Ardını oxu...
Şirvan şəhər sakini Babayeva Elmira Bayım qızı şəhər Mərkəzi Xəstəxanasındakı özbaşınalıqdan şikayətçidir. Tribunainfo.az-a göndərdiyi şikayət məktubunda sözügedən şəxs bildirir ki, aylardır yollarda qalıblar.
O qeyd edib ki, Xavandi Samit Sədulla oğlu beyin insultu keçirib. O bildirib ki, əri yataq xəstəsidir, danışa bilmir, özü yemək yeyə bilmir. “22.09.2024-dən 14.10.2024-cü ilədək Şirvan şəhər Mərkəzi Xəstəxanasında yatıb. Müalicə həkimi Elşən Qafarovdur. O, həm də həkim məsləhət komissiyasının üzvüdür. Mənim yoldaşıma əlillik təyin olunmalı olduğu halda xəstəni və bizi süründürməçiliyə salıb. 4 dəfə qəbulunda olmuşuq. Xəstənin də vəziyyəti ilə tanış olmasına baxmayraq hər dəfə bir bəhanə gətirərək komissiyaya gəlmə tarixinin növbəti cümə axşaml günlərinə təyin edirdi”.
Elmira Babayeva yazır ki, bir neçə gün bundan əvvəl qəbulunda olduqları Elşən Qafarov komissiya üzvü kimi özü özünü inkar edib. “Deyir ki, xəstənin vəziyyəti düzgün qiymətləndirilməyib. Xəstəyə I qrup əlillik təyin olunmalıdır. Bunun üçün xəstə yenidən 1 həftə xəstəxanada yatmalıdır və yalnız 3 ay sonra onun əlillik məsələsinə baxıla bilər. Gah da deyir xəstənin vəziyyəti Bakıda dəyərləndirilməlidir. 1-cisi xəstənin müalicə həkimi elə o Elşən Qafarovun özüdür. Həkim kimi özü özünü nə üçün inkar edir ?! 2-si 22.09.2024-dən 14.10.2024-cü ilədək xəstəxanada müalicə alarkən bu vəziyyətdə olan xəstəni yenidən 1 həftə xəstəxanaya yerləşdirmək hansı məntiqə sığır ?”
Şirvan sakini deyir ki, ailəsinin maddi durumu ağırdır. 7 nəfərlik ailə üzvləri bir yerdə yaşayır. “Ağır vəziyyətdə olan həyat yoldaşıma baxdığım üçün işləyə bilmirəm. Demək olar ki, ölüm ayğında olan həyat yoldaşıma əlillik verilməsi üçün kommisiyada qəbul edib ona rəy vermək üçün bizi süründürürlər”.
Şikayətçi şikayətinin araşdırılmasını, həyat yoldaşına əlillik dərəcəsinin verilməsini istəyir. Bununla əlaqədar olaraq, o, dövlət başçısı və Birinci Vitse-Prezidentə müraciət edərək, onlardan kömək istəyib.
 
Ardını oxu...
Əslən Qubadlıdan olduğu, arxasında yuxarıdakıların dayandığı deyilən Novruz Həsənovun rəhbərlik etdiyi “Capital City” tikinti şirkəti paytaxtın Nəsimi rayonundakı Mərdanov qardaşları və Abbas Səhhət küçələrinin kəsişməsində yaşayan sakinlərin də sakit həyat tərzini pozmaqdan çəkinməyib. Hətta onlar yatarkən, heç bir xəbərdarlıq olmadan başlarına uçurdulub, məhv edilən evləri və xırda obyektləri artıq su altındadır. Belə çıxır ki, şirkət dağıntıda israrlıdır və rəhbərinin dünya vecinə deyil.

Dağıntı baş verən yerə baş çəkən araz.az-ın əməkdaşına sakinlər deyiblər ki, paytaxtın bu ərazisində adıçəkilən tikinti şirkəti xeyli müddətdir mülk sahiblərinin sakitliklərini pozmaqda davam edir. Mediada daha öncələr də bu haqda yazılıb, lakin tikinti şirkəti sakinləri mülklərindən didərgin salmaqda, evləri məhv etməkdə israrlıdır. Onların təbirincə desək, artıq, “Capital City” “hücum səmtini dəyişib, bu istiqamətdə qələbəyə doğru gedir”. Əvvəlki qanunsuzluqlar barədə əlaqədar dövlət qurumlarının hamısı xəbərdar edilsə də, indiyədək dərdlərinə əlac edən tapılmayıb.

“Şübhəsiz, eyni aqibəti biz də yaşayacağıq. Məcburiyyətdən, ölkə rəhbərliyinə – Prezidentə, Birinci Vitse-Prezidentə müraciət edərək, bizə qarşı edilən bu qanunsuzluqların qarşısının alınmasını xahiş edəcəyik. Başqa əlacımız qalmayıb“, — narazı sakinlər deyirlər.

Şikayətçilərin sözlərinə görə, müraciətlərində onu da qeyd edəcəklər ki, nizamnamə kapitalı çox aşağı məbləğdə olan, MMC kimi tanınan bu tikinti şirkətinin bu layihəyədək həyata keçirdiyi bütün tikinti işləri səs-küylü olub. Etdikləri özbaşınalıqlara görə, rəhbər kreslosunda oturanlar “dəmir barmaqlıqlar” arxasına da düşüb: “Əmin deyilik ki, MMC başladığı layihəni icra edib, uğurla sona çatdıra biləcək. Çünki bu ətrafda yüzlərlə sakin var, belə bir şirkətin edə biləcəyi iş deyil ki, hamı evlə, kompensasiya ilə təmin edilə bilsin. Habelə, bu, dövlətin uğurlu pilot layihəsi olmadığı üçün, biz işin yekunlaşdırıla bilməsinə inanmırıq. Həm də, bu ərazi çox böyükdür və gələcəkdə bu adamlar evsiz-eşiksiz qalan narazı kontingentə çevrilə bilər.

Üstəlik, bu MMC-nin nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə, tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqavilələri yoxdur. Şirkət, sadəcə, BŞİH-dən bu ətrafdakı ərazidə tikinti aparmağa razılıq alıb, heç bir öhdəlik götürməyib. Ölkə mətbuatının da əvvəllər yazdığı kimi, ən pisi odur ki, BŞİH və Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaşları qorxutmağa çalışırlar, sanki şirkətin “vəkili” rolunda çıxış edirlər.
Həmin yazılarda da deyildiyi kimi, bu MMC sakinlərdə xof yaratmaq üçün, ərazidəki bir-neçə mülk sahibləri ilə gizli danışıqlara gedərək, bəzilərini aldadaraq, söküntü görüntüsünü yaratmaq məqsədi ilə, həmin evlərin qapı-pəncərələrini, divarlarını söküb. Üstəlik, qəsdən həmin yararsız hala saldıqları evlərə heyvan iç-çalatları ataraq, süni şəkildə üfunət qoxusu yaradıb, sakinləri didərgin salmağa çalışıblar. Həmçinin, burada qapı-pəncərəsi olmayan mənzillər uzun müddət narkomanların və qeyri-əxlaqi hərəkətlər edən ünsürlərin “yuvasına” çevrilib. Uşaqlarımızı həyətə buraxa bilməmişik.

Faktiki olaraq, zorakı şəkildə – bizim razılığımız alınmadan, bu yerin taleyinin də sual altında qalaraq, kompensasiya almadan və qanunsuz şəkildə mülklərimizin söküntüsü davam etdirilib”.

Doğrudan da, MMC-nin bu sahədə törətdiyi özbaşınalıqlar ölçüyəgəlməzdir. Götürək, elə burada yerləşən “1001 xırdavat” mağazasının sahibi Yusif Bayramovun başına gətirilənləri: Ona da, indiyədək heç bir xəbərdarlıq edilməyib. Özünün dediyi kimi, razılıq üçün, indiyədək onunla danışığa gələn də olmayıb. Səhər mağazasının qapısını açanda görüb ki, qonşu evin divarları yerlə-yeksan edilib. İndi daxili fotogörüntüsünü təqdim etdiyimiz bu mağazasında satışa qoyduğu bütün xırdavat təhlükə altındadır. Yağış suyu, divarın hər an çökə biləcəyi onu yaman qorxuya salıb: “Xeyli müddətdir ailəmi bu mağazam hesabına dolandırmışam. Bundan sonra nə edəcəyimi bilmirəm! Heç olmasa, gəlib deyən belə yoxdur ki, obyektimin əvəzini verəcəklər. Hüquq-mühafizə orqanlarına etdiyimiz şikayətlərin də nəticəsi olmur”.

Sonda, qəti şəkildə onu demək istəyirik ki, bu ünvanda yerləşən mülk sahiblərini belə incitmək mövcud qanunlarımızın tələbləri çərçivəsinə sığmır. Axı, bunu kim bilmir ki, yaşayış ərazisində hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən tikintiyə hazırlıq işlərinin aparılması, köçürülmüş sakinlərin belə evlərinin sökülməsi, mülklərə daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması qadağandır. “Capital City” MMC isə, qanunları pozmaqda davam edir, dövlət qanunlarına tabe olmamaq üçün, hər vasitəyə əl atır, ərazini viran qoymaqda davam edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Məhi ELSEVƏR,

araz.az xəbər portalı.
 
 
 
Ardını oxu...
"Günəş enerjisindən istifadə hazırda ölkəmizdə qeyri-neft sektorunda fəal olan tikinti sektorunda Mənzil-Tikinti Kooperativləri (MTK) üçün sərfəli seçimdir. Bakı və Abşeron yarımadasında MTK-ların Günəş enerjisindən istifadəsi üçün əlverişli imkan var".

Bunu ölkədəki tanınmış enerji şirkətlərindən birinin direktoru deyib.

O qeyd edib ki, yaşayış komplekslərinin saxlanması üçün hər gün xeyli elektrik enerjisi sərf olunur – blokların, həyətlərin, qarajların işıqları, liftlər, su motorları və bu kimi başqa enerji sərfiyyatçıları üçün bərpa olunan enerjidən istifadə mümkündür.

O əlavə edib ki, bu, yaşayış komplekslərinin kommunal xərclərini azaltmaqla bərabər, kompleksin əmlak dəyərini artıraraq daha cəzbedici edə, ətraf mühitə həssas sakinlərin rəğbətini qazana bilər:

"Qeyd olunan üstünlüklərdən əlavə, MTK-lar ölkə qanunvericiliyindəki dəstək mexanizmindən faydalanaraq, istifadə edilməyən enerjini şəbəkəyə sata da bilər. “MTK-ların günəş enerjisindən istifadəsi böyük sahələrdə günəş panelləri quraşdırmaqla, Azərbaycanın yaşıl enerji ilə bağlı hədəflərinə çatmasına dəstək göstərər”.

Qeyd edək ki, bu gün ölkədə fəaliyyət göstərən MTK-lar binalara Günəş panellərinin yerləşdirilməsində heç də maraqlı deyil. Bu da yəqin ki, onların yüksək məbləğdə kommunal haqq toplamasına şərait yaradır.

Bəs vətəndaşlar nə vaxt MTK-ların bu "oyunundan" azad ola biləcəklər?

REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli "Cebheinfo.az"-a bildirib ki, bu istiqamətdə səslənən fikirlər doğrudur, sadəcə niyə həyata keçirilməməsi sual doğurur:

"Dünyanın bir çox ölkəsində binaların ən azından fasadlarının, daxildə ümumi istifadə məkanlarının işıqlandırılmasında Günəş enerjisindən istifadə ilə bağlı çoxlu nümunələr var. Azərbaycan isə bu anlamda idealdır. Çünki Azərbaycanda günəşli hava günlərinin sayı təqribən 250-300 gün arası dəyişir. Yəni, bunun üçün ölkədə kifayət qədər təbii şərait var. Onda bu prosesin həyata keçirilməsinə nə mane olur? Günəş panellərinin quraşdırılması o qədər də çətin deyil. Deməli, lisenziyalaşma, icazələrin verilməsi, texniki şərt kimi amillər sadələşdirilməlidir. Vətəndaşların Günəş enerjisini əldə etmək imkanları sadələşdirilməlidir”.

Ekspert bildirib ki. Azərbaycanda bununla bağlı ciddi problemlər var:

“Aran rayonlarının birində vətəndaş öz evinin damını Günəş panelləri ilə örtüb, özü üçün elektrik enerjisi istehsal etmək istəyirsə, bununla bağlı o qədər icazələr, prosedurlar var ki, insan o fikirdən imtina edir. Deməli, istiqamət, düşüncə doğrudur, onun həyata keçirilməsi üçün qaydalar hazırlanmalıdır. Yəni, sadə prosedurlarla insanlar həm texniki şərt, həm icazə almalı, həm öz binaları, evləri, həyətyanı sahələrinin işıqlandırılmasında Günəş enerjisindən istifadə etməyə imkanları olmalıdır.

Bundan başqa, təşviq siyasəti də olmalıdır. Dünyanın bir çox yerlərində, o cümlədən qardaş Türkiyədə vətəndaş öz istifadəsindən artıq Günəş panelləri vasitəsilə elektrik enerjisi istehsal edirsə, onu dövlətə, yaxud elektrik enerjisi şəbəkəsinə sata bilər. Bu da çox vacib məsələdir. Bu zaman vətəndaşın özü üçün lazım olan elektrik enerjisini istifadə etdikdən sonra yerdə qalan depolanmış enerjini şəbəkəyə geri qaytara və bundan pul qazana biləcəksə, stimul yaranacaq. Yəni, ideyalar yeni deyil, sadəcə həyata keçirilmə mexanizmləri ilə bağlı problemlər olduğundan lənğiyir”.

MTK-ların kommunal xərclərlə bağlı indiki vəziyyətdən faydalanmasına gəldikdə isə ekspert bunu da mümkün sayır:

"Qanun icazə verir ki, orada yaşayan vətəndaşlar idarəetməni öz əllərinə götürsünlər. Bu prosedur da asanlaşmalıdır. Məm şəxsən bunun da nə qədər çətin prosedur olduğunu gördüm. Sadə prosedur olmalıdır, qanun icazə verir, amma həyata keçirilmə mexanizmləri çətindir. Yəni, vətəndaş öz binasına idarə heyəti seçəcəksə, onlar daha maraqlı olacaqlar ki, bütün xərclər aşağı düşsün. Həm bloklar, hətta liftləri Günəş enerjisi ilə çalışdıraraq ümumi binanın xərclərini aşağı salmaq mümkündür".
 
Ardını oxu...
Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Kontakt Home”un sahibi olan “ABC-Telecom” MMC-nin məhkəmə müraciətləri bitib-tükənmək bilmir.

Poliqon-nun məlumatına görə, Məhkəmə portalından görünən məlumatlara görə, ötən ay “ABC-TELECOM” MMC (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) 2823 problemli kreditlə bağlı ölkə məhkəmələrinə müraciət edib. Ümumilikdə öt ən ay məhkəmələrdə “Kontakt Home” mağazalar şəbəkəsinin 3623 işi olub.

Bu iddialıarın bir çoxuna artıq baxılsa da, “Kontakt Home” mağazalar şəbəkəsinin problemli kreditlərlə bağlı məhkəmələrə müraciəti bu ay da azalmayıb. Bizim əldə etdiyimiz məlumata görə isə “Kontakt Home” mağazalar şəbəkəsinin problemli kreditlərlə bağlı riskləri hər gün daha da böyüyür. Həmçinin bizə daxil olan məlumata görə, məhkəmələrin icra orqanlarında “Kontakt Home” mağazalar şəbəkəsinin minlərlə məhkəmə qərarı var və bu qərarların böyük əksəriyyətinin icrası ilə bağlı problemlər yaşanır.

Qeyd edək ki, bu ayın statistikası da “Kontakt Home” üçün heç də ürək açan deyil. Belə ki, bu həftənin ilk iş günündə “ABC-TELECOM” MMC-nin vəkilləri 22 məhkəmədə borcla bağlı iddia qaldırıblar. Ötən həftə isə 323 vətəndaşa qarşı iddia irəli sürülüb. “ABC-TELECOM” MMC-nin bu ayın məhkəmə statistikası isə 1116 iddia təşkil edib.

Ümumilikdə isə hazırda “ABC-TELECOM” MMC-nin məhkəmələrdə 2837 işi var.

Qeyd edək ki, “ABC-TELECOM” MMC tərəfindən təsis olunan “Kontakt Home” sabiq deputat Elnur Abdullayevə məxsusdur. Tanınməş iş adamının adı zaman-zaman qalmaqallarda da halalnıb.
 

Ardını oxu...
  

2025-ci ilin büdcə müzakirələri başladı; növbəti ildə inflyasiyanın 5.8 faiz səviyyəsində olacağı proqnozlaşdırılır

Noyabrın 25-də Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin və büdcə zərfinin müzakirə olunduğu iclasda baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirdi.

Spiker bildirdi ki, bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilir: “Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bununla yanaşı, ölkəmiz COP29 Konfransı ilə əlaqədar, bayaq da qeyd etdiyim kimi, yaşıl enerjiyə keçid sahəsində irimiqyaslı layihələr həyata keçirir. Qeyri-neft sektoruna, xüsusən kənd təsərrüfatı, turizm və texnologiyalar kimi sahələrə böyük diqqət yetirilməsi ölkəmizin iqtisadi müstəqilliyini daha da möhkəmləndirir və inkişaf perspektivlərini genişləndirir. Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi milli gündəliyimizin ön sıralarındadır. Məqsədyönlü investisiyalar, həyata keçirilən infrastruktur, ağıllı şəhər və kənd layihələri sayəsində Qarabağ və Şərqi Zəngəzur tərəqqi və innovasiyalar mərkəzinə çevrilir. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə böyük əhəmiyyət verilir. İnsanların rifah halı daha da yaxşılaşdırılır, əməkhaqları və pensiyalar artırılır, keyfiyyətli səhiyyə və təhsilin əlçatanlığı təmin edilir”.

S.Qafarova qeyd etdi ki, 2025-ci ilin dövlət büdcəsi iqtisadi inkişaf, dayanıqlılıq və inklüzivlik təməlləri üzərində qurulub: “Büdcə iqtisadi tərəqqi ilə  sosial məsuliyyətin tarazlığına əsaslanır.  Və dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ildən-ilə artması ölkəmizin ardıcıl və dinamik inkişafını nümayiş etdirən ən mühüm göstəricilərdir. Məmnunluqla qeyd etmək olar ki, gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə - müvafiq olaraq, 38,3 milyard manat və 41,4 milyard manata yaxın məbləğdə proqnozlaşdırılır. 2025-ci ilin dövlət büdcəsinin prioritetləri ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. Və əminliklə söyləmək olar ki, Azərbaycan hökumətinin səmərəli fəaliyyəti gələn il büdcə siyasətinin bütün istiqamətlərində qarşıya qoyulan hədəflərin əldə olunmasına imkan yaradacaq”. 

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmraslanov bildirdi ki, 2025-ci ilin dövlət büdcəsi Prezidentin müəyyən etdiyi təşəbbüsləri, milli inkişaf predmetlərindən irəli gələn sosial iqtisadi hədəfləri əhatə edir.  Komitə sədri növbəti ildə ÜDM-in 3-4 faiz artacağını dedi. Eyni zamanda bildirdi ki, 2025-ci ildə inflyasiyanın 4-6 faiz olacağı gözlənilir: “Büdcə kəsiri 3 milyarddan bir az çox olacaq. Dövlət büdcəsinin 49 faizi neft, 51 faizi isə qeyri-neft sektorundan gələcək. Şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı gələn il də davam etdiriləcək. Minimium əmək haqqı və pensiyaların artırılması, pensiyaların indeksləşdirilməsi gözlənilir. Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir”.

A.Əmiraslanov bildirib ki, hazırda ölkənin valyuta ehtiyatları 73 milyard ABŞ dolları təşkil edir: “Bu da ilin sonuna gözlənilən ümumi daxili məhsulun dəyərinə bərabər olmaqla 5,3 milyard ABŞ dolları təşkil edən birbaşa xarici borcdan 14 dəfə çoxdur”. Komitə sədri qeyd edib ki, Azərbaycanın büdcəsinin sosial xərcləri Ermənistanı 50 faiz üstələyir.

Ardını oxu...

Maliyyə naziri Samir Şərifov büdcə barədə əhatəli çıxış etdi: “2025-ci ilin dövlət büdcəsinin xərcləri 41 367,7 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1625,0 milyon manat və ya 4,1 faiz çoxdur. Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 1928,0 milyon manat və yaxud 5,3 faiz çoxdur. Dövlət gəlirlərinin 49 faizi və ya 18773,0 milyon manatı neft-qaz sektorunun, 51 faizi və ya 19543,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür, bu isə cari illə müqayisədə 924,0 milyon manat və yaxud 5 faizdən artıqdır".

Nazirin çıxışında diqqətə çatdırılıb ki, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti hesabına 14481.0 milyon manat gəlirlər təmin olunacaq: “Gələn il vergi orqanlarının xətti ilə 15500,0 milyon manat məbləğində daxilolmalar nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 230,0 milyon manat və ya 1,5 faiz çoxdur. O cümlədən qeyri-neft sektoru üzrə 11670,0 milyon manat, cari illə müqayisədə 980,0 milyon manat və ya 9,2 faiz çox vəsaitin daxil olması nəzərdə tutulur. Gömrük orqanlarının xətti ilə büdcəyə 6600,0 milyon manat, cari illə müqayisədə 165,0 milyon manat və ya 2,6 faiz çox daxilolmanın təmin edilməsi nəzərdə tutulur. 2025-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3052,0 milyon manat məbləğində nəzərdə tutulub. Cari illə müqayisədə 303,0 milyon manat və ya 9 faiz artacaq. Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,4 faiz təşkil edəcək. Büdcə kəsrinin maliyyələşdirilməsi ənənəvi mənbələr hesabına - özəlləşmədən daxilolmalar, daxili və xarici borclanma və 2025-c ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının və məqsədli büdcə fondlarının sərbəst qalığı hesabına örtülməsi nəzərdə tutulur”.

Nazirin sözlərinə görə, digər prioritet istiqamət - Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulmuş sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi üçün 893  milyon manat və investisiyayönümlü layihələr üçün 1100,0 milyon manat, cəm olaraq 1993,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: ""Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlər icrası üçün 150 milyon manat vəsait ayrılacaq".

S.Şərifovun sözlərinə görə, büdcə layihəsində digər prioritet sahə olan - təhsil xərclərinə 4946,0 milyon manat proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 396,0 milyon manat və ya 8,7 faiz çoxdur: “Gələn il dövlət və icmal büdcələrində səhiyyə xərcləri üçün ümumilikdə 3525.0 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2024-cü ilə nisbətən 5,3 faiz çox deməkdir. Səhiyyə xərclərinin dövlət büdcəsində çəkisi 4,8 faiz olmaqla, 2024-cü ilə nisbətən 0,1 faizdən çox yüksələcək”.

Bildirildi ki, sosial müdafiə və sosial təminat xərcləri üçün sosial müdafiə və sosial təminat xərcləri üçün 4812,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 9,6 faiz və ya 420,0 milyon manat çoxdur: “Bir sıra təqaüdlərin maliyyələşdirilməsi  üçün 1943,0 milyon manat, ünvanlı dövlət sosial yardımların verilməsi üçün 457,0 milyon manatın ayrılması nəzərdə tutulub. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz olmaqla, 635,0 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 60,0 milyon manat və yaxud 10,4 faiz çox deməkdir. Növbəti ildə muzeylərin, qoruqların, kitabxanaların, mədəniyyət mərkəzlərinin, habelə musiqi kollektivlərinin maliyyə təminatı, kino ilə bağlı xərclər, həmçinin xarici ölkələrdəki mədəniyyət mərkəzlərinin saxlanması üçün 242,0 milyon manat nəzərdə tutulub. Bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 69,0 milyon manat, cari illə müqayisədə 20,0 milyon manat, 39,5 faiz çox vəsait nəzərdə tutulub. Turizm fəaliyyətinin stimullaşdırılması üçün 65,0 milyon manatın ayrılması nəzərdə tutulub”.

Ardını oxu...

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, ölkəmizdə adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir. Nazirin sözlərinə görə, Azərbaycanda iqtisadi artıma yönəlmiş struktur islahatları uğurla davam edir: “Həm son illərdə, həm də cari ildə Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf nümayiş etdirir, ölkəmizin ixrac imkanları genişlənməkdədir. Ölkədə real ÜDM 14,4 faiz, qeyri-neft sektorunda isə ÜDM-nin 1,3 dəfə artması gözlənilir. Adambaşına düşən ümumi daxil məhsul COVİD-dən əvvəlki dövrdə, 2019-cu ildə təxminən 4850 dollar təşkil etdiyi halda, 2024-cü ilin yekunu üzrə bu göstəricinin 7200 dollar ətrafında olacağı gözlənilir”.

M.Cabbarov bildirdi ki, son illərdə ölkə iqtisadiyyatının neft qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə edilir: “2018-ci ildə neft hasilatının həcmi 38,8 milyon ton olub. 2024-cü ildə isə 29,2 milyon tondur. 2014-cü ildə brend markalı neftin qiyməti 99 ABŞ dollar olub. 2024-cü ilin dürüstləşdirilmiş büdcəsində neft gəlirlərinin büdcə gəlirlərində payı 49%-ə enib. Müsbət meyillərdən biri də inflyasiyanın əhəmiyyətli dərəcədə aşağı düşməsidir”.

Nazir qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərin “Böyük Qayıdışa dair Birinci Dövlət proqramı”nın icrası ilə bağlı yeni yaradılan “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına ümumən 46 müəssisə daxil edilib: “Burada layihələrin icrası çərçivəsində 232 milyon dollar investisiyanın yatırılması və 4300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub”. M.Cabbarov bildirib ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi də uğurla davam etdirilir. Nazirin sözlərinə görə, özəlləşdirmə nəticəsində cari ilin 10 ayında büdcəyə 108 milyon manat daxil olub.

M.Cabbarov çıxışında bildirdi ki, Azərbaycanın valyuta ehtiyatları 73 milyard dollara çatıb.

Müzakirələr zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirdi ki, 2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf diapazonunda saxlanılmasıdır: “Bu, iqtisadi aktivlik üçün əlverişli şərait yaradır”. T.Kazımovun sözlərinə görə, növbəti ildə inflyasiyanın 5.8 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Baş bankir qeyd etdi ki, iqtisadi artım üzrə gözləntilərdə nikbinlik müşahidə edilir: “Ölkəmizin əksər ticarət tərəfdaşlarının da ilin sonuna iqtisadi artım proqnozları yüksəlib. Apardığımız təhlillər göstərir ki, 12 aylıq inflyasiya göstəriciləri apardığımız antiinflyasiya tədbirlərindən də təsirlənib. Mərkəzi Bankın 2024-cü ilin sonuna inflyasiya proqnozu 5,1 faizdir. İyul ayında bu göstərici 5,4 % idi. İnflyasiya təzyiqlərinin azalmasını nəzərə almaqla, Mərkəzi Bank pul siyasətini həm də kəmiyyət baxımından yumşaldıb. Mərkəzi Bank cari ildən başlayaraq sterelizasiya əməliyyatlarının həcmini kəskin azalıb. Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti maliyyə bazarlarının stabil fəaliyyətinə yönəlib. 2024-cü ildə də əhalinin və sahibkarların maliyyəyə əlçatanlılığı diqqətdə saxlanılıb”.

Büdcə müzarələri bu gün davam edəcək.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Ardını oxu...
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi abadlıq işlərinin satın alınmasl ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Proqress İnşaat En" MMC seçilib. Abadlıq işlərinə görə şirkətə 1 803 006,02 manat ödəyəcək.

Xırdalan icra nümayəndəliyinin ötən ay yolların təmiri ilə bağlı keçirdiyi tenderin də qalibi "Proqress İnşaat En" şirkəti olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 478 634,87 manatdır.

Sentyabr ayında isə "Proqress İnşaat En" şirkəti icra nümayəndəliyinin iki tenderinin qalibi seçilib. Tenderlərdən biri Xırdalan şəhərində küçə işıqlarının, digəri isə Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması ilə bağlı keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri 213 664,69 manat və 627 583 manatdır.

Beləliklə, "Proqres İnşaat En" şirkəti sentyabr-noyabr aylarında toplam maliyyə dəyəri 4 122 888,58 manatlıq 4 tenderin qalibi seçilib.

"Proqress İnşaat En" şirkəti 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN-dir. Şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.

3 ildir fəaliyyət göstərən şirkət fəaliyyətə başladığı qısa müddət ərzində xeyli sayda tenderin qalibi olub. Bu səbəbdən şirkət "tender kralı" kimi tanınır.

Lakin çox sayda tenderin qalibi olan bu şirkət haqqında heç bir məlumata rast gəlinmir. Bu baxımdan, Xırdalanda həm küçə işıqlarını, həm yolları, həm mənzil fondunu təmir edəcək, həm də abadlıq işləri aparacaq şirkətin maddi-texniki imkanlarının buna cavab verdiyini söyləmək çətindir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir.

Abdin Fərzəliyevin icra başçısı kimi karyerası isə 2003-cü ildən başlayır. O, 2003-2005-ci illərdə Nəsimi rayonunun, 2005-2022-ci illərdə isə Nərimanov rayonun icra başçısı vəzifəsində işləyib.

Onun Xırdalan şəhəri üzrə nümayəndəsi isə Malik Məmmədovdur.
 
Ardını oxu...
Kayman Adalarının “Salyan Oyl Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı məhkəməlik olub.

Banker.az-ın məlumatına görə, şirkətlə bağlı İXM-nin 253.2-ci maddəsi ilə (Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar) protokol hazırlanıb.

Bu maddəyə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir.

İşə Salyan Rayon Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə baxılacaq.
 
Ardını oxu...
İnsanlar çox vaxt müxtəlif xidmətlər üçün içində pul olmayan bank kartından istifadə edir. Məsələn, “Booking”, “Expedia” kimi məşhur platformalardan otel rezervasiya edərkən, boş bank kartının məlumatlarını qeyd edirlər. Bunda məqsəd odur ki, son anda hər hansı səbəbdən bronu ləğv edəndə, kartdan pul çıxmasın. Amma bəzi banklar hətta boş kartdan da “pul qazanır”. Bir müddət sonra karta vəsait qoyanda, həmin rezervasiyanın ümumi qiyməti və ya cəriməsi kartdan tutulur.

Şikayətçi: “İstifadə etmədiyim debet kartına borc gəlib”

Bakı sakini Elçin Muradovun şikayəti də bank kartlarındandır. Vətəndaş bildirib ki, bir həftə öncə kreditlə bağlı banklardan birinə müraciət edib. Lakin bankdan cavab gəlib ki, 1 ildən çox gecikməsi olduğundan ona kredit düşmür. Halbuki onun heç bir bankda krediti yoxdur:

“Məsələni araşdırdım. Məlum oldu ki, tamamilə başqa bankın istifadə etmədiyim debet kartında 52 qəpik overdraft borcu yaranıb və məbləğ 5 manat 73 qəpiyə çatıb. Qəribədir ki, bu müddət ərzində borcla bağlı mənə bildiriş də gəlməyib. Belə çıxır ki, mən kredit üçün müraciət etməsəydim, bu borcdan xəbərim olmayacaqdı, məbləğ də artacaqdı. Mənə yalandan borc yazdığı üçün həmin bankı məhkəməyə verəcəyəm”.

Bəs bank kartları ilə bağlı belə xoşagəlməz halların yaranmasına səbəb nədir? Bank müştərisinin içində vəsait olmayan kartından pul çıxa bilərmi? Yaxud da, istifadə edilməyən debet kartında borc necə yaranır?

İnsanları çaşdıran overdraft borcu

Məsələyə aydınlıq gətirən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, banklar bəzi müştərilərilərinə overdraft – yəni, mənfi balans xidməti olan kart təqdim edir. Bu kartın digərlərindən fərqi ondadır ki, balansında pul olmadığı halda da ödəniş etmək mümkündür. Yəni, kartın hesabında olan pul aparılan əməliyyatlar üçün kifayət etmədikdə, tələb olunan vəsaitin çatışmayan hissəsini bank ödəyir. Müştəri karta pul qoyan kimi də bank verdiyi borcu geri alır. Tutaq ki, kartda 50 manat var. Əgər 55 manatlıq əməliyyat edilirsə, 5 manat mənfi balansa gedir. Bank dilində desək, overdraft borcu yaranır. Karta pul qoyan kimi də bank həmin 5 manatı silir.

Xalid Kərimli deyir ki, adətən overdraft xidməti debet kartlarda olur. Amma bu imkan debet kartı olan bütün müştərilərə verilmir:

“Vətəndaş kart müqaviləsi bağlayanda diqqət etməlidir ki, bank ona overdraft limiti açmaq hüququ verir, ya yox. Əslində, bu, bir üstünlükdür. Kartda pul olmadığı halda da, ondan istifadə etmək mümkündür. Amma əgər müştəri düşünür ki, nə qədər limitim varsa, elə onu xərcləyim, artıq pul istəmirəm – bu halda overdraft xidmətindən imtina edə bilər. Yəni, plastik kart alan istənilən şəxsin seçim hüququ var”.

İqtisadçı hesab edir ki, belə problemlərlə üzləşməmək üçün bank kartı alanda müqaviləni diqqətlə oxumaq lazımdır. Bəzən müqavilədə overdraft xidmətinin olduğu yazılsa da, limit haqda məlumat verilmir. Müştəri istifadə etdiyi kartın overdraft olub-olmadığı və ya limiti haqda məlumatı bankın mobil tətbiqindən əldə edə bilər. Mobil tətbiqdə kartın bütün xüsusiyyətləri qeyd olunub. Müştəri banka müraciət etməklə də, bunu çox rahat öyrənə bilər.

İstifadə edilməyən karta görə xidmət haqqı?!

Vətəndaş Elçin Muradovun şikayətinə gəlincə, ekspert ona müqaviləni yenidən oxumağı tövsiyə edir. Ola bilər ki, bank istifadə edilməyən karta görə xidmət haqqı hesablayıb:

“Elə kart var ki, pulsuzdur, xidmət haqqı 0-dır. Elə kart da var ki, birinci il pulsuz verilir, sonrakı illərdə xidmət haqqı tutulur. Ona görə də bankdan kart alanda şərtlərlə yaxından tanış olmaq lazımdır. Müştərinin kənara atdığı karta xidmət haqqı gəlibsə, bu, qanunsuz ola bilməz. Demək ki, o, bankla bağladığı müqavilənin şərtlərində özü buna razılıq verib”.

İqtisadçının fikrincə, əgər müqavilədə bu haqda bənd varsa, şikayətçinin bankı məhkəməyə verməsinin bir faydası olmayacaq.

“Bazar iqtisadiyyatında şəxslər arasındakı münasibətlər müqavilələrlə tənzimlənir. Əgər müştəri ilə bağlanan müqavilədə nəzərdə tutulan qaydada ödənilməyən xidmət haqqı, faizlər, cərimə və s. hesablanırsa, burada hüquq pozuntusu yoxdur. Düzdür, vətəndaş bununla bağlı Mərkəzi Banka şikayət edə, bankı məhkəməyə də verə bilər. Amma nəticə etibarilə istər Mərkəzi Bank, istərsə də məhkəmə ilk olaraq bankla müştəri arasındakı müqaviləyə baxacaq. Müqavilədə vətəndaş o öhdəliklərə boyun olubsa, son nəticədə haqsız durumda qalacaq”, – X. Kərimli bildirib.

Bankların “qəpik-quruş” hiyləsi

O ki qaldı bankın yığılan borc haqda müştəriyə bildiriş göndərməməsinə, bəzi bankların bunu qəsdən etdiyi bildirilir. Banklardan birində kredit şöbəsinin mütəxəssisi işləyən, bu səbəbdən adının açıqlanmasını istəməyən şəxsin sözlərinə görə, kreditin son ödənişi zamanı bank bilərəkdən bir neçə qəpik borc saxlayır:

“Banklar xüsusi hiylə işlədərək, borcu tam bağlamırlar. Sonradan da qəpik borcun üstünə faizlər, cərimələr əlavə edirlər. Nəhayət, xeyli miqdarda borc yığılandan sonra keçmiş müştəriyə zəng edərək, banka borcu olduğunu deyirlər. Təbii ki, qəpik-quruşla olan borc faiz və cərimələrlə biryerdə bir neçə dəfə artır. Kredit götürən şəxs bütün ödənişləri etdiyini desə də, bunu sübut edə bilmir. Çünki borcu bağladığı müddətdən 2-3 il keçib və ödəniş qəbzlərini çoxdan atıb”.

Müsahib deyir ki, vətəndaşların əsas şikayəti texniki overdraft halları ilə bağlı olur. Banklar debet kartı olan müştərilərə qarşı hiylə işlədərək, hesablarından pul çıxırlar. Çünki overdraft xidməti olan kartlarda həm faizlər çox yüksək olur, həm də adi kreditdən fərqli olaraq, pulu hissə-hissə deyil, dərhal ödəmək lazımdır. Həmçinin kartda vəsait olmadığından müştəri balansını tam hesablaya da bilmir:

“Məsələn, bir müştəri overdraft xidməti olan kartdan 530 manat çıxarmalı imiş. Bankın bankomatlarında xırda əskinaslar olmadığı üçün 600 manat çıxarıb. Amma kartında mənfi balans xidmətinin aktiv olduğunu bilmirmiş. Bir müddət sonra 70 manat borcu artıb, 700 manat oldu. Amma banka heç nə sübut edə bilmədi, məcbur olub borcu ödədi”.

“Kreditin son ödənişini edəndə arayış tələb edin”

Mütəxəssis deyir ki, bankların müştərilərinə “yüklədiyi” kiçik məbləğdə borclar onların kredit tarixçəsini də korlayır. O, vətəndaşlara tövsiyə edir ki, bankların hiyləsindən qorunmaq üçün kreditin son ödənişini edəndə, yəni krediti bağlayanda bankdan bu barədə arayış alsınlar:

“Əgər əlinizdə kreditinizi bağladığınız haqda möhürlü arayış varsa, bank heç bir halda sizə yalandan borc yaza bilməz. Həmçinin çalışın ödəniş qəbzlərini 3 il saxlayın. Bundan başqa, banklarda köhnə hesablarınız varsa, açıq saxlamayın, onları mütləq bağlayın. Hesabın bağlanmasına dair də arayış tələb edin”.

Boş kart məlumatlarını ələ keçirib, “qara bazar”da satırlar

Bank mütəxəssisinin sözlərinə görə, bəzi hallarda isə boş kart məlumatları dələduzların əlinə keçir və onlar bunu “qara bazar”da satırlar.

“Tutaq ki, hansısa xidmətin bronu üçün kart tələb olunduqda, içində vəsait olmayan kartınızın məlumatlarını yazırsınız. Düşünürsünüz ki, boş olan kartın göndərilməsi sizə heç bir problem yaratmaz. Amma bu gün məlumatlarını bölüşdüyünüz kartla 1-2 il sonra əməliyyatlar həyata keçirilə bilər. Yəni, bu gün kartda pul olmasa belə, hətta bir neçə il sonra balansda vəsait olanda, fırıldaqçılar pulu çox rahat oğurlaya bilirlər”.

Mütəxəssislər vətəndaşlara tövsiyə edir ki, öz kart məlumatlarını heç bir halda tanımadıqları şəxsə verməsinlər. Çünki dələduzlar hiylə yolu ilə, müştərinin digər şəxsi məlumatlarını da əldə edərək, onun mobil, internet bankçılıq hesablarına daxil olaraq, başqa kartlarındakı pullarını da mənimsəyə bilərlər.
 
Ardını oxu...
Şengen ölkələrindən hər hansı birinə səyahət etməyə icazə verən sənəd vətəndaşlar üçün əlçatmaza çevrilib. Səbəb? Əgər vizaya gedən yolda bir tərəfdən süründürməçiliyi yaradan xarici ölkələrin səfirlikləri və konsulluqlardırsa, digər tərəfdən, yerli turizm və vasitəçi şirkətlərdir.

Hazırda problemlə bağlı kütləvi narazılıqlar sosial platformalara ayaq açıb. Problemin əsas səbəbi isə xaricə səfər etmək istəyən insanların viza almaq üçün sərbəst şəkildə səfirliklərin saytından görüş yeri götürə bilməməsidir. Yerli turizm şirkətlərinə müraciət etdikdə yalnız VİP yerlərin mövcud olduğunu və bunun üçün qiymətin 200-300 AZN aralığında dəyişdiyini bildirirlər. Əgər təcili uçuşun varsa, qiymətin daha da qalxma ehtimalı var. Bu məbləğə viza dəstəyi üçün ödənilən 70-100 AZN daxil deyil. Faktı yoxlamaq üçün istənilən turizm şirkətinə telefon açmaq kifayətdir.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Rüşvətsiz görüş götürməyin yolları

Sosial platformalarda, səyahət qruplarında problemin yaranmasında yerli turizm şirkətləri ilə bərabər viza müraciətlərinə dəstək xidməti göstərən vasitəçi şirkətlərin də işbirliyinin olduğu qeyd edilir.

Yazılan statuslar və rəylər də problemin dərinliyini təsdiqləyir. "Xahiş edirəm, viza üçün rüşvətsiz görüş götürməyin yolları haqqında məlumat verəsiniz"; "Səfirliklərə görüş yeri üçün pulsuz yaxın düşmək mümkün deyil" kimi narazılıqlar baş alıb gedir. "Siz oranı da ələ keçirdiniz! Afərin sizə. Qabaqlar çətin də olsa, səfirliklə görüş vaxtı tapa bilirdik, indi isə bütün vaxtları zəbt etmisiniz və buranı da bazara çevirmişiniz. Yəqin ki, bu işlərə də bir əncam tapılar. Ancaq başa düşün ki, belə pul qazanmaq əxlaqsızlıqdır", - bu rəyi isə turizm şirkətlərindən birinin paylaşımına biologiya elmləri doktoru Elimxan Cəfərov yazıb.

Səyahət bloqeri Elşən İsmayılov özünün "Facebook" profilində Almaniyanın ölkəmizdəki səfirliyinə narazılığını ünvanlayıb: "Hazırda may ayından etibarən yerlər (appointment) satılır. Səfirliyə dəfələrlə zəng edərək şikayətlər edilsə də, əhəmiyyət verilmir. Şəxsən mən 300-400 manata yer almağa məcbur olan onlarla adam tanıyıram. Ya konsul, ya da "Vizametrik" şirkəti sizə xəyanət edir".

Mövzu ilə bağlı sual ünvanladığımız səfirliklərin heç birindən cavab ala bilmədik.

Dövlət Turizm Agentliyi: "Məlumatlıyıq"

Dövlət Turizm Agentliyindən narahatlıq yaradan sualımıza belə cavab verildi: "Qeyd olunan məsələ ilə bağlı məlumatlıyıq. Xarici ölkə səfirləri ilə ikitərəfli görüşlərdə viza prosedurları ilə bağlı vəziyyətin optimallaşdırılması üçün sözügedən məsələ mütəmadi olaraq qaldırılır. Eyni zamanda, məsələ müvafiq dövlət orqanlarının diqqətinə çatdırılır. Həmçinin turizm sənayesi üzrə ictimai təşkilatlarla da həll yolları istiqamətində mütəmadi olaraq müzakirələr aparılır. Hesab edirik ki, məsələnin öz həllini tapması ikitərəfli turizm əlaqələrinin inkişafı üçün vacib məqamdır".

"Rüsum 30 avrodan artıq olmamalıdır"

Sorğumuza Daxili İşlər Nazirliyindən "DİN-ə aid sual deyil" cavabı gəldi. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığımız sual da bir ay keçməsinə baxmayaraq cavabsız qalıb.

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov isə sualımızı cavablandıraraq müraciətimizdə qeyd etdiyimiz məqamların "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Saziş əsasında təsis edilmiş Avropa İttifaqı-Azərbaycan arasında Birgə Viza Sadələşdirilməsi Komitəsi zamanı, o cümlədən Avropa İttifaqına üzv dövlətlərlə keçirilən ikitərəfli görüşlərdə dəfələrlə tərəflərindən gündəmə gətirildiyini bildirir: "2013-cü il 29 noyabr tarixində imzalanmış Sazişin 6-cı maddəsinin 3-cü bəndinə əsasən üzv dövlətlər vizanın rəsmiləşdirilməsi üçün kənar xidmət təchizatçısı ilə əməkdaşlıq etdiyi halda, kənar xidmət təchizatçısı xidmətlər üçün rüsum ala bilər. Bu rüsum öz işlərinin icrası zamanı üzləşdiyi xərclərə mütənasib olmalı və 30 avrodan artıq olmamalıdır. Həmçinin sazişə tərəf olan ölkələr ərizəçilərə öz ərizələrini birbaşa onların konsulluqlarına təqdim etmək imkanını saxlamalıdırlar. Sazişin 7-ci maddəsinin 1-ci bəndinə əsasən, sazişə tərəf olan ölkələrin diplomatik missiyaları və konsulluq bölmələri vizanın rəsmiləşdirilməsi üçün ərizənin və tələb olunan sənədlərin qəbul tarixindən 10 təqvim günü ərzində vizanın rəsmiləşdirilməsi müraciəti ilə əlaqədar qərar qəbul etməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən, ərizəçilərdən ərizənin təqdim edilməsi üçün görüş təyin edilməsi tələb olunduğu təqdirdə görüş bir qayda olaraq görüş üçün edilmiş müraciət tarixindən etibarən 2 həftə ərzində baş tutmalıdır". İdarə rəisi qeyd edib ki, müraciətimizdə qeyd olunan məsələlərlə əlaqədar XİN tərəfindən Avropa İttifaqına və üzv dövlətlərinə müraciət ünvanlanıb.

İnsanlar Şengen zonasına səyahət etməkdən çəkinirlər

Turizm üzrə ekspert Rəhman Quliyevin fikrincə, viza rəsmiləşdirməsində çətinliklər yarandığı üçün insanlarımız Şengen zonasına səyahət etməkdən çəkinir, digər ölkələrə maraq göstərirlər. Ekspert 2010-15-ci illərdə diplomatik korpuslarda vizaların rəsmilşdirilməsində canlı növbə olduğunu xatırlayır: "Onda insanlar anketlərini onlayn deyil, fərdi şəkildə doldurur, tələb olunan sənədləri toplayaraq konsulluğa müraciət edirdilər. Orda onları birbaşa konsul və ya köməkçisi qarşılayırdı. Viza verilməsi birbaşa konsulun səlahiyyətində idi. Amma indi vətəndaşlar böyük çətinliklərlə üzləşirlər. Çünki onlayn görüş yeri götürülməsi çox ciddi problem yaradır".
Ardını oxu...
Estetik cərrah, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın əməliyyat etdiyi daha bir pasiyentin ağır vəziyyətdə olduğu barədə xəbərlər yayılıb.
TEREF “Qafqazinfo” - ya istinadən xəbər verir ki, bu haqda ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında paylaşım edib.

"Ülviyyə İlyasovanın qanunsuz apardığı cərrahi əməliyyat daha bir qadını ölümün pəncəsinə atıb. Noyabrın 14-də diplomu və tibbi təhsili olmayan Ülviyyə İlyasova qanunsuz şəkildə liposaksiya əməliyyatı həyata keçirib.

1989-cu il təvəllüdlü, 35 yaşlı Bəsti Hacıyeva bu əməliyyatdan sonra ağır vəziyyətə düşüb. Ev şəraitində müalicə adı altında vəziyyəti daha da pisləşən Bəsti xanım bu gecə “Liv Bona Dea” Hospitalın reanimasiya şöbəsinə, septik-şok diaqnozu ilə yerləşdirilib”, - Q.Ataşova məlumat verib.

Jurnalist bildirib ki, xəstənin bədənində geniş infeksiya ocaqları aşkarlanıb, qanı zəhərlənib və həyatı ciddi təhlükədədir. Onun sağalıb-sağalmayacağı hələ də məlum deyil:

“Bu faciənin ən düşündürücü tərəfi isə Ülviyyə İlyasovanın heç bir tibbi təhsili olmamasına baxmayaraq, əməliyyat aparmağa davam etməsidir. Ona belə əməliyyatları öyrədənlər isə Azərbaycan Tibb Universitetini bitirmiş, özlərinə “həkim” deyən, lakin bu kimi qanunsuz işlərə şərait yaradan şəxslərdir. Bir daha aidiyyəti qurumlara çağırış edirəm. Saxta sertifikatlarla fəaliyyət göstərən və qanunsuz tibbi əməliyyatlar həyata keçirən şəxslərin fəaliyyəti dərhal dayandırılmalıdır. Gənc qadınların həyatını məhv edənlər məsuliyyətə cəlb olunmalıdır. Bu kimi hallara şərait yaradan “həkimlər” də qanun qarşısında cavab verməli
Bəsti Hacıyeva ilə bağlı vəziyyət bir cəmiyyətin vicdan məsələsidir. Gənc qadınların həyatına biganə qalmaq olmaz. Liposaksiya cihazlarını ölkəyə gətirənləri araşdırmaq lazımdır. Savadsız insanlara lazer aparatı kimi cərrahi aparatları paylayanlar kimlərdir?”

Xatırladaq ki, bu il aprelin 16-da Ülviyyə İlyasovanın liposaksiya - piysovurma əməliyyatı etdiyi daha bir xəstə, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva cərrahi əməliyyatdan sonra ölüb.

Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğu məlumat yayaraq bildirib ki, toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.
 

Dünyapress TV

Xəbər lenti