.

Xatırladaq ki, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.

 

Ardını oxu...
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən kanalların və hidrotexniki qurğuların təmiri üçün materialların satın alınması üzrə keçirdiyi açıq tenderdə “KARVAN 86” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib. Suvarma İdarəsi qalib şirkətlə 96.411,9 manat məbləöində satınalma müqaviləsi bağladığını dövlət satınalmalarının vahid internet portalında 27.05.2024-cü il tarixdə dərc edib.

Araşdırdıqda məlum oldu ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi “KARVAN 86” MMC ilə bir satınalma müqaviləsini də kanalların və hidrotexniki qurğuların təmiri üçüm materialların satın alınması üzrə bağlayıb. Bu müqavilənin qiyməti 200.725,02 manat olub və satınalmaların portalında 09.10.2023-cü ildə dərc edilib.

Açıq dövlət portalları üzərindən əldə etdiyimiz məlumatlara görə “KARVAN 86” MMC 16.06.2022-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, NƏRİMANOV RAYONU, AŞIQ MOLLA CÜMƏ, ev 8, m. 1-dir. Qanuni təmsilçisi isə Yaqubov Yasəf Elbrus oğlu olduğu göstərilir. Reyster məlumatlarında edilən dəyişikliklərdə isə MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 58, mənzil 72 qeyd olunub.

Qeyd edək ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi dövlət satınalmalarının vahid internet portalında 29.05.2024-cü ildə bir satınalmanın da nəticəsini açıqlayıb. Müsabiqə No.81730 Məlumat üçün bildirmək istəyirik ki, müsabiqə nəticələri aşağıdakı kimidir: Qalib – MRB CONSTRUCTİON MMC – 247 932,87 AZN Bildirişin göndərildiyi gündən sonrakı iş günü gözləmə müddəti başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olur.Gözləmə müddəti 05.05.2024-cü il iş gününün sonu bitir.

Açıq dövlət portalları üzərindən əldə etdiyimiz məlumatlara görə “MRB CONSTRUCTİON” MMC 22.09.2022-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 58, m. 72 -dir. Qanuni təmsilçisi isə Yaqubov Yasəf Elbrus oğlu olduğu göstərilir. Reyster məlumatlarında edilən dəyişikliklərdə isə MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, BƏHRUZ NURİYEV, ev 372, mənzil 41, təsisçisinin və ilk qanuni təmsilçisinin 22.02.2024-cü ilə qədər Qədirova Gölçöhrə Qədir qızının olduğu göstərilir. Gülçöhrə Qədirova 2022-ci ildən Azərbaycan Universiteti, Tərcümə və filologiya kafedrası, müəllim işləyir.

Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlardan da göründüyü kimi “KARVAN 86” və “MRB CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətləri bir ünvanda dövlət qeydiyyatına alınıb, qanuni təmsilçiləri də bir nəfərdir. Bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir.

Qeyd edək ki, açıq mənbələrdə bu MMC-lərin maddi texniki bazası barədə heç bir məlumat yoxdu. Amma buna baxmayaraq Kürdəmir Suvarma Sistemləri İdarəsi 8 ay ərzində bir nəfərə məxsus iki MMC ilə ümumi dəyəri 545 068 manat olan 3 satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən “MRB CONSTRUCTİON” və “KARVAN 86” Məhdud Məsuliyyətli Cəmiyyətləri arasında bağlanmış satınalma müqavilələrndə şübhəli məqamlar var. Belə ki, Suvarma İdarəsinin Satınalma Komissiyas bu MMC-ləri qalib seçərkən “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozmuş, bir nəfərə məxsus iki MMC-nin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini, etibarlığını nəzərə almamışdır.

Yuxarıda qeyd etdiyimiz məlumatlardan da görsəndiyi Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş açıq tenderlərdə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, satınalma prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə yaradır.

Qeyd edək ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Xəlilovdur. O, bu vəzifəyə 2023-cü ilin aprelində Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən gətirilib. Məlumatlara görə Tahir Xəlilov Şəmkirdə heç də yaxşı ad qoymayıb. Sakinlərin sosial şəbəkələrdəki paylaşımlarından belə məlum olur ki, Tahir Xəlilov heç kimi qəbul etmir, heç kimi saymır, özünü ASC-nin sədri Zaur Mikayılovun dostu kimi qələmə verir və heç kimdən çəkinmir.

Aktualinfo.org
 
Ardını oxu...
Bakının mərkəzində- metronun “Gənclik” stansiyasının yaxınlığında iri, çoxillik ağacların olduğu yaşıllıq ərazidə park salınır. Parkın içərisində 1930-cu illərin ortalarında tikilmiş tarixi binanın bir hissəsi sökülüb.

Bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb. Memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev bildirib ki, “Antena meydançası” deyilən yerdə park salınır. 2024-cü ilin əvvəlindən ərazinin planlaşdırılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb.

Lakin parkın ərazisində, Nəsibbəy Yusifbəyli 121 (keçmiş 7-ci Dağlı) ünvanında 1930-cu illərin ortalarında tikilmiş memarlıq abidəsi – “Radio Mərkəzi”nin binası yerləşir. Bugünə qədər binanın içərisində Sovet İttifaqı dövründə Qərb radiostansiyalarının siqnallarını dəf etmək üçün istifadə olunan unikal avadanlıqlar qalır.

Mütəxəssislərin fikrincə, tarixi bina yaxşı texniki vəziyyətdədir. Binanın fasadında o memarlıq dövrünün çoxsaylı ornamentləri var – Bakıda belə orijinal tikililər çox az qalıb.

Yaşlı sakinlər deyirlər ki, həmin ərazidən istirahət mərkəzi kimi istifadə edilib. Bir neçə ildir metronun yaxınlığındakı əksər yaşıllıq zonasındakı Eldar şamı ağacları kütləvi qurumağa başlayıb. İndi də bu ərazidə tikinti gedir, sözügedən binanın bir hissəsi dağıdılıb.

Ardını oxu...
“Gənclik ərazisində salınan parklarda kafelər, çayxanalar açılır. Bu bina tarixi abidə kimi qorunmalıdır. Əgər səs-küy olmasaydı, yəqin ki, söküntü davam edəcəkdi”, – 67 yaşlı bakılı Nazim Əzizov Meydan TV-yə deyib.

Binanın varlığından çoxu xəbərsizdir. Amma Əzizov hesab edir ki, parkın tikintisinə icazə verənlər binanın varlığından xəbərdardılar.

Başqa bir sakin də deyib ki, sosial şəbəkələrdə və mətbuatda bu barədə yazılandan sonra söküntü işi dayandırılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Report”a bildiriblər ki, bina tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil. Dövlət Xidməti binanın reyestrə daxil edilməsinin nəzərdən keçiriləcəyini elan edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nəsibbəy Yusifbəyli küçəsində 1930-cu illərin ortalarında tikilmiş “Radio Mərkəzi” kimi tanınan binanın yerləşdiyi əraziyə baxış keçirilib və binanın bəzi hissələrində söküntü faktı aşkarlanıb.

Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından və qeyd edilən binanın fasadındakı memarlıq elementlərinin mövcudluğunu nəzərə alaraq, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən işlər dayandırılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.
 
Ardını oxu...
“Azza” şirniyyat evi işinə xitam verdiyi işçisi tərəfindən məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, “Azza” ilə bağlı iddianı Kərimzadə Nihad Elman oğlu qaldırıb. İşin mahiyyəti əmək mübahisəsidir. İddiaçı əmək haqqını tələb edir.

“Azza” ilə bağlı işə 27 iyun tarixində Nəsimi Rayon Məhkəməsində hakim Əfsanə Heydərovanın sədrliyi ilə baxılacaq.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq
Ardını oxu...
Xaricdəki bloqerlərin Azərbaycanda hansısa məmurlardan böyük məbləğdə pul alması ilə bağlı iddialar böyüyür.

TEREF Lent.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Avropada yaşayan siyasi fəal Surxan Lətifov belə bir status paylaşıb: “Deməli, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı bloqerlərə qarşı araşdırma başladıb. Məsələ bundadır ki, həmin bloqerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pulvermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. …İndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı bloqerin adı hallanır”.
Ardını oxu...
Surxan Lətifovun bu açıqlamasından bir neçə gün sonra isə hazırda Almaniyada yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlı feysbuk sosial şəbəkəsində status yazıb. O, konkret sübut olmadığını qeyd edərək, ad çəkmək istəməyib, lakin xaricdə yaşayan azərbaycanlı bloqerlərin Azərbaycan məmurlarını şantaj edərək pul alması barədə məlumatlar eşitdiyini və Almaniya prokurorluğuna sorğu göndərdiyini yazıb.

“Azərbaycan hakimiyyəti Avropda olan bəzi bloqerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib. Hətta deyilənə görə bir bloqer şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm. Bax, şantaj etmək yalnız səhv deyil, həm də cinayətdir. Xüsüsən Avropada bunu bağışlamırlar. Həm də inanmıram ki, Almaniya bazarlığa gedə, Azərbaycan höküməti iddiadan geri çəkilsə, almanlar işi bağlaya. Bağlamazlar” – deyə, Muxtarlı qeyd edib.

Tural Sadıqlı isə sahibi olduğu youtube kanalında bu iddiaları yalan adlandırıb, əksinə ona qarşı belə iddia səsləndirənlərin “Azərbaycan hakimiyyəti tərəfindən Avropa yerləşdirildiklərini” qeyd edib.
Ardını oxu...
Əfqan Muxtarlı növbəti statusunda Tural Sadıqlının öz statusuna istinad edərək onu Azərbaycanın hakimiyyət nümayəndələri ilə iş birliyində ittiham edib.

Qeyd edək ki, sosial şəbəkə platformalarında Azərbaycan hakimiyyəti ilə bağlı sərt və ağır təhqirlərdən ibarət ritorikadan istifadə edən Tural Sadıqlı bu günlərdə xarici medianın “azərbaycanlı bloqerlərdən istifadə etdiyini” əsas gətirərək onlarla əməkdaşlıqdan artıq imtina etdiyini qeyd edən status yazıb.

“Mənim xaricdə belə etirazım varsa, düşünürəm ki, bu etirazı öz dilimizdə, öz hakimiyyət nümayəndəmizə etməliyəm və edirəm. Baxmayaraq ki, alman, ingilis, rus, ərəb dillərində danışıram və bunu etməyə imkanlarım da var. Əvvəllər bunu etmişəm. Lakin düşünürəm ki, səhv etmişəm”, – deyə Tural Sadıqlı qeyd edib.

Əfqan Muxtarlı isə qeyd edib ki, Tural Sadıqlının bu ritorika dəyişikliyi Almaniya prokurorluğunun “bildiyi söhbətlərlə” bağlıdır: “İndi alman prokurorluğu da bilir söhbəti. Və alman prokurorluğu çox söhbətləri bildiyi üçün Tural problemləri “öz hakimiyyətimizin nümayəndəsi ilə etməliyəm və edirəm” deyir”.

Tural Sadıqlı isə ikinci videomüraciətində onunla bağlı Azərbaycanda axtarış elan edilməsi səbəbindən Almaniyada 2015-2016-cı illərdə “mühacir statusunun ləğv edilərək Azərbaycana təhvilvermə” ilə bağlı məhkəmə prosesləri keçirildiyini xatırladıb. Lakin həmin vaxt məhkəmə onun mühacir statusunun davam etməsinə qərar verib.

Əfqan Muxtarlının Almaniya prokurorluğuna sorğu göndərməklə bağlı anonsu Tural Sadıqlı tərəfindən “donosbazlıq” (!) kimi qiymətləndirilib. O, eyni zamanda Azərbaycana qaytarılması məsələsində Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kəriminin də maraqlı olduğunu bildirib.

Əfqan Muxtarlı isə bir daha Almaniya prokurorluğuna sorğu göndərdiyini yazıb və bəzi faktlar açıqlayıb: “Bəli, Almaniya prokurorluğuna sorgu göndərərək Azərbaycandan olan bloqerlərə cinayət işinin açılması barədə mətbuatda gedən məlumatlara, eyni zamanda cinayət işi üzrə ifadə verən adamların açıqlamalarına rəsmi şəkildə münasibət bildirmələrini istəmişəm. Tural, bu sorğu səni niyə narahat edir? Burada söhbət məsələyə aydınlıq gətirməkdən gedir, hər hansı məlumat verməkdən yox. Şəxsən mən Turala qarşı cinayət işinin qaldırıldığını deməmişəm. Çünki məndə məlumat olsa da, rəsmi sənəd yoxdur. Və rəsmi sənəd olmasa, kimsənin də adını çəkən deyiləm. Mən Tural deyiləm ki, faktsız adamlar barədə danışım, yazım. Hələ onu demirəm ki, istintaqdan qaçıb gedənlər var. Almaniyada qala bilmirlər, Bakıya dönmək üçün də razılıq vermirlər”.

Əfqan Muxtarlının sərt ifadələrlə yazdığı statusundan görünən odur ki, “müxalifətçi bloqer adı ilə kimisə şantaj edib pul alanlar”, məmurlardan faktları gizlətmək müqabilində pul alanlar, “Azərbaycanda məmurların etdiyi özbaşınalıqlar barədə faktları bloqerə verən vətəndaşın adını 5-10 min avroya görə” həmin məmurlara deyənlər olub.

“Mən Turalın məlum statusuna görə tənqid etmişəm. Onun pul alıb-almaması ilə bağlı heç nə deməmişəm”, – deyə Muxtarlı yazıb.
Ardını oxu...
Almaniya Prokurorluğundan isə saytın yazılı sorğusuna cavab olaraq Federal Ədalət Məhkəməsinin dövlət ittihamçısı, mətbuat katibinin müavini Michael Ramöllerin imzası ilə belə bir cavab verilib: “Federal Prokurorluq həbslər və ittiham aktları halında apardığı istintaq prosedurları barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verir. Bundan başqa, Federal Prokurorluq, ümumiyyətlə, konkret araşdırmalar apardığını və ya konkret məsələ ilə məşğul olduğunu açıqlamır. Bununla belə, qeyd etmək istərdim ki, Federal Prokurorluq federal orqan olaraq yalnız dövlət təhlükəsizliyi sahəsində cinayət təqibini həyata keçirir. Əks halda, məsuliyyət federal əyalətlərin prokurorluq orqanlarının üzərinə düşür. Bu, şantaj iddialarına da aiddir”.

Sadıqlı kimlərlə görüşüb?

Əfqan Muxtarlının Tural Sadıqlı ilə bağlı yazdığı sonuncu statusunda diqqətçəkən məqam isə Sadıqlının görüşdüyü və əməkdaşlıq etdiyi məmurlarla bağlıdr: “Tural statusunda iddia edir ki, xaricilərə Azərbaycanda baş verənlər barədə danışmaq olmaz, xaricilərin konfransında iştirak etmək olmaz. Əvvələr edibmiş və peşman olub. Həmin statusda da qeyd edib ki, mən problemləri öz hakimiyyətimizlə, öz məmurumuzla müzakirə edirəm.

Bax, sual verirəm, sən, Tural Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətci, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində? Mən belə bir status yazsaydım, satqın elan edilmişdim. Tural və onun kimiləri yeri göyü dağıdırdı. Mən Turala satqın-filan demirəm. Qoy camaat özü qiymət versin. Sadəcə yuxarıdakı suallara cavab yazsın bəsdir”.
Ardını oxu...
Muxtarlı Turalın atası Əlövsət Sadıqlının Prezident Aparatında görüşüb Turalın məsələsini müzakirə etmək istədiyini yazdığını da xatırladıb.

Əlövsət Sadıqlı sayta açıqlamasında Prezident Administrasiyasına görüşə getdiyini təsdiqləyib. O, hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşları ilə görüşdüyünü bildirib: “Bəli, oğluma görə Prezident Administrasiyasına getmişəm. Ora getməkdə məqsədim oğlumun təhlükəsizliyi ilə bağlı olub. Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşları məni qəbul etdilər və dinlədilər”.

Məmurları şantaj və məmurların şantajı

Yaxın tarixə nəzər yetirəndə bəzi azərbaycanlı məmurların mediadan “rəqib hesab etdikləri digər məmurlar”a qarşı qara piar aparmaq üçün istifadə etdiyini xatırlaya bilirik. Məmurlar mediadan istifadə edərək digər məmurlara qarşı şantaj kampaniyası aparır, onların özləri və ailə üzvləri ilə bağlı məlumatları mediaya sızdırırdılar.

Köhnələrdən daha çox Ramiz Mehdiyev, Eldar Həsənov və Eldar Mahmudovun bu məsələdə həvəsli olduqlarını xatırlatmaq mümkündür. Onlar yaratdıqları, sonradan isə “reket media” adı qoyduqları kiçikçaplı media orqanlarının (əvvəl qəzet, sonra isə saytlar) vasitəsilə maraqlarına uyğun olmayan məmurlar barədə məlumatlar yaradıb yayırdılar. Bu kiçikçaplı qəzet və saytlarda yayılmış “ilkin informasiya” daha sonra daha tirajlı media ilə “istinad mədəniyyəti nümayiş etdirilərək” tirajlanılır, ictimai müzakirəyə nail olunur və gündəlik hesabatlarda əksini tapırdı.

Son 3-4 ildə ölkə daxilində media ilə bağlı yaradılmış şəffaf mühit, medianın məmurlardan asılılığının əhəmiyyətli dərəcədə azalması yerli media üzərindən bu cür “əməliyyatlar qurmağa” imkan vermir. Ara-sıra baş verən epizodik halların qarşısı isə alınır, bunu edənlər asanlıqla ifşa olunurlar.

Yeni üsul isə xaricdə məlumatları gizlədilmiş domenlər və sosial mediada yaradılmış səhifələr vasitəsilə informasiyaların tirajlanmasıdır. Tural Sadıqlı və Əfqan Muxtarlı arasındakı mübahisələri diqqətlə izlədikdə isə prosesə xaricdəki bloqerlərin də cəlb edildiyini deməyə əsas verir.

Diqqətli izləyici xaricdəki bloqerlərin, o cümlədən xaricdəki “media orqanı” adı ilə fəaliyyət göstərən “TV-lərin” yazdığı “araşdırmaları” izlədikdə xeyli məqsədli sızdırılan məlumatın olduğunu görə bilir.

O zaman sual ortaya çıxır: Bu “TV” və bloqerlərin məqsədi, ritorikası, apardığı qara piar kampaniyası göz önündədir. Onlar, belə desək, öz məqsədləri üçün işlərini yerinə yetirirlər. Yaxşı, bəs onlarla əməkdaşlıq edən məmurlar və ya məmurların nümayəndələri kimlərdir? Bu məlumatlar hansı üsullarla ötürülür?

Suallar açıq qalır…
 
Ardını oxu...
2008-ci ildə “Bank Respublika”ya 5 min manat əmanət yatıran Bakı şəhər sakini Cəfərov Tahir Tağı oğlu bankdan pulunu geri ala bilmir. “Bank Respublika”dan ona bildiriblər ki, pulu batıb.

Tribunainfo.az xəbər verir ki, şikayətçi tanınmış rəssam-fotoqraf, prezidentlərin rəssam-fotoqrafı olan Tahir Cəfərovdur. O bildirib ki, 16 il əvvəl banka yatırdığı pul səbəbsiz yerə batıb:

“ “Bank Respublika”ya 2008-ci ildə 5 min manat pul qoymuşam. Üstündən 16 il keçib. İndi bankdan pulumu ala bilmirəm. Mənə deyirlər ki, bu pul batıb gedib. Pulu qoyanda mənə “Bank Respublika”dan əmanət kutabçası da verdilər və indiyə qədər də onu saxlamışam. İndi gətirib özlərinə verirəm. Deyirlər, pul yoxdur, batıb.
Mərkəzi Banka da müraciət etmişəm. Ordan da deyirlər ki, pulunuz batıb. Deyirlər, gərək vaxtında gəlib pulunuzu alardınız. Gəlib aparmamısız deyə pul batıb. Deyirəm, mənə bu barədə bildiriş verməmisiniz ki, gəl pulunu apar. Əgər belədirsə, pulun bankdan qalması təhlükəlidirsə, qadağandırsa, mən gedib başqa banka qoyardım pulumu. Bu müddət ərzində qoyduğum pulun faizini də almamışam.
Pulum etibarlı yerdə qalsın deyə qoymuşdum banka ki, qocalanda lazım olar. İndi qocalımışam və bu pul mənə lazımdır. Mən bankdan öz pulumu almaq istəyirəm, borc götürmürəm, pul istəmirəm ki. Öz pulumu geri istəyirəm. Ancaq ala bilmirəm. Səbəb də odur ki, mən guya pulumu gec götürdüyüm üçün pulum batıb”.

 
 
 

Dünyapress TV

Xəbər lenti