Ardını oxu...
"Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən demək olar ki, hər il yeni növ imtahanlar təşkil olunur və ümumilikdə, imtahanların sayı artıq əlliyə yaxınlaşır".

Referans.az xəbər verir ki, bu sözləri DİM sədri Məleykə Abbaszadə qurumun rəsmi feysbuk hesabındakı paylaşımında qeyd edib.

O bildirib ki, DİM il ərzində hər həftə müxtəlif kontingentə aid şəxslər üçün imtahan keçirir və imtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən çox olub: "Bu il həmçinin Mərkəzin elektron imtahanlar korpusu istifadəyə verildi və biz kompüterlər vasitəsilə daha çox imtahan keçirməyə müvəffəq olduq. Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən istifadə sayı da 12 milyon dəfədən çox olub".

M.Abbaszadə paylaşımında bayram günlərindən sonra imtahan qrafikinin paylaşılacağını vurğulayıb.
 
Ardını oxu...
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysinin qəzasında xəsarət alan ekipaj üzvləri “Rəşadət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Əsədov Zülfiqar Sərdar oğlu, Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib
Ardını oxu...
AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərində sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Onlar qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif ediliblər.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
 
 
 
Ardını oxu...
Lənkəranda son vaxtlar insanları ən çox narahat edən, gediş-gəliş üçün yararsız hala düşən yollardır. Asfaltı dağılmış, bərbad hala düşmüş, üstü çuxurlu, palçığı dizə qalxan yollar illərdir ki, rayonda aidiyyəti qurumları heç də düşündürmür. Əsasən bu problemin müşkülə düşməsi yerli məmurların verdiyi yalan vədlər, əhaliyə göstərdikləri biganəlikdir.

Rəsmilər Lənkəranda bütün yolların rahatlığını deyirlər. Qaldı ki, görən dağa nə bələdçilik. Rayonda çox kənd yollarında artıq hərəkət etmək təhlükəlidir. Kərgəlan kəndin yolu daha acınacaqlı vəziyyətədir. Bir balaca yağış yağanda mövcud olan gölməçələr dolur, yol keçilməz olur. Payızın palçığı, yayın toz-torpağı isə yola çıxanları pis günə qoyur. Çala- çuxurlarda nəqliyyat vasitələri tez sıradan çıxır. Ümumiyyətlə, yol heç cür günün tələblərinə cavab vermir, onun təmirinə ciddi ehtiyac vardır. Kənddə yaranmış problemdən əlaqədar təşkilatların da yaxşı xəbərləri vardır. Di gəl ki, iş görülmür.

Lənkəranda yol sıradan bəxti gətirməyən bir kənddə Xanbulandır. Kənddə işlək yolda sürüşmə hadisəsi baş verib, hazırda yol yarasız hala düşüb. Qəzaların burada baş verməsi hər an labüddür. Daha dəqiq desək, yağışlı havada avtomobillərin idarəetməni itirməsi və arzuolunmaz qəzaların baş vermə ehtimalı çoxdur. Amma yolu qaydaya salmaq aidiyyəti qurumları heç narahat etmir. Rayonda Şilavar kənd camaatı da yoldan narazıdır. Deyirlər ki, “18-ci məhəllə” adlanan ərazidə avtomobillərin hərəkət etməsi mümkün deyil. Buna səbəb məhəllədən keçən yolu kəndin əsas yoluna birləşdirən hissədə bərənin olmasıdır. Yağıntılı günlərdə bu ərazidə piyadaların hərəkəti üçün də çətinlik yaranır. Dəfələrə bərəyə yıxılma halları da olub.

Lənkəran şəhərin özündə olan bərbad küçələr artıq sayını itirib. Şəhidlər Xiyabanı 46/18 ünvanında yerləşən küçə yollarında son vaxtlar yaranan çuxurlara yağış suları dolur, nəticədə nəqliyyat və piyadaların hərəkəti çətinləşir. Heydər Əliyev küçəsi, Kiçik Bazar məscidinin yanındakı dördmərtəbəli binanın yerləşdiyi yollar dağılıb, amma təmir olunmur. Sayı bilinməyən çuxurlar istər yağışlı, istərsə isti günlərdə həmişə gediş-gəliş üçün problemdir. Şəhərdə dağılıb yararsız hala düşən küçələrdən biri Məmməd Səid Ordubadinin adınadır.

Yerli sakinlər söz düşəndə bildirirlər ki, bizim Prezidentimiz olduqca müdrik, öz xalqını sevən, gecə-gündüz onların xoş güzəranı naminə çalışan bir rəhbərdir. Amma yerli məmurlar xalqı tamam unudub, özündən başqa heç kimi düşünmür. Nəticədə rayonda həlli vacib olan sosial məsələlər get-gedən qalaqlanır. Bunlardan ən əsası isə illərlə yolların təmirsiz qalmasıdır...

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
hurriyyet.az
Ardını oxu...
 
 


 
Ardını oxu...
Səhiyyə Nazirliyi laboratoriya avadanlıqlarının satın alınması ilə bağlı "SEM-AZ" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.

Qaynarinfo-nun məlumatına görə, müqavilənin maliyyə dəyəri 109 950 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "SEM-AZ” MMC 15 may 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Akademik Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 37-də yelrəşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Anar Firkət oğludur.

Anar Məmmədov həm də "SEM-AZ Laboratoriya Cihazları” MMC-nin qanuni təmsilçisidir. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.

Mediada yer alan iddialara görə, "SEM-AZ" səhiyyə nazirinin keçmiş müavini Elsevər Ağayevə bağlı şirkətdir. Bu iddialar indiyə qədər təkzib edilməyib
 
Ardını oxu...
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin (İK) mərkəzi aparatına tapşırılıb.

Bu barədə TASS-a qurumdan bildirilib.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib”, - qurumdan bildirilib.
 
Ardını oxu...
Cəlilabadda 58 yaşlı kişi həkim tərəfindən döyülüb.

Hadisə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında baş verib.

Rayonun Uzuntəpə kənd sakini, 1966-cı il təvəllüdlü Füzuli İmanov 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün onları xəstəxanaya aparıb. Uşaqlardan birinin səhhətinin ağırlaşdığını görən baba Davud adlı həkimdən kömək istəyərkən müqavimətlə üzləşib.

Füzuli İmanovun iddiasına görə, o, həkim tərəfindən təpiklə döyülərək otaqdan çıxarılıb.

Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib.

Hadisənin anbaan görüntüləri təhlükəsizlik kameralarına da düşüb.

Fakt araşdırılır.
Ardını oxu...
bakiposta
Ardını oxu...
Bir aydır icraatda olan iş bankın sifarişilə geri qaytarılıb

Konstitusiya Məhkəməsi məhkəmə təminatı hüququnu nöqsan sayır (?)

“Kapitalbank”a, eləcə də Beynəlxalq Banka əhalinin məcburən pensiyaçı, təqaüdçü, müavinətçi kimi müştəri edilməsi xidmətin keyfiyyətini özbaşlnalıq səviyyəsinə endirib. Faktiki bu banklar bazarda monopolist kimi çıxış edirlər. Axı pensiyaçı əlilin, şəhid ailəsinin, təqaüdçünün... başqa seçimi yoxdur, zorla bu banklara müştəri ediliblər. Banklar da inhisarçı mövqeyindən yararlanıb kefi istədiyi komissiya faizini diqtə edir, kefi istəyəndə pensiyaya, təqaüdə,..., əmanətə xəyanət edib, bloklayır. Məhkəmələr isə faktiki olaraq bankların vəkili rolunda çıxış edirlər. Axı banklardan yaxşı, sərfəli sifarişlər alırlar! Baxın, banka borcun olanda məhkəmə borc məbləğinə günlük gecikmə faizi hesablayır, bank cüzi müavinəti, təqaüdü, pensiyanı gecikdirəndə nəinki gecikmə faizi, heç borcun özü də kəsirlə ödənilir. Heç demə, “it ilində” pensiyaçının banka, dövlət (sosial müdafiə) fonduna, ŞƏHİDİN DÖVLƏTƏ (CƏNNƏTDƏN) borcu qalıbmış. “Əjdaha ili”ndə də durumun dəyişməyəcəyini gerçək faktlar ortaya qoyur.
Ardını oxu...
“Kapitalbank”ın sovet dönəminin əmanət bankının varisi kimi özbaşınalıqlarda özəl çəkisi, şişirtmə komissiya faizi var. “Komisyon” dələduzluğa baxın, “Birbank” müştərisinin iki kartı arasında köçürməyə görə 1 faiz, ən azı 1 manat “komissiyasız” “mədaxil faizi” tutulur. (?) Fırıldağa məhkəmə qiymət vermir, özünüz fikir verin, köçürmənin komissiyasız olduğu bildirilərək müştəri aldadılır, kartına köçürülən 1 manatın hamısı “mədaxil faizi” dələduzluğu ilə yeyilir. Pensiya kartlarını yenisi ilə əvəz etmədən istifadə müddətinin on illik uzadılması da bankın daha bir fırıldağıdır. Axı müddəti uzadılan kartlarla “online” alış-veriş etmək olmur, anında istifadə müddətinin bitdiyi bildirilir. Yeni kart almaq isə 5 manata başa gəlir. On, yüz minlərlə pensiyaçının, müavinətçinin 5 manatı ilə bankın pulsuz verməli olduğu kartlara görə nə qədər qanunsuz gəlir götürdüyünü bağlantılı maliyyə, bank, hesablama qurumları hesablamaqda çətinlik çəkməz. Elə prokurorluq, məhkəmə də. Di gəl, nəzarətedici qurumların haqq- hesabları elə bankdan çıxır deyəsən.
Ardını oxu...
Nizami məhkəməsində “Kapitalbank” ASC və onun Nizami filialına qarşı 1-ci dərəcəli Qarabağ qazisinin Prezident təqaüdünü 6 ay bloklayıb “ac qoymasından”, əmlakını ələ keçirməsindən, qanunsuz faiz tutmasından iddianın “bəxtinə” bu yol 1 aydan sonra “geri qaytarılmaq üzüqaralığı” yazılıbmış. Üzdəniraq məhkəmə qərardadına baxın, 26.11.2024-cü ildə məhkəməyə elektron kabinetdən daxil olan iddia ərizəsi PA, Ali Məhkəmə, Məhkəmə Hüquq Şurasına 20 günlük şikayətlərdən sonra 17.12.2024-cü ildə “tapılıb” qeydiyyata alınıb. Və 23.12.2024-cü ildə hakim Starə Əliyeva kabinetdə məlumat yerləşdirib ki, ərizə MPM-in 149-cu maddəsinin tələbinə uyğun olmadığı əsası ilə “geribəxtli” sayılır. Axı MPM-in 151.3 maddəsi bu geri qaytarma müddətini 5 gün hesablayır, 27 gündən sonra iddia geri qaytarıla bilməz; başqa “əsaslı bəhanə” tapmaq olmazdı? Di gəl, hakim kimdir ki, belə işlərdə sifariş məhkəmə sədrinə edilir.
Ardını oxu...
Yeri gəlmişkən, 3 ildir Nizami məhkəməsinin hakimi Ülkər Yusifova “Kapitalbank”a qarşı iddianı elə itirib ki, heç PA, Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası da tapa bilmir. Hətta Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Ü. Yusifovanın qərardadını ləğv edib, işi baxmağa Nizami məhkəməsinə qaytarıb, işə baxmaq əvəzinə, qərardadı ləğv edilən Ülkər Yusifova yenidən işə hakim edilib və iş tamam yoxa çıxarılıb. İndi bu hakim Beynəlxalq Banka qarşı işə sədrlik edəcəyindən iddiaçı Qarabağ əlilinin hakimə 1 aylıq etirazına da baxılmır. Çox şikayətlərdən sonra, axırı , Nizami məhkəməsinin sədri İlham Kərimli etirazı əsassız sayıb. Onu da vurğulayaq ki, sədrin əsassız saydığı etirazın bir əsası da Ülkər Yusifovanın “Bravo” və digərlərinə qarşı iş üzrə geriqaytarma qərardadından şikayəti 1,5 ildir Bakı Apellyasiya Məhkəməsinə göndərməməsi özbaşınalığıdır. Özbaşınalığa baxın, məhkəmə qərardaddan şikayəti apellyasiya instansiyasına 1,5 ildir göndərmir ki, MPM-də nəzərdə tutulmayıb!(??) Belə məhkəmədən, belə hakimdən obyektivlik, ədalət, qərəzsizlik gözləməyə dəyər? Əlbəttə, ritorik sualdır.
Bəs Məhkəmə Hüquq Şurası nədən ötrüdür? Niyə məhkəmə təminatı hüququna qadağaya, məhkəməyə, dövlətə, Konstitusiyaya hörmətsizliyə qiymət vermir? Konstitusiyadan söz düşmüşkən, Konstitusiya Məhkəməsi də Konstitusiyaya sayğısızlıq göstərirsə, hansı hüquqa sayğıdan danışmaq olar?
Məğrur Bədəlsoy
P.S. Nizami məhkəməsinin hakimi Ülkər Yusifovanın 1,5 ildir “Bravo” və digərlərinə qarşı qərardaddan şikayəti apellyasiya instansiyasına göndərməməsi ilə məhkəmə təminatı hüququna qadağanı Konstitusiya Məhkəməsinin Palatası ( Rövşən İsmayılov (sədrlik edən və məruzəçi hakim), Fikrət Məmmədov, Sona Salmanova, Kamran Şəfiyev) qanuni sayıb. (??) “Qanuni əsas” bu olub ki, hələ şikayətvermə müddəti tükənməyib, nöqsanları (hansını?-M. B.) aradan qaldırdıqdan sonra aidiyyatı məhkəməyə müraciət edilə bilər. (?) Konstitusiya Məhkəməsi məhkəmə təminatı hüququna qadağa qoyulmasını məhkəmənin yox, müraciət edənin NÖQSANI sayırsa, Konstitusiya hüquq və azadıqlara təminat verir, yoxsa NÖQSANLARA?
 
Ardını oxu...
Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer almışdır. Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılmış və şübhəli məqamlar müəyyən edilmişdir. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranmışdır. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılmışdır.

Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaqdır.
 
 
 
Ardını oxu...
“ “Kapital bank, “Bank of Baku”, “Beynəlxalq bank”, “Unibank” və s. bu bankların heç biri 1-ci və 2-ci qrup əlillərə kredit vermirlər. Bəlkə də bu siyahını uzatmaq olar. Baxmayaraq ki, həmin şəxslər pensiya, təqaüd alırlar, bundan işləyənləri də var” Səbəb kimi də deyirlər ki, bizə Milli bank belə tapşırıb. Biz də bir neçə gözdən əlillər Milli Banka gedib, problem haqqında məlumat vermişik. Müraciətimizə cavab olaraq bankdan deyiblər ki, biz bu məsələni həll edib, məktub yollayacağıq”

Bunu Moderator.az-a açıqlamasında şikayətçi Nazlı Əliyeva bildirib. O daha sonra bildirib ki, problem hələ də həllini tapmayıb:

“Milli bankdan heç bir məktub yollamayıblar. Bu günlərdə yenidən banka kredit üçün müraciət etdim, fikirləşdim ki, bəlkə də problem həllini tapıb. Amma yenə də mənə kredit vermədilər. Halbuki mən özüm “Kapital bank”-dan əməkhaqqı alıram. Bütün insanların hüquqları bərabərdir. Əlil də bu ölkənin vətəndaşıdır. Bir neçə mağazadan kreditlə əşya götürmüşəm və vaxtlı-vaxtında ödəyirəm. Banklar isə heç cür kredit vermirlər. Sadaladığım problem təkcə gözdən əlillər üçün deyil, bütün fikizi məhdudiyyətli insanlara münasibət bu cürdür” deyə şikayətçi bildirib.

Bu mövzu ilə bağlı son günlər sosial şəbəkələrdə də söz-söhbətlərə rast gəlirik. İqtisadçı ekspert Xalid Kərimli Moderator.az-a açıqlamasında bildirib ki, vətəndaşın əlillik dərəcəsi banklar üçün heç bir əhəmiyyət daşımır.

“Bu məsələ nə qanunvericilikdə təsdiqlənir, nə də bankın daxili prosedurlarında nəzərdə tutulub. Sadəcə banklar vətəndaşa kredit verərərkən onların ödəmə qabiliyyətini nəzərə alırlar. Əlillərin gəlirləri aşağı olduğuna görə onlara zatən düşən kreditin həcmi də az olur. Mərkəzi bankın normativlərinə görə istehlak kreditləri vətəndaşın aylıq gəlirinin 40 faizindən çox ola bilməz. Əslində banklar belə deyək də əllərində çıraq həmin müştəriləri axtarırlar ki, kredit yükü, öhdəlikləri çox olmasın. Bu bankın ən sevimli və arzuladığı müştəri tipidir. Burada əsas nüans əlillərin gəlirlərinin çox aşağı olmasıdır. Gəlirlərin az olması zamanı bəzi məhdudiyyətlərin yaranması istisna edilmir. Əgər stabil əlillərin gəlir mənbələri varsa mən əminəm ki, heç bir bank kredit verəndə nə əlillik vəsiqəsini tələb edir, nə də başqa bir şey. Təkcə gəlir mənbəyi əlillik müavinətidirsə, bunu da bilirik ki, bu müavinətin həcmi böyük deyil. Avtomatik bank ona kiçik həcmli kredit verə bilir. Əlillərə münasibətdə bank ola bilsin ki, əlillərin statusunu, sosial vəziyyətini izah edərək sabah pulu ala bilməyəcəklərini nəzərə alır. Çünki bank sabah həmin şəxsi məhkəməyə verəndə qınaqlar başlanacaq, baş verəcək narahatlıqlar əvvəlcədən nəzərə alınır. Hətta bəzi banklarda xüsusi endirimlər və kampaniyalar mövcuddur. Əlil vətəndaşlara qarşı hansısa fərqli yanaşmaların olması yolverilməzdir” deyə ekspert bildirib.
 
 
 

Dünyapress TV

Xəbər lenti