Ardını oxu...
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Ölkənin ən böyük ət məhsulları istehsalçısı olan “Səhliyalı” Kiçik Müəssisəsi cərimələnib.Tribunainfo.az xəbər verir ki, aparılan yoxlama zamanı məlum olub ki, müəssisə İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 448-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

“Səhliyalı” şirkəti ilə bağlı iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 22 noyabr tarixində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, Səhliyalı” Kiçik Müəssisəsi 1996-cı ildə fəaliyyətə başlayıb. Şirkətin “1000 bərəkət, halal nemət” ticarət nişanı isə 2009-cu ildən bəri fəaliyyətdədir.

“Səhliyalı” şirkətinin direktoru Rövşən Knyaz oğlu Səmədovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
 
 
Ardını oxu...
Naxçıvan Səhiyyə Nazirliyində aparılan korrupsiya araşdımalarından sonra bir neçə yüksək vəzifəli şəxsin saxlanıldığı bildirilir. Onlar haqqında həbs-qətimkan tədbiri seçild gözlənilir. Bu haqda „Gündəlik Naxçıvan“a nazirlikdəki mənbələr məlumat verib. Məlumata görə, nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir. O, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti və Naxçıvan „Tibb Müəssisələrinin İdarəetmə Birli“yi ilə əlbir olub, milyonlarla manatı mənimsəməkdə ittiham olunur. Bu iki qurumun rəhbərlərinin də saxlanılanlar arasında olduğu bildirilir.
Mənbənin bildirdiyinə görə, noyabrın 20-də nazirlik əməkdaşları ilə birlikdə muxtar respublikadakı bütün xəstəxanaların direktor və vəzifəli şəxsləri yerli DTX-ya aparılıblar:
“Üç gündür ki, nazirlikdə yoxlamalar gedirdi. Bu gün müavinlər də daxil olmaqla bir neçə vəzifəli şəxsİ gəlib, DTX-ya apardılar. Bundan əlavə bütün xəstəxanaların rəhbərliyini DTX-ya yığıblar. Söhbət milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsindən, rüşvət hallarından gedir. Dindirildikdən sonra onların çoxunu sərbəst buraxıblar. Deyilənə görə, hədəfdə nazirdir. Agentliyin rəbhəri Vüsal Məmmədov və Tibbi Sığorta müridi Elnur İbrahimovun saxlanıldıqları dəqiqdir. Onlar nazirlə əlbir olub, milyonlala manatı mənimsəməkdə ittiham olunurlar. Digər saxlanılanlarla bağlı hələlik dəqi məlumat yoxdur deyə, ad çəkə bilmərəm”.
Səhiyyə əməkdaşları bu qurumdakı korrupsiya və rüşvət halları ilə bağlı „Gündəlik Naxçıvan“a zaman-zaaman məlumatlar veriblər. Onların məlumatına görə, əsas yeyintilərdən biri də büdcə kəsirlərini doldurmaq adı altında tibb işçilərinin maaşlarının mənimsənilməsidir.
 
Ardını oxu...
Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, İlham Məmmədov küçəsi 26-89-da yaşayan Xasiyev Əliyar Hacı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Xasiyev Əliyar Hacı oğlu, yazaraq bildirirəm ki, 15 mart 2024-cü il tarixində “UPSİLON” şirkətində işə başlamışdım. Bu zaman ikilikdə bağlanan müqaviləni görməmişəm. Mənə 1800 manat əmək haqqı, 250 manat öz maşınıma görə xərc, yanacaqla təminat və ezamiyyət xərci söz verilmişdi.

Birinci ay əmək haqqım vaxtında ödənilsə də, ikinci aydan etibarən pul ödənişlərində problem yarandı. Yəni verilən vədlərin heç birinə əməl olunmadı.

İlk günlərdən Beyləqan rayonunda 22 kənd və magistral xəttinin tikintisi işinə başlamışdıq. Sonra isə Lerik rayonun 145 kəndinin tikintisi əlavə olundu. Hər rayona tikinti işlərinə mühəndislər dəvət etdim. Lakin mənim ödənişlərimin aparılmasında şirkət tərəfindən gecikmələr oldu.

İşin ilk günlərindən bizə nəzarət işlərinə Qasım adlı bir nəfər rəhbərlik edib. O, pul məsələsini həll edirdi. Əmək haqqı kartıma iki dəfə 600 manat, bir dəfə isə 214 manat pul köçürülüb.

08.07.2024-cü il tarixdə məni işdən azad etmələrini və bağlanmış müqaviləmə xitam verilməsini xahiş etdim. Mən çıxandan sonra fəhlələrin pulu verilmədi.

Qeyd edim ki, 20-yə yaxın fəhlə polisə müraciət edib. Lerik rayon prokrurluğunda bu işlə bağlı cinayət işi başlanılıb. Mənə də söz verildi ki, pullarımı geri alacağam, lakin heç bir ödəniş olmadı.

Məsələ ilə bağlı Əmək Müfəttişliyinə müraciət etdim. Sənədlərimi və əmək haqqı kartımdan çıxarışları təqdim etdim. Çox təəssüf ki, nəticə sıfra bərabər oldu. Təkcə mənim əmək haqqımı vermədikləri üçün həmin şirkəti cərimələyiblər.

Mənə vurulan ziyandan əlavə, əmək kitabçamı da şirkətdən geri ala bilmirəm. Şirkət işçilərin əmək haqqında etdiyi saxtakarlıqlardan əlavə, saysız-hesabsız yeyintilərə və vergidən yayınma hallarına da yol verib.

“UPSİLON” şirkəti rabitə işlərinin görülməsi üçün “Azinvest Telecom Technology” QSC şirkətindən milyonlarla avans pul alıb. Lakin bu dövlət vəsaitinin hara xərclənməsi məlum deyil.

Xahiş edirəm, mənə dəyən maddi ziyanın və 5 aylıq ezamiyyət xərcinin, ən əsası da əmək kitabçamın verilməsində mənə köməklik göstərəsiniz.

Onu da bildirim ki, Əmək Müfəttişliyinə əmək kitabçamın verilməməsi və məni sistemdən çıxarmamaqları barədə müraciət etmişdim. Onlar da şirkəti mənim əmək haqqımı vaxtında ödəmədikləri barədə cərimə ediblər. Bu məsələ ilə bağlı az cərimə nəzərdə tutulur. İşdən ayrılma ərizəmi yazandan sonra, məni 1 ay 25 gün sonra işdən azad ediblər. Bu hala görə şirkəti 52 min manat cərimə gözləyirdi.

Respublika Prokrorluğunun 961 qaynar xətti vasitəsilə həm də onlayn şikayət etmişəm. Lakin heç bir nəticə yoxdur.

Fəhlələrə verilən pullar işə heç bir aidiyyatı olmayan, sadəcə VÖEN olan 4 nəfərin adına, hərəsinə 15 min manat pul köçürülüb. Bu da böyük məbləğdə vergidən yayınma faktlarıdır. Lerik rayon Prokurorluğunda izahatımı açıq-aşkar yazmışam. Lakin onlar da mənim haqqımı kobudcasına pozublar".

P.S Qeyd edək ki, tikinti sektorunda illərdir fəaliyyət göstərən “UPSİLON” MMC şirkəti məktəblər, parklar, ofislər və bir sıra dövlət əhəmiyyətli tikinti layihələrinin tikintisini həyata keçirmişdir.

Aynurə İSMAYIL

Redaksiyadan: İddialarla bağlı qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 

        
Ardını oxu...
Bakıda keçirilən COP-29 tədbirinin müddəti uzadılıb.

İlkin plana əsasən noyabrın 22-də yekunlaşmalı olan konfrans, ayın 23-də də davam edəcək.

Bu qərar tədbirin gündəliyindəki mühüm məsələlərin tam həll olunması və iştirakçı dövlətlərin fikir mübadiləsinin effektiv şəkildə davam etməsi üçün qəbul edilib.

Xatırladaq ki, COP-29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin müzakirə edildiyi mühüm beynəlxalq platformadır və tədbirdə dünya ölkələrinin nümayəndələri iştirak edir.

ajans.az
 
Ardını oxu...
Azərbaycanda işsizlik get-gedə artır. Buna aradan qaldırmaq üçün iş yerləri açılmalıdır.
Bunu Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirəsi zamanı Tənzilə Rüstəmxanlı deyib.

“Mənim qəbulumda olanların əksəriyyəti iş problemindən şikayətlənirlər. Seçildiyim bölgə pambıqçılıq bölgəsidir. Pambıq zavodu var. Olmaz ki, orada tikiş fabriki açılsın? Turizm bölgəsidir, ancaq onun üçün heç bir şərait yoxdur. Bunları demədən keçə bilməzdim. Nefçalada insanların çox problemi var. Nefçala kimi bölgəyə yay ayında bir dəfə su verilir”, - deputat vurğulayıb.

Faktinfo.az
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasi Dövlət Su Ehtiyatlari Agentliyi tərəfindən 06.09.2024-cü il tarixində “Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması”nın satınalınması ilə əlaqədar elan edilmiş açıq tender prosedurunda Bakı şəhəri, Nəcəfqulu Rəfiyev, 17 ünvanında qeydiyyatda olan “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin Cəmiyyətlə 12.430.027,54 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur.

Məlumat Naxçıvan Muxtar Respublikasi Dövlət Su Ehtiyatlari Agentliyi tərəfindən dövlət satınalmalarının vahid internet portalına 14.11.2024-cü il tarixdə yerləşdirilib.

Qeyd edək ki, dövlət qurumundan 12 milyon manatdan çox sifariş udan bu şirkər ətrafında ətraflı araşdırma apardıq. MMC-nin rəsmi veb saytında qeyd olunan məlumatlara görə HOVERS GROUP Məhdud Məsuliyyətli Cəmiyyəti 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edilmişdir. Gənc və sürətlə inkişaf edən şirkət bərpa və tikinti, eləcə də dizayn layihələri xidmətlərinin həyata keçirilməsi ilə məşğul olur. Bir çox müxtəlif miqyaslı və mürəkkəb layihələrin arxasında Hovers Group adı vardır. Tikinti və bərpa işləri müasir tikinti texnologiyalarından və avadanlıqlarından istifadə edən yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Şirkət həmçinin Bakıda, Hovers Beton zavodunda hər növ markalı beton istehsalını, Metal zavodunda isə istənilən formalı metal tir istehsalını həyata keçirir və bu tikinti materiallarının lazımi istiqamətlərə çatdırılmasını təmin edir.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, MMC son 5 ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə ümumi dəyəri 7 653 8oo manat dəyəri olan 3 satınalma müaviləsi, Mənzil İnşaatı Dövlət Agentliyi “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi dəyəri 41 626 681 manat dəyəri olan 3 satınalma müaviləsi bağlayıb.

Bunlardan əlavə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti ilə ümumi dəyəri 2 552 433 manat dəyəri olan 2 satınalma müaviləsi, Gənclər və İdman Nazirliyi ilə Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üzrə 18.197.058,59 manat dəyəri olan 1 satınalma müaviləsi, Kənd Təsərrüfatı Nazirliyi ilə Qobustan rayon Cəngi ərazisində yararsız “Pestisid” dərman tullantılarının mövcud saxlanılma Poliqonunun təmiri üzrə 552.437,95 manat dəyəri olan 1 satınalma müaviləsi bağlamışdır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HOVERS GROUP” (VÖEN: 1501843641) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.07.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 345 720.00 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ABBAS SƏHHƏT, ev 73, qanuni təmsilçisi kimi isə Zeynalov İlqar Adıgözəl oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin reyestrində edilmiş dəyişiklikdə isə “Hovers Group” MMC-nin BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AZADLIQ PR., ev 114, mənzil 76 ünvanında Səbuhi Knyaz oğlu Mehdizadə tərəfindən təsis edildiyi göstərilir. O 2015-ci ilin fevralına qədər MMC-nin qanuni təmsilçisi olub. Ondan sonra MMC-yə müxttəlif vaxtlarda Hümbətov Cəmşid Ellər oğlu, Rəhimov Şəhriyar Kamal oğlu qanuni təmsilçilik edib.

Apardığımız daha ətraflı araşdırmalar zamanı məlum oldu ki, “Hovers Group” MMC-nin təsisçisi Səbuhi Knyaz oğlu Mehdizadə Prezident İlham Əliyevin 15 iyul tarixli sərəncamı ilə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin müavini vəzifəsinə təyin olunub.

Mediada yer alan məlumatlara görə sözügedən Nümayəndəlikdə baş məsləhətçisi vəzifəsində çalışan Səbuhi Knyaz oğlu Mehdizadə xüsusi nümayəndənin müavini olub. Səbuhi Mehdizadə Xüsusi nümayəndəlikdən öncə bir sıra vəzifələrdə çalışıb. O, buna qədər kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, “Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. Hazırda o, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.

Göründüyü kimi Səbuhi Mehdizadə bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb. Təsisçisi olduğu “Hovers Group” MMC isə işlədiyi qurumlardan son beş ildə 70 milyon manata yaxın dövlət sifarişi alıb. Göründüyü kimi, şirkət 2011-ci ildə yaradılsa da milyonlarla manat dəyəri olan tenderləri son 5 ildə, Səbuhi Mehdizadə yüksək vəzifələrdə çalışdığı dövrlərdə əldə edib. Belə olmasaydı, şirkət hər il 10 milyonlarla dəyəri olan tenderi qazana bilərdimi?

Aktualinfo.org
Ardını oxu...
Sabunçu qəsəbəsi, şəhər şossesi, 1-ci döngədə yaşayan sakinlər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər iddia edirlər ki, öz vəsaitləri ilə təmir etdirdikləri yolu SOCAR əməkdaşları qazaraq bərbad günə qoyub, üstəlik düzəltmədən də gediblər:

“Hörmətli redaksiya!

Sizdən xahiş edirik ki, problemimizi işıqlandırın, bəlkə bundan sonra gəlib qazdıqları böyük çuxurları bağlayarlar.

Qeyd edek ki, biz qonşular, yolun bərbad halından bezərək, öz aramızda müəyyən bir məbləğ toplayıb, asfalt qırıqlarından yol saldırdıq. SOCAR-ın işçiləri boru çəkmək adı ilə gəlib bütün yolu darmadağın etdilər. 3 ay ərzində yolu bərbad hala saldılar.

Fikirləşirdik ki, yəqin işləri bitəndən sonra yolu əvvəlki halına salacaqlar. Lakin yolu qazdıqları kimi də qoyub getdilər.

Müraciət etmədiyimiz qurum qalmayıb, hər biri boynundan atır.

Bundan əlavə, ərazidə zibil qutuları 1 aydır ki, yığılmır. Çirkab və qoxu evlərə gəlir. Baxımsız, yaddan çıxmış bir ərazidə yaşayırıq”.

Əraziyə aid şəkillərin hər biri dediklərimizu sübut edir:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
 
 
 

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.

"Ölkə.az" Oxu.Az-a istinadla xəbər verir ki, yüksək vəzifəyə təyin olunan Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə dünyaya gəlib.

General-mayor hazırkı iş yerindən əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Fərid Əliyev 2023-cü ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.

Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Fərid Əliyevə "general-mayor" ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Əlibaba Əliyev 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Daha sonra sabiq icra başçısı Prezident Administrasiyasında Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

Ardını oxu...
Özünü "Ölkənin ən böyük mobil operatoru" adlandıran "Azercell"in fəaliyyətilə bağlı abunəçilərin məmnunluq faizinin aşağı olması bir faktdır. Elə buna görədir ki, son günlər ayrı-ayrı sosial şəbəkələrdə "Azercell" mobil operatoruy istifadəçilərinin giley-güzarları da artmaqdadır. Və bizlər də "DİA-AZ" olaraq bu vətəndaş rəylərini diqqətinizə təqdim edirik.

Bu dəfə isə fəqrli bir məqama diqqətiniz yönəldəcəyik. Tanınmış ekspert Elçin Bayramlı özünün sosial şəbəkə hesabında sözügedən mobil operatora əyani qiymətləndirməni nümayiş etdirən bir kollajı təqdim edib. Biz də TEREF olaraq onu nəzərinizə çatdırırıq.
Ardını oxu...
TEREF "Azercell"ində\ mövqeyini dərc etməyə hazırdır!
 
 
 

Dünyapress TV

Xəbər lenti