Ardını oxu...
Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki ərazidə ağacəkmə aksiyası keçirilib.
“IDEA” könüllülərinin iştirakı ilə baş tutan bu dəfəki ağacəkmə aksiyası ümumi sahəsi 7 hektar olan yaşıllıq zonasının bir hissəsində təşkil olunub. Aksiya zamanı 200 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.
Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.
“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsi ilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.
Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” qaynar xətti və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən qaynar xəttə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülmüşdür.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Baki şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəsəbəsi, V.Əsgərov küçəsinin sakini Məlikov Çingiz Çingiz oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin aparat rəhbəri Tural İsmayılova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Tural müəllim!

Mən, Məlikov Çingiz Çingiz oğlu və yoldaşım Xəlilova Çinarə Elçin qızı, 23.04.2024-cü tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 1 ünvanında yerləşən “Blue City” yaşayış kompleksindən ipoteka yolu ilə təmirsiz mənzil almışıq.

07.05.2024-cü il tarixində mən və yoldaşım evimizi təmir etdirmək üçün “ABBASOĞLU İNŞAAT” MMC (VÖEN: 1008403521) şirkətinə müaraciət etmişik. Aramızda əldə olunan şifahi razılaşmadan sonra mənzilimizdə təmir işlərinin aparılması üçün qeyd olunan şirkətin direktoru Əliyev Məhəmməd Abbas öğlu ilə “Təmir-Tikinti Podrat Müqaviləsi” (nömrəsi ATE: 070524-1) bağlamışıq.

Müqaviləyə əsasən, mənzilin ümumi təmir xərci 29 900 AZN müəyyən edilmişdir. Bu muqavilənin 4.3-cü bəndində işlərin 90-120 gün ərzində başa çatdırılması nəzərdə tutulur.

Lakin müqavilə bağlanan tarixdən etibarən heç bir işin doğru getmədiyini müəyyən etdik. Məlum oldu ki, verilən dizayn və layihilər səhv tərtib olunub. Odur ki, həmin səhvlər aşkarlandıqca tərəfimizdən duzəldilirdi. Bunadan əlavə, görülən hər bir işin keyfiyyətsiz, normalardan kənar və müqavilədə qeyd olunan kimi getməməsini dəfələrlə aşkar etmişik.

Həmçinin, bir müddət sonra evimizin təmiri ilə məşğul olan ustalar da çalışmaqdan imtina edib. Səbəb olaraq, şirkət tərəfindən onlara zəhmət haqqı ödənilmədiyini bildirirdilər.

28.08.2024-cü ildə “Təmirə nəzarət briqadası” ilə birlikdə mənzilimə yollandım. Bu zaman mənzilimin təmirində əsaslı nöqsanlar aşkar edildi. Məsələn, elektrik xətləri normalara və təhlükəsizlik qaydalarına cavab vermir, görülən santexnika işləri də həmçinin. Üstəlik, mənzilimdə görülən suvaq-tikinti işləri də bərbad vəziyyətdə idi. Bu səbəbdən, həmin tarixdən etibarən mənzildə aparılan işlərin dayandırılmasını və müqaviləyə xitam verilməsini tələb etdim.

Məlumat üçün bildirim ki, bu günə qədər “ABBASOĞLU İNŞAAT” MMC şirkətinə tərəfimdən 23 000 AZN ödənilib. Şirkət rəhbərliyi ödənişin yalnız bir qisminin (10 000 AZN) 12.09.2024 tarixinədək qaytarılacağına dair yazılı şəkildə söz verib. Buna baxamyaraq, qeyd olunan mənləğdən də cəmi 4 000 AZN ödəyib və qalan məbləği ödəyə bilməyəcəyini bildirir.

Cənab Tural İsmayılov!

Təbii ki, mən “ABBASOĞLU İNŞAAT” MMC-yə ödədiyim 23 000 AZN qarşılığında cəmi 4 000 AZN-nin geri qaytarılması ilə razı deyiləm. Odur ki, Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 9-cu maddəsinə əsasən, müqavilələrin şərtlərinin pozulduğuna görə, ödədiyim məbləğin mənə tam şəklində qaytarılmasının təmin olunmasına və hüquqlarımın qorunmasına nəzarət etməyinizi xahiş edirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
@vrproject.az

TƏMİRƏ NƏZARƏT / PREMİUM PAKET YOXSA . . .

♬ оригинальный звук - vrproject.az
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub və fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə 1.667.520 manat məbləğində satınalma müqaviləsi bağladığını 18.09.2024-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bundan əvvəl fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə daha bir satınalma müqaviləsi də bağlayıb. Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması alınması üzrə 1.075.840 manat məbləğində dəyərləndirilmiş bu müqavilə barədə məlumat 06.08.2024-cü ildə açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Satınalma Komissiyasının burada nə kimi qanun pozuntularına yol verdiyi açıq-aşkar görünür. Birinci bir mənbədən satınalma metodunun qanunla müəyyən edilmiş tələblərinə nəzər salaq. Qanunun 49-cu maddəsində göstərilir: 49.1. Aşağıdakı hallarda satınalan təşkilat bu Qanunun 44.4-cü ( Ehtimal olunan qiymətdən asılı olmayaraq, aşağıdakı satınalma metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilə bilər) maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq edə bilər: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

Göründüyü kimi fiziki şəxs Məmmədov Mehman Rza oğlu mənzillərin satın alınması üzrə konkret təchizatçı deyil, satınalma üzərində xüsusi hüquqlara da malik deyil və bu satınalma predmetinin ölkədə kifayət qədər əvəzedicisi və alternativi var. Digər tərəfdən elanda yalnız şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması göstərilir. Burada mənzillərin neçə nəfərə alınması da açıq göstərilməyib. Amma qanunla satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri mütləq göstərilməlidir.

Analoji qanun pozuntularına fiziki şəxs Məmmədov Mehman Rza oğlu bağlanan digər müqavilədə yol verilib. Elanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması qeyd olunub. Burada da mənzillərin harada və neçə nəfərə alınması dəqiq göstərilməyib. Amma qeyd etdiyimiz kimi anunla satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri mütləq göstərilməlidir.

Keçək bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ümumi olaraq 2 743 360 manat dəyərində iki dövlət sifarişi almış fiziki şəxs Məmmədov Mehman Rza oğluna.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada Sosial Müdafiə Nazirliyindən 3 milyon manata yaxın tender udan Mehman Məmmədovun barədəsində heç bir məlumat əldə edə bilmədik.

Apardığımız daha ətraflı araşdırmada məlum oldu ki, Məmmədov Mehman Rza oğlu fiziki şəxs kimi Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu ərazi vahidi, Kövər kəndində qeydiyyata alınıb. Onun ikinci ünvanı Mirzəxan-Qaraqoyunlu ərazi vahidi, Təbriz kəndidir. Lakin Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Bərdə rayonunun bu kəndlərin seçicilərinin siyahəsə barədə heç bir məlumat yoxdu. Fiziki şəxs Məmmədov Mehman Rza oğlunun həqiqtəndə bu kəndlərin birində daimi pasport qeydiyyatında olub, olmaması bəlli deyil.

Amma rayondakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində əkin-biçinlə məşğul olur. Təxminən 54-55 yaşı olan Mehman Məmmədovun Mirzəxan-Qaraqoyunlu kəndində, yol kənarında 3-4 mağazasının da olduğu bildirilir.

Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzilləri Bərdə rayonunun bir kəndində əkin-biçinlə məşğul olan, 3-4 mağası olan bir şəxsin əli ilə alır.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi dövlət satınalmalarında bu kimi hallara tez-tez rast gəlinir. Nazirlik ötən il də Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması üçün Şəki şəhərində daimi pasport qeydiyyatında olan 72 yaşlı Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində müqavilə bağlamışdı.

Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq ikinci dəfədir ki, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzilləri şübhəli satınalmalar yolu ilə alır. Bununla bağlı əvvəlki yazılarımızda qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, qanun fiziki şəxslərin də tenderdə iştirakına icazə verir. Bunun üçün fiziki şəxslərdən bank hesabı tələb olunur ki, bu hesabda tenderdə təklif ediləcək məbləğin ən azı 50 faizi olmalıdır. Bu tenderdə risklərin qarşısını almaq üçündür. Göründüyü kimi, fiziki şəxs Məmmədov Mehman Rza oğlu iki tenderə ümumi olaraq 2 743 360 manat təklif edərək qalib olub. Burada sual yaranır. Bir fiziki şəxs olaraq Bərdə rayonunun bir kəndində əkin-biçinlə məşğul olan, 3-4 mağası olan bir şəxsin bank hesabında ən azı 1 milyon manat varmı?

Bütün bu məlumatlara ölkədə dövlət satınalmalarına nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə aydınlıq gətirə bilər. Bu hər iki dövlət qurumu tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması adı altında manipulyasiya deyilmi?

Aktualinfo.org
Ardını oxu...
Sentyabrın 19-u görkəmli şərqşünas, ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, vətənpərvər alim Aida İmanquliyevanın anım günüdür. Qısa, lakin mənalı ömür sürmüş Aida İmanquliyeva həm elmin zirvəsini fəth edən görkəmli alim, həm də əhatəsində olduğu insanların əbədi sevgisini qazanan parlaq şəxsiyyət idi.

Dia-az.İnfo "Report"a istinadla Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın anım günündə onun həyat və elmi fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası bölməsində təhsil almış Aida İmanquliyeva bu ali məktəbin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasında aspirant olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında oxuyub. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. O, istedadı, zəhmətsevərliyi sayəsində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlib. Hazırda bu instituta rəhbərlik edən akademik Gövhər Baxşəliyeva deyir: “Aida xanım böyüklə böyük idi, uşaqla uşaq. Yəni hərənin öz dili ilə danışırdı. Heç kimin xətrinə dəyməməyə çalışırdı, amma eyni zamanda, öz tələbkarlığını azaltmırdı və hazırladığımız elmi-tədqiqat işləri yüksək səviyyədə olmalı idi. Çox müdrik insan idi, insanları başa düşürdü, duyurdu və çalışırdı mümkün köməkliyi eləsin. Onunla elə sadəcə ünsiyyət zamanı biz çox şey öyrənirdik”.

1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib və çox keçmədən professor adı alıb.

Üç fundamental monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.

Bu barədə danışarkən mərhum akademik Vasim Məmmədəliyevin sözləri yada düşür: “Aida xanım beynəlxalq aləmdə dünyanın görkəmli alimləri tərəfindən bütün şərqşünaslıq mərkəzlərində ərəb məhcər ədəbiyyatının ən sanballı tədqiqatçısı kimi qəbul edilir. Onun əsərlərindən tez-tez istifadə olunur, çıxış nöqtəsi kimi ona müraciət edilir və Aida xanımın fikirləri məhcər ədəbiyyatının ayrı-ayrı problemlərini öyrənmək üçün əsas mənbə rolunu oynayır. Məhz Aida xanımın rəhbərliyi dövründə, onun təşkilatçılığı sayəsində Şərqşünaslıq İnstitutunun coğrafi hüdudları çox genişləndi, beynəlxalq əlaqələri gündən-günə artdı. Aida xanımın təşəbbüsü ilə Azərbaycanda simpoziumlar keçirildi. O, həmin simpoziumların həm təşkilatçısı, həm də əsas məruzəçilərindən biri idi. Bu da Aida İmanquliyevanın beynəlxalq elm aləmində nüfuzundan irəli gəlirdi”.

Sankt-Peterburq Universitetinin professoru Olqa Frolovanın Aida xanımla bağlı xatirələrindən: “Mən onunla ilk dəfə Tiflisdə beynəlxalq elmi konfransda görüşdüm. Tədbirə müxtəlif ölkələrdən xeyli alim gəlmişdi. Aida xanımın gözəlliyinə ilk baxışda heyran oldum. Sonra biz digər şəhərlərdə keçirilən tədbirlərdə görüşdük. Bütün ərəb dünyası alimləri professor Aida İmanquliyevanın əsərlərini oxuyur və onu ehtiramla yad edirlər. Onlar məhz bu əsərlərdən öz yaradıcılıqları, Afrika, Asiya və demək lazımdır ki, dünyanın bütün ölkələrinin yazıçılarını öyrənmək, başa düşmək üçün güc alırlar”.

Aida xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən şərqşünas alimlər sırasında Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Kudelin, Sankt-Peterburq Universitetinin professoru Anna Dolinina, keçmiş SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun professorları İsaak Filştinski, Valeriya Kirpiçenko, İrina Bilık və başqalarının adlarını çəkmək olar.

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına da böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi.

Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.

Professor Aida İmanquliyeva Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, bütövlükdə müasir Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır.

Bir alim kimi Aida İmanquliyevanın fəaliyyət dairəsi geniş və çoxşaxəli idi. O, həmçinin ərəb ədəbiyyatından bəzi nümunələri - Mixail Nuaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə edərək həmin əsərlərin poetik ruhunu, məna və məzmununu olduğu kimi saxlayıb.

Aida İmanquliyeva həm də unudulmaz müəllim kimi yaddaşlarda əbədiləşib. Tələbələri həmişə onu ehtiramla yad edirlər. Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov: “O zaman Aida xanımın gəlib Şərqşünaslıq fakültəsində mühazirə deməsi o qədər də adi hadisə deyildi. Elmlər Akademiyasından alimlər nadir hallarda gəlib mühazirə oxuyurdular. Gənc nəsillər və təcrübəli mütəxəssislər arasında münasibət də fərqli şəkildə formalaşırdı. Müəllimlərdən “yaz”, “qeyd elə”, “dedim, yadında saxla” kimi ifadələri eşitmişdik. Aida xanım isə başqa bir mədəniyyət gətirdi. Yəni o, elə bil elmi fəaliyyətini auditoriyada davam etdirirdi və bizi mübahisələrə, müzakirələrə dəvət edirdi. Bəzi hallarda da elə olurdu ki, nəyinsə üstündə təkid etmək, öz fikrini yuxarıdan aşağı yönəltmək əvəzinə biz onun tərəfindən müəyyən güzəşt, müəyyən başqa fikirlə razılaşmaq kimi halları görürdük”.

Geniş elmi fəaliyyəti ilə yanaşı, Aida xanımın gözəl, nümunəvi ailəsi olub və o, cəmiyyət üçün ləyaqətli övladlar böyüdüb. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentidir. Milyonların məhəbbətini qazanmış Birinci vitse-prezident Mehriban Əliyevaya məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti anası - nəcib, istedadlı, məğrur və son dərəcə gözəl qadın olan Aida İmanquliyeva aşılayıb. Mehriban xanım deyir: “Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Onun yoxluğunu hər zaman hiss edirəm”.

Onu yaxından tanıyanlar deyirdilər ki, Aida xanım mehriban, həddindən artıq səxavətli qadın idi. Diplom işlərində kağız alınmasına, çap edilməsinə yardım edərdi. Hətta o zaman qıt olan dərmanları tapıb gətirməklə neçə-neçə insanı həyata qaytarmışdı. Özü də bunların hamısını təmənnasız edərdi.

Aida xanımın xatirəsi ürəklərdə daim yaşayır. Əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Onun aktuallığını qoruyub saxlayan əsərləri, monoqrafiyaları ərəb ədəbiyyatını araşdıran gənc alimlər üçün bu gün də istinad qaynağıdır.
 
Ardını oxu...
Seymur Orucov şəhid anasının problemini niyə həll etmir? - Şəhid anası Nabat Rzayeva Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdan şikayətçidir.

Şəhid anası Qaynarinfo-ya ünvanladığı müraciətdə yazır ki, Ağstafa rayonunun Eynallı kəndində yaşayan qızı Həmayə Mustafayevanın yaşadığı ev təbii fəlakət nəticəsində yararsız vəziyyətə düşüb.

Nabat Rzayevanın sözlərinə görə, qızının Birinci Qarabağ savaşının veteranı olan həyat yoldaşı dünyasını dəyişib. Bu baxımdan, onun maddi vəziyyəti çətinləşib.

"Qızımın maddi vəziyyəti çətinləşdiyindən yararsız hala düşmüş evini təmir etmək imkanı yoxdur. Digər tərəfdən, təbii fəlakət nəticəsində evləri zərər çəkmiş vətəndaşlara dövlət yardım edir. Biz digər bölgələrdə bunun şahidi olmuşuq. Mən də düşündüm ki, yardım üçün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova müraciət edim. Amma müraciətimə cavab gəldi ki, imkanımız yoxdur. Mən icra hakimiyyətindən qızıma dəbdəli imarət, villa tikməyi xahiş etmirəm axı. Bir evi sadəcə yaşamaq üçün normal hala gətirmək nə böyük işdir ki?", - şəhid anası müraciətində yazıb.

Şikayətçi hesab edir ki, Ağstafa Rayon İcra Hakimiyyəti sadəcə məsələyə biganə yanaşıb: "Düşünürəm ki, imkanın olmaması barədə deyilənlər sadəcə bəhanədir. Bir daha təkrar edirəm ki, mən yeni ev tikilməsini, qızıma villa verilməsini istəmirəm. Zədələnmiş evin təmirini istəyirəm ki, bu da o qədər böyük xərc aparmaz".

Nabat Rzayeva sonda qeyd edib ki, icra hakimiyyətinin məlum cavabından sonra yuxarı instansiyalara müraciət etməyi düşünür:

"Mən şəhid anasıyam. Qızımın mərhum həyat yoldaşı isə Birinci Qarabağ savaşının iştirakçısı olub. Ümid edirəm ki, ölkə rəhbərliyi Ağstafanın icra başçısı Seymur Orucovdan fərqli olaraq müraciətimə biganə qalmaqacaq".

Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.
 
 
 

Ardını oxu...
"Şərur rayon Uşaq Xəstəxanasında BÖYÜK OYUNLAR çevrilir..." Dia-azİnfo xəbər verir ki, bu barədə yerli sakinlər giley edir. Narazı vətəndaşların sözlərindən belə aydın olur ki, sözügedən tibb ocağının rəhbəri Kəramət Şirinov özünün qanunsuz əməlləri ilə hər kəsi boğaza yığsa da, nədənsə əlaqədar qurumların diqqətini hələlik cəlb etməyib.

Ardını oxu...

Sakinlər yazır: "Şərur uşaq Xəstəxanasının baş həkim əvəzi vəzifəsini tutsa da, özünü əməlli-başlı "Xan dövrü"nün məmuru kimi aparır...

Kəramət Şirinov xəstəxanaının şöbə müdiri ilə əlbir olaraq işçilərə çilə yaşadır. İşçilərin istirahət otağı ləğv edilib. Onlara hətta çay fasiləsi belə verilimir. Yox, məsələ onda deyil ki, xəstəxanada xəstə çoxdur və işçilərin başlarını qaşımağa belə vaxtları yoxdur...

Məsələ ondadır ki, Kəramət Şirinov işçiləri bütün günü qanunsuz iməcliklərə cəlb edir. Narazılıq edənlər də təbii ki, iş yerlərini itirmək qo4rxusu ilə susurlar.

Şirinovun şəriki olan şöbə müdiri rşüvət aldığına görə, bu günlərdə xəstəxanadan qovulmuşdu, amma sonradan sirrli şəkildə əvvəlki vəzifəsinə geri qaytarıldı...

Hər halda, bu faktları gərəkən qurumlar araşdırsa, ortaya daha ciddi faktlar çıxar..."

Məsələ diqqətimizdədir...
Ardını oxu...
Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
şəhid ailəsinin üzvlərinə;
müharibə iştirakçılarına;
əsgər və zabitlərin arvadına (ərinə);
öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;
məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə
kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
Azər Quliyev
TEREF
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Rüstəm Xəlilovun dosyesini təqdim edirik:

Rüstəm Gülabba oğlu Xəlilov 1958-ci il iyunun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. 1980-ci ildən Sabirabad rayonunda kənd təsərrüfatı idarəsində aqronom, 1983-cü ildən rayon Komsomol Komitəsinin katibi, ikinci katibi, birinci katibi, 1989-cu ildən Sabirabad Rayon Partiya Komitəsinin Təşkilat və kadr işi şöbəsinin müdiri işləyib. Rüstəm Xəlilov 1991-ci ildən G.Xəlilov adına kolxozun idarə heyətinin sədri, 2000-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara gömrük keçid məntəqəsi rəisinin müavini vəzifələrində çalışıb. 2002–2005-ci illərdə fərdi təsərrüfatçılıqla məşğul olub. O, 2005-ci ildə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib.

R.Xəlilov Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimi çoxsaylı təkliflərin müəllifidir.

O, 2019-cu ilin dekabrında Hacıqabulun icra başçısı təyin edilmişdi.

O, 2017-ci ildə atası Gülbaba Xəlilovun büstünün qızıl suyuna salınması və insanların büstü məcburi ziyarətə aparılması ilə gündəmə gəlmişdi. R.Xəlilov bu iddiaları təkzib etmişdi: "Büst sovetlər dövründə qoyulub, mən, sadəcə, təmir etdirmişəm. İkincisi də büst qızıl suyuna salınmayıb. Atam sosialist əməyi qəhrəmanı idi. İndi hansı dövrdür ki, kimsə kiməsə heykəl qoydursun?! Həmin büst o vaxt kolxoz təsərrüfatına verilmişdi. Sonra kolxoz dağıldı. O büst də... Hər adam atasının abidəsini təmir etdirər dəə. Qızıl suyu boş söhbətdir. Deyilənlərin hamısı yalan söhbətdir. Bir də indi kimisə harasa məcburi ziyarətə aparmaq olar? Ona görə də kənd sakinlərinin məcburi ziyarətə aparılması cəfəngiyyatdır".

G.Xəlilovun büstü Nizami kənd bələdiyyəsinin binasının qarşısında ucaldılıb. O, bir vaxtlar məşhur pambıqçı olub, 1941-1944-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 1944-1955-ci illərdə isə əmanət kassasında müdir, müfəttiş, rayon icraiyyə komitəsinin katibi və maşın-traktor stansiyasının (MTS) aqronomu işləyib. 1955-ci ildən Sabirabad rayon Jdanov adına kolxoza sədrlik edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1982-ci il tarixli fərmanı ilə əməkdə göstərdiyi nailiyyətlərə və qəhrəmanlığa görə Gülabba Ağaşirin oğlu Xəlilov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eyni zamanda Lenin Ordeni və “Oraq və Çəkic” qızıl medalı alıb.

Pravda.Az
 
 
 
Ardını oxu...
Bu il Naxçıvandakı orta məktəblərdə 52 mindən artıq şagird təhsil alacaq. Bu haqda yerli təhsil Nazirliyi məlumat verib. Onlardan 3797-si birinci sinfə gedəcək, 3171-si isə uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb ediləcək.
Naxçıvandakı bir qrup müəllim isə, bu rəqəmlərin reallığı əks etdirmədiyi fikrindədirlər.
Onların sözlərinə görə, Naxçıvanda təhsil almalı olan uşaqların az qala yarısı ailələri ilə birlikdə Türkiyədə yaşayırlar.
Lakin, həmin uşaqların adları Naxçıvan məktəblərində qeydiyyata alınıb.
Gündelik Naxçıvan
TEREF
 

Ardını oxu...
"Şikayətim "Neftçilər"də yerləşən "Xəzri" restoranındandır". Dia-az.İnfo bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra yazır: "İş yoldaşımla səhər yeməyinə gedib zəhərlənmişik. 1 həftədi hər ikimiz yemək yeyə bilmirik, üzr istiyirəm qaytarırıq, qızdırma və müalicə alırıq heç bir xeyri yoxdu. Evə gəldiyimizdən 5-6 saat sonra simptomlar başladı. Restoranda bizdən başqa 1 ailə var idi, onlar da şikayət edib çıxdılar. Kaş biz də yeməzdik, pomidor yumurtaya baxanda köhnə olduğu bilinirdi, stola qoyulan hər şey qurumuşdu dünəndən qalmışdı.
Burda paylaşmağımın məqsədi, reklamlara inanmayın, bildiyiniz restoranlara gedin ancaq. Bir də köməklik edərdiz, bu barədə hansı quruma şikayət edə bilərəm? İstəyirəm dövlət qurumları yoxlama keçirtsin, insanları bu günə qoymağın cəzasını çəksinlər və diqqətli olsunlar..."
 

Dünyapress TV

Xəbər lenti