Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.
Yeniavaz.com xəbər verir ki, “TAİS-İKF” MMC nazirliyin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatını həyata keçirəcək.
Nazirlik yeməklər üçün “TAİS-İKF” MMC-yə 9 milyon 934 min 931 manat 61 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “TAİS-İKF” MMC 30 iyun 1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.
Qeyd edək ki, tenderin qalibi olan “TAİS-İKF” MMC-nin adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.
2023-cü ilin aprel ayında Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə barədə məlumat yayılıb. Açıqlanan rəsmi məlumatlarda bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Hadisə ilə bağlı 12 aprel tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən açıqlama verilib. Açıqlamada qeyd olunub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub.
“TAİS İKF” MMC ilə bağlı daha bir qalmaqallı hadisə 2022-ci ildə baş verib. Sevil Xanbabayeva adlı şəxs sosial şəbəkələrdə videomüraciət yayaraq bildirib ki, o “Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında xadimə kimi çalışır. Sevil Xanbabayeva iddia edib ki, metropolitenin işçiləri Rafail adlı şəxsin bağında qanunsuz işlədilir. Daha sonra məlum olub ki, “Bakı Metropoliten” QSC-nin təmizlik işləri ilə bağlı keçirdiyi tender müsabiqəsinin də qalibi “TAİS İKF” MMC olub.
 
Ardını oxu...
Bu gün Azərbaycanın mərc bazarında "Azərlotoreya"nın "Misli" və "Topaz" şirkətləri insanları müxtəlif şirnikləndirici vədlərlə yoldan çıxarmağa davam edirlər. 2021-ci ilin yanvar ayında imzalanan müvafiq sərəncamla "Azərlotoreya" bu sahədə söz sahibinə çevriləndən sonra "Misli" "Topaz"ın əsas rəqibinə çevrildi. "Azərlotoreya" "Misli" vasitəsiylə mərc oyunlarıyla yanaşı, müxtəlif növ ani lotoreyaları da bazara buraxdı. Nəticədə artıq uzun müddətdir ki, sadə vətəndaşlar asan yolla pul əldə etmək üçün "Poz, qazan" kimi lotoreyalara və bir sıra fərqli mərc oyunlarına pul yatırmaqla məşğuldurlar. Xüsusilə də "Misli" insanları şirnikləşdirmək üçün müxtəlif cəlbedici, azyaşlıların da izlədiyi müxtəlif televiziya proqramlarını, futbol qarşılaşmalarını öz təbliğat maşınına çevirir.

Bəs görəsən, bu şirkətlərin insanları bəlaya, pis vərdişlərə, uçuruma aparan qumar oyunlarının təbliğatının qarşısı niyə alınmır?

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qumar oyunları qeyri-leqal və çirkli biznes növüdür:

"Hər bir biznes fəaliyyəti növü daha çox gəlir əldə olunması məqsədi güdür. Hətta bunun üçün vergi və rüsumlardan yayınmaq kimi üsullara da baş vurulur. Bu məsələdə qanunvericilikdə olan boşluqlar da mühüm rol oynayır. "Topaz" və "Azərlotoreya"nın "Misli" kimi şirkətlərin qapalı qumar oyunları bazarına yol verməməsi üçün, ilk növbədə, kölgə iqtisadiyyatını aradan qaldırmaq, onun payını və təsir dairəsini azaltmaq lazımdır. Qumar oyunları, insan alveri və sair hallar yüksək iqtisadi rifah və şəffaflıq şəraitində qətiyyən çiçəklənə bilməz".

Bəzi qadağan olunmuş fəaliyyət növlərinin onlayn platformalara bilərəkdən daşındığını qeyd edən sosioloq Üzeyir Şəfiyev Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, bir sıra istifadəçilər internet resurslarından istifadə edərək, real həyatdakı hüquqazidd davranışlarını virtual aləmdə həyata keçirməyə çalışırlar. Qumar oyunları da bu qəbildəndir.

Onun sözlərinə görə, əslində bu oyunlarla bağlı həm hüquqi müstəvidə, həm də sosial müstəvidə mübarizə tədbirləri həyata keçirilir. Hətta bununla bağlı hüquqi tənzimləmə metodu mövcuddur:

"İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsində Azərbaycan ərazisində qumar oyunlarının təşkili və keçirilməsi ilə hüquqi məsuliyyət nəzərdə tutulub. Bu məsuliyyət fiziki, vəzifəli və hüquqi şəxslər üçün nəzərdə tutulub. Eyni zamanda ölkənin Cinayət Məcəlləsinin 244-cü maddəsində qumar oyunları ilə bağlı hüquqi məsuliyyəti özündə ehtiva edən müddəalar var. Həmçinin Cinayət Məcəlləsinin 525-ci maddəsində müvafiq müddəalar mövcuddur".

Ü.Şəfiyevin fikrincə, bəzi sosial şəbəkə istifadəçiləri qanunvericiliyi bilmədiyinə görə insanları qumar oyunlarına cəb edirlər.

"Bu məsələdə süzgəc mexanizmi tətbiq olunmayıb. Ona görə uşaq və yeniyetmələr də qumar oyunlarının qurbanına çevrilirlər. Nəticədə ailə böyük bir maliyyə itkisi ilə üzləşə bilir. Ona görə də valideynlər övladlarına maksimum diqqət etməli və sosial şəbəkələr platformalarından istifadəyə nəzarət etməlidirlər. Eyni zamanda yaxşı olar ki, sosial şəbəkələr və televiziya üzərindən sosial çarxlar vasitəsilə uşaq və yeniyetmələr bu mövzu ilə bağlı düzgün maarifləndirilsin", - deyə müsahibimiz bildirib.

Sosioloq təklif edir ki, uşaqları qumar oyunlarından uzaq tutmaq üçün orta məktəblərdə və internet resurslarında süzgəc mexanizmi tətbiq olunmalıdır. Hüquq-mühafizə orqanları da real həyatda olduğu kimi, virtual aləmdə də qumar oyunlarının təşkilatçılarına, reklamını təşkil edənlərə və təbliğatını aparan şəxslərə qarşı ciddi tədbirlər görsünlər.

Psixoloq İlahə Dadaşova isə Bakıvaxtı.az-a açıqlamasında mərc və qumar oyunlarının psixoloji təsirlərinə toxunub.

O bildirib ki, qumar asılılıqlar içərisində ən təhlükəlilərdən biridir. "Topaz", "Misli" kimi şirkətlərin fəaliyyəti isə bu asılılığın daha çox artmasına səbəb olub:

"Hazırda narkotik vasitə asılılığı olan pasiyentlərimizlə qumar asılılığı olan azyaşlı pasiyentlərimizin sayı eyni səviyyədədir və kifayət qədər çoxdur. Xüsusən də futbol oyunları üzərindən mərclərə qoşulan pasiyentlərimiz var. "Topaz", "Misli" və s bu kimi şirkətlərin fəaliyyəti vəziyyəti daha da qabardıb. Əvvəllər qumar oynamaq istəyənlər yollarını daha çətinliklə tapırdılarsa, indi daha açıq və rahat şəkildə bu oyunları oynaya bilirlər. Əvvəllər kimsə qumar oynamaq istəyəndə yer axtarışına çıxırdı və bir çox hallarda axtarış ərəfəsndə həvəsi ölürdü. Lakin indi ürəyindən qumar oynamaq keçən istənilən şəxs rahatlıqla bu oyunları tapa bilir".

İ.Dadaşovanın dediyinə görə, bəzi insanlar maddi-mənəvi sıxıntılardan qurtulmaq üçün qumara üz tutduğunu bildirir. Bəziləri isə problemi olmadan, sadəcə maraq üçün qumar oynamağa başlayır və zamanla onlarda asılılıq yaranır.

"Qumar kimi pis vərdişlərdən uzaq olmaq insanın özündən asılıdır. Bəzi insanlar elə düşünür ki, bir dəfə oynamaqla onlara heç nə olmayacaq. Halbuki mərc və qumar oyunları çox asanlıqla asılılıq yarada bilir. Xüsusən də azyaşlıları bu oyunlardan uzaq tutmaq üçün valideyn övladlarını ailə mühitind sevgiylə böyütməlidirlər. Valideyn diqqətindən, sevgisindən məhrum olan uşaqlar, həmçinin övlada aid hər şeyi valideyn özü həll etməyə çalışanda zamanla sərbəst mühitə düşən uşaq təsir altına tez düşməyə meylli olur", - deyə İlahə Dadaşova öz məsləhətlərini qeyd edib.
 
Ardını oxu...
İctimaiyyətin də yaxından izlədiyi məhkəmə prosesi nəticələnib: “Thales” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, türk iş adamı Mehmet Şahan külli miqdarda mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Türkiyəli iş adamının saxlanılması və həbs edilməsi prosesi boyunca Azərbaycan mətbuatı məsələni daim diqqət mərkəzində saxlayıb, onun həbsi ilə bağlı maraqlı detallar üzə çıxarıb.

Həbsə məhkum edildiyi ilk gündən etibarən Azərbaycan nümayəndəliyi vəzifəsini icra etdiyi şirkətdə ermənilərin rəhbərliyə gətirilməsi, həmçinin şirkətin mərkəzi ofisinin Fransada yerləşməsi, üstəlik, Şahanın Azərbaycan və Türkiyənin Fransa ilə münasibətlərinin kəskinləşdiyi dövrdə ittihamlarla üzləşməsi sual doğuran məqamlardan olub.

Prosesin gedişatına qısa nəzər

Mehmet Şahan 2021-ci ildə səbəbsiz yerə işdən çıxarılır. Şirkət buna səbəb kimi onun rəhbərliyə məlumat vermədən xarici ölkələrə səfər etməsinı göstərir. Bura qədər hər şey normal görünə bilər, lakin Mehmet Şahanı İspaniyaya dəvət edərək onunla görüş təşkil edən rəhbərlik iş adamının şəxsi telefonu ilə kompüterini zorla əlindən alaraq onu binadan çıxarıb. Ona qarşı edilən bu davranışın səbəbini anlamaqda çətinlik çəkən Mehmet Şahan yaşanan hadisə ilə bağlı öz haqqını aramaq üçün məhkəməyə müraciət edib. Qarşı tərəfə bununla bağlı bildiriş getdikdən sonra şirkət Şahanın 10 il azadlıqdan məhrum edilməsi ilə nəticələnən iddianı nədənsə məhz Azərbaycanda ortaya atıb.

Məhkəmə prosesi başladıqdan sonra isə Mehmet Şahanla çəkişməsi olan şəxslər şahidlik ediblər. Qəribəsi odur ki, ittiham olunan tərəf şahidlərin iş adamı ilə mübahisəsinin olduğunu bildirsə də, məhkəmə bu etirazı diqqətə almayıb və şahid ifadələri işə daxil edilib.

Maraqlıdır ki, şahidlər müxtəlif vaxtlarda nağdlaşdırılmış pul vəsaitlərini Mehmet Şahana verdiklərini bildiriblər, lakin müvafiq dövlət orqanının sənədlərinə əsasən, Şahanın qeyd edilən tarixlərdə Azərbaycanda olmadığı təsdiqlənib. Həmçinin ifadələrdə anlaşılan odur ki, şahid qismində dindirilən şəxslər iddia olunan vəsaiti heç bir halda Şahana birbaşa şəkildə çatdırmayıblar. Bununla belə, özləri nağdlaşdırıb, özləri pulları bankdan çəkən şahidlər “təkidlə” pul vəsaitlərinin Mehmet Şahana verildiyini bildiriblər. Şahid ifadələrində ziddiyyətli məqamların çoxluğu, onların yalan ifadə verdiklərinin başqa bir sübutudur. Həmçinin onların iddia etdikləri kimi, Mehmet Şahana vəsaitləri mənimsəmədə “yardımçı” olmaları halında həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi zərurəti ortaya çıxır ki, məhkəmə nədənsə bunun “üzərindən keçib”.

Bundan başqa, mənimsənildiyi iddia edilən vəsaitlərlə bağlı ittiham olunan tərəfin məhkəməyə təqdim etdiyi xərc sənədləri ekspertə təqdim edilməyərək işin gedişatının dəyişdirilməsinə şərait yaradılıb.

Üstəlik, məhkəmə ekspertizasının rəyi, hətta Baş Prokurorluğun öz ekspertlərinin rəyi ilə Mehmet Şahanın nümayəndəliyə rəhbərlik etdiyi dövrdə xərclənən vəsaitin sənədlərlə təsdiqləndiyi sübuta yetirilib və hər hansı mənimsəmə faktının olmadığı üzə çıxıb.

Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müdafiə tərəfi olaraq Mehmet Şahanın işlədiyi dövr üçün “Thales” şirkətinin illik daxili audit rəylərinin tələb olunmasına rəğmən, həmin rəylər məhkəməyə təqdim olunmayıb. Şirkət rəhbərliyində təmsil olunan Herve Damman çağırılmasına baxmayaraq, hər bir vəchlə məhkəməyə gəlməkdən imtina edib. İstintaq zamanı müstəntiq tərəfindən onlayn ifadəsi alınan Dammanın mütləq şahid qismində ifadəsini zəruri hesab edən məhkəmə sədri Kamran Muxtarov aylarla məhkəmə prosesini uzadıb. Vəkilləri tərəfindən yazılı ərizə ilə “vaxtı olmadığı” bildirilən və bu prossesdə iştirak etmək istəmədiyini qeyd edən Damman isə bu müddət ərzində Ermənistanda səfərdə olub və bədnam qonşumuza silah-sursat hədiyyə edib. Məhkəmə isə sanki onun təsirindəymiş kimi Damman üçün uyğun vaxtın gəlib yetişməsini gözləyib.

Əslində, Mehmet Şahan heç bir halda Herve Dammana tabe deyildi və onun birbaşa nəzarətində işləmirdi. Bununla yanaşı, Damman onlayn ifadəsi zamanı iddia edilən mənimsəmə hallarından xəbərsiz olduğunu vurğulayıb və hətta ifadə verərkən qarşısındakı sənədləri oxuyaraq danışdığı açıq şəkildə hiss olunurdu. Onun məhkəmə prosesi ilə qeyri-ciddi yanaşdığı, üz ifadəsində və jestlərində prosesi sanki bir tamaşa kimi izlədiyi aydın görünürdü.

Sədr tərəfindən böyük ehtiram göstərilən ermənipərəst Herve Damman məhkəmədə bir daha onlayn şəkildə ifadə verib. Şirkət tərəfindən Şahanın işdən çıxarılması və onun elektronik əşyalarının ələ keçirilməsi fonunda ofisə daxil olmasına qadağa qoyulmasından sonra iş adamının günahsızlığını daha da möhkəmləndiriləcək bir sıra sənədlərin “yoxa çıxması” “Thales” rəhbərliyinin dəlilləri məhkməyə təqdim etməkdən yayınması kimi dəyərləndirilməlidir. Belə bir beynəlxalq şirkətin mühasibatlıq sənədləri necə yoxa çıxa bilər? Cavablandırılmaıs vacib suallardan biri də budur.
Ardını oxu...
Ardını oxu...
Məhkəmədə ifadə verən şahidlərin anlatdıqları arasındakı ziddiyyətlər, “Thales”in istintaq və məhkəmədən bütün rəsmi sənədlərin orijinallarını gizlətməsi, həmçinin mühasibat sənədlərinin məhv edilməsi, işlə əlaqədar maliyyə sənədləri ilə bağlı verilmiş ekspert rəylərinin Mehmet Şahanın lehinə olması fonunda o nə üçün 10 il azadlıqdan məhrum edildi?

Ermənilərlə sıx əməkdaşlıqda olduğu artıq təsdiqlənən, Emrənistanın eks-prezidenti Serj Sarkisyanla yaxın dostluq münasibətləri olan Pier Matyu Mehmetin Şahanı etnik kimliyinə görə “aradan götürmə” niyyəti bu məqamda üzə çıxır. Burada təəssüflə qeyd edilməlidir ki, Matyu bunu “sapı özümüzdən olan baltalar”la həyata keçirib. Belə ki, sözügedən işdə şahid kimi dindirilən və Mehmet Şahanla mübahisəsi olan Oyrat Tağıyev və Arif Quliyev ermənipərəsət fransızların yanında yer alaraq Şahanın həbsə göndərilməsində xüsusi rol oynayıblar.

Buradan aydın olur ki, erməni lobbiçilərinin və dostlarının təsiri ilə türk iş adamını ləkələyən fransızların əli Azərbaycanın məhkəmə orqanlarına qədər uzanıb.

Hakimlərdən ikisinin Mehmet Şahanın həbs edilməsi ilə bağlı fikir birliyinə varması fonunda digər hakimin xüsusi rəy verərək, ona bəraət verilə biləcəyi qənaətində olduğunu bildirməsi dəqiq müddəalara əsaslanan hüquq sistemində bir-birinə tamamilə zidd iki ayrı qərarın verilə bilmə ehtimalını sıfırlayır.

Xüsusilə də prosesə sədrlik edən hakim Kamran Muxtarovun qərarları və mövqeyi açıq şəkildə qərəzli olub və onun ermənipərəst dairələrlə əlaqəsinin olması şübhə yaradır. O, məhkəmə prosesi zamanı müdafiə tərəfinin təqdim etdiyi sübutlara laqeyd yanaşıb, lakin ittiham tərəfinin zəif və qeyri-müəyyən dəlillərini heç bir əsas olmadan qəbul edib. Məhz Muxtarovun təkidi ilə müdafiə tərəfinin sübutlarının əksəriyyəti nəzərə alınmayıb.

Hakimin qərarlarında göstərdiyi tərəfkeşlik və konkret olaraq fransız və erməni maraqlarına xidmət edən şəxslərə verdiyi dəstək ehtimalı görünürdü. Hətta prosesin gedişində bəzi şahidlərin ifadələrində uyğunsuzluqlar ortaya çıxdığı halda, Muxtarov bunları araşdırmaq əvəzinə, onları qəbul edərək Mehmet Şahan əleyhinə istifadə etməyə üstünlük verib.

Qarşı tərəfin vəkilinin işdən çəkilməsi də ayrı bir mövzudur.

Yuxarıda qeyd edilənlərlə birlikdə bu faktın özü belə Mehmet Şahanın şərə qurban getdiyini və bu iftiranın müvafiq instansiyalar tərəfindən təsdiqləndiyini və işin yenidən hərtərəfli şəkildə araşdırılmalı olduğunu deməyə əsas verir.

Bu prosesdə ədalət prinsipinin pozulması və məhkəmənin konkret siyasi və xarici maraqlara uyğun hərəkət etməsi Azərbaycanda hüquqi sistemin müstəqilliyinə ciddi kölgə salır. (yenicag.az)

 
Ardını oxu...
İmişli rayonu, Qulubəyli kənd sakini Ocaqov Məhəmməd Şirvan oğlu tərəfindən Hurriyyet.az satının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ünvanlayan şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Bildirirəm ki, uzun illərdir biz İmişli rayonunda ciddi haqsızlıqlarla, problemlərlə üz-üzə qalmışıq. Belə ki, dəfələrlə təhqirlərə məruz qalmış, şəxsiyyət və ləyaqətim, hüquqlarım ayaq altına atılmışdır.

İmişli rayon Qulubəyli bələdiyyəsi, Beyləqan 6 saylı Dövlət Reyestr Xidməti, İmişli rayon Polis şöbəsi, İmişli rayon Prokurorluğu və Şirvan İnzibati Məhkəməsində Azərbaycan Respublikasının qanunlarına qarşı sayğısızlıq hökm sürür. 17 ildir ki, İmişli Məhkəməsinə, Bakı Yasamal Məhkəməsinə, Beyləqan rayon Məhkəməsinə, Şirvan Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə ayaq döysəm də, mənim işimlə bağlı araşdırma getməyib.

Bildirirəm ki, İmişli rayonu, Qulubəyli kənd Bələdiyyəsinin sədri Nağıyev Qalib Qaraseyid oğlunun 10.11.2007-ci il tarixli 13 saylı qərarı əsasında oğlum Amil Qocayeva 0.12 ha həyətyanı torpaq sahəsi, özümə isə sahibkarlıq məqsədi üçün 0.40 ha torpaq sahəsini alqı-satqı yolu ilə almışam.

Bunun üçün Qulubəyli bələdiyyəsinin sədri Nağıyev Qalib Qaraseyid oğluna 2007-ci ilin noyabr ayının əvvəlində evində 1 000 manat pul vermişəm. Həmin pulun qəbzlərini əlavə edib qeyd edirəm - 200+80+240+240=760 manat, 240 manat isə qəbzlərdə öz əksini tapmır. Lakin Qalib Nağıyev bizim aldığımız torpağı 10.11.2009-cu ildə 12 saylı qərarla Nurlan Ocaqova, sonra da 10.11.2007-ci il tarixli 12 saylı qərarla Elxan Qasımova satıb.

Aşağıda qeyd etdiyim Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qərarlarını cavabdeh Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan ərazi idarəsinin əməkdaşı Mahir Məmmədovun icraatında olmuş məhkəmə aktlarının “İcra haqqında” Qanunun tələblərini könüllü icra edən zaman vəzifəsindən sui-istifadə edərək, vəzifə saxtakarlığı, vəzifə cinayətləri törətdiyinə görə, onun barəsində müvafiq tədbir görülməlidir.

Qeyd etdiyim faktlar barədə məhkəməyə ünvanladığım iddia ərizəm əsasında Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Allahyarov 25.01.2018-ci il tarixli, 2-1(086)-369/2018 saylı qərarla iddia tələbimi təmin etmiş, lakin Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Alıyev Camal Vüsal oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, məhkəmə qərarını bu günədək icra etmir.

Hörmətli İnam Kərimov

Sizdən xahiş edirəm ki, aşağıda göstərdiyim faktların qanuni araşdırılmasına göstəriş verib, mənə qarşı olan haqsızlığına aradan qaldırılmasına köməklik edəsiniz:

1. 2008-ci ilin mart-aprel aylarında ödədiyim 760 manat pulun qəbzləri;

2. 04.10.2013-cü il tarixində ödədiyim 160 manat pulun çeki;

3. 30.03.2015-ci il tarixli 04 saylı qərarın surəti;

4. 10.11.2015-ci il tarixli 294 manat pulun çeki;

5. 28.11.2015-ci il tarixli çıxarış və ona əlavə olunmuş A018448 nömrəli plan ölçü sənədinin surətləri;

6. 18.04.2022-ci il tarixdə 188 manat pulun çeki;

7. 28.03.2018-ci il tarixli 2017-ci ilin qərarın icra edib Mahirin, Əmrahın, Nurlan Ocaqovun iştirakı ilə yazılan akt;

8. 02.04.2019-cu il tarixli 2018-ci ilin qərarın icra edib Astanov Əmrah Surxay oğlu, Məmmədov Mahir Kamil oğlu;

9. 29.12.2023-cü il tarixli Baş Prokurorun məktubunun surəti;

10. 19.10.2009-cu il tarixli Məhkəmə Aktı;

11. 21.02.2013-cü il tarixli icra qərarı və aktı;

12. 25.10.2013-cü il tarixli imtina məktubu;

13. 26.01.2024-cü il tarixli qeydiyyat nömrəsi olmayan plan ölçü;

14. 17.07.2012-ci il tarixli 11492 nömrəli ekspertin rəyi;

15. 11.04.2013-cü il tarixli 4989nnömrəli ekspertin rəyi;

16. 02.02.2015-ci il tarixli 776 nömrəli ekspertin rəyi;

17. 09.03.2017-ci il tarixli 3386 nömrəli ekspertin rəyi;

18. 15 03.2018-ci il tarixli 29322 nömrəli ekspertin rəyi;

19. 05.09.2019-cu il tarixli 14779 nömrəli eskpertin rəyi;

20. 05.03.2021-ci il tarixli 10/755nömrəli ekspertin rəyi.
 
Ardını oxu...
Prezident İlham Əliyev Sahil Babayevlə bağlı daha bir Sərəncam verib.

Gundeminfo.az xəbər verir ki, dövlət başçısının imzaladığı Sərəncamla Sahil Rafiq oğlu Babayev maliyyə naziri təyin edilib.

Qeyd edək ki, 2006-cı ildən maliyyə naziri işləmiş Samir Şərifov ötən ayın əvvəli vəzifəsindən azad edilib.

Maraqlıdır, görəsən Cənab Sahil Babayev rayon maliyyə idarələrində hansı islahatlar aparacaq? Sabiq nazirin dövründə rayon maliyyə idarlərinin rəisi işləyənlərin işləri təftiş ediləcəkmi?

Məsələn Sabirabad rayon maliyyə idarəsinin rəisi Ramin Yahyayevin maliyyə üzrə ali təhsili, bu sahədə bilik və bacarıqları təftiş ediləcəkmi? Özəl Univeritetdə təhsil alıb və heç bir maliyyə bilikləri yoxdur. Amma 180 min nəfərlik bir rayonun maliyyə işlərinə cavabdehdir.

Bu mövzu ilə bağlı daha ətraflı Maliyyə Nazilriyinin rəsmi mövqeyini öyrəndikdən sonra materialı sizlərə təqdim edəcəyik.
 
Ardını oxu...
Sabah Qida Təhlükəsizliyi Agentliyində (AQTA) sahibkarlarla xüsusi görüş keçiriləcək.

Ajans.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, görüşün hər bir sahibkarla fərdi xarakter daşıyacağı və yalnız AQTA-nın rəhbəri Qoşqar Təhməzlinin iştirakı ilə baş tutacağı bildirilib.

Görüşə dəvət edilən bir neçə sahibkara bu barədə həm rəsmi e-mail vasitəsilə, həm də telefon zəngi ilə məlumat verilib. Lakin qeyd olunub ki, jurnalistlərin və media nümayəndələrinin tədbirdə iştirakı mümkün olmayacaq.

Görüşün əsas məqsədi sahibkarlar arasında yaranan narazılıqların şəxsən dinlənilməsi və müvafiq həll yollarının tapılmasıdır. Məlumatlara görə, son dövrlərdə sahibkarların bəzi məsələlərlə bağlı narazılıqları yuxarı dairələrdə diqqət çəkib. Bu narazılıqların həlli məqsədilə AQTA rəhbərliyinə sahibkarları qəbul etmək və onların problemlərini şəxsən dinləmək tapşırılıb.

Qeyd edək ki, AQTA-nın fəaliyyəti ilə bağlı sahibkarların narazılıqları əsasən sənədləşmə, icazələrin verilməsi və yoxlamalarla əlaqədar problemlərdən ibarətdir. Görüşün nəticələri ilə bağlı hər hansı rəsmi açıqlamanın verilib-verilməyəcəyi hələlik məlum deyil.

Xatırladaq ki, Hesablama Palatası bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətlərinin qiymətləndirilməsində nöqsanlar aşkarlayıb. Qeyd edilib ki, ölkə ərazisində bir çox sərhəd-keçid məntəqələrində qida təhlükəsizliyinin təmin edilməsində çatışmazlıqlar var. Xüsusilə, Qazax rayonundakı "Qırmızı Körpü" sərhədində tədbirlərin operativliyi önə çıxıb, amma digər məntəqələrdə bu cür məntəqələrin olmaması təhlil edilib. Ayrıca, "Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi üzrəyə böhran vəziyyətləri planı" olsa da, simulyasiya təlimləri keçirilməyib və elektron sertifikatların verilməsi hədəflərinə çatılmayıb.
Ardını oxu...
"Qazax Aqrotexservis" ASC-nin dövlətə vergi borcu olduğu üzə çıxıb.

32gun.az xəbər verir ki, sözügedən ASC-nin vergi borcu 15 min manatdan çoxdur. (16261.29 AZN)

Bildirək kimi, Qazax Aqrotexservis" ASC-nin qanuni təmsilçisi Şəhla Orucova Xudaverdi Qızı, nizamnamə kapitalı 259404.00 AZN-dir.

Əldə etdiyimiz məlumata görə, sözügedən şirkətin rəhbəri olan Şəhla Orucova Ağstafa rayon Düz qışlaq kəndindəndir. Hazırda isə Qazaxda qeydiyyatdadır.
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Respulikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlının təşəbbüsü ilə qardaş Türkiyədən dəvət olunmuş məşhur alqoloq Prof. Dr. Ercan Gürses və ölkəmizin tanınmış ürək-damar cərrahı, fleboloq Dr. Tengiz Cəlilovun rəhbərliyi ilə bir qrup həkim heyəti avtoqəza nəticəsində ağır beyin əməliyyatı keçirən və uzun müddət komada qalan Neftçala sakini 2009-cu il təvəllüdlü Aqil Nəcəfovun müayinə və müalicəsinə cəlb olunublar.
Millət vəkili həkim heyəti ilə birgə yeniyetmənin hazırkı vəziyyəti ilə tanış olub, onun səhhətində yüksək irəlləyiş olduğunu, yeniyetməni daim nəzarətdə saxlayacağını bildirib.
Ardını oxu...
Aqil Nəcəfovun valideyinləri və doğmaları göstərdiyi diqqət, qayğıya və məktəblinin səhhəti ilə bağlı həssaslığa görə T.Rüstəmxanlıya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Bakı şəhərində ağır beyin əməliyyatı keçirən 15 yaşlı məktəbli Aqil Nəcəfov 1 ay komada qalıb və hazırda Neftçala rayon xəstəxanasında müalicəsi davam edir.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Nəsimi rayonunun Cavadxan 17 ünvanında aparılan tikinti xeyli sayda sağlam ağacı məhv edə bilər.

TEREF Qlobal.az-a istinadla xəbər verir ki, Cavadxan 17 ünvanında - yaşayış binalarının ortasında sakinlər üçün nəzərdə tutulduğu deyilən kiçik parkda aparılan tikniti işi normatıvlərə uyğun aparılmayıb.

Yaranmış vəziyyətdən narazı olan sakinlər Aidiyyatı qurumların - Şəhərsalma və Arxitektura Komitəsinin və Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi sözügedən obyektin tikinti barədə heç bir qanuni addım atmadığını deyirlər.

Sakinlər məsələ ilə bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət etdiklərini, lakin heç bir tədbir görülmədiyini bildirirlər.

Hazırda içərisində bir neçə sağlam ağac olan sözügedən obyektin damında qırlama işləri aparılır.

Qlobal.az Ekologiya və Təbii Sərvətlər nazirliyindən Nəsimi rayonunun Cavadxan 17 ünvanında xeyli sayda sağlam ağacın aparılan inşaat işləri zamanı obyektin içərisində qalmasına münasibət öyrənib.

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında deyilir:

"Cavadxan küçəsi 17 saylı ünvanın qarşısındakı tikilinin içərisində ağacların dibinin betonlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Ekologiya nazirliyi Nəsimi rayonunda ağacların məhv edilməsinin qarşısını niyə almır? -
Ardını oxu...
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı yaşıllıqların mühafizəsi qaydalarının pozulduğu və 3 ağacın dibinin betonlandığı müəyyən olunub. Faktla bağlı obyektin sahibi Elnur Məmmədov barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

"Ağacların dibinin beton örtükdən təmizlənməsi, eyni zamanda yaşıllıqların tikintidən azad olunması və tikintinin qanunamüvafiq olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həmçinin, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunub”.

 
 
 
Ardını oxu...
Əksər valideynin seçimi dövlət uşaq bağçaları olur. Əsasən işləyən valideynlər uşaqlarını mütləq ki, bağçaya verməlidir. Amma son vaxtlar dövlət uşaq bağçalarına qəbulda çətinliklər yaradılır. Xüsusilə yaşayış məskənini dəyişən valideynlər uşaqlarını yerləşdirmək üçün bağça axtarışına çıxarkən, müxtəlif əngəllərlə qarşılaşırlar.

Məlumdur ki, 2020-ci ildən bəri uşaq bağçalarına qəbul onlayn həyata keçirilir. Bəzən, yaşayış yerini dəyişən valideynlər övladları üçün qəbulla bağlı müraciət edərkən, onlara yer olmadığı bildirilir, yaxud da bir qədər gözləməli olcaqları deyilir. Amma bu məsələdə gözləmək işləyən valideynlərə əl vermir. Bu baxımdan da narazılıqlar yaranır.

Bəs, sözügedən hal zamanı prosedur necə tənzimlənir?

Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalıyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir:

“Hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində alternativ modellər tətbiq edilir.

Məsələn, 2017-ci ildə yaradılan “İcma Əsaslı Məktəbəqədər Təhsil” layihəsinin məqsədi 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin yaradılması, valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırılmasından ibarətdir.

Hazırda bu layihəyə cəlb edilən uşaqların sayı 19055-dir. Layihə çərçivəsində 886 məktəbdə 1177 qrup fəaliyyət göstərir. Tətbiq edilən layihələrdən biri “Ailə tipli təlim qrupları, qısamüddətli, icma əsaslı məktəbəqədər qrupları”dır”.

Zenfira Sevdimalıyeva həmçinin əlavə edib ki, özəl məktəbəqədər təhsil müəssisələri ilə əməkdaşlıqlar aparılır:

“Əsas məqsədimiz 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların cəlb olunması üçün ictimai binalar, evlər və s. təlim qrupları yaratmaqdır. Yeni layihələrdən biri özəl məktəbəqədər təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Belə ki, 2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul oluna bilməyən uşaqlar özəl məktəbəqədər təhsil müəssisələrinə cəlb edilir və ödənişin müəyyən hissəsi dövlət tərəfindən qarşılanır. Gələcəkdə alternativ modellərin genişləndirilməsi hədəflənir”.
 

Dünyapress TV

Xəbər lenti