Ardını oxu...

Aprelin əvvəlində məlumat yayıldı ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov cərimələnib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Səbuhi Əhmədova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 192.4-cü maddəyə əsasən, vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Səbuhi Əhmədov dövlət xidmətinin qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayəti Binəqədi Rayon Məhkəməsinin hakimi Aynurə Sadıqovanın icraatına verilib. Ötən müddət ərzində məhkəmənin hansı qərar çıxardığı barədə informasiya yoxdur. Hərçənd, bu dəfəki söhbətimizin mövzusu bu deyil.

Xatırladaq ki, Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu günlərdə redaksiyamızın elektron poçtuna daxil olan məlumata görə, mayın 2-də Səbuhi Əhmədovun rəhbərlik etdiyi departament “Kral” Təmir Tikinti MMC təmir-tikinti şirkəti ilə Bakıda Abşeronda və digər rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillərinin təmiri təyinatı ilə 685700 (Altı yüz səksən beş min yeddi yüz) manat məbləğində müqavilə bağlayıb. Məlumatda bildirilir ki, sözügedən MMC-nin özünün xeyli vergi borcu var. “Satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə isə, vergi borcu olan müəssisələrlə dövlət satınalmaları üzrə müqavilə bağlamaq olmaz. Ümumiyyətlə, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılmasının gündəmdə olduğu indiki vaxtda bu təyinat üzrə külli miqdarda dövlət vəsaitinin büdcədən silinməsini nə dərəcədə səmərəli xərc hesab etmək olar: Yaxşı olmazdımı ki, həmiun vəsait Qarabağda və Şərqi Zəngəzurda evlərin inşasına və infrastrukturun qurulmasına yönəldilsin? Bu və digər suallarımızı səsli mesaj kimi cənab Səbuhi Əhmədovun vatsap nömrəsinə göndərdik. Təəssüf ki, hələ ki ondan cavab yoxdur. Ümid edirik ki, bu suallarımızı Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Hesablama Palatası və digər aidiyyəti qurumlar cavablandıra biləcəklər.

P.S. Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən 14 martda yayılmış məlumatda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanıldığı göstərilirdi.

Məlumatda həmçinin qeyd edilir ki, əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.

Bəs necə oldu ki, Səbuhi Əhmədov bu cinayət hadisəsindən quru çıxdı.

Bu barədə gələn sayımızda geniş məlumat verəcəyik.

Mövzuya qayıdacağıq.

Deryaz.az

 
Ardını oxu...

Aprelin əvvəlində məlumat yayıldı ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov cərimələnib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Səbuhi Əhmədova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. 192.4-cü maddəyə əsasən, vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Səbuhi Əhmədov dövlət xidmətinin qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayəti Binəqədi Rayon Məhkəməsinin hakimi Aynurə Sadıqovanın icraatına verilib. Ötən müddət ərzində məhkəmənin hansı qərar çıxardığı barədə informasiya yoxdur. Hərçənd, bu dəfəki söhbətimizin mövzusu bu deyil.

Xatırladaq ki, Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu günlərdə redaksiyamızın elektron poçtuna daxil olan məlumata görə, mayın 2-də Səbuhi Əhmədovun rəhbərlik etdiyi departament “Kral” Təmir Tikinti MMC təmir-tikinti şirkəti ilə Bakıda Abşeronda və digər rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillərinin təmiri təyinatı ilə 685700 (Altı yüz səksən beş min yeddi yüz) manat məbləğində müqavilə bağlayıb. Məlumatda bildirilir ki, sözügedən MMC-nin özünün xeyli vergi borcu var. “Satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə isə, vergi borcu olan müəssisələrlə dövlət satınalmaları üzrə müqavilə bağlamaq olmaz. Ümumiyyətlə, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılmasının gündəmdə olduğu indiki vaxtda bu təyinat üzrə külli miqdarda dövlət vəsaitinin büdcədən silinməsini nə dərəcədə səmərəli xərc hesab etmək olar: Yaxşı olmazdımı ki, həmiun vəsait Qarabağda və Şərqi Zəngəzurda evlərin inşasına və infrastrukturun qurulmasına yönəldilsin? Bu və digər suallarımızı səsli mesaj kimi cənab Səbuhi Əhmədovun vatsap nömrəsinə göndərdik. Təəssüf ki, hələ ki ondan cavab yoxdur. Ümid edirik ki, bu suallarımızı Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Hesablama Palatası və digər aidiyyəti qurumlar cavablandıra biləcəklər.

P.S. Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən 14 martda yayılmış məlumatda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanıldığı göstərilirdi.

Məlumatda həmçinin qeyd edilir ki, əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.

Bəs necə oldu ki, Səbuhi Əhmədov bu cinayət hadisəsindən quru çıxdı.

Bu barədə gələn sayımızda geniş məlumat verəcəyik.

Mövzuya qayıdacağıq.

Deryaz.az


Ardını oxu...
Təəssüf ki, bəzi sahibkarlar səkinin piyadalar üçün ayrıldığını gözardı edirlər və onu pilləkənlər, reklam lövhələri ilə yararsız hala salırlar. Nəticədə vətəndaşlar yolun hərəkət hissəsiylə gedirlər. Təbii ki, bu halda onların həyatı təhlükə altında qalır.

Dia-az.İnfo bildirir ki, bu işdə yerli icra orqanlarının, əlaqədar icra hakimiyyətlərinin müstəsna "XİDMƏTLƏRİNİN" olması isə faktdır.

Məsələn dünən Abşeron rayonu ərazisində məşhur "Şərurlu İsfəndiyar"ın anoloji özbaşınalığının qarşısı alındı və onun piyada səkilərini pullu parkinqə çevirməsi önləndi.

Amma Abşeron rayonundan fərqli olaraq Yasamalda vəziyyət heç də ürəkaçan deyil. Burada vətəndaşın dəyər-qiyməti bəlkə də qara qpəiklə də ölçülmür. Ona görə də piyada səkiləri bu gün Yasamal RİH başçısı Elşad Həsənovun ən əsas gəlir yerlərindən birinə çevrilib.

Piyadalar isə məhz bu kimi başçıların sayəsində hər gün gedib-gəldikləri yollarda risq yaşamalı olurlar... Yasamalın Zahid Xəlilov küçəsində də bu mənzərə mövcuddur. Belə ki, piyadalar üçün ayrılmış səki obyekt sahibləri tərəfindən tamamilə mənimsənilib.

Dia-az.İnfo bildirir ki, , şikayətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, xoşagəlməz mənzərədən öncə səki olduqca dar idi və iki piyada üz-üzə gəldiyi zaman onlardan biri məcbur qalaraq yolla hərəkət etməli olurdu. Obyektlərin pilləkənləri tərəfindən zəbt olunduqdan sonra isə səkidə addım atmağa yer qalmayıb.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Hər halda, hörmətli Elşad müəllimi də durduran tapılacaq. Elə redaksiyamıza müraciət edən sakinlərin istəyi də bundan ibarətdir... Onlar Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan və ölkə rəhbərliyindən məsələyə təcili müdaxilə edilməsini xahiş edirlər...

Məsələ diqqətimizdədir...
 
Ardını oxu...
Yevlaxda insanların həyatı hər an təhlükə altındadı

Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində yerləşən Xaldan kəndinin əhalisinin həyatı təhlükə altındadı.

Kənd əhalisinin çəkib bizə göndərdiyi videoda açıq aşkar görsənir ki, rəsmi qeydiyyata əsasən 3.818 nəfər (qeyri rəsmi məlumata görə daha çox) əhalisi olan Xaldan kəndini ortdan bölən Yevlax Zaqatala Gürcüstan maqistral yolunun kənd ərazisindən keçn hissəsinin işıqlandırılma hissəsi demən olar ki, sıfıra bərabərdi.

Videonun göndərən şikayətçi onu da vurğulayır ki, indi yay aylarıdı orta məktəblər yay tətilinə ayrılıb və hava nisbətə gec qaralır. İlin 9 ayı isə yəni orta məktəblərin açıq olduğu və qış aylarında günün daha tez batması və havanın daha tez saatlar da qaralmasını da nəzərə alsaq sözü gedən ərazidən vəziyyət dahada acınacaqlı olur.

Belə ki, məktəbə və digər məsələlər üçün yaxınlıqda yerləşən Mingəçevir şəhər Ağdaş rayonu və eləcə də Yevlax rayonuna gedən vətəndaşlar bu yoldan istifadə edirlər. Bu da kənd ərazidəndən keçən maqistral yolun işlıqlandırılmasının olmaması insanların həyatını təhlükə altında qoyur.

Şikayətçi onun da bildirir ki, bu acınacaqlı vəziyyət Yevlax rayonun həbs edilmiş sabiq icra başçısı Qoca Səmədovun zamanında da vardı. Qoca Səmədov həbs edildi və ölkə başçısı tərəfindən Yevlax rayonuna Anar Tağıyev yeni icra başçısı təyin edildi. Biz Yevlaxlılar da ümid etdik ki, Anar Tağıyev əvvəlki icra başçısından fərqli olaraq rayonumuzda yaxşı yöndə dəyişikliklər olar. Amma Anar Tağıyev Qoca Səmədova rəhmət oxudur..

Xahiş edirik ölkə rəhbərliyi Anar Tağıyev haqqında ölçü götürülməsi yönündə göstəriş versinlər
https://www.tiktok.com/@aran.media/video/7382985941742259473?_r=1&_t=8nOBz3OHOYT
Ardını oxu...
/24xeber.az/
 
 
 
Ardını oxu...
"Azəriqaz” İstehsalat Birliyinin sabiq Baş direktoru Ruslan Əliyevin vəzifədə olarkən daha bir qanunsuz əməli ortaya çıxıb.

“32gun.az”-ın əldə etdiyi məlumata görə, Ruslan Əliyevun “Azəriqaz” İB-nin Baş direktoru işlədiyi dövrdə qurumun əməkdaşları tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Bakının Nərimanov rayonu, Murtuz Nağıyev küçəsində yerləşən çoxmərtəbəli villasında illərdir qanunsuz şəkildə qaz sayğacı olmadan işlədilən təbii qaz nəqli aşkar edilib. Bu zaman ərazidə olan “Azəriqaz” əməkdaşları şeyxin dəbdəbəli villasına akt tərtib etmək istəyib. Ancaq Ruslan Əliyev bundan xəbər tutan kimi dərhal həmin əməkdaşların ərazidən uzaqlaşması barədə göstəriş verib. Daha sonra həmin işçilər haqsız yerə işdən çıxarılaraq cəzalandırılıb.

Qanunvericiliyə görə, adətən bu kimi hallar aşkarlanan zaman dəymiş ziyan aktı əsasında yüksək məbləğdə cərimə yazılır və həmin mənzilin qaz təchizatı dərhal dayandırılır. Ancaq Ruslan Əliyev işlədiyi illərdə bu cür qanunsuzluğunu gizlətməyi məharətlə bacarıb.

İddialara görə, Ruslan Əliyev “Azəriqaz”dan getsə də, hələ də İstehsalat Birliyindəki kadrlarını qorumağa və qurumun işlərinə müdaxilə etməyə çalışır. O, bu məsələlərdə köhnə kadrları olan “Azəriqaz” İB-nin Baş direktorunun müavinləri - Cahid Hüseynovun və Rəşad Cavadovun imkanlarından yararlanır.
 
Ardını oxu...
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunmasının detalları məlum olub.

Sözügedən doğum evinin baş həkimi Kəmalə Heydərova bildirib ki, baş vermiş hadisəni sosial şəbəkələrdə görüb:

"Doğum şöbəsinin həkimi Sevinc Məmmədova tərəfindən doğuş icra olunub. Hamilənin qızı dünyaya gəlib. Məsələ ilə bağlı xəstənin yaxınları tərəfindən bizə müraciət olunmayıb. Hazırda görüntülərdə əks olunan hadisə ilə bağlı həkimdən izahat alınır".

Baş həkim K.Heydərova vurğulayıb ki, altı aydır rəhbərlik etdiyi xəstəxanada bu kimi mənfi halla ilk dəfədir qarşılaşır.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

 
 
 
Ardını oxu...
Bu yaxınlarda Ankaradan dəyərli bir qonağımız gəlmişdi. Axşamüstü (günün pik vaxtı) qonağımızı “İçərişəhər” metrostansiyasının yaxınlığından götürüb, "Təbriz" küçəsinə aparmalıydım. Elə bir tıxac vardı ki, maşınla gedəcəyimiz yerə ən yaxşı halda 1 saat – saat yarıma çata bilərdik. Taksi sifariş vermək istədim. Təxminən 15 dəfə cəhd etdim, alınmadı. Taksi yox idi.

Orada taksilərin yollarda sıxlığa səbəb olması barədə deyilənləri xatırladım. Elədirsə, taksilərin sayı bu qədər azaldığı təqdirdə, tıxac niyə azalmayıb?

Taksi tapmayacağımıza əmin olduqdan sonra, qərara gəldik ki, metro ilə “Gənclik” stansiyasına gedib, oradan taksiyə minək.

Elə də etdik. Amma etməz olaydıq…

“İçərişəhər” stansiyasında elə bir sıxlıq və havasızlıq vardı ki, nəfəs almaq mümkün deyildi. Bir neçə dəqiqə gözlədik, qatar gəldi, mindik. Burada vəziyyət daha fəlakət!!!

Basa-bas, havalandırma sistemi olmayan qatarla üç dayanacaq getmək işgəncəyə bərabər oldu. Qatarda bizim qonaqdan başqa, xeyli əcnəbi də vardı. Məlum, Bakıya gələnlər İçərişəhəri görmək istəyirlər deyə, turistlərin o istiqamətdə axını olur.

Qatardakı bütün sərnişinlər tər-suyun içindəydi. Mənimki isti ilə yanaşı, həm də xəcalət təriydi.

Əslində havasızlıq problemi təkcə yayda yox, qışda da olur. Üstəlik, qatarların 5-6, bəzən 7-8 dəqiqə intervalla hərəkəti ciddi sərnişin sıxlığı yaradır.

Bir ölkənin paytaxtının, baş şəhərinin yeraltı nəqliyyatı bu vəziyyətdə olmamalıdır!

Böyük Zəfər qazanan, illərdir, ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, bölgənin ən güclüsü olan, dünyanın super güclərinin hesablaşdığı bir ölkənin paytaxtının yeraltı nəqliyyatı bu vəziyyətdə ola bilməz!

“Bakı Metropoliteni” QSC-yə sorğu verirsən, cavabında statistik rəqəmləri sadalayıb, sonda deyirlər ki, köhnə nəsil qatarlara havalandırma-kondisioner sisteminin quraşdırılması mümkün deyil.
Yəni, belə gəlib, belə gedəcək. Dözülməz, boğanaq istilərdə sərnişinlər havasız vaqonlarda gedib-gəlməyə məhkumdur.

Köhnə qatarlara havalandırma sisteminin quraşdırılmasının mümkünsüz olduğunu hamı bilir.

Amma siz metroya məsulsunuz axı…

Sizi oraya təyin ediblər ki, mümkünsüzü mümkün edəsiniz, problemin həllini tapasınız ki, paytaxtın sakinləri, qonaqları metrodan rahat istifadə eləsin. Qan-tərin içində yol gedib, halı pisləşməsin, bayılmasın, bəzən də ölməsin.

Sizi oraya ona görə təyin etməyiblər ki, öz rahat, komfortlu avtomobillərinizlə işə gəlib, sərin kabinetlərinizdə oturub, “bu, mümkün deyil” deməklə günləri, ayları, illəri yola verəsiniz…

Gülşən Hacıyeva
TNS
 
       
Ardını oxu...
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19.09.1995-ci il tarixli
Azərbaycan Respublikası qanununun 19-cu maddəsi istehlakçıların
hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi haqqındadır.
Dövlətin adından bu müdafiəni İqtisadiyyat Nazirliyi, yanındakı Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. Di gəl,
keçirirmi? Bu sualın cavabının “yox” olmasını konkret faktlar doğrulayır.
Elə son günlərin pozuntularından və istehlakçı hüquqlarını qorumağa
təhkim edilən Dövlət Xidmətinin susqunluğundan danışaq. Ölkədə fəaliyyət
göstərən bütün mobil operatorlar, eldə deyildiyi kimi, bir-birinin “ağzına
tüpürüblərmiş kimi” müqavilə şərtlərini birtərəfli qaydada pozaraq tarifləri
də qaldırıb, internet paketlərinin qiymətini də. Birtətərəfli qiymət artımına
baxın, indi ən aşağı aylıq paket qiyməti 6 manatdan başlayır. Əvvəllərsə
həftəlik, 15 günlük paketlərlə yanaşı , aylıq 3 manatlıq paketlər də
istehlakçıların ixtiyarına verilirdi. Belə xidmətdən daha çox aztəminatlı
tələbələrin, əlillərin, pensiyaçıların yararlanmaları isə heç kimə gizlin deyil.
Aylıq 80-100 manata göz dikən tələbənin, müharibə veteranının ayda ən
azı 6 manat rabitə xidmətinə ödəməyə pulunun çatmadığı göz önündə
deyilmi? Bəs İqtisadiyyat Nazirliyi, yanındakı Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidməti hara baxır, bu qurumun dövlət
büdcəsindən maliyyələşməsinə nə ehtiyac var?
Kommunal xidmətlər sektorunda da durum ürəkaçan deyil. Hökumət,
qanunverici orqan əhalinin durumunu ağırlaşdıran aktlarla istehlakçıları
çıxılmaz duruma salıb. Özbaşınalığa baxın, “Azəristilik” istilik qiymətlərini
özbaşına Tarif Şurasının qərarına uyğun olaraq yaşayış sahəsinin kvadrat
metrinə görə 15 qəpikdən hesablamaq əvəzinə, ümumi sahəyə uyğun
hesablama aparıb. Qış mövsümü bitdi, bu 6 ayda istilik xidməti anlamadı
ki, NK-nın qərarında söhbət ümumi yaşayış sahəsindən gedir, hər
mənzilin ümumi sahəsindən yox. Bunu anlamaq bu qədərmi çətindir ki,
istilik verilməyən artırmaya, hamam tualetə, dəhlizə görə istehlakçıdan
ödəniş tələb edilməsi absurddur. Bu, Konstitusiyanın 73-cü maddəsinə də
ziddir.
Energetika, su təminatı, nəqliyyat sahəsində də istehlakçı hüquqlarının
kobud pozuntusu müşahidə edilir. Qaz, işıq, su sayğaclarının fiziki şəxslərin
istifadəsi üçün pulsuz , xidmət qurumunun hesabına quraşdırılması
qanunda yazılsa da, yazılmayan qanunlarla istehlakçılar aldadılır,
qanunsuz ödənişə məcbur edilir, qanunsuzluğa boyun əyməyənlər isə
kommunal xidmətlərdən məhrum edilir. Təsəvvür edin, “Azəriqaz” 15 ildən
çoxdur Qarabağ qazisinin müraciətinə baxmır, evin çöldən “Kombi” sistemi
ilə qızdırılmasına sayğac quraşdırmaqdan imtina edir. Bakı İnzibati
Məhkəməsi ( h. Fərid Mədətli) 5 ildir vermədiyi aktla əlil fiziki şəxsə
saatda 10 kub metrdən çox qaz sərf edən istehlakçılar üçün
nəzərdə tutulan sənaye qaz qurğusunun quraşdırılmalı olmasını
qərara alıb. İndi 5 ildir əlil-istehlakçı məhkəmə qərarının icrasını ,sənaye
qaz qurğusunun quraşdırılmasını və müqavilə bağlanmasını tələb edir, nə
qərar icra olunur, nə sayğac quraşdırılır. “Azəriqaz”ın keçmiş rəhbərliyi isə
otaqların, hamamın qızdırılmasını binanın çölündə quraşdırılan qaz
qurğuları yolu ilə həyata keçiriləcəyini bildirirdi. İmkan vermədilər, elə bu
təklifdən sonra rəis görəvindən alındı. İşıq xidmətində özbaşınalıq hökm
sürür, istehlakçı hüquqları qorunmur. Özbaşınalığa baxın, 2018-ci ilə kimi
50 metr məsafəyə qədər görülən işlər xidmət qurumunun hesabına həyata
keçirilirdi, qoşulma haqqı tutulmurdu. İndi hamısı istehlakçının boynuna
qoyulub, hətta köhnə tarixə qoşulma haqqı da tələb olunur. Onu da
vurğulayaq ki, bu qoşulma haqqının qaz, su xidmətinə də şamil edilməsinə
başlanılıb və istehlakçı hüquqlarını qorumalı olan qurum bu pozuntuya
qiymət vermək istəmir. Özbaşınalıq o həddədir ki, əlillər, qazilər bu
ödənişləri ödəməkdən azad olsalar da, xidmət qurumları qanunsuz
ödənişlər tələb etməkdə “azadlıq”larını ortaya qoyurlar.
Bəs İqtisadiyyat Nazirliyi, yanındakı xidmət qurumu niyə görəvini icra
etmir, niyə qanuna uyğun olaraq məhkəmədə istehlakçı hüquqlarının
müdafiəsinə ərizə vermir? Əksinə, hüquq pozucularını qoruyur? Yəqin
hüquq müdafiəçiliyinin də öz haqqı var. Ombudsman da eləcə, yalnız
qanunsuz cavablarla poçtalyon rolunu oynayır. Qanunvericilik isə real
addımlar atılmasını doğrulayır. Atılacaqmı? İstehlakçı hüquqları
qorunmayacaqsa, İqtisadiyyat Nazirliyi, yanındakı Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidməti nəyə və kimə lazımdır?
“Azərişıq” ASC 8-ci ildir verdiyi 03.04.2017-ci il tarixli texniki şərti ,
müqavilə öhdəliyini icra etməkdən imtina edir. Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidməti susur, istehlakçının isə məhkəmə
müdafiəsi hüququna da qadağa qoyulub. Cavabdehin “hüquq” xidmətinin
haqqı ilə. Hələ ki ölkədə hüquq, haqq-ədalət yox, haqq-hesab hökm sürür.
Bu hökm nə qədər sürəcək, ilahi?
Məğrur Bədəlsoy
TEREF
Ardını oxu...
Və ya haqqımızı necə və niyə qəsb edirlər?

Bu gün internet bizi birləşdirən, qarşımızda yeni imkanlar açan bir vasitədir. Bu həqiqəti qəbul edən hər kəs sürətli, davamlı internet üçün büdcəsindən daim maliyyə ayırmağa məcburdur. İnternetdən rahat və davamlı istifadə isə ayırdığımız büdcə ilə düz mütənasib olmalıdır.

Bəs bu, hər zaman belədirmi? Ümumiyyətlə, lazımi məbləği ödəmək davamlı və sürətli internetlə təminata zəmanət verirmi? Təəssüf ki, ölkəmizdə bunu hələ əminliklə təsdiqləmək mümkün deyil. Təkcə sosial şəbəkə platformalarına nəzər salmaq bəs edir ki, həm mobil, həm də genişzolaqlı internetlə bağlı müxtəlif problemlərin öz mövcudluğunu qoruduğuna şahidlik edək.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AYNA-ya açıqlamasında həm mobil, həm də genişzolaqlı sabit internetlə bağlı istehlakçılardan şikayətlər gəldiyini deyib: “Mobil operatorlar öz üstün vəziyyətlərindən istifadə edərək, istehlakçıların hüquqlarını pozmağa davam edir. Bundan başqa, mobil operatorların, sanki mobil cihazlar istehsal edən müəssisələrlə əlbir olduğunu müşahidə edirik. Belə ki, telefon cihazlarına elə rejimlər qoyurlar ki, onlar avtomatik olaraq və ya istehlakçının səhvinə görə aktivləşdirilir və istehlakçıdan külli miqadarda pul çıxılır. Bu, xüsusilə də xarici ölkələrə səyahət edən vətəndaşların başına gəlir”.

“Başqa bir tələ isə vətəndaşlara təklif edilən kurslar, funksiyalardır. Onlar təklif edilərkən ödənişli olması qeyd edilimir. Vətəndaş isə onu aktivləşdirir və sonra baxır ki, balansından xeyli miqdarda pul silinib. Bundan başqa stasionar internet şəbəkəsi ilə bağlı da narazılıqlar çoxdur. Bizə ünvanlanan şikayətlərə görə, internetin sürəti qiymətə uyğun olmur, müqavilə şərtləri yerinə yetirilmir”, - deyə müsahibimiz bildirib.

Hüseynovun sözlərinə görə, internet provayderlərindən hansısa qiymətləri aşağı salmaq istədiyi halda digər provayderlər elə vəziyyət yaradır ki, bu, mümkünsüz olur: “Bununla bağlı şikayət də almışdıq. Vətəndaşların dediklərinə görə, digər provayderlər qiyməti aşağı salmaq istəyən internet provayderini boykot etdiyi üçün müştəri digər provayderin informasiyasını ala bilmir. Biz bununla bağlı aidiyyəti dövlət orqanlarına da müraciət etmişdik. Lakin nəticəsiz qaldı və qiyməti aşağı salan provayder məcbur olduğu üçün qiyməti digər provayderlərlə uyğunlaşdırmalı oldu. Yəni internet resurslarında bu cür halların olduğuna da şahidlik edirik”.

Bütün bunlarla yanaşı internetə əlçatımlılıq, infrastrukturun vəziyyəti, xüsusilə də hava şəraitindən asılı olaraq internetin sürətinin zəifləməsi, kəsilməsi ilə bağlı problemlərə də tez-tez rast gəlinir. Bu barədə ümumi vəziyyəti AYNA-ya şərh edən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Elvin Abbasov söyləyib ki, mis kabellər dövründə internetdən çox şikayətlər eşidilsə də, indi vəziyyət fərqlidir: “Beynəlxalq reytinqlərə görə, Azərbaycanda mobil və genişzolaqlı internetlə bağlı vəziyyət əvvəlki illərlə müqayisədə indi daha yaxşıdır. Artıq ucqar kənd və rayonlar da daxil olmaqla, ölkənin təxminən 80 faizi genişzolaqlı internetlə təmin olub”.

Ölkədə internet sürəti probleminə gəlincə, mütəxəssisin qeyd edib ki, artıq bir çox rayon və kəndlərdə infrastruktur dəyişikliyi baş verdiyi üçün internetin sürətindəki problemlərin səbəbləri də dəyişib: “İndiki halda şikayətləri araşdırdığımız zaman səbəblərin fərdi olduğunu görürük. Yəni problemin ölkənin fiberoptik magistral xətlərində yox, son istifadəçinin özündə olduğuna şahidlik edirik. Son istifadəçinin problemləri isə müxtəlif ola bilir. Məsələn, son istifadəçiyə xidmət edən subprovayderlər, həmçinin vətəndaşın evindəki avandalıqlar, provayderlərin vətəndaşa xidmət etdikləri avadanlıqlar və onların keyfiyyəti, təbii ki, vətəndaşın evindəki alətlər və cihazlar. Yəni internet probleminin bir çox alt motivləri olsa da, ümumilikdə əvvəlki illərlə müqayisədə müsbətə doğru böyük fərq yaranıb. Vətəndaşlar artıq kütləvi olaraq internetdən şikayət etmirlər. Problemlər daha çox fərdi olur”.

“Hazırda internetin əlçatanlığı və keyfiyyətini tənzimləyən orqan da fəaliyyət göstərir ki, bu da məsələyə müsbət tərəfdən təsir edən amilə çevrilib. İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi bu məsələdə tənzimləməni həyata keçirir. Şikayətlərin nəzərə alınması üçün şikayət portalı yaradılıb. Eyni zamanda provayderlərin avadanlıqlarını qeydiyyata almaq üçün portal yaradılıb. Əvvəlki illərdə bu imkanlar yox idi. Bu məqamlar isə özlüyündə internetin keyfiyyətinə təsir edən amillərdir. Ona görə əvvəlki illərlə müqayisədə internet probleminin xeyli dərəcədə həll edildiyini görürük”, - deyə Abbasov vurğulayıb.

Əlavə edib ki, ölkənin böyük şəhərlərinin əksəriyyəti 95 faiz fiberoptik internetlə təmin olunub, bəzi şəhərlərlərdə isə işlər yekunlaşıb: “Rayonların fiberoptik internetlə təminatı paralel aparılır. Bəzi rayonların bir hissəsində ola bilsin işlər tam yekunlaşıb, bəzi hissələrində isə işlər davam etdirilir. Ümumilikdə ölkə üzrə 20 faiz ərazidə hələ bu istiqamətdə işlər davam etdirilir. Bu ilin sonuna ölkənin tamamilə fiberoptik internetlə təminatının yekunlaşacağı gözlənilir”.

Müsahibimizin sözlərinə görə, ölkənin keyfiyyətli internetlə təminatı üçün bu istiqamətdə işlər daimi xarakter daşımalıdır: “İnternet infrastrukturu digər ölkələrdə də daim dəyişir. Mobil internetə gəlincə isə, dünya artıq beşinci nəsil internetə keçib. Bunun da özünün faydaları, tezlikləri var. Azərbaycanda da mobil internet 5G-yə keçir. İnternetlə bağlı daim yeniliklər olacaq. Çünki yeni portallar, saytlar daha güclü internet tələb edir. Bu da bütün istiqamətlərdə nəzərə alınır. Yəni həm avadanlıqlar və cihazlar inkişaf edir, həm də internet infrastrukturu inkişaf edir”.

Müəllif: Banu Çiçək
 
 
 
Ardını oxu...
Məlum olduğu kimi, Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb.
Xəsarət alan 8 nəfər şəxsdən (5-i qadın, 3-ü kişi olmaqla) 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Anaxeber.info yada salır ki, hadisə ötən həftə olub.
Sakinlərin sözlərinə görə, liftlər nasazdır, tez-tez xarab olur, həyati təhlükə yaranır. Onlar yerli telekanallara şikayətində deyiblər ki, liftlərin yenilənməsi üçün dəfələrlə binaların komendatına bildirilib, amma faydası olmayıb. Bu azmış kimi, hadisəyə görə şirkət rəhbəri İsfəndiyar Axundov liftdən istifadə edənləri günahlandırıb. İddia edib ki, tros qırılmayıb, sadəcə, götürmə yükündən daha çox insan eyni anda liftə mindiyi üçün bu hadisə yaşanıb. Yəni utanmasan oynamağa nə var ki?! Şərurlu İsfəndiyar kimi tanınan iş adamına isə kiminsə inanması qəribə olardı. Onun adı indiyə qədər o qədər qalmaqallı işlərdə hallanıb ki, verdiyi bu açıqlamaya kimsə aldanmaz. İ.Axundovun adı mənzil fırıldağı, keyfiyyətsiz bina, tikintisi və digər məsələlərdə çəkilib. İnternet resurslarında saysız-hesabsız faktlara rast gəlmək mümkündür. O baxımdan liftin qırılmasında sakinləri qınamaq onun özünə yaraşan açıqlamadır. Üstəlik, ağır çəkili şəxslərin liftə mindiyini və bu problemin yaşandığını açıqlayıb. Halbuki telekanallara danışan sakinlər deyirlər ki, hər həftə liftlər xarab olur, bir sakin liftə minəndə, digəri gözləməyə məcbur qalır. Ümumiyyətlə, "Şərur" MTK-da binalarla maraqlanan, sakinlərin taleyinə diqqətlə yanaşan kimsə yoxdur. Ona görə ki İsfəndiyar Axundov artıq bu binaları təhvil verib, heç maraqlanmır, yeni qazanc mənbələri axtarışındadır. Hərçənd, bu hadisəyə görə ona cinayət işi açıla bilər. Hüquqşünasların rəyi budur ki, liftin qırılması nəticəsində insanlar ölə bilərdi, bəxti gətirib ölümdən dönüblər. Amma bu, Şərurlu İsfəndiyarı məsuliyyətdən azad etmir. Hazırda Xətai rayon prokurorluğu araşdırma aparır, lakin ilk gündən cinayət işinin açılmasına zərurət yaranmışdı. Üstəlik, Axundov insanları təhqir edərək deyib ki, onlardan biri 150 kq olub. Sözsüz ki, bu yalandır. Və bunu kimin deməsi də qəribədir. Bütün hallarda işə hüquqi qiymət verilməlidir. Söhbət 8 insanın aqibətindən və xəsarət almasından gedir. Eyni zamanda, şansı gətirib ölməyən bu sakinlərin sayəsində indi bütün binaların liftləri yenilənməlidir, təhlükəsizlik təmin olunmalıdır.
Onu da deyə ki, Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun qaranlıq biznes şəbəkəsi ilə bağlı zaman-zaman məlumatlar yayılıb: inşa etdirdiyi yeni tikililərdə bir mənzili beş adama satmaq; fırıldaq yolu ilə insanların milyonlarla pulunu mənimsəmək və s. Bu şəxsin adının qarşısına bütün qeyri-qanuni əməlləri düzmək mümkündür. Amma nə fayda?! Bütün bunlara rəğmən, İsfəndiyar Axundov eyni fəaliyyəti davam etdirməkdə davam edir. “Şərurlu İsfəndiyar”ın keçmiş MTN şefi Eldar Mahmudovla qaranlıq əlaqələrə malik olduğuna dair xəbərlər də yayılmışdı.

Anaxeber.info
 

Dünyapress TV

Xəbər lenti