Ardını oxu...
"Bildiyiniz kimi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası səma cisimlərinin müşahidəsi aparıldığı ölkənin çox əhəmiyyətli – elmi-tədqiqat müəssisələrindən biridir. Burda mövcud olan 2 günəş 4 ulduz teleskopları insan gözünün görmə qabiliyyətindən 110 milyon dəfə güclüdür". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra müəllif belə davam edir: "Son zamanlar yerli tur şirkətləri Şamaxı istiqamətində tur paketlərin proqramına daxil edilən Şamaxı Rəsədxanasına Astronomiya ekskursiyası- astro-turizm marşrutu çox populyarlaşıb.

Düzdür, onu da qeyd etmək lazımdır ki, tur şirkətləri çox vaxtı insanları aldadırlar və göbələk kimi artan tur şirkətlərinin səviyyəsi çox aşağı olduğundan onların bələdçilərinin əksəriyyətinin apardıqları muzeydən, tarixi, elmi məkandan məlumatı 0 səviyyəsində olur. Amma bu başqa mövzunun söhbətidir.

Bu rəsədxana ziyarətçiləri gecə və gündüz təyin edilən vaxtlarda qəbul edir.

Rəsədxanaya daxil olan yerli və xarici qonaqlar ərazidə olan teleskoplarla, muzeylə, digər eksponatlarla tanış ola bilirlər..
Məlumat üçün deyim ki, burada fəaliyyət göstərən astronomik muzeyə giriş ödənişlidir. Böyüklər üçün giriş 3, kiçiklər üçün 2 manat, məktəbəqədər uşaqlar üçün isə pulsuzdur.

Demək, bu yaxınlarda belə turların birinə mən də təsadüfən qoşuldum və rəsədxananın turistlərə göstərdiyi xidmətdən və buradakı bilet sisteminin təşkilindən pis mənada şoka düşdüm. Belə ki 4-5 tur avtovusları yerli turistləri gətirib “tökdülər” rəsadxananın qapısına . Rəsədxanadan içəri buraxmadılar deyə yol gələn insanları istidə, günün altında bir xeyli ayaqüstə  çöldə (çünki oturmağa yer yox idi) gözlətdirdilər, sonra qrup-qrup kiçik bir otağın içindən buraxdılar içəri, rəsədxananın həyətinə.(Qeyd:Girişlə çıxş eynidir) Bundan sonra isə əvvəliki- rəsədxanadan çıxan qruplar çıxanacan  yenə gözlətdirdilər ayaq üstə. Çünki, rəsədxananın ərazisində də çölündə olduğuki kimi oturmağa yer, daldanacaq “besedka“ filan yox idi. Burada bilet-milet  söhbəti konkret yoxdur. Ən azından görünən odur ki, olmadı. Bəlkə başqa vaxt olur, deyə bilmərəm.

Sadəcə 2-3 nəfər kostyumlu, özlərini oranın işçiləri kimi göstərən bir neçə şəxs  əllərində qeyd kitabçası tutub bir-bir gözayarı sayı  qrupların yolunu kəsib adambaşına pul alır nağdı və  özündə qeyd edib sonra buraxdılar.Bu cür primtiv giriş çox acınacqlı hal idi və belə yanaşma ilə  inanmıram ki, turizmi inkişaf etdirmək olar. Ən azından bura bir müasir turniket sistemi quraşdırmaq olardı. Və ya giriş -çıxışı ayrı etmək olardı ki,sıxlıq yaranmasın gələnlər əziyyət çəkməsin.

 Ərazidə oturacaqlar yerləşdirmək, sivil qaydada bilet satışını təşkil etmək olardı. Burda onlayn bilet almaqdan danışmaq təbii ki, mənasızdır.

Maraqlıdır,görəsən rəsədxanada maliyyə hesabatı necə aparılır?! Belə çıxır burda turistlərdən nə qədər pul yığıdı cibə gedir.

Yaxşı, yerli turistləri başa düşdük, bəs bura gələn xarici turist nə düşünər?!

Halbuki  rəsədxananın yenidənqurulması üçün rəsmi olaraq 8 milyon maliyyə vəsaiti ayrılıb.

Bu qədər maliyyənin müqabilində belə nüfuzlu rəsədxanada beynəlxalq turizmi inkişaf etdirmək əvəzinə niyə turizm belə aşağı səviyyədə təşkil olunmalıdır?!

Ən azından rəsədxanadan milyon km uzaqda olan səma cisimlərini görmək olursa 10-15 metr arlıqda baş verənləri də görmək olar…"

Məsələ dia-az.info olaraq diqqətimizdədir....
Ardını oxu...
Millət vəkili Sabir Rüstəmxanlı "Azercel"dən gələn sensassion mesajla bağlı sosial şəbəkə hesabında status paylaşıb.

Moderator.az xəbər verir ki, Yardımlı rayonunda olarkən "Azercell" mobil operatorundan deputata gözlənilməz mesaj gəlib.

“Hörmətli Azərsell! Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam! Sən hansı haqla və məsuliyyətsizliklə mənim telefonuma “İrana xoş gəlmisiniz…” mesajı göndərirsən? Sən axı Azərsellsən, İransell deyilsən!”, - deyə S.Rüstəmxanlı qeyd edib.
Ardını oxu...
 
Ardını oxu...
"Şərur" MTK binasında yaşayan vətəndaş gözlənilməz bir halla qarşılaşıb. Belə ki, vətəndaş 1 otaqlı mənzilini satmaq istəyərkən fərqli halla üz-üzə qalıb. O bildirib ki, həmin evdə yaşayış olmayıb, qeydiyyatda heç kəs yoxdur. Nağd alınıb və heç bir yerə borc yoxdur, sənəd müqavilədir. İndi evini satmaq istəyir. Şirkət alqı-satqı üçün ondan 3000 manat, çıxarış üçün isə 1000 manat istəyir. O deyir ki, evi satıramsa, niyə 3000 manat şirkətə ödəməliyəm?..

Bu cür evlərin alqı-satqısı necə həyata keçirilməlidir?

Teleqraf.com-a danışan hüquqşünas Əli Novruzlu məsələni belə izah edib:

“Əgər mənzil nağd pula alınıbsa, MTK-ya yaxınlaşıb, MTK-nın ümumi yığıncağının iclasının protokolundan çıxarış götürülməli, ASAN xidmət mərkəzlərinə təqdim edilməlidir. Müvafiq dövlət rüsumunu ödədikdən sonra çıxarışın hazır olması haqqında elektron bildiriş gözlənilməlidir. Bildiriş gəldikdə yaxınlaşıb, ASAN xidmətdən çıxarış götürülməlidir. Əgər borc yoxdursa, rüsum ödənilmir. Hər bir MTK-nın borcudur ki, satdığı ev üçün sənəd də versin”.

Əmlak eksperti Elnur Azadov isə ildirir ki, çıxarış varsa, birbaşa alqı-satqı edilə bilər:

"Müqavilədə ad dəyişmə, alqı-satqı ilə bağlı maddə olduğu halda MTK haqlıdır. İstismara qəbul aktı varsa, satan çıxarış ala, notariat qaydasında alqı-satqı edə bilər. Qeyd edilən halda çıxarış alınıb, qanuni qaydada alqı-satqı edilməlidir. Çıxarış varsa, MTK ilə alıq-satqı edilməsinə ehtiyac yoxdur. Çıxarışla notariusda qanuni alqı- satqı ediləcək. Əgər müqavilədirsə, çıxarışa keçirilsin. Daha sonra çıxarışla alqı-satqı edilsin".

Ekspert 3000 manat və 1000 manat rəqəmlərinin necə müəyyənləşdirildiyinə də aydınlıq gətirib:

“Müqavilə dəyişmə ilə bağlı rüsum yoxdur. Yanlız çıxarışın rüsumu var”.
 
Ardını oxu...
İsti yay günlərində sakinlər dincəlmək, sərinləmək üçün parklara üz tuturlar.
Amma Xırdalan Mərkəzi Parkındakı vəziyyət vətəndaşların heç də ürəyincə deyil. Ot örtüyünün təbii olmaması, ağacların vaxtında sulanmaması, fəvvarələrin işləməməsi və bu kimi digər faktlar onların narazılığına səbəb olur.
Bu azmış kimi park ərazisində ağacların kəsildiyi də deyilir.
“Sintetik qazonlardır. Hələ fəvvarələri də düzəltməyiblər. Ağacların hamısı baxımsızlıqdan quruyub. Parkda yaxşı şərait yoxdur, hər tərəfdə çayxana var”, – Xırdalan sakini narazılığını bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 

       
Ardını oxu...
Azercell-in "Suoersən" tarifinə qoşulan abonentlərdən şikayətlər artmağa başlayıb. Gundeminfo.az xəbər verir ki, bu tarifə qoşulan vətəndaşlar aldadıldıqlarını, onlardan danoşmadıqları dəqiqələrə görə vəsait çıxıldığıını iddia ediblər.

Hətta sosial şəbəkələrdə trendəə çevrilən abonentlə Azercell-in operatoru arasında keçən dialoq da xeyli insan tərəfindən paylaşılıb.

Azercell-in "Supersən" tarifinə qoşulan vətəndaşlar iddia edirlər ki, "Supersənn" tarifinə qoşulan vətəndaşların danışıq dəqiqələri yuvarlaqlaşdırılıb. Nəticədə 1 dəqiqə 10 saniyə danışıqdan sonra balansdan 2 dəqiqə üzrə tariflər silinir.

Abonntlər bildiriir ki, bununla bağlı Azercell-ə dəfələrlə müraciət etsələr də heç bir faydası olmayıb.

Gundeminfo.az olaraq Azercell-in "Supersən" tarifindən narazı olan vətəndaşlardan birinin mobil operatorun "qaynar xətti"nə müraciətini əks etdirən video materialı təqdim edir:


Mövzu ilə bağlı Azercell-in də rəsmi mövqeyini yayımlağa hazırıq.

Qeyd edək ki, danışııq sosial şəbəklərdə yayıklıb və təərəfimizdən dialoqa heç bir yaradıcı müdaxilə edilməyib.

 
Ardını oxu...
Emin Əmrullayev hələ bir aydınlıq gətirsin görək, o nazir olana qədər məktəbəqədər təhsil sahəsində təlimçi çalışmış həyat yoldaşı Nigar Əmrullayeva - Hənifəyevanın Böyük Britaniyadakı illik təhsil haqqı 63 min funt sterlinq olan Cambridge Judge Business School-da iki illik təhsil haqqını şəxsi büdcəsi hesabına qarşılayır, yoxsa nazirlik hesabına?
TEREF yazır ki, bu sualı Emin Əmrullayevə müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli verir. Ümid edirik ki, sualın cavabı olacaq!
TEREF
 

Ardını oxu...
"Ağır yataq xəstəsi olan, ölümünü gözləyən işçinin - vəfatına 2 həftə qalmış... işdən azad olma barədə ərizə yazması mümkünmüdür?" Dia-az.İnfo bildirir ki, bu sualla müraciət edən Neftçilərin Hüquqalarının Müdafiəsi Təşkilatının (NHMT) eksperti Azər Quliyev olduqca ilginc bir olayla bağlı faktı təqdim edib.

Əslində belə bir faktın araşdırılması zəruri olsa da və bunda məhz ittiham hədəfi kimi göstərilən SOCAR və "Azəriqaz" rəhbərliyinin özünün maraqlı olmalı olduğu şərt kimi görünsə də, bütün bunlar baş vermir və əksinə...

Ardını oxu...

Azər Quliyev daha sonra bildirir: "Qarabağ müharibəsi iştirakçısının atasına bu barədə ərizə yazdlran Qaz İxrac İdarəsi, onun işçisi Hürü də, iddianı təmin etməyən Dövlət Əmək Müfəttişliyinin məmuru və məhkəmə hakimi də bu gün Qurban Bayramını keçirir.

BİR NEFTÇİNİN, MÜHARİBƏ VETERANININ ATASININ - ÖLÜM PULUNA GÖZ DİKƏNLƏR QURBAN BAYRAMINIZ MÜBARƏK OLMASIN!.."
Ardını oxu...
" "Azərcell" oğurlayırmı, yoxsa bu təbii durumdur?" Dia-az.İnfo xəbər verir kiI, bu ritorik sualla ictimai fəal Rəşad Quliyev çıxış edib.
Narazılığını ifadə edən R.Quliyev daha sonra bildirir: "Əziz dostlar, illərdir müxtəlif ölkələrdə mobil data internetindən istifadə edirəm, etmişəm.
Rusiyada aldığım 15-17 GB internetlər geninə boluna istifadə etsəm də, internet paketi bir ay boyunca bitmək bilmir. Azərbaycanda isə 10-11 gün içərisində 50 Gb internet yükləmişəm. Bundan sonrasını isə təsəvvür edin. Sanki, internet su kimi axıb gedir. Bu nə deməkdir anlamaq mümkün deyil.
Mütəxxəsislərə səslənirəm. Bir araşdırma etsinlər , bu normaldırmı ya oğurluqdurmu?
Mən mütəxxəsis olmasam da düşünürəm ki, bu daha çox oğurluğa bənzəyir. İnternetin bu sürətlə bitməsi mümkünsüz halfır. Ən azından digər ölkələrdə.
Nə qədər yazərıqsa da xeyri yoxdur. Yalandan reklamla guya xalqa xidmət erdiklərini göstərsə də əslində mədəni yolla insanların ciblərinə girirlər.
Bəzi KİV-lər də "Azercell"dən reklam dəstəyi aldığı üçün göz yumur . Dəyən zərbə isə xalqa , sadə insanlara dəyir. Bəlkə "Azercell"in bu gedişatına biri "dur" desin?..."
 
Ardını oxu...
Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən magistral yolda Ermənistan hərbçilərinin idarə etdiyi, hərbi göstərişi olmayan təminat daşıyan yük maşınları görüntülənib.

AzTV sözügedən ərazidən süjet hazılayıb.

Qeyd edək ki, Qazaxın dörd kəndində işğal müddətində tarixi-mədəni abidələr məhv edilib.

Kənd sakini Nəsib Nəsibov bildirib ki, kənddən çıxarkən dörd yaşında olub.

O vurğulayıb ki, doğulub boya-başa çatdığı evdən sadəcə uçmuş divarlar qalıb.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Daha ətraflı videomaterialda:

 

Dünyapress TV

Xəbər lenti