Ardını oxu...
Bakı Baş Gömrük İdarəsində "təkrar hallar" davam edir.

Bizimxeber.az-a daxil olan məlumata görə, "vaxt sıxlığı" səbəbindən yükləri həftələrlə Bakı Baş Gömrük İdarəsində qalan sahibkarlara qarşı ikili münasibət hələ də qalır. Maraqlıdır ki, bu hallar bəzi "şirkətlər"dən yan keçir, daha doğrusu, bu qaydalar onlara şamil edilmir.

Məlumata görə, Baş Gömrük İdarəsində elə "şirkətlər" var ki, onların yükləri qısa müddətdə yoxlanılır və tez bir zamanda buraxılır. Bu işdə maraqlı olan şəxslər, özlərinə maraqlı olan şirkətlərin yüklərini problemsiz və sürətlə həll etmək üçün, öz nəzarətlərindəki maliyyə və yük inspektorlarını ayıraraq prosesi sürətləndirirlər. Məlumata görə, bunların çoxu qanunsuz fəaliyyət göstərən şirkətlərdir. Qanunsuz fəaliyyət göstərən şirkətlər dedikdə, yəni, yalnız müəyyən əməliyyat üçün yaradılmış, anbarı, işçisi və DSMF ödənişləri olmayan şirkətlər nəzərdə tutulur. Bu cür şirkətlərin sayı hər gün artır.

Yükləri həftələrlə Bakı Baş Gömrük İdarəsində saxlanılan sahibkarlar bu barədə Gömrük Komitəsinə məlumat versələr də, problem hələ də aradan qaldırılmayıb. Bildirilir ki, Gömrük Komitəsinin sədri Şahin Bağırov bu məsələ ilə bağlı məlumatlıdır. Lakin buna baxmayaraq, hələlik heç bir tədbir görülmür.

Beləliklə, bu işdən maraqlı olan şəxslər, öz maraqlarını təmin etmək və gəlir əldə etmək üçün davam edirlər. Nəticədə, həmin şirkətlərin yükləri daha sürətli və problemsiz şəkildə gömrükdən buraxılır. Bu barədə Gömrük Komitəsinin sədri Şahin Bağırovun da xəbəri olub, amma hələ də heç bir tədbir görülmür.
 
Ardını oxu...
Dünən Azərbaycanın İraqdakı səfiri vəzifəsindən geri çağırılan Nəsir Məmmədov məşhur adamın oğlu və deputatın kürəkəni imiş.

"DogruXeber.az" Mia.az-a istinadən xəbər verir ki, haqqında bir çopx saytlarda "viza alverçis"i ittihamı yayılan sabiq səfir 2004-2006-cı illərdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı, 2006-2018-ci illlərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini vəzifəsində işləyib.

Sahil Babayev ƏSSMN rəhbəri təyin olunandan sonra isə onunla işləməkdən imtina edib. Bundan sonra sərəncamla postundan uzaqlaşdırılıb.
Əslən Ordubaddan olan Natiq Məmmədov yeganə oğlunun (İki qızı, bir oğlu var - Mia.az) karyerası üçün az əziyyət çəkməyib.

O, hətta Milli Məclisin Komitə sədri Hicran Hüseynovala qudadır. Yəni, ötən gün geri çağırılan səfir həm də komitə sədrinin kürəkəni imiş...

 
Ardını oxu...
Ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılan “SOCAR Midstream Operations” MMC ilə bağlı başladılmış işə sabah baxılacaq.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“SOCAR Midstream Operations”la bağlı növbəti işə sabah – 18 dekabr tarixində Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “SOCAR Midstream Operations” MMC-nin Baş direktoru Fərhan Əliyev Çingiz oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
Ardını oxu...
TƏBİB-in balansında olan İnnovasiya və Təhcizat Mərkəzi iki gün ərzində 3 tenderinin nəticəsini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, üç tenderin toplam dəyəri isə 26 milyon manat təşkil edir.
Qeyd edək ki, həmin tenderlərdən biri “Fizioterapiya üçün tələb olunan spesifik cihaz və avadanlıqlar”ın satın alınmasını əhatə edir. Bu məqsədlə Mərkəz “MEDSOL” MMC ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri isə 21 milyon manatdır.
İkinci tender isə TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş kəsintisiz güc qaynaqlarının (UPS) satın alınmasıdır. Bununla əlaqədar “ESTET” MMC ilə
297.950 manatlıq razılaşma əldə edilib.
Üçüncü tender də ucuz müsabiqələrdən sayılmır. Əksinə milyonluq bir layihəni əhatə edir. Tribunainfo.az xəbər verir ki, İnnovasiya və Təhcizat Mərkəzi “Respublika Pediatriya Mərkəzində hemoqram, koaquloqramma, sidiyin ümumi analizi, immunohematoloji, PZR müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri”nin satın alınmasını reallaşdıracaq. Bununla bağlı “SPEKTR MED” MMC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri isə 5.035.603,98 manatdır.
 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasında 2022-ci ildən bəri bir sıra struktur islahatlarının aparılması barədə çox yazılıb. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Muxtar Respublika Ali Məclisi sədri müavininın fərmanı ilə 17 noyabr 2023-cü ildə yaradılıb. 27 noyabr 2023-cü ildə Bəhruz Əli oğlu Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin olunub.

Bundan başqa 31 iyul 2024-cü ildə nizamnamə kapitalı 100 manat olan “Naxçıvan Yol Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti də yaradılıb. Hüquqi ünvanı Naxçıvan şəhəri, Azərbaycan ev 57 olan MMC-nin qanuni təmsilçisi Məmmədli Abduləli Saleh oğludur.

İyul ayında yaradılmış “Naxçıvan Yol Təchizat” MMC -nin Naxçıvanın avtomobil yollarında hansı funksiyanı həyata keçirməsi barədə məlumat yoxdu. Amma dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız kiçik bir araşdırmada “Naxçıvan Yol Təchizat” MMC -nin Naxçıvanda yolların təmir tikintisindən daha çox avtomobillərə ehtiyat hissələrinin satınalmasına daha çox girişdiyi məlum oldu. Belə ki, MMC son bir-iki ayda asfaltyayan ehtiyyat hissələrinin satınalınmasına 233.241,87, bir ədəd pikap tipli avtomobilin satınalınmasına 67.800 , maşın və mexanizmlərin servis xidmətinin satınalınmasına 149.860,42, daşdoğrayan qurğunun ehtiyat hissələrinin və yağlarının satınalınmasına 101.946,81, kompüter, printer və digər avadanlıqların satınalınması 402.304,48 manat vəsait xərcləyib. Amma necə?

“Naxçıvan Yol Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən maşın və mexanizmlərin servis xidmətinin satınalınması üzrə 02.10.2024-cü ildə başlanılmış açıq tendrə yekun vurulub.Müsabiqənin qalibi “AVTO EHTİYYAT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib və tərəflər arasında 149.860,42 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 04.12.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, “Naxçıvan Yol Təchizat” tərəfindən nəzərdə tutulmuş servis xidmətinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 244.321,36 manat müəyyən edilib.
Bundan əlavə “Naxçıvan Yol Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ehtiyat hissələrinin satınalınması və təmiri üzrə 11.09.2024-cü ildə başlanılmış açıq tendrə də yekun vurulub. Müsabiqənin qalibi “AVTO EHTİYYAT” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib və tərəflər arasında 511.203,49 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 04.12.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, “Naxçıvan Yol Təchizat” tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.204.674,39 manat müəyyən edilib.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq “Naxçıvan Yol Təchizat” MMC-nin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “AVTO EHTİYYAT” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Naxçıvan Yol Təchizat” MMC açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “AVTO EHTİYYAT” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVTO EHTİYYAT” (VÖEN: 0300886191) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.01.2023-ci il tarixdə Naxçıvan MR 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BABƏK RAYONU, YARIMCA, qanuni təmsilçisi kimi isə Babayev Ülvü Məmmədhüseyn oğlu qeyd olunub.

Göründüyü kimi “Naxçıvan Yol Təchizat” MMC ilə “AVTO EHTİYYAT” MMC arasında bağlanmış satınalma müqavilələrində satın alınan malların qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağıdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmaqla bərabər, satın alınan malların mənşə və keyfiyyət sertifikatlarının olmadığına da şübhələr yaradır. Bu da öz növbəsində satın alınacaq malların keyfiyyət göstəricilərinin aşağı olma ehtimalını artırır.

Qeyd edək ki, satınalmalarda yol verilən bu kimi qanunsuzluqlara aydınlıq gətirilməsi məqsədi ilə “Naxçıvan Yol Təchizat” MMC-nin Satınalma Komissiyasına ünvanladığımız sorğuya cavab vermədilər. Görsənən odur ki, Muxtar Respublikada bu qədər struktur islahatlarının aparılmasına, kadr dəyişikliklərini edilməsinə baxmayaraq qanunları saymaq, əməl etmək adəti hələ də formalaşmayıb.

Aktualinfo.org
 
Ardını oxu...
"Azərbaycan Beynəlxalq Bankının dünyanın heç bir ölkəsində tədbiq olunmayan, anlaşılmaz "kart məhdudiyyəti " siyasətinin kökündə əslində nə dayanır? Məqsəd? Son qoyun qeyri-qanuni siyasətinizə..." "DİA-AZ" bildirir ki, bunu öz etirazında tanınmış hüquq müdafiəçisi, Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
O daha sonra belə bildirir: "ABB bununla 2-ci dəfədir ki, mənim təqaüd kartıma STOP qoyub. Yəni mən öz kartımdan xaricdə istifadə edə bilmərəm. Bu gün həmin kartla təşkilatın saytı üçün ödəniş ermək istəyəndə məlum oldu ki, verdikləri kart yenə xaricdə işləmir. Niyə cənablar? Bu qadağa hansı qanunla tənzimlənir? Təqüd kartı və onun içindəki pul mənə məxsusdur. Sizə yox!!!Bu pul illərlə əmək haqqımdan tutulan puldur. Və bu puldan nə vaxt,harda istəsəm istifadə edə bilərəm onun sizə qətiyyən dəxli yoxdur!
Siz anlayırsınız ki ,təqaüdçünün razılığı olmadan, ona öz kartından "istifadə məhdudiyyəti " qoymaqla onların kütləvi surətdə hüquqlarını pozursunuz? Təqaüdçü, kartına xaricə çıxış qadağası qoymaq sizin səlahiyyətlərinizə daxil deyil. Sizin qaydalarınız qanundan üstün ola bilməz ,,kütləvi surətdə sosial kart istifadəçilərinin hüquqlarını poza bilməz.
Ailəm Praqada yaşadığı üçün mən il ərzində 2-3 ay Praqada yaşayıram. Hər dəfə gedib ABB-dən xahiş etməliyəm ki, ərizə yazmalıyam ki,mənim kartıma, onun içindəki pula qoyduğunuz "qadağanı" götürün? Bunun adı nədir? Bunun yalnız bir adı var……..!"
M.Qəhrəmanlı daha sonra müvafiq qanunvericiliyi qatırladıb:
"Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunu
M a d d ə 43.1Xaricə köçmüş şəxslərə əmək pensiyasının ödənilməsi
43.1. Azərbaycan Respublikasının vətəndaşlığını saxlamış şəxslərin xaricdə olduqları müddətdə onlara Azərbaycan Respublikasında təyin edilmiş əmək pensiyası arzularına əsasən Azərbaycan Respublikasının banklarında olan şəxsi hesablarına və ya öz vəsaitləri hesablarına yaşadıqları digər dövlətlərə köçürülür..."
Və hüquq müdafiəçisi etirazını bu şəkildə sonlandırıb: "Bu halda xaricdə yaşayan təqaüdçünün də kartına sahiblik edəcəksiniz?"
 
 
 
Ardını oxu...
Bərbad vəziyyətdə olan Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu və Nizami küçələrindəki yol probleminin həllini Xəzər rayon İcra Hakimiyyəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bir-birinin üstünə atır.

Bu problemin həlli üçün hər iki dövlət qurumuna

Buzovna qəsəbə sakini Kəmalə Kərimli müraciət edib. O, bərbad vəziyyətdə olan qəsəbə yollarının təmiri üçün icra hakimiyyəti və agentlikdən kömək istəsə də, heç bir dövlət qurumu qəsəbəyə yol çəkməkdə maraqlı olmayıb.

Şikayətçi hər iki dövlət qurumuna yazılı müraciət edib:

“Xəzər rayon İcra Hakimiyyətindən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən şikayətçiyəm. Mən də bir vətəndaş olaraq, payız-qış aylarında yağan yağış ucbatından bərbad vəziyyətə düşmüş və demək olar ki, gəziləsi mümkün olmayan Buzovna yollarına asfalt örtüyün çəkilməsi üçün Xəzər rayon İcra Hakimiyyətinə ərizə yazdım.
İcra hakimiyyətindən mənə məktub göndərildi ki, bu işə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi baxır və bu şikayəti onlara yönləndirin.
Ərinmədim və agentliyə də eyni formada şikayətimi bildirdim. Və onlar da mənə məktubla geri dönüş etdilər ki, bu küçələr agentliyin “mülkiyyətində” olmadığından təmir oluna bilməz. Bir ildir heç bir dəyişiklik yoxdur!
Bu küçələr kimin “mülkiyyətidir” bəs? Niyə bu şikayəti bir-birinizin üstünə atırsınız?? Niyə heç kim yollarla bağlı bir tədbir görmür? Bu asfalt yolların çəkilməsi kimin öhdəliyindədir bəs?”.

Tribunainfo.az
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Naxçıvan Mərkəzi Xəstəxanasında MRT müayinəsindən keçmək istəyən xəstələrdən 150 manat rüşvət tələb olunur. Yerli sakinlərin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, pulsuz müayinə gündəlik yalnız növbədə duran ilk 10 nəfərə təklif edilir. Digər xəstələr isə yalnız bu məbləği ödədikdən sonra müayinə oluna bilirlər.
TƏK MƏRKƏZ, BÖYÜK NÖVBƏ
Muxtar Respublika ərazisində MRT xidməti yalnız Naxçıvan Mərkəzi Xəstəxanasında mövcuddur. Digər xəstəxanalarda ya bu cür aparat yoxdur, ya da onlar işlək vəziyyətdə deyil. Nəticədə, hər gün onlarla şəxs məcburən Mərkəzi Xəstəxanaya müraciət edir.
Şərur rayon sakini Maqsud Səfərovun sözlərinə görə, o, təcili müayinə üçün tələb olunan məbləği ödəməyə məcbur qalıb:
"Naxçıvandakı bütün MRT aparatlarını qəsdən xarab ediblər ki, növbə yaransın. Camaat da məcbur qalıb tələb olunan rüşvəti ödəsin. Keçən həftə MRT-dən keçmək üçün xəstəxanaya getdim. İlk 5-10 nəfərə talon verilmişdi. Mənə dedilər ki, ya sabah gəl, ya da 150 manat ödə. Müalicəm təcili olduğu üçün məcbur qalıb pulu verdim."
Ardını oxu...
TALONLAR NECƏ BÖLÜŞDÜRÜLÜR?
Naxçıvan şəhər sakini Bəşir Aslanov isə pulsuz talonların ədalətsiz paylanıldığını bildirir:
"Səhər tezdən xəstəxanaya getdim, amma artıq talonların paylanıldığını dedilər. Əlavə 20-30 nəfər növbədə idi. Rüşvət tələb olunmasının qanunsuz olduğunu bildirsəm də, heç kim buna əhəmiyyət vermədi. Etiraz edəndə məni mühafizəçilər otaqdan çıxartdı. Şikayət etmək üçün Səhiyyə Nazirliyinə getdim, amma mənə dedilər ki, bu nariz Samiq müəllimin göstərişidir və bu barədə şikayətlərə baxılmır."
“ONLAR ÜÇÜN İNSAN HƏYATI YOX, CİBLƏRİ VACİBDİR”
Ardını oxu...
Yerli sakinlər MRT müayinəsinə görə tələb olunan rüşvəti insan həyatı ilə oynamaq kimi dəyərləndirirlər. Xüsusilə ağır xəstələr və maddi vəziyyəti çətin olanlar üçün bu vəziyyət böyük problem yaradır.
"Adam var ki, mütləq MRT-dən keçməlidir ki, müalicəsi yazılsın, yoxsa həyatını itirəcək. Amma onlar üçün insan həyatı yox, öz cibləri vacibdir," – deyə sakinlərdən biri vurğulayıb.
TEREF
 
Ardını oxu...
“Atum Group” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Müddəanın tələblərinə əsasən, şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunda son günlər baş verən hadisələrlə bağlı sözügedən təhsil ocağının direktoru Kərim Şükürova müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"ay daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab direktor,

Biz, Gül Ramilə Gülbaba qızının övladları olaraq, anamızın AMEA Tarix və Etnologiya İnstitutunda əmək fəaliyyəti dövründə məruz qaldığı psixoloji təzyiq, təhqir və qısnama hallarına dair Sizə müraciət edirik. Konkret olaraq, Nəşriyyat şöbəsinin müdiri Elçin Cabbarov və həmin şöbənin digər əməkdaşı Adilə Ağabəyovanın davamlı və məqsədli şəkildə nümayiş etdirdikləri kobud davranışlar nəticəsində anamızın sağlamlığında ciddi problemlər yaranmış, o, ağır cərrahi əməliyyat keçirmiş və hazırda yataq şəraitində müalicə alır.

Anamız uzun illər institutda səmərəli elmi fəaliyyət göstərmiş, kollektiv arasında hörmət və nüfuz qazanmış bir əməkdaşdır. Lakin son dövrdə yeni kadr təyinatından sonra, xüsusilə Elçin Cabbarovun rəhbərliyi altında onun sistemli şəkildə psixoloji təzyiqə, əsassız iradlara, kobud rəftara məruz qalması iş mühitində son dərəcə xoşagəlməz atmosfer yaradıb. Uzunmüddətli psixoloji gərginlik, mobbing və qısnama nəticəsində anamızın səhhəti ciddi şəkildə zərər görmüşdür. Mövcud vəziyyətin yaranmasında Elçin Cabbarovun davamlı və məqsədyönlü təzyiqi əsas rol oynayıb.

Sizdən xahiş və tələb edirik ki, yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq, məsələni hərtərəfli araşdırasınız, müvafiq tədbirlər görəsiniz və bu kimi halların qarşısını almaq üçün zəruri addımlar atasınız. Anamız kollektivdə, ailəsində və ictimaiyyət arasında hörmətlə sevilir. Biz, övladları olaraq, onun iş yerində bu cür təzyiq, təhqir və mobbing hallarına məruz qalmasına biganə yanaşa bilmərik.

Ümid edirik ki, müraciətimiz diqqətlə qiymətləndiriləcək və lazımi tədbirlər görüləcəkdir.

Hörmətlə,
Gül Ramilə Gülbaba qızının övladları adından..."

Məsələ diqqətimizdədir...
 

Dünyapress TV

Xəbər lenti