Ardını oxu...
Bərbad vəziyyətdə olan Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu və Nizami küçələrindəki yol probleminin həllini Xəzər rayon İcra Hakimiyyəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bir-birinin üstünə atır.

Bu problemin həlli üçün hər iki dövlət qurumuna

Buzovna qəsəbə sakini Kəmalə Kərimli müraciət edib. O, bərbad vəziyyətdə olan qəsəbə yollarının təmiri üçün icra hakimiyyəti və agentlikdən kömək istəsə də, heç bir dövlət qurumu qəsəbəyə yol çəkməkdə maraqlı olmayıb.

Şikayətçi hər iki dövlət qurumuna yazılı müraciət edib:

“Xəzər rayon İcra Hakimiyyətindən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən şikayətçiyəm. Mən də bir vətəndaş olaraq, payız-qış aylarında yağan yağış ucbatından bərbad vəziyyətə düşmüş və demək olar ki, gəziləsi mümkün olmayan Buzovna yollarına asfalt örtüyün çəkilməsi üçün Xəzər rayon İcra Hakimiyyətinə ərizə yazdım.
İcra hakimiyyətindən mənə məktub göndərildi ki, bu işə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi baxır və bu şikayəti onlara yönləndirin.
Ərinmədim və agentliyə də eyni formada şikayətimi bildirdim. Və onlar da mənə məktubla geri dönüş etdilər ki, bu küçələr agentliyin “mülkiyyətində” olmadığından təmir oluna bilməz. Bir ildir heç bir dəyişiklik yoxdur!
Bu küçələr kimin “mülkiyyətidir” bəs? Niyə bu şikayəti bir-birinizin üstünə atırsınız?? Niyə heç kim yollarla bağlı bir tədbir görmür? Bu asfalt yolların çəkilməsi kimin öhdəliyindədir bəs?”.

Tribunainfo.az
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Naxçıvan Mərkəzi Xəstəxanasında MRT müayinəsindən keçmək istəyən xəstələrdən 150 manat rüşvət tələb olunur. Yerli sakinlərin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, pulsuz müayinə gündəlik yalnız növbədə duran ilk 10 nəfərə təklif edilir. Digər xəstələr isə yalnız bu məbləği ödədikdən sonra müayinə oluna bilirlər.
TƏK MƏRKƏZ, BÖYÜK NÖVBƏ
Muxtar Respublika ərazisində MRT xidməti yalnız Naxçıvan Mərkəzi Xəstəxanasında mövcuddur. Digər xəstəxanalarda ya bu cür aparat yoxdur, ya da onlar işlək vəziyyətdə deyil. Nəticədə, hər gün onlarla şəxs məcburən Mərkəzi Xəstəxanaya müraciət edir.
Şərur rayon sakini Maqsud Səfərovun sözlərinə görə, o, təcili müayinə üçün tələb olunan məbləği ödəməyə məcbur qalıb:
"Naxçıvandakı bütün MRT aparatlarını qəsdən xarab ediblər ki, növbə yaransın. Camaat da məcbur qalıb tələb olunan rüşvəti ödəsin. Keçən həftə MRT-dən keçmək üçün xəstəxanaya getdim. İlk 5-10 nəfərə talon verilmişdi. Mənə dedilər ki, ya sabah gəl, ya da 150 manat ödə. Müalicəm təcili olduğu üçün məcbur qalıb pulu verdim."
Ardını oxu...
TALONLAR NECƏ BÖLÜŞDÜRÜLÜR?
Naxçıvan şəhər sakini Bəşir Aslanov isə pulsuz talonların ədalətsiz paylanıldığını bildirir:
"Səhər tezdən xəstəxanaya getdim, amma artıq talonların paylanıldığını dedilər. Əlavə 20-30 nəfər növbədə idi. Rüşvət tələb olunmasının qanunsuz olduğunu bildirsəm də, heç kim buna əhəmiyyət vermədi. Etiraz edəndə məni mühafizəçilər otaqdan çıxartdı. Şikayət etmək üçün Səhiyyə Nazirliyinə getdim, amma mənə dedilər ki, bu nariz Samiq müəllimin göstərişidir və bu barədə şikayətlərə baxılmır."
“ONLAR ÜÇÜN İNSAN HƏYATI YOX, CİBLƏRİ VACİBDİR”
Ardını oxu...
Yerli sakinlər MRT müayinəsinə görə tələb olunan rüşvəti insan həyatı ilə oynamaq kimi dəyərləndirirlər. Xüsusilə ağır xəstələr və maddi vəziyyəti çətin olanlar üçün bu vəziyyət böyük problem yaradır.
"Adam var ki, mütləq MRT-dən keçməlidir ki, müalicəsi yazılsın, yoxsa həyatını itirəcək. Amma onlar üçün insan həyatı yox, öz cibləri vacibdir," – deyə sakinlərdən biri vurğulayıb.
TEREF
 
Ardını oxu...
“Atum Group” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunda son günlər baş verən hadisələrlə bağlı sözügedən təhsil ocağının direktoru Kərim Şükürova müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"ay daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab direktor,

Biz, Gül Ramilə Gülbaba qızının övladları olaraq, anamızın AMEA Tarix və Etnologiya İnstitutunda əmək fəaliyyəti dövründə məruz qaldığı psixoloji təzyiq, təhqir və qısnama hallarına dair Sizə müraciət edirik. Konkret olaraq, Nəşriyyat şöbəsinin müdiri Elçin Cabbarov və həmin şöbənin digər əməkdaşı Adilə Ağabəyovanın davamlı və məqsədli şəkildə nümayiş etdirdikləri kobud davranışlar nəticəsində anamızın sağlamlığında ciddi problemlər yaranmış, o, ağır cərrahi əməliyyat keçirmiş və hazırda yataq şəraitində müalicə alır.

Anamız uzun illər institutda səmərəli elmi fəaliyyət göstərmiş, kollektiv arasında hörmət və nüfuz qazanmış bir əməkdaşdır. Lakin son dövrdə yeni kadr təyinatından sonra, xüsusilə Elçin Cabbarovun rəhbərliyi altında onun sistemli şəkildə psixoloji təzyiqə, əsassız iradlara, kobud rəftara məruz qalması iş mühitində son dərəcə xoşagəlməz atmosfer yaradıb. Uzunmüddətli psixoloji gərginlik, mobbing və qısnama nəticəsində anamızın səhhəti ciddi şəkildə zərər görmüşdür. Mövcud vəziyyətin yaranmasında Elçin Cabbarovun davamlı və məqsədyönlü təzyiqi əsas rol oynayıb.

Sizdən xahiş və tələb edirik ki, yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq, məsələni hərtərəfli araşdırasınız, müvafiq tədbirlər görəsiniz və bu kimi halların qarşısını almaq üçün zəruri addımlar atasınız. Anamız kollektivdə, ailəsində və ictimaiyyət arasında hörmətlə sevilir. Biz, övladları olaraq, onun iş yerində bu cür təzyiq, təhqir və mobbing hallarına məruz qalmasına biganə yanaşa bilmərik.

Ümid edirik ki, müraciətimiz diqqətlə qiymətləndiriləcək və lazımi tədbirlər görüləcəkdir.

Hörmətlə,
Gül Ramilə Gülbaba qızının övladları adından..."

Məsələ diqqətimizdədir...
 
Ardını oxu...
Özlərini gözə soxmaq istəyən bir qrup aş pazlar və kurslar və s bizim Adımızdan və Loqolarımızdan istifadə edir və insanları aldadırlar.
Ardını oxu...
Bu videoda gördüyünüz aşpaz da geyimində Azərbaycan Milli Kulinariya Assosiyasının
(AMKA) və Milli Üzvü olduğumuz Beynəlxalq Qurumların loqolarını gəzdirir.
Ardını oxu...
Diqqətinizə çatdırırlq ki, bu adam AMKA-nın üzvü deyil və bu loqoları qanunsuz gəzdirir və Sizləri bununla aldadır.
Ardını oxu...
Belə kəslərə inanmayın . Bunu Milli Kulinariya Assosiyasının rəhbəri Tahir Əmiraslanov sosial hesabında yazıb.
Qeyd edək ki, Milli Kulinariya Assosiyasının üzv olmayan “Chef Rauf” kimi tanınan Riva Hill Resort Lankaran da fəaliyyət göstərən aşpaz Rauf Agasiyevdir. Məlumat almaq üçün Rauf Agasiyevlə əlaqə yaratmaq istəsəkdə Riva Hill Resort Lankaran inzibatçısı bildirib ki, Rauf Ağasıyev bu gündən artıq bizdə işləmir heç bir açıqlama verə bilmərik.
xalq.az
 
Ardını oxu...
"Yelo Bank"ın Bərdə filialının mütəxəssisi Müşfiq Əkbər və onun tanışı Cavanşir Əsədovun məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra iclasda cinayət işinin məhkəmə baxışına verilməsi müzakirə edilib. Tərəflər cinayət işinin məhkəmə baxışına verilməsini, işin məhkəmə baxışında araşdırılmasına etraz etməyiblər. Hakimlər işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul ediliblər.

Cinayət işi üzrə məhkəmə baxışı dekabrın 17-nə təyin olunub.

Qeyd edək ki, "Yelo Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Bankın Bərdə filialının mütəxəssisi Əkbər Müşfiq Şükür oğlu 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.

O, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirilməasində ittiham olunur.

Ə.Müşfiqin bu işdə bankın əməkdaşı olmayan tanışı Cavanşir Əsədov ilə əlbir olduğu qeyd edilib.

Onların hər ikisinin barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.
 
Ardını oxu...
Faktinfo.az xəbər verir ki, 32gun.az saytının Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTİB) əməkdaşlarının tikintidə(şəxsi obyekt tikintisində) işlədilmələrinə dair yaydığı video Ağstafada,o cümlədən sosial şəbəkələrdə əks-səda doğurub.

Saytın sosial şəbəkədə yayılmış məlumata istinadən yaydığı xəbərdə bildirilir ki, MKTİB-nin işçiləri Ağstafa şəhərində mağaza və obyektlərin tikintisinə məcburi cəlb edilirlər.Əks təqdirdə tikintidə işləmək istəməyən MKTİB əməkdaşları işdən çıxarılma ilə hədələnirlər.
"Bu haqda sosial şəbəkədə yayımlanan görüntüdə də məcburi əməyə cəlb edilmə ilə bağlı fikirlər öz əksini tapıb,"-xəbərdə bildirilir.

Faktinfo.az saytı məlum yayılmış xəbərə dair bildirir ki, Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçilərinin məcburi əməyə cəlb olunaraq şəxsi obyekt tikintisində işlədilməsi suallar doğurur:

- "Obyektlərin" maya dəyərinin ucuz başa gəlməsi məqsədilə Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçilərinin məcburi şəkildə işlədildikləri obyektlər kim(lər)ə məxsusdur?

-Ağstafa RİH-də vəzifə sahibləri olan şəxslərin Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçilərinin məcburi əməyə cəlb olunmasından xəbərləri varmı?

-Ağstafa RİH-də vəzifəli şəxslərin bu obyektlərə aidiyyatı yoxdur ki?

Hər halda bu suallar gələcəkdə digər xoşagəlməz hallara yol açılmaması səbəbindən aidiyyatı qrumlar tərəfindən araşdırma predimeti olmalı,Ağstafa Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçilərinin şəxsi obyektlərdə kimlərin göstərişinə əsasən işlədilməsi bilinməlidir!

Faktinfo.az

 
Ardını oxu...
Şirvan şəhər İcra Hakimiyyəti cari ilin dekabr ayının 6-da "Şirvan şəhərində abadlıq işləri" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, satınalmanın məbləği 195.272 manat olub.

İcra Hakimiyyəti satınalmada "AS-TƏMİR TİKİNTİ" (VÖEN: 2100971171) Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib.

"AS-TƏMİR TİKİNTİ" MMC 2017-ci ildə təsis edilib.

Şirkətin hüquqi ünvanı Şirvan şəhərindədir.

Şirkətin qanuni təmsilçisi Mustafayev Anar Ağasəf oğludur.

Şirvan şəhər İcra Hakimiyyəti keçirdiyi bu satınalmada qanun pozuntusuna yol verib.

Belə ki, İcra Hakimiyyətinin qalib etdiyi "AS-TƏMİR TİKİNTİ" MMC-nin hazırda dövlətə 351.252 manat vergi borcu var.

"Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.

Xatırladaq ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovdur.

İ.Abbasov 2019-cu ildən bu vəzifədə çalışır.

Cahandar Laçınlı

Qlobal.az
 
Ardını oxu...
“Bravo” marketdə vaxtı keçmiş məhsul satılır.

XALQ.AZ əbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb. Zefir mallda yerləşən Bravoda vitrində müştəri tərəfindən vaxtı keçmiş məhsul aşkarlanıb.
Görüntülərdə məlum olur ki, vaxtı keçmiş məhsulun son istifadə tarixi 16.11.2024-ci ildir.
Qeyd edək ki, dəfələrlə mətbuatda və sosial şəbəkələrdə bu kimi şikayətlər olunur.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Khazar Fish” MMC-yə inzibati protokol yazılıb.

XALQ.AZ-ın xəbərinə görə, Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın icraatındadır. Baxış iclası dekabrın 25-də keçiriləcək.

Dünyapress TV

Xəbər lenti