Ardını oxu...
Salyanda kanalizasiya xətlərinin yenidən qurulması işlərini həyata keçirən və hazırda fəaliyyətini dayandırmış şirkətin əməkdaşlarının bəzilərinin əməkhaqları ödənilməyib.

"Xəzər Xəbər"ə müraciət edən "YKT TİKİNTİ" MMC-nin keçmiş işçiləri deyirlər ki, ötən il Salyan rayonunda sözügedən şirkətdə fəhlə olaraq çalışıblar. Lakin avqust ayında əmək haqqının ödənilməsi gecikib. Bu gecikmə sentyabr ayında da davam edib.

Şikayətçilərin sözlərinə görə, dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, nəticəsi olmayıb.

Məsələ ilə bağlı "YKT TİKİNTİ" MMC-nin keçmiş texniki korpus mühəndisi Faiq Əli bildirib ki, şirkət 2024-cü ilin yanvar ayından Salyan rayonunda kanalizasiya xətlərinin yenidən qurulması işlərini həyata keçirib. Lakin ilin sonuna yaxın maliyyə böhranı ilə əlaqədar işlərin azalması səbəbindən şirkət fəaliyyətini dayandırıb. Bildirilib ki, dekabr ayında sözügedən əməkdaşlara əməkhaqlarının bir hissəsi qismən ödənilib.

Qalan əməkhaqları isə iki həftə ərzində tamamilə ödəniləcək.

 
Ardını oxu...
Müğənni Sevinc Musayeva “Tamstore” mağazasından şikayət edib.

Tribunainfo.az xəbər verir ki, sənətçi həyat yoldaşının alış-veriş zamanı kassada aldadıldığını bildirib. O qeyd edib ki, mağazada ondan almadığı məhsulun pulunu götürüblər:

“Həyat yoldaşım cəmi 4 məhsul alıb. Amma çekdə bahalı, almadığı məhsul da yazılıb. O da pulu ödədikdən sonra düşünüb ki, niyə bu qədər baha oldu? Qayıdıb soruşub və pulu qaytarıblar. Amma gün ərzində nə qədər belə hadisələr yaşanır. Tək “Tamstore”da yox, digər mağazalarda da edilir. Niyə insanların cibinə girirsiniz? Bu marketdən onsuz imkansız adamlar alış-veriş edir. Öz millətinizin cibinə girirsiniz. Mədəni oğurluq etməkdə məqsəd nədir? Məqsədi bilsəm, götürüb bu 6 manatı havayı verərəm. Səbəbi desəniz biz millət də bilərik ki, nə üçündür”.

 
 
 

Ardını oxu...
Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

Gundem.info.az palataya istinadən xəbər verir ki, auditlә әhatә olunan 2022-ci vә 2023-cü illәrdә agentliyin cәmi xәrclәri 35251105,5 manat olub. 2022-ci vә 2023-cü illәr әrzindә Dövlәt Proqramı çәrçivәsindә xәrclәnmiş vәsait 7436270,4 manat tәşkil edib, hәmin vәsaitlәr әsaslı vәsait qoyuluşu vә maddi-texniki bazanın güclәndirilmәsi istiqamәtindә xәrclәnib. Dövlәt büdcәsi hesabına mәqsәdli vәsaitlәrin ödәnilmәsi ilә әlaqәdar olaraq bağlanmış müqavilәlәr çәrçivәsindә 253100 “Dövlәt müәssisәlәrinә subsidiyalar” paraqrafı üzrә İnstituta ayrılmış vәsaitlәr 20015540 manat tәşkil edib.

Beynәlxalq sәriştәlilik sınaqlarını uğurla keçmiş parametrlәrin, ölkәyә virus vә bakteriyaların daxil olmasının qarşısının alınması mәqsәdilә idxal tәlәblәri müәyyәnlәşdirilmiş ölkәlәrin, müxtәlif ölkәlәrdәn idxal olunan bitki vә bitkiçilik mәhsullarında aşkarlanan uyğunsuzluqlarla әlaqәdar qarşı tәrәf ölkәlәrә göndәrilmiş bildirişlәrin sayının artımı, tәsiredici maddәnin qadağan olunması barәdә siyahının ilk dәfә hazırlanaraq tәsdiq edilmәsi, 2024-cü ildә ikinci sәviyyәli biotәhlükәsizlik laboratoriyası olan MBL-in beynәlxalq sәriştәlilik sınağında iştirak edәrәk tәqdim etdiyi nәticәlәrin әn yüksәk sayılan 4-cü kateqoriya kimi müәyyәn edilmәsi şәraitindә, elәcә dә 2022-2023-cü illәr әrzindә, әsas etibarilә, institutun regionlarda yerlәşәn laboratoriyalarının fәaliyyәt dairәlәrinin kiçikliyi sәbәbindәn onların optimallaşdırma istiqamәtlәrindә İnstitutun fәaliyyәtinin güclәndirilmәsinin zәruriliyini göstәrib.

1.05.2024-cü il tarixә agentliyin Tovuz, Bәrdә, Lәnkәran vә Xaçmaz şәhәrlәrindәki inzibati binalarının tikinti işlәrinin başa çatmasına baxmayaraq binaların istismara qәbul edilmәmәsi şәraitindә inzibati binalar üçün yerin seçilmәsi vә layihәlәndirmә işlәri zamanı regional bölmәlәrin iş hәcmlәri vә işçi sayı göstәricilәrinin nәzәrә alınmaması bu istiqamәtdә alternativ yanaşmanın tәtbiq edilmәdiyini, yeni inzibati binaların tikintisi zamanı sonradan regional bölmәlәrin fәaliyyәtlәrinin sәmәrәlilyini artırmaq mәqsәdilә agentlik tәrәfindәn regional bölmәlәrin iş hәcmlәrinә müvafiq vahid yanaşmanın tәtbiq olunmasının zәruriliyini göstәrib.

1.05.2024-cü il tarixә ölkәnin 18 dövlәt sәrhәdindәn buraxılış mәntәqәlәrindәn yalnız Qazax rayonundakı “Qırmızı Körpü” dövlәt sәrhәdindәn buraxılış mәntәqәsindә nәzarәt-keçid mәntәqәsinin tikilmәsi şәraitindә, qida mәhsullarının idxalı zamanı qida tәhlükәsizliyinin tәmin edilmәsi istiqamәtindә görülәn tәdbirlәrin operativliyinin tәmin edilmәsi baxımından nәzarәt buraxılış mәntәqәlәrinin әhәmiyyәti nәzәrә alınmaqla, sәrhәd keçid mәntәqәlәrinin әksәriyyәtindә belә nәzarәt-keçid mәntәqәlәrinin olmaması qeyd edilәn istiqamәtlәrdә fәaliyyәtlәrin güclәndirilmәsinin zәruriliyini göstәrib.

Dövlәt Proqramının tәlәbinә uyğun olaraq agentlik tәrәfindәn “Azәrbaycan Respublikasının Qida Tәhlükәsizliyi Agentliyi üzrә böhran vәziyyәtlәrinin kommunikasiya Planı” hazırlansa da, kommunikasiya planın tәsdiq olunmasından sonra böhran vәziyyәtlәrinin baş vermәmәsi şәraitindә simulyasiya tәlimlәrinin dә keçirilmәmәsi hәmin planın effektivliyinin qiymәtlәndirilmәsinә şәrait yaratmayıb.

Agentlik tәrәfindәn әsas ixrac potensiallı bitkiçilik mәhsullarının (pomidor, kartof, soğan, nar, xurma, çiyәlәk, sitrus, tumlu-çәyirdәkli vә qәrzәkli meyvәlәr) ilkin istehsalı tәsәrrüfatlarında müşahidә vә monitorinqlәrin sistemli olaraq tәşkili mәqsәdilә “Bitki mühafizәsi haqqında Beynәlxalq Konvensiya”nın 6 saylı Fitosanitar Tәdbirlәrә dair Beynәlxalq Standartının tәlәblәrinә uyğun olaraq 2022-ci il üçün vә 2023-cü il üçün Milli Monitorinq Planları hazırlanıb, Milli Monitorinq Planının icrası vәziyyәtinin araşdırılması zamanı müәyyәn edilib ki, ayrı-ayrı bitkilәr üzrә regional bölmәlәr tәrәfindәn Milli Monitorinq Planı, әsas etibarilә yerinә yetirilsә dә, bir sıra hallarda faktiki icra göstәricilәri plan göstәricilәrindәn az olub.

Dövlәt Proqramında nәzәrdә tutulan dövlәt-özәl әmәkdaşlığı çәrçivәsindә özәl sektorun iştirakı platformalarının formalaşdırılması vә qida zәnciri subyektlәrinә dәstәyin göstәrilmәsi istiqamәtindә tәdbirlәr hәyata keçirilsә dә, qeyd edilәn istiqamәtlәrdә agentlik tәrәfindәn müәyyәn edilmiş hәdәflәrә qismәn nail olunması bu istiqamәtdә fәaliyyәtin güclәndirilmәsinin zәruriliyini göstәrib.

Agentlik tәrәfindәn hәr bir il üzrә monitorinq vә qiymәtlәndirmәlәrin nәticәlәri müvafiq hesabatlarla rәsmilәşdirilsә dә, 2020-ci, 2021-ci vә 2022-ci illәr üzrә fәaliyyәt planlarının illik Monitorinq Hesabatı tәrtib edilmәyib.

Azәrbaycan Respublikası İqtisadi İslahatların Tәhlili vә Kommunikasiya Mәrkәzinin qiymәtlәndirmә vә monitorinq hesabatlarında il әrzindә layihәsi tәsdiq edilmәyәn normativ sәnәdlәrin tәsdiq olunmuş sәnәd qismindә tәqdim edilmәsi hallarına rast gәlinib.

2019-cu ilә nisbәtәn 2023-cü ildә qida zәhәrlәnmәlәri ilә bağlı daxil olmuş ilkin bildirişlәrin sayının artmasına baxmayaraq tәsdiq olunmuş qida zәhәrlәnmәsi faktı üzrә zәrәrçәkənlәrin vә 1 tәsdiq olunmuş zәhәrlәnmә faktına düşәn zәrәrçәkәn sayının azalması, elәcә dә zoonoz xәstәliklәrdәn qarayara xәstәliyi istisna olmaqla, digәr xәstәliklәr üzrә 2015-ci ildәn sonrakı dövrdә, o cümlәdәn 2019-cu ilә nisbәtәn 2022-ci ildә hәm ümumi, hәm dә әhalinin hәr 100 min nәfәrinә düşәn say baxımından azalmanın müşahidә edilmәsi, zoonoz xәstәliklәrә yoluxan heyvanların sayının ümumi heyvanların sayına nisbәtinin 2018-ci ildә 5 faiz olduğu halda 2023-cü ildә bu göstәricinin 2,3 faiz tәşkil etmәsi qeyd edilәn faktorlar baxımından qida tәhlükәsizliyi sahәsindә görülmüş tәdbirlәrin müәyyәn nәticәlәr verdiyini demәyә әsaslar yaradıb.

2023-cü ildә 2021-ci ilә nisbәtәn ölkәyә idxal edilmiş mәhsullarda, әsas etibarilә, buğda, meyvә vә tәrәvәzlәrdә aşkar edilmiş uyğunsuzluqlara görә ixracatçı ölkәlәrә göndәrilmiş bildirişlәrin sayında 3,2 dәfә artımın, ölkәdәn ixrac edilmiş mәhsullarda, әsas etibarilә, meyvә vә fındıq lәpәsindә aşkar edilmiş uyğunsuzluqlara görә idxalçı ölkәlәrdәn göndәrilmiş bildirişlәrin sayında tәxminәn 35 faiz azalmanın olması, Azәrbaycandan bir sıra mәhsulların әvvәlki dövrlәrdә qoyulmuş qadağaların 2021-2023-cü il dövründә aradan qaldırılması institutun laboratoriyaları tәrәfindәn aparılmış müayinәlәrin nәticәlәrinin etibarlılığını göstәrmәklә yanaşı daha etibarlı nәticәlәr verәn müayinәlәrin aparılması ilә qida tәhlükәsizliyinә sәmәrәli nәzarәt fәaliyyәtinin davam etdirilmәsinin vә daha da güclәndirilmәsinin zәruriliyini göstәrib.

Hesablama Palatası müәyyәn olunmuş nöqsanlarla bağlı agentliyə bir sıra tövsiyələr verib.
Ardını oxu...
Hesablama Palatası ı “Bakı Metropoliteni” QSC-də həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

İndex.az bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, səhmdar cəmiyyəti dövlət büdcəsindən ayrılan subsidiyadan təyinatı üzrə istifadə etməyib.

Belə ki, sərnişindaşıma xidmətlərindən yaranan zərərin qarşılanması üçün nəzərdə tutulmuş subsidiyalar əmək haqqı, icbari sosial ayırmalar və kommunal xərclərə yönəldilib.

Bundan əlavə, audit nəticələrinə əsasən, metropolitenin əsas fəaliyyət üzrə gəlirləri xərcləri 13,5 milyon manat üstələsə də, dövlət subsidiyalarının bir hissəsinin investisiya xərclərinə (əsaslı təmir və tikinti) yönəldilməsi maliyyə idarəçiliyində ziddiyyətlərə səbəb olub.

Palata müәyyәn olunmuş nöqsanlarla bağlı metroya bir sıra tövsiyyələr verib.
 
Ardını oxu...
Tәchizatçı ilә bağlanılmış satınalma müqavilәsindә işlәrin dәyәrinin 522270,36 manat artırıldığı üzə çıxıb.
Hesablama Palatası Cәbrayıl, Qubadlı vә Zәngilan rayonlarında Bәrpa, Tikinti vә İdarәetmә Xidmәti" publik hüquqi şәxsә dövlәt büdcәsindәn ayrılan vәsaitlәrin vә dövlәt әmlakının istifadәsi vә idarә edilmәsinә dair audit keçirib. Bu barədə Sputnik Azərbaycan-a Palatadan bildirilib.
Qeyd edilib ki, "Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti" üzrә smeta sәnәdlәrinә vә müqavilәyә iş hәcmlәrinin artıq, digәr işlәrdә isә tikinti materialının dәyәrinin bәzi işlәrin qiymәtindә nәzәrә alınmasına baxmayaraq tәkrarәn, elәcә dә eyni işin qiymәtlәrinin fәrqli qiymәtlәrlә daxil edilmәsi obyektin müqavilә dәyәrinin 146942,89 manat artmasına sәbәb olub.
Zәngilan rayonu Ağalı kәndindә Xidmәtin strukturunda çalışan işğaldan azad edilmiş әrazilәrdә işlәyәn mütәxәssislәrin işinin xüsusiyyәtlәri nәzәrә alınmaqla mәskunlaşmaları ilә bağlı әmәyin ödәnişi üzrә qanunvericiliklә müәyyәn edilmiş әlavәnin düzgün tәtbiq edilmәmәsi hesablaşmada әsas olmadan ümumilikdә 137258.71 manat vәsaitin artıq ödәnilmәsi ilә nәticәlәnib.
Nәqliyyat xidmәtlәrinin satınalınması üzrә müqavilә öhdәliyindәn artıq xidmәtlәrin göstәrilmәsi vә dәyәrinin ödәnilmәsi müqavilә şәrtlәrinә riayәt edilmәmәklә yanaşı, dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericiliyin dә pozulmasına sәbәb olmuşdur. Xidmәti istifadә mәqsәdi ilә "3 әdәd müvәqqәti yaşayış şәhәrciklәrinin tikintisi vә quraşdırılması" üçün keçirilmiş satınalma üzrә ehtimal olunan qiymәtin qanunvericiliklә müәyyәn edilmiş qaydada müәyyәnlәşdirilmәdәn 2 lot üzrә tenderә çıxarılması prosesindә eyniadlı avadanlığın dәyәrinin hәr iki satınalmanın iş hәcmlәrinә daxil edilmәsi vә müvafiq müqavilәlәrin bağlanılması dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericilik aktlarının tәlәblәrinin gözlәnilmәmәsi ilә yanaşı, tәchizatçı ilә bağlanılmış satınalma müqavilәsindә işlәrin dәyәrinin 522270,36 manat artırılması ilә nәticәlәnib.
Bildirilib ki, kәnar dövlәt maliyyә nәzarәti obyektindә aparılan audit üzrә Rәy formalaşdırmaq mәqsәdilә әldә edilmiş audit sübutları qiymәtlәndirilәrkәn Xidmәt tәrәfindәn Hesablama Palatasına tәqdim olunmuş 14.08.2024-cü il tarixli mәktub ilә bildirilәn qeyd, irad vә rәyinә әlavә olunan sәnәdlәr vә mәlumatlar tәhlil edilәrәk nәzәrә alınmışdır.
"Aparılmış auditә әsasәn biz müәyyәn etdik ki, auditi aparılan Xidmәt tәrәfindәn dövlәt vәsaitlәrinin vә dövlәt әmlakının istifadәsi vә idarә olunması vәziyyәtinin audit meyarları ilә müqayisәsindә hesabatın nәticәlәr hissәsindә qeyd edilәn uyğunsuzluqlar istisna olmaqla (qeyd olunan uyğunsuzluqlar yayılan deyildir) digәr audit predmetlәri bütün әhәmiyyәtli aspektlәr baxımından tәtbiq edilәn meyarlara uyğundur", - deyə Hesablama Palatasından bildirilib.
 

İnternat məktəbinin məzunu Eldarov Xəlil Sərdar oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Cənab Prezident!

Mən, Eldarov Xəlil Sərdar oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimin həlli istiqamətində tapşırıqlar verəsiniz.

Sizə müraciətimdən əvvəl Elm və Təhsil naziri Emin Əmrullayevə dəfələrlə müraciət ünvanlamışam. Lakin heç bir nəticə əldə etməmişəm.

Qeyd edim ki, valideynlərini itirmiş, valideyn himayəsindən mərhum olmuş və onlarla bərabər tutulan şəxslər, ali-orta ixtisas peşə təhsili müəssisəsində təhsilini davam etdirən, 23 yaşa qədər ilk dəfə işə girən məzunlar əmək haqqının 5 misli qədər birdəfəlik müavinətlə təmin olunurlar. Lakin biz Nazirlər Kabinetinin 693 nömrəli və 179 nömrəli qərarlarına əsasən bu müavinəti ala bilmirik.

Bununla bağlı dəfələrlə Milli Məclisin Sosial qanunvericilik şöbəsində və komitə sədrinin qəbulunda olmuşam. Onlar da bildiriblər ki, bu müavinəti almalısınız. Amma mən bu müavinəti aılmaqda çətinlik çəkirəm. Aidiyyəti qurumlar bunun verilməməsi üçün əllərindən gələni edirlər sanki.

Cənab Prezident!

Siz dəfələrlə çıxışlarınızda bildirmisiniz ki, hər hansısa bir qanunsuzluqla üzləşdikdə mənə məlumat ötürün. Mən məktublarımdan cavab ala bilməyincə, Sizi məlumatlandırmaq üçün media vasitəsilə müraciət edirəm.

Diqqətinizə çatdırım ki, Prezident Aparatında da qəbulda olmuşam. Heç bir qurum mənə kömək etmək istəmir.

Mən sizə üz tutaraq, bu çətin vəziyyətimdə kömək istəyirəm. Xahiş edirəm, bizə köməklik göstərin.

Biz sizə inanırıq və əminik ki, müraciətimiz cavabsız qalmayacaq”.

Hürriyyət


Ardını oxu...
""Al market"lər şəbəkəsi cibimizin pulu ilə bizə zəhər satır."

"DogruXeber.az" bildirir ki, bu sözləri redaksiyamıza aşağıdakı videogörüntüləri göndərən Xətai rayon sakini deyir.



"Al market"in 8 noyabr prospekti - 59 nömrəli orta məktəbin yaxınlığında yerləşən filialından aldığı konfet və digər şirniyyat məhsullarının xarab çıxdığından gileylənən xanım bildirir ki, "Bu hal ilk dəfə deyil, nə də sözügedən marketlər şəbəkəsinin yalnız bu filialında deyil. Mən dəfələrlə "Al market"in müxtəlif - Kazımağa Kərimov, Yasamal rayonu Mətbuat prospekti və digər filiallarından da şirniyyat məhsulları almışam, hər dəfə aldığım çeşidin ən azı biri xarab çıxıb. Deyəndə də üstündəki tarixi az qala "gözümüzə soxurlar". O, tarixi ora yazan da bu marketlər şəbəkəsi kimi insanların axırına çıxmaq istəyir sanki. Köhnə, xarab məhsulları yeni tarixlə od bahasına camaata sırıyırlar.

Allah qorusun, uşaq o, məhsullardan yesə nələr olar?
Uşaqlar böyük qədər həssas deyil axı. Fərqində olmadan yeyib zəhərlənə bilərlər ki, "Al market", "Oba" və "Araz" marketlər şəbəkələri sayəsində bu kimi hallar tez-tez baş verir.

Qeyd edim ki, qısa müddət bu sistemdə çalışmışam və bilirəm ki, məhsul istehsal ediləndə deyil, məhz satışa hazırlananda üzərində tarix yazılır.

Bu da cəmi bir neçə ildir yaradılmış növbəti rüşvət ocağı olan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məsuliyyətsizliyi və şəxsi maraqları naminə vəzifə borcunu yerinə yetirmədiyinin aşkar göstəricisidir. Hər gün bir istehsal müəssisəsində cərimə yazacağı ilə təhdid edib, filan qədər rüşvət aldıqdan sonra əl sıxışıb, "qardaş olub" gedən AQTA əməkdaşlarının bu "qardaşlıq sevdaları" sözün əsl mənasında zəhərə dönüşüb, qanımıza qarışır.

Yeri gəlmişkən, "Al market"in süd məhsulları - qaymaq, şor, dovğa, və ayranları da dəfələrlə göyərmiş və qıcqırmış çıxıb. Adam geri verməyə də utanır. Aparırsan ki, bunu dəyiş, işçilər bir-birinə qaş-göz hərəkətləri edib adamı ələ salırlar.

Üstəlik, bu marketlərdə problem yalnız bununla da bitmir. Dövlətin öz pulumuzdan sevindirmək üçün özümüzə qaytardığı 1-2 qəpiyi də market bizə qıymır. Verdikləri qəbzlərin QR kodu çox zaman oxunmur. Ya kağız bərbad olur, ya da mürəkkəbi az olur. Nə vaxt da irad bildiririk, deyirlər, "usta çağırmışıq, gəlib baxsın". İki ildir usta gəlib baxa bilməyib.

Piştaxtada olan qiymətlərlə kassa qiymətlərinin də fərqi bir ayrı dərd. Hər dəfə də alıcıların üzərinə atırlar ki, "onlar yerini dəyişik qoyublar".

Maraqlıdır, bəs işçilər nəzarət etmirmi malların yeri dəyişik olur?

Bir gün xəstələnib işə çıxmağa halı olmayan işçinin maaşının az qala yarısını kəsən sistem, bu diqqətsizliyə görə cəzasız qoyarmı 3-5 manatla 3 adamın işini tək görməyə məcbur edilən zavallı işçini?!"

Doğrusu, ətraflı şəkildə qeyd olunan bütün məlumatlara nəzər saldıqda bizə yalnız bu sözü demək qalır - adam haqlı. Çünki, bu kimi hallar ayrı-ayrılıqda hamımızın tək-tək rastlaşdığımız problemlərdir.

Yuxarıda qeyd olunan piştaxtada olan qiymətlərlə kassa qiymətlərinin fərqinə gəldikdə isə, cəmi bir neçə gün əvvəl Yasamal rayonunun Şərifzadə küçəsində, "Kaktus" restoranının yaxınlığında yerləşən "Araz" merketdə vətəndaşın lentə alıb yayımladığı görüntülər gündəm oldu. Hansı ki, həmin görüntülərdə sözügedən qiymət fərqi əyani şəkildə göstərilirdi.

Görünür bu variant şəbəkə marketlərin düşünülmüş iş prinsipidir.

Qeyd edək ki, vətəndaşın müraciətilə bağlı "Al market"lər şəbəkəsinin baş ofisi ilə əlaqə saxlayıb, mövqe öyrənmək cəhdlərimiz də vətəndaşların şikayətləri kimi nəticəsiz qaldı.

Şəbəkənin rəsmi internet saytında yerləşdirilən əlaqə nömrələrinə zəng etdikdə robot operator ingilis dilində bir-iki cümlə deyib, zəngi qapadır.

Hər şeyə rəğmən redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
          
Ardını oxu...
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları özəl klinikada yoxlama apararkən müqavimətlə üzləşiblər.

Bu barədə "DİA-AZ"a qurumdan məlumat verilib.

Bildirilib ki, Mərkəzin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib. Yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb.

Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib həmçinin, “temperatur qeydiyyat vərəqəsi” də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin “radioloji-gigiyenik pasport sənədi” yoxlamaya təqdim olunmayıb.

Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub.

Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.

Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub.

Xüsusi ilə qeyd edək ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalar şikayət edərək, işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib. Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər.

Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib. Mövcud qanunvericiliyə əsasən klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.
 
Ardını oxu...
9 aydır keçmiş prezidenti ilə məhkəmə çəkişməsində olan “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycandakı filialı Sabunçu rayonunda onlarla sakinə qan uddurmaqdadır.

Tribunainfo.az xəbər verir ki, Rövşən Rzayevin rəhbərlik etdiyi “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycandakı filialı məhkəmələrdə qalıb.

Həmçinin sentyabrdan şirkət keçmiş prezidenti Wolker James Alan tərəfindən məhkəməyə verilib. Sabiq prezident işə bərpasını və əmək haqqını tələb edir.

Yasamal rayon Məhkəməsində olan işlə bağlı indiyə qədər 7 proses keçirilib və heç bir nəticə əldə edilməyib. 28 yanvar tarixində şirkətlə sabiq prezident arasındakı işə yenidən baxılacaq.

Ancaq bu Rövşən Rzayevin rəhbərlik etdiyi şirkətlə bağlı olan ilk və son proses deyil. Belə ki, şirkət hazırda Sabunçu rayon sakinlərinə qan uddurmaqla məşğuldur. Bu şirkət Sabunçu rayonunda sakinlərin tikdiyi evləri “qanunsuz tikili” adı ilə sökür. Şirkət ümumilikdə 7 sakinin əmlakının sökülməsi ilə bağlı iş qaldırıb. Cavabdehlər Məmmədov Murad, Məmmədova Aliyə, Əkbərova Gülbikə, Sadıxov Emin, Əliyev Emil, Cəfərov Tural, Ağayev Çinarə adlı şəxslərdir. Bu şəxslərlə bağlı başladılan işlərə Sabunçu rayon Məhkəməsində müxtəlif tarixlərdə baxılacaq.
Hər bir işin mahiyyəti qanunsuz tikilinin sökülməsidir.

Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Balakhani Operating Company LTD”nin qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir.

Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.
S.S. TEREF yazır ki, dünən məqalədə bəhs edilən iddialarla bağlı “Balakhani Operating Company LTD” şirkətinə sorğu göndərsəkdə heç bir cavab ala bilməmişik!
TEREF
 
Ardını oxu...
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti "Körpü-Bina Tikinti” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.

Qaynarinfo-nun məlumatına görə, şirkət Xidmətin Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 29 983 233,73 manatdır.

"Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Xaliq Göyüşov iş adamı Xəlil Göyüşovun qardaşıdır. "Körpü-Bina Tikinti" MMC-nin əslində Xəlil Göyüşova məxsus iddia edilir.

Xəlil Göyüşov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri, hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanova yaxın şəxs sayılır.
O, oktyabr ayında Sabunçu rayonunda yerləşən tuneldə baş verən faciə ilə gündəmə gəlib. Söhbət Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üçün 2 nəfərin ölümündən gedir. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, tuneli 2019-cu ildə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə "Körpü Bina Tikinti” MMC tikib. Həmin vaxt Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri vəzifəsində çalışıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti