Ardını oxu...
Gəncə şəhər sakini Həsənova Cənnət Niyaz qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər şəxslərinə etiraz edir:

“Mən, Həsənova Cənnət Niyaz qızı, bildirim ki, 59 yaşım var, tək yaşayıram. Heç kəsdən köməyim yoxdur, yataqxanada yaşayıram. Evimin şəraiti də yoxdur.

Başımla bağlı ciddi xəstəliklərdən əziyyət çəkirəm, iş qabiliyyətim yoxdur. Bunu həkim sənədləri ilədə sübut edə bilərəm. Bədənimin bəzi yerlərində “qrija” əmələ gəlib. Xəstəliklərimin sayı-hesabı yoxdur. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bunu sübut etmək qeyri-mümkündür.

Gəncədə xəstəlik kağızları “od qiymətinə” satılır. Ciddi yoxlanış olsa görərlər ki, şəhərin 50-60 faizi qrupla pensiyaya çıxıb. Yəqinliklə deyirəm ki, həmin şəxslər heç bir qrupa layiq deyillər. Gördüklərim bunu mənə bir daha sübut edir.

Onu da bildirim ki, ürəyim də artıq mənimlə “savaşa başlayıb”. Yəni o da yaşamaq üçün mənə “savaş açıb”. Müalicə etməliyəm, imkan yoxdur. Bu qədər xəstəlikləri olan kimsəsiz qadına heç bir yardım olunmur. Nazirlik o qədər sağlam adama əlillik dərəcəsi verib ki, həqiqi əlillər qıraqda qalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir sualım var. Mənim bildiyimə görə, əlillik dərəcəsi verilən şəxslər xəstə olmalıdır. Harda, hansı qanunda yazılıb ki, sağlam şəxslərə əlillik verilməlidir? Qanun bunu deyirsə, belə çıxır ki, illərim boşa gedib. Kaş, sağlam vaxtı mən də pulumu verib, hansısa qrupu almış olardım.

2019-cu ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı, Gəncə Səhiyyə İdarəsinin göndərişi Respublika Klink Xəstəxanasında müalicə aldım. Oradan mənə sənəd verdilər ki, iş qabiliyyətim yoxdur. Gəncə şəhərində isə məndən istənilən məbləğə gücüm çatmır, bu səbəbdən də xəstəliklərimi təsdiqləmirlər.

Aprel ayının 11-dən iyul ayının 16-na kimi xəstəxanada yatdığım müddəti 20 gün kimi yazıblar”.

Haşiyə olaraq qeyd edək ki, 6 ay öncə Mehralıyeva Anarə Paşa qızının 1-ci qrup əlilliyinin saxta olduğu haqda redaksiyamıza məlumat daxil olmuşdu. Qarşı tərəfi qanunsuz yolalrla əlillik almaqda ittiham edən mənbə bildirirdi ki, Anarə Mehralıyeva əlillik dərəcəsini qohumunun vasitəsilə alıb. Yənin onun “ömürlük əlil” təyin olunmasına səbəb qohumu olub. Məsələ ilə bağlı nazirliklə əlaqə yaradıb, məlumatı dəqiləşdirmək istədik. 6 aylıq araşdırmadan sonra nazirlik adıçəkilən xanıma 2-ci qrup əlillik dərəcəsi təyin edib.

Təəssüflə qeyd edirik ki, belə neqativ hallar çoxdur. Bu kimi insanlar komissiyadan necə keçir və yaxud kimlər keçirir, bütün bunlar araşdırılmalı və ciddi nəzarət olunmalıdır.
 
 
 
Ardını oxu...
"Uzun müddət Yavada Niderland Hindistanının (İndoneziyanın) müstəmləkə aparatında məmur kimi xidmət etmiş niderlandlı Eduard Daues Dekkerin 1859-cu ildə “Maks Havelaar və ya Niderland ticarət cəmiyyətinin qəhvə hərracları” (“Max Havelaar of de koffiveilingen der Nederlandsche Handelmaatschappy”) kitabı çapdan çıxdı. Özünə Multatuli (“əzabkeş”; latın dilindəki multa tuli “çox əzab çəkdim” ifadəsindən) ləqəbi götürmüş Dekker Niderland məmuru olmasına baxmayaraq, bütün xidməti müddətində indoneziyalıların həyatının yüngülləşdirilməsinə çalışmışdır. Lakin bu fəaliyyətində o, müstəmləkə hakimiyyətinin və yerli feodallrın müqaviməti ilə qarşılaşdığından tutduğu rezident köməkçisi vəzifəsindən istefa verməyə məcbur olmuşdu. Çap etdirdiyi həmin kitabda Dekker müstəmləkəçiliyi ifşa edir, əzilən, istismar olunan insanların müdafiəsinə qalxırdı. İstefasından sonra ehtiyac içində yaşamağa məhkum olsa da, o, əqidəsindən dönməmişdi". Dia-az.İnfo bildirir ki, bu iddia ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib.
O daha sonra bunları əlavə edib: "Həmin dövrün müstəmləkə Niderland Hindistanını xatırladan Azərbaycan Dillər Universitetinin əzilən, istismar olunan əməkdaşlarının Multatulisi olmaq da, görünür, mənim taleyimə yazılıbmış. Əlbəttə, hüquq-mühafizə orqanlarına, məhkəmə sisteminə yol tapmış, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva kimi himayədarı olan müstəmləkəçi rektor Kamal Abdullayev istibdadı ilə mübarizə aparmaq o qədər də asan deyildir. Bununla belə, onu ifşa etmək fəaliyyətimi, onun iç üzünü bütün təfərrüatı ilə açıb ictimaiyyətə göstərmək işimi davam etdirirəm. Bütün bunlar çapa hazırlanmaqda olan “Kamalnamə və ya bir rektorun diplom hərracları” kitabımda əksini tapacaqdır.
Bu kitabda Kamal Abdullayevin təkcə despotik rektorluğu, diplom alveri, deyil, həm də elmi və ədəbi fəaliyyətindəki saxtakarlığı, ideya oğurluğu, saxta akademikliyi də geniş təsvir olunacaqdır.
Bu yazıda onlardan bəzi məqamlara toxunacağam.
Dəqiq xatırlamıram, 1983-cü, ya da 1984-cü il olardı. Həmin dövrdə mən Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsinin dissertantı idim. Bir dəfə əvvəllər müəllimim olmuş, o vaxt isə elmi rəhbərim olan A.K.Oqloblin Fransadan qonağı olacaqını dedi və məni şam yeməyinə evinə dəvət etdi. Axşam görüşərkən məlum oldu ki, qonaq qiyabi olaraq tanıdığım, İndoneziya ədəbiyyatı üzrə mütəxəssis Anri Şamber-Luardır (Henri Chambert-Loir). Çox maraqlı söhbətimiz oldu. Söhbət zamanı Anri dedi ki, siz – Sovet adamları çox xoşbəxtsiniz. Nəyə görə belə düşündüyünü soruşanda o, gözləmədiyimiz, lakin çox maraqlı bir çavab verdi: “... çünki necə yaşadığınızı bilmirsiniz”.
Kamal Abdullayevin Azərbaycan dilində yazı tərzi, özünün bu barədə fikirləri mənə Anrinin həmin o cavabını xatırladır. Mənə elə gəlir ki, Kamal Abdullayev Azərbaycan dilində necə yazdığını özü dərk etmir və elə bu səbəbdən ona elə gəlir ki, normativ Azərbaycan dili məhz onun yazdığı və danışdığı dildir.
Belə bir deyim var: “Utanmasan, oynamağa nə var?!” Kamal Abdullayevdə nə utanmaq vardır, nə də təvazökarlıq. Ona görə də 2023-cü ilin 21 iyulunda kulis.az saytına verdiyi müsahibədə utanmadan “Mənim dilimə iradı olanın Azərbaycan dilindən xəbəri yoxdur”, “Mən özümü dilimizin zadəganlarından hesab edirəm” deyir. Bərəkallah!”. 24 il ərzində hələ Azərbaycan əlifbası ilə yazmağı öyrənə bilməyən, “yəni” bağlayıcısından sonra vergül qoyan, elmi üslubda cümlələrinin çoxunu “və” birləşdirmə bağlayıcısı ilə başlayan, tire ilə defisi, onların funksiyalarını ayırd edə bilməyən, durğu işarələrinin işlənmə məqamlarından xəbərsiz olan bu akademik utanmadan özünü Azərbaycan dilinin zadəganı adlandırır. Əyanilik üçün onun “Azərbaycan dili sintaksisinin nəzəri məsələləri” kitabının 2016-cı ildə yenidən işlənmiş və əlavələr edilmiş ikinci nəşrinə baxaq. Həmin kitabın təkcə 7-ci səhifəsində yuxarıda sadaladıqlarımın hamısını görmək olar:
“...Yəni, cümlə və mürəkkəb sintaktik bütöv – ünsiyyət vasitəsinin bu iki amili ...”
“Və məhz bu kitabda təqdim edilən şəkildə ayrılma (mürəkkəb cümləyə və tabeli mürəkkəb cümləyə) bizə belə gəlir ki, sintaktik səviyyənin dil aspektindən dolğunluğunu təmin edir”.
“Bu o məqsədlə edilmişdir ki, ...”
Amma bununla belə, monopredikativlik anlayışının ...”.
Kamal Abdullayevin Azərbaycan dilinin qaydalarından xəbrəsizliyini nümayiş etdirən belə nümunələri bütün kitab boyu görmək olar.
Məsələn:
“Və bu inkar öz-özlüyündə ...” (s.9)
“Və biz oxucunun da görəcəyi kimi, ...” (s.9),
“Yəni, məzmuna uyğun formanın (və pozisiyanın) əldə edilməsi ...” (s.27),
“O məktubu yazır” (s.58),
“O sənə yalvarır” (s.60).
Belə səhvlər, kitabda minlərlədir.
Özünü “Kitabi-Dədə Qorqud”un bilicisi hesab edən Kamal Abdulla hələ başa düşə bilməyib ki, “kitab” elə “dastan” mənasında işlənir. O isə yazır: “Məsələn, Azərbaycan ədəbi dil abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarını götürək” (s.222).
Kamal Abdullayev hələ onu da başa düşə bilməyib ki, “koqeziya” (s.289 və s.) rus dilindədir. Azərbaycan dilində ona “koheziya” deyilir.
Yazdıqlarım dəryadan bir qətrədir. Budur Kamal Abdullayevin normativ dili, budur Kamal Abdullayevin Azərbaycan dilinin zadəganı olması. Başqa bir sahənin mütəxəssisi olsaydı, bəlkə də, bunu ona bağışlamaq olardı, amma o, Azərbaycan dili mütəxəsisisdir və öz dilini Azərbaycan dilinin standartı hesab edir.
Kamal Abdullayevin normativ hesab etdiyi dilinin daha bir tərəfinə baxaq.
2023-cü ilin 10 aprelində APA-ya verdiyi müsahibədə Kamal Abdullayev deyir: “Fitri istedadın arxasında hökmən ingilis dili, rus dili durmalıdır”. Bərəkallah! “Fitri” sözü ərəb mənşəlidir (فطرى) və “yaradılışca xas olan, təbii” mənasında işlənir. Kamal Abdullayevin dediyindən belə çıxır ki, gələcəkdə fitri istedadı üzə çıxacaq uşaq artıq ana bətnində hökmən ingilis dilini, rus dilini bilməlidir. Başqa sözlə, məsələn, Mirələm Mirələmov ingilis dilini, yaxud rus dilini bilmirsə, onun muğam oxumaq istedadı fitri deyildir. Vallah adam bilmir ki, bu fikrə ağlasın, ya gülsün, ya bu sözləri xəstə təxəyyülün məhsulu, sayıqlama hesab etsin..."

DAVAMI VAR...
Ardını oxu...
98 saylı Bərdə Tərtər seçki dairəsində deputatlığa namizəd Xanlar Fətiyev Seçki Məcəlləsinin əsas müddəalarını pozaraq, qeyri qanuni üsullara əl ataraq seçki təbliğat və təşviqatımıza mane olmağa çalışır , öyrədilmiş təxribatçı şəxsləri görüşlərimizə göndərərək görüşlərimizi pozmağa cəhd edir.

Pravda.az-ın xəbərinə görə, bunu həmin seçki dairəsi üzrə namizədliyi qeydə alınan Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimovanın səlahiyyətli nümayəndəsi Rəşad Quliyev bildirib.

"Xanlar Fətiyevə xəbərdarlıq edirəm və ona bildirirəm: qanunun tələblərini pozma, Seçki Məcəlləsinin qaydalarına riayət et və xalqın səsini qazan. Digər qanunsuz fəaliyyətlərini kənara burax. Əks halda qanun qarşısında cavab verməli olacaqsan. Xanlar Fətiyevin "təbliğatçıları" polisin adını və rayon rəhbərliyini ləkələməyə, onların adından vətəndaşlara, bizə dəstək verən insanlara hədə qorxu gəlir, şantaj yolu ilə onları bu yoldan çəkindirməyə çalışırlar. Bərdə Rayon Polis Şöbəsinin rəisi Ənvər müəllimin, Bərdə Rayon İcra Hakimiyyətimin başçısı Vidadi İsayevin adı ilə sui-istifadə edərək vətəndaşları bizə dəstək verməkdən çəkinməyə məcbur edirlər. Xanlar Fətiyevi bu yoldan çəkinməyə, qanunsuzluğa yol verməməyə səsləyirəm, əks halda seçki qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olmaq, birbaşa seçki məcəlləsinin pozulması, seçki prosesinə birbaşa müdaxilə halı kimi dəyərləndirilərək məsuliyyət daşıyacaq", - o qeyd edib.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, SOCAR-ın keçmiş vitse-prezidenti Bədəl Bədəlovun YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülüb. Onun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən namizədliyi qeydə alınıb.

Həmin dairədən olan vətəndaşlar Bədəl Bədəlovun deputatlığa namizədliyinin irəli sürülməsinə etiraz ediblər.

Vətəndaşlar Bədəl Bədəlovun SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin dəstəyi ilə namizədliyinin verildiyini bildiriblər.

Məsələ ilə bağlı Bədəl Bədəlov Manşet.Az-a açıqlama verib.

"Siz kimsiniz, məni yığmısınız? Nömrəmi haradan almısınız? Kim? Rövnəq Abdullayev mənə dəstək verib?...",- Bədəl Bədəlov bu adı eşidən kimi telefonu dərhal bağlayıb.

Qeyd edək ki, Bədəl Bədəlovun SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin yaxın adamı olduğu bildirilir.
 
Ardını oxu...
“Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində sakinlər içməli suya möhtac qalıblar. Düşünün ki, 21-ci əsrdə Bakının əsas kəndlərindən birində su yoxdur” .

Tribunainfo.az məlumat verir ki, bunu 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən Gələcək Azərbaycan Partiyasının deputatlığa namizədi Aslan Həmidli bildirib. Onun sözlərinə görə,

illərdir Maştağa ərazisinə vəkillik etmiş şəxsə müraciətlər edilsə də, heç bir reaksiya olmayıb: “Vətəndaş seçmədiyi deputatın üzünü illərdir görmür.

Maştağanın böyük hissəsi Eldar Quliyev tərəfindən alınıb. Maştağada olan kafelər, restoranlar, çayxanalar, ət dükanları və s obyektlərin tək sahibi Eldar Quliyevdir.

Sosial sorğularda onu göstərir ki, xalq Eldar Quliyevi qəti şəkildə istəmir. Gələn il 74 yaşına girəcək olan Eldar Quliyevin nə etmək istədiyini heç özü də bilmir…”

Qeyd edək ki, bu dairədən deputat Eldar Quliyev yenidən namizəddir.
Ardını oxu...
1 Sentyabr- parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası bir neçə gündür ki, davam edir.

Prosesə qatılan YAP başda olmaqla ölkənin əksər siyasi partiyaları ilə yanaşı müstəqil namizədlər də seçicilərlə görüşür.

Deputatlığa namizədlərin seçicilərlə görüşündə bir məqam xüsusi diqqəti çəkir.

Belə ki, kiçik seçici qrupları ilə görüşdə məntiqlə həmin şəxslərin problemlərinin öyrənilməsi, buna dair vədlərdən danışılmalı olduğu halda ancaq sosial şəbəkələrdə yayılan məlumatlarda başqa şeydən söhbət gedilir.

Məsələn 123 Saylı Kəlbəcər Seçki Dairəsindən hökumətin dəstəklədiyi namizəd Mircəlil Qasımlı özünün seçicilərlə görüşündə yalnız 44 Günlük Müharibədən bəhs edir.

Hara gedir, eyni yazılı çıxışı oxuyub oradan aralanır.

Sanki torpaqları o azad edib və bu onun şəxsi uğurlarına yazıldığından özünün piarında istifadə edir.

Sitat: “Mircəlil Qasımlı bildirmişdir ki, 44 Günlük müharibədə Azərbaycan öz suverenliyini bərpa etdi, torpaqları işğaldan azad etdi. Artıq ölkəmizdə başqa bir dövr- həmin ərazilərin bərpası gündəmdədir”.

Bunu acqarnına AzTV-dən onsuz da hər gün eşidir.

Sənin işin vəkili olmaq istədəyin insanın problemlərini öyrənmək, hansısa vəd verməkdir.

Ancaq Mircəlil əlində aidyyatı orqanlara vurduğu teleqram və şikayət ərizələrinin bir topa qəbzi ilə yanına gələn seçicinin maraqlarını kənara atır.

Məsələn o, deyə bilər ki, mən deputat olanda ayrı-ayrı özəl ali məktəblərdə təhsil alan kəlbəcərli tələbələrin təhsil haqlarında müyəyyən güzəştlər üçün həmin təhsil ocaqlarının rəhbərliyindən şəxsi xahişdə buluna bilərəm.

Yaxud, mıhkəmə-hüquq sisteminin qeyri-adekvat münasibəti ilə üzləşən həmyerlilərinin probleminə biganə qalmayacağına dair vədlər verə bilər.

Bu sadəcə bir nümunədir.

Təəssüf ki, Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc və digər namizədlər kimi təşviqat kampaniyası aparan yoxdur.
Gununsesi.info
 

Ardını oxu...
Şamaxı rayon sakini Elmira Hüseyinova deyir ki, oğlu həyat yoldaşından ayrıldıqdan sonra, məhkəməyə müraciət edərək ona məxsus olan torpaqda tikilmiş sənədsiz evdən pay tələb edib.

Dia-az.İnfo xəbər verir ki, şikayətçinin sözlərinə görə Şamaxı rayonunun hakimi Natiq İsmayılaov rüşvət qarşılığında gəlninin iddasını təmin edib, və sənədsiz evi 30 min manat dəyərində qiymətləndirərək, gəlninlə 15 min manat pul verilməsi ilə bağlı qərar qəbul edib.

Elmira Hüseyinova bu qərarı qanunsuz hesab edir və bu məsələnin araşdırılmasını xahiş edir.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
2023- cü ilin mart ayında aşbazlara ərizə yazdırıb dövlət bağçasından azad edib "El Oba QSC" MMC şirkətinə qəbul etdilər. Vaxtı- vaxtında əmək haqlarını ödəmirdilər. 40 dərəcə istidə isti peçin qarşısında 200 uşağa yemək hazırlıyan aşpazların 2 aydı əmək haqlarını ödəmirlər. İşçilər bildirir ki, dövlət bağçasının balasında olan mətbəxin yenidən qurulmasını istəyirlər. Maaşların verilməməsi ilə əlaqədar MMC-yə müraciət edilmişdir. MMC-dən məlumat verildi ki, Təhsil Nazirliyi onların maaşlarını vermir. Əgər Təhsil Nazirliyi aşpazların müavinətini verirdisə, bəs niyə MMC şirkəti Nazirlik ilə razılşama edib bu işi götürüb? İşçilərin də təklifi budurki, onları əvvəlki iş yerlərinə qaytarsınlar. Əks halda cənab prezidentə müraciət edəcəklər.(tehsilmedia)
Dia-az.İnfo xəbər verir ki, Keçən ilin məlumatına görə, Elm və Təhsil Nazirliyi Təchizat İdarəsi tərəfindən “EL-OBA” QSC ilə 2023-cü il ərzində Bakı şəhəri (Binəqədi və Nərimanov rayonları) ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasına dair 11.109.016,17 manat dəyərində satınalma müqaviləsinin bağlanılması barədə məlumat da 20.02.2023-cü il tarixdə açıqlanıb.
Qeyd edək ki, Bakı şəhəri Nizami rayonunda 34, Nərimanov rayonunda isə 30 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil Nazirliyinin Təchizat İdarəsi bu məktəbəqədər təhsil müəssisələrinin birinin yeməklə təchizatına orta hesabla 173 578 manat vəsait ayırıb.
“EL-OBA” QSC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat, hüquqi ünvanı Bakı, Binəqədi rayonu, Biləcəri, Yeni Yaşayış sahəsi ev 6-dır. Şirkətin qanuni təmsilçisi Vüsal Maşalla oğlu Niftiyevdir. Elektron mediada QSC nin illik maliyyə hesabatları yayılıb. Göstərilir ki, “El-Oba” QSC 2022-ci ili 446 min manat xalis mənfəət ilə yekunlaşdırıb. 2021-ci ildə şirkətin xalis zərəri 339 min manat təşkil etmişdir. Şirkətin bina, qurğu və avadanlıqların amortizasiyası üzrə gəlir və xərcləri 8 561 manat olub. Əvvəlki il bu göstərici 9 137 manat təşkil edib. “El-Oba” QSC 2021-ci il 339 min manat xalis zərər ilə yekunlaşdırıb. 2020-ci ildə şirkətin xalis zərəri 400 min manat təşkil etmişdi. 2020-ci illə müqayisədə 2021-ci ildə “El-Oba” QSC-nin satışdan gəlirləri 7 dəfədən çox artaraq 6 milyon 744 min manat təşkil edib. Şirkət 2020-ci ildə 925 min manat gəlir əldə etmişdi.
Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi qeydiyyatına alınma və qeydiyyatdan imtina halları ilə bağlı 2022-ci ilin dekabr ayına olan məlumatda qida təhlükəsizliyi qeydiyyatından imtina edilən sahibkarlıq subyektləri haqqında məlumatda “El-Oba” QSC-nin də adı keçir. Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun olmadığına görə “El-Oba” QSC-nin ictimai iaşə xidməti göstərməsinə icazə verilməyib. Cəmi bir ay sonra QSC iaşə xidmətinin göstərilməsi ilə bağlı 11 milyon manat dəyəri olan tender udub.
Yəni göründüyü kimi, bu qurumun yetərincə gəlirləri olsa da, nədənsə 9işçi maaşlarını verməkdə problem yaşayır və bu işdə ETN-i günahkar kimi təqdim edir...
Ardını oxu...
Azərbaycanda dələdzuluq işi ilə məşğul olan bəzi şəxslərə dövlət vəzifəsində işləyən məmurların himayə etməsi barədə müxtəlif məlumatlar mövcuddur.
AzFakt.com-a daxil olan məlumata görə belə məmurlardan biri də Lənkəran Gömrük Postunun rəisi Firdovsi Əbilovdur. Belə ki, gömrük işçisinin vəzifəsindən istifadə edərək Sadıqova Lyudmila Adil qızı adlı bir dələduz xanımı himayə etdiyi iddia edilir. Qeyd edək ki, adı dələduzluqda hallanan Lyudmila Sadıqova son işlədiyi yerdə sahibkarın 50 min manata yaxın vəsaitini mənimsəyərək qaçıb.
Bildirilir ki, Lyudmila Sadıqova əməlləri barədə hüquq mühafizə orqanlarına şikayətlər edilməsinə baxmayaraq, hansısa gizli əl onu törətdiyi cinayət əməlinin cəzasından yayınmağa köməklik edir. Məlumata görə Lyudmila Sadıqovanı himayə edən məhz Lənkəran Gömrük Postunun rəisi Firdovsi Əbilovdur. Deyilənə görə Lyudmila Sadıqova hazırda Lənkəran rayonunda yaşayır.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bizim dairədən vətəndaşlarla görüşləri təkcə mən keçirirəm. Bu görüşlər icra hakimiyyətinin təşkil etdiyi görüşlər deyil. Canlı və real görüşlərdi. Bu ərazilərdə, xüsusilə Xəzər rayonu Binə qəsəbəsi, Qala qəsəbəsində əsas problem sudur. İnsanlar susuz qalıb. Bakıda, paytaxt şəhərdə, XXI əsrdə su problemi olmamalıdır. Xəzər rayon icra başçısı problemi atır “Azərsu”yun üstünə, “Azərsu” atır icra başçısının üstünə. Təsvir edin, “Azərsu” nümayəndəsi gəlib bildirib ki, sizin küçədə şəhid yoxdu deyə bura su çəkmirik. Bu deyiləcək sözdü? Bu dərəcədə biabırcı vəziyyətdir.

Bu sözləri Tribunainfo.az-a AĞ Partiyanın 13 saylı Xəzər İkinci Seçki Dairəsindən deputatlığa namizədi Əhəd Məmmədov bildirib. O qeyd edib ki, burada insanlar icra hakimiyyətindən, “Azərsu”dan şikayətçidirlər: “Su yox, yol problemi bitmək bilmir, bir az yağış yağan kimi palçıq əlindən hərəkət etmək mümkün deyil. Sakinlər deyir, ayrı-seçkilik edirlər, hansı küçədə şəhid varsa, oranı düzəldirlər, yol çəkirlər. Bundan əlavə, qeydiyyatsız evlər çoxdur. Sakinlər heç bilmirlər ki, küçələri necə adlanır. Sabah bu insanlar harada, necə səs verəcək? Mən artıq neçənci görüşdür ki, keçirirəm, ancaq bu problemlərdən danışılır.
Minimum rəqabətli seçki olsa, şəffaf keçirilsə mən özümün seçiləcəyini düşünürəm. Bu təkcə özümə aid deyil, AĞ Partiyanın Xəzər rayon təşkilatı partiya daxilində ən güclü təşkilatlardandır. Bizim Xəzər rayonu təşkilatımız hələ seçkidən əvvəl suya görə 2 min imza yığmışdı. Yəni bu rayonda bizim partiyanı yaxşı tanıyırlar. Liderimizin də populyarlığı, özümüzün fəaliyyəti şanslarımızı artırır”.

Rəqibləri barədə danışan Ə.Məmmədli bildirib ki, bu dairədə bir real rəqibim var, o da Gülşən xanım Paşayevadır: “Onun isə heç bir fəaliyyəti yoxdur. Dostlar bir videosunu göstərdi mənə ki, onu da icra başçısı təşkil edib. Ağ avtobusla, ağ səliqəli geyinmiş uşaqlarla qapalı bir yerdə görüş keçirib. Orada məlum məsələdir ki, müəllimləri və sair yığıblar. Bu xanım seçicilərlə bir dəfə də görüşməyib. Qapalı yerdə, icra başçısının təşkil etdiyi görüş görüş deyil. Bu, inzibati resursların hesabına təbliğat görüntüsüdür.

Mən mediadan da istifadə edərək Gülşən xanım Paşayevanı debata çağırıram. Harada istəyir görüşək, yeri də özü seçsin, hətta öz istədiyi jurnalisti moderator seçsin, debata çıxaq. Xəzər rayonunun problemlərindən tutmuş Respublikanın problemlərinə qədər danışaq, debat edək. İnsanlar da tanısın, qiymət versinlər”.
 

Dünyapress TV

Xəbər lenti